Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-87/2020 22.05.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, X50 və Anar Hüseynağa oğlu Həsənovun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi: «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə x xxxxx 1969-cuildəLaçın rayonunun Dəyxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Keşlə qəsəbəsi, Bax küçəsi, ev 22-də qeydiyyatda olmaqla RusiyaFederasiyası Moskva şəhəri, Miçurin prospekti,ev 7,korpus 1,mənzil 226-da yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 1994-1997-ci illərdə Bakı şəhərində ayrı-ayrı şəxslərə basqın edib onları oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakı tələb edib almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz əldə edib saxlanılan və gəzdirilən tapançalarla təmin edilməklə təşkil olunmuş sabit silahlı qrupun-bandanın tərkibində barələrində analoji cinayətlərinə görə preyudisial qüvvəyə malik məhkəmə hökmləri olan X42, Şahid2 Nuşirəvan oğlu, Şahid1, Şahid13, X63, X43, X57, eləcə də X74, X44, X36, X37 və qeyriləri ilə «Kürd Akif» ləqəbi ilə iştirak edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan və dövlət İdarələrində işləyən şəxslərin silahlı basqın yolu ilə oğurlanması, azadlıqdan qanunsuz məhrum edilməsi, fiziki və psixi zorakılıq göstərilməklə külli miqdarda nağd pul vəsaitlərinin hədə-qorxu ilə tələb edilib alınması, Bakı şəhəri «Abşeron» mehmanxanasında yerləşən«Oskar» adlı kazinoda əlbir olduğu qrupda qanunsuz əldə edilib saxlanılan «Makarov»markalı tapançadan atəşlər açılmaqla silahlı basqın edilərək özgə əmlakının quldurluqyolu ilə ələ keçirilməsi əməllərini törətmiş, qeyd edilən cinayətlərinə görə həbsli axtarışda olduğu 1997-ci ildən etibarən Rusiya Federasiyası ərazisində gizlənərkən cinayət məsuliyyətindən və cəzadan boyun qaçırmaq üçün hüquq verən və vəzifələrdən azad edən saxtalaşdırılmış rəsmi sənəd olan Rusiya Federasiyası vətəndaşının pasportunu qanunsuz əldə edib bilə-bilə həmin saxta sənəddən x xxxxxx 2018-ci il tarixədək istifadə etmişdir. Belə ki, o, 1994-cü ilin avqust ayında Bakı şəhərində ayrı-ayrı şəxslərə basqın edib onları oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakı tələb edib almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz əldə edib saxlanılan və gəzdirilən tapançalarla təmin edilməklə təşkil olunmuş sabit silahlı qrupun-bandanın tərkibində qabaqcadan əlbir olduğu X74, Şahid2 Nuşirəvan oğlu, Şahid1, X29, X44 və qeyriləri ilə birlikdə aparılmış vəzifə bölgüsünə müvafiq olaraq xx xxxxxx 1994-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Rəsul Rza küçəsi, 5 saylı binada yerləşən ofısdə sahibkar Zərərçəkmiş şəxs1 tapançalardan istifadə olunmaqla həyatıvə səhhəti üçün təhlükəli zorakılıqla silahlı basqın edib tapançaları ona tuşlamaqla iradəsiəleyhinə zorla VAZ-2109 markalı qara rəngli, dövlət qeydiyyat nişanı olmayan avtomaşına əyləşdirərək oğurlamış və Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi,ev24,mənzil 4-də fiziki iztirab verməklə 3 gün hərəkət sərbəstliyini məhdudlaşdırmaqla azadlıqdan qanunsuz məhrum etmiş, bu müddətdə onun keşiyini çəkən Şahid1 və bandanın digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 özünün və yaxın adamlarının şəxsiyyəti üzərində zor göstəriləcəyi, bədən üzvlərinin kəsilib qohumlarına göndəriləcəyi, övladlarının oğurlanacağı hədəsı ilə 2.220.000.000 AZM manata bərabər 500 min ABŞ dolları, yəni 444.000 AZN manat məbləğində küllı miqdarda əmlakı tələb etmiş, xx xxxxxx 1994-cü il tarixdə Zərərçəkmiş şəxs1 metronun «Neftçilər» stansiyasının yaxınlığına aparıb azad edərək x xxxxxxxx 1994-cü il tarixdə axşam saatlarında ondan Bakı şəhəri Sabunçu dairəsində 218.400.000 AZN manata bərabər 182.000 ABŞ dolları, yəni 43.680 AZN manat məbləğində əmlakı banda üzvləri ilə birlikdə almışdır. Təqsirləndirilən şəxs təkrarən, 1995-ci ildə ayrı-ayrı şəxslərə basqın edib onları oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək, onların özlərinin və yaxın adamlarının xüsusi mülkiyyətində olan külli miqdarda əmlakı tələb edib almaq məqsədi ilə X42 tərəfindən istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz əldə edib saxlanılan və gəzdirilən tapançalarla təmin edilməklə təşkil olunmuş sabit silahlı qrupun-bandanın tərkibində aparılmış vəzifə bölgüsünə müvafiq olaraq xx xxxxxx 1995-ci ildə axşam saatlarında bandanın üzvləri X45, X36, Şahid9 Əsğər oglu, X92 oglu, X68 oglu, X64, X22 və qeyriləri ilə birlikdə Bakı şəhəri M.Zeynalabdıyev küçəsi, 8 saylı evin qarşısında “İmproteks” firmasının vitse-prezidenti Zərərçəkmiş şəxs2 həyatı və səhhəti üçün təhlükəli zorakılıqla silahlı basqın edib üzərinə tapança tuşlamaqla onu iradəsi əleyhinə zorla özlərinin VAZ-21099 markalı avtomaşınına əyləşdirərək oğurlamış, Mərdəkan qəsəbəsi Bağlar stansiyasında Şahid8 məxsus bağ evinə aparıb fiziki iztirab verilməklə 4 gün saxlayaraq azadlıqdan qanunsuz məhrum etmiş, fırmanın təhlükəsizlik və mühafizə şöbəsinin rəisi Şahid7 ilə telefon əlaqəsinə girib Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq ediləcəyi ilə hədələyərək 500.000, sonra isə 150.000 ABŞ dolları tələb etmiş, ondan Zərərçəkmiş şəxs2 qohumlarının topladığı 656.250.000 AZM manata bərabər 150.000 ABŞ dollarını, yəni 125.250 AZN manat məbləğində külli miqdarda əmlakı almışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, 1995-ci ilin oktyabr ayının əvvəllərində həmin sabit silahlı qrupun-bandanın tərkibində Bakı yanacaq doldurma məntəqələri İdarəsinin rəis müavini Zərərçəkmiş şəxs3 Tümənağa oğluna silahlı basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək, şəxsiyyəti üzərində zor göstərmək hədəsı ilə özünün və qohumlarının xüsusi mülkiyyətində olan külli miqdarda əmlakı tələb edib almaq məqsədi ilə aparılmış vəzifə bölgüsünə müvafiq olaraq X45, X30, Şahid13, X63, X43, X57, X37, X7 və qeyriləri ilə birlikdə qanunsuz əldə edilib saxlanılan, gəzdirılən və daşınan odlu silah-tapançalarla silahlanmış vəziyyətdə x xxxxxxx 1995-ci il tarixdə saat 9-10 radələrində Bakı-Binə şossesinin «Komsomol dairəsi» adlanan ərazisində Zərərçəkmiş şəxs3 olduğu və sürücü Şahid10 İdarə etdiyi avtomaşının qarşısının VAZ- 2106 markalı avtomaşınla qəflətən kəsilməklə dayandırılmasında, tapançanı onlara tuşlayıb həyat və səhhəti üçün təhlükəli zorakılıqla silahlı basqın edilib avtomaşının açarının Şahid10 əlindən alaraq, hədə-qorxu və zor tətbiq edilməklə Zərərçəkmiş şəxs3 öz avtomaşınlarına mindirilib aparılaraq oğurlanmasında, Buzovna qəsəbəsində bandanın üzvü Şahid13 əvvəlcədən hazırladığı X15 məxsus bağ evində 3 gün, sonradan Şahid12 məxsus bağ evində 5 gün, bundan sonra isə Şahid13 özünə məxsus bağ evində daha 5 gün saxlanılıb fıziki iztirab verilməklə azadlıqdan qanunsuz məhrum edilməsində, bu müddət ərzində Zərərçəkmiş şəxs3 yeznəsi X16 ilə telefon əlaqəsi yaradılıb, qohumu Zərərçəkmiş şəxs3ıın şəxsiyyəti üzərində zor göstərmək və öldürməklə onu hədələyərək, 2.220.000.000 AZM manata bərabər 500 min ABŞ dolları, yəni 444.000 AZN manat məbləğində küllı miqdarda əmlakının tələb edilməsində iştirak etmiş, lakin Zərərçəkmiş şəxs3 xx xxxxxxx 1995-ci il tarixdə saat 21 radələrində özü saxlanıldığı yerdən qaçıb getmişdir. Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmək üçün tanışı X79 ilə əlbir olduğu qrupda xx xxxx 1997-ci il tarixdə saat 2 radələrində Bakı şəhəri «Abşeron» mehmanxanasının 16-cı mərtəbəsində yerləşən «Oskar» adlı kazinoda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz əldə edib saxlanılan və gəzdirilən 9 mm. kalibrli istifadəyə yararlı patronlardan ibarət döyüş sursatı ilə birlikdə yivli odlu silah olan eyni kalibrli «Makarov» markalı tapança işlətməklə xəzinədar Zərərçəkmiş şəxs5 həyatı və səhhəti üçün təhlükəli zorakılıqla basqın edib özü tərəfindən tapançadan onun ətrafına 2 dəfə atəş açılması ilə Zərərçəkmiş şəxs5 kazinonun xəzinəsində olan 46.669.000 AZM manata bərabər 11.800 ABŞ dolları, yəni müvafiq dövrün məzənnəsi ilə 9.333,80 AZN manat məbləğində nağd pulu alaraq zərər çəkənə mühüm ziyan vurmaqla quldurluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edilən cinayətlərinə görə həbsli axtarışda olduğu 1997-ci ildən etibarən Rusiya Federasiyası ərazisində gizlənərkən cinayət məsuliyyətindən və cəzadan boyun qaçırmaq üçün saxta sənəddən istifadə etmək məqsədilə istintaqa məlum olmayan şəxsə sifariş verməklə, guya x xxxx 1997-ci il tarixdə verilmiş V-JO 680182 saylı pasportunun itirilməsi səbəbindən xx xxxxxxx 1998-ci il tarixdə özünün fotoşəkli yapışdırılmış və ünvan 1 mənzil 12 ünvanda yaşayan uzaq qohumu, Azərbaycan Respublikasının vətəndaşı Şahid34 adına tərtib edilməklə X8 şəhəri, Qryaznov küçəsi, ev 32 ünvanda qeydiyyatda olmasına və Rusiya Federasiyası vətəndaşlığına dair rəsmi sənəd olan, hüquq verən və vəzifədən azad edən 7597 seriyalı 090179 saylı saxta pasportu qanunsuz hazırlatdırıb əldə etmiş və bilə-bilə həmin saxta sənəddən tutulduğu x xxxxxx 2018-ci il tarixədək istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əslən Laçın rayonundandır. Bakı şəhərində Keşlə qəsəbəsində 201 saylı orta məktəbi bitirmişdir. 1987-1989-cuillərdə RusiyanınVolqoqrad vilayətində hərbi xidmət keçmişdir. Xidməti başa vurduqdan sonra bir müddət Bakı şəhərində yaşamışdır.Qohumları və dost-tanışları arasında «Kürd Akif» ləqəbi ilə tanınmışdır.1991-ci ildən mütəmadi olaraq RusiyaFederasiyasına gedib-gəlmiş, oradan avtomobilgətirib Bakışəhərində satmaqla pulqazanmışdır. Orta məktəbin sonuncusinfində oxuyarkən məhəllədə yaşayan qonşularla qohum olan «Quli» ləqəbli X46 ilə tanış olmuşdur. Elə həmin illərdə Bakı şəhərində «Dinamo» cəmiyyətində dzyu-do güləş növü ilə məşğul olmağa başlamışdır. Orada boksla məşğul olan X74 ilə tanış olmuşdur. Otar ilə Nadirin həmyerli kimi münasibətləri olmuşdur. Bundan sonra həm Nadir, həm də Otarla ailəvi dostluq etmiş, hər ikisinin ailə üzvlərini tanımış, xeyir-şər məclislərində, o cümlədən Gürcüstanın Marneuli şəhərində Otarın bacısının toyunda iştirak etmişdir. Şahid2 Nuşirəvan oğlu ilə «Dinamo» cəmiyyətində məşq edərkən tanış olmuş, həmyerli kimi onunla münasibət saxlamışlar. «Bülbülə Tahir» kimi tanınan X31 və onun qardaşı Hidayəti kiçik yaşlarından məhəllədə görüb tanımışdır. Belə ki, Tahirin bacısı onun qonşuluğunda ərdə olmuşdur. Tahirgil bacısı evinə gəlibgedəndə onunla tanışlıqları yaranmışdır. «Rıjıy» ləqəbi ilə tanınmış və keçmiş Əli Bayramlı şəhərindən olan X45 ilə onu 1992-ci ildə keçmiş Leninqrad şəhərində Elçin adlı mərhum güləşçi dostu tanış etmişdir. 1993-cü ildə avtomobil gətirmək üçün Dubayda olarkən Ədaləti də orada görmüş və birlikdə İrandan keçməklə Azərbaycana gələndə yol yoldaşlığı etmlər. Bakı şəhərinin keçmiş Razin qəsəbəsindən olan Ələddini və Əmircan qəsəbəsindən olan Rəhimi də onunla Ədalət 1993-cü ildə tanış etmişdir. Buzovna qəsəbəsindən Əbdül adlı şəxsi 1992-ci ildə Bakı şəhərində «Kupol» adlı restoranda görüb tanımışdır. Əvvəllər polisdə işləmiş «Fırtına» ləqəbli Həsəni kənardan-kənara tanımış, onunla yaxın münasibətləri olmamışdır. X65, Şahid1 adlı şəxsləri isə xatırlaya bilmir. 1990cı illərin sonlarında axtarışda olduğunu öyrənib Rusiya Federasiyasına köçüb, orada yaşamışdır. Ona verilən ittihamlarla razı deyildir. Şahid2, Otar Bədəlov, Hidayət İbrahimov, Şahid1 və başqaları ilə Tahir İbrahimovun dəstəsinə qoşularaq xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində Zərərçəkmiş şəxs1 adlı şəxsi onun ofisindən silah gücünə oğurlaması, Yeni Günəşli qəsəbəsində mənzildə 3 gün saxlayıb ondan hədə-qorxu ilə 182 min ABŞ dolları tələb edib alandan sonra buraxması barədə ittiham aktında göstərilənləri doğru hesab etmir. Faiq adlı şəxsi tanımır. Heç bir adam oğurluğu cinayətində iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 iş adamı kimi tanımışdır. 1992-ci ildə Dubaya getmək istəmiş, lakin sənədləşmə işlərində ləngimə yarandığından, yəhudi milliyyətindən olan «Slavik» adlı dostunun məsləhəti ilə «İmproteks» şirkətinin xətti üzrə Dubaya getməkdən otrü Matveyin yanına gedib onunla görüşmüşdür. Sonuncuya Slavik tərəfindən göndərildiyini və tez bir zamanda Dubaya getmək istədiyini bildirib pasportunu ona vermişdir. Təxminən bir həftədən sonra şirkətə getdikdə sənədinin artıq hazır olduğunu və oteldə onun yer bron edildiyini öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 şirkətdə görməmişdir. Onun oğurlanmasından xəbəri olmamışdır. 1995-ci ilin oktyabr ayında Həsən, Ədalət və Ələddin ilə birlikdə Bakı şəhərinin «Komsomol» adlanan dairəvi yolunda yanacaq doldurma məntəqələrinin müdir müavini Zərərçəkmiş şəxs3 adlı şəxsin salonunda olduğu Cavanşir adlı sürücünün İdarə etdiyi maşından silah gücünə düşürülüb oğurlanmasında iştirak etməmiş və həmin cinayətdən xəbərsizdir. 1997-ci ilin iyul ayında «Abşeron» otelində yerləşən «Oskar» adlı kazinoda tapançadan atəş açıb Anar adlı kassirdən pul aldığı barədə ittiham aktında göstərilənləri doğru hesab etmir. Həmin kazinoda dəfələrlə olmuş, lakin orada heç vaxt tapança və digər odlu silahdan istifadə etməmiş, heç kimdən pul tələb etməmiş və almamışdır. Həmin kazino onun dostu «AST Telman» kimi tanınan Telman İsmayılovun bacısı oğlu Nazimə məxsus olmuşdur. Telman İsmayılovla 1991-ci ildən Moskvanın «Lujniki» adlanan yerində tanış olmuş, sonuncu onu öz şirkətində qeyri-rəsmi işə götürmüş və Qazaxıstan karqo işlərinə rəhbərliyi ona etibar etmişdir. İttiham olunduğu bandanın tərkibində sadalanan cinayətlərin törədilməsində hər hansı formada iştirak etməmişdir. 2003-cü ilin mart ayının 21-də axşamüstü Novruz bayramı ilə əlaqədar Moskva şəhərində «Özbəkistan» adlı restoranda olduğu vaxt Otar zəng vurub onu Kutuzov prospektində «Take» adlı yapon restoranına dəvət etmişdir. Saat 24 radələrində oraya getdikdə Otarın ümumi dostları olan Artik və Müslüm adlı çeçen milliyyətindən olan oğlanlarla və Mübariz adlı Yevlaxlı oğlanla oturub suşi yediyini görmüşdür. Qəflətən küçədən restoran avtomat atəşinə tutulmuşdur. Onun kürəyinə güllə dəymiş, Otar, Artik və Müslüm isə yıxılıb qalmışlar. Təcili yardım maşınları ilə aparıldığı xəstəxanada özünu Şahid34 kimi təqdim etmişdir. Üstündə sənədi olmamış, ilkin tibbi yardım göstəriləndən sonra yenidən silahlı hücuma məruz qalacağından ehtiyat edib, xəstəxanadan çıxıb getmişdir. Restoranı atəşə tutanların onu, Otarı və Mübarizi deyil, Müslüm ilə Artiki öldürmək istədiklərini sonradan bilmişdir. Həmkəndlisi və mərhum dayısı Sabirin qaynı Şahid34 tanıyır. İsanın adına pasportu Moskva şəhərində 1998-ci ildə tanımadığı adamdan almışdır. Əslən Gürcüstandan olan həmin şəxsdən onun üçün başqa adamın adına pasport düzəltməyi xahiş etmiş, sonuncu pasportu kimin adına düzəltmək lazım gəldiyini soruşanda, o qohumu İsanın anket məlumatlarını vermişdir. Həmin adam da Şahid34 adına tərtib edilib onun fotoşəkli yapışdırılmış pasportu gətirib ona vermişdir. Həmin pasportla o, Rusiya Federasiyası vətəndaşı və Maqnitoqorsk şəhər sakini olmuşdur. 2018-ci ilin fevral ayında həbs ediləndə üzərində X66 adı ilə fotoşəkli yapışdırılmış Rusiya Federasiyası vətəndaşlığına aid pasport və sürücülük vəsiqəsi olmuşdur. X66 adlı şəxsi tanımır, bu pasportu və vəsiqəni tanımadığı adamdan almış, həmin pasporta görə Moskva şəhər sakini olmuşdur. Rusiyada və digər yerlərdə olarkən istifadəsində Rusiya operatorlarına məxsus bir neçə mobil telefon nömrələri olmuşdur. «Quli» ləqəbli uşaqlıq dostu Nadir Səlifovla son dəfə 2018-ci ilin yanvar ayında İstanbul şəhərində görüşmüşdür. Rövşən Lənkəranski ilə də Moskva şəhərində yaxın münasibətləri olsa da, cinayət xarakterli əlbirliyi və ya birgə biznesi olmamışdır. Sonuncu ilə sadəcə dostluq etmişdir. 2018-ci il fevral ayının 5-də Moskva şəhərində «İJ 70» və «Brauninq» markalı ikiədəd tapançasaxladığına görə tutulmuş və Moskva şəhəri Nikulin rayon məhkəməsinin 9iyul 2018-ci il tarixli hökmü ilə Rusiya FederasiyasınınCM-nin 222-ci maddəsinin 1-ci hissəsi və 327-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azadlığa çıxmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Rusiya FederasiyasıUlyanovsk vilayətinin İnza şəhərində tutulmuş və Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, x xxxxxx 1997-ci il tarixdən «Oskar» kazinosunda xəzinədar vəzifəsində işləmişdir. xx xxxx 1997-ci il tarixdə saat 23:35-dən xəzinədə işə başlamış, saat 2 radələrində bir nəfərin xəzinənin qarşısında mühafizə rəisi Mustafa ilə söhbət etdiyini görmüşdür. Onların nə barədə danışdıqlarını eşitməmişdir. Sonra həmin oğlan xəzinəyə tərəf dönüb köynəyinin altından qara rəngli tapança çıxararaq ona tərəf tuşlamış və xəzinədəki bütün pulları verməyi tələb etmişdir. Sonuncunun hərəkətini zarafat kimi qəbul edib, ona reaksiya verməmişdir. Təxminən 20 saniyədən sonra həmin oğlan əlindəki tapançadan onun oturduğu yerdən sol tərəfə bir dəfə atəş açıb, yenidən pulları verməyi tələb etmişdir. Qorxub yerində qalmışdır. Mustafa həmin oğlanı sakitləşdirməyə çalışsa da, sonuncu növbəti dəfə də ondan sol tərəfə atəş açaraq pulları tələb etmişdir. Odur ki, xəzinədə olan 11.800 ABŞ dolları pulu həmin oğlana vermişdir. Sonuncu pulu götürüb getmişdir. Mustafa və digər şəxslər onun ardınca çıxmışlar. Hadisə barədə kazinonun sahibi Rüfətə məlumat vermişdir. Qorxduğu üçün talanmış pulun məbləğini səhvən 300 ABŞ dolları kimi demişdir. Təqsirləndirilən şəxs tanımır, onu orada görməmişdir. İbtidai istintaq zamanı müstəntiq ona Akifin şəklini göstərib kazinodakı şəxslərin sonuncunu tanıdığını demiş, bu səbəbdən də hadisə vaxtı ona tərəf atəş açanın Təqsirləndirilən şəxs olduğu barədə ifadə vermişdir. Həqiqətdə Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsla bağlı hissədə ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, uzun müddət Gəncəşəhərində ticarətlə məşğul olmuş,sonradanmüflis olmuşdur.1989-cu ildə Gəncə sənaye-ticarət birliyiyaradıb qeydiyyatdankeçirmişdir.Birlik əsasən Rusiyadan gətirdiyi ərzaq mallarının satışıilə məşğul olmuşdur. Bakı şəhərində «Malakan» bağının arxa tərəfində bir otaq icarəyə götürüb ofis kimi istifadə etmişdir. xx xxxxxx 1994-cü ildə saat 11 radələrində ofisdə olarkən sonradan tanıdığı Otar Bədəlov, Təqsirləndirilən şəxs və Şahid2 ora gəlmişdir. Həmin vaxt ofisdə milliyyətcə tatar olan, sonralar Türkiyəyə köçmüş Qalya adlı katibə də olmuşdur. Gələn üç nəfərdən biri ondan Faiq olduğunu soruşmuş, müsbət cavab aldıqda onlarla getməyi əmr etmişdir. Həmin şəxslərin üçündə də «Makarov» markalı tapançaya oxşar tapança olmuş, ofisə girən kimi bellərindən tapançaları çıxarıb ona tərəf tuşlamışlar. Çıxılmaz vəziyyətdə onlarla getməyə məcbur olmuşdur. Onu aşağı düşürüb həyətdə, binaya olan girişin qarşısında dayanmış tünd qırmızı rəngli, nömrəsiz, şüşələri qara, salonu bayırdan görünməyən VAZ-21099 markalı avtomaşının arxa oturacağında ortada əyləşdirmişlər. İkisi nəfər sağ və solunda, biri isə qabaqda sürücünün yanında əyləşmişdir. Sürücü isə Hidayət İbrahimov olmuşdur. Əyləşən kimi Hidayət maşını Fəhlə prospekti ilə sürüb Neftayırma zavoduna çatmamış yolda saxlamış və təxminən bir saat-saat yarım orada gözləmişlər. Sakitlik olduğunu gördükdə maşın bazarı olan yolla 8-ci kilometr qəsəbəsinə sürmüşlər. Bazarı keçib bir az getdikdən sonra hərəkət edə-edə eni təxminən 8-10 sm. olan qara rəngli məxmər parça ilə onun gözlərini bağlamışlar. Hara sürdüklərini dəqiq bilməmişdir. Maşını saxlayaraq onu düşürüb 2-ci mərtəbədə yerləşən mənzilə aparmış və orada gözlərindən qara parçanı açmışlar. Gətirənlər onu Şahid2 və Şahid1 yanında mənzildə qoyub getmişlər. Mənzil 3 otaqlı olmaqla otaqların birində oturmuşdur. Orada televizor, videomaqnitofon, stol-stullar, ikinci yataq otağında isə 2 ədəd çarpayı qoyulmuşdur. Üçüncü otaqda yemək yemişlər. Mənzildə sərbəst hərəkət etmiş, yanında qalan Rövşən və Rahib növbə ilə yatıb istirahət etmişlər. Mənzilin qapısı metal lövhədən olmuş, onu gətirənlər gedəndə qapını bayırdan açarla bağlamışlar. Mənzilin bütün pəncərələrində, balkonda metal barmaqlıqlar olmuşdur. Onu aparanlar başqa şəxslərlə təqribən 5 saatdan sonra mənzilə qayıdıb, televizor olan otaqda onunla söhbət edərək pul tələb etmiş, səbəbini soruşduqda «pulun var, bizə də verməlisən»-deyə cavab vermişlər. Əvvəlcə bir milyon ABŞ dolları tələb etmiş, bu qədər pulu olmadığını deyəndən sonra 500.000 ABŞ dolları istəmişdir. Bu qədər də pulu olmadığını dedikdə, həmin şəxslər «səni gətirmişik, səninlə alver etməyəcəyik, 300.000 ABŞ dolları verməlisən. Verməyəcəksən, səni öldürəcəyik»-deyib getmişlər. Onun həmin vaxt 90-07-00 nömrəli «Motorolla» telefonu olmuşdur. Ofisdən maşına mindirən kimi telefonu əlindən almışlar. Səhərisi günü günortaya yaxın həmin adamlar mənzilə qayıdıb telefonu ilə ona evindəki 96-34-36 nömrəli telefona zəng etdirmişlər. Həmin vaxt atasıgil də onlarla bir yerdə yaşamışdır. Atası ilə danışıb bildirmişdir ki, onu oğurlayıb saxlayırlar, pul istəyirlər. Onu oğurlayanların özləri də atasıgillə danışıb pul tələb etmiş, pul verməyəcəkləri halda onun əlini, bədəninin bir hissəsini kəsib göndərəcəklərini demişlər. Evdən müsbət cavab almayıb, çıxıb getmişlər. Həmin gün axşam, səhərisi günü yenə də gəlib onunla göstərilən hərəkətləri təkrar edərək pul tələb etmiş, evinə zəng edib, hədə-qorxu gəlmişlər. Avqust ayının 31-də axşamüstü həmin adamlar yenə də gəlmiş, söhbət zamanı o, evdə nağd pulu olmadığını, yerinə heç kimin də pul verməyəcəyini, pulu ancaq özü toplaya biləcəyini deyib buraxmağı xahiş etmişdir. Həmin şəxslər də həqiqətən ona görə heç kimin pul vermək fikrində olmadığını görüb, məcbur olub onunla razılaşmış, pulu verməyəcəyi təqdirdə uşaqlarını oğurlayacaqlarını, ya da vuracaqlarını bildirmişlər. Həmin adamların dediklərinə inanmışdır. Həmin vaxt qızı institutda, oğlu isə məktəbdə oxumuşdur. Uşaqlarına görə qorxu hissi keçirmişdir. Onunla mənzildə söhbətləri əsasən Akif və Otar aparmışdır. Söhbət edən zaman hər dəfə onlar mətbəxə keçmişlər. Onunla olan hər bir söhbətin nəticəsini mətbəxdən onun telefonu ilə zəng edib kiməsə bildirmişlər, hətta onu buraxanda da zəng edib icazə almışlar. Avqust ayının 31-də, yəni 3 gündən sonra axşam, hava qaralanda onu aparan 3 nəfər gəlib, yenə də qara parça ilə gözlərini bağlamış, aşağı düşürüb gətirdikləri VAZ-21099 markalı avtomaşına mindirmiş, metronun «Neftçilər» stansiyasının yaxınlığındakı dairəyə gətirib düşürmüşlər. Düşürməzdən əvvəl maşında gözlərini açsalar da, hansı istiqamətdən gəldiklərini dəqiqləşdirə bilməmişdir. Ona 3 günə pulu hazırlamağı tapşırmış, 3 gündən sonra zəng edəcəklərini demişlər. Buraxılandan sonra o, Moskvada yaşamış mərhum qardaşı Qalibə zəng edib pul gətirməyi xahiş etmiş, qardaşı evini girov qoyub, yoldaşlarından 120 min ABŞ dolları borc götürüb ona gətirmiş, o özü də çalışıb cəmi 182 min ABŞ dolları toplamışdır. 3 gündən sonra onu oğurlamış şəxslər əl telefonuna zəng edib, pulun hazır olub-olmadığını soruşmuşdur. O pulun hazır olduğunu bildirdikdə, saat 18-də Sabunçu dairəsinə gəlib yanacaq doldurma stansiyasının yanında gözləməyi ona tapşırmışlar. Deyilən vaxtda həmin yerə gəlib gözləmişdir. Təqribən 20-25 dəqiqədən sonra YDM-nin binasının arxasından X52 etdiyi tünd qırmızı rəngli VAZ-21099 markalı avtomaşın çıxaraq gəlib yanında dayanmış, sürücünün yanında oturan şəxs şüşəni bir az aşağı salıb pulları istəmişdir. O da pul olan salafan torbanı maşında oturana vermişdir. Maşın dərhal hərəkətə gəlib Zabrat istiqamətinə getmişdir. O, pulu alanı və sürücünü görmüşdür, onlar onu ofisdən aparan şəxslər olmuşlar. Həmin gün axşamüstü pulu alan şəxslər zəng edib niyə az pul verdiyini soruşmuş, o da bundan artıq toplaya bilmədiyini bildirmişdir. Bundan təqribən yarım ay-bir ay sonra onu ofisdən aparanlar onun ev telefonuna zəng etmiş, sonra isə ofisə yanına gəlib Otarın bacısına toy elədiyini deməklə, 10 min ABŞ dolları tələb etmiş, lakin, o bir qəpiyi də olmadığını, borclarını qaytardığını bildirmişdir. Ofisdən onu aparanlar ucaboylu, möhkəm bədənli, Azərbaycan dilində sərbəst danışan azərbaycanlı oğlanlar olmuşlar. Mənzildə saxlanılan zaman yeməyi də həmin şəxslər gətirmişlər. Onun yanında evdə qalmış oğlanlardan biri ucaboylu, enlikürəkli, möhkəm bədənli, sarıbəniz oğlan olmuş, həmin oğlanın sağ gözünün üstündə yuxarıdan aşağı, bir az çəp istiqamətdə çapıq, başında qİsa tükləri olmuşdur. İkincisi alçaqboylu, orta bədənli, başında qİsa qara tükləri olan oğlan olmuşdur. İkisi də Azərbaycan dilində sərbəst danışmışdır.Həmin oğlanların ikisində də «Makarov» tipli tapança olmuş, tapançaları belində kəmərin altına keçirmişlər. Mənzildə saxlanıldığı vaxt heç yerə çıxmamış və döyülməmişdir. Lakin bir dəfə yanında Rövşən və Rahib olan zaman sonuncuların pulun tələb edilməsi ilə əlaqədar söhbəti olmuş, o pulu olmadığını bildirdikdə, təzyiq etmək kimi Rahib onu tutub vanna otağına aparmış və başını zorla suya salıb çıxarmışdır. Mənzildə olanların hamısının məqsədi ondan pul almaq olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, xx xxxxxx 1995-ci il tarixdə saat 20 radələrində İdarə etdiyi «Toyota Corolla» markalı avtomaşınla yaşadığı Bakı şəhəri Oktyabr döngəsi, 8 saylı evin qarşısına gəlmiş, darvazanın bir tayının bağlı olduğunu görüb onu açmaq üçün maşından düşmüşdür. Bu zaman bir nəfər naməlum şəxs ona yaxınlaşıb «Matvey sənsən?»-deyə soruşmuş və əlindəki tapançanın dəstəyi ilə başına vurmuş, başqa birisi isə arxadan onun başına papaq keçirərək başını əski ilə bürümüşdür. Onu zorla bir VAZ- 21099 markalı avtomaşının arxa oturacağına mindirdikdən sonra, iki nəfər tapançaları bədəninə söykəyərək səs-küy salmamağı tələb etmişdir. Onu tanımadığı bir yerə gətirib çarpayıda uzatmış və başını açmamağı tələb etmiş, əks halda öldürəcəkləri ilə hədələmişlər. Üstünü axtarıb işlədiyi firmanın telefon nömrəsini götürmüş və azad edilməsi üçün 500.000 ABŞ dolları alacaqlarını bildirib keşiyini çəkmişlər. xx xxxxxx 1995-ci il tarixdə saat 17-18 radələrində isə başına papaq keçirib köynəklə sarıyaraq avtomaşına mindirib azad edilməsi üçün 150.000 ABŞ dolları aldıqlarını bildirmiş və Bakı-Zabrat yolunda onu azad etmişlər. Evə qayıdandan sonra öyrənmişdir ki, onu oğurlayanlar firmanın təhlükəsizlik xidmətinin rəisi Şahid7la telefon əlaqəsi yaradaraq, azad edilməsi üçün Sabunçu dairəsində 150.000 ABŞ dolları almışlar. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun ifadəsindən görünür ki,x xxxxxxx 1995-ci ildə saat 10 radələrində sürücüsü Şahid10 İdarə etdiyi VAZ-2106 markalı avtomaşında evdən çıxıb işə gedərkən «Komsomol dairəsi» adlanan yerə çatanda onların qarşısında ağ rəngli 96- 35 AQA dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomaşın dayanıb onları saxlamağa məcbur etmişdir. Həmin avtomaşından düşən 4 nəfərdən biri Cavanşiri tapança ilə hədələyib avtomaşının açarlarını almış, qalanları isə onun qolunu burub öz avtomaşınlarına aparıb arxa oturacaqda uzatmış, başına papaq keçirməklə gözlərini bağlamış və avtomaşını sürmüşlər. Təqribən 20-25 dəqiqə getdikdən sonra onu düşürüb gözləri bağlı halda bir evə gətirmiş, burada 2-3 gün saxladıqdan sonra yenə gözləri bağlı halda maşına mindirib 2-3 dəqiqə getmiş və bir evə gətirmişdir. Orada da 1 həftə saxladıqdan sonra yenidən başqa bir evə aparmışlar. Saxlanıldığı müddətdə gözləri daim bağlı olmuş, tapançalarla silahlanmış naməlum şəxslər keşiyini çəkmişlər. xx xxxxxxx 1995-ci il tarixdə saat 21 radələrində tualet kimi istifadə olunan digər otağa keçib pəncərəsini açaraq oradan qaçmışdır. Evinə gələndən sonra bəlli olmuşdur ki, onu oğurlamış şəxslər yeznəsi Ağabala ilə telefon əlaqəsinə girib 200 min ABŞ dolları tələb etmişlər. İbtidaiistintaq zamanı dindirilmiş vəifadəsi məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmişşəxsFərhadovRüfətƏzizağa oğlunun ifadəsindən görünür ki, tərkibinə «Abşeron» mexmanxanasının 16-cı mərtəbəsində fəaliyyət göstərən «Oskar» kazinosunun da daxil olduğu «İn AST Co» firmasının rəhbəri olmuşdur. 1997-ci il iyul ayının 17-dən 18-nə keçən gecə kazinoda silahlı basqın edilərək xəzinədən 300 ABŞ dolları və 180 min manatın talanması barədə məlumat almışdır. Kazinonun mühafizəsinin rəhbəri Mustafa ona basqın edən şəxsin idmançı və bir neçə il əvvəl DİN-nin pansionatında gördüyü şəxs olmasını demişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid Şahid6 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, «Kürd» ləqəbli Təqsirləndirilən şəxs 1990-cı ildən «Dinamo» cəmiyyətində idmanla məşğul olduğu vaxtlardan tanıyır,münasibətləri yaxşıolmuşdur. Sifətində çapıq izi olan Şahid2 isə on beş ildir ki, tanıyır. 1994-cü ilin yay aylarında gündüz vaxtı Akif onun yanına gəlib: «bir nəfər bizə pul borcludur, onu evində saxlaya bilərsənmi?»-deyərək həmin şəxsi evində saxlamağı xahiş etmiş, buna razı olmadıqda Akif evi olduğunu, ona da hörmət edəcəklərini bildirməklə gəlib həmin evdə, oğurlanacaq şəxsin yanında qalmağı təklif etmiş, o da razılaşmışdır. Görüşdükləri gün axşam vaxtı Akif özünün avtomaşını ilə gəlib onu Yeni Günəşli qəsəbəsində yerləşən 9 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsindəki 3 otaqlı mənzilə aparmışdır. Akif gedəndən yarım saat sonra Şahid2lə birlikdə qayıtmış və əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 mənzilə gətirmişdir. Akif Faiqi mənzildə qoyub, qapını bayırdan açarla bağlayıb: «birdən qohum-qonşu döyər, sən də çaşıb açarsan»-deyərək çıxıb getmişdir. Rövşənlə birlikdə Faiqin yanında mənzildə qalmışdır. Faiqlə söhbət zamanı ona məlum olmuşdur ki, sonuncu Gəncə şəhərində yaşayır, kommersiya ilə məşğul olur. Növbəti gün saat 11 radələrində Akif mənzilə gəlib Faiqlə mətbəxə keçərək telefonla sonuncunun qohumlarına zəng edib pul tələb etdiyini eşitmişdir. Telefonla danışarkən Faiq «pulu çatdırmasanız, bir daha məni görə bilməyəcəksiniz»-demişdir. Səhər Akif gəlib yenə mətbəxdə telefonla Faiqin qohumlarına zəng edib danışmış, həmin gün də axşam Akif gəlib Faiqi aparmış, ona da yol pulu verib səhərisi gün yanına gələcəyini deyərək evlərinə göndərmişdir. Növbəti gün axşamüstü Akif onların məhəlləsinə gəlib ona 2 min ABŞ dolları verərək Faiqdən borcunu aldığını, bu da onun payı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1la üzləşmə zamanı ona məlum olmuşdur ki, Akifgil sonuncudan 182 min ABŞ dolları pul almışlar. Faiqdən çox pul tələb edən zaman ola bilər ki, Akifgil onu hədələyiblər. Mətbəxdə sonuncunun qohumları ilə telefon danışığı aparılarkən o, qonaq otağında televizora baxmışdır. Faiqlə mənzildə qalan vaxt sonuncu onu əsəbləşdirmiş, odur ki, Faiqi hamam otağına aparıb, başını vannada olan suya salmışdır. Zərərçəkmiş şəxs1 saxlanıldığı mənzilə X21 VAZ-21099 markalı tünd qırmızı rəngli avtomaşını ilə gətirilmiş, buraxılanda da mənzildən həmin maşında aparılmışdır. Zərərçəkmiş şəxs1 saxlanıldığı mənzildə yaşamaq üçün hər cür şərait olmuş, lakin orada daimi yaşayan olmadığını hiss etmişdir. Yataq otağında bir-birinə bitişik 2 çarpayı və şifoner qoyulmuş, döşəməyə xalça sərilmiş, şifonerdə bir neçə dəst müxtəlif rəngli hər mövsümə uyğun bahalı palto, kostyumlar, köynəklər, ayaqqabılar olmuşdur. Mənzildə olduğu 3 gün ərzində həmin paltarlardan və ayaqqabılardan istifadə edən olmamış, onların kimə məxsus olduğunu bilməmişdir. Mənzilin qonaq otağında divar dəsti (stenka), stol, stullar, divan, iki kreslo və jurnal stolu, şkafın üstündə yanbayan yerləşən videomaqnitofon, qara rəngli böyük ekranlı televizor olmuş, döşəməyə xalça sərilmişdir. Qonaq otağının pəncərəsində kondsioner quraşdırılmış, isti olduğuna görə ondan istifadə etmişlər. Üçüncü otağa çox təsadüfən girdiklərinə görə həmin otaqda hansı əşyalar olduğunu dəqiq xatırlaya bilmir. Hadisədən təqribən bir ay sonra Bakı şəhərində «Nizami» kinoteatrının arxasından keçərkən Faiqi gəncəli tanışı Olimlə birlikdə görüb onlarla görüşmüşdür. Faiq borcu olduğu və Bakı şəhərində olan mənzilini satmaq istədiyini demişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, ailəsi ilə Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 24, mənzil 96-da yaşayır. 1994-cü ilin avqust ayından yaşadıqları evin daxil olduğu 179 saylı mənzil-tikinti kooperativinin sədridir. Ev istifadəyə verilən vaxtdan 4-cü mənzil kooperativin üzvü X23 adına olmaqla ona məxsus olmuşdur. Mənzildə sonuncudan başqa oğlu Abbasov Elçin də qeydiyyata düşmüşdür. Ev istifadəyə veriləndən sonra Tofiq mənzili təmir edib, ancaq faktiki olaraq ora köçməmiş, hərdənbir özü, ya da oğlu Elçin mənzilə gəlib baş çəkmiş, özləri isə Əmircanda olan evlərində yaşamışlar. 1995-ci ildə qeyd edilmiş mənzili Ələkbərov İlqar alaraq arvadı X38 adına sənədləşdirmiş və ailəvi orada yaşamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 Əmirəslan oğlunun ifadəsindən görünür ki, 1990-cı ildən 1993-cü ilin axırlarına kimi yaşadığı Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, 24 saylı binanın daxil olduğu mənzil-tikinti kooperativinin sədri olmuşdur. Binanın 4 saylı mənzili Tofiq Abbasova məxsus olmuş, lakin sonuncu həmin mənzildə yaşamamış, sonra isə maştağalı İlqar adlı şəxsə satmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X23 ifadəsindən görünür ki, Qubadlı rayonunun Novlu kəndində doğulmuşdur. Ağdam şəhərində orta məktəbi, sonra isə Azərbaycan Dövlət Neft və Kimya institutunu bitirmişdir. Bir neçə il Bakı maşınqayırma texnikumunun direktor müavini, sonra isə direktoru vəzifəsində işləmişdir. Həmin illərdə İnşaat texnikumunun direktoru işləmiş, əslən Qubadlı rayonundan olan Nuşirəvan Paşayevlə tanış olmuşdur.Münasibətləri normaldır. 1989-cu ildə Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivində tikilmiş 24 saylı kooperativ binanın 4-cü mənzilini alıb təmir etdirmiş, girişə seyf qapı qoydurmuş, pəncərələrə dəmir barmaqlıqlar vurdurmuşdur. Təmir işlərini tanışı Şahid5 aparmışdır. Ancaq o, həmin mənzilə köçməmiş, hərdənbir gedib baş çəkmişdir. 1992-ci ilin aprel ayında böyük oğlu Abbasov Elşad evlənən zaman gəlini həmin mənzilə aparmış və orada bir ay yaşadıqdan sonra Əmircandakı evlərinə köçmüşdür. 1995-ci ildə mənzili satmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 1989-cu ildə tanışı Tofiq Abbasovun Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, ev 24, 4 saylı mənzilində təmir işləri aparmışdır.Girişə seyf qapı qoyularaqaçarları Tofiq Abbasova verilmişdir. 1995-ci ilin əvvəllərində Tofiq Abbasov həmin mənzili satmışdır. Mənzildə olan əşyaların daşınmasına köməklik etmişdir. Mənzildən divar dəsti, divan, 2 ədəd kreslo, stol, stullar, mətbəx mebeli və kondisioneri başqa mənzilə daşımışlar. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X10 ifadəsindən görünür ki, 1994-cü ilin noyabr ayının 18-dən, yəni Otar Bədəlov tutulmamışdan əvvəl onda və Təqsirləndirilən şəxs silah görmüşdür. Otarda olan tapança silah polis əməkdaşları tərəfindən xx xxxxxx 1994-cü il tarixdə evindən götürülmüşdür. Təqsirləndirilən şəxs isə tutacaq yeri qəhvəyi rəngində parıldayan silah olmuşdur. Həmin silahı Akif evində gecələyən zaman görmüşdür. 1994-cü ilin noyabr ayının 8-9-da Otarın bacısının nişanı ilə əlaqədar sonuncu, Akif, «Quli» və Nazir onun mənzilində yığışıb nişana getməyi qərara almışlar. Noyabr ayının 12-13-də Otar Bakıya qayıtmışdır. Otarda və Akifdə 90-02-07 nömrəli «Motorolla» telefon aparatı olmuşdur. Sonra həmin telefonu dəyişib, Otara 90-04-95, Akifə isə 90-04-96 nömrəli telefon aparatları almışlar. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, «İmproteks» firmasının təhlükəsizlik xidmətini rəisi işləmişdir. Zərərçəkmiş şəxs2 oğurlanmasından bir gün sonra naməlum şəxslər ona zəng edərək Zərərçəkmiş şəxs2 azad edilməsi üçün 500.000 ABŞ dolları tələb etmiş, əks halda onu öldürəcəklərini bildirmişlər. Sonuncuların tələbini Zərərçəkmiş şəxs2 qohumlarına çatdırmışdır. Növbəti gün də naməlum şəxslər zəng vurub pul tələb etdikdə, Zərərçəkmiş şəxs2 qohumlarının 150.000 ABŞ dolları topladıqlarını demişdir. Naməlum şəxslər ona pulu götürüb Sabunçu dairəsindən keçərək Maştağa istiqamətində hərəkət etməyi tələb etmişlər. O da pulları götürüb «Nissan Blyuburd» markalı avtomaşınla tələb edilən marşrutla hərəkət edərkən içərisində 3 nəfərin olduğu və dövlət qeydiyyat nişanları olmayan VAZ-21099 markalı bir avtomaşında sürücünün yanında oturan şəxs ondan pulu gətirib-gətirmədiyini soruşmuş, o da içində pullar olan torbanı həmin şəxslərə vermişdir. Axşam Zərərçəkmiş şəxs2 azad edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahidX25 ifadəsindən görünür ki, Şahid9 ona 1995-ci ilin fevral ayında 25.000 ABŞ dolları verərək Zərərçəkmiş şəxs2 oğurlayıb pul aldıqlarını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid8ifadəsindən görünür ki, Mərdəkan qəsəbəsinin «Bağlar» stansiyasının yaxınlığına bağ evi vardır. Orada heç kim yaşamır və qapıları daim açıq olur. Tanışı Şahid9 bir neçə dəfə həmin bağ evinə qız aparmaq üçün ondan razılıq almışdır. Həmçinin 1995-ci ilin fevral ayında sonuncu həmin bağda qonaqlarını saxlamağa icazə istəmiş və bu barədə Tahir İbrahimovun da məlumatlı olduğunu bildirmişdir. O, bağın qapısının açıq olduğunu bildirib, etiraz etməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid9 ifadəsindən görünür ki, 1995-ci ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs onun yanına gəlib «Nizami» kinoteatrının yaxınlığında yerləşən «İmproteks» firmasında işləyən Zərərçəkmiş şəxs2 oğurlayıb ondan çoxlu pul almağı təklif etmiş və o, razılaşmışdır. Bülbülə qəsəbəsində Bahadur adlı tanışının evində heç kimin yaşamadığını deyərək Zərərçəkmiş şəxs2 oraya aparmağı məsləhət bilmişdir. Növbəti gün saat 19 radələrində VAZ-21099 markalı avtomaşınla «Nizami» kinoteatrının yanına gəlmiş, orada Təqsirləndirilən şəxs və daha 2 nəfərlə görüşüb birlikdə «İmproteks» firmasının yanında gözləmişlər. Saat 20:30 radələrində Zərərçəkmiş şəxs2 işdən çıxıb öz xarici avtomaşını ilə gedərkən onu izləməyə başlamışlar. Zərərçəkmiş şəxs2 dəmir yolu vağzalının yanında avtomaşını saxlayıb darvazanı açarkən onlar onu öz avtomaşınlarına mindirərək Bahadur adlı şəxsin bağına aparmışlar. Növbəti günlərdə Təqsirləndirilən şəxs və o, Zərərçəkmiş şəxs2 verdiyi telefon nömrəsi ilə onun iş yerinə zəng vurub Matveyin azad edilməsi üçün 300.000 ABŞ dolları pul tələb etmiş, əks halda onu öldürəcəkləri ilə hədələmişlər. Zərərçəkmiş şəxs2 azad edilməsi üçün 150.000 ABŞ dolları təklif olunduqda bununla razılaşmış, eynək taxaraq özlərini tanınmaz hala salıb nömrə nişanlarını çıxardığı avtomaşında həmin pulu almışlar. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid10ifadəsindən görünür ki,o, Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusatları təsdiq edərək basqın edənlərin hərbi səhra geyimində olduqlarını və «Makarov» markalı tapança ilə onu hədələdiklərini, hadisəni dərhal Zərərçəkmiş şəxs3 arvadına xəbər verdiyini göstərmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahidX16nunifadəsindən görünür ki,x xxxxxxx 1995-ci ildə Zərərçəkmiş şəxs3 oğurlandığı xəbərini eşitmişdir. Bir-iki gün sonra naməlum şəxslər ona zəng edərək Mürvətin azad edilməsi üçün 500 min ABŞ dolları hazırlayıb verməyi tələb etmişlər. Sonrakı günlərdə də onlar zəng edib pulların hazır olub-olmadığını soruşmuş, polisə məlumat verilərsə Mürvəti öldürəcəkləri ilə hədələmişlər. Bir neçə gündən sonra Mürvət gəlib çıxmış, cinayətkarlar tərəfindən zorla aparılaraq bağ evində saxlanıldığını, evin pəncərəsindən düşüb qaçdığını söyləmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahidlər X32 və Şahid12 ifadələrindən görünür ki, 1995-ci ilin oktyabr ayında Şahid13 onlardan qonaqlarının qalması üçün bağ evinin açarlarını istəyib almışdır. Bağda kimlərin saxlanmasından məlumatları omamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid13 ifadəsindən görünür ki, 1995-ci ilin oktyabr ayının əvvəllərində Buzovna qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs ona polis tərəfindən axtarıldığını deyib, bir neçə günlüyə gizlənmək üçün yer tapmağı xahiş etmişdir. O, həmkəndlisi X5 Moskvadan gələcək qonaqlarının qalması üçün Buzovnadakı bağ evinin açarlarını xahiş edib almışdır. Həmin gün də Akifi aparıb bağ evini göstərmiş və açarları vermişdir. Bir neçə gün sonra rastlaşdıqda Akif bağ evində qaldığını, lakin xoşuna gəlmədiyini demişdir. Buna görə də o, digər həmkəndlisi Şahid12 bağ evinin açarlarını alıb, Akifə verib, evi göstərmişdir. İki gündən sonra Zakirin bağ evinə gələndə orada naməlum adamları görmüşdür. Onlar evdə oğurladıqları bir nəfər yəhudini saxladıqlarını bildirmişlər. Ertəsi gün Akifi görüb bağda adam saxlanmasına etirazını bildirmiş və bağ sahibini «zibilə salmamaq» üçün oğurlanmış adamı öz bağına gətirməyi təklif etmişdir. Bu zaman Akifin yanında Həsən adlı bir nəfər də olmuşdur. Həmin axşam Akifin və Həsənin tapşırığı ilə öz bağının qapısını açmış, bir qədər sonra isə Akif, Həsən və Zakirin bağında gördüyü adamlar avtomaşında bir nəfəri onun bağ evinə gətirmişlər. Akif ona veriləcək yeməyi bağdakı şəxslərə çatdırmağı tapşırmış və bunun müqabilində pul veriləcəyini demişdir. Bundan sonra bir neçə dəfə Mərdəkan dairəsində Həsənin verdiyi yeməyi bağdakı maskalı adamlara çatdırmışdır. Həmin günlərdə Həsən ona saxlanılan şəxsin qohumlarından pul almaq üçün oğurladıqlarını da demişdir. Sonrakı günlərdə isə Mərdəkan dairəsinə getməsinə baxmayaraq, Həsən gəlib çıxmamış, bundan narahat olub xx xxxxxxx 1995-ci il tarixdə saat 19 radələrində bağa gələrək Akifi soruşub getmiş, həmin axşam saat 23 radələrində polis tərəfindən tutulmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X11ifadəsindən görünür ki,Ədalət Əliyevin göstərişinə əsasən Miriş adlı şəxsin oğurlanıb saxlanıldığı bağ evinə çatdırmaq üçün yeməyi hər gün Şahid13 aparıb vermişdir. Ədalət ona bağ evində bir nəfər neftbaza işçisi olan Miriş adlı şəxsin Akifin tapşırığı ilə oğurlanıb saxlandığını demiş və yemək aparmaq müqabilində 4 ədəd təkər diski vəd etmişdir. Bağ evində saxlanılan Mirişin keşiyini çəkmək üçün Ədalətin göstərişinə əsasən uşaqlıq dostu Firuz Qurbanovu cəlb etmişdir. Sonuncu onunla razılaşdıqdan sonra bir yerdə yemək alıb göstərilən bağ evinə aparmaqla oranı Firuza tanıtdıraraq «Naxçıvanik» adlı şəxslə Mirişin keşiyini çəkməyini bildirməklə Firuzu orada qoyub geri qayıtmışdır. Sonradan X17rlanmış adamın qaçdığını və Əbdülün tutulduğu öyrənmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid14 ifadəsindən görünür ki, 1995-ci ildən «Oskar» kazinosunda kuryer işləyir. xx xxxx 19997-ci il tarixdə saat 23:30-da işə gəlmiş və xəzinəyə daha yaxın masada 4-5 nəfərin poker oyununu İdarə etmişdir. Saat 00:40 radələrində oyunçulardan biri masa arxasından qalxıb harasa getmişdir. Saat 00:50 radələrində atəşə oxşar səs eşidib xəzinədara tərəf baxanda onun şüşə arxasında öz yerində olduğunu, xəzinənin qarşısında mühafizənin rəisi Mustafanın və başqalarının dayandığını görmüş və kiminsə rus dilində «hamısını ver»-deyən səsini eşitmişdir. Təxminən bir dəqiqə sonra ikinci atəş səsinə dönüb baxanda bir az əvvəl masa arxasından qalxıb gedən ağ köynəkli və tünd şalvarlı, qara saçlı, yumru sifətli, idmançı bədən quruluşlu, təxminən 30-35 yaşlı oyunçunun xəzinənin qarşısında dayanmasını, əlində tutuduğu tapançanı xəzinədara tərəf tuşlayaraq pul tələb etdiyini, əks halda növbəti atəşi ona açacağını dediyini, Mustafanın isə onu sakitləşdirməyə çalışdığını, inkassator Yuliya adlı qızın ağladığını, daha sonra isə tapançalı oğlanın əlində dollar və manat olmaqla çıxıb getdiyini görmüşdür. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid15ifadəsindən görünür ki, 1995-ci ildən «Oskar» kazinosunda işləyir. 1997-ci il iyul ayının 17-dən 18-nə keçən gecə kazinoda tapançadan atəş açıb xəzinədən pulları aparan qara qıvrım saçlı, qalın qara qaşlı oğlanın əynində ağ köynək, qara şalvar, boynunda qızıl boyunbağı olmuşdur. Həmin silahlı şəxslə birlikdə kazinoda olan ikinci oğlanın onunla eyni məktəbdə 3-4 sinif əvvəl oxumasını xatırlamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmişşahidlər Şahid16, Şahid17, Şahid18, Şahid19, Şahid20, Şahid21, Şahid22, Şahid23, Şahid24, Şahid25, Şahid26, Şahid27, Şahid28, Şahid29, Şahid30, Şahid31, Şahid32, Şahid33 ifadələrindən görünür ki, xx xxxx 1997-ci il tarixdə saat 2 radələrində işlədikləri «Oskar» kazinosunda xəzinəyə silahlı şəxs tərəfindən basqın edilərək pulların alınması barədə Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahidƏzizov Famil Əyyub oğlununifadəsindən görünür ki,Zaur Əzizov onun oğludur. Sonuncu 1994-cü ildən Moskva vilayətində yaşamağa başlamış, hərdənbir Bakı şəhərinə gəlib-getmişdir. Sonuncu dəfə Zaur 1997-ci il iyul ayının əvvəllərində Bakıya gəlmişdir. Oğlu həmişə axşamlar evə vaxtında qayıtmışdır. xx xxxx 1997-ci il tarixdə Zaur evə gecə saatlarında gəlmiş və iyul ayının 20, yaxud 21-də Moskvaya getmişdir. «Oskar» kazinosunda baş vermiş hadisədən xəbərsizdir. Zaur ona bu barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid34ifadəsindən görünür ki,o, heç vaxt Rusiya Federasiyası vətəndaşlığına dair pasport almamışdır. Adına X8 şəhəri, Qryaznov küçəsi, ev 32 ünvanında qeydiyyatda olmasına və Rusiya Federasiyası vətəndaşlığına dair 7597 seriyalı 090179 saylı saxta pasportun tərtib olunmasından xəbəri yoxdur. Bacısının əri Sabirin bacısı oğlu Təqsirləndirilən şəxs tanıyır, lakin Akiflə heç vaxt Rusiya Federasiyasında görüşməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid35ifadəsindən görünür ki,daimi olaraq Moskva şəhərində yaşayır, hərdən Azərbaycana gəlib-gedir. 1999-cu ildə Bakı şəhərində soyadını xatırlamadığı Bəylər adlı şəxslə tanış olmuşdur. 2002-ci ilin payızında Bəylər ona Moskva şəhərində İsa adlı qardaşının yaşadığını bildirib, Moskvaya gedəndə qardaşına da bəzi şeylər aparıb verməyi xahiş etmişdir. Razılaşıb Bəylərin verdiyi ərzaqları Moskvaya aparmışdır. Orada İsa adlı şəxs zəng vurub Bəylərin qardaşı olduğunu demiş, İsa ilə görüşüb Bəylərin göndərdiklərini ona çatdırmışdır. 2003-cü ilin fevral ayında İsa onun istifadəsində olan «Mersedes E 240» markalı avtomaşını müəyyən müddətə istifadə etmək üçün götürmüş, mart ayının 20-dən sonrakı günlərdə isə avtomaşını ona İsanın adından tanımadığı bir oğlan qaytarmışdır. Ona təqdim edilən Təqsirləndirilən şəxs fotoşəklini tanımışdır, bu ifadəsində göstərdiyi Bəylərin qardaşı İsadır. İşin 1-ci cildinin 61-62-ci vərəqələrindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən oğurlandığı vaxt olduğu ofisi və pulu verdiyi yeri göstərmişdir. Müəyyən edilmişdir ki, oğurlanan zaman onun ofisi Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, 5 saylı binanın 2-ci mərtəbəsində yerləşmişdir. İşin 1-ci cildinin 103-105-civərəqələrindəkimənziləbaxışkeçirilməsi haqqında protokoldan görünür ki, 19 dekabr2002-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, ev 24, mənzil 4-də yerləşən mənzilin 1994-cü ilin avqust ayında oğurlanaraq saxlanıldığı mənzil olduğunu bildirmişdir. İşin 1-ci cildinin 218-228-ci vərəqələrindəki protokoldan görünür ki, banda üzvü X74 və qeyrilərinin xx xxxx 1995-ci il tarixdə «FDS Türk-Azərbaycan» səhmdar cəmiyyətinin direktoru İlham Məmmədova silahlı basqın, x xxxxx 1995-ci il tarixdə X18 qarşı quldurluq, x xxxx 1995-ci ildə Gəncə şəhər sakini Elxan Hüseynovun qəsdən öldürülməsi, Yusif Əliyevin xx xxxx 1995-ci ildə X24 hədə-qorxu ilə pul tələb etməsi faktları üzrə Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 94-cü maddəsinin 2, 6, 7, 8-ci bəndləri, 220-ci maddəsinin 2-ci hissəsi, 146-cı və digər maddələri ilə məhkum olunmalarına dair 68904 saylı cinayət işinə xx xxx 2003-cü il tarixdə baxış keçirilmiş, həmin cinayət işində olan xx xxxxxx 1994-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs və Otar Bədəlovun yaşadıqları, sonuncunun tanışı X12 məxsus Bakı şəhəri 2-ci Bulvar Məmmədyarov küçəsi, 9 saylı evin 21-ci mənzilində 1 ədəd TT markalı PV-1238 saylı tapança və onun üçün nəzərdə tutulmuş 14 ədəd patron aşkar edilmişdir. Həmin silahın və patronların tədqiq edilməsinə dair ekspertizanın x xxxxxx 1995-ci il tarixli 95/22 p saylı rəyindən görünür ki, Mətanət Şərifovanın mənzilindən götürülmüş PV-1238 saylı tapança 7,62 mm çaplı, 1952-ci il buraxılışlı olmaqla, texniki cəhətdən atəşə yararlıdır və yivli odlu silahdır, 14 ədəd patron 7,62 mm çaplı, TT konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulub, atəşə yararlıdır və hərbi sursat hesab olunur. İşin 1-ci cildinin 229-232-ci vərəqələrindəki telefon danışıq cədvəllərindən görünür ki, 1994-cü ilin sentyabr-oktyabr aylarında 90-02-07 və 90-04-96 nömrəli telefonlardan Zərərçəkmiş şəxs1 yaşadığı mənzilində olmuş 96-34-36 nömrəli telefona bir neçə dəfə zəng olunmaqla danışıqlar aparılmışdır. İşin 1-ci cildinin 68-74-cü vərəqələrindəki fotoşəkillər üzrə və əyani tanınma keçirilməsihaqqında xx xxxxxx 2002-ci il və xx xxxxxx 2002-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən fotoşəkillər və şəxslər arasında onu oğurlayanlar, mənzildə keşiyini çəkənlər, ondan hədə-qorxu ilə pul tələb edib alan şəxslər kimi Təqsirləndirilən şəxs, X74, X29 və Şahid2 Nuşirəvan oğlunu tanımışdır. İşin 1-ci cildinin 131-132-ci vərəqələrindəki müqavilədən görünür ki, X47 Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, ev 24-də yerləşən 4 saylı mənzili X48 x xxxx 1995-ci il tarixdə satmışdır. İşin 1-ci cildinin 304-343-cü vərəqələrindəki hökm və qərarların surətlərindən görünür ki, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin x xxxxxxxx 2003-cü il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikasının x xxxxxxxx 2000ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddəsi ilə təqsirli bilinib 12 il müddətə, Şahid2 Nuşirəvan oğlu isə həmin Məcəllənin 186-cı maddəsi ilə təqsirli bilinib 2 il müddətə islah işləri cəzasına məhkum olunmuş, hökmün Şahid2 Nuşirəvan oğluna aid hissəsi Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə ləğv edilərək o, Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6-cı bəndləri və 146-cı maddəsi ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarı ilə ilkin hökmün Şahid2 Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 186-cı maddəsi ilə məhkum olunmasına dair hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin preyudisial qüvvəyə malik həmin hökm və qərarlarının hamısında Zərərçəkmiş şəxs1 silahlı basqın yolu ilə oğurlanmasında, azadlıqdan qanunsuz məhrum edilərək külli miqdarda əmlakının hədə-qorxu ilə tələb edilib alınmasında Təqsirləndirilən şəxs iştirakı öz əksini tapmışdır. İşin 2-ci cildinin 3-4-cü vərəqələrindəki hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Oktyabr döngəsi, 8 saylı ev Azərbaycan Dəmir Yolları İdarəsinin arxa tərəfində yerləşməklə 4 mərtəbəlidir. Binanın həyətinə yeganə giriş 4 metr enə və 3 metr hündürlüyə, 2 laylı dəmir qapıya malik tağdandır, avtomaşınla daxil olduqda həyətdə dövrə vurmaq mümkündür. İşin 2-ci cildinin 54-64-cü vərəqələrindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiyi xüsusatları x xxxxxx 1995-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq etmiş, habelə saxlanıldığı Mərdəkan qəsəbəsi Bağlar massivində Şahid8 məxsus bağ evini və otağı, azad edildiyi yeri tanıyaraq göstərmişdir. İşin 2-ci cildinin 48-53-cü vərəqələrindəki protokoldan görünür ki, Şahid9 xx xxxx 1998-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs2 izlədikləri marşrutu, onu oğurladıqları yeri, saxladıqları bağ evini, pulu aldıqları yeri əyani olaraq göstərmişdir. İşin 2-ci cildinin 77-89-cu vərəqələrindəki Zərərçəkmiş şəxs2 İsraildə yaşayan qohumlarının 6 ədəd bəyannaməsindən görünür ki, onların Zərərçəkmiş şəxs2 oğurlanaraq tələb olunan pulların ödənilməsi üçün 22-xx xxxxxx 1995-ci il tarixlərdə 140.000 ABŞ dolları topladıqları öz əksini tapmışdır. İşin2-ci cildinin 203-224-cü vərəqələrindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 1998-ci il tarixli hökmündən görünür ki, Şahid9 və qeyriləri ittiham olunduqları əməllər, o cümlədən xx xxxxxx 1995-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs2 silahlı basqın yolu ilə oğurlanıb qohumlarından hədə-qorxu ilə 150.000 ABŞ dolları məbləğində pulun alınması üzrə təqsirli bilib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəmənin xx xxxxxxxx 1999-cu il tarixli qərardadı ilə Şahid9, Natiq Mehdiyevin və Sahib Vəliyevin Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddəsi ilə ittiham olunmasına dair 103937 nömrəli cinayət işi xx xxxxxxxx 1999-cu ildə əlavə istintaqa qaytarılmışdır. İşin 2-ci cildinin 230-269-cu vərəqələrindəki sənədlərdən görünür ki, ittiham olunan sabit cinayətkar silahlı qrupun-bandanın təşkilatçısı və rəhbəri X25 yaşadığı Bakı şəhəri Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, dalan 7 a, 4 saylı evdə x xxxx 2000-ci ildə texniki cəhətdən saz və atəşə yararlı olan yivli odlu silah hesab edilən TT markalı R-3282 saylı, 7,62 mm çaplı tapança, bandanın üzvü X13 isə xx xxxx 1998-ci ildə «Makarov» tipli NQ- 1835 saylı tapança aşkar edilib götürülmüşdür. İşin 2-ci cildinin 286-314-cü vərəqələrindəki Bakı şəhər məhkəməsinin xx xxxxxxxx 2000-ci il tarixli və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin x xxxxxx 2001-ci il tarixli hökmlərindən görünür ki, 1995-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2, 1995-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun külli miqdarda əmlakının hədə-qorxu ilə tələb edilib alınması məqsədi ilə silahlı basqın yolu ilə oğurlanıb fiziki iztirab verilməklə azadlıqdan qanunsuz məhrum edilməsini və digər cinayətləri törətmiş sabit silahlı qrupun-bandanın üzvləri X42, Şahid9, X30, X64, X22, X58 ittiham olunduqları cinayətlərdə, o cümlədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanmasında Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixə qədər qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 1-ci və 2-ci hissələri, 192-ci maddəsinin 2-ci hissəsi, qüvvədə olan CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək uzun müddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər. Preyudisial qüvvəyə malik həmin hökmdə təqsirləndirilən şəxslərin ittiham olunduqları banditizm, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanması və digər cinayətlərdə Təqsirləndirilən şəxs iştirakı öz əksini tapmışdır. İşin 2-ci cildinin 128-129-cu vərəqələrindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun qanunsuz saxlanıldığı bağ evinə keçirilmiş baxış zamanı həmin bağ evinin Buzovna qəsəbəsində 20 sot sahədə yerləşməklə Şahid12 məxsus olması, evə giriş darvazadan daxil olduqda sağ tərəfdə yerləşməsi, içəridə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi mebel və digər məişət əşyaları olması müəyyən edilmişdir. İşin 2-ci cildinin 140-142-ci vərəqələrindəki protokoldan görünür ki, Şahid10 fotoşəkillər üzrə tanınma keçirilərkən X19 tanımış və Mürvət Baryamovun oğurlanması zamanı onu tapança ilə hədələyib avtomaşının açarlarını alan şəxs olduğunu bildirmişdir. İşin 2-ci cildinin 143-144-cü vərəqələrindəki protokoldan görünür ki, Şahid13 fotoşəkillər üzrə tanınma zamanı X19 tanıyaraq bağ evinə aparmaq üçün ona yemək verən «Həsən» adlı həmin şəxs olduğunu bildirmişdir. İşin 6-cı cildinin 4-18-ci vərəqələrindəki Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmündən görünür ki, hazırki cinayət işindən 1995-ci ilin may ayında X20 və x xxxxxxx 1995-ci il tarixdə Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanması, azadlıqdan qanunsuz məhrum edilərək külli miqdarda əmlaklarının tələb edilməsi epizodları üzrə təqsirləndirilən şəxslər X39, X14, Nəsrəddin Məmmədyar oğlunun və X33 barəsində Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixə qədər qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6-cı bəndləri, 146-cı maddəsi və qüvvədə olan CM-nin 310-cu maddəsi ilə 80183 nömrəli cinayət işi ayrılaraq xx xxxxxx 2002-ci iltarixdə ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin hökmü iləonlar ittiham olunduqları maddələr üzrə təqsirli bilinərək müxtəlif müddətli azadlıqdanməhrum etmə cəzalarına məhkum edilmişlər. Azərbaycan Respublikası Apelyasiya məhkəməsinin xx xxxxx 2003-cü il tarixli qərarı ilə hökmün İlqar Bədəlova aid cəza hissəsi dəyişdirilərək ona 8il müddətə azadlıqdan məhrum etməcəzası təyin edilmişdir.Məhkəmələrinpreyudisialqüvvəyə malik sözügedənhökmvəqərarında təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs iştirakına dair xüsusatlar əksini tapmışdır. İşin 6-cı cildinin 18-23-cü vərəqələrindəki Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli hökmündən görünür ki, xx xxxx 2005-ci il tarixdə 93616/415 (əvvəlki 87958) nömrəli cinayət işindən X42 və X83 oğlu tərəfindən 1995-ci ildə təşkil edilən sabit silahlı qrupa-bandaya üzv kimi daxil olaraq X6, Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanıb azadlıqdan qanunsuz məhrum edilmələrində, külli miqdarda əmlaklarının hədə-qorxu ilə tələb edilməsində iştirak etmiş təqsirləndirilən şəxs X26 barəsində Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixə qədər qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6-cı bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 228.1, 310, 320.1, 320.2-ci maddələri ilə 76517 nömrəli cinayət işi ayrılıb məhkəməyə göndərilmiş, məhkəmənin hökmü ilə Şahin Hüseynov Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixə qədər qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddəsi, qüvvədə olan CM-nin 228.1, 310, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Preyudisial qüvvəyə malik həmin hökmdə Şahin Hüseynovun ittiham olunduğu banditizm, Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanması və digər cinayətlərdə Təqsirləndirilən şəxs iştirakı öz əksini tapmışdır. İşin 6-cı cildinin 24-26-cı vərəqələrindəki Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2006-cı il tarixli hökmündən görünür ki, hazırki cinayət işindən Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanması epizodu üzrə xx xxxxxx 2006cı il tarixdə Şahid13 Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixə qədər qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6-cı bəndləri, 146-cı maddəsi ilə təqsirləndirilməsinə dair 94908 nömrəli cinayət işi ayrılaraq məhkəməyə göndərilmiş, məhkəmənin hökmü ilə Şahid13 Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixə qədər qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin preyudisial qüvvəyə malik həmin hökmündə də təqsirləndirilən şəxs Şahid13 ittiham olunduğu banditizm, Zərərçəkmiş şəxs3 Tümənağa oğlunun oğurlanması və digər cinayətlərdə Təqsirləndirilən şəxs iştirakı öz əksini tapmışdır. İşin 3-cü cildinin 9-10-cu vərəqələrindəki hadisə yerinə baxış protokolundan görünür ki, «Oskar» adlı kazino Bakı şəhəri «Abşeron» mehmanxanasının 16-cı mərtəbəsində yerləşməklə, xəzinənin giriş qapısının sağ tərəfdəki sütununun bərkidildiyi boru döşəmədən təxminən 60 sm məsafədə deşilmiş, həmin deşik borudan sütuna keçmişdir. Xəzinənin sol küncündən təxminən 10 sm yuxarıda şüşə deşilmiş və çatlamışdır. 2 ədəd üzərində 3888 markirovkası olan 9 mm kalibrli dairəvi əzilmiş vəziyyətdə tapança silahına məxsus giliz və 1 ədəd əzilmiş güllə aşkar edilib götürülmüşdür. İşin 3-cü cildinin 32-33-cü vərəqələrindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim edilmiş fotoşəkillər arasında Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq kazinoda silahlı basqın edib ondan 11.800 ABŞ dolları alan şəxs olduğunu göstərmişdir. İşin 3-cü cildinin 28-29-cu vərəqələrindəki protokoldan görünür ki, Şahid14 təqdim edilmiş fotoşəkillər arasında Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq kazinoda silahlı basqın edən şəxs olduğunu göstərmişdir. İşin 3-cü cildinin 46-49-cu vərəqələrindəki protokoldan görünür ki, Şahid15 təqdim edilmiş fotoşəkillər arasında Təqsirləndirilən şəxs və X59 fotoşəkilllərini tanıyaraq birincinin kazinoda silahlı basqın edən, ikincinin isə silahlı şəxslə birlikdə olmuş və onunla eyni məktəbdə oxumuş Zaur adlı oğlan olduğunu göstərmişdir. İşin 3-cü cildinin 55-75, 80-108, 120-125, 128, 152-155, 190-195-ci vərəqələrindəki protokollardan görünür ki, şahidlər Şahid16, Şahid17, Şahid18, Şahid19, Şahid20, Şahid21, Şahid22, Şahid23, Şahid24, Şahid25, Şahid26, Şahid27, Şahid28, Şahid29, Şahid30, Şahid31, Şahid32, Şahid33 fotoşəkillə keçirilmiş tanınma zamanı Təqsirləndirilən şəxs və X59 fotoşəkilllərini tanımışlar. İşin 3-cü cildinin 117-119-cü vərəqələrindəki məhkəmə-ballistik ekspertizasının xx xxxx 1997-ci il tarixli 97/2020r saylı rəyindən görünür ki, «Oskar» kazinosunda aşkar edilib götürülmüş 2 ədəd giliz və 1 ədəd güllə 9 mm kalibrli «Makarov» və «Steçkin» tipli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, keçmiş SSRİ dövlətində 1988-ci ildə 38 saylı silah zavodunda istehsal olunmuş patronların hissləridir, «Makarov» tipli tapançadan atılmışdır, müqayisəli tədqiqat üçün yararlıdır. İşin4-cücildinin 42-105-ci vərəqələrindəki X2 məlumatlarından görünür ki, xx xxxx 2003-cü il tarixdə saat 1 radələrində Moskva şəhəri Kutuzov prospektində yerləşən «Take» adlı kafedə müştərilər naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulmuş, nəticədə X55, X35, X74 ölmüş, X34, X73 və Şahid34 xəsarət alaraq Moskva şəhəri 67 saylı xəstəxanaya yerləşdirilmişlər. Özünü Şahid34 kimi təqdim etmiş şəxs həmin gün xəstəxananı özbaşına tərk etmiş, anket məlumatlarında onun Laçın rayonunun Türklər kəndində anadan olması, X3 şəhəri Qryaznov küçəsi, ev 44, mənzil 55 ünvanında qeydiyyatda olması göstərilmişdir. İşin 4-cü cildinin 51-ci, 5-ci cildinin 23-54-cü vərəqələrindəki X1 daxil olmuş sənədlərdən görünür ki, x xxxxx 1970-ci ildə Laçın rayonunun Türklər kəndində anadan olmuş Şahid34 x xxxx 1997-ci il tarixdə verilmiş V-JO 680182 saylı pasportunun itirilməsi barədə müraciəti əsasında ona xx xxxxxxx 1998-ci il tarixdə X8 şəhəri, Qryaznov küçəsi, ev 32 ünvanda qeydiyyatda olmasına və Rusiya Federasiyası vətəndaşlığına dair 7597 seriyalı 090179 saylı pasportun verilməsi forma-1 sənədi ilə rəsmiləşdirilmişdir. İşin 4-cü cildinin 219-220-ci vərəqələrindəki protokoldan görünür ki, fotoşəkillə keçirilmiş tanınma zamanı Şahid34 təqdim edilmiş fotoşəkillər arasından qohumu Təqsirləndirilən şəxs tanımışdır. İşin 5-ci cildinin 176-179-cu vərəqələrindəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs X41 şəhərində x xxxxxx 2018-ci il tarixdə tutularaq Nikulin rayon məhkəməsinin x xxxx 2018-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 222-ci maddəsinin 1-ci hissəsi və 327-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən Təqsirləndirilən şəxs «Brauninq» modelli 9 mm kalibrli 369203 nömrəli yivli odlu silah olan tapançanı, 14 ədəd patronu ilə, «İJ 70» markalı 9 mm kalibrli nömrəsiz tapançanı 7 ədəd patronu ilə x xxxxxx 2018-ci il tarixədək yaşadığı Moskva şəhəri Miçurin prospekti, ev 7, korpus 1, mənzil 226-da saxlamış, həmçinin Rusiya Federasiyası vətəndaşı X40 adına xx xxxxxx 2017-ci il tarixli 4518 seriyalı 012407 saylı saxta pasport, xx xxxxxx 2015-ci il tarixli 75 ******* saylı saxta xarici pasport və xx xxx 2015-ci il tarixli 50 22 881103 saylı saxta sürücülük vəsiqəsini əldə edib x xxxxxx 2018-ci il tarixədək bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. İşin 5-ci cildinin 132-137-ci vərəqələrindəki Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xx xxxx 2012-ci il tarixli 08/8933 saylı və x xxxx 2018-ci il tarixli 08/1949 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. İşdəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə X9 vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunmuş və Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. İşin 5-ci cildinin 144-147-ci vərəqələrindəki cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, x xxxxxx 2018-ci il tarixdə X49 Azərbaycan Respublikasına gələrkən Heydər Əliyev adına X56 saxlanılaraq istintaqa təqdim edilmiş, cinayət işinin icraatı təzələnərək ona x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi və 120-ci madəsinin 1-ci hissəsi ilə ittiham elan olunmuş, müvafiq istintaq hərəkətləri icra edildikdən sonra X27 əməlləri x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş 120-ci maddəsinin 1-ci hissəsi və qüvvədə olan CM-nin 217.2-ci maddəsi ilə tövsif edilmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsulimyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmişdir. İşin 5-ci cildinin 204-cü vərəqəsindəki tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 5-ci cildinin 209-245-ci vərəqələrindəki sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, “Oskar” kazinosundan götürülmüş iki ədəd giliz, bir ədəd güllə və Rusiya Federasiyası DİN-nin Maqnitoqorsk şəhər X90 tərəfindən Təqsirləndirilən şəxs fotoşəkli yapışdırılmaqla Şahid34 adına verilmiş 1 №-li formanın təsdiq edilmiş surəti maddi sübut kimi tanınmışdır. İki ədəd giliz və bir ədəd güllə Azərbaycan Respublikası DİN-nin X4 saxlanılır, 1 №-li formanın təsdiq edilmiş surəti isə iş materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuşsübutlarınməcmusunahüquqiqiymət verərək nəticəyə gəlir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsi, 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə cinayət törətmədiyini bildirdi. Onun bu ifadəsi məhkəmədə tədqiq edilməklə araşdırılmış çoxsaylı zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən ifadəsinə ətnqidi yanaşır və sübut hesab etmir. Sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi və qüvvədə olan CMnin 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə olan əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifi ilə razılaşmır və hesab edir ki, onun həmin maddə ilə olan əməlləri hazırda qüvvədə olan CM-nin 217.2-ci maddəsi ilə tövsif edilməlidir (qeyd edilməlidir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 1994-1995-ci illərdə törədilmiş üç epizod üzrə sabit silahlı qrupunbandanın tərkibində əlbir olduğu digər şəxslərlə cinayət törətməyə görə ittiham vermişdir). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsinin sanksiyasında 3 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ölüm cəzası nəzərdə tutulmuşdur. xx xxxxxx 1998-ci il tarixli Qanunla ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 217.2-ci maddəsinin sanksiyasında isə sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməyə görə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə cinayət qanununun yuxarıda qeyd olunan göstərişlərini rəhbər tutaraq hesab edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 217.2-ci maddəsinin sanksiyasında daha yüngül cəza nəzərdə tutulduğundanvəTəqsirləndirilən şəxsvəziyyətini yaxşılaşdırdığından onun AzərbaycanRespublikasınınx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsi ilə olan əməlləri hazırda qüvvədə olan CM-nin 217.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən həm də Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 70-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə xüsusilə ağır cinayət hesab edildiyini, CM-nin 10.4-cü maddəsinə görə cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi olmadığına dair tələbini də nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının1sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cımaddəsi, qüvvədə olan CM-nin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə tövsifedilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının x xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsinin 3-4-cü bəndlərində deyilir ki, “qanuna görə 5 ildən çox olmayaraq azadlıqdan məhrum etmə təyin edilə bilən cinayət edildiyi gündən beş il keçdikdə və beş ildən çox olmayaraq azadlıqdan məhrum etməyə nisbətən daha ciddi cəza təyin edilə bilən cinayət edildiyi gündən on il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qanunda göstərilən müddətlər keçənədək, şəxs qanuna görə iki ildən artıq müddətə azadlıqdan məhrum etmə təyin edilə bilən yeni cinayət törədərsə, cəlb edilmə müddəti kəsilir. Bu halda müddətin hesablanması yeni cinayət edilən vaxtdan başlanır. Cinayət etmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, cəlb etmə müddəti dayandırılır. Belə hallarda müddətin keçməsi həmin şəxs tutulan vaxtdan və ya könüllü gəlib təqsirini boynuna alan zamandan yenidən başlanır. Həm də əgər cinayət edildiyi vaxtdan 15 il keçərsə və müddət yeni cinayətin edilməsi ilə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CM-nin 75.1-75.2-ci maddələrinə görə ağır cinayətin törədildiyi gündən on iki il, xüsusilə ağır cinayətin törədildiyi gündən isə iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti CM-nin 75.2-ci maddəsinə əsasən hər bir cinayət üzrə müstəqil hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən CM-nin 320.1 və 320.2ci maddələrində nəzərdə tutulan cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.CM-nin 75.1.1.-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri və qüvvədə olan CM-nin 217.2-ci maddəsi ilə tövsif olunan əməlləri üzrə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsində nəzərdə tutulan 15 il, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 120-ci maddəsinin 2-ci hissəsi, 146-cı maddəsi, qüvvədə olan CM-nin və 228.1-ci maddələri ilə tövsif olunan cinayətləri üzrə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsində nəzərdə tutulan 15 il, qüvvədə olan CM-nin 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə tövsif olunan əməlləri üzrə isə CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulan 2 il cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə təqsirli bilinməli, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsi və hazırda qüvvədə olan CM-nin 75-ci maddəsinə əsasən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə müddətin keçməsi ilə bağlı ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin X4 saxlanılan“Oskar” kazinosundan götürülmüş iki ədəd giliz, bir ədəd güllə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Rusiya Federasiyası DİN-nin Maqnitoqorsk şəhər X90 tərəfindən Təqsirləndirilən şəxs fotoşəkli yapışdırılmaqla Şahid34 adına verilmiş 1 №-li formanın təsdiq edilmiş surəti isə iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə təqsirli bilinsin. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsi və qüvvədə olan CM-nin 75-ci maddəsinə əsasən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 146-cı maddəsi, qüvvədə olan CM-nin 217.2, 228.1, 12.1, 320.1 və 12.1, 320.2-ci maddələri ilə müddətin keçməsi ilə bağlı ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiriləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin X4 saxlanılan“Oskar” kazinosundan götürülmüş iki ədəd giliz, bir ədəd güllə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Rusiya Federasiyası DİN-nin Maqnitoqorsk şəhər X90 tərəfindən Təqsirləndirilən şəxs fotoşəkli yapışdırılmaqla Şahid34 adına verilmiş 1 №-li formanın təsdiq edilmiş surəti iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim M.M.Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-87/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-87/2020
22.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver