Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-870/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 21-ci küçə, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, habelə qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahı tətbiq etməklə belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə saat 16 radələrində tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Zərərçəkmiş şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq guya sonuncunun onun qız tanışına mesaj yazmasını bəhanə edib ondan telefonunu baxması üçün verməsini tələb etmiş, N.Əİəkbərov özünə məxsus üzərində 10 manat dəyərində 2 GB-lıq yaddaş kartı, 5 manat dəyərində şəffaf rəngli telefon qovluğu olan hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd cəmi 10 manat, ***-***-**-** və ***-***-**-** ***- ***-**-** GSM nömrələri ilə işləyən 570 manat dəyərində “Samsung A30 S” markalı mobil telefonu ona təqdim edərək heç kimə mesaj yazmamasını bildirdikdə telefonu ondan alıb geri qaytarmayaraq piyada hərəkətini davam etdirmiş, Qanuni nümayəndə onun arxasınca gedərək israrla özünə məxsus telefonu ona qaytarmasını tələb etdikdə istədiyi kimi telefon üzərində sərəncam vermək hüququnu təmin etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 96 ünvanın qarşısında təpiklə Zərərçəkmiş şəxs ayaq nahiyəsindən vurub yerə yıxaraq özündən kənarlaşdırmış, sonuncu onun arxasınca gəlib özünə məxsus telefonu ona qaytarması kimi haqlı tələbini israrla davam etdirdikdə 2021-ci ilin iyun ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib şalvarının bel hissəsində gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş uzunluğu 120 mm, eni 25,7 mm, qalınlığı 13,8 mm ölçüdə dəstəyi olan və tünd boz rəngli metaldan hazırlanmış 110 mm uzunluğunda, 26,5 mm enliyində, 3 mm qalınlığında tiyəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxarıb Zərərçəkmiş şəxs nümayiş etdirərək sonuncunu bıçaqla vurub xəsarət yetirəcəyini bildirib onun üzərinə doğru hərəkət etdirib real təhlükə yaratmaqla hədələyərək əldə etdiyi həmin “Samsung A30 S” markalı mobil telefonla həmin yerdən uzaqlaşıb getməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, habelə soyuq silah tətbiq etməklə belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək ona məxsus 595 (beş yüz doxsan beş) manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etmiş, 23 noyabr 2021-ci il tarixdə saat 06:00 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq RPİ-nin inzibati binasına gətirildikdə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən həmin bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayət əməlinə görə məhkum olunmuşdur. Belə ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 18.01.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin 28.03.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Bundan savayı, başqa şəxsə yüngül xəsarət yetirdiyi üçün Gəncə şəhəri, Kəpəz rayon məhkəməsində cinayət işinə baxılmış və həmin məhkəmənin 03 may 2019-cu il tarixli hökmü ilə barəsində CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Hadisə barədə isə onu göstərir ki, hadisədən təxminən 1-2 ay əvvəl Gəncədən Bakı şəhərinə gəlmiş və müxtəlif ünvanlarda kirayədə yaşamış və heç bir yerdə işləməmişdir. O, 15 noyabr 2021-ci il tarixdə təxmini saat 16 radələrində Yasamal rayonu, 20 Yanvar metrostansiyasnın yaxınlığında yerləşən "xxxx" ASCnin binasının qarşısında dayanan zaman əvvəlcədən tanımadığı, hal-hazırda məhkəmədə gördüyü Zərərçəkmiş şəxs əlində mobil telefon görərək həmin telefonu ondan almaq qərarına gəlmişdir. Telefonu almaq üçün Nahidə yalandan demişdir ki, guya o, onun tanış qızına zəng edib narahat edir. Nahid bunu inkar etdikdə guya Nahidin telefonunda olan zəngləri yoxlamaq üçün telefonu ondan istəmiş və sonuncu inanaraq telefonu ona vermişdir. Həmin telefonu həmin telefonu əlində tutaraq Nahiddən aralanmış, lakin Nahid arxasınca gələrək ondan telefonunu qaytarmağı tələb etmiş, lakin o, telefonu qaytarmaqdan imtina etmiş və onun sinəsindən itələyərək yerə yıxmışdır. Lakin Nahid ayağa duraraq yenə ondan telefonunu tələb etmişdir. Nahidi qorxuzmaq məqsədilə şalvarının belindən açılıb-qatlanan bıçağı çaxardaraq ona nümayiş etdirmiş və arxasınca gələcəyi təqdirdə Nahidi bıçaqla vuracağı ilə hədələmişdir. Yalnız bundan sonra Nahid ondan uzaqlaşıb çıxıb getmiş, o isə bir taksiyə əyləşərək Biləcəri qəsəbəsinə gedərək “Raul telekom” mağazasına şəxsiyyət vəsiqəsi ilə həmin «Samsunq» markalı telefonu 120 manata satmışdır. Əldə etdiyi pulu öz məqsədləri üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır. Valideynləri Zərərçəkmiş şəxs vurduğu zərəri ödəmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, hal-hazırda onun 18 yaşı tamam olmuş, lakin barəsində törədilən cinayət zamanı yetkinlik yaşına çatmamışdır. O, 2020-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Vaqon və Refrijeratorluq” fakültəsində təhsil alır. Hal-hazırda kollecin 2-ci kurs tələbəsidir. Qardaşı Natiq kollecə qəbul olması münasibəti ilə ona hədiyyə olaraq 570 manata «Samsung A30 S» markalı mobil telefonu almışdır. 15.11.2021-ci il tarixdə saat təxminən 16 radələrində dərsdən çıxıb evə getmək üçün 20 Yanvar metrostansiyasının giriş hissəsinə düşən zaman 114 nömrəli marşrutla getmək üçün metronun çıxış hissəsinin pilləkənləri ilə qalxan zaman atası Qanuni nümayəndə onunla telefonla əlaqə saxlayaraq Hərbi Çağırış və Səfərbərlik xidmətinin onun hal-hazırda kollecdə təhsil almağına dair arayışın istəmələrini bildirmişdir. Atası ona demişdir ki, kollecə yenidən qayıdaraq Hərbi Çağırış və Səfərbərlik xidmətinə təqdim olunacaq arayışı kollecdən götürsün. O, da Azərsu ASC-nin inzibati binasının yaxınlığında olan səki ilə piyada hərəkət edərək kollec istiqamətinə gedirmiş və səkinin qurtaracağında olan “Xalq Bank”-ın qarşısına yaxınlaşmağına az qalmış hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs onu arxadan “qaqaş, qaqaş ” deyə çağırmış və ona yaxınlaşaraq bildirmişdir ki, o, onu tanıyır, guya o, onun tanışı olan bir qıza nə isə etmişdir. O, İlkinə bildirmişdir ki, o, heç kimə heç bir şey etməmiş və onun İlkinin dediyi söhbətlərlə heç bir əlaqəsi yoxdur. İlkin onunla danışa-danışa 2-ci Alatava istiqamətinə getmişdir. Həyət evlərinin olduğu yerə çatanda İlkin ona demişdir ki, onun tanışı olan qızla əlaqəsinin olmadığını sübut etmək üçün istifadəsində olan mobil telefonu ona göstərməlidir. O da İlkinlə razılaşıb mobil telefonunun “Watsap” proqramında olan mesajlara baxmaq üçün telefonunu İlkinə vermişdir. Lakin sonuncu telefona baxdıqda telefonu ona qaytarmamış, o, telefonu geri qaytarmasını istədikdə İlkin ona məhəl qoymayaraq ondan uzaqlaşmış, o, İlikinə bir daha yaxınlaşıb telefonunu tələb etdikdə sonuncu şalvarının bel nahiyyəsindən dəstəyi qararəngli bıçağı onun üzərinə çıxardaraq demişdir ki, ona bir daha yaxınlaşıb telefonu geri istəsə onu bıçaqla vuracaqdır. İlkinin hədə-qorxusuna baxmayaraq bir daha İlkindən mobil telefonunu geri verməsini tələb etdikdə İlkin ona ayağı ilə badalaq vuraraq yerə yıxmış və sonra yenə həmin bıçağı çıxardıb bildirmişdir ki, əğər onun arxasınca gəlsə, mobil telefonunu istəsə onda onu həmin bıçaqla öldürəcəkdir. Bundan sonra İlkindən qorxaraq arxasınca getməmişdir. İlkin onu yerə yıxan zaman ciddi xəsarətlər almamış sadəcə sağ əlinin 5-ci barmağı əzilmişdir. Bundan sonra evə gedib baş vermiş hadisəni atasına demiş, atası Qanuni nümayəndə ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi vermişdir. Ona ümumilikdə 595 manat ziyan dəymişdir. Samsung A30 S markalı markalı mobil telefonun qiyməti 570 manat və simkart nömrələrin hər biri 5 manat, yaddaş kartı 10 manat və qovluğun qiyməti isə təxminən 5 manat təşkil etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qohumları ona vurulmuş ziyanı ödəmişlər, bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Nahid Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Vaqon və Refrijeratorluq” fakültəsində 2020-ci il tarixdən təhsil alırmış və hal-hazırda kollecin 2-ci kurs tələbəsidir. Nahid 2020-ci il tarixdə kollecə daxil olduğu üçün digər oğlu Natiq hədiyyə olaraq oğlu Nahidə 570 manata Samsung A30 S markalı mobil telefonu almışdır. 15.11.2021-ci il tarixdə axşam Nahid dərsdən evə gələrək həmin gün saat 16 radələrində Azərsu ASC-nin inzibati binasının yaxınlığında olan səki ilə piyada hərəkət edərək kollec istiqamətinə gedən zaman bir nəfər şəxs, yəni sonradan polisdə adını öyrəndiyi Təqsirləndirilən şəxs bıçaqla hədələyərək telefonunu ondan aldığını bildirmişdir. Nahid o zaman çox həyəcanlı olmuşdur. Oğlu ilə birlikdə Yasamal RPİ-nə gedərək hadisə haqqında şikayət vermişlər. Polis əməkdaşları təhlükəsiz şəhər kameraları vasitəsi ilə Təqsirləndirilən şəxs müəyyən edərək onu saxlamışlar. Halhazırda İlkinin valideynləri telefonun dəyərini ödəmişlər. Bu səbəbdən onun barəsində nə oğlunun, nə də ki, onun şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom Yeni yaşayış massivində nömrəsiz fərdi evdə ailəsi ilə birgə yaşıyır. O, təxminən 8 il ildir ki, ünvan 5 ünvanında yerləşən Raul Telecom”mobil telefonların alışı və satışı obyektini icarəyə işlədir. O, 15.06.2021-ci il tarixdə saat təxminən 19-20 radələrində icərəyə işlətdiyi obyektdə olan zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq özünə məxsus olan Samsung A30 S markalı mobil telefonunu satdığını və ondan alıb almamağımı soruşmuşdur. O, həmin şəxsin əlində olan Samsung A30 s markalı mobil telefona baxıb 100 manata ala biləcəyini bildirmiş və həmin şəxs 100 manata ucuz olduğunu bildirdikdən sonra onlar aralarında razılaşmış ki, 120 manata qeyd etdiyi mobil telefonu alsın. O, həmin şəxsə bildirmişdir ki, şəxsiyyət vəsiqəsini tədim etsin sonra 120 manat pulu ödəsin. Həmin şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, şəxsiyyət vəsiqəsinin ksero sürətin etmiş və ona məlum olmuşdur ki, həmin şəxs 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Samsung A30 S markalı mobil telefonu aldıqdan sonra onun yanında mobil telefonun sazlığını yoxlamaq üçün özünə məxsus olan ***-***-**-** nömrəyinə zəng etmişdir. O, həmçinin mobil telefona məxsus olan şifrəni də Təqsirləndirilən şəxs açıb təqdim etmişdir. O, 17.11.2021-ci il tarixdə əvvəllər tanımadığı təxminən 50-55 yaşı olan müştəri işlədiyi obyektə 150 manat dəyərində mobil telefon almaq üçün yaxınlaşmışdır. O, həmin müştəri üçün 15.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs almış olduğu Samsung A30S markalı mobil telefonu, 180 manata təklif etmişdir. Həmin müştəri onun təkif etmiş olduğu Samsung A3Ö S markalı mobil telefonu bəyənmiş və 180 manat ödəniş edib Samsung A30 S markalı mobil telefonu alıb getmişdir. O, həmin müştərinin anket məlumatların qeyd etməmişdir. 18.11.2021-ci ıl tarixdə obyektə olan zaman iş nömrəmiz olan ***-***-**-** nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş və sonra polis əməkdaşları yaxınlaşmışdılar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə Bakı şəhəri Yasamal RPİ-nin 29-ci PŞ-nin rəisinə ünvanladığı 15.11.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 15 noyabr 2021-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecindən dərsdən çıxıb metronunun 20 Yanvar stansiyası istiqamətində gedən zaman "xxxx" ASC-nin yaxınlığında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq söhbət etmiş, vərəm dispanserinin yaxınlığında ondan telefonunu almış, telefonu geri istədikdə həmin şəxs bıçaqla onu hədələmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 15.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə ünvan 7 ünvanın qarşısında baş vermişdir. Ətrafda birmərtəbəli baş hasarla hasarlanmış evlər vardır. Baxış zamanı evin yuxarı hissəsində videokameraların olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə və baxış keçirilməsi haqqında» 18.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 96 ünvanın qarşısında və həmin ünvanın yaxınlığında Zərərçəkmiş şəxs ilə birlikdə hərəkət etdiyi və Təqsirləndirilən şəxs sonra küçədən uzaqlaşaraq getdiyi müəyyən olunur. Məhkəmədə elan edilib araşdırılmış 23.11.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24.11.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23.11.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması haqqında» 31.03.2021-ci il tarixli protokoldan müəyyə olunur ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı törətmiş olduğu cinayət əməlini əyani olaraq göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə və baxış keçirilməsi haqqında» 23.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdlə Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilən zaman həmin bıçağın boz rəngli, xamelion qulplu, ümumi uzunluğu 23 sm, kəsici hissəsi 10 sm, üzərində Brovvning F123 yazılan bıçaq olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus oluduğun bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «əşyanın tanınmaya təqdim edilməsi haqqında» 15 dekabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş bıçaqlar arasından ona qarşı quldurluq əməli törətmiş Təqsirləndirilən şəxs onu hədələdiyi bıçağı tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik ekspertizasının 09 dekabr 2021ci il tarixli, 3/1934 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəlişlər edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 10.01.2022-ci il tarixli, 39 saylı rəyindən müəyyən olunur ki, məhkəmə-psixiatrik ekspertizası üzrə; Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Əqli-intelektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «götürmə və baxış keçirilməsi haqqında» 18.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid2 istintaqa təqdim etdiyi videogörüntülərin olduğu 01 ədəd CD diskə və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin sürətinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs Şahid2 məxsus telefon mağazına gəldiyi və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək mobil telefon satdığı və sonra çıxıb getdiyi və şəxsiyyət vəsiqəsinin sürətinin arxasına Təqsirləndirilən şəxs imza çəkdiyi, ***-***-**-** mobil nömrəsi, 15.11.2021-ci il tarix, Model A30S, İMEİ **********77851/d yazıldığı müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 21 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji və Müxtəlifliyin Qorunması Xidmətinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ov etmə hüququnu təsdiq edən sənəd (ovçuluq bileti) verilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məkəməsinin 28.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1 və 62ci maddələri təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum olunmuş, 18.01.2018-ci il tarixli Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinərək 02 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 28.03.2018-ci il tarixli qərarı ilə CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 19.03.2019-cu il tarixli qərarı ilə sınaq müddətinin çəkilməmiş qalan 27 günü 03 ay müddətə uzadılmış, 28.06.2019-cu ildə cəza müddəti başa çatmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, CD disklərə baxış protokolları, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, habelə qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahı tətbiq etməklə belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsinə görə ibtidai araşdırma orqanı onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4-cü maddələri ilə düzgün olaraq tövsif etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi bıçağı tətbiq edib zərərçəkmiş şəxsdən telefonu tələb etdiyi andan quldurluq cinayəti başa çatmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 29.03.2022-ci il tarixli barışıq ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası tərəfindən ona dəymiş ziyan tam ödədilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə uyğun olaraq dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu 23.11.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİnin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd boz rəngli, xamelion qulplu, ümumi uzunluğu 23 sm, kəsici hissəsi 10 sm, üzərində Brovvning F123 yazılan bıçaq məhv edilməli, 02 ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus sənədin sürəti və "xxxx" MMC-yə məxsus 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 270 AZN (iki yüz yetmiş manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 228.4cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) aymüddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “23” noyabr 2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd boz rəngli, xamelion qulplu, ümumi uzunluğu 23 sm, kəsici hissəsi 10 sm, üzərində Brovvning F123 yazılan bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus sənədin sürəti, 02 ədəd CD disk və "xxxx" MMC-yə məxsus 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 270 AZN (iki yüz yetmiş manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-870/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-870/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver