Məhkəmə qərarları › İş №1(101)-871/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-871/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-871/2023 06.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ` Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 sayı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi - Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, 01 avqust 1967-ci il tarixdə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olmaqla, ünvan 1aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə arvadı Şahid2 adına olan ünvan 4işinin 4-cü mərtəbəsində yerləşən 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzili Zərərçəkmiş şəxs satacağına və həmin mənzili sonuncunun qohumu Şahid1 adına rəsmiləşdirəçəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs inandırmaq üçün arvadı Şahid2 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 21 avqust 2007-ci il tarixli 023741 №-li orderin surətini, onun özü və Şahid2 tərəfindən mənzilin Şahid1 adına özəlləşdirilməsinə etirazlarının olmaması barədə verilmiş Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətini, həmçinin arvadı Şahid2 adından səlahiyyətlərin ona verilməsini təsdiq edən Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli AR-İİ№121229 saylı etibarnamənin surətini və qeyd edilən mənzilin satılması ilə bağlı 150.000 manat pul vəsaitini 20 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs aldığı barədə onun özü tərəfindən yazılıb öz imzası ilə təsdiq etdiyi ərizəni Zərərçəkmiş şəxs təqdim edərək elə həmin gün, yəni 20 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanda yerləşən "xxxx" MTK-nın ofisində 150.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs aldadaraq alıb ələ keçirərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən mənzili Şahid1 adına özəlləşdirmək üçün müvafiq çıxarışın verilməsi ilə bağlı verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 150.000 manat olmaqla külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun Tural müəllimlə heç bir problemi yoxdur. Onun 2-5 hektarlıq fındıq bağı var. Həmçinin, Zaqatala rayonunda təsərrüfatla məşğul olur, qoyun-quzuları var. Fındıq bağının kupçası olsa da həmin bağı girov qoymaqla bankdan istədiyi məbləği götürməyi mümkün deyil. Zaqatala rayonunda yerləşən mənzilini götürmək istədiyi pulun dəyərindən aşağı olduğuna görə banklar həmin evi girov qoyub istədiyi məbləğdə pul götürməyinə imtina edilmiş. Banka girov qoya bilməmiş, Zaqatala rayonunda olan əmlaklarını bank girov kimi qəbul etmirmiş, çünki əmlaklarının dəyəri götürəcəyi məbləğdən az imiş. Buna görə də o Bakı şəhərində yerləşən evini girov qoyaraq bankdan yox, Turaldan faizə 100.000 manat pul almışdır. Lakin, 17 sentyabr 2020-ci ildə Zaqatala rayonunda təbii fəlakət baş vermiş, belə ki, don vurması və canavarın heyvan sürüsünə hücum etməsi nəticəsində 200 baş qoyun, ferması məhv olmuşdur. Həmin dövrlərdə çətin vəziyyətdə imiş. Çobanı da müalicə etdirmişdir. Heyvanlarını bərpa etmişdir. Sonra müharibə və pandemiya baş vermiş və beləcə pulu Turala ödəyə bilməmişdir. Bir neçə dəfə Turala yalvarmışdır ki, 2-3 ay gözləsin, o, ödəyəcək. O, məhkəməyə gətirdiyi təbiifəlakətin baş verməsinə dair aktı sübut göstərib borcu inkar etmir, sadəcə o, xərclədiyi pulların ziyanını çəkmişdir. Təbii fəlakət olmuşdur ki, bu da forsmajor haldır. Beləliklə, o, Bakı şəhəri, ünvan 3 saylı evdə yerləşən 7 saylı mənzili Turala satmamış, Turaldan götürdüyü 100.000 manat borcun əvəzinə həmin mənzili girov kimi vermişdir. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən evin sahəsi 57,1 kv/metr deyil, 120 kv/metrdir. Hazırda bu mənzildə yaşayırlar. Mənzilin hazırki bazar qiyməti 300.000 manatdır. Mənzil ailəsinin adınadır. Həmin pulu o borc olaraq 50 faizə götürmüş, yəni Turalla onların belə bir şərti olmuşdur ki, 100.000 manatın əvəzinə ona 150.000 manat verəcək. O, pulu verəcək, amma 2-3 aya ödəyəcək. Zəhmətlə çalışaraq o məbləği yığmağa çalışır. Bu da ancaq 2-3 ay ərzində mümkün ola biləcək. O, borcu inkar etmir, borcdan olan 10.000 manatı qaytarmış, digər borcu, yəni 90.000 manatı qaytaracaq, lakin əlavə 50.000 manatı verməyəcək. Proses iştirakçılarının suallarını cavablanadıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaqda 100.000 manat pul götürməyi barədə ifadə vermiş Tural demişdir ki, məbləğin üzərinə 50.000 manat da faiz üçün gəlməlidir. Hazırda əlindəki sənədlər Bəhmətli kənd Bələdiyyəsi tərəfindən tərtib olunaraq möhürlənmiş aktdır. Aktın məzmununda təbii fəlakət nəticəsində ona dəymiş zərər, yəni 200 baş qoyunun məhv olması, don düşməsi ilə yaranan zərər ifadə olunmuşdur. Bir qoyunun qiyməti 300-350 manatdır. 100 qoyunun qiyməti 60.000 manat edir(???). Təbii fəlakət 17 sentyabr 2020-ci ildə baş vermişdir. Borcu həmin ərəfələrdə götürmüşdür. 100.000 manat pulu təsərrüfat üçün götürmüşdür. Pulu zərərə görə artıra bilməmişdir. O, təsərrüfatda tikinti aparmamışdır. Pulunu təsərrüfatını inkişaf etdirmək üçün xərcləmişdir. Təsərüffatı var. 300-400 baş heyvanı var. O pulla ev tikməmiş, onun evi var. O, götürdüyü pulla 170 xırda buynuzlu heyvan almışdır. Pulu təbii-fəlakətdən əvvəl ya sonra almağı yadında deyil. O, çox stress keçirdiyi üçün yadından çıxmışdır. Mənzili 2007-ci ildə 120.000 dollara almışdır. 2018, 2020-ci ildə etibarnaməni verərkən Tural notariusda iştirak etməmiş, Əlnur Turalın tapşırığı ilə notariusda olmuşdur. Elan olunmuş cinayət işinin 9-cu vərəqəsində olan ərizəyə əsasən təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, ərizə onun tərəfindən yazılmış, imza ona məxsusdur. O, ərizəni Turalın dediyi şəkildə yazmışdır. Elan olunmuş cinayət işinin 10-cu vərəqəsində olan notarial qaydada təsdiqlənmiş ərizəyə əsasən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, o, notariusda ailəsiylə birlikdə olmuş və razılıq vermişdir. Məhkəmənin sonrakı iclaslarında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, 2018-ci ildə eyni üsulla Turaldan 100.000 manat borc pul alıb 2 ay ərzində 125.000 manat pulu Tural müəllimə qaytarmışdır. O, Tural müəllimlə heç vaxt fındıq alveri etməmişdir. O, Xaçmazdan, Qubadan fındıq almamışdır. Onun zavodu var. Onun fındıq sahəsi var və heç kimdən fındıq almamışdır. O, çətin vəziyyətə düşdüyündən çox vacib məsələ üçün evi girov qoyub 100.000 manat pulu alıb 2 ay ərzində 125.000 manat pulu Tural müəllimə qaytarmışdır. O, evi girov qoyanda notariusda sənədləşdirmə aparmış, ofisdə də pulu götürmüşdür. Tural müəllim notariusa, adı səhv etmirsə, Əli yaxud Əlnur adlı şəxsi göndərmişdir. Həmin şəxsə həyat yoldaşının adından ərizə vermiş, ofisdən də pulu götürmüşdür. İlk dəfə 100.000 manat pulu götürmüş və işlərini görmüşdür. 2018-ci ildə bankdan 200.000 manat pul götürmüş və 125.000 manat Turala pul qaytarmışdır. Bankın pulunu da hissə-hissə ödəmişdir. Çünki, faizlə aya 15.000 manat pul istənilirmişdir, İkinci dəfə isə pulu ödəyə bilməmişdir. Borcu 150.000 manata çatmışdır. O, ikinci dəfə də birinci dəfədə olduğu kimi evin sənədlərindən bir order var imiş, onu da Tural müəllimə vermişlər. Birinci dəfə də orderi Turala vermiş, pulu da bankdan götürüb Turala qaytarmışdır. O, 2020-ci ildə notariusda evi girov qoyub həmin gündə ofisə gedib pulu götürmüşdür. Təxminən bir ay sonra o Tural müəllimə baş vermiş təbii-fəlakətə görə pulu ödəyə bilməyəcəyini bildirmişdir. Tural müəllim də demişdir ki, bunu əlyazma şəklində yazsın. Tural müəllim necə istəmişdirsə, hətta istədiyi kimi tarix qoymamaqla əlyazmanı dediyi formada yazmışdır. Onlar Əlnura müraciət etmiş və Əlnur orderin qiymətinin 300 manat olduğunu demişdir. 300 manat pulu Əlnura ödəmişlər və Əlnur orderi arvadı Şahid2 adına 56 kvadrat qeyd etdirmişdir. Onlar amma buna fikir verməmişlər. Onun 2018-ci ildən əvvəl Turalla heç bir ticarət əlaqəsi, alqı-satqısı olmamışdır. 2 ayda borc bitmədiyindən o Turala 25.000 manat artıq pul vermişdir. 2018-ci ildə onun 28 May ərazisində obyekti var imiş. Həmin obyekt söküntüyə gedirmiş. Ona başa salınmışdır ki, o, yaşayış obyektini qeyri-yaşayış etsə qazanacaq. Ona obyekti qeyriyaşayış etdirmək üçün pul lazım imiş. Həmin vaxt onun 500 kvadrat metr obyektinə 130.000 manat verməyə məcbur olmuşdur. Pulun 100.000 manatını Turaldan götürmüşdür. Obyekti qeyri-yaşayış etdirdikdən sonra kupçanı götürüb "xxxx" bankına qoymuşdur. Müqavilə ilə notarius arasında bircə həftə fərq olmalı imiş. 2018-ci ildə “BTB“ Bankdan 200.000 manat pulu illik 16 faizə götürmüşdür. 125.000 manat pulu Turala vermişdir. Qalan pulla əlavə xərclərini ödəmişdir. Sonra yavaş-yavaş banka da pulunu ödəmişdir. Sonra obyekt söküntüyə getmiş, obyektin arendası verilməmişdir. O, obyekti yaşayışdan qeyri-yaşayışa keçirdiyindən kupçanı banka qoya bilməzmiş. Pulu əldə edib hər kəsin pulunu keçirmiş, obyekti qeyri-yaşayışa keçirib kupçanı aparıb "xxxx" banka qoymuşdur. 1 ay bitdiyinə görə Tural ondan 150.000 manatını tələb etmişdir. Bildirmişdir ki, 2-3 ay da gözləyəcək, amma kağız götürüb əlyazma şəklində bu halları yazsın. Tural ikinci dəfə pulu ona aya 12.000 manata vermişdir. Tural birinci dəfə 100.000 manatı aya 15.000 manata, ikinci dəfə 12.000 manata vermişdir. O da orderi aparıb rüsumu ödəyib kupça götürə bilmir deyə pulu məcbur Turaldan götürmüşdür. O, istintaqdakı ifadəsini oxumamış, belə ki o istintaqda ifadə verərkən 2018-ci ildə 100.000 manatı necə götürməyini, 2 ay bitməməsi səbəbindən 125 min manat pul qaytarmağını, 2020-ci ildə də 100.000 manat pul götürməyini qeyd etsə də, müstəntiq ifadəsində dediklərini yazmamışdır. Ona ifadə verərkən heç bir təzyiq olmamışdır. Həyat yoldaşı mənzilin satılmasını səhv bildirmiş, mənzili satmamışlar. Onlar ifadəni məhkəmədə verdikləri formada istintaqda da vermişlər, lakin fərqli yazılmışdır. Onlar mənzili 120.000 dollara Xəyalə Əliyeva və onun əri Əlövsətdən almışlar. Onunla Əlövsət arasında yaxın münasibət var. Həmin mənzili əvvəllər Əlövsət almışdır. O, Əlövsətə ayda 10.000 dollar olmaqla bir ildə 120.000 manat ödəmiş və mənzili almışdır. Evin orderi Əlövsətin arvadı Xəyalə Əliyevanın adına imiş. Sonra onlar Əlnura 300 manat vermişlər və Əlnur orderi arvadı Şahid2 adına keçirmişdir. Xəyalə Əliyeva və əri Əlövsətin anket məlumatlarını bilmir. Xəyalə Əliyevaya 120.000 dollar verib evi alanda heç bir sənəd verilməmişdir. O, Turaldan iki dəfə birinci dəfə 25 faizə, ikinci dəfə 50 faizə 100.000 manat pul almışdır. Öz ifadələrinə müdafiəçinin vasitəsilə Təqsirləndirilən şəxs 15 mart 2018-ci il tarixli "xxxx" bankla bağlanmış 200.000 manat məbləğində kredit götürülməsi barədə kredit müqaviləsini təqdim etmişdir. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçıların suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bank müqaviləsinə əsasən o, 2018-ci ildə "xxxx" bankdan 16 faizə 200.000 manat pul götürmüş, Turaldan pulu 50 faizə, BTB bankdan pulu 16 faizə götürməyini belə izah edə bilər ki, ona pul lazım imiş, pul olmasa kupçası düzəlmirmiş. Ona görə o vəziyyətdən istifadə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-nın sədridir. Həmin MTK onun atasına məxsus olub və məhz o, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 nömrəli binanı inşa etmişdir. Atası rəhmətə gedəndən sonra o mərhum Şakir Hüseynovun hüquqi varisidir. O, Təqsirləndirilən şəxs 2007-ci ildən bəri tanıyır. Onların Tələtlə yaxşı münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ilə əvvəllər birlikdə biznes fəaliyyəti də olmuş və sonradan həmin fəaliyyəti dayandırmışlar. Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında onun yaşadığı ünvanda, yəni, ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilini 150.000 manata satdığını bildirmişdir. Həmin mənzili Təqsirləndirilən şəxs almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə söhbət edən zaman ona məlum olmuşdur ki, həmin mənzil onun arvadı Şahid2 adınadır. Mənzilin müvafiq qaydada qeydiyyatdan keçməsi barədə çıxarış alınmamışdır. Təqsirləndirilən şəxs satmaq niyyətində olduğu mənzilin onun arvadı Şahid2 adına olmasını təsdiq edən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının tərəfindən təqdim edilmiş orderin surətini Tələt ona vermişdir. Mənzilin Şahid2 adına olduğunu görüb o Tələtdən mənzilin satılması barədə həyat yoldaşı Şahid2 da xəbərinin olub-olmadığını soruşmuş və Tələt ona bildirmişdir ki, Şahid2 və ailə üzvlərinin mənzilin satılmasından xəbərləri var. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 4işinin 4-cü mərtəbəsindəki olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin 150.000 manata ona satılması barədə onun adına ərizə yazmışdır. Tələtlə razılaşmaya görə Tələt həmin mənzili onun bibisi oğlu Şahid1 adına rəsmiləşdirməli imiş. O, Tələtə demişdir ki, bibisi oğlu Şahid1 adına arvadı Şahid2 adından notarial qaydada təsdiq edilmiş ərizə versin. 20 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun qeyd etdiyi ünvanda yerləşən ofisinə gəlmiş və həmin vaxt Şahid1 da onun yanında imiş. Təqsirləndirilən şəxs elə həmin gün Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş Şahid2 və Təqsirləndirilən şəxs adına olan 24 avqust 2020-ci il tarixli ərizəni ona təqdim etmiş və ərizə ilə tanış olanda görmüşdür ki, ərizədə Şahid2 və Təqsirləndirilən şəxs ünvan 4işinin 4-cü mərtəbəsindəki 7 nömrəli mənzilin bibisi oğlu Şahid1 adına özəlləşdirilməsinə icazə verir. Bundan sonra, həmin sənədləri Tələtdən götürmüş və Şahid1 yanında həmin günü, yəni 20 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanında yerləşən ofisində 150.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonra Tələt onun adına ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin ona 150.000 manata satılması barədə yenidən ərizə də yazıb imzasını çəkdikdən sonra həmin ərizəni ona vermişdir. Tələtə 150.000 manat pul verərək mənzilin özəlləşdirilməsi məsələsini ondan xahiş etmişdir. Tələt qısa zamanda özəlləşdirilmə məsələsini həll edəcəyini bildirmişdir. Bina rəsmi qaydada ancaq məhkəmə tərəfindən özəlləşdirilə bilər. Buna görə Tələtlə ancaq notarial qaydada razılaşa bilərmiş və sonra da mənzili özəlləşdirə bilərlər, çünki mənzilin orderi var. Sonralar dəfələrlə Tələtlə əlaqə saxlamış, lakin, Tələtin özəlləşdirmə məsələsindən yayındığını görürmüş. Bu minvalla Tələt onu 2 il gözlətmişdir. Artıq zənglərindən yayındığını görüb 2022-ci ildə 18-ci Polis Bölməsinə müraciət etmişdir. Tələt istintaq zamanı da dəfələrlə pulu ödəməsi üçün 10 gün, 15 gün, 1 ay vaxt istəyirmiş. O da etiraz etmirmiş, çünki o ya mənzilini, ya da pulunu almalı imiş. İstintaq zamanı Tələt rəsmi qaydada müstəntiqin iştirakı ilə ona 10.000 manat pul ödəmişdir. O, Təqsirləndirilən şəxs heç vaxt faizə borc pul verməmiş, bu yalandır. O, Tələtdən 140.000 maddi zərər, 10 000 manat mənəvi zərər, 440 manat dövlət rüsumunu tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, Tələt ondan avqust ayında pul istəmiş, səbəbini soruşmamışdır. O, orderə baxıb orderin həyat yoldaşı Sevda xanıma məxsus olmasını görəndə Tələt ona etibarnaməni göstərmişdir. Onlar avqust ayında razılaşmış və mənzil Əlnurun adına rəsmiləşdiriləcəkmiş. Əlnura izah etmiş və Əlnur razılaşmışdır. Həmin ev məsələsinə kimi Tələtlə Əlnurun nə dərəcədə yaxın münasibətləri olduğunu bilmir. O, Tələtin fikrinin dəyişdiyini 1-2 ildən sonra bilmiş, bu müddətdə bəhanələr uydurub ya xəstələnirmiş, ya işləri var deyib yayınırmış. Tələt mənzili Əlnurun adına sənədləşdirsə imiş, ondan şikayət və narazılığı olmayacaqmış. Həmin mənzili başqasına satıbsatmadığını bilmir. Tələt mənzili satacağını deyəndə, o, binada yaxınlarının yaşamsını düşünərək razılaşmışdır. Əvvəllər öz binasında ya ətrafından ev almamışdır. Əvvəllər Tələt ondan borc pul almamışdır. Səs yazılarında Tələtlə aralarındakı dialoqdan bəhs edir. Belə ki, səs yazısında Tələtə deyir ki, ya evi, ya pulu versin, Tələt də hər dəfə söz verib vaxt istəyirmiş. Ola bilər, Tələt həmin mənzili 2018-ci ildə də ona təklif etsin, lakin, mənzili o yalnız 2020-ci ildə almaq qərarına gəlmiş və 150.000 manatı yalnız 2020-ci ildə Tələtə vermişdir. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, ümumən o, istintaq zamanı da bildirmişdir ki, o Təqsirləndirilən şəxs 2007-ci ildən bəri tanıyır, Tələt onun qonşusu olmuş, onlar Tələtlə əvvəllər birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. 2020-ci ildə Tələt ona yaxınlaşaraq mənzilini satmaq istədiyini bildirmişdir. 2018-ci ildə belə bir hadisə olmamış, həmin vaxtlar Tələt ona bizneslə məşğul olmağı təklif etmiş və bildirmişdir ki, hektarlarla bağı var. Tələtə pul vəsaiti ayırsa pul qazanacaqlarını bildirmişdir. Tələt Zaqatalada fındıq bağları olduğunu demiş, lakin, o heç vəsait qazanmamış, 3-4 ay sonra ziyana düşmüşdür. 2018-ci ildə o Tələtə 25 faizə 100.000 manat pul verməmiş, 2018-ci ildə 2 ay sonra o Tələtdən 125.000 manat pul almamışdır. 2018-ci ildə Tələt ona iş görməyi və pul qazanmağı təklif etmiş, məbləğ soruşduqda, Tələt demişdir ki, 200.000- 300.000, yəni, nəyə gücü çatırsa versin. O da bu qədər vəsaitinin olmadığını bildirmişdir. O, Tələtə səhv etmirsə, 50.000 yaxud 60.000 manat pul vermişdir. Tələt ona evlə bağlı etibarnamə və ərizə verməmiş, Tələt demişdir ki, əgər lazımdırsa, tanışı varsa, evi onun adına girov qoysun, sənədləşdirsin və s. O, isə buna razı olmamış, lakin Tələt özü gedib bunu etmişdir. O, Tələtə sənəd verməmiş, nə də Tələtdən sənəd götürmüşdür. Onun razılığı olmadam Tələt notariusa gedib evi Əlnurun adına girov qoymuşdur. Əlnurun adına girov qoyulması onun təklifi olmamış, Əlnur komendatdır və bibisi oğludur. Onun Əlnurun adına girov qoyulacağından qəti məlumatı olmamışdır. O, 2007-ci ildə azyaşlı olmuş, MTK-da fəaliyyət göstərmirmiş. O, 2016-cı ildən atasının vəfatından sonra vərəsəlik əsasında MTK-da fəaliyyətə başlamışdır. O, 2007-ci ildə Tələtin həmin binada başqa adamın vasitəçiliyi ilə evi necə alması barədə məlumatı dəqiq bilmir. 2007-ci ildə mənzil alqı-satqısında order verilirmiş, indi verilmir. O, təqribən həmin dövrdə Tələtə birgə biznes fəalliyəti üçün 50.000 və ya 60.000 manat vermiş, sonra təxminən 3-4 ay sonra görmüşdür ki, Tələtin işləri getmir, pulu geri istəmiş, Tələt də həmin pulu o dövrdə qaytarmışdır. Həmin dövrdə heç bir mənzil girov qoyulmamış, sırf kommersiya fəaliyyətinə görə Tələtə pul vermiş, sonradan həmin pulu almışdır. Bunun mənzilin alınmasına heç bir dəxli yoxdur. O, pulu faizə verməmişdir. Görülən işdən heç bir gəlir əldə etməmiş, Tələt ona heç bir iltizam verməmiş, əksinə bildirmişdir ki, daha çox pul qoysa daha çox pul götürəcəklər. Pul olmadığından çox məbləğ qoymamışdır. Bu işə görə Tələtlə müqavilə bağlamamışlar. O. heç vaxt pulu Tələtə faizlə verməmişdir. Elan olunmuş cinayət işinin 8-ci vərəqəsində olan orderə əsasən zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, imza Təqsirləndirilən şəxs məxsusdur. Order atası Şakir Hüseynov tərəfindən verilmişdir. Elan olunmuş cinayət işinin 9-cu vərəqəsində olan ərizəyə əsasən zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, ərizə Təqsirləndirilən şəxs öz xətti ilə yazılmış, imza Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 10-cu vərəqəsində olan notarial qaydada təsdiqlənmiş ərizəyə əsasən zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, notarial qaydada təsdiqlənmiş ərizə Təqsirləndirilən şəxs həyat yoldaşı Sevda xanım tərəfindən onun tələbi əsasında verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evini alacağını bildirib, onu çağırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında yaşadığı ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzili 150.000 manata satdığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin mənzili almaq istəmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında belə razılığa gəlmişlər ki, həmin mənzil əvvəl onun adına rəsmiləşdirilməlidir. Tələt bununla razılaşmışdır. Onun yanında hər ikisi söhbət etmiş və Tural evin sənədlərinə baxmaq istəmişdir. Lakin Tələtdə evin sənədlərinin hamısı yox imiş, evin orderi var imiş. Order isə həyat yoldaşı Sevda xanımın adına imiş. Tural həyat yoldaşı Sevda xanımın notarial qaydada təsdiqlənmiş razılıq verməsini istəmişdir. Tələt həyat yoldaşının rayonda olmasını, yoldaşından razılıq alacağını bildirmişdir. Onlar sabah görüşmək barədə razılaşmışlar. Səhəri gün Tələt yoldaşının gələ bilmədiyini, razılıq məsələsini həll edəcəyini demişdir. Təxminən 1 ay sonra, 20 sentyabr onlar üçü yenidən Zərərçəkmiş şəxs ofisində görüşmüşlər. Tələt notarial qaydada təsdiqlənmiş ərizəni gətirmiş, evin onun adına notarial qaydada sənədləşdirməsinə və evin satılmasına görə Tural 150.000 manat Tələtə pul ödəmişdir. Təqsirləndirilən şəxs Turaldan 150.000 manat pulu aldıqdan sonra ünvan 4işinin 4-cü mərtəbəsindəki 7 nömrəli mənzilin Zərərçəkmiş şəxs 150.000 manata satılması barədə ərizə yazıb imzası ilə təsdiqləmiş və həmin ərizəni Turala vermişdir. Proses iştirakçılarının suallarını cavblandıraraq Şahid1 bildirmişdir ki, o, Tələt və Turalın ev barədə söhbətlərində çox iştirak etmişdir. Avqust ayında etibarnamənin onun adına verilməsi barədə danışmışlar, lakin, Tələt sənədləri tam vermədiyindən Tural pulu verməyi gecdikdirmişdir ki, sənədlər tam verilsin. Pul 20 sentyabr 2020-ci ildə verilmişdir. Etibarnamə 24 avqustda verilmişdir. Məbləğ barədə fikir ayrılığı olmamışdır. Tural ona demişdir ki, ev birinci onun adına sənədləşəcək sonra Turalın adına rəsmiləşəcək. Çünki Tural MTK-nın rəhbəri imiş və ev özəlləşdirilməmişdir. Tural Tələtə borc pul verməmiş, Tələt borc pul almamış, evin alqı-satqısı onun yanında olmuşdur. O, Tələtin əvvəllər Turaldan borc almasından xəbəri yoxdur. Lakin birlikdə iş qurduqlarını bilirmiş. O, Tələtin maddi imkanlara görə evi satdığını bilirmiş. Əvvəllər də Tələt evi satmaq istədiyini deyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, həyat yoldaşıyla 33 ildir evlidir. O, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olsa da, ünvan 1aşayır. ünvan 1erləşən ev onun adınadır. X9 adına olan mənzili 2007-ci ildə 120.000 dollara "xxxx" MTK-dan almışlar. Bakı şəhəri, ünvan 2 ünvanındakı mənzilin alqı-satqısını tikinti şirkətinə gedərək order vasitəsilə rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi, maliyyə arayışının olub-olmamasından xəbərsizdir. Xəyalə Əliyevadan mənzil alarkən 120.000 dollar mənzilin pulunu Xəyalə Əliyeva və onun həyat yoldaşı Əlövsət müəllimə vermişlər. X10 adına olduğundan order Xəyalənin adından onun adına keçirilmişdir. Ona hansı sənədlərin verilməsi yadında deyil. O, və həyat yoldaşı Tələt 3 övladıyla birlikdə aldıqları Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 7 ünvanındakı 3 otaqlı mənzildə yaşamağa başlamışlar. Həyat yoldaşı Tələtin bizneslə əlaqədar pula ehtiyacı olduğundan onun yanında və onun iştirakıyla 2018-ci ilil payız aylarında Tural müəllimdən 100.000 manat borca pul götürmüşdür. Həyat yoldaşı Tələt notariusa Əlnur müəllimlə getmişdir. O, Tural müəllimi yaxından tanımır. Tural, MTK-nın sədri Şakir müəllimin oğludur. Əlnur da Turalın köməkçisidir. 100.000 manat borc götürdükdən 2 ay sonra 2018-ci ildə order onun adına olduğundan notariusda onun yanında və onun iştirakıyla həyat yoldaşı Tələt 125.000 manat pulu Tural müəllimə qaytarmışdır. Bundan sonra ikinci dəfə 2020-ci ildə onun yanında və onun iştirakıyla həyat yoldaşı Tələt biznes üçün Tural müəllimdən yenə də 100.000 manat faizə borc pul götürmüşdür. Yenə notariusda rəsmiləşdirilmişdir. Borc müqaviləsi də var imiş. Lakin sonradan baş vermiş təbii-fəlakətlə bağlı Tələt borcu ödəyə bilməmişdir. Təbii-fəlakət baş verdiyindən onlar ziyana düşmüş, qoyun-quzu tələf olmuşdur. Tufan baş vermişdir. Təbii-fəlakət Tələt borcu alandan sonra baş vermişdir. Tələt borc pulun qarşılığında faizə pul da verəcəkmiş. Vaxt gecikdiyi üçün Tural müəllim onun yanında və onun iştirakıyla Tələtdən ofisinə çağırıb 150.000 manat pul istəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, istintaq zamanı da bu məzmunda ifadə vermişdir. Tural müəllimə borc əvəzində mənzil təklif etməmişlər. Tural müəllimlə münaqişəli vəziyyət olmamış, o, Tural müəllimi hardasa görsə tanımaz. O, ümumiyyətlə Tural müəllimi görməmiş və tanımır. Onun həyat yoldaşı Tələtin Turalla hansısa bizneslə məşğul olması barədə məlumatı yoxdur, bilmir. Tələt pulu bizneslə məşğul olaraq qazanmışdır. O, bilmədiyi heç nəyi danışa bilməz. O, həyat yoldaşının kənd təsərrüfatı ilə məşğul olduğunu bilir, amma 125.000 manatı dəqiq necə qazanması yadında deyil. Tələt rayonda öz biznesini qurmuş, fındıq sahəsi və s. sahələr, qoyun-quzu, mal-qarası var. O, Tələtin alverlə məşğul olub-olmadığını bilmir. Tələt Turaldan 100.000 pul götürmüş, Tural Tələtə demişdir ki, 150.000 manat qaytarmalıdır. Tural 150.000 manatın qaytarılması üçün müddət təyin etməmişdir. O, sadəcə olaraq borc müqaviləsinə imza çəkmiş, çünki, order onun adına imiş. 50.000 manat pulu Tural özü Tələtdən istəmişdir. Əli adını Əlnur deməli imiş, ad yadında səhv qalmışdır. O, 2018-ci ildə olan hadisənin tarixini dəqiq xatırlamır. 2018-ci il olması dəqiq yadında, amma hansı ay olmasını xatırlamır. Onun 2020-ci ildə notariusda yazdığı ərizənin məzmunu yadında deyil. Hər iki dəfə notariusda adını Əli adlandırdığı Əlnur adlı şəxs, o, Tələt iştirak etmiş, Tural notariusda özü şəxsən olmamışdır. O, ərizədə mənzilin Əlnurun adına özəlləşdirilməsi barədə heçnə deyə bilmir. O, pul ödənməsə mənzilin Əlnurun adına keçəcəyini bilmirmiş, o borc müqaviləsi olduğunu bilirmiş. O, mənzilin girov qoyulduğunu güman edirmiş. O, notariusda imza çəkərkən borc müqaviləsi sanıb ora imza çəkmişdir. Evin alqı-satqı söhbəti olmamış, borcu da qaytaracaqmışlar. O, Turalı heç vaxt görməmiş və tanımır. Ola bilər o səhv salmış, onun yanında və onun iştirakıyla Tələt pulu Turala veməmişdir. Evin 120.000 dollara alınmasıyla əlaqədar onun fikrincə onlarda heç bir sənəd yoxdur. Order onun adına olduğundan, o, notariusda imza çəkmiş, pul Tələtə Turalın ofisində verimişdir. O, Xəyalə Əliyeva və onun həyat yoldaşı Əlövsətin anket məlumatlarını və telefon nömrəsini bilmir. O, pulun verilməsində iştirak etməmiş, o, notariusda iştirak etmişdir. Elan olunmuş cinayət işinin 10-cu vərəqəsində olan notarial qaydada təsdiqlənmiş ərizəyə əsasən Şahid2 bildirmişdir ki, imzanın ona məxsus olmasını bilmir. Lakin, notariusda ərizəni o imzalamışdır. O, borc müqaviləsi bilib bu sənədə imza çəkmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 152-155-ci vərəqələrində olan izahatında Şahid2 aşağıdakıları göstərmişdir: «... Ərim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun adına olan və qızı yaşayan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanda da qonşusudur. 2020-ci ilin avqust ayında onun əri Təqsirləndirilən şəxs pul lazım olduğu üçün Tələt Zərərçəkmiş şəxs 100.000 manat borca pul götürmüşdür. Tələtin deməsinə görə 100.000 manat pulu Zərərçəkmiş şəxs götürən zaman Tələt Zərərçəkmiş şəxs 150.000 manat pul qaytaracağına, 100.000 manat pulu qaytarmadıqda isə onun adına olan və qızının ailəsi ilə birlikdə yaşadığı ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzili Zərərçəkmiş şəxs adına rəsmiləşdirəcəyinə söz vermişdir. Tələtin evi Turala satmaqla və Turalın adına sənədləşdirilməsinə onun özü razı imiş və əri Təqsirləndirilən şəxs öz aralarında olan söhbət zamanı mənzilin sənədləşmə işləri ilə bağlı notarial qaydada razılıq ərizəsini verəcəyini demişdir. Bu söhbətlər onun əri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 2020-ci ilin avqust ayında olmuşdur. Əri Təqsirləndirilən şəxs deməsinə görə Tələt 20 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanda yerləşən ofisinə gedib Zərərçəkmiş şəxs 100.000 manat pul almış və bundan başqa onun adına olan mənzili Zərərçəkmiş şəxs satılmasına görə Tələtin özü Zərərçəkmiş şəxs adına ərizə yazmış və ərizə yazaraq bir daha təsdiq etmişdir ki, o, Zərərçəkmiş şəxs 150.000 manat pul alaraq onun adına olan ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət və 023741 nömrəli orderi olan 7 nömrəli mənzili onun tərəfdən verilmiş AR№ 121229 nömrəli etibarnamə əsasında satmışdır. Mənzilin sənədləşmə işləri başa çatdıqdan sonra mənzilin Zərərçəkmiş şəxs adına keçməsinə o, və əri Təqsirləndirilən şəxs etiraz etməmişdir. İşləri alınmadığı üçün əri Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs olan 100.000 manat borcunu qaytara bilməmişdir və Zərərçəkmiş şəxs söz verdiyi onun adına olan ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzili Zərərçəkmiş şəxs adına rəsmiləşdirməmişdir. Əri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan söhbətlərdə və Tələtin Zərərçəkmiş şəxs 100.000 manat borca pul almasında iştirak etməmiş və o, bu haqda Tələt danışdıqdan sonra məlumatlı olmuşdur. Lakin onun adına olan mənzili əri Tələtin Zərərçəkmiş şəxs satmaq niyyətində olduğundan xəbərdar imiş və buna onun özü də razılıq vermişdir. Onun adına olan mənzil Zərərçəkmiş şəxs qohumu Şahid1 adına rəsmiləşdirilməli imiş və bu barədə əri Təqsirləndirilən şəxs və onun iştirakı ilə 21 saylı notariat kontorunda ərizə də yazmışlar və həmin ərizədə mənzilin Təqsirləndirilən şəxs vasitəsilə Şahid1 adına rəsmiləşdirilməsi üçün onun razılıq verdiyi qeyd edilmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. O, ifadə ilə bağlı heçnə deyə bilmir. Lakin, Tələt iki dəfəyə faktiki olaraq 100.000 manat pulu Turaldan almış, birinci dəfə 2 ay ərzində 125.000 manat pulu qaytarmış, ikinci dəfə qaytara bilməmişdir. O, bilmir nədən ötrü belə yazmış, onlar mənzili satmamış, onlar Turaldan borc götürmüşlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq həmin epizodla əlaqədar cinayət işinə əlavə edilmiş sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 04 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs satdığı Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 7-ni almaq qərarına gəlmiş, mənzilin çıxarışı olmadığından, Tələt mənzilin onun adına keçirilməsi üçün ərizə yazmış, o, bunun müqabilində ofisdə Təqsirləndirilən şəxs 150.000 manat pul vermiş, lakin, Təqsirləndirilən şəxs nə evi boşaltmamış, nə də onun pulunu geri qaytarmamışdır. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyun 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan və götürmə haqqında protokoldan görünür ki, 04 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞnin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Emin Quliyev tərəfindən Zərərçəkmiş şəxs təqdim etdiyi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş Şahid2 adına olan 21 avqust 2007-ci il tarixli 023741 nömrəli orderin, Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin və Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AR-İİ№121229 saylı etibarnamənin kserosurətləri, həmçinin 150.000 manat pul vəsaitinin alınması qeyd edilmiş Təqsirləndirilən şəxs adından yazılmış xx.xx.2020-ci il tarixli ərizə Zərərçəkmiş şəxs götürülmüşdür. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatından verilmiş 21 avqust 2007-ci il tarixli, 023741 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Həsənoğlu küçəsi, ev 10-da yerləşən 3 otaqlı, 57.1 kv. metr sahəsi olan mənzil 7-də Şahid2 yaşamaq hüququ verilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs yazılmış ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq; «… 20 sentyabr 2020-ci ildə Zərərçəkmiş şəxs 150.000 manat pul alaraq, yoldaşım Şahid2 adına olan Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10-da yerləşən 3 otaqlı, 023741 nömrəli orderli mənzilin ona yoldaşı tərəfindən verilmiş etibarnamə əsasında satdım. Mənzilin sənədləşdirilməsinə mən və yoldaşım etiraz etmirik. Gələcəkdə şikayətim olmayacaqıq... ” bildirmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid2 və Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarxili notarial qaydada təsdiq olunmuş ərizəsinin kserosurətindən görünür ki, sonuncular ünvan 1erləşən 3 otaqlı mənzilin Şahid1 adına özəlləşdirilməsinə heç bir etirazlarının olmadığını, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 avqust 2020-ci il tarixli, AR-İİ№121229 saylı etibarnamənin kserosurətindən görünür ki, etibar edən şəxs Şahid2 etibar edilən Təqsirləndirilən şəxs 50 il müddətinə -harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və.s digər hərəkətləri etməyi etibar etmişdir. Cinayət işinin 12-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs iştirakı ilə sonuncunun 20 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisi göstərərək, 150.000 manat pulu əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən 7 saylı mənzili almaq üçün verdiyini bildirmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 sentyabr 2022-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 150.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs alınması faktını təsdiq edən Təqsirləndirilən şəxs adından yazılmış xx.xx.2020-ci il tarixli ərizəyə Zərərçəkmiş şəxs iştirakı ilə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 150.000 manat pul vəsaitini ələ keçirməsi bir daha təsdiq edilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 150.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs alınması faktını təsdiq edən Təqsirləndirilən şəxs adından yazılmış xx.xx.2020-ci il tarixli ərizəyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs həmin ərizədə olan yazı xəttinin onun tərəfindən icra edildiyini təsdiq etmiş, bununla da baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 150.000 (yüz əlli min) manat pul vəsaitini ələ keçirməsi bir daha təsdiq edilmişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan 01 ədəd “CD” disk götürülmüşdür. Cinayət işinin 44-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 sentyabr 2022-ci il tarixli CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında protokoldan və cinayət işinin 93-95-ci vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında protokoldan görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə və 12 oktyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs iştirakı ilə səs yazıları olan CD diskə baxış keçirilmişdir. Baxış zamanı "CD" diskdə səs yazılarının 11 ədəd faylda yerləşdirilmişdir. Əvvəlcə "CD" diskdə olan diktorların səsləri Zərərçəkmiş şəxs dinlənilməyə təqdim edilmiş, səs yazısı olan şəxslər "A" va "B" (kişi diktorları) hərfləri ilə qeyd olunmuşdur. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; Diskdaki 1-ci faylda olan nitqlərin məzmunu: A:”Salam qonşum, xəbər var, inşallah görüşəcik, normalnı görüşəcik, özüdə elə belə söhbət eləməyə görüşməyəcik narahat olma, xəbər var, baş üstə, həftənin ikinci günü.” Diskdaki 2-ci faylda olan nitqlərin məzmunu: A: “Salam Tural qardaş, düşdüm maşına zada baxdım, orda yoxuydun, prosto Tural lazım bilsən çağır gələcəm, boş boşuna niyə görüşürük ki, pul olsun, pul ayın axırına kimi olacaq, ayın axır günlərinə qədər olacaq, bəlkə ondan tez olacaq, çalışacam, vuruşacam, nəsə bir şey eliyəcəm, eliyirəm də uje, bunu dalne eliyirəm ki, sənnən mənim pis münasibətimiz yaranmasın, yəni yaranmağa da qoymaram, bu müharibə dövrü oldu, ona görə də çox əziyyət çəkirəm, pula ev almamışam, işin üstünə buraxmışam, onu da götürüm sənə çatdıracam, narahat olma qurban olum sənə, bir balaca döz, özü də tıncıxdırma, vəziyyəti ağırlaşdırma, vallah alacağımı da ala bilmirəm, olan şeyimi də sata bilmirəm, heç nəyi əldə eləmək olmur, tak çto sən döz, mən sənə çatdıracam, milyon faiz çatdıracam, almışam, böyük kişilik eləmisən, qardaşlıq eləmisən, allah canını sağ eləsin, vəziyyətdi, çıxacıq bu polojeniyadan, darixma qurban olun sa.” Diskdəki 3-cü faylda olan nitqlərin məzmunu: A: “Canım qardaşım Tural, qonşum, gözəl insan, bu gün mən Azərbaycan xaricindǝyǝm, mən bu gün sənlə görüşəsiydim, amma bir on gün, on iki gün işim uzandı, Azərbaycan döyləm, gələn kimi yanına gələcəm, hər şey boyevoy olacaq, narahat olma mənim qardaşım, bir balaca da döz, məndən asılı olmayan səbəblərə görə, xahiş eliyirəm hövsələli ol, qurban olun sa, sağol öpürəm səni. ” Diskdəki 4-cü faylda olan nitqlərin məzmunu: A: “Tural salam mənim qardaşım, canım qardaşım mən bilirəm səni pis vəziyyətə saldım, orda arada olan 3 manat, beş manat, əlli minnən, on minnən, yüz minnnən söhbət getmir, prosto dirənmişəm vot vot qurtarıram, qurtarmışam demək olar, nə olar sabah bu gün təzə iş başlayacaq, qoy iş başlayan kimi mən heç kim heç nə vermir ki, sabah axşam, yada birisi gün səhər mən sa zəng eliyim, gəlirəm Bakıya, bu şeyləri tamamlayaq, qurban olum sa, bayram qurtaran kimi bu işin dalıncayam da, ayrı işim yoxdur, ən birinci pulları qurtarmaqdı mənim qardaşım, qurban olum sa, öpürəm, bağrıma basıram, götürmədin deyəndə zanit olmuşam, yanımda olmuyub telefon, sənin telefonunu götürməmək ən pis işdir, sənin kimi qardaşın sənin kimi hörmət qoyan qardaşın, allah balanı saxlasın, ömrünü uzun eləsin, bir balaca, bir balaca toxta, vsyo, qurban olum sa, sagol öpürəm səni.” Diskdaki 5-ci faylda olan nitqlarin məzmunu: A: “Tural sagol mənim qardaşım, inan allaha svazini çıxacam canım üçün, nə qədər damarımda, damarımda qan axırsa onun ödəməsini yapacam sa, bir hövsələli ol, sağol, dünyanın pis vaxtına ilişmişəm, nəsə da uje ucundadı, qurban olum sa, özüm sa zəng eliyəcəm qardaşım sağol.” Diskdəki 6-cı faylda olan nitqlərin məzmunu: B: “İnşallah, inşallah, sən canın tezləşdir, mən bu işimi qurtarım, misiyamı qurtarım tez bağlıyım bu məsələni. ” Diskdaki 7-ci faylda olan nitqlarin məzmunu: A: “Telefonu da götürəcəm, yanına da gələcəm, pulunu da verəcəm qurban sa, bir hövsələn olsun, xahiş eliyirəm, gücüm qalmayıb, tükənmişəm a kişi, qurban olum sa, o qədar hörmətdi adamsan heç nə də deyə bilmirəm, haqqını olan tələb eliyirsən, həmdə ki, yaxşılıq elədiyin yerdə yamanlıq gördün, mən özümün müəyyən səhvim var, çatdıra bilmirəm, verə bilmirəm, bu gün sabah dedim uzatdılar, daha qurtarmışam qurban olum sa bir balaca da döz, qurvan olum sa. ” Diskdəki 8-ci faylda olan nitqlarin məzmunu: B: “Qardaş dünən görüşdük, dedinki Tural bir gün vaxt ver mənə şey eliyək yoluna bu gündə yığıram sani telefonu götürmürsən, bir birimizlə məzələnmək kimi çıxır qoyaq, belə olmur axı, telefona cavab ver gəl görüşək, dediyim kimi məsələni ya o özdü,ya bu üzdü bitirək qurtarsin getsin.” Diskdəki 9-cu faylda olan nitqlərin məzmunu: A: “Salam mənim qonşum Tural müəllim, bax bu oxuyuram başa çatdıra bilmirəm, o qədər çətin gəlir, amma ayın axırına kimi sənlə qucaqlaşacıq, ayrılacağıq, bir həftə qalıbdı döz qurban olum sa, işimin üstündəyəm həll eliyirəm, xahiş eliyirəm bir balaca terpeniyan olsun, ürək sındırası şeylər bir birimizə demiyək, sabah birisi gün bu şeylər qurtarır uje, qurtarmaqdan ötəri hərəkət eliyirəm, qurban olum bir balaca hövsələn olsun, xahiş edirəm səndən hövsələn olsun, galıb ayın axırına biz görüşəcəyik, qurban olum sa, hövsəlǝli ol mənim iki gözüm, qardaşım, ayın iyirmi biridir bu gün, öpürəm səni hövsələli ol.” Diskdəki 10-cu faylda olan nitqlərin məzmunu: A: “Tural möhkəm davleniyam qalxmışdı ona görə, indi də var, amma danışa bilirəm, həftənin ikinci günü səhər ordayam, 11-3, 12-yə görüşərik, nator istiyirsən elə həll eliyərik qurban olum sa, ya bir gün, iki gün gözlə, pul zad olacaq verǝcəm, nədi verim də, səni də incidirəm, qurban olum sa həftənin ikinci gününə kimi çatdıracam, uzağ başı üçüncü günə kimi orda olacam, sağol mənim qardaşım sağol.” Diskdəki 11-ci faylda olan nitqlərin məzmunu: A: “Səhər səhər düşəndə yarım saat qabaq düş, yarım saat qabaq zəng elə mən düşəcəm aşağı, əmini də çağır düşəcəm mən, amma yarım saat qabaq zəng elə, istəyirsən bir saat qabaq zəng elə, səhər mənə vaxt ayır, axşam sən işdən gec gəlirsən, gecdə mən saat 10-da, on birin yarısına mən yatmış oluram, səhər saat 6-dı, 5-də mən oyağam, mən kənd adamıyam, rayon adamıyam, 12,1-5 kimi dura bilmirəm, vərdişdir, 10da yatıram, 10-nun yarısı yatıram, saat beşə kimi, siz isə saat birə, ikiyə kimi apar gətir eliyirsiz,mənlə sizinki uyğun gəlmir, ona görə də səhər düşəndə yarım saat qabaq düş mənim qardaşım zəng elə düşəcəm aşağı, sağol.” Baxış zamanı Zərərçəkmiş şəxs diskdə olan nitqlərin onun özünə və Təqsirləndirilən şəxs məxsus olduğunu, belə ki, baxış protokolunda "A" hərfi ilə qeyd edilən kişi nitqinin Təqsirləndirilən şəxs və "B" hərfi ilə qeyd edilmiş kişi nitqinin isə onun özünə məxsus olduğunu qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ilə diskə baxış zamanı diskdə olan nitqlərin onun özünə və Zərərçəkmiş şəxs məxsus olduğunu, belə ki, baxış protokolunda "A" hərfi ilə qeyd edilən kişi nitqinin onun özünə, "B" hərfi ilə qeyd edilmiş kişi nitqinin isə Zərərçəkmiş şəxs aid olduğunu bildirmişdir. Cinayət işinin 97-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs “Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında onun yaşadığı ünvanda, yəni ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilini satdığını Təqsirləndirilən şəxs özündən eşitmiş və həmin mənzili Təqsirləndirilən şəxs özü almaq qərarına gəlmiş, bu barədə Təqsirləndirilən şəxs ilə söhbət edən zaman ona məlum olmuşdur ki, həmin mənzil Təqsirləndirilən şəxs arvadı Şahid2 adınadır. ...Təqsirləndirilən şəxs satmaq niyyətində olduğu mənzilin onun arvadı Şahid2 adına olmasını təsdiq edən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs ona verdiyi 023741 nömərli, 03 avqust 2007-ci il tarixli orderin surətini Təqsirləndirilən şəxs ona təqdim etdikdə həmin mənzilin Şahid2 adına olduğunu görüb Təqsirləndirilən şəxs mənzilin satılması barədə həyat yoldaşı Şahid2 da xəbərinin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şahid2 və ailə üzvlərinin mənzilin satılmasından xəbərləri var. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 4işinin 4-cü mərtəbəsindəki 57.1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin 150.000 manata ona satılması barədə onun sədri olduğu "xxxx" MTK-ya onun adına ərizə yazmışdır. Tələtlə razılaşmaya görə Tələt həmin mənzili onun bibisi oğlu Şahid1 adına rəsmiləşdirməli və gələcəkdə isə evi bibisi oğlu Şahid1 onun adına rəsmiləşdirilməli imiş. Təqsirləndirilən şəxs demişdir ki, bibisi oğlu Şahid1 adına arvadı Şahid2 adından notarial qaydada təsdiq edilmiş ərizəsini gətirib ona göstərsin. ...20 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun qeyd etdiyi ünvanda yerləşən ofisinə gəlmişdir və həmin vaxt Şahid1 da onun yanında imiş. Təqsirləndirilən şəxs elə həmin günü Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş Şahid2 və Təqsirləndirilən şəxs adına olan 24 avqust 2020-ci il tarixli ərizəni ona təqdim etmiş və o, ərizə ilə tanış olanda görmüşdür ki, ərizədə Şahid2 və Təqsirləndirilən şəxs Şahid2 adına olan ünvan 4işinin 4cü mərtəbəsindəki 57.1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin bibisi oğlu Şahid1 adına özəlləşdirilməsinə icazə verib. O, Şahid1 yanında həmin günü, yəni 20 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanda yerləşən ofisində 150.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan 150.000 manat pulu aldıqdan sonra onun adına ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin ona 150.000 manata satılması barədə yenidən ərizə də yazıb imzasını çəldikdən sonra həmin ərizəni ona təqdim etmişdir. ...Bundan sonra Təqsirləndirilən şəxs mənzillə bağlı onun bibisi oğlu Şahid1 adına Əmlak Komitəsindən çıxarış alıb almadığını soruşduqda Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanlər gətirib Şahid1 adına mənzillə bağlı çıxarış alacağına söz versə də çıxarış almamış və alqı-satqı da etməmişdir. Təqsirləndirilən şəxs mənzilə dair alqı-satqı və çıxarış almadığını görüb və Tələtin onu aldatdığını hiss edib Tələtdən 150.000 manat pulunu tələb etmiş, lakin Tələt hər dəfə müxtəlif bəhanələr edərək onu aldadaraq ondan aldığı 150.000 manat pulu ona geri qaytarmamışdır. ” bildirərək, istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 145-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 “...Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında yaşadığı ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzili satdığı üçün dayı oğlu Zərərçəkmiş şəxs həmin mənzili almaq fikrinə düşmüşdür. Həmin mənzil Təqsirləndirilən şəxs arvadı Şahid2 adına imiş. ...Dayısı oğlu Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs onun yanında Turalın ofisində olarkən onlar öz aralarında söhbət edən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 və ailə üzvlərinin mənzilin satılmasından məlumatlarının olduğunu Turala demişdir. Təqsirləndirilən şəxs ilə dayısı oğlu Zərərçəkmiş şəxs aralarında olan razılaşmaya görə həmin mənzil əvvəl onun adına rəsmiləşdirilməli və gələcəkdə isə o, həmin mənzili dayısı oğlu Zərərçəkmiş şəxs adına rəsmiləşdirməli imiş. Dayısı oğlu Zərərçəkmiş şəxs söhbət zamanı Təqsirləndirilən şəxs demişdir ki, onun adına arvadı Şahid2 notarial qaydada təsdiqlənmiş razılıq ərizəsini gətirib ona göstərsin. ...20 sentyabr 2020-ci il tarixdə Turalın ofisində olan zaman Təqsirləndirilən şəxs də ofisə gəlmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiq edilmiş Şahid2 və Təqsirləndirilən şəxs özünün adına olan 24 avqust 2020-ci il tarixli ərizəni Turala vermiş və Tural ərizə ilə tanış olanda görmüşdür ki, ərizədə Şahid2 və Təqsirləndirilən şəxs Şahid2 adına olan ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin onun adma özəlləşdirilməsinə icazə verib. Dayısı oğlu Tural Təqsirləndirilən şəxs verdiyi ərizə ilə tanış olduqdan sonra həmin günü, yəni 20 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanda yerləşən ofisdə 150.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun dayısı oğlu Turaldan 150.000 manat pulu aldıqdan sonra ünvan 4işinin 4-cü mərtəbəsindəki 57.1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin Zərərçəkmiş şəxs 150.000 manata satılması barədə ərizə yazıb imzasını çəldikdən sonra həmin ərizəni dayısı oğlu Zərərçəkmiş şəxs vermişdir. ...Tural Təqsirləndirilən şəxs mənzillə bağlı onun adına Əmlak Komitəsindən çıxarış alıb-almadığını soruşduqda Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirib onun adıa mənzillə bağlı çıxarış alacağına söz versə də çıxarış almamışdır və alqı-satqı da etməmişdir. ” bildirərək, istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 141-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və potokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, 150.000 manat pul vəsaitini ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzilin ona satılması məqsədilə Təqsirləndirilən şəxs verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10 ünvanında yerləşən ofisi əyani olaraq göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərkən, özünü elan olunmuş ittihamda təqsirli bilməyərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən evi Zərərçəkmiş şəxs satmamış, onun pula ehtiyacı olduğundan, həmin mənzili girov qoymuş, Zərərçəkmiş şəxs dediyi qaydada ərizə yazaraq evin Əlnur adlı şəxsin adına özəlləşdirilməsi barədə ərizə vermiş, o, Zərərçəkmiş şəxs 100.000 manat faizə pul götürmüş, 50.000 manat həmin pulun faizi olmuş, istintaq dövründə Zərərçəkmiş şəxs 10.000 manat qaytarmış, 90.000 manat pulu da 2-3 ay ərzində qaytaracaq. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə ərəfəsində verdiyi ifadələr tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyətlər yaratmağla cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəlməyə çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verərək bildirmişdir ki, 2018-ci ildə Zərərçəkmiş şəxs eyni üsulla faizlə 100.000 manat borc pul götürmüş və 2 ay sonra ona 125.000 manat qaytarmışdır. Pulun götürülməsi barədə məhkəməyədək icraat zamanı müstəntiqə bildirmiş, lakin sonuncu naməlum səbəblərdən həmin faktı dindirmə protokolunda qeyd etməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr mübahisəlidir, bir-biri ilə ziddiyyətlər təşkil edir və həqiqiliyi şübhə doğurur. Öz ifadələrinə Təqsirləndirilən şəxs Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200.000 manat 36 ay müddətinə kredit götürməsi barədə 15 mart 2018-ci il tarixli DEN- A0025-0518A nömrəli kredit müqaviləsini təqdim edərək bildirmişdir ki, həmin dövrdə ona pul lazım imiş bu səbəbdən kredit götürmüşdür. Göründuyü kimi, Təqsirləndirilən şəxs güya Zərərçəkmiş şəxs 25 və ya 50 faizə borc pul götürməsi barədə ifadələri sonuncunun həmin dövrdə "xxxx" bankdan daha az və sərfəli 16 faizlə 200.000 manat pul götürməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxs sonradan düşünülmüş müdafiə strategiyası quraraq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün öz mülahizəsinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif etmişdir. Həmçini məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun arvadı Şahid2 dəflərlə vurqulamışdılar ki, onlar Zərərçəkmiş şəxsla mənzilin alqı satqı müqaviləsi yox, borc müqaviləsi bağlamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarına görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində borc müqaviləsinin anlayışı verilmişdir. Belə ki MM-nin 739-cu maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs yazılmış ərizənin məzmununa əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ərizə yazaraq “20 sentyabr 2020-ci ildə Zərərçəkmiş şəxs 150.000 manat pul alaraq, yoldaşım Şahid2 adına olan Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10-da yerləşən 3 otaqlı, 023741 nömrəli orderli mənzili ona yoldaşı tərəfindən verilmiş etibarnamə əsasında satdım. Mənzilin sənədləşdirilməsinə mən və yoldaşım etiraz etmirik. Gələcəkdə şikayətim olmayacaq. ” bildirmişdir. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş əlyazma ilə olan ərizə Təqsirləndirilən şəxs təqdim edilmiş, cavab olaraq Təqsirləndirilən şəxs həmin ərizənin onun tərəfindən, onun xəttiylə yazıldığını bildirmişdir. Həmçinin, cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid2 və Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarxili notarial qaydada təsdiq olunmuş ərizəsinin kserosurətindən görünür ki, həm Şahid2, həm də Təqsirləndirilən şəxs ünvan 1erləşən 3 otaqlı mənzilin Şahid1 adına özəlləşdirilməsinə heç bir etirazlarının olmadığını, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. Notarial qaydada təsdiq olunmuş həmin 24 avqust 2020-ci il tarixli ərizə məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs və Şahid2 təqdim edilmiş, sonuncular hər ikisi həmin ərizədən məlumatlı olub, notariusa ailəlikcə gedərək həmin ərizəni imzaladıqlarını bildirmişlər. Göründüyü kimi məhkəmədə tədqiq olunmuş sənədlər heç də həmin sənədlərin mülki əqdin (borc müqaviləsinin) bağlanmasına aidiyyəti olduğuna dəlalət etmir, əksinə həmin sənədlərin mənzilin alqı-satıqısını bir daha sübut edir. Bundan başqa, məhkəmə prosesində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulun bir hissəsini, yəni 100.000 manatını götürdüyünü etiraf edərək, Zaqatala rayonunda ferma saxladığını və zərərçəkmişdən pulu götürdükdən sonra rayonda baş vermiş təbii-fəlakətə görə pulu Zərərçəkmiş şəxs ödəyə bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala rayonunda baş vermiş təbii-fəlakət hadisənin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs pulun qaytarılması öhdəliyindən azad etmir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, “...həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun yanında və onun iştirakıyla 100.000 manat pul almış, daha sonra pul gecikdiyi üçün Tural müəllim onun yanında və onun iştirakıyla Tələtdən ofisinə çağırıb 150.000 manat pul istəmişdir. ...” Daha sonra, məhkəmə iclasında Şahid2 proses iştirakçılarının suallarını cavablandırarkən, ümumiyyətlə Tural müəllimi görmədiyini və tanımadığını bildirmiş, sonra isə yenidən fikrini dəyişdirərək, səhv saldığını, onun yanında və onun iştirakıyla Tələtin pulu Turala vemədiyini yenidən düzəliş edərək qeyd etmişdir. İstintaq dövründə də Şahid2 yenə də fərqli ifadə vermişdir. Belə ki, cinayət işinin 152-155-ci vərəqələrində olan izahatında Şahid2 aşağıdakıları göstərmişdir: «…ünvan 4işinin 4-cü mərtəbəsindəki 57,1 kv/metr sahəsi olan 3 otaqdan ibarət 7 nömrəli mənzili Zərərçəkmiş şəxs satmaqla və Turalın adına sənədləşdirilməsinə onun özü razı imiş. Göründüyü kimi Şahid2 həm istintaq, həm də məhkəmə araşdırması zamanı bir-biri ilə tamamilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin tələblərinə görə, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 20-ci maddəsinə görə, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Şahid2 həyat yoldaşı təqsirləndirilən şəxs X4 əleyhinə yaxın qohumu kimi ifadə verməmək hüququndan istifadə edərək, həyat yoldaşı Təqsirləndirilən şəxs ağır cinayət əməlində ittiham olunduğunu şüurlu şəkildə dərk edərək və sonuncunu müdafiə etmək məqsədilə müxtəlif ziddiyyətli ifadələr verməklə Təqsirləndirilən şəxs əməllərini ört-basdır etməyə cəhd etmişdir. Həmçinin, istintaq dövründə Zərərçəkmiş şəxs CD disk təqdim edərək Təqsirləndirilən şəxs ilə onun arasında baş vermiş telefon danışqıları olduğunu bildirmişdir. Həmin CD diskə istintaq dövründə həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncular həqiqətən həmin səslərin onlara aid olmasını bildirmişlər.Səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs bütün danışqılarında pulun olacağını, pulu qyataracağını, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan çəkinir, Zərərçəkmiş şəxs isə pulun qaytarılması üçün vaxt verir. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla evin satılması barədə notarial qaydada təsdiq edilmiş ərizə verən zaman, əslində evi satmaq fikri olmamış, sadəcə öz cinayətkar niyyətini pərdələmək məqsədilə, yəni, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncuya məxsus külli miqdarda pul vəsaitini əldə etmək üçün zərərçəkmiş şəxsə yalan vədlər verərək, hər hansı öhdəliyin yerinə yetirilməsinə yox, aldatma yolu ilə özgənin əmlakını əvəzsiz ələ keçirmişdir. Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 01 mart 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsədn şikayətçi olduğunu, ona dəymiş maddi ziyan 140.000 manatı, 10.000 manat mənəvi zərərin ödənilməsini Təqsirləndirilən şəxs tələb etmişdir. Cinayət işinin 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyandan 14 noyabr 2022-ci ildə 10.000 manat pul vəsaitini ödəmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyandan ödədiyi 10.000 manat Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 3277 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 22 sentyabr 2022-ci il tarixli, 8861 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59.1.14 -cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası vurulmuş maddi ziyanın külli miqdarda olmasını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cu il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, «Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakcılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir». Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 50-ci vərəqəsində olan Bakı şəhəri Nərimanov Rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 07 sentyabr 2022-ci il tarixli məcburi gətirmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına gəlməsi barədə məlumat verilsə də, gəlmədiyindən sonuncu barəsində məcburi gətirmə tətbiq edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan Bakı şəhəri Nərimanov Rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 01 oktyabr 2022-ci il tarixli şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan Bakı şəhəri Nərimanov Rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 01 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 67-ci vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan Bakı şəhəri Nərimanov Rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 11 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarından görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin 130-136-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 4(005)-1108/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 13 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan 140.000 (yüz qırx min) manat, 10.000 (on min) manat mənəvi ziyan və dövlət rüsumu olan 440 (dörd yüz qırx) manat pulun Təqsirləndirilən şəxs tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia qismən təmin olunmalı, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 140.000 (yüz qırx min) manat maddi ziyan və dövlət rüsumu olan 440 (dörd yüz qırx) manat pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. 10.000 manat mənəvi ziyanla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya əbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi il bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noybr 2008-ci il tarixli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən 10.000 manat mənəvi ziyanla bağlı mülki iddiasının həmin hissəsi baxılmamış saxlanılmalı və mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsindən daxil olmuş 19 sentyabr 2022-ci il tarixli, 016-118566-1222 saylı məktubdan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 12 oktyabr 2022-ci il tarixli, **********54 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şhəəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Verilmiş mülki iddia qismən təmin olunsun, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 140.000 (yüz qırx min) manat maddi ziyan və dövlət rüsumu olan 440 (dörd yüz qırx) manat pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən 10.000 manat mənəvi ziyanla bağlı mülki iddiasının həmin hissəsi baxılmamış saxlanılsın və mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar