Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-871/2022 18.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2nda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və üzərində saxlamışdır. Belə ki, o, 18 noyabr 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu ərazisində “Xırdalan dairəsi’’ kimi adlandırılan ərazidə istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,035 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımış, 19 noyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2nın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 4,035 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, özü narkotik istifadəçisidir. Ətrafda onu həm də «Donba» ləqəbi ilə tanıyırlar. Ailəi olub və ayrılıb. İki övladı vardır, həmin uşaqları keçmiş həyat yoldaşı ilə birlikdə Siyəzəndə yaşayırlar. Ailəsinin dağılmasına da narkotikin təsiri olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından boşanandan sonra uşaqlarına müntəzəm kömək edə bilməsə də, arabir ərzaq alıb aparıb vermişdir. Rəsmi olaraq heç yerdə işləməmişdir. Yalnız gündəlik fərdi işlər tapanda özünə çörək pulu qazanmışdır. Narkotik vasitələri yalnız özü üçün əldə etmişdir, arabir də narkoman olan tanışlarına ağrılarına görə təmənnasız vermişdir. 19 noyabr 2021-ci il tarixdə Yasamal rayonundakı “Musabəyov” parkının yaxınlığında yaşayan İqor adlı tanışının evində olmuşdur. Evdə olarkən qapının döyüldüyünü eşitmiş və qapını açdıqda polis olduğunu başa düşdüyü bir nəfər onu geri itələyərək silahla içəri girmişdir. Həmin şəxsin arxasınca evə daha iki nəfər polis daxil olmuş, onu hədələyib qorxutmuşlar. Polislərdən biri onun qolunu qandallamışdır. Sonra həmin polis əlini onun gödəkçəsinin cibinə salaraq oradan günəbaxan tumları ilə birlikdə bir büküm narkotik vasitəni çıxarıb stolun üstünə səpələmişdir. Polis əlini onun cibinə salanda onun əlində nəyinsə olduğunu görüb polisə müraciət edib “o mənim deyil” demişdir. Amma buna baxmayaraq onu Yasamal Polis İdarəsinə aparmışlar və orada o, baxış zamanı qorxduğu üçün cibinə qoyulan narkotiki çıxarıb özünün olduğunu, “Xırdalan dairəsin”dən aldığını bildirmişdir. İqorun özü də narkotik istifadəçisi olmuş, arada ondan da narkotik almış və onun evində birlikdə istifadə etmişlər. Polislər onu evdən tutub apararkən İqorun evində Əhməd adlı oğlan və son vaxtlar tanış olub görüşdüyü, birlikdə narkotik vasitə qəbul etdiyi adını indi xatırlamadığı qız da olmuşdur. Ona görə də özünü narkotik vasitə satmaqda deyil, yalnız istifadəçi kimi təqsirli bilir. İstifadəçi olduğuna görə də özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, 3-4 ildən artıq müddətdir ki, narkotik vasitə olan heroin və marixuanadan istifadə etmişdir. 18 noyabr 2021-ci il tarixdə axşam tərəfi öz istifadəsi üçün heroin almaq məqsədi ilə Xırdalan şəhərinə getmişdir. “Xırdalan dairəsi” adlı yerin yaxınlığında yol kənarında dayanmış üzdən tanıdığı, lakin adını bilmədiyi narkoman görünüşlü şəxsə yaxınlaşıb heroinin olub-olmamasını soruşmuşdur. Həmin şəxs də heroinin olduğunu öyrəndikdən sonra o, 70 manata öz istifadəsi üçün bir büküm heroini alıb şalvarının cibinə qoymuşdur. Aldığı həmin narkotik vasitədən bir dəfə istifadə etmiş və yerdə qalan bükümü yenə də cibinə qoymuşdur. 19 noyabr 2021-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evdən çıxaraq yaxın ətrafda gəzişməyə başlamışdır. Yasamal rayonu, S.Dadaşov küçəsi 68 saylı ünvanın qarşısında olanda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyət vəsiqəsini verməyini bildirmişlər. O, özünü təqdim edərək üzərində heç bir sənədinin olmadığını demişdir. Sonra polislər ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Polis İdarəsinə aparmışlar. İdarədə təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış, daha sonra ona videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməyini bildirmişlər. O da şalvarının sağ cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən bükümün içəisinə baxış keçirilmiş və ondan bükümün içərisində olan maddənin nə olduğu soruşulmuşdur. O da bükümün içərisindəkinin “kakos” kimi adlandırılan heroin olduğunu və həmin heroini “Xırdalan dairəsi” adlı yerdə tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və şalvarının sol cibindən “Samsung” markalı mobil telefon və bir ədəd siqaret qutusu aşkar edilmişdir. Daha sonra üstündən aşkar edilən heroin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, zərfə qoyulmuş, möhürlənmiş və iştirakçılarla birlikdə onun tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotiki almaq üçün hər dəfə get-gəl olmasın deyə birdəfəlik çəkisini çox aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zorun tətbiq edilmədiyini, heroini aldığı şəxsi üzdən tanıdığını, həmin şəxsin qara saçlı, arıq bədən quruluşlu, təxminən 25- 30 yaşlarında və 170-175 sm boyunda olduğunu bildirmişdir (cild 1, iş vərəqə 63-66 ). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək üzərində saxlaması və Yasamal rayonu ərazisində qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı 19 noyabr 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması haqqında müvafiq əmr hazırlanmış və o da həmin qrupa daxil edilmişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə 19 noyabr 2021-ci il tarixdə saat 15:30 radələrində o və əməliyyat qrupunun digər üzvü Babayev X4 rayonu, S.Dadaşov küçəsi 68 saylı ünvanın qarşısına getmişlər. Təxminən 25-30 dəqiqə orada gözlədikdən və ətrafa nəzər yetirdikdən sonra zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin piyada gəzərək onlara tərəf gəldiyini müşahidə etmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və daha sonra şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya sual vermişlər. Həmin şəxs də özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu və üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edərək üzərində saxlamasına dair məlumatlı olduqlarını bildirib onu Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar birlikdə İdarəyə getmişlər. 19 noyabr 2021-ci il tarixdə xidməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X3, vəkilin, onun və Şahid2 iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində hər hansı bir qanunsuz əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümün içərisindəki qəhvəyi rəngli maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulmuşdur. Sonuncu həmin maddənin “kakos” kimi tanıdığı heroin olduğunu və həmin heroini 18 noyabr 2021-ci il tarixdə “Xırdalan dairəsi” adlı yerin yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin bükümün bir qədərini istifadə etdiyini, yerdə qalanını isə şalvarının cibində saxladığını bildirmişdir. Həmin büküm tərəzidə çəkilmiş və 4,7 qram olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış davam etdirilmiş Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd siqaret qutusu aşkar edilmişdir. Həmin büküm zərfin içərisinə qoyulmuş, möhürlənmiş və vəkil, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Yasamal rayonu ərazisində “Musabəyov” heykəlinin yaxınlığında yaşayan İqor adlı şəxsin evində saxlanılması, polis əməkdaşları tərəfindən qorxudulması, cibinə narkotik vasitə atılması barədə dediklərinin hamısı yalandır. Keçirilmiş əməliyyat tədbirlərinin gedişində alınan məlumatlardan həmçinin bəlli olmuşdur ki, əvvəllər narkotik vasitələrin qanunsuzz dövriyyəsi ilə bağlı törətdiyi əməllərə görə dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs müntəzəm şəkildə narkotik vasitələrin satışı və istehlakı ilə məşğuldur. Daimi narkotik vasitə əldə etdiyi və Siyəzən rayonunda olması ehtimal edilən mənbə ilə müntəzəm əlaqədə olan Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərinə daşıyıb gətirərək Yasamal rayonunda saxlandığı ərazidə yaşayan şəxslərə, əsasən də uşaqlara, yeniyetmələrə satması, əldə etdiyi qazanc hesabına həm də özü üçün narkotik vasitə alması barədə məlumatlar əldə olunmuşdur. Təqsirləndirilən şəxs ifşası prosesində əldə olunan çoxsaylı məlumatlarla bağlı hazırda da zəruri əməliyyat tədbirləri davam etdirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Bakı şəhərində doğulub böyümüşdür. Özü xeyli müddətdir heroin istifadəçisidir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, ünvan 4 ünvanında tək yaşayır, ağır xəstədir. Bir müddət əvvəl təsadüfən küçədə ona əlindəki torbanı aparmaqda köməklik edən, dəqiq ad-soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Turalın kirayədə yaşadığını və kasıb oğlan olduğunu biləndən sonuncuya arabir onun yanına gəlib qala biləcəyini demişdir. Tural da arabir onun yaşadığı mənzilə gəlib qalmışdır. Turalın da narkotikdən istifadə etdiyini söhbət zamanı onun özündən öyrənmişdir. Tural özünə aldığı narkotikdən bir hissəsini ona vermiş və onlar birlikdə yaşadığı evdə qəbul etmişlər. İşsiz və pulsuz olduğuna görə özünə narkotik ala bilməmişdir. Turala icazə vermişdir ki, sonuncu ona həm ev işlərində köməklik etsin, həm də özünə aldığı narkotikdən istifadə üçün ona da bir az versin. O özü heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, həmçinin Turala satmamış və hədiyyə verməmişdir. Turalı sonuncu dəfə 17 və ya 18 noyabr 2021-ci il tarixdə onun evinə gəldiyi zaman görmüşdür. Təqsirləndirilən şəxs noyabrın 19-da onun evində saxlanmamışdır, həmin gün ümumiyyətlə onun evinə gəlməmişdir. Sonradan Turalın narkotiklə tutulduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 2021-ci ilin aprel ayınadək ünvan 5 ünvanında yaşamışdır. Daha sonra yaşadığı mənzil satıldığı üçün bir müddət Şahid3 yaşadığı ünvan 6 ünvanında sonuncu ilə birlikdə yaşamağa başlamışdır. O, İqorla təsadüfən küçədə tanış olmuş və yaşamağa evi olmadığı üçün İqorun razılığı ilə sonuncunun evində yaşamış və hal-hazırda da orada yaşayır. İqora verməyə pulu olmadığı üçün sonuncu ondan kirayə pulu almır, amma evin kommunal xərcini ödəməyə köməklik edir. 2021-ci ilin sentyabr ayının sonlarından Tural adlı şəxs də İqorun evinə qonaq kimi gəlib-getməyə, bəzən də həmin evdə gecələməyə başlamışdır. İqor çox sakit adam olduğu üçün Turalın evində qalmasına qadağa qoymamışdır. İqor ona demişdir ki, Tural kimsəsiz adamdır, özü də əvvəllər kimsəsiz olduğu üçün Turalı evdən qova bilmir. Həmçinin İqor demişdir ki, Tural İqorla birlikdə istifadə etmələri üçün narkotik vasitə təklif etdikdə sonuncu bundan imtina etməmiş və birlikdə evdə həmin narkotik vasitə qəbul etmişlər. O, şəxsən Turalla İqorun birlikdə narkotik vasitə qəbul etməsinin şahid olmamışdır. Sonradan İqordan eşitmişdir ki, 19 noyabr 2021-ci il tarixdə Turalı polis əməkdaşları İqorun evinin yaxınlığında küçədə narkotiklə tutmuşlar. Turalı polis əməkdaşlarının İqorun evində saxlaması məsələsi həqiqət deyildir. Məlum tarixdə Turalın tutulmasını görməmiş, bunu yalnız sonradan eşitmişdir. İqor özü danışmışdır ki, Tural istintaq vaxtı yalandan guya evdə saxlanıldığını bildirmişdir. Amma bu həqiqət deyildir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürülmə aparılması haqqında 19 noyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 20 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra şəxsi axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd "Samsung" markalı mobil telefon və içində siqaret dənələri olan siqaret qutusu aşkar edilmişdir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 4,7 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni Abşeron rayonunda tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə əldə etdiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir (cild 1, iş vərəqə 29-31, 49 ). Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onu narkotik vasitənin istifadəçisi kimi sənədləşdirməyi onlardan xahiş etdiyini, lakin üzərindən aşkar edilmiş narkotikin çəkisinin külli miqdar təşkil etməsi səbəbindən Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün ifadəsini dəyişdiyini, həqiqətdə Təqsirləndirilən şəxs tanışı İqor adlı şəxsin yaşadığı evdə deyil 19 noyabr 2021-ci il tarixdə saat 16 radələrində keçirilən tədbirlə Yasamal rayonu, S.Dadaşov küçəsi 68 saylı ünvanın qarşısında saxladıqlarını, Təqsirləndirilən şəxs xidməti tabel silahı ilə hədə-qorxu gəlmədiklərini və boynuna götürməsi üçün cibinə narkotik vasitə qoymadıqlarını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncunun özünə məxsus olduğunu və şəxsi axtarış zamanı həmin narkotik vasitəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxararaq özünün təqdim etdiyini, sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni “Xırdalan dairəsi”ndən şəxsi istifadəsi üçün aldığını dediyini, keçirdikləri tədbirdə 3-cü polis əməkdaşının iştirak etmədiyini və tədbir zamanı üzərində tabel silahının olmadığını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqə 126-128 ). Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tanışı İqor adlı şəxsin yaşadığı evdə deyil, 19 noyabr 2021-ci il tarixdə saat 16 radələrində keçirilən tədbirlə Yasamal rayonu, S.Dadaşov küçəsi 68 saylı ünvanın qarşısında saxladıqlarını, İqor adlı şəxsi tanımadığını və sonuncunun yaşadığı evdə olmadıqlarını, Təqsirləndirilən şəxs xidməti tabel silahı ilə hədə-qorxu gəlmədiklərini və boynuna götürməsi üçün cibinə narkotik vasitə qoymadıqlarını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncunun özünə məxsus olduğunu və şəxsi axtarış zamanı həmin narkotik vasitəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxararaq özünün təqdim etdiyini, keçirdikləri tədbirdə 3-cü polis əməkdaşının iştirak etmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqə 129-131). Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Turalın sonuncu dəfə 17 və 18 noyabr 2021-ci il tarixdə onun evinə gəldiyini, 19 noyabr 2021-ci il tarixdə Turalın onun evində olmadığını, həmçinin heç bir polis əməkdaşının daxil olub Turalı onun evindən tutub aparmadıqlarını, həmin günü nə Əhmədin, nə də hansısa qadının həmin evdə olmadıqlarını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqə 132-134). Məhkəmə-kimyəvi ekspertizasının 20 noyabr 2021-ci il tarixli 6/5130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksi olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,985 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 yanvar 2022-ci il tarixli 228 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 9-10). Məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli 168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 16-17). Diskə baxış keçirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı GSM nömrəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 130, mənzil 23-də qeydiyyatda olan X1 adınadır. Antena bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 70-215-75-76 saylı GSM nömrə istifadəçisi sonuncu dəfə 14.11.2021-ci il tarixdə saat 06:20-də (Khirdalan_H_ Aliyev_prosl/"Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Zeynalabdin T. küçəsi, dalan l'/Binagadi), amma 20.09.2021-ci il tarixdən 19.11.2021-ci il tarixədək olan müddətdə ümumilikdə 708 dəfə Azerfon MMC-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən müxtəlif antenalarının dairəsində olmuşdur. Eyni zamanda antena bölməsinə baxış zamanı 70-215-75-76 saylı GSM nömrə istifadəçisi 19.11.2021 tarixdə saat 14:12:51-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, N.Hikmət küçəsi’/Yasamal ünvanında, 8-9 dəqiqə sonra 19.11.2021 tarixdə saat 14:21:14 11-də ünvan 8 ünvanında, sonuncu ünvandan 9 dəqiqə sonra 19.11.2021 tarixdə saat 14:30:25 20 GBBK5395E/GBBK5395 NESHRİYYAT/”Bakı şəhəri, AZ 1073, Mətbuat prospekti, 529-cu məhəllə"/Yasamal ünvanda, sonuncu ünvandan 40 dəqiqə sonra 19.11.2021 15:10:45-dən 16:16:49-dək olan müddətdə isə "Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, N.Hikmət küçəsi"/Yasamal ünvanda yerləşən müxtəlif antenalarının dairəsində olmuşdur (sonra antena çıxmır). Təqsirləndirilən şəxs istifadəsində olmuş 994- 70-215-75-76 saylı GSM nömrəsinə daxil olan smslərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 16-11-2021 tarixdə saat 22:59:08-də 99***-***-**-** saylı GSM nömrəsi “Mənə hə-jox de, uşaqlar 0,5 kola ustiyir, bir sözde” 18-11-2021 tarixdə saat 14:22:55-də 99***- ***-**-** saylı GSM nömrəsi “**********990599” (hesab kartı), 19-11- 2021 tarixdə saat 15:10:40-da 99***-***-**-** saylı GSM nömrəsi “Donba salam necesen? Donba meni dünen tutmuşdular bu gün axşama pul vermeliyem. Anamın canı tilevizora kilyent tapmışam çatdır mene satım. Anovun qebri anamın canı ehdiyacım var, getirmesön seni köpey oğludu dindirmerem” kimi mesaj göndərmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş 99***-***-**-** saylı GSM nömrəsindən çıxan smslərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 17-11-2021 tarixdə saat 06:44:51-də **********15 saylı GSM nömrəsinə “Yeke kiwisen ala bu nedi 1,4-du burda” kimi mesaj göndərmişdir (cild 1, iş vərəqə 180-189) Mobil telefona baxış keçirilməsi haqqında 20 dekabr 021-ci il tarixli protokoldan görünür ki, “Samsung” markalı “GT- E2121B” modelli mobil telefonun sms bölməsinə baxış keçirilən zamanı ***-***-**-** saylı GSM nömrə istifadəçisi 17-11-2021 tarixdə saat 06:44-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə “Yeke kiwisen ala bu nedi 1,4-du burda”, adı telefona “Narka” kimi qeyd edilmiş ***-***-**-** saylı GSM nömrə istifadəçisi 18.11.2021-ci il tarixdə saat 14:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə “**********990599”, ***-***-**-** saylı GSM nömrə istifadəçisi 19-11-2021 tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə “Donba salam necesen? Donba meni dünen tutmuşdular bu gün axşama pul vermeliyem. Anamın canı televizora kilyent tapmışam çatdır mene satım. Anovun qebri anamın canı ehdiyacım var, getirmesön seni köpey oğludu dindirmerem” kimi mesaj göndərmişdir (cild 1, iş vərəqə 191-198) Diskə baxış keçirilməsi haqqında 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 99***-***-**-** saylı GSM nömrəsi Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti ev 171-də qeydiyyatda olan Ramiz Mustafayevin adınadır. Sms bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 99455-396-495-4 saylı GSM nömrəsi 20-09-2021 tarixdə saat 18:32:10 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə “Menem dombadi, gagas tuşe bilmirem sena tecili yıx meni inşallah xeyirdi”, 10-10-2021 tarixdə saat 23:08:45 99***-***- **-** saylı GSM nömrə istifadəçisinə “Yeke oğlansan sene 19 manatlıq verende axirinci defe elemiwem olurem tecili yig menim nomreme”, 11-10-2021 tarixdə saat 21:00:21 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə "Rustam puli gozlayirlar, Telefonu galdir, Cailligun olsun telefonu niya galdirmirsan?”, 15-10-2021 tarixdə saat 06:35:33 99***-***-**- ** saylı GSM nömrə istifadəçisinə “Men sms yaza bilmirem ee bele pis cixmasun Azeri evinnen cagirmiwam bura İsms yazmagiycun, iwimcun vermiwem ona gore 2 gundu capaliyiram uzurlu bil. sen ALLAH narahat eledim seni”, 15-10-2021 tarixdə saat 06:47:25 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə “Lomkadayam veziyet pisdi boğuluram. Unvani gonder taksi zakaz versin Azer, cixib gelim”, 24-10-2021 tarixdə saat 03:05:23 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə "Gagaş bu ne oyundu men basa tusmedim, Elcine deki adamlar gapida diyaniblar veziyet kritikdi neynek de mende bilim”, 24-10-2021 tarixdə saat 20:57:40 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə “**********714235”, 24- 10-2021 tarixdə saat 21:31:29 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə “**********087675”, 28-10-2021 tarixdə saat 22:45:49 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə “Salam menim eziz qardasim ,menem Tural ,Elinin Turali”, 28-10-2021 tarixdə saat 23:29:03 99***-***-**-** saylı GSM nömrə istifadəçisinə “Nazim menem turaldi, yig mene”, 04-11-2021 tarixdə saat 05:05:53 **********15 saylı GSM nömrə istifadəçisinə “Qaqas menem dombadi gelirem emaneti goturmeye vezyet pisdi” kimi sms göndərmişdir. Sms bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 30-09-2021 tarixdə saat 01:10:26 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Tural qaqasdar meni gozduyur, gel yoluna qoyaq bu meseleni meni yalanci cixarma”, 04-10-2021 tarixdə saat 14:37:10 99***- ***-**-** saylı GSM nömrə istifadəçisi “Elemede bele tural ac poxu soz dide adama iwe cixmaliyam men bir saatdi seni gozdiyrem”, 05-10-2021 tarixdə saat 22:15:13 99***-***-**- ** saylı GSM nömrə istifadəçisi “domba menem aga”, 12-10-2021 tarixdə saat 06:45:28 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Tural gətir zibili qaytar isdiyən var, məni kimləsə səhf salma, səhfliy elədim pulu almamış verdim sənə beynimi condərmisən! Gündə sənə zəng edən deyiləm, elə etmə sənlə ayrı cür danışım onda sənə pis olacaq”, 12-10-2021 tarixdə saat 15:36:12 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Qaqaw pul duzub qowmuwam”, 13-10-2021 tarixdə saat 00:38:26 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Tural ac telefonu az əsəblərimlə oyna”, 15-10-2021 tarixdə saat 06:29:55 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Ala sen ne daniwrssan, birinci sen men puk goyurub aparmamaiwam sen vermisen oz iwincun, ele daniwirsan ele bil xejdiy zad vermisen ..eyer qardawdig pulnan atravaynan olculursen soxdum bele qardawdiga yoldawdiga ....men sene adboy verdimki daniwa bilirem deye msjda yazmadimki oxuya bilmırsen deye ..ama bele gorem sen yazmağda cetinniy cekmirsen ..menim iwim zadimdaa yoxdu, belede ki sene gel gedey didim, mene dirsen sen geldee yaxwi oyrewmisen deyesen ama men indi gelib cixiram Bura”, 18-10-2021 tarixdə saat 18:39:17 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “İtder saxlayib meni nomrevi silirem yigma ha menj qaqa”, 21-10-2021 tarixdə saat 19:37:43 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Gagas men lomdayam”, 23-10-2021 tarixdə saat 20:58:28 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Tural sene bele alcaq hereket yarawdirmiram, meni ne veziyyetde qoyduqunu bilirsen. Bu söhbeti acsam ozun bilirsen yaxshi qurtarmayacaq. Seni gozleyirem”, 24-10-2021 tarixdə saat 21:03:10 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “l00dən 200 dən vur bunu ğötürüm”, 24-10-2021 tarixdə saat 21:03:05 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Nə oldu eyy ay tural, buda məni ğözləyir orda əlində kola, heç olmaya”, 24-10-2021 tarixdə saat 21:05:11 99***-***-**-** saylı GSM nömrə istifadəçisi Nə oldu ay tursl məni ğözləyir, o qızda yanında ğətirib kolanı”, 24-10-2021 tarixdə saat 21:05:35 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Heç olmaya 100 dən 200 dən vur ki ğötürüm onu”, 24-10-2021 tarixdə saat 21:11:29 99***-***-**-** saylı GSM nömrə istifadəçisi "Sən məni sat 3 dən gözlədirsən ac susuz küçələrdə bu kişilik deyil”, 25-10- 2021 tarixdə saat 20:45:01 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Tural bu oyun deyil ən azından evin yerin tanıyıram, qaqaw eve girdim danwa bilmicem, seher 11 de yigcam gel gedey yatib qalma sen cani tek gel gedey gotrey mawinnan ol caliw 11 de cixaceyug yuz faiz”, 28-10-2021 tarixdə saat 23:28:00 99***-***-**-** saylı GSM nömrə istifadəçisi "Qardaş hormetive gore cox sagol, 5 diy men isdedim, sen 0.1 den cox gondermisen senun xecaletunden nece cixim men hec bilmirem”, 31-10-2021 tarixdə saat 17:03:57 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Basiva donerem, allahaqqi ölurem agridan qalxim eve, men isdediklerimden elave nagd 5 diy kolada lazimdi”, 04-11-2021 tarixdə saat 04:50:59 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Qaqas necesn bu vaxt narahat eleyirem brt lomkadayam budene sehere el tuta bilersen, cox yix 5m dig Elovseti”, 04-11- 2021 tarixdə saat 16:18:42 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Ay qa men seni niye aldadimki, adama diyerler pulunu veriremda nisye isdemirsen ki, dunen 100 man kimi pul verirdin gozumnen pullari gormusem, dusub kuce kuce gezene kimi getirib sene verib rahat oturaramda evimde, Senol dunen 11 olduğuna gore atmadilar bu gun inşallah atilacaq isdiyirsen sennen gederik”, 04-11-2021 tarixdə saat 18:56:49 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Qaqaw qurban sene niye bele eliyib incidirsen meni? men o boyda yol gelirem senin yanva mehleden, got motden goturmiremki hem xeyri sene verim, hem de yaxin bilirem ozmi sene, ama sen hemwe neqede gozdedirsen, mene de poxida az verirsen, elemede bele Tural bilirsen axi vezyet pisdi, iki nefere gucnen pul duz qow elib", 04-11-2021 tarixdə saat 21:48:43 99***-***-**-** saylı GSM nömrə istifadəçisi "Tural soxum o pulada malada, amaki senol sene yarawmira neyese gore bele hereket elemey ograwdi, cox pis hereket eliyirsen bugun sabahni niye fıkirlewmirsenki? mene atmagdi fikrun? uzbeuz geliciy axi nevaxtsa nece baxiceysan uzme bu hereketden sora? telfoni acda sennen zeng gozdirem yig meni”, 04-11-2021 tarixdə saat 22:36:53 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Tural dolamisan meni? ac poxi iwim var seynen, hardasan gelirem ora cavab ver mene, tural senol sehf hereket eliyirsenaa”, 04-11-2021 tarixdə saat 23:24:14 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Ay domba mənəm Murad, gagaş sən bəyag sənə mən zəng edəndə dedinki jaketə sənə 0.2 mal verərəmdə, dedim 0.2 versən əla olar gagaş, sən isə mənə 0.1 tema verdin ay domba, oğraşdı yalan deyən gəhbə malı götürdü ki azdı, bir sözlə galdım mən lomkada”, 07-11-2021 tarixdə saat 03:02:27 99***- ***-**-** saylı GSM nömrə istifadəçisi “200 Mnt xeyiri sene vermek istedim özün bilesan. neyse”, 14-11-2021 tarixdə saat 11:47:13 99***-***-**-** saylı GSM nömrə istifadəçisi “Donba İLkin yigb senin ona vereceyin haqda sobet etdi mene, kimse ot temasi deyb ona, ordan mene pul catmadqini bilib, dedi o pulu hel etsin birde adimnan ne yigb” kimi 99***- ***-**-** saylı GSM nömrəsinə sms göndərmişdir. Antena bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 99***-***-**-** saylı GSM nömrə istifadəçisi 20.09.2021-ci il tarixdən 12.11.2021-ci il tarixədək olan müddətdə ümumilikdə 476 dəfə Bakcell MMC-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən müxtəlif antenalarının dairəsində, sonuncu dəfə isə 12.11.2021-ci il tarixdə saat 18:36:22-də (Azersun Ticaret Dagitim_Khirdalan/"Xırdalan şəhəri, Masazır şossesi"/Binagadi) olmuşdur (cild 1, iş vərəqə 210-221) Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 02 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 196-200). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmlərin surətindən görünür ki, İlyasov X5 Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 100-101, 168-172, 176-178) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün SMS yazışmaları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 83-84). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,985 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş, sms yazışmalarının və anten məlumatlarının əks olunduğu 02 ədəd CD disk, həmçinin üzləşmə istintaq hərəkətləri və Şahid4 şahid qismində dindirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd ''Samsung" markalı "GT-E2121B" modelli mobil telefon aparatı şəxsi əşyalarına əlavə edilib saxlanması üçün Təqsirləndirilən şəxs saxlanıldığı müvafiq penitensiar müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41, cild 2 iş vərəqə 96). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,985 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş, sms yazışmalarının və anten məlumatlarının əks olunduğu 02 ədəd CD disk, həmçinin üzləşmə istintaq hərəkətləri və Şahid4 şahid qismində dindirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; - 01 ədəd ''Samsung" markalı "GT-E2121B" modelli mobil telefon aparatı şəxsi əşyalarına əlavə edilib saxlanması üçün Təqsirləndirilən şəxs saxlanıldığı müvafiq penitensiar müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-871/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-871/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver