Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-87/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X16, Zərərçəkmiş şəxs9, Golac İbrahim və onun nümayəndəsi Nümayəndə, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “FİDES” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" şirkətlər qrupunun rəhbəri işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, dalan 9, ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisinin onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə ümumilikdə 96.000 manat ödəyəcəyi təqdirdə həmin məktəblərin tikinti layihəsinin icrasını ona verəcəyinə dair yalan vəd verib aldatmaqla qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 21 oktyabr 2015-ci il və 27 aprel 2016-cı il tarixlərdə formal podrat müqavilələri bağlayaraq Zərərçəkmiş şəxs6 "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 21 oktyabr 2015-ci il tarixdə 24.000 manat, 27 aprel 2016-cı il tarixdə həmin ofisdə Şahid1la birlikdə 48000 manat və 2016-cı ilin may ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Şirəli” adlı şəxsin vasitəsi ilə 24.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə külli miqdarda 96.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs11 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu, Qırıqlı kəndi Ramiz Əsgərov adına 264 şagird yerlik, Göygöl şəhəri 480 şagird yerlik 4 saylı, Göygöl rayonu Topalhəsənli kəndi Elzam Bayramov adına 264 şagird yerlik orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə həmin layihələrlə bağlı 10 aprel və 16 may 2017-ci il tarixlərdə formal konsaltinq müqavilələri bağlamış və Təqsirləndirilən şəxs və Şahid1 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs4 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat, 16 may 2017-ci il tarixdə 43.000 manat, 2017-ci ilin may ayının sonlarında 45.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 125.000 manat, Zərərçəkmiş şəxs11 60.000 manat məbləğində ümumilikdə külli miqdarda 185.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X43 rayonunun mərkəzində yerləşən “Otel kompleksinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 50.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Otelin kompleksinin” tikinti layihəsinin icrasını ona verəcəyini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 05 may 2017-ci tarixdə formal müqavilə bağlamış və 11 may 2017ci il tarixdə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 85.130 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs İbrahim Golaca külli miqdarda 85.130 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə Şahid1 tanışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs2 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 100.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 aprel 2018-ci tarixdə formal tikinti müqaviləsi tərtib etmiş və Şahid1 Zərərçəkmiş şəxs2 2017-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisinin qarşısında həmin dövrün məzənnəsi ilə 170.080 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda 170.080 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs və Şahid1 tanışları Zərərçəkmiş şəxs7 gəlini Şahid3 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə köməklik edəcəklərinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs7 23 noyabr 2017-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Şahid1 idarə etdiyi Hyundai Elantra markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs ilə birlikdə həmin dövrün məzənnəsi ilə 85.010 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda 85.010 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X28 və onun şəriki Zərərçəkmiş şəxs3 Göygöl rayonu ərazisində orta məktəb və baxça binasının tikinti layihələrinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının və Göygöl şəhərində baxça binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının tikinti layihəsinin icrası ilə bağlı 06 sentyabr 2017-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış, Təqsirləndirilən şəxs və Şahid1 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs3 05 dekabr 2017-ci il tarixdə 20.000 manat və 13 dekabr 2017-ci il tarixdə 13.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda 33.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs1 və onun şəriki Şahid2 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X24” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “X24” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 17 yanvar 2018-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış və Şahid1 Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 255.015 manat təşkil edən 150.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda 255.015 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şahid11 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 manat ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə Təqsirləndirilən şəxs və Şahid1 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150.000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək zərərçəkmiş şəxs "xxxx" MMC-yə külli miqdarda 150.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid10 Göygöl rayonu ərazisində “X44 Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisinin layihələrinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin layihələrin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 18 və 21 yanvar 2019-cu il tarixlərdə formal tikinti müqavilələri bağlamış, Şahid10 müqavilələri tanışı Zərərçəkmiş şəxs5 təqdim edərək "xxxx" MMC-yə “konsaltinq haqqı” ödəyəcəkləri təqdirdə həmin layihələri birgə icra edib yüksək qazanc əldə edəcəklərini bildirib sonuncunun razılığını aldıqdan sonra Şahid1 və Təqsirləndirilən şəxs "xxxx" MMCnin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pulu Şahid10 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda ümumilikdə 211.400 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 Göygöl rayonu ərazisində “X44 Emalı Zavodu”-un tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə layihənin icrasını ona verəcəyini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 avqust 2019-cu tarixdə formal tikinti müqaviləsi bağlamış və 14 iyun 2019-cu tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 100.000 manat pulu Bakı şəhəri ərazisində, eləcə də 01 iyul 2019-cu il tarixdə 50.000 manat, 11 iyul 2019-cu il tarixdə 39.000 manat, 26 iyul 2019-cu il tarixdə 30.000 manat və 27 avqust 2019-cu il tarixdə 10.000 manat pulu "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə külli miqdarda 129.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradaraq şirkətin həm təsiscisi həm də direktoru olmuşdur. Şirkət konsaltinq, turizim, tikinti, tibb, informasiya texnologiyaları, hüquq, və media istiqamətində fəaliyyət göstərmişdir. Şirkət əsasən konsaltinq və investisiya cəlb edilməsi, tikinti və media sahələrində işlər görməyə başlamışdır. MMC-də Konsaltinq xidmətlərinin mahiyyəti ondan ibarət olmuşdur ki, onlar xarici investorları cəlb edərək Azərbaycanda onlara icazə və sair inzibati işlərin görülməsində köməklik etsinlər. İnvestorun maliyyələşdirəcəyi layihələr üzrə tikinti işləri görəcək yerli və xarici şirkətləri cəlb edib bunun qarşılığında isə onlardan konsaltinq haqqı alması olmuşdur. Təxminən 2016-cı il tarixdə o, Göygöl İcra Hakimiyyətinə müraciət ünvanlayaraq rayon ərazisində “X35”-nun, məktəb, bağça, otel və sağlamlıq mərkəzlərinin tikilməsini planlaşdırdığını bildirərək onlara rayon ərazisində torpaq sahəsi ayrılmasını xahiş etmişlər. Bundan sonra Göy-Göl İcra Hakimiyyəti tərəfindən onun mütəxəssisləri tərəfindən təqdim etdikləri layihəyə baxaraq rayon ərazisində zavod tikintisi üçün 20 hektar torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, Çin dövlət korporasiyası ilə investisiyanın yatırılmasına dair razılığa gəlmişdir. Razılığa əsasən investor inşa üçün xərcin 80 %-ni, onun şirkəti isə 20%-ni yatırmalı idilər. Bu işlərin sifarişi ilə layihələri hazırlamağa başlamış, lakin Nazirlər Kabineti tərəfindən vəsait ayrılmadığı üçün investor pul yatırmağı dayandırmışdır. Buna baxmayaraq o, konsaltinq müqavilələri bağlamaqla bir çox şirkət və fiziki şəxsləri tikinti işlərinin aparılması üçün cəlb etmiş, həmin şirkətlər üçün tikinti cizgiləri, smeta lahiyələri, ayrı-ayrı dövlət strukturlarından icazə almaları üçün sənədlərin hazırlanması üçün hər bir tikintinin dəyərinin 1%-i məbləğində xidmət haqqı almış, bununla bağlı işə cəlb olunan şirkətlərə maliyyə qəbzi təqdim etmişdir. Bütün cəlb olunan şirkətlər üçün müqavilədə göstərilən xidmətləri onun "xxxx" MMC-si öhdəliklərini yerinə yetirmiş, lakin dövlət tərəfindən həmin layihələr üzrə maliyyə vəsaitləri ayrılmadığı üçün bu günkü vəziyyət yaranmışdır. Şahid1 onun şirkətində reklam videoçəkilişlərlə məşğul olmuş, onunla yaxın münasibəti var, o, sadəcə ona lazım olduqda işlərinə kömək etmişdir. Ona verilmiş ittihamla əlaqədar bildirir ki, tanışı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 ilə Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisi üçün direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumilikdə, tikintilərin ümumi dəyərinin bir faizi olan 96.000 manat dəyərində konsaltinq müqaviləsi bağlamış, o pulun müqabilində texniki layihəni, smeta sənədləri, digər lazım olan sənədləri onun mütəxəssisləri hazırlamış, lakin dövlət tərəfindən maliyə dəstəyi olmadığı üçün və investorun bu səbəbdən lahiyələri maliyyələşdirmədiyi üçün bu məsələlər bu günədək açıq qalmışdır. Həbsdə olduğu üçün bu işləri qaydaya qoya bilməmişdir. 21 oktyabr 2015-ci il və 27 aprel 2016-cı il tarixlərdə formal podrat müqavilələri bağlayaraq Zərərçəkmiş şəxs6 "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 21 oktyabr 2015-ci il tarixdə 24.000 manat, 27 aprel 2016-cı il tarixdə həmin ofisdə Şahid1la birlikdə 48000 manat və 2016-cı ilin may ayının əvvəllərində 24.000 manat pulu qəbul etmişdir. Həmçinin, tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs11 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin aparılması üçün direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından konsaltinq müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən Rəfael müəllimin şirkəti Göygöl rayonu, Qırıqlı kəndi Ramiz Əsgərov adına 264 şagird yerlik, Göygöl şəhəri 480 şagird yerlik 4 saylı, Göygöl rayonu Topalhəsənli kəndi Elzam Bayramov adına 264 şagird yerlik orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikintilərini aparmalı idi. 10 aprel və 16 may 2017-ci il tarixlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə konsaltinq müqavilələri bağlamış və sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş olaraq Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs4 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat, 16 may 2017-ci il tarixdə 43.000 manat, 2017-ci ilin may ayının sonlarında 45.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs4 hissə-hissə 125.000 manat, Zərərçəkmiş şəxs11 isə 60.000 manat məbləğində ümumilikdə isə 185.000 manat qəbul etmişdir. Rəfael müəllim çox yaxşı insan olmuş, o, rəhmətə getdiyi üçün yanına Zərərçəkmiş şəxs4 gəlmiş, "xxxx" MMC-yə ödənilən vəsaitin əksəriyyətinin ona məxsus olmasını bildirmişdir. O, isə Zərərçəkmiş şəxs4 bildirmişdir ki, başqa hüquqi şəxs adından yeni müqavilə bağlamaq lazımdır. İşləri alınmadığı üçün Zərərçəkmiş şəxs4 pullarını geri istəmiş, ona 7.000 ABŞ dolları qaytara bilmiş, qalan pulu isə konsaltinq müqaviləsində göstərilən məqsədlərə xərclənmişdir. Həmçinin, tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X43 rayonunun mərkəzində yerləşən “Otel kompleksinin” tikintisinin aparılması üçün direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından konsaltinq müqaviləsi bağlamış, müqavilə xərci olaraq ondan 50.000 ABŞ dolları qəbul etmişdir. Belə ki, Golac İbrahimlə 05 may 2017-ci tarixdə müqavilə bağlamış və 11 may 2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisində 50.000 ABŞ dolları məbləğində pulunu almışdır. Həmçinin, tanışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs2 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikintisini həvalə edəcəyini deyərək direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 23 aprel 2018-ci tarixdə tikinti müqaviləsi bağlayaraq Zərərçəkmiş şəxs2 2017-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-nin ofisi olduğu ünvan 2 ünvanında 100.000 ABŞ dolları məbləğində pulu almışdır. Bu müqavilə üzrə də lazım olan bütün sənədləşdirilmə işləri aparılmışdır. Zərərçəkmiş şəxs7 gəlini Şahid3 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə görə guya ondan 50.000 ABŞ dolları alması həqiqətə uyğun deyildir. Zərərçəkmiş şəxs7 onun apardığı lahiyələrdən birinin icraçısı olmuş və qeyd olunan bu məbləğ tikinti işlərinə aid olmuşdur. Bu epizodla əlaqədar geniş ifadəsini Zərərçəkmiş şəxs7 ifadə verdikdən sonra verəcəkdir. Həmçinin, tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X28 və onun şəriki Zərərçəkmiş şəxs3 Göygöl rayonu ərazisində orta məktəb və baxça binasının tikintilərini həvalə etmək məqsədilə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından konsaltinq müqavilələr bağlamış, həmin müqavilələrə əsasən “Amal+A” MMC-si Göygöl rayonu Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının və Göygöl şəhərində baxça binasının tikintilərini aparmalı idi. Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının tikinti layihəsinin icrası ilə bağlı 06 sentyabr 2017-ci il tarixdə konsaltinq müqaviləsi bağlamış, işlərin sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş olaraq Zərərçəkmiş şəxs3 05 dekabr 2017-ci il tarixdə 20.000 manat və 13 dekabr 2017-ci il tarixdə 13.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində qəbul etmiş və müqavilədə öhdəsinə düşən vəzifələri yerinə yetirmişdir. Həmçinin, tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs1 və onun şəriki Şahid2 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X24” tikintisini aparmaq üçün 17 yanvar 2018-ci il tarixdə şirkəti adından və Zərərçəkmiş şəxs1 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş üçün 150.000 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. Həmçinin, tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şahid11 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikintisini aparmaq üçün direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından 31 yanvar 2018-ci tarixdə konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş olaraq "xxxx" MMC-si "xxxx"-da olan hesabından "xxxx" MMC-nin "xxxx"-da olan rəsmi hesabına 150.000 manat köçürmüşdür. Müqavilədə nəzərdə tutulan bütün işlər görülmüş, investorların maliyyələşdirilməsi alınmadığı üçün bu işlər bu günədək açıq qalmışdır. Həmçinin, tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid10 Göygöl rayonu ərazisində “X44 Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisini aparmaq üçün direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından 18 və 21 yanvar 2019-cu il tarixlərdə tikinti müqavilələri bağlamış, Şahid10 tanışı Zərərçəkmiş şəxs5 tərəfindən işlərin maliyələşdirilməsi məqsədilə sonuncunun razılığını aldıqdan sonra "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş olaraq 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə 15.000 manat, 05 mart 2019cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pulu Şahid10 vasitəsilə qəbul etmişdir. Həmçinin, Şahid10 Göygöl rayonu ərazisində “X44 Emalı Zavodu”-un tikintisi getmədiyi üçün digər tanışı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 ilə Göygöl rayonu ərazisində “X44 Emalı Zavodu”-un tikintisini aparmaq məqsədilə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından 23 avqust 2019-cu tarixdə tikinti müqaviləsi bağlamış və 14 iyun 2019-cu tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına 100.000 manat köçürülmüş, eləcə də 01 iyul 2019-cu il tarixdə 50.000 manat, 11 iyul 2019-cu il tarixdə 39.000 manat, 26 iyul 2019-cu il tarixdə 30.000 manat və 27 avqust 2019-cu il tarixdə 10.000 manat pulu "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında qəbul etmişdir. Zərərçəkmiş şəxs9 özü Şahid10 ilə sonuncunun zavodun tikintisi üçün çəkdiyi xərcləri qaytarmalı idi. İttihamda göstərilmiş guya mənimsədiyi məbləğləri dələduzluq yolu ilə ələ keçirməmiş, konsaltinq müqavilələri əsasında tikinti işləri görəcək şirkətlərdən aldığı xidmət haqqı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onu qaynatası Səmədağa Əliyevin vasitəsi ilə tanımışdır. Belə ki, o, "xxxx" MMC-nin sahibidir. Lakin bir çox məsələləri qaynatası Səmədağa Əliyev həll edirdi. MMC-nin fəaliyyətinin əsas istiqaməti tikintimeliorasiya işlərinin həyata keçirilməsidir. Təxminən 2019-cu ilin may ayında əvvəllər gördüyü tikinti işləri ilə əlaqədar tanıdığı Valodya və Fazil adlı şəxslər ona müraciət edərək "xxxx" MMC-nin rəhbəri olan Təqsirləndirilən şəxs xaricdən gətirdiyi investisiya hesabına Göy-göl rayonu ərazisində bir neçə obyektin, eləcə də X21 tikintisini planlaşdırdığını və həmin tikinti işlərini görmək üçün podratçı şirkət axtardığını bildirmişlər. Onu bu məlumat yeni işin açılması nöqteyi-nəzərdən maraqlandırmış və o, Təqsirləndirilən şəxs ilə görüşüb danışmaq istəmiş, sonuncunun ünvan 6 ünvanında yerləşən ofisinə gedərək görüşmüş və və zavodun tikilməsi barəsində söhbətlər etmişlər. Həmin zaman İranə xanım ona Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması üçün Rayon İcra Hakimiyyətinin sərəncamlarını, eləcə də tikintisi planlaşdırlan bir ədəd “X25 eskiz layihələrini təqdim etmişdir. O həmin sənədlərə baxıb qərarını sonra deyəcəyini bildirmişdir. Bundan sonra internetdə "xxxx" şirkəti və layihələri barədə maraqlandıqda onun xarici şəxslərlə görüşləri və sair məlumatları görmüşdür. Buna görə onda Təqsirləndirilən şəxs həqiqi iş adamı olması barədə fikir formalaşmış və o, onunla işləmək qərarına gəlmişdir. Bundan sonra təkrarən Təqsirləndirilən şəxs ilə görüşmüş və onlar zavodun tikintisi ilə bağlı konkret müzakirələr aparmışlar. Təqsirləndirilən şəxs ona Çin Xal Respublikasından investor cəlb etdiyini bildirmiş, tikinti üçün pulu da onların ödəyəcəyini bildirmişdir. Lakin zavodun tikinti layihəsinin icrası üçün layihələndirmə, sığorta və brokerlik haqqı olaraq tikinti üçün nəzərdə tutulmuş məbləğin 1 faizini o, "xxxx" MMC-yə ödəməlidir. Bundan sonra o, 14 iyun 2019-cu il tarixdə şirkətin hesabından Run Group MMC-nin hesabına 100.000 manat pul köçürmüş, qalan məbləğləri 01 iyul 2019-cu il tarixdə 50.000 manat, 11 iyul 2019-cu il tarixdə 39.000 manat, 26 iyul 2019-cu il tarixdə 30.000 manat və 27 avqust 2019-cu il tarixdə 10.000 manat olmalqa ümumilikdə 229.000 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “MegaFun” əyləncə mərkəzində yerləşən ofisində Təqsirləndirilən şəxs hissə-hissə vermişdir. Hətta ödənişlərlə bağlı Təqsirləndirilən şəxs ona kassa mədaxil qəbzləri də vermişdir. 31 000 manat da vasitəçi olduqlarına görə Fazil və Valodya adlı tanışlarına vermişdir. Lakin bu məbləğin Təqsirləndirilən şəxs aidiyyatı yoxdur. O, dəfələrlə İranədən tikintinin aparılması üçün sənədləri işlərin başlanılması üçün tələb etsə də sonuncu ona heç bir sənəd təqdim etməmişdir. Bundan sonra Göy-göl rayonu ərazisində tikintisi planlaşdırlan «Buğda Nişastası» Zavodunun ərazisinə getdikdə görmüşdür ki, orada tikinti işlərini kosovalı İbrahim aparır. Yəni, İranə kosovalı İbrahimlə də zavodun tikintisi üçün müqavilə bağlamışdır. Onu heç zavodun ərazisinə belə buraxmamışlar. Onda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmış, külli miqdarda pulunu mənimsəmişdir. Təqsirləndirilən şəxs 229.000 manat pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İbrahim Golac ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Xorvatiya vətəndaşı olmaqla Verqo.az MMC-nin direktorudur. Azərbaycana 2009-cu ildə gəlmiş, şirkəti ilə tikinti işlərində subpodratçı kimi iştirak etmiş, 2010-cu ildə vətəninə qayıtmışdır. 2017-ci ilin əvvəllərində o, yenə Azərbaycana Bakı şəhərinə gəlmişdir. Burada ona bildirmişlər ki, yerli "xxxx" MMC şirkəti tərəfindən Göy-Göl rayon ərazisində Otel, Sağlamlıq mərkəzi və X21 tikintisi layihələri üzrə tikinti apara biləcək şirkətlər axtarılır. Bunu ona Bakıda tanış olduğu Şirəli adlı şəxs bildirmişdir. Şirəli ona "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs layihələri verdiyini bildirmiş, onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. O İranə ilə Bakı şəhərində sonuncunun ofisində görüşərək xarici investisiya hesabına Göygöl rayonu ərazisində Otel layihəsini reallaşdıracaqlarını razılaşmışlar. Layihənin dəyərinin 122.700.000,00 ABŞ dolları olmaqla vəsaiti xarici investor verməli idi. İranə onu əmin etmişdir ki, müqavilə bağladığları gündən 30 gün ərzində inverstorun pulu onun hesabına oturacaq, lakin onun şirkətinin konsaltinq xidmətlərini, yəni layihənin işlənməsi, digər sənədlərin hazırlanması məqsədilə baclayacaqları konsaltinq müqavilənin icrası üçün 100.000 ABŞ dolları o "xxxx" MMC-yə ödəməlidir. O, buna etiraz edərək maksimum 50.000 ABŞ dolları ödəyə biləcəyini bildirmiş, İranə də onunla razılaşmışdır. Həmin vaxt onda pul az olduğu üçün İranəyə cəmi 2.500 ABŞ dolları ödəmiş, sonra Xorvatiyaya qayıtmış, 2017-ci il aprel ayının sonu Xorvatiyadan Bakıya gəldikdə daha 10.000 ABŞ dolları gətirib vermiş, qalan məbləği 17.500 ABŞ dollarını oğlu xaricdən İsveçrədən onun hesabına yatırtmışdır. Beləliklə, o, Təqsirləndirilən şəxs Azərbaycan manatı ilə 185.130 manat təşkil edən 50.000 ABŞ dolları tam ödəmişdir. Bundan sonra 05 may 2017-ci il tarixdə həmin layihə ilə bağlı konsaltinq müqaviləsi bağlamışlar. Razılaşmaları belə idi ki, əgər 90 iş günü ərzində İranə ona layihəni və digər tələb olunan sənədləri təqdim etməsə pulu tam həcmdə ona qaytarmalıdır. Bu işə başlamadan İranə ona ikinci təklif vermişdir. Həmin təklif Göygöl rayon ərazisində hotel sağlamlıq-bərpa mərkəzinin layihəsinin icrası ilə bağlı olmuş, o, bu layihəni eyni şərtlərlə icra edəcəyini öhdəsinə götürmüş və bu barədə onlar 2017-ci ilin noyabr ayında konsaltinq müqaviləsi bağlamışlar. Lakin Təqsirləndirilən şəxs heç bir layihə üzrə sənədləri ona təqdim etməmiş, o, İranədən pulunu geri tələb etdikdə İranə bildirirdi ki, ilk investor onu aldatmış, lakin o, yeni investor tapmış və tezliklə işlərin icrasına başlayacaqlar. Sonda isə Təqsirləndirilən şəxs ona Göygöl rayonunda otel və otel sağlamlıq-bərpa mərkəzinin layihələrinin ləğv edildiyini və bunun əvəzində rayon ərazisində X45 Emalı Zavodunun tikinti layihəsini ona həvalə edəcəyini bildirmiş və 06 may 2019-cu il tarixdə bununla bağlı müqavilə də bağlamışlar. Lakin həmin müqavilədən də heç bir nəticə olmamışdır. Bundan sonra o İranədən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs hərəkətlər nəticəsində ona 50.000 ABŞ dolları maddi ziyan dəymiş, bundan başqa ona bu işlərlə bağlı Azərbaycana gələrək yaşaması, bununla bağlı 48.000 ABŞ dolları xərclərininİranənin onu aldatması ilə bağlı mənəvi ziyan olan 200.000 ABŞ dollarını, həmçinin İranənin təklif etdiyi layihələr üzrə əldə edəcəyi 72.000 ABŞ dolları İranədən tələb edir. Məhkəməyə bununla bağlı mülki iddia təqdim edir. Təqsirləndirilən şəxs bağladığı bütün müqavilələri və digər sənədləri ibtidai araşdırma orqanına təqdim etmişdir. O cümlədən "xxxx" MMC-yə 11.05.2017-ci il tarixdə 50.000 ABŞ dolları ödəməsinə dair kassa mədaxil orderinin surətini də ibtidai istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Rəfael Hüseynovun vasitəsi ilə tanımışdır. Hal-hazırda Rəfael Hüseynov vəfat etmişdir. Belə ki, təxminən 2016-cı ildən "xxxx" MMC-nin təsisçisi olmuş X17 ilə şərikli tikinti işləri görmüşdür. 2017-ci ildə Rəfael ona demişdir ki, Göygöl rayonunda orta məktəbin tikinti lahiyəsi olduğunu, həmin lahiyəni icraya götürmək üçün lahiyənin dəyərinin 1%-i lahiyəni təqdim edən şirkətə köçürülməlidir. Lahiyənin sahibi isə Rəfael müəllimin deməsinə görə "xxxx" şirkətinin təsisçisi Təqsirləndirilən şəxsdır. 2017-ci ilin mart ayından Rəfael müəllimlə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhərində olan ofisində özü ilə görüşərək konsaltinq müqaviləsi bağlayaraq lahiyənin icrasına başlamışlar. Məktəbin tikintisi işini götürmək üçün o, Rəfael müəllimin təklifi ilə özünə məxsus 26.000 manat pulu "xxxx" şirkətin kassasına ödəmişdir. Bu şirkətlə müqaviləni bağlayan Rəfael müəllim olduğu üçün ödəmə qəbzi də onun adına yazılmışdır. Həmçinin İranə xanım onlara daha ikiməktəb və bir zavod lahiyələrini də təqdim edərək həmin obyektlərin tikintisini onlara həvalə edəcəyini bildirmişdir. İranə xanımın bildirdiyinə görə hansısa xarici investorun vəsaiti hesabına bu obyektlər tikilməli və vəsait yaxın müddətdə onun şirkətinin hesabına daxil olmalı idi. Hətta o, Rəfael müəllim və İranə xanımın nümayəndələri Xasay və Emin adlı şəxslərlə birlikdə Göygöl rayon icra başçısının müavini Rauf müəllimin yanında olmuş, sonra isə o zaman icra başçısı olmuş Arif Seyidovun qəbulunda da olmuşlar. Arif Seyidov onlara görüləcək işlərlə bağlı xeyir-duasını vermişdir. Rauf müəllim hal-hazırda dünyasını dəyişmişdir. Xarici investorun vəsaiti daxil olanadək o, Rəfael müəllimlə birlikdə tikiləcək obyektlərin ərazisinə texnika və işçi qüvvəsi yerləşdirmiş, ilkin işlərə başlanılmış, bu işlərə 300.000 manatadək vəsait xərcləmişlər. Həmin vəsaitin 195.000 manatını konsaltinq müqavilələrinə əsasən "xxxx" şirkətinin kassasına rəsmən ödəmişlər, digər xərclər isə işlərin görülməsi ilə bağlı olan xərclər olmuşdur. "xxxx" şirkəti ilə müqavilələr Rəfael Hüseynovun təsisçisi olduğu "xxxx" MMCnin adından bağlanılmış, rəsmi ödənişlər də məhz Rəfael Hüseynovun adından aparılmışdır. O, rəsmi olaraq Rəfael Hüseynovun təsisçisi olduğu "xxxx" MMC-nin şəriki olmasa da faktiki olaraq bu iş üzrə çəkilən xərclərin əsas hissəsini, yəni 200.000- 220.000 manatadək hissəsini o yatırmış, qalan hissəsi isə Rəfael müəllimə aiddir. İbtidai araşdırma orqanına onun xərclərini təsdiq edən yazılı qeydlərini təqdim etmişlər. Vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onların gördüyü işə görə pulu ödəmədiyi üçün işləri dayandırmağa məcbur qalmışlar. Sonra isə məlumat gəlmişdir ki, İranə xanımın onlara verdiyi obyektlərdə işləri Zərərçəkmiş şəxs3 adlı şəxs görür. Bundan sonra Rəfael müəllimlə İranə xanımdan pullarını geri tələb etmişlər. Lakin İranə xanım günü-günə sataraq pullarını ödəməmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 da onların çəkdiyi xərci ödəyəcəyini desə də İranə onu da aldatdığı üçün onlara heç bir şey ödəməmişdir. Nəhayət 2019-cu ildə onlar hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin istintaq zamanı da Təqsirləndirilən şəxs onlara ziyanı ödəməmişdir. Ona vurulmuş ziyan ittihamda qeyd olunan 125.000 manatdan artıqdır. İfadəsində göstərdiyi kimi faktiki ziyan 220.000 manat təşkil etmişdir. Həmin pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs4 tanıyır. Belə ki, o, “AMAL+ A" MMC-nin direktorudur. X37 birlikdə tikinti işlərini həyata keçirmişlər. Nadir Quliyevlə birlikdə xeyli sayda orta məktəb və digər obyektlər tikib istifadəyə vermişlər. 2017-ci ilin avqust ayında tanışları Natiq və Şirəli adlı tanışları ona rəhbəri Təqsirləndirilən şəxs olduğu "xxxx" şirkətin böyük layihələr həyata keçirdiyini bildirmişlər. Bundan sonra o, Nadir Quliyev və Şirəli Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "xxxx" MMC-nin yerləşdiyi ofisə getmişlər. Orada onlar həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə görüşüb lahiyələr haqqında məlumat almışlar. İranə onlara bildirmişdir ki, xarici investor Azərbaycanda bir neçə obyektin tikintisi üçün investisiya ayırıb, həmçinin "xxxx" MMC ilə Göygöl rayon İcra hakimiyyəti arasında Göygöl rayonu ərazisində orta məktəbin tikintisi ilə bağlı müqavilə olduğundan Göygöl rayonu Topal Həsənli kəndində “Ehsan Bayramov” adına 264 nəfərlik məktəb tikmək lazımdır. Onlara həmin məktəbi tikmək üçün investor tərəfindən 4.800.000 manat pul ayrılacağı, lakin pul ayrılana qədər tikinti işlərinə başlamaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin məktəbin tikintisini onlardan əvvəl başqa şəxslər tərəfindən orada tikinti işləri aparılıb, lakin onların maliyyə sıxıntıları olduğundan həmin şəxslər tikintini yarımçıq saxlamışlar və onlar də qalan işləri davam etdirməlidirlər. Bundan sonra təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində o və Nadir İranənin nümayəndəsi Emil adlı şəxslə Göygöy rayonu Topalhəsənli kəndinə getmiş, tikintisi aparılacaq sahəyə məktəbə baxıb təxminən 6000 manat dəyərində tikinti işlərini onlardan əvvəl aparıldığını görmüşlər. O Nadir ilə birlikdə Bakı şəhərinə qayıdıb yenidən Təqsirləndirilən şəxs ilə görüşmüş, orada tikinti işlərini başlayan şəxsin çəkdiyi xərcin həmin şəxslər tərəfindən ödənilib-ödənilməməsini soruşduqda, İranə bütün işləri özü həll edəcəyini demişdir. Sonra "xxxx" şirkəti ilə onların işlədiyi “AMAL+A” MMC şirkəti arasmda konsaltinq müqaviləsi bağlanmış, İranə onlar tərəfindən tikintinin davam etdirilməsi, investor tərəfindən oktyabr ayının 10-dək pul köçürüləcəyini və bundan sonra onların şirkətinə bir milyon üç yüz min manat avans veriləcəyinə söz vermişdir. Lakin onlar müəyyən etmişlər ki, onlardan əvvəl həmin məktəbin tikintisini aparan Rəfail Hüseynov və Zərərçəkmiş şəxs4 adlı şəxslərdir və onlar halallıq almaq üçün öz təşəbbüsləri ilə həmin şəxslərlə görüşmüşlər. Həmin vaxt Rəfail Hüseynov onlara investorun pul ayırmadığı üçün tikintini yarımçıq saxladığını, buna baxmayaraq "xxxx" şirkətin hesablarına 20.000 manat pul köçürüldüyünü və həmin pulun bir hissəsini lahiyyə işlərinə verildiyini bildirmişdir. Ondan lahiyyə sənədlərini istədikdə o, 20000 manat verildikdən sonra lahiyyə sənədlərini onlara verə biləcəyini bildirmişdir. Onlar da bu barədə Təqsirləndirilən şəxs bildirdikdə o, onları ofisinə dəvət etmiş və onlardan 05 dekabr 2017-ci il tarixdə lahiyyə sənədlərini almaq üçün 20000 manat pulu almışdır ki, həmin pulu Rəfael vəfat etdiyindən onun şəriki Yusifə versin. Bundan sonra İranə onlara həmin lahiyyə sənədlərini gətirib vermişdir. O da elə bilmişdir ki, İranə həmin pulu Yusifə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, İranə Yusifə cəmi 5000 manat pul vermişdir. Bundan bir müddət sonra İranə onlara Göygöl rayonu ərazisində tikintisi nəzərdə tutulmuş uşaq baxçasının lahiyəsini də təklif etmiş, onlardan həmin işin verilməsi üçün 13.000 manat pul istəmiş və onlar da həmin pulu 13 dekabr 2017-ci il tarixdə İranənin ofisində nağd şəklində ona vermişlər. Lakin İranə onlara pul alması barədə heç bir sənəd verməmişdir. Həmin baxçanın tikintisinin onlara verilməsinə dair o, İranə ilə konsaltinq müqaviləsini bağlamışdır. Ondan sonra onlar məktəbin tikintisində işləsələr və ora 157.800 manat pul sərf etsələr də heç bir investisiya verilməmişdir. Ondan sonra İranə və bütün bu proseslərdə yanında olan Rəşadla danışıqlar aparsalar da İranə ilə Rəşad onlara hər dəfə yalan vədlər verərək onu aldatmışlar. Həmçinin bildirir ki, Göygöl rayonu Topal Həsənli kəndində “Ehsan Bayramov” adına 264 nəfərlik məktəb tikintisini onlara həvalə etməsi üçün 05 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 7 ünvanında yerləşən ofisində X37 birlikdə 20.000 manat pulu şəxsən Təqsirləndirilən şəxs onun həyat yoldaşı və köməkçisi Şahid1 yanında vermişdir. Həmin zaman onlara 20.000 manat pulun alınması ilə bağlı qəbz də verilmişdir. İranə ilə bütün danışıqlarında Rəşad da olmuşdur. Onlar bütün işləri bir yerdə görürmüşlər. Belə ki, İranə onları qəbul etdikdən sonra görüləcək işlərin mahiyyəti barədə Şahid1 onlara məlumat vermişdir. Onlar da Rəşadın sözlərinə inanmışlar. İranəyə pul verildikdən sonra onlar işlərin gedişatı ilə bağlı məhz Şahid1la əlaqə saxlayırdılar. O və Nadir Quliyev Təqsirləndirilən şəxs pullarını geri tələb etdikdə Rəşad onlardan xahiş etmişdir ki, o pulu qısa müddətdə qaytaracaq, onlar heç bir yerə şikayət etməsinlər. Lakin sonradan Rəşad telefonlara cavab verməmiş, onlardan gizlənmişdir. Nadir Quliyevlə şərik işləsə də Təqsirləndirilən şəxs ödədiyi pulun 33.000 manatı şəxsən ona məxsus olmuşdur. Direktoru olduğu “Amal+A MMC-nin” şirkətini də sadəcə bu tip müqavilələri bağlamaq üçün təsis etmişlər. Yəni verilən 33.000 manat pul MMC-yə deyil, ona məxsus olmuşdur. Həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qıızını 2019-cu ildən tanıyır. Belə ki, tikinti işləri ilə əlaqədar tandığı Qurban və Mübariz onun rəhbəri olduğu "xxxx" MMC-yə gəlib rəhbəri Təqsirləndirilən şəxs olan "xxxx" MMC-nin böyük lahiyələri olduğu, həmin lahiyələrdə binövrə (kotlovan) işlərini üzərinə götürməyi təklif etmişlər. Ona məlum olmuşdur ki, "xxxx" MMC-nin "xxxx" MMC-nin arasında Göygöl rayonunda “X55” zavodunun tikintisi üçün müvafiq müqavilə bağlanmış, lakin "xxxx" MMC-nin direktoru Şahid10 maliyyə problemləri olduğu üçün o, "xxxx" MMC-nin hesabına tikintinin dəyərinin 1 faiz məbləğində təminatı ödəyə bilmədiyi üçün işin icraasına buraxılmır. O, götür-qoy edərək qərara gəlmişdir ki, bu işə lazımi vəsasit ödəməklə qoşulsun. Şahid10 bu məsələ ilə bağlı 2019-cu ilin yanvar ayında müraciət etmişdir. O Zaura inanmışdır. Belə ki, Zaurla əvvəllər şərikli işlər görmüş, heç bir problemləri olmamşdır. İşin mahiyyəti 6.480.000 manat civarında olan binövrələrin qazılması olmuşdur. Bu işlərin görülməsi üçün maliyyələşmənin həcmi 300.000 manat olmuş və onun tərəfindən həmin pul 15 gün müddətinə verilməlidir. O bu işdə onun xeyrinin nə olacağını soruşduqda ona binövrələrin qazılmasında 1.100.000 manatlıq işi onun şirkətinə həvalə olunacaq və "xxxx" şirkəti "xxxx" MMC-yə birinci avans ödənişində onun verəcəyi 300.000 manatı qaytaracaqlar. Bundan sonra ona 18 yanvar 2019-cu il tarixdə tərtib edilmiş tikinti müqaviləsinin surətini və Göygöl rayon İcra Haklimiyyətinin sərəncamların surətini təqdim etmişlər. Həmin sənədləri ərizəsi ilə b irlikdə ibtidai araşdırma orqanına təqdim etmişdir. Həmin müqavilədə göstərilmişdir ki, sifarişçi "xxxx" şirkəti 6.480.000 manat vəsaiti dəyər cədvəlinə uyğun olaraq icraçı "xxxx" MMC-yə ödəyəcəkdir. Bundan başqa ona tikiləcək zavodun cizgilərini vermişlər. Sərəncamlarda isə Göygöl rayonu ərazisində 20 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. O 3 gün ərazində "xxxx" şirkəti, "xxxx" MMC və Göygöl rayonu ərazisində tikiləcək “X51 Zavodunun tikilməsinə dair sosial şəbəkədən və digər əlaqələri vasitəsilə maraqlanmış, hətta o vaxt Cöygöl rayon icra başçısı vəzifəsində işləmiş Arif Seyidovun qəbulunda da olmuş, sonuncu ona görüləcəyi işlərdə uğurlar arzulamışdır. Lahiyəni maliyyələşdirmək məqsədi ilə o, ayrı-ayrı vaxtlarda Şahid10 hissə-hissə 300.000 manat vermişdir. "xxxx" MMC-nin direktoru Şahid10 ondan 75.000 manat pulun alınmasına dair iltizam yazıb vermişdir. Bundan sonra belə razılaşmışlar ki, onlara pul verəndə hər dəfə iltizam yazmasınlar, sonra 300.000 manat veriləndən sonra ümumi bir iltizam yazılsın. “X55” zavodunun lahiyəsindən savayıQurban və Zaur ona Göygöl rayonunda 480 şagird yerlik tam orta məktəb və 100 yerlik uşaq bağçasının tikintisinə dair 21 yanvar 2019-cu il tarixli "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış Tikinti müqavilələri də təqdim edilmişdir. Hər 2 tikintinin ümumi məbləği 8.500.000 manat olmuşdur. Onlara bu tikinti işlərində iştirak etməyəcəyəni bildirərək qəti olaraq etiraz etmişdir. Bir işi görüb qurtarmamış başqa işə başlaya bilməyəcəyini bildirmişdir. O Zaurla razılaşmaya əsasən müəyyən işləri görmüşdür, lakin "xxxx" şirkəti tərəfindən "xxxx" MMC-yə avans ödənişi edilmədiyindən işi dayandırmışdır. Zaurla b irlikdə “Mega Fun” da olan Təqsirləndirilən şəxs ofisinə gedərək Təqsirləndirilən şəxs müavini Şahid5lə görüşmüş və ondan Göygöl rayonunda X30 tikintinin nə vaxt başlacağı ilə maraqlanmışdır. Şahid5 danışıqlarından başa düşmüş ki, hələ Zavodun layihə sənədləri belə hazır deyildir. Bundan sonra Zaur, Qurban və Mübarizə demiş ki, onun pulunu qaytarsınlar. Belə ki, zavodun nə layihəsi hazır deyil, nə də ki, müqavilələrdə avans ödənişi göstərilməmişdir. 20-21 mart 2019-cu il tarixdə Zaur və Qurban kabinetində gəlib 18 mart 2019-cu il tarixli "xxxx" şirkəti ilə "xxxx" MMC-nin arasında bağlanan avans müqaviləsinin surətini gətirib vermişlər və onu əmin etmişlər ki, "xxxx" şirkəti tərəfindən "xxxx" MMC-yə 45 gün ərzində avans ödəniləcəkdir. 09 aprel 2019-cu il tarixdə Qurban və Zaur onun kabinetinə gəlib 09 aprel 2019-cu il tarixdə “Run Gruop” şirkəti ilə "xxxx" MMC arasında bağlanan müqavilənin surətini gətirmişlər. Ona belə izah etmişlər ki, bağlanmış ilkin müqavilələri bir müqavilə ilə əvəz edilsin. O görmüşdür ki, bu müqavilədə əvvəlki müqavilələr kimi natamamdır və müqaviləni qəbl etməkdən imtina etmiş, Zaurla Qurbana verdiyi pulları geri tələb etmişdir. Zaur isə Təqsirləndirilən şəxs ilə görüşmyi təklif etmişdir. 2019-cu ilin aprel ayının ortalarında o və Zaur "xxxx" şirkətinin direktoru Təqsirləndirilən şəxs ilə “Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən “Run Gruop” şirkətinin ofisində görüşmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs ilə yanaşı özünü onun həyat yoldaşı kimi təqdim edən Şahid1, Şahid5, Şahid10 və Rövşən adlı şəxslər də olmuşdur. O söhbətə başlayan kimi onunla üzbəüz əyləşən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına xarici investisiya gətrilməsi barədə X22 tərəfindən “İnvestisiya təşviqi sənədini” təqdim etməsini xahiş etmişdir. Həmin sənədin mahiyyəti ondan ibarət olmuşdur ki, əgər kimsə xaricdən Azərbaycan investisiya gətirirsədə o 18 faiz əlavə dəyər vergisindən azad edilir. Buna görə də əgər "xxxx" MMC həqiqətən də xaricdən investisiya cəlb edirdisə onun mütləq qaydada “İnvestisiya təşviqi sənədi” olmalı idi. Lakin Təqsirləndirilən şəxs ona həmin sənədin əvəzinə hansısa xarici şirkətlə bağldığı memorandumu təqdim etmişdir. Həmin sənəd ingilis dilində tərtib olunmaqla bir vərəqdən ibarət idi. Lakin memorandum niyyət sənədidir, heç öhdəlik tərəflərin üzərinə qoyulmur. Bundan da əlavə o İranə və Rəşada bildirmişdir ki, əgər investisiya qoyan tərəf, yəni xarici şirkət qoyduğu investisiyanın 20 faizi həcmində investisiyanı cəlb edən hüquqi şəxsin cari hesabında olmalıdır. Buna görə də onlardan yalandan 200 000 000 manatlıq investisiya cəlb ediləcəyini dediyi üçün cari hesabında 500000 manat pulun olması barədə bank zəmanatinin verilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs belə bir zəmanəti təqdim edə bilməmişdir. Onda Təqsirləndirilən şəxs onu və Zauru aldatdıqlarını başa düşdüyünü bildirmiş və dələduzluq yolu ilə ələ keçirdikləri pulun qaytarılmasını tələb etmişdir. Həmin zaman Şahid1 oturduğu yerdən qalxaraq ona dələduz olmadıqlarını rus dilində bildirmiş və ona işləmək istəmirsə pulunu qaytarmağa hazır olduqlarını bildirmişdir. Həmin zaman İranə vəkili dəvət etməsini Rəşada bildirmişdir. Rəşad çölə çıxdıqdan sonra yanında hündür boylu, dolu bədən quruluşlu bir nəfər kişi içəri daxil olmuşdur. Həmin zaman İranə əlindəki müqaviləni vəkilə verərək həmin sənədləri “İsrailə” göndərməsini və müqaviləni xitam edilməsini bildirmişdir. Vəkil də sənədi götürüb otaqdan çıxmışdır. Bundan sonra İranə və Rəşad ona bildirmişdir ki, onun pulunu qaytaracaqlar. Həmçinin həmin görüşün əvvəlində Təqsirləndirilən şəxs Zaurun yanında ona demişdir ki, Çin Xalq Respublikasının “CNTİC” şirkəti tərəfindən bu iş üçün “Run Gruop” şirkətinə 200.000.000 manat pul ayrılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona və Zaura demişdir ki, hər il olduğu kimi bu ildə may ayının 15-də “Qida Sənayesi” sərgisi keçiriləcək və “Run Gruop” şirkəti həmin sərgidə “X55” Zavodunun layihəsini və maketini cənab prezidentə təqdim edəcəkdir. Həmin təqdimatı cənab prezidentə şəxsən Kənd Təsərrüfatı naziri təqdim edəcəkdir. İranə ondan həmin sərgidə iştirak etməsini xahiş etmişdir. Həmin sərgiyə o getmişdir. Lakin sərgi salonunda "xxxx" MMC-nin stendi olmamış, yalnız bir masada “X55” zavodunun maketi qoyulmuş, maketin yanında Təqsirləndirilən şəxs olmuşdur. 2019-cu ilin may ayından o Zaur və Qurbandan görülmüş işlərin və Təqsirləndirilən şəxs üçün verdiyi ümumən 300000 manat pulunu tələb etmişdir. Zaur və Qurban ona demişlər ki, ondan aldıqları puldan 230.000 manatı Təqsirləndirilən şəxs veriblər və buna dair qəbzləri də vardır. Onlardan qəbzləri tələb etmiş və onlar ona 2 vərəqə qəbz və 1 vərəq maliyyə arayışının surətlərini vermişlər. Həmin sənədlərin surətindən məlum olmuşdur ki, 20 fevral 2019-cu il tarixdə "xxxx" MMC “Run Gruop” şirkətinə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə “Run Gruop” şirkətinə 15.000 manat 07 may 2019-cu il tarixdən sonrakı müxtəlif vaxtlarda “X55” zavodunun tikintisi üçün 105.000 manat “Run Gruop” şikrətinə ödəmişdir. Bundan sonra anlamışdır ki, Təqsirləndirilən şəxs Zauru da aldatmışdır. Hal- hazırda məhkəmədən ona vurulmuş zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X16 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs bir dəfə atası X6 yas mərasimində görmüşdür. Zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs4 tanıyır. Zərərçəkmiş şəxs4 atasının dostu və şəriki olmuşdur. Atası "xxxx" MMC-nin təsisçisi və rəhbəri idi. Onun öz işi olduğundan atasının işləri ilə maraqlanmamış, lakin atası gördüyü işlər, götürdüyü layihələr barədə ona və qardaşına da məlumat verirdi. Təxminən 2017-ci ilin mart ayında atası demişdir ki, dostu Yusif müəllimlə şərikli Göygöl rayonunda layihə götürüb iş görürlər. Həmin layihədən məlumatı olmasa da atasının sözlərindən, eləcə də atasının telefon danışıqlarından bilmişdir ki, həmin layihəni onlara “Xanım” deyə müraciət etdikləri Təqsirləndirilən şəxs vermişdir. Hətta atası və Yusif müəllim həmin xanıma 180000 manat pul da vemişlər və bu pulun 140 min manatını alması barədə Təqsirləndirilən şəxs onlara qəbz də vermişdir. Həmin ərəfədə bir neçə dəfə atası Yusif müəllimlə birlikdə Göygöl rayonuna da gedib orada da qalmışlar. Lakin təxminən 2017-ci ilin avqust ayında atası əsəbi vəziyyətdə evə qayıdaraq bildirmişdir ki, layihəyə başlasalar da işin davam etdirilməsi üçün lazım olan məbləğ “Xanım” tərəfindən onların hesabına köçürülməmiş və buna görə də onlar məcbur qalıb işi dayandırmışlar. Bu məsəoə atasına o qədər təsir etmişdir ki, o dünyasını dəyişmişdir. Atası rəhmətə gedəndən sonra Yusif müəllim ilə birlikdə atasının qeydiyyat kitablarını və digər sənədləri açıb baxdıqda müəyyən etmişlər ki, atası və Yusif müəllim Təqsirləndirilən şəxs 185.400 manat pul vermişlər və o pulun da 60 min manatını atası vermişdir. Yusif müəllim bildirmişdir ki, Təqsirləndirilən şəxs onları aldadaraq iş verməmiş, aldıqları pulu da qaytarmamışdır. Hal-hazırda atasının varisi kimi Təqsirləndirilən şəxs vurduğu 60.000 manat pulu sonuncudan tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 təxminən 2016-ci ilin oktyabr ayından tanıyır. Belə ki, o, iş adamıdır, tikinti işləri ilə məşğul olmuş, artıq xatırlamadığı mənbədən eşitmişdir ki, "xxxx" MMC-nin direktoru İranə Talışxanova böyük tikinti layihələri ilə məşğuldur. Həmin layihələrlə maraqlanmaq üçün "xxxx" MMC-nin Nazirlər Kabinetinin binasının yuxarı hissələrində yerləşən ofisinə getmiş, orada Təqsirləndirilən şəxs və Şahid1la tanış olmuşdur. Əvvəl elə bilmişdir ki, bu ikisi ər-arvaddır. Təqsirləndirilən şəxs və Şahid1 ona verdikləri məlumatdan bilmişdir ki, Çin Xalq Respublikasından olan adı yadında qalmayan MMC Azərbaycan Respublikasına 500.000.000 ABŞ dolları dəyərində investisiya yatıracaq, həmin pula Göygöl rayonu ərazisində bir ədəd sağlamlıq mərkəzi, bir ədəd otel və bir ədəd “Nişasta” zavodu tikiləcək. İranə ona demişdir ki, sağlamlıq mərkəzinin tikintisi Göygöl rayonunda olacaq və həmin sağlamlıq mərkəzinin tikintisi üçün 130.000.000 ABŞ dolları, sağlamlıq mərkəzinin avadanlıqları üçün isə 50.000.000 ABŞ dolları vəsait ayrılacaq və həmin sağlamlıq mərkəzinin tikintisini və içərisinin avadanlıqlarının alınmasını isə ona verə biləcəyini bildirmişdir. Bundan sonra o həmin işi tək görə bilməyəcəyini və buna görə də həmin işi görmək üçün şərikə ehtiyacı olduğunu bildirmiş və elə buna görə də təklif etmişdir ki, özünə Türkiyə Cumhuriyyətindən olan şərik dəvət etsin. İranə və Rəşaddan həmin otel-sağlamlıq mərkəzinin tikintisini ona verməsi üçün nə etməli olduğunu soruşduqda İranə ondan bu işi üçün ümumilikdə 500.000 ABŞ dolları pul verməli olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 da onun yanında olmuşdur. Rəşad da İranənin dediklərini təsdiq edərək həmin pulun layihələndirməyə və digər xərclərə sərf ediləcəyini bildirmişdir. Bundan sonra özü üçün şərik kimi dəvət etdiyi Türkiyə Cumhuriyyəti vətəndaşı olan Zülküf Ceylan adlı şəxslə məsləhət etmiş, onu Azərbaycana dəvət etmiş və Təqsirləndirilən şəxs ilə ikisi birlikdə görüşmüşlər. Zülküf Ceylanın bütün dünya üzrə 270-ə yaxın otellər şəbəkəsi vardır. X46 dinlədikdən sonra ona inanmamış, ona pul verməsini məsləhət bilməmişdir. Lakin o, Zülküf Ceylana qulaq asmamış, İranə ilə tikinti müqaviləsi bağlayaraq ona 100.000 ABŞ dolları ödəmişdir. Belə ki, İranəyə ilkin olaraq 100000 ABŞ dollarını həmin tikinti işinin ona verilməsi üçün yerdə qalan 400000 ABŞ dollarım isə tikinti işinin verildikdən sonra verəcəyini demiş və razılaşmışlar. Həmin ərəfələrdə İranə və Rəşadla bir neçə dəfə onların ünvan 6 ünvanında yerləşən ofislərində görüşərək görüləcək detalları müzakirə etmişlər. Həmin söhbətlər zamanı Təqsirləndirilən şəxs və Şahid1 onu əmin etmişlər ki, qısa müddətdə investor tərəfindən onların şirkətinə tikinti üçün pul köçürüləcək və bundan sonra onlar tikintiyə başlayacaqlar. Onlara verdiyi pul isə rəsmi müqavilə və qəbz ilə götürüləcəkdir. Yəni onların işlərində heç bir qeyri-qanuni hal yoxdur. Həmin müqavilənin məzmunu ilə də tanış olmuş və orada da pulun verilməsi ilə müddəalar olmuşdur. Onları hər bir proseduru qaydasında etdiklərindən onlara inanmış və ilkin olaraq 100000 ABŞ dolları vermək qərarına gəlmişdir. Bundan sonra o 2017-ci ilin sentyabr ayının sonlarında gecə saat 22-23 radələrində Təqsirləndirilən şəxs və Şahid1la ofislərinin qarşısında görüşərək 100000 ABŞ dollarını Şahid1 təqdim etmiş və Şahid1 həmin pulu saymadan Təqsirləndirilən şəxs vermşdir. Onlar ofisə keçərək müvafiq sənədləşmə aparılmasını təklif etdikdə İranə ona ofisdə heç kimin olmadığını, lazımı sənədləri növbəti gün verə biləcəyini bildirmişdir. Rəşad da ona narahat olmamasını, səhər pulun alınmağı ilə bağlı qəbz verəcəklərini bildirmişdir. Bundan sonra o Rəşad və İranə ilə əlaqə saxlayaraq qəbz vermələrini, eləcə də müqavilə bağlamalarını bildirmişdir. Lakin onlar müxtəlif bəhanələrlə qəbz verməkdən imtina etmişlər. Onun təzyiqlərindən sonra 18.10.2017-ci il tarixdə İranə və Rəşad ilə onların ofisində görüşmüş və İranə kassa mədaxil qəbzi yazaraq onun tərəfindən 100000 ABŞ dolları pulun qəbul edildiyini təsdiq etmişdir. İranə və Rəşad bildirmişlər ki, 2017-ci ilin axırlarına qədər bütün müqavilə işləri bitəcək və 2018-ci ilin yanvar ayında o artıq işə başlayacaq. Bundan bir müddət sonra Şahid1 yenidən onunla əlaqə saxlayaraq layihə üçün əlavə pul lazım olduğunu bildirmiş və ondan əlavə 100000 ABŞ dolları verməsini istəmişdir. Həmin zaman onda pul olmadığı üçün o bu barədə şəriki Türkiyə Cumhuriyyəti vətəndaşı Zülküf Ceylan məlumat vermiş və onların ona təqdim etdikləri müqavilələri baxması üçün ona göndərmişdir. Zülküf Ceylan isə onlara 100000 ABŞ dolları səhv verdiyini bildirmişdir. O demişdir ki, dünya təcrübəsində belə bir prosedur, yəni iş başlamaq üçün investor tərəfindən pul ayrılmadan pulun verilməsi proseduru yoxdur. Zülküf Ceylan ona əlavə pul verməməsini bildirmişdir. O da Rəşadla əlaqə saxlayaraq müqavilələr bağlana, hesaba pul köçürülməyənədək əlavə pulun verilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona narahat olmamasını bildirmiş və ondan aldığı pulun əvəzində 26 oktyabr 2017-ci il tarixdə bir ay müddətinə etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-A saylı binanın 2-ci mərtəbəsində yerləşən 106,5 kvadrat metr sahəsi olan 3 otaqlı 2 saylı mənzili onlara etibar etməsi üçün ona etibarnamə ilə vermişlər. Lakin sonradan o görmüşdür ki, həmin etibarnamə bir ay müddətinə verilmişdir. Buna görə də o həmin mənzili əldə edə bilməmişdir. 2018-ci ilin əvvəllərinə qədər gözləmiş, lakin başa düşmüşdür ki, Rəşad və İranə onu aldadaraq pulunu ələ keçirmişlər. O, Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 tanıyır. Belə ki, gəlini Şahid3 Bakı şəhəri 175 saylı orta məktəbdə müəllimə işləyirdi. Arzusu o idi ki, gəlini həmin məktəbin direktoru vəzifəsinə təyin edilsin. Tanışı olan və tikinti təmiri ilə məşğul olan Təqsirləndirilən şəxs ilə belə razılaşmışdır ki, o, ona 175 saylı orta məktəbin təmiri üçün 50.000 ABŞ dolları ödəyəcək, Təqsirləndirilən şəxs isə öz əlaqələri vasitəsi ilə təhsil şöbəsinə müraciət edərək gəlini Şahid3 həmin məktəbə direktor vəzifəsinə təyin etdirəcəkdir. 50000 ABŞ dolları pulu 23 noyabr 2017-ci il tarixdə Abşeron rayonu, Atyalı massivində Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı, 90UH070 dövlət qeydiyyat nişanlı avtomobilində Rəşadın yanında İranəyə vermişdir. Ondan bir neçə gün sonra o Rəşad və İranənin iş yerinə getmiş, onların iş otağında söhbət zamanı ona demişlər ki, 27 noyabr 2017-ci il tarixdə saat 12 radələrində gəlini Xırdaxanımı Təhsil Nazirinin müavini Firudin Qurbanovun qəbuluna getsin və işə qəbul ilə bağlı CV kağızı və direktor olmaq üçün gəlini Xırdaxanımın bitirdiyi kursa dair sənədlərini də götürüb getsinlər. O da bu barədə gəlininə demiş və gəlini həyat yoldaşı Fizuli ilə birlikdə Təhsil Nazirinin müavini Firudin Qurbanovun qəbuluna getmək üçün həmin nazirliyə getmişlər. İranə ilə Rəşad ona demişlər ki, Firudin müəllimə bu barədə tapşırılmışdır. Lakin Təhsil Nazirliyində oğlu Fizuliyə və Xırdaxanıma demişlər ki, işə qəbul məsələləri Bakı şəhəri Montində yerləşən Təhsil Nazirliyinin şöbəşində baxılır. Ona görə də onlar qeyd edilən yerə getmişlər və orada işləyən Rauf adlı şəxsin yanında olmuşlar və Rauf adlı şəxs onlara demişdir ki, Firudin Qurbanova bu barədə heç bir söz deyilməmişdir, əgər istəyirlərsə CV-ni və digər sənədləri ora təqdim edə bilərlər. Gəlini də həmin sənədləri orada qoymuşdur. Lakin bununla bağlı gəlini heç yerə çağrılmamışdır. Aradan bir bir müddət sonra Rəşad ilə İranə demişlər ki, gəlininin verdiyi həmin CV düzgün deyil, yenidən CV yazıb verilməlidir. Ona görə də yenidən CV yazılmış və aparıb İranə ilə Rəşada onların iş yerində vermişdir. Lakin gəlini direktor təyin edilməmişdir. Təqsirləndirilən şəxs ona borclu olduğu 50.000 ABŞ dollarını qaytarmışdır. Təqsirləndirilən şəxs və Şahid1 hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2016-cı ildə "xxxx" MMC-ni təsis etdirmiş, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində hündür mərtəbəli binaların tikintisi ilə məşğul olmuşdur. 15 yanvar 2018-ci il tarixdə tanışı Fəxrəddin adlı şəxs Göygöl rayonu ərazisində “Resort Hotel” Kompleksinin tikilməsi üçün podratçı firma axtarıldığın ona bildirmidir. Fəxrəddin ona ilkin məlumat verərək həmin işi "xxxx" şirkəti təşkil etdiyini, yəni həmin şirkət İcra Hakimiyyətindən otelin tikintisini öz üzərinə götürür və konsaltinq müqaviləsi bağlayaraq həmin tikintini başqa şirkətlərlə etdirdiyini bildirmişdir. Ona tikintinin Göygöl rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC tikinti şirkətinə ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Resort Hotel” Komleksinin tikintisi olduğunu bildirmişdir. Fəxrəddinin onları tanış etdiyi"xxxx" MMC-nin işçisi Elxan adlı şəxs onlara bildirmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti "xxxx" MMC şirkətinə həmin torpaq sahəsini ayırıb və orada 150.000.000 ABŞ dolları dəyərində “Resort Hotel” Komleksinin tikintisi layihəsi nəzərdə tutulur. O şəriki Mustafa Qorkmazla birlikdə "xxxx" MMC-nin Yaşıl teatrın yaxınlığında yerləşən ofislərinə getmiş, orada "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə görüşmüşlər. X13 Rəşad adlı nümayəndəsi də iştirak etmişdir. İranə və Rəşad ona bildirmişlər ki, işin ümumi həcmi 150 000 000 ABŞ dollarıdır və həmin işi onlara verdikləri üçün ümumi layihənin 0,1 faizi həcmində, yəni onlara 150.000 ABŞ dolları pul ödəməlidirlər. İranə və Rəşad onlara həmin pulun sənədlərin hazılanması, sığorta və brokerlik xidmətlərini həyata keçirməyə xərclənəcəyini bildirmişlər. Həmin məbləğin rəsmi qaydada yəni kassa-mədaxil qəbzi ilə veriləcəyini, onların işində heç bir qeyri-rəsmi münasibətlərin olmadığını bildirərək onda və şəriki Mustafa Qorkmazda həqiqətən də əsil “iş adamı” olmaları barədə əminlik yaratmışlar. Həmçinin onların deməsinə görə o onlara pulu verdikdən sonra ilkin hazırlıq işlərini görməli, yəni ərazinin hasarlanması, texniki qurğuların yerləşdirilməsi, işıq, su çəkilməsi və sair işlərini görməlidilər. Bundan sonra 2018-ci ilin fevral ayının ilk 10 günlüyündə onun firmasının hesabına ümumi işin həcminin 30 faizi məbləğində avans olaraq pul köçürülməli və o da həmin pulla tikintiyə başlamalıdır. Onlar da müqavilənin şərtlərini və tikilməsi planlaşdırlan otelin proyektini nəzərdən keçirib təxminən müəyyən etmişlər ki, həmin təklifi qəbul edib tikintiyə başlasalar işin sonunda onların şirkətə təxminən 30-40 milyon ABŞ dolları xeyr qalacaqdır və həmin xeyrin də 10 faizini "xxxx" şirkətinə verəcəklər. İşin sonunda onlara qalmalı məbləğin çox olması onları həmin işə başlamağa və onların istədiyi 150 000 ABŞ dolları pulu onlara verməyə bir növ təhrik etmişdir. O da şəriki Mustafa Qorkmaz ilə razılaşmışlar ki, 150.000 ABŞ dolları pulu onlara ödəsinlər, tikintiyə başlasınlar və daha sonra pullarını ödəyəndə həmin 150 min dolları nəzərə alsınlar. 17.01.2018-ci il tarixdə "xxxx" MMC tikinti şirkətinin direktoru olaraq onunla "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs arasında Konsaltinq müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanandan sonra 18.01.2018-ci il tarixli 007 saylı kassa mədaxil orderinə əsasən "xxxx" MMC tikinti şirkəti tərəfindən "xxxx" MMC şirkətinə 150.000 ABŞ dolları pul ödənilmişdir. Aralarında olan razılaşmaya əsasən pulu ödəyəndən təxminən on gün sonra onlar layihəni təqdim etməliydilər. Ancaq uzun bir müddət onlar həmin layihəni təqdim etməmişlər. İranə və Rəşad ona bildirmişlər ki, onlar işi görmək üçün investor axtarırlar və həmin investor hansısa xarici bir şirkətdir. Onlar hər dəfə ona investorun bu gün-sabah gələcəyini bildirərək onu gözlətmişlər. Artıq onların dediklərinin bəhanə olduğuna inanmış və İran əvə Rəşaddan onlara verdiyi 150.000 ABŞ dolları pulu geri tələb etmişdir. Belə olanda Təqsirləndirilən şəxs və nümayəndəsi Rəşad onlara demişdir ki, gərək aralarında bağlanmış 17.01.2018-ci il tarixli Konsaltinq müqaviləsinə xitam verilsin və xitam veriləndən sonra 10 gün ərzində onun 150.000 ABŞ dolları pulunu qaytaracaqlar. 01.05.2018-ci il tarixdə aralarında olan həmin müqavilənin xitam olunmasına dair müqavilə tərtib etmişlər və həm o, həm də Təqsirləndirilən şəxs sənədi imzalamışlar. Hər ikisi imzaladığı həmin sənəddə qeyd olunmuşdur ki, müqaviləyə xitam verilməsi barədə sənəd imzalandığı gündən 10 gün müddətində verdiyi 150.000 ABŞ dolları onlar tərəfindən qaytarılacaqdır. Lakin həmin gündən sonra Təqsirləndirilən şəxs və onun nümayəndəsi Rəşad onları müxtəlif vədlərlə aldatmağa, müddəti uzatmağa başlamışlar. O artıq onların aldadıldığını görüb şikayət etmək qərarına gəlmişdir. 150.000 ABŞ dolları pulu 18.01.2018-ci il tarixdə, saat təxminən 12-13 radələrində, Bakı şəhəri Səbail rayonu ərazisində “Yaşıl” teatrın yaxınlığında Təqsirləndirilən şəxs ofisi yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs və Mustafa Qorkmazın iştirakı ilə Təqsirləndirilən şəxs nümayəndəsi Rəşada vermişdir. Həmin pul ona və şəriki Mustafa Qorxmaza məxsus olmuşdur, belə ki, onlar işə şərik başlayacağlarına görə pulu da birlikdə qoymuşlar. Lakin İranə və Rəşad onları aldatdığına görə onun da Mustafa ilə münasibətləri pisləşmiş və Mustafa həmin işə görə ona verdiyi pulu tələb etməyə başlamış, buna görə də o Mustafanın iş üçün verdiyi pulu ona qaytarmışdır. Yəni İranə və Rəşadın onu aldatdığına görə maddi ziyan ona dəymişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətlə müraciət etdikdən sonra İranəgil ona 14.300 manat pul ödyərək qalan məbləği 5 gün müddətində ödəyəcəklərini söz vermişlər. Lakin bu günədək qalan məbləği ödəməmişlər. Ona vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 tanıyır. Belə ki, o, 2012-ci ildən Azərbaycan Respublikasında, Bakı şəhərində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşgul olur və tikinti işləri görür. 2015-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İranə özünü təhsil sahəsində olan məktəbləri tikdiyini demişdir. Bundan sonra onunla iş görmək təklifi edərək Mingəçevir şəhərində 240 şagirdlik yeni məktəb binasının tikintisini ona verə biləcəyini demişdir. O da ona inanaraq rəhbərlik etdiyi "ULTRA İNŞAAT” şirkəti adından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" şirkəti ilə 2015-ci ilin oktyabr ayının 21-i müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən o 24.000 ( iyirmi dörd min) manat Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində, Nazirlər Kabineti ilə üzbə-üz həyətdə ofisində vermişdir. Həmin tarixdən Təqsirləndirilən şəxs ona heç bir tikinti işi verməmiş və ilin axırı olduğunu, müxtəlif nazirliklər tərəfindən işlərinin saxlanıldığnı deyərək bəhanələr gətirmişdir. 2016-cı ilin mart ayında yenidən o İranə ilə görüşmüşdür. Görüş zamanı İranə işlərin yaxın günlərdə düzələcəyini bildirərək əlavə olaraq Mingəçevir şəhərində 2 məktəbin də tikintisini ona verəcəyini söz vermişdir. O yenidən ona inanıb onunla 1 məktəbin tikintisini özü digər məktəbin tikintisini isə Şahid13 tərəfindən həyata keçirməyə razılaşmışlar. 2016-cı ilin aprel ayının 27-də o və Mustafa İranə ilə görüşüb müqavilə bağlamışlar. O bağladığı müqaviləyə görə İranəyə 48000 ( qırx səkkiz min) manat, daha 24000 (iyirmi dörd min) manat pulu Şahid1 İranənin iştirakı ilə həmin ofisdə vermişlər. Sonuncu 24.000 manatı isə İranənin işçisi olan Şirəli adlı şəxsə ofislərində İranə və Rəşadın iştirakı ilə vermişdir. Həmin pulu Şirəli İranəyə verməli idi. O ilk dəfə Təqsirləndirilən şəxs ilə 2015-ci ilin oktyabr ayında görüşən zaman Şahid1 da orada olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs Şahid1 onlara təqdim edərək Rəşadın onun şəriki olduğunu, eləcə də bütün texniki işlərlə Rəşadın məşğul olduğunu bildirmişdir. Həmçinin onları Rəşada təqdim edərək yeni podratçılar olduğlarını bildirmişdir. Hətta Rəşad da onlara əl verib görüşərək xeyrli olsun demişdir. Bundan sonra da bütün danışıqlarda Şahid1 iştirak etmişdir. Rəşad onlara hər dəfəsində narahat olmamaqlarını işlərin qısa müddətdə başlayacağını, Təqsirləndirilən şəxs başının qarşıq olduğunu buna görə də sözləri olduqda ona deməklərini bildirmişdir. Hətta sonradan onlardan pulunu tələb etməyə başlamış və hər dəfə ofisə gedib onlarla mübahisə etmişdir. 14 oktyabr 2016-cı il tarixdə o həmin ofisdə İranə ilə kobud danışaraq pulun qaytarmalarını bildirdikdə Şahid1 onu kənara çəkmiş və İranə ilə deyil onunla danışmasını bildirmişdir. Ona pulunu qaytarmasını tələb etmişdir. Rəşad ona Təqsirləndirilən şəxs ilə şərik olduğunu və buna görə də aldıqları pulun sadəcə yarısını qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. Rəşada yazlılı kağız verməsini tələb etdikdə o bir kağıza 15 noyabra qədər 48 min manat pulu verəcəyini yazaraq öhdəsinə götürmüşdür. Lakin həmin vaxt gəldikdə belə yenə nə Şahid1 nə də Təqsirləndirilən şəxs zənglərinə cavab verməmişlər. Pulunu təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təqsirpləndirilən şəxs Təqsirləndirilən şəxs tanıyır, Şahid1 isə tanımamışdır. Təqsirləndirilən şəxs ilə tanış olmasının səbəbi o olmuşdur ki, onun direktoru olduğu "xxxx" MMC tikinti işləri ilə məşğul idi. Təxminən 2017ci ilin dekabr ayının ortalarında "xxxx" MMC-nin "xxxx" MMC şirkəti ilə Göy-göl rayon ərazisində tikinti işləri aparmaq üçün danışıqlar aparılmışdır. Həmin zaman "xxxx" MMC ilə bütün danışıqları şirklətində inşaatçı- konstruktor işləyən Şahid11 aparmışdır. Lakin onun da məlumatı olmuşdur ki, "xxxx" MMC GöyGöl rayon ərazisində bir ədəd otel-sağlamlıq bərpa mərkəzinin tikintisini onun şirkətinə həvalə edilməsi üçün guya konsaltinq haqqı olaraq 150.000 manat pul ödənilməlidir. 31 yanvar 2018-ci il tarixdə şirkətin direktoru olaraq onunla Təqsirləndirilən şəxs arasında konsaltinq müqaviləsi bağlanmış və 05 fevral 2018-ci il tarixdə şirkətin hesabından "xxxx" MMC-nin həmin bankda olan hesab nömrəsinə 150.000 manat pul köçürülmüşdür. Müqavilə bağlandığı vaxtdan bir ay keçməsinə baxmayaraq hələ də tikinti layihəsi şirkətinə təqdim edilməmiş, buna görə də o belə qərarə gəlmişdir ki, pulu geri tələb etsin. Pulu geri tələb edən zaman Təqsirləndirilən şəxs ona qısa müddətdə pulu geri qaytarcağını bildirsə də müxtəlif bəhanələr gətirərək pulu ödəməmişdir. Bu səbəbdən iki şirkət arasında konsaltinq müqaviləsinin xitam olunmasına dair 03.05.2018-ci il tarixli xitam razılaşması imzalanmışdır. Bu günədək Təqsirləndirilən şəxs şirkəti tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. Hətta 2-3 dəfə Təqsirləndirilən şəxs ilə şəxsən görüşsə də, sonuncu boş vədlər verməklə onu aldatmışdır. Şirkətinə vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC lahiyə şirkətinin rəhbəridir. Bu iş üzrə Zərərçəkmiş şəxs5 və iş üzrə şahid qismində keçən Şahid10 tanıyır. Belə ki, təxminən 2019-cu ildə Şahid10 Göy-Göl rayonunda X51ı zavodunun tikintisi üçün "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə danışıqlar aparmışdır. Həmin lahiyəni Şahid10lə o həyata keçirməli idi. Zavodun smeta dəyəri 6.480.000 manat təşkil edirdi. Həmin məbləğ "xxxx" MMC-yə xarici investor tərəfindən köçürülməli, sonuncu isə onların iş haqqını ödəməli idi. Lakin Şahid10 Təqsirləndirilən şəxs ilə danışıqlarının nəticəsi belə olmuşdur ki, ilkin işlər, yəni zavodun katlavanının qazılması öncədən aparılmalı və bui şin dəyəri olan 300000 manat 15 gün müddətinə Zaura ödəniləcəkdir. Lakin ona və Zaura bui şi görmək üçün maddi dəstək lazım idi. Bu səbəbdən Şahid10 tanışı, çox böyük imkanları olan Zərərçəkmiş şəxs5 müraciət etmiş, ona "xxxx" MMC ilə bağlanılmış 18.01.2019-cu il tarixli tikinti müqaviləsinin surətini və Göy-Göl rayon İcra Hakimiyyətinin torpaq sahəsinin Təqsirləndirilən şəxs icarəyə verilməsinə dair sərəncamın surətini təqdim etmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs5 onu və Şahid10 iş yerinə dəvət etmiş və orada onlara bildirmişdir ki, təkliflərini qəbul edir və işin başlanması üçün pul ayırmağa razıdır. Onlar bildirmişlər ki, "xxxx" MMC-yə ilkin olaraq 150.000 manat pul köçürməlidir. Zərərçəkmiş şəxs5 həmin vəsaiti onlara hissə-hissə ayırmış və həmin məbləğ Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 maddi dəstəyi ilə tikinti yerinə tikinti texnikası, avadanlıqlar və işçi qüvvəsi gətirilmişdir. Katlavan qazılmasına başlanılmış, lakin müddət keçməsinə baxmayaraq "xxxx" MMC-si görülən işlərin pulunu ödəməmişdir. Bu səbəbdən o, Şahid10 və Zərərçəkmiş şəxs5 2019-cu ilin mart ayında "xxxx" MMC-nin Bakı şəhərində yerləşən Mega Fun mərkəzindəki ofisinə gedərək orada həmin şirkətin başçısının müavini Şahid5lə görüşmüşlər. Şahid5 onları əmin etmişdir ki, işlər qaydasında gedir, lakin Zərərçəkmiş şəxs5 Şahid5 tələb etmişdir ki, avans müqaviləsi tərtib edilsin və həmin müqavilədə görülən işlərin ödənilməsi öhdəliyi göstərilsin. Bütün bunlara baxmayaraq onlara pul ödənlməmiş və bu səbəbdən onlar da tikinti işlərini dayandırmışlar. Zaur Zərərçəkmiş şəxs5 Mirzəyevi bu işdə günahlandıraraq ona vurulmuş ziyanı Şahid10 tələb etmişdir. Ümumiyyətlə isə Zərərçəkmiş şəxs5 vurulmuş ziyan "xxxx" MMC-yə ödənilən 150.000 manatdan bir neçə dəfə artıqdır. Belə ki, tikinti texnikasının iş yerinə aparılması, fəhlələrə ödənilən məvaciblər, görülən işlərin dəyəri 700.000 manata qədər təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Şahid1 uzun müddətdir ki, tanıyırdı, onunla yaxın münasibətləri olmuşdur. Təxminən 2016-cı ilin yay aylarında Şahid1 təklifi ilə onun həyat yoldaşı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O işsiz olduğundan bir müddət Təqsirləndirilən şəxs Səbail rayonu Niyazi küçəsində yerləşən “Organic” adlı restoranda inzibatçı işləmişdir. Təxminən 2016-cı ilin noyabr ayında Rəşad və İranənin təklifi ilə onların Bakı şəhəri, Lermontov küçəsi, ev 3-də yerləşən ofislərində tərçüməçi kimi işləməyə başlamışdır. Belə ki, o, sərbəst olaraq ingilis dilində danışıb yaza biir. İranəgil tez-tez xarici qonaqlarının gəldiyini və onlarla aparılan danışıqlarda tərcüməçiyə ehtiyac olduğunu bildirmişdirlər. Həmin zaman Təqsirləndirilən şəxs Göy-göl rayonu ərazisində “X35” tikmək üçün rayon İcra Hakimiyyətindən 20 hektara yaxın torpaq sahəsini də icarəyə götürmüş və həmin ərəfələrdə zavodun tikintisi üçün investor axtardığını bildirmişdir. Həmin ərəfədə o, bu zavodun lahiyəsi üzərində işləmişdir. Təxminən 2017-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs və Şahid1la birlikdə əslən İranlı olan İran İslam Respublikası və Cin Respublikası vətəndaşlığı olan X38 adlı “X47 Corparation” şirkətinin direktoru ilə Təqsirləndirilən şəxs ofisində görüşmüşlər. Onlar arasında olan söhbətləri tərcümə etmişdir. Həmin zaman M.Börhani Göy-göl rayonu ərazisində X51ı zavodu üçün investisiya təşkil edə biləcəyini bildirmişdir. Lakin o bunun əvəzində proyektin smeta məbləğinin 20 faizi məbləğində bank qarantiyası tələb etmişdir. Təqsirləndirilən şəxs həmin təkliflə razılaşsa da bank qarantiyası verə bilməmiş, bu səbəbdən Börhani ilə sövdələşməsi baş tutmamışdır. Təqsirləndirilən şəxs bank qarantiyasını nəyə görə həll edə bilmədiyini bilməmişdir. Bu ərəfələrdə onun məlumatı olurdu ki, Göy-göl rayon ərazisində podratçılar tərəfindən artıq ilkin texniki-mühəndislik işlərinə başlanılmışdır. Bundan savayı, 2016-cı ilin dekabr ayında Aleksandr Vışınski adlı Qazaxıstan Respublikası vətəndaşı ilə də görüşüb zavodla bağlı söhbətlər etmişlər. O da bank qarantiyası tələb etdiyindən onunla da birgə iş görə bilməmişdirlər. Bundan başqa o Təqsirləndirilən şəxs və Şahid1la birlikdə hazırda dəqiq xatırlamadığı bir neçə xarici şirkətin nümayəndələri ilə də görüşmüşdür. Həmin şirkətlərlə də ilkin danışıqlar aparılsa da Təqsirləndirilən şəxs həmin şirkətlər tərəfindən tələb olunan bank qarantiyası və digər sənədləri təqdim edə bilmədiyindən onlar arasında olan sövdələşmə baş tutmamışdır. Məhkəmə iclasında şahid qismində dindiriliş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikah münasibətində olmaqla ər-arvad kimi yaşamışlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında ilk qadın investorlardan biri olmaqla "xxxx" şirkətlər qrupunun rəhbəridir, o isə həmin şirkətlər qrupunun nəzdində media qurumlarla əlaqələrə cavabdeh şəxs olmuşdur. Ona Təqsirləndirilən şəxs ilə birlikdə doqquz nəfər zərərçəkmiş şəxsə qarşı dələduzluq etmələri barədə ittiham verilmiş, lakin onun barəsində olan cinayət işi Təqsirləndirilən şəxs axtarışda olduğu üçün ayrı istintaq edilərək Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və bu məhkəmədə onun barəsində ittiham hökmü çıxarılmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə razı deyildir, apellyasiya şikayəti vermişdir. Hal-hazırkı iş üzrə isə zərərçəkmiş şəxslərlə bağlı epizodlar üzrə göstərir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 tanıyır, sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisi üçün 21 oktyabr 2015-ci il və 27 aprel 2016-cı il tarixlərdə podrat müqavilələri bağlamış, həmin müqavilələr əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sığorta, blokerlik, sənədlərin ayrı-ayrı dövlət qrumlarında təsdiq edilməsi və lahiyələrin hazırlanmasını həyata keçirmişdir. Təbii ki, bu xidmətə görə Halil Kırbalı "xxxx" MMC-nin mühasibatlığına xidmət haqqı ödəməli idi. Lakin nə o, nə də ki, İranə Kırbalıdan əlbəəl pul almamışlar. İşin görülməsini Kırbalıya xarici investorun vəd etdiyi investisiyanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürməməsi olmuşdur. Belə ki, investor işin dəyərinin 85%-ni köçürməli, qalan 15%-nin yerli banklardan"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kredit almaqla hesaba yatırtmaq üçün Respublika Nazirlər Kabinetinin sərəncamı yubadılmış, bu səbəbdən İranənin demək olar ki, bütün lahiyələri pozulmuşdur. Həmçinin o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs11 və onun şəriki Zərərçəkmiş şəxs4 tanıyır. Sonuncular Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 aprel və 16 may 2017-ci il tarixlərdə konsaltinq müqavilələri bağlamış, bu işlər üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti lahiyələr hazırlamış, sığorta, brokerlik və digər sənədləşmə işləri aparmışdır.Bu işlərin görülməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına Zərərçəkmiş şəxs11 rəhbəri olduğu "xxxx" MMC tərəfindən pul məbləğləri köçürülmüş, eyni zamanda "xxxx" MMC-nin mühasibatlığına da pul vəsaitləri köçürülmüşdür. Məbləğlərini xatırlamır, bütün ödənişlər rəsmi olmuşdur. Zərərçəkmiş şəxslərdən Kolac İbrahimi ümumiyyətlə tanımır, onun həmin epizoda heç bir aidiyyatı yoxdur. "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs2 tanıyır. "xxxx" MMC ilə "xxxx" MMC arasında Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazidə “Otel- Sağlamlıq Bərpa Mərkəzinin” tikintisinə dair 23 aprel 2018-ci tarixdə tikinti müqaviləsi bağlanılaraq lahiyələr hazırlanmış, sığorta, brokerlik və digər sənədləşmə işləri aparılmışdır. Bu xidmətlərin haqqı olaraq layihə dəyərinin 1%-i olmaqla "xxxx" MMC onlara 100.000 ABŞ dolları ödəmişdir. Lakin yuxarıda göstərdiyi kimi xarici investorun pul köçürməsi ilə bağlı yaranmış problemlərlə əlaqədar bu iş də axıra çatdırılmamışdır. Lakin "xxxx" MMC həmin ərazidə müəyyən işlər görmüşdür. Zərərçəkmiş şəxs7 tanıyır. O, Təqsirləndirilən şəxs müəyyən məktəblərin təmiri üçün 50.000 ABŞ dolları məbləğində pul ödəmiş, həmin təmir-tikinti işləri icra olunmuşdur. Mehmanşanın gəlininin təmir olunan məktəbə direktor təyin olunması üçün pul alınmamışdır. Özünün barəsində olan cinayət işi üzrə məhkəmə prosesində Zərərçəkmiş şəxs7 ondan şikayətçi olmadığını bildirmişdir. Digər Zərərçəkmiş şəxs3 tanımır. Ondan 33.000 manat məbləğində pul almamışdır. Hətta belə bu şəxsdən hansısa vəsait alınmışdırsa görülmüş işlərin müqabilində alına bilərdi. Hesab edir ki, zərərçəkmiş şəxslərin çoxunu istintaq orqanı qərəzli şəkildə onun və İranənin üzünə durmağa məcbur etmişlər. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, həmin şirkət müqavilə bağlayaraq Göy-Göl rayonu ərazisində otel kompleksi inşa etməli idi, 17 yanvar 2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında konsaltinq müqaviləsi bağlanmış, bunun müqabilində "xxxx" MMC işin lahiyə sənədlərini, sığorta, brokerlik, sənədlərini hazırlamış, müvafiq dövlət orqanlarında lazımi sənədlər əldə etmiş, bu xidmətlərə görə və sair xidmətlərə görə"xxxx" MMC "xxxx" MMCyə xidmət haqqını ödəmişdir. Hər hansı dələduzluqdan söhbət gedə bilməz. Qeyd etmək istəyir ki, xarici investor pulu yatıra bilmədiyi üçün bu məsələ öz həllini tapa bilməmişdir. Həmçinin bildirmək istəyirəm ki, digər epizodlar üzrə də tərəfdaşlarla "xxxx" MMC arasında rəsmi müqavilələr bağlanılmış, müqavilələr üzrə lahiyələr hazırlanmış, bütün digər sənədlər tərtib edilmiş, bu işlərin müqavilində şirkətin mühasibatlığına və yaxud bankdakı hesabına vəsaitlər köçürülmüşdür. Heç bir dələduzluq halları baş verməmiş, nə o, nə də İranə kiminsə pullarını mənimsəməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu iş üzrə ibtidai istintaq orqanına ətraflı ifadə vermiş və həmin ifadəsini bu gün məhkəmədə də təsdiq edir. Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs1 isə şəriki olmaqla "xxxx"MMC-nin təsisçisi və direktorudur. Bu şirkət Azərbaycan Respublikası ərazisində tikinti işləri ilə məşğul olur. 2018-ci ilin yanvar ayında ona və Ruslana Elxan adlı tanışları bildirmişdir ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC-nin böyük tikinti lahiyələri vardır. Qərara gəlmişlər ki, İranə xanımla görüşərək lahiyələrdə iştiraklarını təklif etsinlər. Bu məqsədlə həmin vaxtda "xxxx" MMC-nin ofisinə getmişlər, orada Şahid1la görüşmüşlər. Rəşad özünü Təqsirləndirilən şəxs köməkçisi kimi təqdim etmiş və bildirmişdir ki, Göy-Göl rayon İcra hakimiyyəti tərəfindən "xxxx" MMC-yə böyük torpaq sahəsi ayrılmışdır ki, həmin sahədə otel kompleksi inşa edilsin. Tikintinin ümumi dəyəri 150 milyon ABŞ dolları təşkil etdiyi üçün Təqsirləndirilən şəxs tikintinin lahiyələşdirmə və digər sənədləşdirilməsi üçün xidmət haqqı olaraq tikintinin dəyərinin 1%-ni istəmişdir. Əvəzinə isə investor maliyyə məsələlərini həll etdikdən sonra onlara tikintinin dəyərinin 10%-i, yəni 15 milyon ABŞ dolları ödənilməli idi. Şərtlər onu və Ruslanı qane etdiyi üçün 17.01.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx"MMC-nin direktoru olaraq "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs ilə konsaltinq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən o və Ruslan "xxxx" MMC-nin kassasına 150.000ABŞ dolları pul ödəmişlər. Lakin zaman keçməsinə baxmayaraq "xxxx" MMC tərəfindən onlara iş təqdim edilməmiş, bu səbəbdən onlar pullarını geri istəmişlər. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə çalışsa da onun və Ruslanın pulu geri almaqda israrlı olmalarını gördükdə konsaltinq müqaviləsinə xitam verilməsinə dair müqavilə bağlamağı təklif etmiş, yeni müqavilənin şərtinə görə 10 gün müddətində onların pulu qaytarılmalı idi. Bu müqaviləni də Təqsirləndirilən şəxs şəxsən imzalamışdır. Buna baxmayaraq bu günə qədər onların pulları ödənilməmiş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və Mülki Tikinti fakültəsini 2008-ci ildə tarixdə bitirmiş, təxminən 2016-cı ilin dekabr ayından 2018-ci ilədək "xxxx" MMC-də layihə mühəndisi işləmişdir. MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuş, onun həyat yoldaşı Şahid1 isə "xxxx" MMC-nin direktoru olmuşdur. Layihə mühəndisi olaraq zərərçəkmiş şəxslərin bir qismini tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs4 tanıyır, onun və X48-Göl rayonu ərazisində inşa edəcəkləri 3 orta məktəb və bir otelin lahiyələrini o hazırlamışdır. Bununla bağlı Yusifgillə Göy-Göl rayonun rəhbərləri ilə görüşdə də iştirak etmişdir. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X39 Həsənovu, Kolac İbrahimi tanıyır, digər zərərçəkmiş şəxsləri isə tanımır. Tanıdığı zərərçəkmiş şəxslərin görəcəkləri tikinti işləri üzrə lahiyələr hazırladığı üçün onları tanımış, normal işgüzar münasibətləri olmuşdur. Xarici investor tikintilər üçün vəsait buraxmadığı üçün bu lahiyələrin heç biri icra olunmamışdır. O, işlədiyi şirkətin maliyə məsələlərinə müdaxilə etməmiş, konsaltinq ödənişlərin məbləğləri barədə məlumatı olmamışdır. O, hal-hazırda başqa cinayət əməlinə görə həbs olunmuş, barəsində ibtidai istintaq aparılır. Qeyd etmək istəyir ki, 2019-cu ildə "xxxx" MMC-si başqa bir şəxsə –X7 bu şərtlə satılmışdır ki, bağlanmış tikinti müqavilələrin maliyələşməsini özü həyata keçirəcəkdir. X52 nəinki maliyələşməni həyata keçirməmiş, heç işçilərin əmək haqqını da ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun müdiri olmuşdur. Təxminən 2015-ci ilin sonlarında "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs qeydiyyat şöbəsinə işə qəbul etmişdir. Əvvəl "xxxx" MMC-nin ofisi ünvan 1-də yerləşirdi. O həmin ofisdə qeydiyyatda işləmişdir. Yəni ofisə gələn şəxsləri qarşılayaraq gəlmə səbəblərini müəyyən edərək direktorun yanına gələn olduğu halda telefonla Təqsirləndirilən şəxs məlumat vermişdir. Bu səbəbdən zərərçəkmiş şəxslərin çoxunu tanıyır. Belə ki, onların gəlişi barədə Təqsirləndirilən şəxs məlumat vermiş və İranə xanım onlardan kimisə qəbul etdiyi halda sonuncunun kabinetinə yola salırdı. Zərərçəkmiş şəxslərin İranə xanımla iş üzrə münasibətləri haqqında məlumatı olmamış, onlardan heç biri ona İranə xanıma çatdırılması üçün pul verməmişdir. "xxxx" MMC tərəfindən 3-4 aydır ki, əmək haqları verilmədiyi üçün 2019-cu ilin avqust ayında o əksər işçilər kimi işdən ayrılmışdır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 barəsində onu bildirir ki, sonuncu təxminən 2017-ci ili sonları 2018-ci ilin əvvəllərində ofisə bir neçə dəfə ofisə gəlib getmişdir. Lakin Zərərçəkmiş şəxs7 hansı məqsədlə ofisə gəlib Təqsirləndirilən şəxs ilə görüşməsini bilməmişdir. Ümumiyyətlə bir işçi kimi o ofisə gələn şəxslərin hansı işlə bağlı gəlməsini bilməmiş və bununla maraqlanmamışdır. Təxminən 2018-ci ilin yanvar ayının əvvəllərinə Zərərçəkmiş şəxs7 ofisə gələrək Təqsirləndirilən şəxs ilə görüşmək istədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin ərəfədə işə çıxmadığı üçün onunla görüşə bilməmiş və zərfdə olan bir məktubu ona təqdim edərək Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Həmin məktubun məzmununu bilmir, Təqsirləndirilən şəxs işə çıxdıqda məktubu ona çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxslərdən isə şəriki olan Zərərçəkmiş şəxs5 tanıyır. Belə ki, o, tikinti və yol çəkilişi ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi və baş direktorudur. Təxminən 2019-cu ilin yanvar ayının ortalarında Rövşən adlı tanışı Göygöl rayonu ərazisində məktəb, baxça və zavod tikintisinin layihələri olduğunu bildirmiş, o, bu lahiyələri ilə maraqlanmış, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə görüşmüş, onunla konsaltinq və tikinti işlərinin aparılmasına dair müqavilələr bağlamışdır. Görüləcək işlərin həcmi böyük olduğu üçün bu işə maliyə imkanları yaxşı olan tanışı Zərərçəkmiş şəxs5 də cəlb etmişdir. Konsaltinq müqaviləsinin şərtlərinə əsasən 3 dəfəyə "xxxx" MMCyə cəmi 416.000 manat pul ödəmişdir. Onun bir hissəsini şirkətin kassasına, bir hissəsini isə şirkətin işçisi Şahid5 və Şahid6 vermişdir. Cəmi bütün məbləğin ödənişinə dair şirkət tərəfindən ona mədaxil qəbzi verimişdir. Təbii ki, ödədiyi pulun bir hissəsi ona, digər hissəsi isə Zərərçəkmiş şəxs5 aid olmuşdur. Konsaltinq müqaviləsinə əsasən "xxxx" MMCnin mütəxəssisləri tikinti işlərinin lahiyəsi, smetası, lazımi icazələri təqdim etməli idi. Hətta onun Göy-Göl rayonunda İcra hakimiyyətinin nümayəndələri ilə görüşü də olmuşdur. Orada ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs tikinti işlərinin görülməsi üçün icarəyə torpaq verilmişdir. Bundan sonra Nişasta Buğda emalı zavodunun tikintisi üçün ilk işlərə başlamışlar. Ora texnika və avadanlıq, fəhlə və mütəxəssislər cəlb etmişlər. Zavodun fundamentini qazaraq beton işlərini görmüşlər. "xxxx" MMC-yə ödənilən məbləğlə yanaşı onun və Zərərçəkmiş şəxs5 bu işə 2.875.000 manat xərcləri çıxmışdır. Lakin müqavilənin şərtlərinə uyğun olaraq Təqsirləndirilən şəxs işin görülməsi üçün onlara maliyə ödənişi etmədiyi üçün işi dayandırmışlar. Bundan sonra bağladıqları müqavilələrin xitam olunmasına dair müqavilə bağlayaraq həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ödədikləri pulların ödənilməsini gözləmişlər. Lakin Təqsirləndirilən şəxs pulu qaytarmaq əvəzinə onlara yeni lahiyələr təklif etmişdir. Təbii ki, o və Zərərçəkmiş şəxs5 bununla razı olmamışlar. Bu günə olan vəziyyətə görə Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı ödəməmişdir. O, cinayət işinin materialları ilə tanışdır və bilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 və ona vurduğu ziyan 211.400 manat məbləğində müəyyən edilmişdir. Bu onların "xxxx" MMC-nin kassasına ödənilən məbləğdir. Lakin Təqsirləndirilən şəxs heç bu məbləği də onlara ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxslərdən isə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs8 tanıyır. O, "xxxx" MMC-də baş konstruktor vəzifəsində işləyir. "xxxx" MMC-nin fəaliyyətinin əsas istiqaməti tikinti və layihələndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. İşlədiyi şirkət Bakı şəhəri və Azərbaycan Respublikasının kənd rayonlarında bir çox yaşayış, inzibati və tədris binalar inşa etmişdir. Təxminən 2017-ci ilin dekabr ayında məlumat almışdır ki, "xxxx" MMC -nin rəhbəri olan Təqsirləndirilən şəxs xaricdən gətirdiyi investisiya hesabına Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisini planlaşdırır və həmin tikinti işlərini görmək üçün podratçı şirkətlər axtarır. O da həmin layihə ilə maraqlandığını və Təqsirləndirilən şəxs ilə görüşüb danışmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə o Təqsirləndirilən şəxs Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ofisində onunla görüşmüş və layihələr barəsində söhbətlər etmişlər. Təqsirləndirilən şəxs ona Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması üçün Rayon İcra Hakimiyyətinin sərəncamlarını, eləcə də tikintisi planlaşdırlan bir ədəd “X25, bir ədəd otelin, bir neçə məktəb və bir ədəd otelsağlamlıq bərpa mərkəzinin eskiz layihələrini ona təqdim etmişdir. O həmin sənədlərə baxıb şirkətdə müzakirə edib bir qərar deyəcəkləini bildirmişdir. Bundan sonra "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs8 məsələni bildirmiş və sonuncu qeyd olunan lahiyələrdə iştirak etməsini təsdiq etdikdən sonra bir daha Təqsirləndirilən şəxs ilə görüşmüş və ona layihəyə başlamaq istədiklərini bildirmişdir. Təqdim olunmuş layihələrdən rayon ərazisində 200.000.000 ABŞ dolları dəyərində layihə dəyəri olan Otel-Sağlamlıq Bərpa mərkəzinin tikintisini seçmiş, Təqsirləndirilən şəxs layihədə nəzərdə tutulan 200.000.000 ABŞ dollarının 0,1 faizini müqavilə bağlanıldığı gündən etibarən sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xərclər üçün əvvəlcədən ödənilməsini istəmişdir. Təqsirləndirilən şəxs əmin etmişdir ki, Türkiyə Respublikasının “Doğuş” şirkəti ilə investisiya müqavilələri var və tikinti üçün investisiyanın da həmin şirkət tərəfindən ödəniləcəyini, eləcə də tikintinin işçi layihəsinin həmin şirkət tərəfindən hazırlanacağını bildirmişdir. Onlar tərəfindən qeyd olunan 150.000 manat pul ödənildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən 30 iş günü müddətində tikintiyə “icazə” sənədlərinin, 90 iş günü müddətində isə texniki sənədlərin onlara təqdim ediləcəyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs köməkçisi kimi təqdim etdiyi Şahid1 dəvət etmiş və bundan sonra bütün texniki işlərlə Rəşadın məşğul olacağını bildirmişdir. 31 yanvar 2018-ci il tarixdə şirkətin direktoru Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında konsaltinq müqaviləsi bağlanmış, hətta bu müqaviləyə əsasən "xxxx" MMC-nin mütəxəssisləri lahiyələndirmə işlərində iştirak etmək barədə razılığa gəlmişlər. Bundan sonra 05 fevral 2018-ci il tarixdə Caspian Sevrice MMC-nin hesabından Run Group MMC-nin həmin bankda olan hesab nömrəsinə 150.000 manat pulu köçürmüşlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs və Şahid1 layihə sənədlərinin hazırlanmasında iştirak etmək barədə razılaşmaları olduğunu bildirmiş, lakin onlar müxtəlif bəhanələr gətirərək obyektin layihəsinin hazırlanmasında iştirak etməyə icazə verməmiş, həmçinin müqavilə bağlandığı vaxtdan bir ay keçməsinə baxmayaraq hələ də layihəni onlar təqdim etməmişlər. Buna görə də o və Zərərçəkmiş şəxs8 belə qərara gəlmişlər ki, pulu Təqsirləndirilən şəxs və Şahid1 geri tələb etsinlər. O Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq işləmək istəmədiyini və pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə onlara ya pulu qaytarcağını ya da başqa iş verəcəyini söz vermiş, lakin onlar heç bir lahiyədə iştirak etməyəcəklərini bildirərək ödədikləri pulu geri istəmişlər. Bundan sonra İranə qısa müddətdə pulu geri qaytarcağını bildirsə də müxtəlif bəhanələr gətirərək ödəniş etməmiş, nəhayət 2018-ci ilin may ayında pulu qaytarmaq üçün bağlanılmış 31 yanvar 2018-cu il tarixli müavilənin ləğv olunmasına dair xitam müqaviləsi bağlamış, buna baxmayaraq pulları ödənilməmişdir. Buna görə də onlar hüquq mühafizə orqanlarına müraciət etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X10 ifadəsini təsdiq etmiş və hadisə nəticəsində ona heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaararaq msüəyyən edilmişdir ki, Şahid3 ifadəsində Zərərçəkmiş şəxs7 ifadəsini bir daha təsdiq etmiş və onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, təxminən 10 ildən çoxdur ki, tikinti işləri ilə məşğul olur. X4 təxminən üç ildir ki, tanıyır, onunla arasında ədavəti, düşmənçiliyi olmamışdır. 2018-ci ilin axırlarında internetdə "xxxx" MMC tərəfindən Göy-göl rayonu ərazisində “Buğda Nişastası” zavodunun tikintisi üçün podratçı axtarılması ilə bağlı elan görmüşdür. O həmin elandan götürdüyü mobil nömrəyə zəng edərək özünü "xxxx" MMC-ni direktorunun müavini kimi təqdim edən Şahid5 adlı şəxslə danışmışdır. Emil Əliquluyev ona zavodun tikintisi üçün tanınmış şirkət lazım olduğunu bildirmişdir. O da bu barədə Əliağaya məlumat vermişdir. Əliağa da ona bu barədə maraqlanacağını bildirmiş və bir neçə gün sonra Əliağa onu Ağapaşa Ağayev adlı şəxslə tanış etmişdir. Ağapaşa onlara "xxxx" MMC-nin direktoru olan Şahid10 adlı şəxsi tanıdığını və həmin şəxsə bu barədə məlumat verdiyini və onun həmin zavodun tikintisi üçün pul verməyə razılıq verdiyini bildirmişdir. Bundan sonra Əliağa və Ağapaşa onun iştirakı olmadan Şahid10lə görüşmüşlər və ona iş barəsində məlumat vermişlər. Şahid10 də onların təklifi ilə razılaşmışdır. Bundan sonra Şahid10 şirkətinin sənədlərini e-mail vasitəsi ilə Run Group MMC-yə göndərmişdir. Run Group MMC-nin direktoru Təqsirləndirilən şəxs da sənədlərə baxaraq Şahid10lə işləməyə yəni, “Buğda Nişastası” zavodunun tikintisini Şahid10 direktoru olan "xxxx" MMC-yə tapşırmağa razılıq vermişdir. Bundan sonra Emil Əliquluyev ilə görüşmüş və müqavilənin şərtləri də Emil ilə razılşdırılmışdır. Emil də Şahid10 investor tərəfindən ayrılacaq 45 000000 manat pulun 0,1 faizi miqdarında onların şirkətinə pul verməli olduğunu bildirmişdir. Şahid10 də o, Ağapaşa və hazırda xatırlamadığı digər şəxslərlə birlikdə Göy-göl rayonuna getmişlər. Orada Zavodun tikintisi üçün ayrılmış yerə baxmış və Göy-göl icra hakimiyyətinin başçısı və digər nümayəndələrlə görüşmüşdür. Bundan sonra Şahid10 tikinti üçün pul verməyə razılıq vermişdir. 18 yanvar 2019-cu il tarixdə Şahid10 ilə Run Group MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında Tikinti müqaviləsi bağlanılmışdır. Həmin zaman Şahid10 480 000 manat pulu "xxxx" MMC-nin hesabına ödəyəcəyinə söz vermişdir. Həmçinin onlara belə razılığa gəlmişlər ki, Zaur tikinti işlərinə başladıqdan sonra onlara da müvafiq olaraq yaşıllaşdırma, tikinti və sair işlər verilsin. Bundan sonra Şahid10 onların vasitəsilə "xxxx" MMC-yə 55400 manat pul ödəmişdir. Həmçinin Şahid10 özü də Run Group MMC-yə pul ödəmişdir. Onun konkret olaraq nə qədər pul ödəməsini bilmir. Həmin ərəfələrdə Şahid10 Göy-göl rayonu ərazisində öz hesabına hasarlama işlərini görmüşdür. Həmin ərəfələrdə Şahid10 özü Təqsirləndirilən şəxs ilə görüşüb danışmışlar. Buna görə də onlar arasında gedən söhbətlərdən xəbəri olmamışdır. Bir dəfə də o Şahid10 yanında Zərərçəkmiş şəxs5 adlı şəxslə görüşmüşdür. Şahid10 də Zərərçəkmiş şəxs5 onun şəriki olduğunu və verdiyi pulları da ondan aldığını bildirmişdir. Həmin ərəfələrdə Şahid10 Zərərçəkmiş şəxs5 ilə birlikdə Təqsirləndirilən şəxs ofisinə gələrək onunla görüşmüşlər. Həmin zaman o onların söhbətlərində iştirak etməmişdir. Həmin zaman onun məlumatı olmuş ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs və Şahid1 bank qarantiyası tələb etmişdir. Lakin onlar bank qarantiyası təqdim edə bilməmişdirlər. Buna görə də Zərərçəkmiş şəxs5 pul ödəməkdən imtina etmişdir. Bundan sonra onun Şahid10 ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, təxminən 2017-ci ilin noyabr ayının sonlarında "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin zaman İranə onunla birlikdə işləməyi təklif etmişdir. O Təqsirləndirilən şəxs təklifini qəbul edərək onun direktoru olduğu "xxxx" MMC-yə paçı olmağa razılıq vermişdir. Faktiki olaraq o "xxxx" MMC-nin direktor olaraq "xxxx" MMC tərəfindən tikiləcək obyektlərin inşaasına nəzarət etməli idi. Bunun əvəzində isə Təqsirləndirilən şəxs ona aylıq maaş deyil, "xxxx" MMC-nin gəlirlərinə şərik etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona Göygöl Rayon İca Hakimiyyəti ilə müqavilə bağladığını və həmin rayon ərazisində bir “Nişasta zavodu”, bir otel və bir neçə məktəbin tikilməsi üçün icra Hakimiyyətindən icazə aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs həmin tikintiləri həyata keçirmək üçün xarici investor gözlədiklərini bildirmişdir. O da investor gələnəcən faktiki heç bir iş görməmişdir. Sadəcə tikintilərin layihələrini nəzərdən keçirmişdir. Həmçinin "xxxx" MMC-də rəsmi olaraq heç bir vəzifə tutmasada özünü İranənin şəriki, həm də həyat yoldaşı kimi təqdim edən Şahid1la da tanış olmuşdur. Belə ki, Rəşad da demək olar ki, tikinti ilə bağlı bütün işlərdə iştirak etmişdir. Bir müddət sonra o İranənin ofisinə müxtəlif şəxslərin gəldiklərini və onların İranə və Rəşaddan pullarını tələb etdiklərinin şahidi olmuşdur. Həmin zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Şahid1 podratçılara tikintini vermək üçün onlardan investor tərəfindən ayrılacaq pulun 1 faizi məbləğini qabaqcadan almışdırlar. O bunu bildikdən sonra bu barədə onlardan soruşmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs ona bunun normal şey olduğunu həmin pulun "xxxx" MMC-nin xərclərinə istifadə olunacağını bildirmişdir. O da pul məsələlərinə qarışmadığı üçün başqa sual verməmişdir. O hər dəfəsində İranədən işlərin nə zaman başlayacağını soruşduqda İranə investoru gözlədiyini bildirmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona “Börhani” adlı investorun gəldiyini bildirmişdir. O da həmin investorla görüşdə iştirak etmişdir. Həmin zaman səhv etmirsə Böhani ilə "xxxx" arasında ya “Niyyət protokolu” yaxud da müqavilə imzalanmışdır. Lakin sonradan həmin şirkət investisiya ayırmaqdan imtina etdiyini bilmişdir. Lakin İranə həmin şirkətin imtina etdiyini onlara bildirməmişdir, o bu barədə məlumatı İranənin yanında işləyən Bəxtiyar adlı tərcüməçidən almışdır. Bundan sonra İranə və Rəşad onlara başqa bir investorun gəldiyini demişlər. Lakin həmin investordan da heç bir müsbət nəticə əldə edilməmişdir. Həmin ərəfələrdə şirkətə Yusif adlı şəxs gəlib-getmişdir. O podratçı olduğunu və Göygöl rayonu ərazisində məktəb tikintiləri üçün İranə və Rəşada 180000 manata yaxın pul verdiyini bildirərək işlərin nə zaman başlayacağını soruşmuşdur. Onunla eyni vaxtda Hafiz adlı podratçı da həmin məktəblərin tikintisi üçün pul verdiyini bildirmişdir. O da bir obyektin tikintisini necə ola bilər ki iki podartçıya verilsin?! sualını Təqsirləndirilən şəxs və Şahid1 bildirdikdə onlar ona narahat olmamasını əvvəl işləyən podratçının pulunun qaytarıldığını bildirmişdirlər. Lakin sonradan o görmüş ki, podratçıların pulları qaytarılmamış hətta hazırda yadında qalmayan xeyli sayda vətəndaş da gələrək iş barədə maraqlanmış və pullarını tələb etmişdir. O İranə və Rəşadın bir işə görə bir neçə şəxsdən pul aldığını, eləcə də investorların gəlmədiyini, həmçinin aldıqları pulları da geri qaytarmadıqlarını gördüyündən İranə ilə danışaraq işdən ayrılmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə onun yanına gələrək işlə bağlı maraqlanan podratçılara Hafizə, Yusifə və digərlərinə İranənin onları aldatdığını və bu barədə bir tədbir görmələrini bildirmişdir. Bundan sonra təxminən 2018-ci ilin mart ayında İranənin yanından ayrılmış və 03 may 2018-ci il tarixdə "xxxx" MMC-də olan payını ona alqı-satqı müqaviləsi ilə satmışdır. Bundan sonra onun "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavininə ünvanladığı 03.07.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, Göygöl rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC tikinti şirkətinə ayrılmış Göygöl rayonu, Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Resort Hotel” Komleksinin tikintisi üçün, həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüquqi və texniki sənədlərini təqdim etməklə layihənin Müştəriyə verilməsini təmin etmək məqsədi ilə 17.01.2018-ci il tarixdə "xxxx" MMC tikinti şirkəti ilə "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs arasında Konsaltinq müqaviləsi bağlanmış, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 150.000 ABŞ dolları ödənilmiş, "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən qarşılıqlı razılaşma əsasında müqavilə pozulmuş və qüvvədən düşmüş, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs və onun nümayəndəsi Şahid1 150 000 ABŞ dolları pulu mənimsəməklə qaytarmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası DİN-nə ünvanladığı 20.06.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid1 və qeyriləri ilə birlikdə Göygöl rayon ərazisində “X21” tikinti layihəsinin icrasını Zərərçəkmiş şəxs5 vermək adı ilə onun 397350 manat pulunu ələ keçirmişlər. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs7 Abşeron RPİ-nin rəisinə ünvanlanan 29.06.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, gəlinini məktəb dirktoru kimi işə düzəltmək adı ilə Şahid1 və Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə aldadaraq dələduzluq yolu ilə 50000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişlər. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 04.10.2018-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün 04 oktyabr 2018-ci il tarixdə barəsində axtarış elan edilmişdir. 01 noyabr 2018-ci il tarixdə Abşeron rayon prokuroru Rahib Seyidov tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 14 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altma vermə haqqında qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarışı elan edilmiş, 17.08.2020ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin əməkdaşları tərəfindən Şamaxı rayonunda saxlanılaraq istintaq orqanına təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 yanvar 2018-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs1 həmin müqaviləni təsdiq etmişlər. Konsaltinq şirkəti(Run Group MMC) Müştəriyə (Korkmaz Group MMC) 25 avqust 2017-ci il tarixində Göygöl rayonu İcra Hakimiyyəti tərəfindən Run Group şirkətinə Müqavilə əsasında ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X24” tikintisi üçün həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüquqi və texniki sənədlərini təqdim etməklə layihənin Müştəriyə verilməsini təmin edir. (1.2-ci bənd) Müştəri Konsaltinq şirkətinə sığorta, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə tikintinin başlanmasına qədər ilkin ödəniş qismində ümumi tikinti məbləği olan 150.000.000 (yüz əlli milyon) ABŞ dollarının 1(bir) faizini miqdarında vəasit ödəməlidir. (2.7-ci bənd) 18.01.2018-ci il tarixli 077 nömrəli Kassa Mədaxil orderindən görünür ki, Korkmaz Group MMC tərəfindən 150.000 ABŞ dolları Run Group MMC tərəfindən qəbul edilmişdir. 01 may 2018-ci il tarixli "xxxx" sənədindən görünür ki, Run Group MMC Korkmaz Group MMC-yə 10 iş günü müddətinə 150.000 ABŞ dollarını geri qaytarmağı öhdəsinə götürür. Məhkəmədə elan edilib araşdırılmış Göygöl Rayon İcra Hakimiyyətindən daxil olmuş 15/600 saylı, 18 oktyabr 2019-cu il tarixli məktubdan müəyyən olunur ki, "xxxx" MMC 2016-cı il 14 dekabr tarixli 819 saylı məktubla Göygöl Rayon İcra Hakimiyyətinə müraciət edərək investisiyaları hesabına buğda nişastası, qlükoza və sair məmulatların istehsalı zavodunun tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bununla bağlı zəruri sənədləşmə aparıldıqdan sonra Göygöl Rayon İcra Hakimiyyəti 23 avqust 2017-ci il tarixli, 109 saylı sərəncamı ilə 20,0 hektar sənaye təyinatlı torpaq sahəsi 49 il müddətinə Nişasta zavodunun tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş və həmim torpaq sahəsinə 23 avqust 2017-ci il tarixli 71 saylı icarə müqaviləsi bağlanmışdır. Hacıkənd yolunun sağ tərəfində "xxxx" MMC-yə torpaq sahəsi ayrılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 21 oktyabr 2015-ci il tarixli “Podrat Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs6 həmin müqaviləni təsdiq etmişlər. Müqavilənin məqsədi təhsil Nazirliyinin sifarişçiliyi ilə Azərbaycan Respublikasının Mingəçevir rayonu ərazisində 01 ədəd 220 şagirdlik orta məktəbin binasının tikilməsidir. “Subpodratçı” ona veriləcək işlərin müqabilində “Müqavilə” bağlanarkən hər bir məktəbin tikilməsi üçün 24000(iyirmi dörd min) manat, layihə əsasında tikiləcək 220 şagirdlik məktəb binasının tikilməsi üçün ilkin pul vəsaiti ayrılarkən ümumi dəyərinə 9 % (doqquz faizini) ödəməyi öz öhdəsinə götürür. (2.5-ci bənd) Bundan başqa, 27 aprel 2016-cı il tarixli “Podrat Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Şahid13 həmin müqaviləni təsdiq etmişlər. Müqavilənin məqsədi təhsil Nazirliyinin sifarişçiliyi ilə Azərbaycan Respublikasının Mingəçevir rayonu ərazisində 1(bir) ədəd 220 şagirdlik orta məktəbin binasının tikilməsidir. “Subpodratçı” ona veriləcək işlərin müqabilində “Müqavilə” bağlanarkən hər bir məktəbin tikilməsi üçün 24000(iyirmi dörd min) manat, layihə əsasında tikiləcək 220 şagirdlik məktəb binasının tikilməsi üçün ilkin pul vəsaiti ayrılarkən ümumi dəyərinə 9 % (doqquz faizini) ödəməyi öz öhdəsinə götürür. (2.5-ci bənd) Bundan başqa, 27 aprel 2016-cı il tarixli “Podrat Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs6 həmin müqaviləni təsdiq etmişlər. Müqavilənin məqsədi təhsil Nazirliyinin sifarişçiliyi ilə Azərbaycan Respublikasının Mingəçevir şəhəri ərazisində 2(iki) ədəd 220 şagirdlik orta məktəbin binasının tikilməsidir. “Subpodratçı” ona veriləcək işlərin müqabilində “Müqavilə” bağlanarkən hər bir məktəbin tikilməsi üçün 4 800 000 (dörd milyon səkkiz yüz min) manat layihə əsasında tikiləcək 220 şagirdlik məktəb binasının tikilməsi üçün ilkin pul vəsaiti ayrılarkən ümumi dəyərinə 9 % (doqquz faizini) ödəməyi öz öhdəsinə götürür. (2.5-ci bənd) Məhkəmədə elan edilib araşdırılmış A4 formatlı kağızdan müəyyən olunuri ki, həmin kağıza Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “mən Şahid1 yazıb bildirirəm ki, Xəlil Türk vətəndaşından noyabr ayının 15-nə onun 48 000 alacaq olduğu pulu gəlib aparsın, ona qaytarcağına söz verirəm, imzamla təsdiq edirəm. “İmza var” Şahid1, 14.10.2016” yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “Kassa Mədaxil qəbzlərindən “ müəyən olunur ki, Rəfael Hüseynov tərəfindən "xxxx" MMC-yə 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat və 16 may 2017-ci il tarixdə 43.000 manat pul köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 10 aprel 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs11 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl rayonu, Qırıqlı kəndi, Ramiz Əsgərov adına 264 yerlik tam orta məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. (1.2-ci bənd) Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir.(2.7-ci bənd) Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan on faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. (2.9-cu bənd). Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 4 089 600 manat 18% ƏDV ilə birgə cəmi 4 825 728 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. (3.1-ci bənd) Məhkəmədə elan edilib araşdırılmış 10 aprel 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs11 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl şəhər 480 şagird yerlik 4saylı məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. (1.2-ci bənd) Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir.(2.7-ci bənd) Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan on dörd faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. (2.9-cu bənd). Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 6 018 000 manat 18% ƏDV ilə birgə cəmi 7 101 240 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. (3.1-ci bənd) Məhkəmədə elan edilib araşdırılmış 10 aprel 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs11 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl rayonu, Topalhəsənli kəndi, Elzam Bayramov adına 264 yerlik tam orta məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. (1.2-ci bənd) Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir.(2.7-ci bənd) Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan on dörd faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. (2.9-cu bənd). Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 4 038 480 manat 18% ƏDV ilə birgə cəmi 4 765 406 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. (3.1-ci bənd) Məhkəmədə elan edilib araşdırılmış 16 may 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs11 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl şəhərində otel binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. (1.2-ci bənd) Müştəri Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə görə tikinti smetasının 10 (on) faizini ödəməlidir.(2.7-ci bənd) Göstərilən faizin bir faizi dərhal, yəni Müqavilə imzalanan kimi, qalan doqquz faizi isə Tərəflər arasında əldə olunan vaxt cədvəlinə əsasında, bir neçə mərhələdə həyata keçirilir. (2.9-cu bənd). Tikinti obyektinin təyinatını, mahiyyətini və mürəkkəbliyini, eləcə də hazırki müqavilə ilə müəyyən edilmiş işlərin tərkibi və həcmi nəzərə alınmaqla Tərəflər hazırkı müqavilə üzər İcraçı tərəfindən yerinə yetiriləcək tikinti işlərinin 4 038 480 manat 18% ƏDV ilə birgə cəmi 4 765 406 manat təşkil etməsi haqqında razılığa gəlmişlər. (3.1-ci bənd) Məhkəmədə elan edilib araşdırılmış 05 may 2017-ci il tarixli “079_2017” nömrəli müqavilədən müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Golac İbrahim müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Run Group Azərbaycan Respublikası, Göygöl rayon mərkəzində yerləşən ərazidə tikiləcək olan ekskluziv Otel kompleksini və idman qurğularının müvafiq dövlət qurumu ilə razılaşdırır. İşlərin ümumi dəyəri 122.700.000,00 ABŞ doları dəyərindədir. Bundan başqa, 27 noyabr 2017-ci il tarixli “271117/01” nömrəli müqavilədən görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Golac İbrahim müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Run Group Azərbaycan Respublikası, Göygöl rayon mərkəzində yerləşən ərazidə tikiləcək olan ekskluziv Otel Sağlamlıq Bərpa Mərkəzinin müvafiq dövlət qurumu ilə razılaşdırır. Bundan başqa, 06 may 2019-cu il tarixli müqavilədən görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Golac İbrahim müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Run Group Azərbaycan Respublikası, Göygöl rayon X45 Emalı Zavodunda 134 yerlik yeməkxana, qablaşdırma anbarı, içməli su anbarı və emelatxana binasının icrasını icraçıya tapşırır. Məhkəmədə elan edilib araşdırılmış “Kassa Mədaxil orderindən“ müəyyən olunur ki, Golac İbrahim tərəfindən 11 may 2017-ci il tarixdə Run Group MMC-yə 50.000 ABŞ dolları ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 23 aprel 2018-ci il tarixli “Tikinti Müqaviləsindən” müəyyən olunui ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs2 müqaviləni təsdiq edəcək şəxslər kimi adları qeyd edilmişdir. Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonu Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazidə otel-Sağlamlıq Bərpa Mərkəzi tikintisini İçraçı ilə razılaşdırır. Məhkəmədə elan edilib araşdırılmış “Kassa Mədaxil qəbzindən” müyyən olunur ki, X18 tərəfindən Run Group MMC-yə 18 oktyabr 2017-ci il tarixdə 100.000 ABŞ dolları pul verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış A4 formatlı kağızdan müəyyən olunur ki, həmin kağıza Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “mən Şahid1 Şahid3 ilə əlaqədar direktor vəzifəsi təyin olunması ilə əlaqədar CV aldım, Mehmanşa müəllimdən alındı və 22.05.2018”. “İmzalar var” yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış A4 formatlı kağızdan müəyyən olunur ki, həmin kağıza Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə “mən Təqsirləndirilən şəxs Mehmanşa müəllimdən 50 min ABŞ aldım”. “İmza və Run Group MMC-nin möhrü var” yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış A4 formatlı kağızdan müəyyən olunur ki, həmin kağıza Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə “Mehmanşa m 4-cü gün sizin pul sizdədir. 25.06”. “imza var” yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış A4 formatlı kağızdan müəyən olunur ki, həmin kağıza Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “İranə xanım X50. Siz 23 noyabr 2017-ci il tarixdə saat 18 radələrində yaşadığım Haqverdiyev küçəsi 21 ünvanına Paşa tikintinin mühafizə rəisi Şahid1la 90Uh070 avtomaşınla gələrək məndən bir əmanət aldınız Şahid1 yanında . Bu hadisədən bir ay 15 gün keçib keçən dövrdə mənim heç bir zəngimə cavab vermirsiniz. Bu məsələni konfiliktə çevirməyin. Qısa müddətdə əmanətləri qaytarın. Qohumluq və ........ xatirinə bu söhbətə son qoyun. Zərərçəkmiş şəxs7 08.01.18, “Əslini aldım imza var, 08.01.2018” yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 06 sentyabr 2017-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və “Amal+A” MMC tərəfindən X28 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti Müştəriyə Göygöl rayonu, Topalhəsənli kəndi 264 şagird/yerlik tam orta məktəb binasının tam tikintisi üçün ərazi ayrılmasını, həmin ərazi və tikilməsi nəzərdə tutulan məktəb binasının hüquqi və texniki sənədlərini təqdim etməlidir. (1.2-ci bənd) Müştəri ümumi tikinti məbləği olan 4.800.000 manatı aldıqdan sonra Konsaltinq şirkətinə hüquqlarının qorunması, konsaltinq, brokerlik, sənədlərin hazırlanması və s. xidmətlərinə görə bu məbləğin 10 (on) faizini geri ödəyir.(2.7-ci bənd) Məhkəmədə elan edilib araşdırılmış “Kassa Mədaxil orderindən“ müəyyən olunur ki, AMAL+A MMC tərəfindən Run Group MMC-yə 05 dekabr 2017-ci il tarixdə 20.000 manat pul ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 31 yanvar 2018-ci il tarixli “Konsaltinq Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs8 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Konsaltinq şirkəti(Run Group MMC) Müştəriyə (Caspian Service MMC) 25 avqust 2017-ci il tarixində Göygöl rayonu İcra Hakimiyyəti tərəfindən Run Group şirkətinə Müqavilə əsasında ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikintisi üçün həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüquqi və texniki sənədlərini təqdim etməklə layihənin Müştəriyə verilməsini təmin edir. (1.2-ci bənd) Müştəri Konsaltinq şirkətinə layihənin ümumi dəyəri olan 200.000.000 (150 milyon tikinti+ 50 milyonmebel və avadanlıq) pul vəsaitindən tikinti üçün ayrılmış 150.000.000 ABŞ dollarının 10 faizi miqdarında ödəniş edir. Bu ödənişin 0.1 faizi sığorta, brokerlik, sənədlərin hazırlanması, bu müqavilənin predimeti olan obyektin tikinti işlərinin həvalə olunmaı və s. xidmətlərinə görə tikintinin başlanmasına qədər ilkin ödəniş qismində müqavilə bağlandığı gündən 3 iş günü ərzində Konsaltinq şirkətinin depozit hesabına ödənilir. Məhkəmədə elan edilib araşdırılmış 18 yanvar 2019-cu il tarixli “Tikinti Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Şahid10 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən ərazidə X44 Emalı Zavodu torpaq və qazıntı işləri İcraçı ilə razılaşdırır. 21 yanvar 2019-cu il tarixli “Tikinti müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Şahid10 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən ərazidəyeni yaşayış massivində 480 şagird yerlik tam orta məktəb tikintisini İcraçı ilə razılaşdırır. 21 yanvar 2019-cu il tarixli “Tikinti müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Şahid10 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən 100 yerlik tam orta məktəb tikintisini İcraçı ilə razılaşdırır. 14 fevral 2019-cu il tarixli “Tikinti Müqaviləsindən” görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Şahid10 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi Azərbaycan Respublikası Göygöl rayonunda yerləşən ərazisində X44 Emalı Zavodu lyihəsinin tikintisini İcraçı ilə razılaşdırır. Məhkəmədə elan edilib araşdırılmış Kassa Mədaxil orderlərindən müəyyən olunur ki, "xxxx" MMC-tərəfindən Run Group MMC-yə 25 yanvar 2019-cu il tarixdə iki dəfəyə 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il traixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pul verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 23 avqust 2019-cu il tarixli “Tikinti Müqaviləsindən” müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs və "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs9 müqaviləni təsdiq etmişlər. Bu müqavilə əsasında Sifarişçi müqavilə sənədlərinə əsasən Azərbaycan Respublikası, Göygöl rayonu ərazisində inşası nəzərdə tutulan X45 Emalı Zavodu layihəsində ümumi inşaat işlərinin icrasını icraçıya tapşırır. Məhkəmədə elan edilib araşdırılmış “hesabdan çıxarış” sənədindən müəyyən olunur ki, 14 iyun 2019-cu il tarixdə "xxxx" MMC-nin Amrahbank ASC-də olan hesabından Run Group MMC-nin hesabına 100.000 manat pul köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “Kassa Mədaxil orderindən“ müəyyən olunur ki, "xxxx" tərəfindən Run Group MMC-yə 01 iyul 2019-cu il tarixdə 50.000 manat, 11 iyul 2019-cu il tarixdə 39.000 manat, 26 iyul 2019-cu il tarixdə 30.000 manat və 27 avqust 2019-cu il tarixdə 10.000 manat pul ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən daxil olmuş 04.02.2020-ci il tarixli, 1207/2020 saylı məktubdan müəyyən olunur ki, İqtisadiyyat Nazirliyinə "xxxx" MMC tərəfindən investisiya təşviqi sənədinin alınması üçün ərizə ilə müraciət edilməmiş və adıçəkilən müəssisəyə investisiya təşviqi sənədi təqdim edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Bank məlumatlarına baxış keçirilməsi haqqında» 17 dekabr 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" ASC-dən 10.12.2019-cu il tarixdə 6073 nömrəli məktubla BMCMİN-nin İstintaq və Təhqiqat İdarəsinə daxil olmuş Run Group MMC-nin "xxxx" ASC-də mövcud olan hesabları ilə edilmiş bütün əməliyyatlar barədə məlumatlara baxış keçirilmişdir. Müəyyən olunmuş ki, həmin hesab 01.01.2017-ci il tarixdən 10.12.2019-cu il tarixdək olan məlumatları əks etdirir. Həmin dövr ərzindən hesaba ayrı-ayrı vaxtlarda 25 dəfə olmaqla ümumilikdə 662.426.24 manat pul mədaxil edilmiş, hazırda hesabda pul olmamışdır. Belə ki, 18.10.2017-ci il tarixdə təsisçi X14 tərəfindən hesaba 80.00 manat, 06.12.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən 49.920.00 manat mədaxil edilmişdir. Həmin məbləğ də "xxxx" adı ilə 08.12.2017-ci il tarixdə 15.000 manat, Run Tikinti MMC-yə 15.500 manat, başqa ödənişlər adı ilə 10.960 manat, eləcə də digər məbləğdə pullar 24.01.2018-ci il tarixdək çıxarılmış, həmin tarixdə hesabda 0 AZN qalmışdır. 05.02.2018-ci il tarixdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış "xxxx" MMC-nin hesabından 150.000 manat pul həmin hesaba mədaxil edilmişdir. Həmin 150.000 manat aşağıdakı istiqamətlərdə məxaric edilmişdir: -06.02.2018-ci il tarixdə 15.000 manat- Hesabdan məxaric, digər xərclər; -06.02.2018-ci il tarixdə 4.182.52 manat-Run Group LLC; -06.02.2018-ci il tarixdə 5.000.00 manat-Run Group LLC; -07.02.2018-ci il tarixdə 2.239.00 mant- CarltonTravelasistance MMC; -07.02.2018-ci il tarixdə 15.500.00 manat-Run Tour MMC; -07.02.2018-ci il tarixdə 27.000.00 manat- Golden House MTK; -08.02.2018-ci il tarixdə 10.000.00 manat -Sindbad Lh MMC; -08.02.2018-ci il tarixdə 21.500.00 manat-Təqsirləndirilən şəxs; -08.02.2018-ci il tarixdə 5.000.00 manat-Meridian Sel MMC; -08.02.2018-ci il tarixdə 25.500.00 manat-Elnarə Afandiyevə; -19.02.2018-ci il tarixdə 5.000.00 manat- Qlobeks LLC və sair xırda məbləğlər pul vəsaitləri digər istiqamətlərdə məxaric edilmişdir. Bundan başqa 13.03.2018-ci il tarixdə Vergo.Az LLC tərəfindən 34.000 manat, 19.03.2018-ci il tarixdə Run Constartion and investment MMC-dən 119.000.00 manat, "xxxx" MMC tərəfindən 10.05.2018-ci il tarixdə 19.300 manat, 12.06.2018-ci il tarixdə 5000 manat, 28.06.2018-ci il traixdə 3.500 manat mədaxil edilmişdir. Həmin tarixdən sonra Run Group LLC tərfindən hesaba müxtəlif vaxtlarda vergi və sair ödənişlər edilməsi üçün pul mədaxil edilmişdir. Bundan başqa 11.01.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən 85.000 manat mədaxil edilmiş, həmin məbləğin 27.800 manatı "xxxx" MMC-yə məxaric edilmiş, 28 000 manatı hesabdan digər xərclər adı ilə məxaric edilmişdir. 28.01.2019-cu il tarixdə X14 tərəfindən 16.990 manat və 62.500 manat mədaxil edilmişdir. Həmin məbləğin 63.000 manatı 29.01.2019-cu il tarixdə "xxxx" MMC-nin hesabına məxaric edilmişdir. Bundan başqa 14.06.2019-cu il tarixdə Xudafərin İnsaatcı MMC tərəfindən 84.745.76 manat mədaxil edilmiş həmin məbləğ də müxtəlif vaxtlarda hesabdan məxaric edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 11 noyabr 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən 07 noyabr 2019-cu il tarixli, 30565 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirmişdir. Diskdə aşkar edilmiş cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 sms məlumatları əks olunan fayla baxış keçirən zaman həmin faylda iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda məlumatlar aşkar edilmişdir: -13.08.2018-ci il tarixdə Şahid1 istifadəsində olan **********55 saylı mobil nömrədən cinayət işi üzrə Zərərçəkmiş şəxs3 istifadəsində olan **********28 saylı mobil nömrəyə “salam. tel cavab verin” və “Hafis m İrana xanim nomresini kime vermisiz, Hec olmasa menimkini vererdiz. "biz ele abam deyilik" deyen Hafiz m.” - 21.06.2018-ci il tarixdə Şahid1 cinayət işi üzrə Zərərçəkmiş şəxs7 **********27 saylı mobil nömrəsinə “Salam men sizinle birazdan danishacagam. Mehmanshah m.” , 23.06.2018-ci il tarixdə Zərərçəkmiş şəxs7la Şahid1 arasında aşağıdakı məzmunda yazışma olmuşdur. “X56 mana yazdiniz ki Siza zang vuraram ancaq vurmainhz bu gunda zangimi oturmursan Man pulum ucun axirinci dafa olarajq birinci gun ora galaram” “- Salam men cekilishdeyem film, uzrlu bil. birinci gun gelin” “Rasad iki gun avval galdim RUN qrupa Salala İrana ila danisdi İrana bildirdi ki 6 ci gunu saat 12 da olum ofisinizda Man galdim cox gozladim Siz galmadiniz -xeberim var, gelin 1-ci gun. olur ekstra ishler cixir. gorushende danisharig, -Rasad saat necada olum ofisinizda, -saat 15:00-dan sonra, -ela olar. -Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 25.04.2017-ci il tarixdən etibarən müxtəlif məzmunlu, -“Salam! Gelirsen gardash?”, 24.10.2017-ci il tarixdə “Gardash salam! Meni tecili cagirdilar ofise porta, ordan cixim zeng edim gorushek.”, “Salam gardashim! Seher 11:00 da İrana olacag natariusda, sonra ofisde.”, 16.07.2018-cin il tarixdə “Ruslan salam! meshgulam bitirirem gardashim. biraz sebrli ol. xaish edirem. o adama da de narahat olma. rahat dincel” -10.08.2018-ci il tarixdə “Ruslan necesen gardash. men ozum zeng vurmuram cunki isteyirem pul hazir olsun sonra danishim seninle. vorovskide torpagin behini almisham 1- hefteye pulu verirler. ve biz meselemizi bitiririk. uzurlu bil . biz dostug.” Ruslan sen cox yaxshi bilirsenki, men senin pulunu vereceyem, sende menim girovumda var az olsada, gardash men sene pul borcluyam bashga bir shey yox seni hemishe men ozume gardsh hesab etmishem. usteme bele gelme, Allah shahiddirki men senin pulunu duzeltmekden bashga bir ishim yoxdu, gorursenki hec danisha bilmirem seninle. elimde olan butun variantlari istifede edirem, beh de aliram sonra ograshlar gelmirler. indide gozleyirem. yalvarirlar verme bashgasina. pulu alan kimi xeber vereceyem. gel ozumuzu pula gore. hormetden salmayag. her shey yolunda olacag. hecnede arxaya geden deyilem. gecen xeyre. Birde ki , gagash Fabrikinda ishleri yekunlashir Goygol. fikirlesh imkanin varsa gardash gal ishle ozun gazan Zulkufle onsuzda İrana danishmalidi bu yaxinda, yegin gelen hefte.” -Cinayət işi ilə digər təqsirləndirilən şəxs Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 04.07.2019-cu il tarixdə ”Salam bu gun adamlar gedib ora ordada deyiblerki iw bize verilib bir iki gune gelub biz iwe bawlayacayiq rewad muelkim bes bu nece olur” “Xahiw edirem imkan olanda mene zeng vurun bu geden adamlar afzina geleni daniwiblar ordaki iw bizimdi biz gelib iwleyeceyik ne bilim ner” “Salam sabahiniz xeyir necesiz rewad muellim dunen hec kim mene ne zang vurmadi ne goruwmedi biz goruwe bileceyikmi tapwirin goruwum sohbetimi edim” “Salam axwamin xeyir ay rewad muellim necesiz ne var ne yox rewad muellim ne meni axdaran ne zang eden var zanglerimede cavab veren yoxduki bir goruwem” “Salam sabahinuz xeyir necesuz rewad muellim muellim hec bizimle na maraqlanan var nedeki zang vurub bir soz deyen nede goruwen biz nece edek bir” “Salam necesiz ne var ne yox mene zaur muellim isdeyirem sizinle goruwem daniwam bilirem ki iwlerin hell olunmasi ucun mecbur olunub kimdense nese goturulub mende isdeyirem ki yarimciq qalan haqhesabimi duzub qowam odeyem ki kimdense alinani qaytarasiz ozone, Mende gedem mal materialimi tokemniwimi gorem sorada bu wikayetci ograwinda payini verem oturdam yerinde.” -Cinayət işi üzrə şahid – "xxxx" MMC-də qeydiyyatda işləyən Şahid6 məxsus ***- ***-**-** saylı mobil nömrədən 25.12.2017-ci il tarixdə “Sabahınız xeyir Rəşad m. Sizin bu gün görüşünüz var Məhərrəm m.” -Cinayət işi üzrə şahid - Şahid9 istifadəsində ***-***-**-** saylı mobil nömrəsi ilə 31.01.2017-ci il tarixdə “Bu gün Qätärin xarici ishlär naziri Bakiya gÃlib.” 06.02.2017ci tarixdə “Reshad, iranlilar İrane xanimin qolunu isteyir. Ne edek? Kim cheksin?” 02.06.2017-ci il tarixdə “Hesene sen deyen senedler gedib” məzmunlu sms məlumatları aşkar edilmişdir. Həmin sms mətnləri originalda olduğu kimi protokola köçürülmüşdür. Bundan başqa Şahid1 giriş-çıxış zəngləri barədə məlumatlar olan fayllara baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -Cinayət işi üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus ***-***-**-** saylı mobil nömrə ilə arasında 02.02.2018-ci il tarixdə, 23.10.2018-ci il tarixdə; -Cinayət işi üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** saylı mobil nömrə ilə ilə arasında 13.03.2018-ci il tarixdə, 03.04.2018-ci il tarixdə; 06.04.2018ci ili tarixlərdə və sair vaxtlarda; -Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə ilə ilə arasında 07.02.2017-ci il tarixdə, 08.02.2017-ci il tarixdə; 14.02.2017-ci ili tarixlərdə və sair vaxtlarda; -Cinayət işi üzrə zərərçəmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Şahid11 məxsus ***-***-**-** saylı mobil nömrə ilə ilə arasında 06.09.2019-cu il tarixdə,10.09.2019-cu il tarixdə və sair vaxtlarda; -Cinayət işi üzrə zərərçəmiş şəxs X11 məxsus ***-***-**-** saylı mobil nömrə ilə arasında 25.11.2017-ci il tarixdə,27.11.2017-ci il tarixdə, 30.11.2017-ci il tarixlərdə və sair vaxtlarda danışıqların olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 dəymiş 150.000 ABŞ dolları ziyandan 14.300 AZN ödənilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Golac İbrahim və onun nümayəndəsi X12 50.000 ABŞ dolları məbləğində pulun qaytarılması, 48.000 ABŞ dolları maddi, 200.000 ABŞ dolları mənəvi ziyan və 72.000 ABŞ dolları əldən çıxmış faydanın "xxxx" MMC-dən və onun direktoru Təqsirləndirilən şəxs tutulmasına dair iddia ərizəsi təqdim etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Abdullayev X8 İranə Fazil qızı və Şahid1 vurulmuş zərərin əvəzi olaraq 100.000 ABŞ dalları, qanunsuz saxlamağa görə illik 5 faiz qismində 20.000 ABŞ dolları, ümumilikdə 120.000 ABŞ dollarının və mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğidə pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddia ərizəsi təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs7 31.10.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə çıxarılmış 1(101)- 233/2021 saylı, 25.10.2021-ci il tarixli hökmündən müəyyən olunur ki, o, təqsirli bilinrək 05 il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 10.03.2022-ci il tarixli qərarı ilə Şahid1 verilmiş ittiham qüvvəsində saxlanılmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 06 il müddətinə artırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10.03.2022-ci il tarixli qərarı elan olunduğu andan qanuni qüvvəyə minmiş hesab edilməklə preyudisiya xarakteri daşımaqla baxılan iş üzrə də imperativ xarakter daşıyır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkməsinin 19.05.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 1 il şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs qıızının əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində "xxxx" MMC ilə zərərçəkmiş şəxslər arasında olan məsələlərin mülki xarakterli olduğunu, zərərçəkmiş şəxslərin hər biri ilə müqavilə bağladığını, onları aldatmadığını, ölkəyə dəvət etdiyi investor gəlmədiyi üçün layihələrə başlaya bilmədiyi, zərərçəkmiş şəxslərdən aldığı pulları da layihə sənədlərinə xərclədiyini, zərərçəkmiş şəxslərə xarici investisiyanın hesabına Azərbaycan Respublikası ərazisində zavod, otel və məktəb binalarının tikiləcəyini “Börhani” adlı, CNTİC şirkəti və sair şirkətlərlə müqavilə bağladığını, həmin zərərçəkmiş şəxslərin tikintiyə başlanılması üçün hesaba pul köçürmələrini gözlədiyini yalandan bildirmişdir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən daxil olmuş 04.02.2020-ci il tarixli, 1207/2020 nömrəli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyinə "xxxx" MMC tərəfindən investisiya təşviqi sənədinin alınması üçün ərizə ilə müraciət edilməmiş və adıçəkilən müəssisəyə investisiya təşviqi sənədi təqdim edilməmişdir. “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli fərmanına əsasən investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edir. Ərizə ilə birlikdə Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı), Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd və ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surətini təqdim etməlidir. Həmçinin cinayət işinə əlavə edilmiş müqavilə və məktublardan da görünür ki, Run Group MMC ilə “X19 and Trdaing Company” LTD arasında 06.10.2017-ci il tarixdə razılaşma memorandumu imzalanmış, həmin memorandumun məzmunundan görünür ki, tərəflər Azərbaycan Respublikası ərazisində layihələrin icrası etmə niyyətlərini ifadə edirlər və bunun üçün Run Group MMC tələb olunan vəsaitin 20 faizini təqdim etməlidir. Eləcə də “Çin Milli Texniki İdxal və İxrac Korporasiyası” ilə də anoloji müqavilələr bağlanılmışdır. Həmin müqavilələrdən eləcə də daxil olmuş məktublardan görünür ki, xarici şirkətlər investisiya ayırmaq üçün Azərbaycan Respublikasından “Suveren Zəmanət”, dövlət zəmanəti və ya “bank qarantiyası” tələb edirlər və həmin zəmanət onlara verildiyi təqdirdə müvafiq investisiya ayıracaqlarını bildirmişlər. İş materaillarından görünür ki, Run Group MMC-nin heç bir nə bank qarantiyası olmuş, nə də İqtisadiyyat Nazriliyindən investisya təşviq sənədi almamışdır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadıb pullarını ələ keçirmək məqsədi ilə «Koinsaltiq» adlı müqavilələri bağlamaqla törətdiyi cinayət əməllərinin pərdələmək, zərərçəkmiş şəxslərdə özlərinə və “layihələrinə” inam yaratmaq məqsədini güdmüşdür. Təqsirləndirilən şəxs əlbir olduğu qeyriləri ilə birlikdə xarici investisiya cəlb edərək Azərbaycan Respublikasında həmin investisiya hesabına tikinti işləri həyata keçirmək üçün ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “investisiya təşviqi Sənədi” almalı və bunun üçün də Fərmanda göstərilən şərtlərə əməl etməli idilər. İqtisadiyyat nazirliyindən daxil olmuş məktubdan isə görünür ki, "xxxx" MMC investisiya təşviqi sənədinin alınması üçün nazirliyə müraciət etməmiş və onlara belə bir icazə verilməmişdir. "xxxx" MMC ilə zərərçəkmiş şəxslər arasında müxtəlif vaxtlarda bağlanmış müqavilələrin formal xarakterli müqavilə olmasını həmin müqavilələrin məzmunundan açıq aydın görmək mümkündür. Bütün bunlar "xxxx" MMC pərdəsi altında gizlənmiş Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında olan münasibətlərin mülki hüquqi münasibətlər olmadığını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxslərə tikinti layihəsinin verilərək onlarla birlikdə işləmək deyil, tikinti işlərini onlara həvalə etmək adı ilə pullarının ələ keçirilməsi olmuşdur. Belə ki, «Dələduzluq İşləri üzrə Məhkəmə Təcrübəsinin Təkmilləşdirilməsi haqqında» Ali Məhkəmə Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 27-ci bəndinə əsasən “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində tikiləcək obyektlərinin icrasını müxtəlif şəxslərə həvalə edəcəyi adı ilə onların pul vəsaitlərini ələ keçirmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Göygöl rayon İcra Hakimiyyətilə bağladığı 20 ha torpağın icarəyə götürmə müqavsiləsindən müəyyən olunur ki, həmin torpaq sahəsi yalnız Nişasta zavodunun inşası üçün ayrılmış, digər obyektlərin inşası üçün yerli icra orqanının icazəsi olmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmasına yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə, yəni "xxxx" şirkətlər qrupunun rəhbəri işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs qızının barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Golac İbrahim və onun nümayəndəsi X12 50.000 ABŞ dolları məbləğində pulun qaytarılması, 48.000 ABŞ dolları maddi, 200.000 ABŞ dolları mənəvi ziyan və 72.000 ABŞ dolları əldən çıxmış faydanın "xxxx" MMC-dən və onun direktoru Təqsirləndirilən şəxs tutulmasına dair iddia ərizəsi təqdim etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Abdullayev X8 İranə Fazil qızı və Şahid1 vurulmuş zərərin əvəzi olaraq 100.000 ABŞ dalları, qanunsuz saxlamağa görə illik 5 faiz qismində 20.000 ABŞ dolları, ümumilikdə 120.000 ABŞ dollarının və mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğidə pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddia ərizəsi təqdim etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Golac İbrahim və onun nümayəndəsi X12, həmçinin Zərərçəkmiş şəxs2 iddia ərizələri Təqsirləndirilən şəxs verilmiş ittihama uyğun olmadığından təmin edilməməli və bu zərərçəkmiş şəxslərə və iş üzrə digər zərərəçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X16, Zərərçəkmiş şəxs9 onlara dəymiş zərərələ bağlı, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın ödənilməmiş həssəsi ilə əlaqədar mülki mühakimə qaydasında yerli məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunun vəkili X15 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X15 üçün 648 AZN (altı yüz qırx səkkiz manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər - Golac İbrahim, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X16, Zərərçəkmiş şəxs9 onlara dəymiş ziyanla bağlı, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın ödənilməmiş həssəsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi Təqsirləndirilən şəxs üçün 648 AZN (altı yüz qırx səkkiz manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-87/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-87/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver