Məhkəmə qərarları › İş №1(101)-87/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-87/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-87/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1968-də yerləşən yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2021ci ilin oktyabr ayının əvvəllərindən 27 noyabr 2021-ci il tarixədək olan müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1968-də yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi "xxxx" adı ilə fəaliyyət göstərən mağazanın anbarına dam örtüyünün açıq olan hissəsindən qanunsuz daxil olaraq oradan 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 2340 manat dəyərində 52 ədəd 75x21/2 millimetr ölçülü “Valfex” markalı çöl dişli latum borruları, 1 ədədin qiyməti 39 manata olmaqla ümumilikdə 351 manat dəyərində 9 ədəd 75x21/2 millimetr ölçülü “Valfex” markalı iç dişli latum borruları, 1 ədədin qiyməti 93 manata olmaqla ümumilikdə 2604 manat dəyərində 28 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı iç dişli latum borruları, 1 ədədin qiyməti 93 manata olmaqla ümumilikdə 6231 manat dəyərində 67 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı çöl dişli latum borruları, 1 ədədin qiyməti 150 manata olmaqla ümumilikdə 5400 manat dəyərində 36 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı iç dişli latum borruları, 1 ədədin qiyməti 150 manata olmaqla ümumilikdə 6300 manat dəyərində 42 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı çöl dişli latum borruları, 1 ədədin qiyməti 127 manata olmaqla ümumilikdə 2032 manat dəyərində 16 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı çöl dişli muftanı, 1 ədədin qiyməti 123 manata olmaqla ümumilikdə 1476 manat dəyərində 12 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı iç dişli muftanı, 1 ədədin qiyməti 85 manata olmaqla ümumilikdə 680 manat dəyərində 8 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı çöl dişli muftanı, 1 ədədin qiyməti 80 manata olmaqla ümumilikdə 480 manat dəyərində 6 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı iç dişli muftanı, 1 ədədin qiyməti 20 manata olmaqla ümumilikdə 2400 manat dəyərində 120 ədəd “Dizayn” markalı muftalı vintili, 1 ədədin qiyməti 22 manata olmaqla ümumilikdə 550 manat dəyərində 25 ədəd “Dizayn” markalı plastik boru kəsən qayçını, 1 ədədin qiyməti 1 manat 65 qəpiyə olmaqla ümumilikdə 250 manat 80 qəpik dəyərində 152 ədəd 25x15 millimetr ölçülü “Dizayn” markalı çöl dişli muftanı, 1 ədədin qiyməti 1 manat 85 qəpiyə olmaqla ümumilikdə 222 manat dəyərində 120 ədəd 25x15 millimetr ölçülü “Dizayn” markalı çöl dişli dirsəkli muftanı, 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 6300 manat dəyərində 140 ədəd 7 çıxışlı “Buta” markalı kollektoru, 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 1800 manat dəyərində 40 ədəd 8 çıxışlı “Buta” markalı kollektoru, 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 900 manat dəyərində 20 ədəd 10 çıxışlı “Buta” markalı kollektoru, 1 ədədin qiyməti 8 manata olmaqla ümumilikdə 448 manat dəyərində 56 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun dirsəyi, 1 ədədin qiyməti 12 manata olmaqla ümumilikdə 3840 manat dəyərində 320 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun amerikankanı, 1 ədədin qiyməti 7 manat 50 qəpik olmaqla ümumilikdə 1050 manat dəyərində 140 ədəd 20 millimetr ölçülü “Valfex” markalı latun amerikankanı, 1 ədədin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 1000 manat dəyərində 400 ədəd 20 millimetr ölçülü “Valfex” markalı latun nipeli, 1 ədədin qiyməti 3 manat 50 qəpik olmaqla ümumilikdə 1792 manat dəyərində 512 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun nipeli, 1 ədədin qiyməti 5 manat 20 qəpik olmaqla ümumilikdə 520 manat dəyərində 100 ədəd 15 millimetr ölçülü “Valfex” markalı üçlü latun birləşdiricini, 1 ədədin qiyməti 6 manat 30 qəpik olmaqla ümumilikdə 667 manat 80 qəpik dəyərində 106 ədəd 20 millimetr ölçülü “Valfex” markalı üçlü latun birləşdiricini, 1 ədədin qiyməti 9 manat 50 qəpik olmaqla ümumilikdə 332 manat 50 qəpik dəyərində 35 ədəd 25 millimetr ölçülü “Valfex” markalı üçlü latun birləşdiricini, 1 ədədin qiyməti 5 manat 60 qəpik olmaqla ümumilikdə 952 manat dəyərində 170 ədəd 20 millimetr ölçülü “Valfex” markalı latun dirsəyi və 1 ədədin qiyməti 8 manat 70 qəpik olmaqla ümumilikdə 609 manat dəyərində 70 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun dirsəyini gizli yolla talayaraq, şirkətə ümumilikdə 51528 manat 10 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 05 may 2022-ci il tarixdə, saat 03 radələrində “Ekskuliziv” elektrik mağazasının rəhbəri Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1968-də yerləşən anbarın dəmirdən olan jalüz qapısının qıfılını güc tətbiq edərək dəmir parçası ilə sındırmaqla qanunsuz anbara daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus “Prysmian” markalı, ağ rəngli izolyasiyalı 1 metri 8 manat 70 qəpik olmaqla ümumilikdə 626 manat 40 qəpik dəyərində 72 metrlik 4x10 millimetr ölçülü, 1 metri 13 manat 43 qəpik olmaqla ümumilikdə 295 manat 46 qəpik dəyərində 22 metrlik 4x16 millimetr ölçülü, 1 metri 10 manat 83 qəpik olmaqla ümumilikdə 1635 manat 33 qəpik dəyərində 151 metrlik 5x10 millimetr ölçülü, 1 metri 3 manat 97 qəpik olmaqla ümumilikdə 535 manat 95 qəpik dəyərində 135 metrlik 3x6 millimetr ölçülü və 1 metri 5 manat 84 qəpik olmaqla ümumilikdə 747 manat 52 qəpik dəyərində 128 metrlik 5x4 millimetr ölçülü elektrik naqillərini gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 3840 manat 66 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “Eksklüziv” elektrik mağazasından etdiyi oğurluğu etiraf edir. Həqiqətən o yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki həmin mağazanın jalüz qapısını dəmir parçası ilə açmaqla içəriyə daxil olaraq top şəklində olan elektrik naqilləri özündə gətirdiyi alətlə kəsərək xalası oğlu olan Əli Niftəliyevin idarə etdiyi maşınla aparıb bir mağazaya 850 manata satmışdır. Həmin pulu öz məqsədləri üçün xərcləmiş, Əliyə isə yol haqqı olaraq 10 manat pul vermişdir. Bildirmək istəyir ki, o mağazadan oğurladığı naqilləri mağazadan çıxarıb biraz aralıya qoyduqdan sonra xalası oğlunu çağırmış, həmin naqilləri maşının yük yerinə yükləyib, satmağa aparmışdır. Əlinin o naqillərin oğurlanmasından məlumatı və iştirakı olmamışdır. Digər epizod üzrə isə yəni yaşadığı ünvanın yaxınlığındakı "xxxx" mağazasının anbarından etdiyi oğurluqla bağlı oğurluğun məbləği ilə razı deyildir. Belə ki, o 51.528 manat 10 qəpik dəyərində malmaterial aparmamışdır. Onun apardığı mal-materialın dəyəri 10-15 min manat civarında olmuşdur. Belə ki, o bir neçə dəfə həmin anbarın dam örtüyünü açıq olan hissəsindən anbara girərək orada karopkalarda olan santexnika, yəni kollektor, mufta, amerikanka deyilən latun boruları oğurlayaraq ayrı-ayrı metallolom alan şəxslərə kilosunu 7 manatdan satmışdır. O vurduğu ziyanıda həmin əşyaları satdığı qiymətlə ölçdüyü üçün vurduğu ziyan 10-15 min manatdan çox olmamalıdır. Bu əşyaları mağazadan oğurladıqdan sonra başqa bir gizlin yerdə saxlamış və hissə-hissə götürüb satmışdır. O ki qaldı “Eksklüziv” mağazasından oğurladığı elektrik naqillərindən onları tutulduqdan sonra polisə təqdim etmiş, polisdə həmin əşyaları “Eksklüziv” mağazasının sahibinə qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəhbəri olduğu “Ekskuliziv” elektrik malları mağazasının Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968 saylı məhəllədə yerləşən qeyri-yaşayış sahəsi hesab edilən anbarını 05 yanvar 2021-ci il tarixdə icarəyə götürmüşdür. Onlar satış olan zaman malları anbardan götürərək alıcıya verirmişlər. Digər vaxtlarda isə anbarın dəmirdən olan jalüz qapısını qıfılla bağlı saxlayırmışlar və qıfılın açarı isə işçisi Şahid1 olur. Sonuncu dəfə 04 may 2022-ci il tarixdə, saat 11 radələrində Şahid1 alıcıya lazım olan malı vermək üçün anbarı açmışdır. Daha sonra isə qıfılla bağlayaraq mağazaya qayıtmışdır. Səhərigün, yəni 05 may 2022-ci il tarixdə Şahid1 yenidən anbara getmişdir. Bu zaman Şahid1 anbarın dəmirdən olan jalüz qapısının üzərində qıfılın olmadığını görmüş, anbarın içərisinə baxdıqda isə məlum olmuşdur ki, orada oğurluq hadisəsi baş vermişdir. Bundan sonra Şahid1 bu barədə ona məlumat vermiş və o, dərhal hadisə yerinə getmişdir. Anbara ilkin baxış zamanı naməlum şəxs və ya şəxslərin anbarın dəmirdən olan jalüz qapısının qıfılını sındıraraq içəriyə daxil olaraq, oradan təxminən 2500 manat dəyərində elektrik naqillərinin oğurladığını müəyyən edib, dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və ilkin sənədləşmə işləri aparılmışdır. Sonradan onlar baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanı hesablamışlar. Məlum olmuşdur ki, oradan “Prysmian” markalı, ağ rəngli izolyasiyalı 1 metri 8 manat 70 qəpik olmaqla ümumilikdə 626 manat 40 qəpik dəyərində 72 metrlik 4x10 millimetr ölçülü, 1 metri 13 manat 43 qəpik olmaqla ümumilikdə 295 manat 46 qəpik dəyərində 22 metrlik 4x16 millimetr ölçülü, 1 metri 10 manat 83 qəpik olmaqla ümumilikdə 1635 manat 33 qəpik dəyərində 151 metrlik 5x10 millimetr ölçülü, 1 metri 3 manat 97 qəpik olmaqla ümumilikdə 535 manat 95 qəpik dəyərində 135 metrlik 3x6 millimetr ölçülü və 1 metri 5 manat 84 qəpik olmaqla ümumilikdə 747 manat 52 qəpik dəyərində 128 metrlik 5x4 millimetr ölçülü elektrik naqili oğurlanmışdır. Beləliklə, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş olan zərəri ümumilikdə 3840 manat 66 qəpik qiymətləndirir. Oğurluq hadisəsi zamanı sındırılmış qıfılı isə 3 manata almışlar. Həmin zərərdən ona oğurlanan naqillərdən 2.000 manat dəyərində naqillər qaytarılmışdır. Lakin qalan 1840, 66 manat ziyan ödənilməmişdir. Həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında ibtidai istintq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsi elan olunaraq müəyyən edilişdir ki, ünvan 1 ünvanda yerləşən "xxxx" adı ilə fəaliyyət göstərən mağazanın anbardarıdıp. 27 noyabr 2021-ci il tarixdə o, yenidən anbara baxış keçirən zaman malların əksər hissəsinin yerinin dəyişdiyini, malların yerində olmadığını müəyyən etmiş və anbardan oğurluq olmasından şübhələnmişdir. O, bundan sonra mağazada işləyən digər işçilərdən oğurluq barədə soruşduqda onlar oğurluqdan xəbərləri olmadıqlarını bildirmişlər. O, daha sonra yaxınlıqda inşaat materialları mağazası işlədən qohumu Raufa zəng vurmuş, Raufa anbardan oğurluq olması barədə məlumat vermiş və oğurlanan malların növü barədə Raufu məlumatlandırmışdır. Rauf ona demişdir ki, təxminən yarım saat bundan əvvəl bir nəfər cavan oğlan mağazasına gələrək oğurlanmasını qeyd etdiyi malları satması barədə ona təklif etmişdir. O isə həmin malların oğurluq olmasını hiss etmiş və almamışdır. Bundan sonra Rauf ona mağazaya gələn şəxsin mağazanın müşahidə kameralarına düşdüyü görüntülərin fotoşəkilini göndərmişdir. Həmin şəkilləri o, bazarda olan tanışlarına göstərmişdir. Bazarda olan tanışları ona demişlər ki, bu şəxs bazarın yaxınlığında yaşayan Pərvindir. O, bundan sonra Pərvinin yaşadığı evi tapmış və valideynləri ilə görüşmüşdür. Pərvinin valideynləri övladının oğru olmaqlarını və Pərvinin onlarla yaşamadığını bildirmişlər. O, fikirləşmişdir ki, bəlkə valideynləri Pərvini tapıb məsələni aydınlaşdıraraq ziyanı və ya malları geri qaytararlar. Bu səbəbdən polisə şikayət etməmişdir. Lakin, Pərvin və valideynlərindən xəbər çıxmadığı üçün xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək işlətdiyi mağazanın anbarından oğurluq olması barədə şikayət etmişdir. Hadisə nəticəsində mağazadan santexnika məhsulları oğurlanmışdır. Belə ki, mağazadan 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 2340 manat dəyərində 52 ədəd 75x21/2 millimetr ölçülü “Valfex” markalı çöl dişli amerikanka, 1 ədədin qiyməti 39 manata olmaqla ümumilikdə 351 manat dəyərində 9 ədəd 75x21/2 millimetr ölçülü “Valfex” markalı iç dişli amerikanka, 1 ədədin qiyməti 93 manata olmaqla ümumilikdə 2604 manat dəyərində 28 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı iç dişli amerikanka, 1 ədədin qiyməti 93 manata olmaqla ümumilikdə 6231 manat dəyərində 67 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı çöl dişli amerikanka, 1 ədədin qiyməti 150 manata olmaqla ümumilikdə 5400 manat dəyərində 36 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı iç dişli amerikanka, 1 ədədin qiyməti 150 manata olmaqla ümumilikdə 6300 manat dəyərində 42 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı çöl dişli amerikanka, 1 ədədin qiyməti 127 manata olmaqla ümumilikdə 2032 manat dəyərində 16 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı çöl dişli mufta, 1 ədədin qiyməti 123 manata olmaqla ümumilikdə 1476 manat dəyərində 12 ədəd 110x4 millimetr ölçülü “Valfex” markalı iç dişli mufta, 1 ədədin qiyməti 85 manata olmaqla ümumilikdə 680 manat dəyərində 8 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı çöl dişli mufta, 1 ədədin qiyməti 80 manata olmaqla ümumilikdə 480 manat dəyərində 6 ədəd 90x3 millimetr ölçülü “Valfex” markalı iç dişli mufta, 1 ədədin qiyməti 20 manata olmaqla ümumilikdə 2400 manat dəyərində 120 ədəd “Dizayn” markalı muftalı vintil, 1 ədədin qiyməti 22 manata olmaqla ümumilikdə 550 manat dəyərində 25 ədəd “Dizayn” markalı plastik boru kəsən qayçı, 1 ədədin qiyməti 1 manat 65 qəpiyə olmaqla ümumilikdə 250 manat 80 qəpik dəyərində 152 ədəd 25x15 millimetr ölçülü “Dizayn” markalı çöl dişli mufta, 1 ədədin qiyməti 1 manat 85 qəpiyə olmaqla ümumilikdə 222 manat dəyərində 120 ədəd 25x15 millimetr ölçülü “Dizayn” markalı çöl dişli dirsəkli mufta, 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 6300 manat dəyərində 140 ədəd 7 çıxışlı “Buta” markalı kollektor, 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 1800 manat dəyərində 40 ədəd 8 çıxışlı “Buta” markalı kollektor, 1 ədədin qiyməti 45 manata olmaqla ümumilikdə 900 manat dəyərində 20 ədəd 10 çıxışlı “Buta” markalı kollektor, 1 ədədin qiyməti 8 manata olmaqla ümumilikdə 448 manat dəyərində 56 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun dirsək, 1 ədədin qiyməti 12 manata olmaqla ümumilikdə 3840 manat dəyərində 320 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun amerikanka, 1 ədədin qiyməti 7 manat 50 qəpik olmaqla ümumilikdə 1050 manat dəyərində 140 ədəd 20 millimetr ölçülü “Valfex” markalı latun amerikanka, 1 ədədin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 1000 manat dəyərində 400 ədəd 20 millimetr ölçülü “Valfex” markalı latun nipel, 1 ədədin qiyməti 3 manat 50 qəpik olmaqla ümumilikdə 1792 manat dəyərində 512 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun nipel, 1 ədədin qiyməti 5 manat 20 qəpik olmaqla ümumilikdə 520 manat dəyərində 100 ədəd 15 millimetr ölçülü “Valfex” markalı üçlü latun birləşdirici, 1 ədədin qiyməti 6 manat 30 qəpik olmaqla ümumilikdə 667 manat 80 qəpik dəyərində 106 ədəd 20 millimetr ölçülü “Valfex” markalı üçlü latun birləşdirici, 1 ədədin qiyməti 9 manat 50 qəpik olmaqla ümumilikdə 332 manat 50 qəpik dəyərində 35 ədəd 25 millimetr ölçülü “Valfex” markalı üçlü latun birləşdirici, 1 ədədin qiyməti 5 manat 60 qəpik olmaqla ümumilikdə 952 manat dəyərində 170 ədəd 20 millimetr ölçülü “Valfex” markalı latun dirsək və 1 ədədin qiyməti 8 manat 70 qəpik olmaqla ümumilikdə 609 manat dəyərində 70 ədəd 25 millimetr ölçülü “Valfex” markalı latun dirsək oğurlanmışdır. Hadisə nəticəsində şirkətə ümumilikdə 51528 manat 10 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun xalası oğludur, Pərvinlə münasibətləri yaxşıdır. O, özü istifadəsində olan maşını taksi kimi istifadə etməklə ailəsini dolandırır. Öz ünvanı Binəqədi rayonu, Sumqayıt şossesində olduğu üçün bəzən şəhərdə olduğu zaman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yaşayan xalasıgilə zəng edib nahara gələcəyini bildirirdi. 05 may 2022-ci il tarixdə, saat 11 radələrində xalasıgilə getmiş, orada olduğu zaman Pərvin ondan maşının yük yerinə nə isə yükləmək üçün açarı istəmişdir. O, açarı Pərvinə vermiş, özü isə Pərvingildə evdə olmuşdur. Bundan sonra Pərvinin xahişi ilə onlar Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının ətrafında yerləşən bir mağazanın yanına getmişlər, orada Pərvin maşından enərək mağazaya girmiş, bir müddət sonra Pərvinin işarəsi ilə maşını yolun qarşı tərəfinə döndərərək saxlamış, mağazadan çıxan Pərvin və yanında olan başqa bir şəxs maşının yük yerindən elektrik kabelləri boşaldaraq mağazaya aparmışlar. O zaman başa düşmüşdür ki, ondan açarı ona görə almışdır ki, maşının yük yerinə kabel yığsın. Həmin kabellərin oğurluq olmasından məlumatı olmamışdır. Pərvin ona zəhmət haqqı olaraq 20 manat pul verəcəyini vəd etmiş və həmin pulu ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs2 isə onun satıcı və anbardar işlədiyi “Ekskuliziv” elektrik malları mağazasının müdiridir. Həmin anbar Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968 saylı məhəllədə yerləşir. Anbarın qapısı dəmirdən olan jalüz olmaqla işdən sonra qıfılla bağlanmış, qıfılın açarı isə onda olmuşudur. 04 may 2022ci il tarixdə, saat 11 radələrində Şahid1 alıcıya lazım olan malı vermək üçün anbarı açmış, daha sonra isə qıfılla bağlayaraq mağazaya qayıtmışdır. Növbəti gün, yəni 05 may 2022-ci il tarixdə o, yenidən anbara getmiş, bu zaman anbarın dəmirdən olan jalüz qapısının üzərində qıfılın sındırılaraq kənarda yerə olduğunu görmüş, dərhal anbara girmədən müdiri Zərərçəkmiş şəxs2 zəng etmiş, yalnız sonuncu gəldikdən sonra ikisi irlikdə anbara daxil olaraq görmüşlər ki, orada olan elektrik kabellərindən müəyyən hissəsi kəsilib aparılmışdır. Bundan sonra müdiri Zərərçəkmiş şəxs2 hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə, günorta saatlarında işlətdiyi elektrik malları mağazasına əvvəldən tanımadığı 2 şəxs daxil olmuşdur. Onlardan biri ona usta işləmələrini bildirərək, təmir-tikinti zamanı artıq qalan elektrik naqillərini satmaq istəmələrini bildirmişdir. O, həmin malların oğurluq olub-olmamasını soruşmuşdur. Adı sonradan ona məlum olan Şahid2 həmin elektik naqillərinin özünə məxsus olmasını bildirmişdir. O, kəsik-kəsik olan elektik naqillərinin qarşılığında 850 manat pul verə biləcəyini bildirmişdir. Onlar razılaşmışlar. Daha sonra Şahid2 şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqənin kserosurətini çıxartmışdır. Şahid2 şəxsiyyət vəsiqəsini çıxartdığı vərəqə öz adını və elektrik naqillərinin özünə məxsus olmasını qeyd etməklə, onlar həmin naqillərin ayrıayrılıqda hər birinin qiymətini ümumi məbləğlə yanaşı həmin vərəqə yazdıqdan sonra özünün və Pərvinin mobil nömrəsini qeyd edərək bunu imzası ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə, günorta saatlarında işlətdiyi tikinti malları mağazasına əvvəldən tanımadığı, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs daxil olmuşdur. Təqsirləndirilən şəxs ona usta işləməsini bildirərək, təmir-tikinti zamanı artıq qalan santexnika mallarını ucuz qiymətə satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs satmaq istədiyi malları almamışdır. Təqsirləndirilən şəxs ona əlaqə nömrəsini vermişdir ki, əgər santexnika malları lazım olarsa əlaqə saxlaya bilər. Bundan yarım saat sonra ona məlum olmuşdur ki, qohumu Nümayəndə işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1968-də yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi "xxxx" adı ilə fəaliyyət göstərən mağazanın anbarından oğurluq olmuşdur. O, Təqsirləndirilən şəxs ucuz qiymətə santexnika mallarını satmasından şübhələnmişdir. Bundan sonra o, mağazada Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı mağazanın videokameraları tərəfindən qeydə alınmış videogörüntüdən Təqsirləndirilən şəxs fotoşəkillərini Nümayəndə göndərmişdir. Nümayəndə həmin şəxsi tanımamışdır. Lakin, oğurluğun həmin şəxs tərəfindən törədilməsində onlarda şübhə yarandığından, o, Təqsirləndirilən şəxs ona vermiş olduğu mobil nömrəyə zəng etmişdir. Lakin, zəngə heç kim cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərindən 27 noyabr 2021-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi "xxxx" adı ilə fəaliyyət göstərən mağazanın anbarına dam örtüyünün açıq olan hissəsindən daxil olaraq oradan ümumilikdə 51528 manat 10 qəpik məbləğində oğurluq etmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməllərində təqsirliliyi qismən məhkəmədə verdiyi ifadələri, zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş şəxsin ifadələri və şahidlərin v ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri RPİ-nin 17-ci PŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, işlədiyi ünvan 3 ünvanın arxa hissəsində yerləşən anbardan xx.xx.2022-ci il tarixdə saat 14 radələrində naməlum şəxs və ya şəxslər anbarın jalüz qapısını sındırıb içəri daxil olaraq təxminən 2500 manat olan 2465 metr uzunluğunda naqilləri oğurlamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli 08 saylı «İcarə müqaviləsinin» məzmunundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanda yerləşən 70 kvm olan sahəni icarəyə götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus anbardır. Anbarın giriş qapısı jalüzlü olmaqla Zərərçəkmiş şəxs2 bildirməsinə görə qıfılı sındırılmaqla anbardan elektrik naqilləri oğurlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxanılması istintaq hərəkəti zamanı o Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən elektrik malları mağazasının yerləşdiyi ərazini, həmin mağazadan oğurladığı elektrik naqilləri satdığı Bakı şəhər, Nizam rayonu, 8-ci km ərazisində yerləşən elektrik malları mağazasını əyani olaraq göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Nümayəndə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, ona məxsus və ünvan 7 ünvanda yerləşən "xxxx" şirkətinin santexnika mağazasından hissəhissə 50-60 min manat dəyərində mallar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 7 ünvanda yerləşən "xxxx" MMC-nin santexnika anbarıdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 08 may 2022ci il tarixdən hesablanmaqla həbs qətmkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «Diskə baxış keçirlməsi barədə» protokoldan müəyyən olunur ki, Şahid4 tərəfindən təqdim etdiyi mağazasında quraşdırılmış videokameranın görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş, diskdə olan görüntüdən Təqsirləndirilən şəxs mağazaya daxil olması, mağazanın satıcısı Şahid4 ilə danışması, daha sonra mağazadan çıxması müəyyən olunur. DVD diskdə olan görüntülər Təqsirləndirilən şəxs Şahid4 işlədiyi santexnika mağazasına gəlişini, bu mağazaya santexnika mallarını təklif etməsini təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış X4 mis naqillərinin satışına dair, satışdan cəmi 850 manat pul əldə edilməsinə dair qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğurladığı və qohumu Əli Niftalıyevin maşını ilə gətirdiyi oğurluq mis naqilləri Şahid3 işlətdiyi mağazaya təhvil verməsi təsdiqini tapır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq eksertizasının 14 iyun 2022-ci il tarixli 9/3526 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş elektrik naqilləri 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2347 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Elçevər oğlunun 09 avqust 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 iyun 2022-ci il tarixcli 9/3526 saylı rəyndə ona vurulmuş zərərin məbləği ilə razı deyildir, ona vurulmuş zərər 2347 manat deyil, 3840 manat 66 qəpik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 1426 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur və o anlaql hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4131 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və məhkəmə qərarlarının surətlərtindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 27 yanvar 2017-ci ildən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarından müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində, «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunan 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 03 ilə endirilmiş, CMnin 66.2-ci maddəsinə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə endirilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəza CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzasının çəkilməmiş 01 il 07 ay 16 gün hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi və PXnın 17 saylı CÇM-nin müdiriyyətinin eyni məzmunlu təqdimatı Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilərək məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimənov rayon məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilən, Bakı şəhəri Xəzər rayon məhəkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 (dörd) il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 07 ay 16 gününü çəkmədən ötrü məntəqə tipli cəzaçəkmə müəssəsinə keçirilməsi barədə qərar çıxarılmışdır. xx.xx.2021-ci l tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Baxılan iş üzrə İsmayılov Sərvər oğlunun törətdiyi oğurluq cinayət əməlin ilk epizodu 27 noyabır 2021-ci il tarixdə baş verdiyi üçün CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanını müddəti törədilmiş cinayətə görə bu məcəllənin Xüsusi hissəsinin müfaviq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs CM-nin 177.3.2-ci maddəsi ilə ittihamın verilməsi nəzərə olunmaqla ona cəza təyin etdikdə cəza müddətinin son həddinin 10 (on) il müddətinə azadlıqdan məhrum etmədən ibarət olmaqla ona bu həddin yarısından az cəza təyin edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarının 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nein 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 may 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Eyni zamanda məhkəmə nəzərə alır ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4131 saylı rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyac olduğu üçün onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Məhkəmə hesab edir ki, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Zərərçəkmiş şəxs2 dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar