Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-869/2025 06.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi həyət evinin qarşısında Zərərçəkmiş şəxs məxsus və onun kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən fərdi həyət evindən çıxmasını tələb etməsi, onunla birgə yaşamasından imtina etməsi, habelə çimərliyə getməsindən şübhələnərək üzərində gəzdirdiyi istintaqla müəyyən olunmayan kəsici-deşici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol dirsək oynağı nahiyəsinin bir ədəd, sol saidin bir ədəd deşilmişkəsilmiş yaraları kimi, həmçinin həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid hemopnevmotoraksla (sol döş boşluğuna havanın və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs evində qalırdı. Sonradan Zərərçəkmiş şəxs ona evindən çıxmağını tələb etmişdir. O da sonuncunun evindən çıxacağını demişdir. Hadisə günü işdə olmuş, işdən evə gələndə Zərərçəkmiş şəxs yaşadığı evin qapısının kilidini qırmış və kilidini dəyişmişdir. O da baş verənlərə əsəbləşmiş və içkili olduğundan bu hadisəni törətmişdir. O, heç kimi hədələməmiş, ünvanına kəsib, doğramaq kimi sözlər işlətməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 4 il olar ki, tanıyır. 4 ildir Zərərçəkmiş şəxs evində yaşamışdır. Zərərçəkmiş şəxs ilə ailə kimi, qeyri rəsmi bir yerdə yaşamışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Zərərçəkmiş şəxsə bıçaqla xəsarəti arxa tərəfdə yetirmişdir. Hadisə zamanı ikisindən başqa ətrafda heç kim olmamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, hadisə olan ərəfələrdə işləyirdi. 10 gündən sonra evə qayıtmalı olmuşdur. Zərərçəkmiş şəxs ilə əlaqə zamanı 3 gündən sonra evə geri dönəcəyini demişdir. 3 gündən sonra evə geri döndükdə, evin qapısının kilidinin dəyişildiyini görmüşdür. Daha sonra avtomobilin arxasına qarpız, su qoyduqlarını görmüş və öz-özlüyündə o, olmadığına görə dənizə getdiyini fikirləşmiş, qısqanmış və Zərərçəkmiş şəxs içkili olduğu üçün xəsarət yetirmişdir. O, ibtidai istintaq dövründəki ilkin ifadələrində Zərərçəkmiş şəxs ilə əvvəllər sevgili kimi olmaqlarını “cinayət işinin hallarının yüngülləşdirilməsi” ilə bağlı bildirməmişdir. Sonradan isə heç bir əlaqələrinin olmaması ilə bağlı verdiyi ifadələri, sadəcə həmin qadının xətrini çox istəməsi və incitməməsi ilə bağlı olmuşdur. Etdiyi əməlinə görə çox peşmandır, bağışlanmağını istəyir. O, məhkəmədən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün seçilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 4 il bundan öncə Bakı şəhərində işlədiyi üçün qalmağa kirayə ev axtarmışdır. Bu minvalla da, Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi 4-də həyət evi var imiş, həmin şəxs həmin evi kirayə vermiş, o da, o evi kirayə tutmuş, beləcə Aytən ilə tanış olmuşdur. Aytən onun usta olduğunu bilmişdir. O, həmin evi kirayə tutduqdan təxminən, 10 gün sonra Aytən özünün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən digər evini ona təmir etdirmək istədiyini bildirmiş, o da razılaşmışdır. Aytənin istəyinə uyğun olaraq o, həmin evi təmir etmişdir. Bundan sonra özü kirayə yaşadığı, Aytənin digər evi olan Bakı şəhəri, Sabunçu ravonu, Sabunçu qəsəbəsi. O.Vəzirov küçəsi 4-də yerləşən evini təmir etməyə başlamışdır. Bundan sonra o, Aytənlə birlikdə ailə kimi yaşamağa başlamışdır. Bundan sonra Aytənlə aralarında münsibətlər pozulmağa başlamış və ona evindən çıxmasını demişdir. Bundan sonra Aytən onun yaşadığı evin kilidini dəyişərək açarını ona verməmişdir. Bundan sonra o, özünə kirayə yaşamaq üçün başqa ev tapmışdır. Bundan sonra o, Aytənin evindən özünə məxsus əşyaları götürmək üçün evə gedən zaman görmüşdür ki, evin kilidin dəyişmişdir. Buna görə o, evə daxil ola bilməmişdir. 18 iyul 2024-cü il tarixdə, saat 14 radələrində həmin şəxsin yaşadığı evə gedərək özünə məxsus əşyaları götürmək üçün həmin şəxsdən açarı istəyən zaman həmin şəxsin dənizə getmək üçün hazırlaşdığını görmüş və həmin şəxsi qısqanaraq buna çox əsəbləşdiyi üçün cibində olan bıçaqla bir neçə dəfə həmin şəxsi vurmuşdur. Bundan sonra uzaqlaşaraq oradan çıxıb getmişdir. O, hadisə zamanı içkili olduğu üçün Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra bıçağı hara tulladığı yadında deyildir. O, dəfələrlə polisə dəvət olunsa da gəlməmiş, O, Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra çox peşman olmuş və həmin şəxsin sağalmasını gözləmişdir. Polisə gələrkən tutulacağından ehtiyat etdiyi üçün çağırışlara gəlməmişdir. Onun Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə bıçaqla xəsarət yetirməyinin səbəbi barədə bildirmişdir ki o, həmin gün Zərərçəkmiş şəxs evinə gedən zaman həmin şəxsin avtomobilə qarpız, su və digər əşyalar qoyduğunu gördüyü üçün, həmin şəxsin dənizə getdiyini fikirləşmiş və buna görə də həmin şəxsi bıçaqla vurmuş, sonradan ona məlum olmuşdur ki, həmin şəxs anasıgilə gedirmiş. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, yaşadığı evin qabağında paltar sərirdi. Qəflətən özündə ağır hiss etmişdir. Özünə nə olduğunu bilmək üçün paltarların arasından çıxanda Təqsirləndirilən şəxs əlində bıçaqla durduğunu görmüşdür. Yıxılmaq istəyəndə divardan tutmuşdur. Təqsirləndirilən şəxs özü də ona kömək etmək istəmişdir. Təqsirləndirilən şəxs içkili olduğu üçün, ağlı başında olmadığından sonradan onu vurduğunu başa düşmüşdür. O, Təqsirləndirilən şəxs əlində bıçaq görəndən sonra özündən asılı olmayaraq qışqırmışdır. Təqsirləndirilən şəxs qaçıb getmişdir. Həmin vaxtı küçədə heç kim olmamışdır. Hadisədən biraz öncə küçədə uşağı olmuş, sonuncu da, anasıgilin yüklərini avtomobilə yükləyirdi. O, uşağına əşyaları avtomobilə yüklədikdən sonra yemək yeməyi tapşırmışdır. O da paltarları sərəndən sonra avtomobilə yüklənən yükləri Təqsirləndirilən şəxs qaldığı evə aparıb qoyacaqlarını demişdir. Uşaq evə yemək yeməyə girəndən sonra Təqsirləndirilən şəxs ona gəlib xəsarət yetirmişdir. Hadisə vaxtı ətrafda heç kim olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs qaçanda küçədə 1 adamla rastlaşmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla bağlı dedikləri doğrudur. 4 ildir tanışdırlar, ailə kimi yaşamışlar, içkili olduğundan qısqanclıq zəminində ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Baş verən hadisəni heç kim görməmiş, sadəcə Təqsirləndirilən şəxs o, qışqırdıqdan sonra qaçıb gedəndə, küçədə 1 nəfər şəxslə rastlaşmışdır Təqsirləndirilən şəxs ona xəsarət yetirən anadək aralarında heç bir mübahisə olmamış, hadisə anidən baş vermişdir. Təqsirləndirilən şəxsla ailə münasibətlərində olmuşlar. Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxs həbsdə qalmasını istəmir, amma azadlığa çıxdıqdan sonra ondan və uşağından uzaq durmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs içkili vaxtlarında nə danışdığını bilmirdi, amma içkili olmayanda heç kimə xəsarət yetirmək iqtidarında olan bir şəxs deyil. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 4-6) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 Sabunçu rayon şöbəsinin 1795 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemopnevmotoraksla (sol döş boşluğuna havanın və qanının yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd; sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd; sol saidin 1 (bir) ədəd deşilmiş- kəsilmiş yaraları (cəmi 3 ədəd) müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən hemopnevmotoraksla (sol döş boşluğuna havanın və qanının yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd; sol saidin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi iki ədəd) isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (İ cild, i.v. 14-16) xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. (İ cild, i.v. 52) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 70-71) xx.xx.2024-cü il tarixli CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi 01 ədəd CD diskə yazılmış videoçəkilişə baxış keçirilmiş, baxış zamanı 01 ədəd CD diski açarkən orada 04 ədəd fayl olduğu aşkar edilmiş, həmin diskdə olan “WhatsApp lmage 2024-08-12 at 16.30.20” adlı və “WhatsApp lmage 2024-08-12 at 16.30.21” adlı fayllara baxış keçirilən zaman iş üzrə Zərərçəkmiş şəxs məxsus “Mitsubishi” markalı avtomobilin təkərinin deşilmiş vəziyyətdə fotoşəkilləri aşkar edilmişdir. Həmin diskdə olan VİD-20240812- WA0020 adlı faylda olan videogörüntüyə baxılarkən müəyyən edilmişdir ki, həmin görüntünün 13-cü saniyəsində iş üzrə Təqsirləndirilən şəxs əlində bıçaqla yaxınlaşaraq kimisə vurması və hadisə yerindən qaçması görüntüləri aşkar edilmişdir. VİD-20240812-WA0021 adlı faylda olan videogörüntüyə baxılarkən müəyyən edilmişdir ki, həmin görüntüdə iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi hadisə yerinin yaxınlığında gəzərək ətrafa baxması görüntüləri aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs həmin videogörüntüdəki şəxsin özü olduğunu və 18 iyul 2024-cü il tarixdə iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman orada olan kamera vasitəsilə çəkilmiş görüntülər olduğunu bildirmişdir. (İ cild, i.v. 86) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-570/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-729/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün həddində, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 93-97) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. (İ cild, i.v. 102) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 221.2.1, 221.2.2 maddələri ilə təqsirli bilinərək CM-in 69-cü maddəsinə əsasən 01 il 09 ay islah işləri cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. (İ cild, i.v. 103-104) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq təsdiq etmişdir. (İ cild i.v. 110-113) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 115-118) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ cild i.v. 119-125) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 127-128) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmağa görə CM-in 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, ailə kimi, qeyri-rəsmi bir yerdə yaşamışlar. Təqsirləndirilən şəxs 3 gündən sonra evə geri döndükdə, evin qapısının kilidinin dəyişildiyini görmüşdür. Daha sonra avtomobilin arxasına qarpız, su qoyduqlarını görmüş və öz-özlüyündə o, olmadığına görə dənizə getdiyini fikirləşmiş, Zərərçəkmiş şəxs qısqanmasının nəticəsi olaraq cinayət hadisəsi baş vermişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqanması səbəbində xəsarət yetirməsi, həmin vaxt hadisəni heç kim görməməsi Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən yalnız təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs dənizə getməsindən şübhələnməsi cuzi səbəb kimi bəhanə gətirərək əməli törətməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qeyri-rəsmi bir yerdə yaşamışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqanması nəticəsində sonuncuya ağır xəsarət yetirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən CM-in 126.1-ci maddəsi ilə başlanılmış, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - xx.xx.2024-cü il tarixli qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli CMin 126.2.4-cü maddəsinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. Həmin ittiham elan edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən sonrakı müddət ərzində toplanmış sübutlar əsasən ekspert rəyindən ibarətdir ki, bu rəydə heç biri Təqsirləndirilən şəxs ağır xəsarəti məhz xuliqanlıq niyyəti ilə yetirməsinin təsdiqinə yönəlməmişdir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarından görünür ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarında xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxsla 4 ildir tanışdırlar, ailə kimi yaşamışlar, içkili olduğundan qısqanclıq zəminində ona xəsarət yetirmişdir. Baş verən hadisəni heç kim görməmişdir, sadəcə Təqsirləndirilən şəxs o, qışqırdıqdan sonra qaçıb gedəndə, küçədə 1 nəfər şəxslə rastlaşmışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirən anadək aralarında heç bir mübahisə olmamış, hadisə anidən baş vermişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin verdiyi ifadələrdən görünür ki, hadisə zamanı ikisindən başqa ətrafda heç kim olmamışdır. Hadisə olan ərəfələrdə işləyirdi. Zərərçəkmiş şəxs ilə əlaqə zamanı 3 gündən sonra evə geri dönəcəyini demişdir. 3 gündən sonra evə geri döndükdə, evin qapısının kilidinin dəyişildiyini görmüşdür. Daha sonra avtomobilin arxasına qarpız, su qoyduqlarını görmüş və öz-özlüyündə o, olmadığına görə dənizə getdiyini fikirləşmiş, qısqanmış və Zərərçəkmiş şəxs içkili olduğu üçün xəsarət yetirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, hadisənin başvermə səbəbi kimi məhz təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qısqanması olmuşdur. Göründüyü kimi hadisə səbəbsiz və özünün şəxsiyyətinin digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq deyil, şəxsi münasibətlər zəminində baş verdiyindən əməl xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona 126.1-ci maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, CM-in 126.1-ci maddəsində nəzərdə tutulan əməl ağır cinayət hesab olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, şikayət və tələbin olmaması, əməlindən peşman olmasını, etirafedici ifadələr verməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 357.0.3, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-869/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-869/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver