Məhkəmə qərarları › İş №1(101)-871/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-871/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-871/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki, ünvan 2 ünvanda yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq killi miqdarda narkotik vasitə heroin və metodon tərkibli dərman preparatını əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamışdır. Belə ki o, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1029,166 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd konvalyutda 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş və təsiridici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli dərman preparatını alaraq əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış və 24 may 2023-cü il tarixdə saat 11:00-da Suraxanı Rayon Polis İdarəsinin NMB-nin və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda 1 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,844 qram, 0,678 qram, 0,41 1 qram, 0.562 qram. 0.652 qram, 5,813 qram, 0,496 qram, 0,672 qram, 0.259 qram və 0.667 qram olmaqla ümumi təmiz çəkisi 11,766 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd konvalyutdakı 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş və təsiridici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüş və əməliyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman həmin evin yataq otağından bağlamada təmiz çəkisi 1017,4 qram qəhvəyi rəngli tozşəkilli maddə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, nəvəsi vardır, ailəsi böyükdür, özü isə narkotik vasitə istifadəçisidir. Bu səbəblərdən 1 həftəlik qalmaq üçün Mədən küçəsində yerləşən ünvansız evə getmişdir. 24 may 2023-cü il tarixdə, səhər saat 8-ə qalmış çıxıb işə getmək istəyərkən 6-7 nəfər polis əməkdaşı həmin evin taxta qapısını sındıraraq evə daxil olmuş, evə qonaq qismində gəlmiş Seymur adlı şəxslə birgə döyülədöyülə Günəşli qəsəbəsinə aparılmışdır. Saxlanılan zaman “metadon” narkotik vasitəsinin təsiri altında olmuşdur. “Heroin” adlı narkotik vasitə və “metamfetamin” adlı psixotrop maddəsindən istifadə etmir. Onunla birgə saxlanılan Seymur adlı şəxs də narkotik vasitə istifadəçisidir və saxlanılarkən “heroin” narkotik vasitəsindən istifadə etmişdir. Seymura ondan fərqli olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ittiham irəli sürülmüş və o sərbəst buraxılmışdır. Nə saxlanılarkən üzərindən aşkar edilmiş 11 bükümdə narkotik vasitə, nə evdən götürülmüş 1 kiloqram narkotik vasitə, nə də elektron tərəzi ona aid olmamış, 25 manata kimdənsə narkotik vasitə əldə etməmişdir. İbtidai istintaq dövründə polis əməkdaşları tərəfindən həm də psixoloji təzyiqə məruz qalmış, ona ailəsi və qızı ilə hədə-qorxu gəlinmiş, evdə videoçəkiliş aparılarkən İranlı adlı şəxs tərəfindən narkotik vasitənin ona saxlanılmaq üçün verilməsini bildirməsinə məcbur edilmiş, ona qarşı təhqiramiz ifadələr işlənilmişdir. Ona qarşı irəli sürülən ittihamın səbəbi rəisin vəzifəsinin qaldırılması olmuşdur. Evə baxış keçirilərkən evin sahibinə həmin evə daxil olmağa icazə verilməmişdir. Narkotik vasitə polis əməkdaşları təfərindən onun yaşadığı evə qoyulmuşdur. Ona aid olması ilə razılaşdığı narkotik vasitənin növünü bilməmiş, həmin maddənin “heroin” olmasını sənədlərə yazıldıqdan sonra bilmişdir. O, həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməyəcəyi təqdirdə 10 kiloqram narkotik vasitənin də onun üzərinə qoyulacağı bildirilmişdir. “Metadon” narkotik vasitəsini bazardan almış, onda ancaq “metadon” narkotik vasitəsi olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, bir müddətdir ki, narkotik maddə heroin və metadondan istifadə edir. 24 may 2023-cü il tarixdə internetdə tanış olduğu İran vətəndaşı olan Əli adlı şəxsdən onlayn qaydada bir qramı 25 manatdan olmaqla narkotik vasitə heroin və bir ədəd metadon dərmanını almış, bir qismini hissələrə bölüb özü istifadə etmək üçün üzərində saxlamış, qalan hissəsini isə yaşadığı evində yataq otağında gizlətmişdir. 24 may 2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı evinin yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək kimliyi ilə maraqlandıqda özünü təqdim edib Təqsirləndirilən şəxs olduğun bildirmişdir. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, xidməti otaqda şəxsiyyəti müəyyən olunduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil təyin edilmişdir. Video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində olan 11 ədəd bükümü və bir ədəd metadon dərmanını, əynindəki cins şalvarın sol yan cibindən isə içərisində bir ədəd “Samsung” markalı mobil telefon, içərisində bir ədəd «Bakı kart» kartını, bir ədəd “Kapital bank”a məxsus bank kartını və Türkiyə Cumhuriyyətindən aldığı sürücülük vəsiqəsi olan pul kisəsini çıxarıb təqdim etmiş, bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, bir ədəd həbin isə metodon olduğunu, heroini və həbi Əli kimi tanıdığı İran vətəndaşından qramını 25 manata olmaqla onlayn qaydada öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi 11 ədəd bükümdə olan narkotik vasitə heroin, bir ədəd dərman preparatı və bir ədəd mobil telefon götürülərək bir ədəd zərfə qablaşdırılaraq götürülmüş, zərfin üzəri möhürlənmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma özünün təqdim etdiyi əşyalardan və vasitələrdən başqa heç nə aşkar edilməmişdir. Üzərindən 11 ədəd bükümdə olan narkotik vasitə heroin, bir ədəd dərman preparatı və bir ədəd mobil telefonun götürülməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olmuş, protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdar. Yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazaraq təqdim etmiş, özünün və müdafiəçinin iştirakı ilə yaşadığı ünvan 8 ünvanda yerləşən mənzilə baxış keçirilmişdir. Evinə baxış zamanı evinin yataq otağında yataq dəstinin üstündən bir ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Həmin bağlamanın narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni də 24 may 2023-cü il tarixdə İran vətəndaşı Əli adlı şəxsdən onlayn qaydada qramını 25 manatdan öz şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı evdəsaxladığını bildirmişdir. Yaşadığı evindən aşkar edilmiş həmin 01 ədəd bağlama götürülərək bir ədəd zərfə qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun məzmunu ilə tanış olmuş, möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. İbtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti, həmçinin həmin ifadələrin təqsirləndirilən şəxs tərəfindən imzalanmamasını sonuncu həmin ifadələri yazıb oxuya bilməməsi ilə əlaqələndirmişdir. Döyülməsi ilə bağlı həm İstintaq Təcridxanasına daxil olarkən, həm də barəsində həbs qətimkan tədbiri seçilərkən məlumat verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Şahid1 daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmiş, əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Bakı şəhəri Suraxanı rayonu 2-ci Mədən adlanan ərazidə olarkən Ruslan gördüyü şəxsin Təqsirləndirilən şəxs bənzədiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsi Polis Bölməsinə dəvət etmişdirlər. Polis Bölməsində vəkil dəvət edildikdən sonra təqsirləndirilən şəxsin üzərinə çəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı şəxsin üzərindən 10-15 büküm narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Eyni zamanda təqsirləndirilən şəxsin üzərində psixotrop maddə olan “M40” “metadon” maddəsi aşkar olunmuş, təqsirləndirilən şəxs evində də narkotik vasitə saxladığını bildirmişdir. Evə baxış zamanı çarpayının altından da narkotik vasitə və tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, Seymur adlı şəxsi tanımamışdır. Təqsirləndirilən şəxsə hansısa fiziki və psixoloji təzyiq olunmamış, sonuncunun üzərindən aşkar edilən narkotik vasitəni öz istifadəsi üçün 1 qramını 20-25 manata olmaqla İran İslam Respublikası vətəndaşından sosial şəbəkə vasitəsilə əldə etdiyini bildirmişdir. Videoçəkiliş vasitəsilə evə baxış keçirilməsi zamanı Elman evdən aşkar edilən narkotik vasitənin Əli adlı İran vətəndaşının ona verdiyini, sonuncunun göstərişinə əsasən həmin narkotik vasitəni özündə saxlamasını, bir nəfər şəxsin ona 100 manat verərək həmin narkotik vasitəni ondan götürəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 24 may 2023-cü il tarixdə əməliyyat məlumatı əsasında 2-ci Mədən adlanan ünvanda Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxsin evi əməliyyat məlumatına əsasən müəyyən edilmiş, onlar təqsirləndirilən şəxsi evinə yaxın olan ərazidə saxlamışdırlar. Polis Bölməsində təqsirləndirilən şəxsin şalvarının cibindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilərkən aşkar olunaraq götürülmüşdür. Onlar təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunduqdan sonra onun evində çarpayının üzərində olan döşəyin altından da narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında elan edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında elan edilən şahid X3 ibtidai istintaq dövründə Təqsirləndirilən şəxsla üzləşdirilməsi protokollarından görünür ki, o, təxminən səkkiz aydır ki, narkotik maddə heroindən istifadə edir. O, Təqsirləndirilən şəxs 3-4 ildir ki, tanıyır və onun narkotik vasitə qəbul etdiyini bilir. Onlar bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişdirlər. Sonuncu dəfə o, 24 may 2023-cü il tarixində Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs əvəllər də şəxsi istifadəsi üçün bir neçə dəfə heroin istəmiş, onların bəzilərində bunun üçün Təqsirləndirilən şəxs pul vermiş, bəzilərində isə sonuncu heroini ona pay qismində vermişdir. Sonuncu dəfə də o, Təqsirləndirilən şəxs heroin götürdükdə pulu olmadığından Təqsirləndirilən şəxs onu pay kimi vermişdir. Sonradan isə o, həmin günü Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsində olarkən üzərinə şəxsi axtarış keçirdikdə Təqsirləndirilən şəxs götürdüyü heroini aşkar edilmişdir. Sorğu zamanı o polis əməkdaşlarına heroini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 24 may 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin dövrüyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 6). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 24 may 2023-cü il tarixli qərardan görünür ki, “Elman” adlı şəxsin şəxsiyyəti, narkotik vasitələri, psixotrop maddələri əldə edə biləcəyi və saxlayacağı ehtimal olunan yerləri müəyyənləşdirmək məqsədi ilə “Əməliyyat-axtarış fəaliyyəti” qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 8). Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 24 may 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 56-56a). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 may 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində 11 (on bir) ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli maddəni və 01 (bir) ədəd metodon dərman preparatına oxşar maddəni, həmçinin şalvarın sol yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, içərisində 01 (bir) ədəd Bakı kart, 01 (bir) ədəd Kapital banka aid kart və Türkiyə Cümhuriyyətinə məxsus sürücülük vəsiqəsi olan pul kisəsini təqdim etmiş, narkotik maddə heroini İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsdən onlayn şəkildə qramını 25 manata alaraq özünün istifadəsi və satması məqsədi ilə saxlayıb gəzdirdiyini, yaşadığı evdə də narkotik vasitə olduğunu və baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 1, iş vərəqə 33-34). Cinayət işinə əlavə edilmiş 25 may 2023-cü il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 1, iş vərəqə 36). “Mənzilə baxış keçirmə və maddi sübut götürmə haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, mənzilə baxış zamanı bir ədəd qara rəngli bağlama və elektron tərəzi aşkar edilmişdir (cild 1, iş vərəqə 39-40). Məhkəmə-kimyəvi ekspertizasının 25 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 171» dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs odlunun üzərindən aşkar edilərək götürülmüş maddi sübut Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki, bir ədəd kibrit qutuda 11 (on bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0, 844 qram, 0,678 qram, 0,411 qram, 0,562 qram, 0,652 qram, 5, 813 qram, 0,496 qram, 0,672 qram, 0, 259 qram, 0,667 qram ümumi təmiz çəkisi 11.766 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və konvalyutukdakı 1 (bir) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metodon tərkibli dərman preparatıdır. Bir ədədə həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. - Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş maddi sübut saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəli 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1017,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. – Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut saxlanılan şəxs E.T. Nəzərov (imza)” yazısı və imzalar olan zərfdə bir ədədə “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1029, 166qram (1 kq 29,166qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinlər, X3 üzərindən aşkar edilmiş heroinlə (25 may 2023-cü il tarixli 6/3002 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra təqsirləndirilən şəxsin üzərindən aşkar edilən 11 bükümdə narkotik vasitə heroinin qalıq çəkisi 11, 546, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin qalıq çəkisi 1017,2, 1 ədəd həbin qalıq əkisi ½ həb təşkil etmişdir. ( cild 1, iş vərəqə 44- 47). “Üzləşdirmə və dindirmə haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, şahid X7 və Təqsirləndirilən şəxs üzləşdirməsi zamanı X1 Elman Tapdıq oğlundan müxtəlif vaxtlarda narkotik vasitəni pay və satın aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə şahidə ona narkotik vasitəni pay qismində verməsi barədə ifadəsi ilə razılaşsa da ona narkotik vasitəni pulla satdığı halını təkzib etmişdir (cild 1, iş vərəəq 82-84). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş 11,766 qram narkotik vasitə heroinin, üzərində “F-M40” yazısı həkk olunmuş həbin, yaşadığı evindən aşkar edilərək gğtürülmüş 1017,4 narkotik vasitə heroinin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,546 qram narkotik vasitə heroin, 1017,2 qram narkotik vasitə heroin, üzərində “F- M40” yazısı həkk olunmuş həbin ½ hissəsi və bir ədəd elektron tərəzinin Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evə baxış videogörüntülərini əks etdirən 2 ədəd disk sübut növü kimi qiymətləndirilməklə cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 156-167). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada) 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və həmin Siyahının 13-cü bəndinə əsasən – təmiz halda 1,6 (bir tam onda altı) qram və daha artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, nə üzərindən, nə yaşadığı yerdən narkotik vasitə aşkar edilməməsi, keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən, evə baxış və götürmə istintaq hərəkəti zamanı evdən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə iclasında elan edilərək tədqiq edilən məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan və tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən zədə aldığını bildirsə də bədən səthinin müayinəsi zamanı yeni xəsarət və zədə izlərinin aşkar edilməmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 06 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı rayon prokurorluğuna müraciət daxil olmamış, ilkin yoxlama materialı araşdırılmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən 11,766 qram, yaşadığı evdən 1017,4 qram narkotik vasitə heroinin aşkar edilməsi barədə şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar yoxdur. Bu səbəbdən də həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olması işin mübahisəsiz halını təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarının son həddindən 6853 dəfə çox olmasını, X3 bəzən ondan pay qismində, bəzən pul müabilində narkotik alması barədə ifadələrini, təqsirləndirilən şəxsin həm üzərindən, həm yaşadığı evdən, həm də Seymur Həsənovdan aşkar edilən narkotik vasitə heroinin məhkəmə kimyəvi ekspertiza rəyinə əsasən eyni tərkibli olmasını, habelə yuxarıda sadalanan bütün digər sübutlar məcmusunu birgə qiymətləndirərək, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlu X5 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Nəzərov X4 rayon Xalq Məhkəməsinin 11 iyun 1999-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsini 208-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinmiş və 1 il müddətinə islah işləri cəzasina məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 10 may 2002-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 iyul 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 dekabr 2010-cu il tarixində Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2013-cü il tarixli hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 may 2019-cu il tarixində Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunun tətbiqi ilə CM-nin 234.4.2-ci maddəsi CM-nin 234.2-ci maddəsinə tövsüf edilmiş və cəzası 6 il 6 aya endirilmişdir. 25 may 2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 124-126). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayətin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün zəruri olan iki il müddətdən sonrakı müddətə təsadüf etdiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində mövcud olan cəzasını yüngülləşdirən halları, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 28), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 95-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vaitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstələyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs onun yaş həddi ilə əlaqədar olaraq məcburi müalicə tətbiq edilməsi mümkün deyildir(cild 1, iş vərəqə 138-139). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,546 qram təşkil edən narkotik vasitə heroin, 1017,2 qram təşkil edən narkotik vasitə heroin, üzərində “F-M40” yazısı həkk olunmuş həbin ½ hissəsi və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evə baxış videogörüntülərini əks etdirən 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46-49). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 216 ( iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,546 qram narkotik vasitə heroin, 1017,2 qram narkotik vasitə heroin, üzərində “F-M40” yazısı həkk olunmuş həbin ½ hissəsi və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə , habelə evə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 216 ( iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar