Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-870/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1989-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev ö\t 28-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəsbəsi, 3-cü yaşayış masivvi ev 435 A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə
2. xx.xx.1980-ci ildə Gürcüstan Respublikası, Marnueli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəsbəsi, 3-cü yaşayış masivi, ev 435 A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Əsgərova X7 Rahilə Yasin qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib satışını həyata keçirtmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra özünün narkotik vasitələrin və psixotrop maddələri əldə edəcəyinə və Təqsirləndirilən şəxs2 da iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş və həmin məqsədlə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından naməlum vaxtda və şəraitdə 01 ədəd yaşıl rəngli qapaqlı plastik qutunun içində olan 19 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,419 qram, 0,413 qram, 0,426 qram, 0,422 qram, 0,421 qram, 0,433 qram, 0,433 qram, 0,413 qram, 0,401 qram, 0,476 qram, 0,438 qram, 0,448 qram, 0,462 qram, 0,430 qram, 0,399 qram, 0,423 qram, 0,340 qram, 0,431 qram, 0,422 qram olmaqla ümumi təmzi çəkisi 8,049 qram olan külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd polietilən paketin içində olan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,656 qram olan külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib birgə kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evə daşıyaraq saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə 14 iyun 2023-cü il tarixdə saat 21:35-dən etibarən Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əlaqədar onların kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evə baxış keçirilən zaman evin yataq otağındakı paltar dolabının sol hissəsində yerləşən sonuncu sivirmənin içindən 01 ədəd əl çantasında olan yaşıl rəngli plastik qutunun içərisindən 19 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 0,419 qram, 0,413 qram, 0,426 qram, 0,422 qram, 0,421 qram, 0,433 qram, 0,433 qram, 0,413 qram, 0,401 qram, 0,476 qram, 0,438 qram, 0,448 qram, 0,462 qram, 0,430 qram, 0,399 qram, 0,423 qram, 0,340 qram, 0,431 qram, 0,422 qram olmaqla ümumi təmzi çəkisi 8,049 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd polietilen torbanın içində olan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,656 qram olan külli miqdarda psixotrop maddə metamfetamin olmaqla ümumilikdə ümumi çəkisi 10,705 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin, habelə həmin psixotrop maddələrin satışında istifadə edilən üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, istintaq zamanı müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 12 may 2023-cü il tarixdən kirayə müqaviləsi əsasında yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evdə X10 və şəxsiyyətləri istintaqa tam məlum olmayan ayrı-ayrı digər şəxslərə psixotrop maddələrin istehlakı üçün şərait yaratmaqla tiryəkxana təşkil etmiş və saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən 3 ay olar ki, narkotik vasitə olan “patı” kimi tanıdığı metamfetamindən istifadə edir.ərindən boşanmış, 2 övladı var, 19 yaşlı qızı tələbədir, 16 yaşlı oğlu isə orta məktəb şagirdidir. Tələbə qızı Gəncə Dövlət Universitetində oxumaqla Gəncə şəhərində yaşayır, oğlu isə xəstə anası ilə birlikdə yaşayır. Özü isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evdə kirayədə yaşamış, Leyla kimi tanıdığı Təqsirləndirilən şəxs2 salonda dırnaq ustası işləyirdi, onunla həmin salonda uzun müddət əvvəl, 10 il olar tanış olmuş, yaxın münasibətləri yaranmışdır. Rahilə onun narkotik istifadəçisi olduğunu bilirdi, hətta onu buna görə danlayırdı. O da ona bu işə son qoyacağını desə də son qoymamışdır. Rahilə özünə kirayə mənzil tutanadək onun yanında qalmağa icazə almış, o da buna etiraz etməmişdir. 2023-cü ilin may ayının sonlarında “Whatsap” vasitəsi ilə adını bilmədiyi şəxslə tanış olmuşdur. Həmin şəxsin hansı ölkənin vətəndaşı olmasını bilmir. Həmin şəxs ona narkotik satmaq və bunun müqabilində pul qazanmağı təklif etmişdir. Maddi çətinlik ucbatından o, bu şəxsin təklifini qəbul etmişdir. Həmin şəxs ona “Whatsap” vasitəsi ilə yerin şəkilini və elektron xəritədə ünvanını göndərmişdir. O həmin yerə tək gedərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi tərəfdə «Az petrol»yanacaq doldurma stansiyasının yaxınlığında şəkildə göstərilən divarın dibinə qoyulan “patı” kimi tanıdığı maddənin içində olan 01 ədəd çantanı oradan götürüb, kirayədə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evinə gətirmişdir. Həmin metamfetaminin pulunu karta 60 manat atmaqla əldə etmişdir. O, metamfetaminin onda olması barədə Rahiləyə məlumat verməmişdir. Rahilə ilə birlikdə həmin metamfetamini satmamışdır. Həmin metamfetaminin bir qismini istifadə etmişdir. Hadisə günü evində olmuş, qapının döyülməsini eşitdikdə qapını özü açmış, qapını açdıqda 15-20 nəfər polis əməkdaşının olduğunu görmüşdür. Polislər evə daxil olmuş, ondan evdə narkotik vasitə olub-olmamasını soruşmuş, o da onlara özünə məxsus 3 qrama yaxın yataq otağındakı mücrünün içərisində saxladığı patını təqdim etmişdir. Bundan sonra polis əməkdaşları evində axtarış etmişlər. Hətta o, onlardan xahiş etmişdir ki, onda olan maddə yalnız budur, evi yalandan dağıtmasınlar. Bundan sonra polis əməkdaşları onu bölməyə aparmışlar, Rahiləni isə ondan sonra gətirmişlər. Polislərin saxladıqları Xəyal adlı şəxs Rahilənin tanışı ii, Xəyalı o tanımamış, ona istifadə etmək üçün patı verməmişdir. Ümumiyyətlə, evini tiryəkxana kimi istifadə etməmiş, kənar şəxslər gəlib evində ondan narkotik vasitə və ya psixotrop maddə əldə edib istifadə etməmişlər. Polis idarəsində ona qarşı fiziki zor tətbiq etmişlər. Onu günorta saatlarında saxlayaraq axşam saat 9-a qədər polisdə saxlamışlar. Orada onu tanımadığı polis əməkdaşları döymüş, hətta şillənin izi sifətində qalmışdır, həmin izi Rahilə də görmüşdür. Təzyiq nəticəsində polislərin dediklərini icra etmiş, guya evindən yataq otağındakı paltar dolabının içində yerləşən əl çantasında bükümlərdə metamfetamin və və elektron tərəzinin olmasını etiraf etmişdir. Bir daha bildirir ki, onda yalnız 3 qrama yaxın metamfetamin olmuş, ittihamda göstərilən digər əşyalar olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs1 təxminən 13 il olar tanıyır, rəfiqədirlər, münasibətləri yaxşı olmuşdur. Aygün ərindən boşanmış, dırnaq ustası işləyir, o isə saç qaynağı ilə məşğul olurdu. Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında kirayə ev tutmuşdu. Onun valideynləri rəhmətə getmiş, stressdə olmuşdur. Fikrini dağıtmaq, stresdən çıxmaq məqsədilə Aygünlə razılaşaraq sonuncunun tutduğu kirayə evdə birlikdə yaşamıslar. Təqsirləndirilən şəxs1 narkotik vasitələrindən istifadə etməsindən məlumatı olmuşdur. Belə ki, tutulmamışdan 15 gün əvvəl Aygünün narkotikdən istifadə etdiyini görüb hətta buna görə onu danlamışdır. Aygündən bu barədə maraqlandıqda bildirmişdir ki, patıdır, arıqlamaq üçün çəkir. O, Aygünlə qaldığı müddətdə heç kim Aygündən patı almaq üçün gəlməmiş, bu barədə ona müraciət etməmişdir. Onları 2023-cü ilin iyun ayında saxlayıblar. Onun üzərinə baxış keçirilsə də heç nə aşkar olunmamışdır. Aygün isə patını yataq otağından özü gətirib polislərə təqdim etmişdir. Onların ortaq iranlı tanışları olmamış, evdə Aygünün təqdim etdiyindən başqa mal və elektron tərəzi olmamışdır. 3-4 il əvvəl tanış olduğu Xəyal adlı şəxs Rusiyadan gəlmiş, ona pul gətirmşdi. Həmin vaxt Xəyal qapının dalında onu gözləmiş, o, Xəyala indi çatacağını bildirmişdir. Həmin vaxt Aygün evdə tək olmuşdur. Onlar içəri girmək istədikdə polislər qapını döydülər, qapını Aygün açdı. Polis əməkdaşları onu qapıda pilləkanın yanında qoyub özləri evdə axtarış aparmağa başladılar. Hətta ev sahibini belə evə buraxmadılar. O, heç vaxt narkotikdən istifadə etməmişdir. Polislər onları və Xəyalı bölməyə aparmış, orada onlara təzyiq etmişlər. Polis əməkdaşlarından biri ona demişdir ki, Təqsirləndirilən şəxs1 istifadəçi kimi məsuliyyətə cəlb edəcəklər, onu və Xəyalı isə narkotikdən istifadə etmədiklərinə görə buraxacaqlar, lakin onların təqdim etdiyi sənədə imza etməliyik. Polislər onu döyərək demişlər ki, Aygünün üzünə dur, de ki, evdən çıxanların hamısı Aygünə məxsusdur. O, Aygünün evdə kiminləsə narkotik istifadə etməsini görməmişdir. O, evə girəndə əlində sumkası olub, polislər onu da yoxlayıblar. Həmin gün axşam Aygünü evə gətirdilər çəkiliş üçün. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, həmin ifadə ilə bağlı bildirir ki, o, bu ifadəni təzyiq altinda vermisdir. Onu polislər döymüşlər, lakin döyülməyi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, heç biri ilə ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, 13 iyun 2023-cü il tarixdə ona məxfi mənbədən məlumat daxil olmuşdur ki, xidməti ərazilərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanında kirayə yaşayan Aygün və Rahilə adlı qadınlar narkotik vasitələrin satışı ilə məşğuldurlar. Bundan sonra həmin məlumat ətrafında işlədikdə həmin evin sahibini müəyyən edib ondan öyrənmişlər ki, o, həqiqətən özünə məxsus evi Aygün adlı qadına kirayə vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin 41 -ci PB-nin əməliyyat müvəkkili Şahid2 və evin sahibi X6 ilə birlikdə ƏlTəqsirləndirilən şəxs1 kirayədə qaldığı ünvana gedərək qapını döymüşlər. Qapını təqsirləndirilən şəxslərdən biri açmış, onlara gəlişinin məqsədini bildirmişlər. Bundan sonra evin sahibi Əhmədli İsayev və kirayə yaşayan bu iki xanımın razılığı ilə evə keçdikdə orada ikisi kişi və biri qadın olmaqla daha 3 nəfər şəxsi aşkarlamışlar. Bundan sonra bu şəxslərin 5-ni də Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nə gətirmişlər. Orada şifahi söhbət zamanı Aygün və Rahilə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını, evdə olan iki kişi və bir qadının isə narkotik vasitələrin alıcısı və elə onların evində istifadə edənləri olduqlarını bildirmişlər. Öz növbəsində Aygün və Rahilənin yaşadıqları evdə saxlanılan, xatırladığı qədər birinin adı Xəyal olan şəxs və digər ikisi narkotik aludəçiləri olduqlarını, narkotikləri Aygün və Rahilədən əldə etməklə elə orada da istifadə etdiklərini bildirmişlər. Bundan sonra təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçilərin iştirakı ilə ayrı-ayrılıqda baxış keçirmiş, o və həmkarı Şahid2 həmin baxışlarda iştirak etmişlər. Baxışlar videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 təhqiqatçının təklifinə əsasən üzərində olan 2 ədəd «Samsunq» və «Nokia» markalı mobil telefonlarını təqdim etmişdir. Baxışda iştirak etmiş qadın polis əməkdaşı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirdikdə hər hansı bir qanunsuz əşya aşkar etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirildikdə sonuncu təhqiqatçıya bir ədəd kitabça və bir ədəd «Redmi» markalı mobil telefonu təqdim etmişdir. Qadın polis əməkdaşı Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirdikdə hər hansı bir qanunsuz əşya aşkar etməmişdir. Lakin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, patı qəbul edir, kirayə yaşadığı evdə həmin patı vardır və evə baxış keçirildikdə patını təqdim edəcəyini bildirmişdir. Digər 3 nəfər şəxs də qanunsuz heç bir əşya aşkar edilmədiyi üçün əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə yollanaraq videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə Aygünün yataq otağındakı dolabdan təqdim etdiyi 19 ədəd sellofan bükümü götürmüşlər. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə patı, yəni metamfetamin olduğunu, həmin metamfetamini Təqsirləndirilən şəxs2 ilə birlikdə satdıqlarını bildirmişdir. Bundan əlavə, evdən bir ədəd elektron tərəzi, bir ədəd istifadə olunmuş şpris, bir ədəd boş və 8 ədəd dolu olan dikloron adlı şüşələr, içərisində 5 ədəd həb olan «Denisclar» həbi, içərisində 2 ədəd ağ rəngli həb olan qutu, bir ədəd boş şüşə aşkarlandı. Bütün bu əşyalar qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, onların yaşadıqları ünvana qanunsuz əşyalar qoyulmamış, əksinə bölmədə bu xanımlar ac qalmasın deyə yemək alıb vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, heç biri ilə ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, 13 iyun 2023-cü il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, xidməti ərazilərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış masivvi 435 A ünvanında kirayə yaşayan Aygün və Rahilə adlı qadınlar narkotik vasitələrin satışı ilə məşğuldurlar. Bundan sonra həmin məlumat ətrafında işlədikdə həmin evin sahibini müəyyən edib ondan öyrənmişlər ki, o, həqiqətən özünə məxsus evi Aygün adlı qadına kirayə vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin 41 -ci PB-nin əməliyyat müvəkkili Şahid1 və evin sahibi X6 ilə birlikdə ƏlTəqsirləndirilən şəxs1 kirayədə qaldığı ünvana gedərək qapını döymüşlər. Qapını təqsirləndirilən şəxslərdən biri açmış, onlara gəlişinin məqsədini bildirmişlər. Bundan sonra evin sahibi Əhmədli İsayev və kirayə yaşayan bu iki xanımın razılığı ilə evə keçdikdə orada ikisi kişi və biri qadın olmaqla daha 3 nəfər şəxsi aşkarlamışlar. Bundan sonra bu şəxslərin 5-ni də Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nə gətirmişlər. Orada şifahi söhbət zamanı Aygün və Rahilə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını, evdə olan iki kişi və bir qadının isə narkotik vasitələrin alıcısı və elə onların evində istifadə edənləri olduqlarını bildirmişlər. Öz növbəsində Aygün və Rahilənin yaşadıqları evdə saxlanılan, xatırladığı qədər birinin adı Xəyal olan şəxs və digər ikisi narkotik aludəçiləri olduqlarını, narkotikləri Aygün və Rahilədən əldə etməklə elə orada da istifadə etdiklərini bildirmişlər. Bundan sonra təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçilərin iştirakı ilə ayrı-ayrılıqda baxış keçirmiş, o və həmkarı Şahid1 həmin baxışlarda iştirak etmişlər. Baxışlar videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 təhqiqatçının təklifinə əsasən üzərində olan 2 ədəd «Samsunq» və «Nokia» markalı mobil telefonlarını təqdim etmişdir. Baxışda iştirak etmiş qadın polis əməkdaşı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirdikdə hər hansı bir qanunsuz əşya aşkar etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirildikdə sonuncu təhqiqatçıya bir ədəd kitabça və bir ədəd «Redmi» markalı mobil telefonu təqdim etmişdir. Qadın polis əməkdaşı Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirdikdə hər hansı bir qanunsuz əşya aşkar etməmişdir. Lakin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, patı qəbul edir, kirayə yaşadığı evdə həmin patı vardır və evə baxış keçirildikdə patını təqdim edəcəyini bildirmişdir. Digər 3 nəfər şəxs də qanunsuz heç bir əşya aşkar edilmədiyi üçün əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə yollanaraq videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə Aygünün yataq otağındakı dolabdan təqdim etdiyi 19 ədəd sellofan bükümü götürmüşlər. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə patı, yəni metamfetamin olduğunu, həmin metamfetamini Təqsirləndirilən şəxs2 ilə birlikdə satdıqlarını bildirmişdir. Bundan əlavə, evdən bir ədəd elektron tərəzi, bir ədəd istifadə olunmuş şpris, bir ədəd boş və 8 ədəd dolu olan dikloron adlı şüşələr, içərisində 5 ədəd həb olan «Denisclar» həbi, içərisində 2 ədəd ağ rəngli həb olan qutu, bir ədəd boş şüşə aşkarlandı. Bütün bu əşyalar qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, onların yaşadıqları ünvana qanunsuz əşyalar qoyulmamış, əksinə bölmədə bu xanımlar ac qalmasın deyə yemək alıb vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, o, özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evi 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 kirayəyə vermişdir. Özünün evi isə həmin evdən təxminən 30 metr aralıdadır. 14 iyun 2023-cü il tarixdə polis əməkdaşları onun özünün yaşadığı evə gələrək kirayə ev verdiyi Aygün adlı qadının həmin evdə birlikdə qaldığı Rahilə adlı qadın ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, həmin evə onun razılığı ilə baxış keçirməli olduqlarını bildirdilər və o, buna etiraz etməyərək evinə baxış keçirilməsinə razılıq verməyinə dair ərizə yazmış, daha sonra polis əməkdaşları ilə birlikdə Aygüngilin yaşadığı evin qarşısına gedərək polislər qapını döymüş,bundan sonra polis əməkdaşları qapını açan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin qapısını bağladıqdan sonra onunla birlikdə Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nə aparmış, lakin bölmədə bu qadınlardan qanunsuz hər hansı əşya aşkar edilmədiyi üçün onlar hamısı birlikdə və müdafiəçilər Aygüngilin yaşadığı ünvana gəlmişlər. Həmin evdə də videoçəkilişlə baxış keçirilmiş, həmin baxışda o, şəxsən iştirak etmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 evin yataq otağındakı paltar dolabından özü şəxsən gizlətmiş olduğu sonradan adının pasixotrop maddə olan metamfetamin olduğunu bildiyi maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Xatırladığı qədər həmin maddə xırda bağlamalarda olmaqla şpris də aşkar edilmişdir. Onun Aygün və Rahilənin fəaliyyəti barədə məlumatı olmamış, həmin qadınlar özlərini kafedə işləyən şəxslər kimi təqdim etmişdilər. Kirayə verdiyi evdə başqa şəxslərin olmasını xatırlamır, dəqiq deyə bilmir. Aygüngilin onun evini tiryəkxanaya çevirməsindən, həmin evə kənar şəxslərin gəlib narkotik vasitə əldə etməsi və istifadə etmələrindən xəbəri yoxdur. Özünün yaşadığı ev Aygüngilin yaşadığı evə yaxın olsa da sonuncunun yaşadığı evə kənar şəxslərin gəlib-getməsini müşahidə etməmiş, bu qadınların gündüz vaxtı işdə olmalarını bilmiş, nə d əki, qonşulardan kimsə bu qadınlardan ona şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 hadisədən 1 il qabaq tanımışdır. O kirayə qaldığı evdən çıxdığı üçün təqsirləndirilən şəxslərin kirayə yaşadığı və Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 33-cü küçədə yerləşən 435 A ünvanında yerləşən evdə 10-12 gün qalmışdır. Qeyd olunan ünvana gediş-gəliş çox olurdu, daha çox Rahilənin çölə gedib gəldiyini görmüş, qayıdan zaman isə pulnan qayıtdığını və plastik kart nömrəsini atdığını görmüşdür. Həmin dövrdə narkotiki alıb elə həmin ünvanda istifadə edənlərdə olurdu, hamilə olduğu üçün narkotikdən istifadə etməmiş, lakin əvvəllər istifadə etmişdir. Narkotiki fərqli şəxslərdən almışdır, təqsirləndirilən şəxslərdən narkotik almamışdır. Narkotikin satışı ilə Rahilənin məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 2022-ci ilin sentyabr və ya oktyabr ayında o narkotik vasitənin müxtəlif növlərindən istifadə etməyə başlamışdır. Son aylarda narkotik vasitələrdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 təxminən 6 aydır ki, tanımış, onunla Nadir adlı şəxsin vasitəsi ilə tanımış olmuşdur. Bundan sonra onlar arasında dostluq münasibəti yaranmış və Rahilə onun narkotik maddə istifadəçisi olduğunu bilmişdir. 13 iyun 2023-cü il tarixdə o, Rusiya Federasiyasının Soçi şəhərində olan zaman tanışı Nadir ona Rahiləyə kirayə ev tutması üçün verməsi məqsədi ilə 100 manat miqdarımda rus rublu ilə pul vermişdir. O, 13 iyun 2023-cü il tarixdə ölkəyə qayıtdıqdan sonra həmin pulu hava limanında milli valyutaya çevirmiş və 14 iyun 2023-cü il tarixdə günorta saaatlarında “Leyla” kimi tanıdığı Rahilə ilə telefon vasitəsi ilə əlaqə saxlamış və həmin gün saat 18 radələrində Rahilənin bildirdiyi ünvana, yəni ünvan 4a getmişdir. Ora çatıb evin qarşısında Rahilə ilə görüşmüş və 100 manatı ona vermişdir. Bu zaman Rahilə oan evə gəlib oturmağı təklif etmişdir. O da onun təklifini qəbul etmiş və həmin evə daxil olmuşdur. Evə daxil olduqdan sonra salonda qoyulmuş masanın üzərində narkotik və psixotrop maddələri istifadə etmək üçün əşyalar olduğunu görmüşdür. Bu zaman digər otaqdan Aygün adlı qadın otağa daxil olmuşdur. Digər otaqda isə sonradan adının Ozal olduğunu bildiyi şəxs sonradan adının Türkan olduğunu bildiyi qadın ilə birlikdə oturmuşdur. Onlar da Rahilə ilə evin salonunda oturmuş və söhbət zamanı Rahilə onun yanında psixotrop maddə olan “metamfetamin”i istifadəyə hazırlayıb tüstü yolu ilə istifadə etməyə başlamış və onun əvvəllər narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona 25 manata bir büküm psixotrop maddə olan “metamfetamin” satmağı təklif etmişdir. O da Rahilənin bu təklifini qəbul etmiş və 25 manat pulu nağd şəkildə Rahiləyə verib ondan bir bükümdə psixotrop maddə olan “metamfetamin” almışdır. Sonra isə həmin maddəni Rahilə onun üçün istifadəyə hazırlayıb, istifadə etməsi üçün ona vermişdir. O da həmin maddəni götürüb istifadə etməyə başlamışdır. O həmin maddəni istifadə edib qurtadırdıqdan bir az sonra qapı döyülmüş və Rahilə gedib qapını açmışdır. Bu zaman polis əməkdaşları evə daxil olmuşlar və onların hamısını polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid114 iyun 2023-cü il tarixli raportundan müəyyən olunur ki, Aygün və Rahilə adlı şəxslərin ünvan 5 ünvanında mütəmadi olaraq narkotik vasitələrin istifadəsi, qanunsuz dövriyyəsi ilə məşğul olmaları və müəyyən şəxslərin həmin ünvanda narkotik vasitədən istifadə etmələri ilə tiryəkxana yaratmaları barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından müəyyən olunur ki, hər biri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər birinin barəsində həmin tarixdə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14 iyun 2023-cü il tarixli “axtarış və götürmə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ondan yalnız iki ədəd mobil telefon aşkar edilmiş, saxlanılması qanunla qadağan edilmiş olan başqa heç nə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14 iyun 2023-cü il tarixli “axtarış və götürmə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs2 əlindəki qırmızı rəngli kitabçanı, 01 ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi qırmızı rəngli kitabçanın içərisindən 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq əskinaz aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılması qanunla qadağan edilmiş olan başqa heç nə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 435 A ünvanındakı evə baxış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına evin yataq otağındakı şkafa qoyduğu əl çantasının içində olan yaşıl rəngli qapaqlı qutunun içinə qoyulmuş 19 ədəd “patı” kimi tanıdığı psixotrop maddə olan metamefteminə bənzər bükümləri, sellofan torbanın içindəki, 02 ədəd bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə olan metamefteminə bənzər bükümləri, “patı” kimi tanıdığı maddənin çəkisini ölçmək üçün istifadə etdiyi 01 ədəd elektron tərəzini, 01 ədəd inyeksiya iynəsini, 08 ədəd ampulanı, dərman həblərini, narkotik qəbul etmək üçün şüşə və limon duzunu təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6\3354 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №239” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs1 yaşadığı ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd yaşıl rəngli plastik qutuda olan 19 (on doqquz) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,419 qram, 0,413 qram, 0,426 qram, 0,422 qram, 0,421 qram, 0,433 qram, 0,433 qram, 0,413 qram, 0,401 qram, 0,476 qram, 0,438 qram, 0,448 qram, 0,462 qrar 0,423 qram, 0,340 qram, 0,431 qram, 0,422 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 (bir) ədəd polietilen paketin içərisində olan 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 2,656 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir Təqdim olunmuş 1 (bir) ədəd yaşıl rəngli plastik qutuda olan 19 (on doqquz) ədəd selofan bükümdə metamfetamin 1 (bir) ədəd polietilen paketdə olan metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunan 1 (bir) ədəd polietilen paketdə olan təmiz çəkisi 6,094 qram olan ağ rənli maddənin, üzərində “Limon duzu” yazısı olan selodan paketdəki ağ rəngli maddənin, üzərində “Densclar” yazısı olan konvalyutda ümumilikdə 5(beş) ədəd sarı rəngli həblərin, üzərində “Dikloron 3 ml İ.M. 75 mg” yazısı olan 8 (səkkiz) ədəd ampuldakı şəffaf rəngli mayenin, üzərində “Omeprazol 20 mg” yazısı olan konvalyutda ümumilikdə 2 (iki) ədəd ağ rəngli kapsulun tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Təqdim edilmiş 1(bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində və 1 (bir) ədəd ucuna dəmir borucuq bərkidilmiş şüşənin içərisində psixotrop maddə olan metafetaminə məxsus izlər vardır.İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 1(bir) ədəd 1 ml həcmli boş şprisin içərisində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in(Siyahı 1) siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış 10 iyul 2023-cü il tarixli baxış və götürmə keçirilməsi barədə prtokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd qırmızı üzlüklü kitabçada narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı şəxslərə satışının və bundan əldə olunan gəlirinin qeyd olunduğu bəzi səhifələrin olduğu məüyyən olundu. Həmin səhifələrə baxış keçirən zaman Təqsirləndirilən şəxs2 tərəfindən kiril əlifbası ilə əlyazma üsulu ilə aşağıdakı qeydlərin aparıldığı müəyyən olundu: 1) “Alver.Aygün” -Elmar 0,5 daş+30m. -Vaska 1q daş+50m -Kvanç-0,5 kola +25 karta -Dayı -1 kola +1,5=2,5 120m -Orxan kola + 2q=80m
2) “Şako zakaz” -pa-5əd-0.4 alacaq -pa-1əd.0,5 alacaq -to-0,4.alacaq-?-nisəyə apardı
3) Ozal+2+1+1d+2+1 -Elnur Aygün-10m -Ramin+3.7kol+22+60m-? -Bəhram+daş 0,5 Aygün verdi -Ruhin-10 m daş. Məhkəmədə elan edilib araşdırılmış 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş diskə baxış protokolundan görünür ki, Səbail RPİ-nin 41-ci PB-nin Şahid2, Şahid1, X3, ev sahbib X5, vəkil Zakir Kazımovun iştirakı ilə 41-ci PB-nin baş təhqiqatçısı Fərrux Tarverdiyev tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı kirayə evə baxış və götürmə həyata keçirilir, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı evdə saxladığı dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs1 evə daxil oluba yataq otağına gedərək yataq otağındakı paltar dolabının sol hissəsində yerləşən sonuncu sivirməyə qoyduğu əl çantasının içində olan yaşıl rəngli qapaqlı qutunun içinə qoyulmuş 19 ədəd “patı” kimi tanıdığını dediyi psixotrop maddə olan metamefteminə bənzər bükümləri, sellofan torbanın içindəki, 02 ədəd bükümdə olan “patı” kimi tanıdığını dediyi psixotrop maddə olan metamefteminə bənzər bükümləri, “patı” kimi tanıdığı maddənin çəkisini ölçmək üçün istifadə etdiyi 01 ədəd elektron tərəzini, 01 ədəd ineksiya iyəsini, 08 ədəd ampulanı, dərman həblərini, narkotik qəbul etmək üçün şüşə və limon duzu təqdim edir. Daha sonra həmin bükmlər, həblər və elektron tərəzi kağız zərfdə qablaşdırılır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli 6\3354 №-li rəyindən müəyyən olunur ki, təqdim olunmuş 01 (bir) ədəd yaşıl rəngli plastik qutuda olar 19 (on doqquz) ədəd selofan bükümdəki maddələr psixotrop maddə olan metamfetamindir. Lakin, Təqsirləndirilən şəxs1 metamfetamin bükümüləri kimi təqdim etdiyi 01 (bir) ədəd polietilen paketin içərisində olan 02 (iki) ədəd selofan bükümdəki maddələrdən biri təmiz çəkisi 2,656 qram olan psixotrop maddə olan metamfetamin bükümüdür, digər bükümün tərkibində isə narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4669 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixosimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4670 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə Zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 3788 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Şahid3 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 9,705 qram olan metafetamin, 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi qırmızı üzülüklü 01 ədəd kitabça saxlanılması üçün maddi sübut kimi tanınaraq və saxlanca təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ********* saylı cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müdafiəçsinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və 16 iyun 2023-cü il tarixli təqsirləndirlən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o metamfetamin istifadəçisidir, 10 il müddətində tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə tutduğu evdə yaşayır, sosial şəbəkə vasitəsi ilə tanıdığı İİR vətəndaşı ona narkotiki və psixotrop maddəni satmağa və bu yolla pul qazanmağı təklif etmiş, anası xəstə olduğu, 14 yaşında oğlu və qızı isə universitet tələbəsi olduğu üçün pula ehtiyacı olduğundan iranlının təklifini qəbul etmiş, iranlı onun telefonuna vhatsapp proqramı vasitəsilə metamfetamini qoydurduğu yerin şəkillərini göndərib o da onları götürmək üçün Mehdiabad qəsəbəsinə gedərək həmin yerdən metamfetamini götürüb yaşadığı evə gətirmiş, həmin gündən Rahilə ilə birlikdə bu metamfetamini satmış, evinə gələn şəxslərə də elə evdə bu maddədən istifadə etmək üçün şərait yaratmışlar. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və evində olan iranlıdan əldə etdiyi satış üçün hazır olan 19 büküm metamfetamini və elektron tərəzini təqdim etmiş, həmçinin həmin vaxt onun Rahilə ilə qaldığı evdə olan və metamfetamini onlardan əldə edib istifadə edən şəxslər də polislər tərəfindən saxlanılmışlar. Ona və Rahiliyə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 kirayəşin yaşadığı ünvanda Aygünlə birlikdə yaşayır, Aygün narkotik vasitələr aludəçisidir, lakin o narkoman deyil və o belə vasitələrdən qəbul etmir. Lakin o Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitələri müxtəlif şəxslərə satmışdır, həmin evə gələn tanışlarına narkotik vasitələrdən satır və sonuncular həmin narkotikləri onların yaşadığı evdə qəbul edirdilər. Sonuncu dəfə 14 may 2023-cü il tarixdə həmin evdə Xəyal adlı şəxsə narkotik vasitə kakos vermişdir. Ona və Aygünə hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları saxlanıldığı istintaq təcridxanasından tələb olunmuş tibbi kartların surətlərinə baxış keçirilmiş, lakin bu şəxslərin heç birinin bədənində İT-na qəbul olunduqları zaman xəsarətlər aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri Səbail RPİ-nin X9 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 MSY-nə qəbul olunduqları zaman bədənlərində xəsarət və ya onların izlərinin olub-olması ilə bağlı sorğuya xx.xx.2024-cü il tarixli 47/2-9408 saylı cavab arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə MSY-nə qəbul edilən zaman bədənlərinin üzərilərində hər hansı xəsarət və ya onların izləri aşkar olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini inkar etmələri ilə bağlı məhkəmədə verdikləri ifadələrini həqiqətə və işin obyektiv hallarını əks etdirən ifadələri kimi qiymətləndirmir, onların ardıcıl olaraq ibtidai araşdırma zamanı verdikləri ifadələri isə məhkəmə həqiqəti və işin obyektiv hallarını düzgün əks etdirən ifadələr kimi qiymətləndirir, həmin ifadələrin düzgünlüyü məhkəmədə tədqiq edilmiş “baxış və götürmə” protokolları, bu baxışları əks etdirən videogörüntü CD-ri, məhkəmə ekspertiza rəyləri, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təsdiq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkumluğa dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, onu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2 uşağı olmaqla biri yetkinlik yaşına çatmamış, həmçinin himayəsində onkoloji xəstə olan anası vardır. Məhkəmədə elan edilib araşdırılmış məhkumluğa dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə 02 il müddətinə azadlqıdan məhrum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-cil tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs2 məhkum olduğu əməl, yəni CM-nin 178.2.4-cü maddəsi CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətdir və CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs2 az ağır cinayətə görə cəzasını çəkib qurtardığı gündən keçdiyi iki il ərzində o hər hansı bir cinayəti törətmədiyi üçün onun məhkumluğu ödənilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, övladları yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Belə olan halda narkomaniyadan əzab çəkən Təqsirləndirilən şəxs1 tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə tövsif etmişdir. Belə ki, təqsirləndirilən şəxslərdən götürülən psixotrop maddələr istehlak miqdarından artıqdır və onların başqa şəxsləri psixotrop maddələrin istehlakı üçün şərait yaratmaqla tiryəkxana təşkil etmə və saxlanmaları təsdiq olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı və tələbə olan digər uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları 14 iyun 2023-cü il tarixdən hesablamalıdır.Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hər iki təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar olan və Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 9,705 qram olan metafetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi qırmızı üzlüklü 01 ədəd kitabça, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş manat) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Mirzəyev və partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul “Mirzəyev və partnyorları” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə, CM-nin 238.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə, CM-nin 238.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivvi 435 A ünvanındakı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 9,705 qram olan metafetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi qırmızı üzülüklü 01 ədəd kitabça və 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş manat) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1üçün 420 AZN (dörd yüz iyirmi manat) pul “Mirzəyev və partnyorları” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova