Məhkəmə qərarları › İş №1(101)-869/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-869/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-869/2022 04.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə naməlum vaxtda və yerdə, şəxsiyyəti naməlum “İbrahim” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “İbrahim” adlı şəxslə sonuncudan əldə edəcəyi narkotik vasitənin pulunun bir hissəsini əvvəlcədən, qalan hissəsini isə satdıqdan sonra bank hesabına göndərəcəyinə dair razılığa gəlib ilkin olaraq naməlum vaxtda və yerdə “İbrahim” adlı şəxsin “Milli Ön” ödəniş terminalı vasitəsilə istintaqla müəyyən edilməyən bank hesabına göndərdiyi 1100 manat pul müqabilində 27.11.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən dairəsində naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 545 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 30.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 20:50-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindəki 01 ədəd bağlamanın içərisində təmiz çəkisi 545 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. O, narkotik vasitələrin istifadəçisidir. O, İran İslam Respublikasının vətəndaşı “İbrahim” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. İbrahimin anket məlumatlarını bilmir, İbrahim narkotik vasitəni satan şəxs olmuşdur. O da İbrahimlə danışıb, ona heroin göndərməsini bildirmişdir. İbrahim də razılaşmışdır. Bundan sonra İbrahimə onun göndərdiyi yadında qalmayan hesab nömrəsinə təxminən 27.11.2021-ci il tarixdə “Milliön” vasitəsi ilə 1100 manat pul göndərmişdir. İbrahim də “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Xocasən dairəsi yaxınlığındakı yerdən əldə edə biləcəyini bildirmişdir. O da İbrahim adlı şəxsin dediyi yerdən təqribən 45-50 qrama yaxın narkotik vasitəni gedib götürmüş və narkotik vasitəni götürüb yaşadığı evə gəlmişir. 30.11.2021-ci il tarixdə o, bir xanımla əylənmək üçün R.Behbudov küçəsində olan “AF” oteldə nömrə götürmüşdür. Oteldə qızın şəxsiyyət vəsiqəsi ilə nömrəni rəsmiləşdirmişdir. Qızın adı Aynur imiş, digər anket məlumatlarını bilmir. Həmin narkotik vasitəni özü ilə otelə gətirmişdir. O, oteldə 3-4 gün qalmaq istəyirmiş. Narkotik vasitəni otaqda olan soyuducunun içərisinə qoymuşdur. Həmin gün Aynur da onunla oteldə olmuşdur. Narkotik vasitələrdən o, qızın yanında istifadə etmişdir. Aynur onunla oteldə təxminən 2-3 saat olduqdan sonra çıxıb getmişdir. Bundan sonra polis əməkdaşları otelə gəlib onun qaldığı, səhv etmirsə 7-ci mərtəbədə olan otağa girmişlər və narkotik vasitə ilə bağlı onlarda məlumat olduğunu bildirmişlər. Bundan sonra onlar otaqda olan soyuducudan narkotik vasitəni götürmüşlər və onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparmağa başlamışlar. O da həmin 45 qram narkotik vasitəni təqdim etmişdir. Lakin orada ona daha çox və böyük bir bağlama verib həmin bağlamanın ona məxsus olmasını bildirmişlər. O, buna etiraz etdikdə, ona bildirmişlər ki, həmin büküm ekspertizaya gedib qayıdandan sonra çəkisi onda aşkar olunmuş çəkidə göstəriləcək. O da buna inanıb videoçəkiliş zamanı əynində olan gödəkçənin cibinə qoyduqları bağlamada narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra bu barədə protokol tərtib olunmuş və o da həmin protokolu imzalamışdır. Onu polis əməkdaşları ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlamamışlar. O, oteldə otaqda olarkən onun qaldığı otağa gəlmişlər. Eləcə də onda 545 qram yox, cəmi 45 qram narkotik vasitə olmuşdur. O, 1 il olarmış ki, özündə olan narkotik vasitədən kimlərəsə də satmış, lakin satdığı şəxslərin anket məlumatlarını bilmir. Beləliklə, o, özünü 45 qram narkotik vasitələrin əldə etməsi, daşımasında təqsirli bilir. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaqda da demişdir ki, narkotik vasitəni İran vətəndaşından almışdır. Ona görə özünü qismən təqsirli bilir ki, onda ittiham aktında göstərilən qədər 545 qarm deyil, cəmi 45 qram narkotik vasitə olmuşdur. O, Yasamal rayonu ərazisində yaşayır. Məlumat Yasamal rayonuna daxil olduğu halda onlar onu gəlib oteldə tapmışlar. Hesab edir ki, onunla həmin gün oteldə olan qız polislərin tanışıdır və o qız gedib onun barəsində məlumat vermişdir. Ona görə də polislər birbaşa qaldığı oteldə otağa gəlmişlər. 545 qram heroin onun gödəkcəsinin cibinə yerləşməzmiş. Onun yanında olan xanım oteldən çıxıb gedəndən 2-3 saat sonra polislər otelə gəlmişlər. Otelin bir gecəsi 25-30 manat olmuşdur. Elan olunmuş cinayət işinin 29-cu vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Şəxsi axtarış zamanı narkotik vasitənin 545 qram olmasını bildirdikdə, o, etiraz etmiş, lakin, ona bildirmişlər ki, ekspertizadan qayıdandan sonra qramını onda aşkar olunduğu qədər yazacaqlar. O da ona görə imza etmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş və ifadələrin və izahatın sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 41-42-ci vərəqələrində olan izahatında, 45-47 və 62-64-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Burada mənim üzərimə videoçəkilişlə şəxsi axtarış aparmağa başladılar. Mən əynimdə olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 1 bağlamada narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoydum. Bundan sonra təqdim etdiyim bağlamadakı kütlə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 578 qram oldu. Daha sonra həmin kütlə içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb götürüldü. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, izahatı və ifadələri təsdiq etmir. İzahatı və ifadə protokollarını oxumadan imza etmişdir. Onda cəmi 45 qram narkotik olmuşdur. Elan olunmuş cinayət işinin 130-132-ci vərəqələrində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi barədə protokolda olan sms mətnlərinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadədə olan SMS danışıqlar onun danışıqlarıdır. Həmin şəxsləri o, tanımışdır. Lakin, onların anket məlumatlarını bilmir. O, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-də baş əməliyyat müvəkkili işləyir. 30.11.2021-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 30.11.2021-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 9 ünvanın qarşısında saat 20:50-də saxlanılaraq Nəsimi RPİnin 21-ci PB-nə gətirilmiş və xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 1 bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən mobil telefon və 20 manat pul, əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan bağlamanın özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan İbrahim adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən dairəsi yaxınlığında deyilən yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 15 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 20 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusu özünə geri qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan İbrahim adlı şəxsin dediyi yerlərdə onun dediyi şəxslərə çatdırmalı imiş. Onlar təqsirləndirilən şəxsi mehmanxanada saxlamamışlar, onu R.Behbudov küçəsi, ev 55 saylı ünvanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni özü könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 30 noyabr 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 30 noyabr 2021-ci il tarixli, Ə 322-008-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 30 noyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 1 bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan "Vivo” markalı mobil telefon və 20 manat pul, əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm çəkildikdə, çəkisi 578 qram olmuşdur. Təqdim olunmuş 1 ədəd bağlama və mobil telefon qablaşdırılaraq götürülmüş, 20 manat pul və içərisində siqaret olan siqaret qutusu şübhəli şəxsə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan bağlamanın özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan 'İbrahim” adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən dairəsi yaxınlığında deyilən yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 15 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə olan heroindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığım bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli, 6/5313 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bağlamada təmiz çəkisi 545,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 90-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 dekabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanında axtarış aparılmış, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı “Samsung” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2022-ci il tarixli cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürükmüş 1 ədəd "Vivo” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonun üzərində ***-***-**-** saylı nömrə vardır, baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 103-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarından görünür ki, siyahıda qeyd olunan mobil nömrələr Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sms mətnləri yazmışlar. Baxış zamanı aşağıdakı mesaj məlumatları müəyyən olunmuşdur: 07-10-2021-ci il tarixdə saat 06:26:47-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “X12 X10 Dayiwmay Olar? 1 X14 Vererem indi X6 indi X15 X13 Saat,” 07-10-2021-ci il tarixdə saat 20:41:34-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Agaa gorem catdirmiyasan bele adam var pati istir varsa awirdag vereyde oulu,” 09-10-2021-ci il tarixdə saat 04:04:30-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Kola varindi az,” 16-10-2021 –ci il tarixdə saat 22:27:40-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “ay qaqaw sen. yigib disen yuxum.gelir.sene tema.lazimdi.denen.tema.lazimdi.day yuxum.gelir.nedi bu.bir.ikincisde. pulu gotur.gel verimde.ne.qeder.isdisen,” 16-10-2021-ci il tarixdə saat 22:37:17-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “vur qaqaw kartima sora dicem gel mehle.terefe tek gel.ancag kim yigsa seni gormemsen meni telide verme heckime yigsin mene,” 16-10-2021-ci il tarixdə saat 22:57:41-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “X7 Daw Verersenda,” 17-10-2021-ci il tarixdə saat 23:07:11-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Tem vermeliyem pati nece goturdun,” 16-10-2021-də saat 21:17:33-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa cavab ver pul var kola lazimdi,” 17-10-2021-ci il tarixdə saat 21:21:37-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa 50 manat var 5 qiram vere bilersen 40 da 2 saat,” 23-10-2021-ci il tarixdə saat 02:00:19-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Vuqadl 70 manata neqedeq kola verersen,” 26-10-2021-ci ii tarixdə saat 13:47:29-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Brat menem samirdi 14 manat varmidi srocnu nese alinar,” 28-10-2021-ci il tarixdə saat 18;28:44-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “aga sen mama cani agriyiram birwey gonderde pisdi veziyet,” 28-10-2021-ci il tarixdə saat 08:07:19-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Aga menem Samir.kola lazimdi.yigiram acmirsan,” 30-10-2021-ci il tarixdə saat 20:41:32-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa 3 qram kola yari pati isteyirler 100 manat getirsem telefonu zalok kimi qoysam mene 2 qram kola vere bilersen?birinin pulunu sabah seher birini axwam verib telefonu goturecem alinar bele?” 30-10-2021-ci il tarixdə saat 20:46:17-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa hemen verdiyin 1 qrami verecem telefonan deyiwecem bir uwaq var telefonu qram kolaynan deyiwir menimde telefonum prastoydu ona gore bele direwmiwem,” 30-10-2021-ci il tarixdə saat 20:46:21-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “5 qram kola ver sabah saat 12 ye kimi 30 manat verim sene onsuzda hergun gelib deyirem sene Allaha and olsun pulum olsa bele direwmerem he denen 15 deqeye gelim,” 30-10-2021-ci il tarixdə saat 20:51:06-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Ogulsane vallah hamsin ayri ayri ele qaqa 5 dene kola yari pati,” 30-10-2021-ci il tarixdə saat 22:23:55-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa yarim saata gedim mehleye pati varda he?yarim pati lazimdi,” 30-10-2021-ci il tarixdə saat 22:26:10-da 051-365-15 25 mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa mehleye gedim yari pati goture bilecemde he?” 31-10-2021-ci il taixdə saat 21:37:23-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “qaqaw 5 dene duzeld gelirem ata birde imkan Olsa bir tike pati atarsan meniycun,” 18-11-2021-ci il tarixdə saat 04:46:04-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Bildun de mem qardawim? 95 manat pul var. 0.5p yalanın kola-.” Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 1 bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan "Vivo” markalı mobil telefon və 20 manat pul, əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan bağlamanı haradan əldə etməsi və nə məqsəslə üzərində gəzdirməsi sual ediləndə Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan bağlamanın özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan 'İbrahim” adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən dairəsi yaxınlığında deyilən yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 15 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə olan heroindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 1 ədəd “Vivo” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 20 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusu özünə geri qaytarılır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-dən daxil olmuş 10 fevral 2022-ci il tarixli, ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş külli miqdarda narkotik vasitənin mənbəyini, həmçinin, İran İslam Respublikası vətəndaşı olan 'İbrahim” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 134-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X2 01 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürükmüş 1 ədəd "Vivo” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-də saxlanılmışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X2 01 mart 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqından qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən, Təqsirləndirilən şəxs üzərindən götürülmüş külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbəni və İran İslam Respublikası vətəndaşı olan 'İbrahim” adlı şəxsin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, onda yalnız 45 qram narkotik vasitə olduğunu, 545 qram olmadığını, həmçinin narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 99-cu vərəqəaində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 439 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 30 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 30 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 72-75-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 4(006)-536/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekpertiza tədqiqatdan sonra qalıq qalmış 544,95 qram narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli, 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekpertiza tədqiqatdan sonra qalıq qalmış 544,95 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar