Məhkəmə qərarları › İş №1(101)-872/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-872/2020

11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-872/2020 11.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 22 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, 2 saylı ünvanda qonşusu və tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu itələyərək söyüş söyməsi səbəbindən yaşadığı evdən deşici-kəsici xassəyə malik mətbəx bıçağını götürərək qəsdən iki dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən və döş qəfəsindən bıçaqla zərbə endirməklə ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə-periton boşluğuna nüfuz edən, böyük piyliyin və nazik bağırsaq müsariqəsinin çoxsaylı deşilmiş-kəsilmiş yaralan ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısının arxa divarında daxilə-periton arxası sahəyə nüfuz edən və sol böyrəyin piy kapsulunun yaralanması ilə qeyd olunan bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hadisədən təxminən 7-8 ay əvvəl tanımış, belə ki, o özü anası ilə birlikdə hadisədən təxminən iki il əvvəldən Xətai rayonu, Ş.Sariyev küçəsi ev 2 ünvanında kirayədə yaşamış, İlham da hadisədən təxminən 7-8 ay öncə qonşuluğuna köçmüş və bundan sonra aralarında tanışlıq münasibəti yaranmışdır. Həmin müddət ərzində İlhamla mütəmadi olaraq görüşüb yaşadığı ünvanın yaxınlığında spirtli içki qəbul etmiş və günlərini keçirmişlər. xx.xx.2020-ci il tarixdə saat təxminən saat 19 radələrində İlhamla sonuncunun yaşadığı evin həyətində spirtli içki qəbul etmişlər. Hər ikisi spirtli içkinin təsirindən sərxoş olduqlarından aralarında sözlə mübahisə yaranmış və təxminən 5-10 dəqiqə mübahisə etdikdən sonra, evlərini kirayələdikləri Əfqan Əbdürrəhmanov onların yanına gələrək mübahisəni sakitləşdirmiş və o, İlhamın yaşadığı mənzildən çıxaraq öz evinə getmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində evdə televizora baxarkən evin qapısı bərk döyüldüyündən həyətə çıxıb, qapını açdıqda qapının döyənin İlham olduğunu görmüş və ondan nə baş verməsini soruşmuşdur. Bu zaman İlham ona, “dünən mübahisə zamanı sən mənə işverən demisən” deyib onunla mübahisə etməyə başlamışdır. O, İlhamı sakitləşdirməyə çalışaraq, ondan çıxıb getməsini xahiş etmişdir. Bu zaman İlham ona işə getdiyini, axşam işdən gəldikdən sonra mübahisəni davam etdirəcəyini bildirib çıxıb getmişdir. Həmin gün təxminən saat 14-15 radələrində yaşadığı mənzilin qarşısında siqaret çəkən zaman İlhamın işdən gəldiyini və spirtli içki qəbul etdiyi etdiyini görmüşdür. Bundan sonra İlham da onu görüb ona yaxınlaşaraq yenidən bir gün əvvəl ona dediyi söz üçün mübahisə etməyə başlamışdır. İlhama sərxoş olduğunu, həmin sözü ona qəsdən demədiyini bildirsə də, sonuncu onun sözlərinə əhəmiyyət verməmiş və mübahisə edərək, onun üzərinə gəlib ona əl-qol atmış və köynəyinin yaxasından tutaraq onu yaşadığı evə tərəf çəkməyə başlamışdır. İlhamın ondan əl çəkmədiyini görüb, mübahisənin uzanacağını və pis nəticələnəcəyini düşdündüyündən güclə sonuncunun əlindən çıxaraq yaşadığı evin həyətinə qaçaraq evin həyətində olan bıçağı götürərək İlhamın yanına gəlmişdir. Oraya çatdıqda İlhama xəbərdarlıq edərək,- “bir daha bu cür danışsan səni bıçaqla vuracam” deyə bildirmişdir. İlham isə onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam edib, yenidən onun üstünə gəlmişdir. Bu zaman artıq İlhamın əlindən qurtula bilməyəcəyini düşünüb, əsəblərini cilovlaya bilməmiş və əsəbləşərək bıçaqla İlhamın qarın nahiyəsindən bir dəfə vurmuşdur. İlhama xəsarət yetirdikdən sonra etdiyi hərəkətdən peşman olaraq əlində olan bıçağı yerə atmışdır. Həmin vaxt o, İlhama təcili tibbi yardıma zəng etməyi təklif etsə də, İlham onun təklifi ilə razılaşmayaraq özünün təcili tibbi yardıma gedəcəyini demiş və yola tərəf gedərək taksi ilə xəstəxanaya getmişdir. Bir müddət sonra polis əməkdaşları onun yaşadığı evə gələrək Polis İdarəsinə aparmışlar. Hadisə baş verməmişdən əvvəl həmin gün o öz evində tək spirtli içki qəbul etmiş, İlhamın hadisə vaxtı hərəkətləri və onun da sərxoşluğu səbəbindən özünü cilovlaya bilməmiş və İlhama bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Hadisə İlhamın yaşadığı evin həyətində baş verməklə, həmin vaxt onların yanında heç kim olmamışdır. Hadisə vaxtı İlham ona xəsarət yetirməsə də, ona tərəf əlqol atmış və köynəyinin yaxasından tutaraq onu dartmış və ondan əl çəkməmişdir. İlhamın əlindən ilkin olaraq qurtulduğu zaman evinə getdiyi halda, evdə qalaraq İlhamın oradan getməsini gözləməyərək, əlinə bıçaq alaraq yenidən İlhamın yanına getməsini hadisə vaxtı sərxoş olması ilə əlaqələndirir. Son olaraq göstərdi ki, törətdiyi əməldən dərhal sonra etdiklərindən peşman olmuş, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Göstərdiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisənin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə hadisədən təxminən 7-8 ay əvvəl Xətai rayonu, Ş.Sariyev küçəsinə köçdüyü zaman tanış olmuş, Tahir də yaşadığı küçədə yaşamaqla onlar qonşu olmuşlar. Tahirlə tanış olduqdan sonra onunla münasibəti yaranmış və Tahir də onun özü kimi spirtli içki düşkünü olduğundan mütəmadi olaraq görüşüb birlikdə spirtli içki qəbul etmişlər. xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində Tahir ilə küçədə görüşmüş və yaşadığı evin həyətinə gəlmiş və Novruz bayramını qeyd etmək üçün həyətdə Tahirlə əyləşib spirtli içki qəbul etmiş, ikisi də spirtli içkinin təsirindən sərxoş olmuşlar. Həmin vaxt spirtli içki içməyə davam etdikləri müddətdə sərxoş olduğu üçün aralarında sözlə mübahisə yaranmış və Tahirlə təxminən 5-10 dəqiqə mübahisə etmişlər. Mübahisənin gedişatında evlərini kirayələdikləri Əfqan Əbdürrəhmanov onların yanına gələrək, mübahisəni saktiləşdirmiş və bundan sonra Tahir onun yaşadığı evin həyətindən çölə çıxıb getmiş, o isə sərxoş olduğu üçün həmin günü evə daxil olub yatmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra evdə bir qədər spirtli içki içmiş və bu zaman Tahirlə əvvəlki gün mübahisə etməsini xatırlamışdır. Bundan sonra evdən çıxaraq Tahirin yaşadığı evə gedib, qapını döymüş, Tahir qapını açıb həyətə çıxaraq ondan nə üçün gəldiyini soruşmuşdur. Tahirə cavabında,- “dünən mübahisə zamanı sən mənə işverən demisən” deyə bildirmiş və sərxoş olduğu üçün Tahirlə mübahisə etməyə başlamışdır. Tahir isə onu sakitləşdirərək çıxıb getməsini bildirmiş, o da öz növbəsində işə gecikdiyi üçün çıxıb getmiş və Tahirə axşam işdən gəldikdən sonra mübahisəni aydınlaşdıracaqlarını bildirmişdir. Həmin gün təxminən saat 14-15 radələrində işdən çıxıb, yolda spirtli içki alıb içə-içə yaşadığı mənzilə qayıdarkən, Tahirin yaşadığı evin qarşısında sonuncunun yolda siqaret çəkməsini görüb Tahirə yaxınlaşmışdır. Bu zaman Tahirdən yenidən nə səbəbə görə əvvəlki gün onun ünvanına “işverən” ifadəsini işlətdiyini soruşub, onunla sözlə mübahisə etməyə başlamışdır. Mübahisə vaxtı özü sərxoş olduğundan Tahirin ona qarşı “işverən” ifadəsini işlətməsini danmasına görə daha da əsəbləşmişdir. Tahirlə bir neçə dəqiqə sözlə mübahisə edib onun köynəyindən tutaraq onu öz yaşadığı mənzilə tərəf aparmağa başlamış, lakin Tahir əlindən çıxıb yaşadığı evin həyətinə qaçmışdır. Bir neçə saniyə sonra Tahir əlində bıçaq onun yanına qayıtmış, bıçağı Tahirin əlində gördüyü zaman Tahirin ünvanına söyüş söymüş və onu döymək istəyib onun üstünə getmişdir. Tahiri bir neçə dəfə itələsə də, sonuncu yıxılmamış, bir-biriləri ilə yaxın təmas halında mübahisə edərkən Tahir əlində olan bıçaqla onun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Tahir təcili tibbi yardıma zəng etmək lazım olmasını desə də, o Tahirlə razılaşmayaraq özünün təcili tibbi yardıma gedəcəyini deyib, oradan yola tərəf getmişdir. Sonradan isə gözlərini xəstəxanada açmış, lakin xəstəxanaya hansı şəraitdə gəlməyini xatırlamamışdır. Xəstəxanada həkimlərə Tahirin tutulmağını istəmədiyi üçün tanımadığı şəxs tərəfindən bıçaqla vurulmağını demişdir. Əvvəllər Təqsirləndirilən şəxsla aralarında heç bir mübahisə və söz söhbət olmamış, aralarında mübahisə yaranmasına səbəb hər ikisinin sərxoş olmaları və Tahirin onun ünvanına “işverən” sözünü deməsinin ona pis təsir etməsi olmuşdur. Hadisə vaxtı o, Təqsirləndirilən şəxs vurub xəsarət yetirməmiş, sonuncunu köynəyinin yaxasından tutub dartmış, daha sonra isə əl-qol ataraq Tahiri itələmişdir. Hadisə onun yaşadığı evin həyətində olmuş və onların mübahisəsini kənar şəxslər görməmişlər. Tahirin əlindəki bıçağı ilk dəfə görəndə, Tahirin həmin bıçağı əlindən çıxıb evinə gedərək götürdüyünü başa düşmüş və həmin bıçaq gündəlik məişətdə istifadə olunan mətbəx bıçağına oxşamışdır. Tanışı Təqsirləndirilən şəxsla aralarında spirtli içkiyə görə belə bir hadisə baş verməsinə görə onun özü də peşman olmuşdur. Ayıq olsaydı Tahirlə heç bir zaman mübahisə etməzdi. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da həmin ünvanın yaxınlığında yerləşən 5-ci Əhmədli küçəsi ev 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 5-ci Əhmədli küçəsi 3 saylı ünvanda yerləşən torpaq sahəsində 3 evi olmaqla, həmin üç evdən birində özü ailəsi ilə yaşamış, digər iki evi isə tanıdığı şəxslərə kirayə vermişdir. Həmin evlərin birindən Təqsirləndirilən şəxs anası ilə, digər mənzildə isə Zərərçəkmiş şəxs tək yaşamışdır. Hadisə günündən təxminən 7 ay əvvəl İlham mənzili 120 manata kirayələmiş və orada yaşamağa başlamışdır. Sonrakı müddətdə Tahir və İlhamın həmişə xoş münasibətlərinin olmasını bilmiş, onların arasında heç bir ədavət və düşmənçilik olmamışdır. İlham günəmuzd işlərdə işləsə də, Tahir heç bir yerdə işləməmişdir. Tahirin eşitməkdə problemi olmaqla, ağır eşitmişdir. İlham evi kirayələdikdən sonra Tahirlə münasibəti yaranmış və onlar artıq bir neçə gündən sonra dostlaşaraq demək olar ki, hər gün İlham işdən qayıdan zaman özü ilə siqaret, yemək və spirtli içki almış və onlar ikisi mənzilin həyətində Tahirlə birlikdə əyləşərək spirtli içki qəbul etmişlər. xx xxxx 2020-ci il tarixdə Novruz bayramı qeyd olunduğu vaxtlarda, saat 22 radələrində İlhamın evində sonuncu ilə Tahirin sözlə mübahisə etdiyini eşidib, mübahisənin yaranma səbəblərini bilməsə də, İlhamın yaşadığı mənzilə gedərək onların mübahisəsinə müdaxilə etmiş və Tahiri oradan kənarlaşdıraraq yaşadığı evə göndərmişdir. Bundan sonra həyətə çıxaraq küçədə qalanmış tonqala baxmağa getmiş və təxminən 20 dəqiqə sonra yenidən evə qayıdan zaman İlhamın yaşadığı mənzildə İlhamla Tahirin yenidən sözlə mübahisə etdiyini görmüşdür. Bu dəfə də onlara yaxınlaşaraq Tahiri yaşadığı mənzilə göndərmiş, İlhama da evə keçib sakitləşməsini dediyindən, İlham öz yaşadığı evə keçmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində evdən çıxıb qəbiristanlığa gedərkən yenidən Tahirlə İlhamın sözlə mübahisə etdiyini görüb, onlara yaxınlaşaraq sakitləşdirmiş və yoluna davam etmişdir. Həmin gün, bir neçə saat sonra yaşadığı evə qayıdan zaman həyətdə səs-küy olduğunu görüb, ətrafdakılardan nə baş verdiyini soruşan zaman həmin şəxslər ona Tahirin İlhamı bıçaqla vurmasını demişlər. Tahirlə İlhamın harada olduğunu soruşduqda isə Tahirin İlhamı xəstəxanaya apardığını bildirmişlər. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqla qəsdən Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsi faktına görə Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Həsənov tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdır. (cild 01, iş vər. 01). Xətai RPİ-nin 34-cü PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə xx xxxx 2020-ci il tarixli, NK-1-631 nömrəli raportundan görünür ki, məsul növbətçi məruzə edərək həmin gün saat 15.30-da 7 saylı TTYS-dan həkim Məhərrəmov məlumat verərək, Xətai rayonu, Ş.Səmədov küçəsi 2-də yaşayan 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “qarnın ön divarının və böyrək üstü nahiyəsinin kəsilmiş deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məruzə etmişdir. (cild 01, iş vər. 05) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Bakı şəhəri, Xətai RPİ-nin 34–cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı İlqar Həsənov tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı hadisənin ünvan 6 saylı ünvanda yerləşən yaşayış evində baş verdiyi müəyyən olunmuş, hadisə yerində götürmə aparılmamışdır, fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. (cild 01, iş vər. 6-10). xx xxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(cild 01, iş vər. 14) İşdə olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx xxxx 2020ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müvafiq protokol həmin tarixdə saat 10.35-də tərtib edilmişdir. (cild 01, iş vər. 24) “İfadəsinin yerində yoxlanması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanmış, bu zaman Təqsirləndirilən şəxs hadisənin ifadəsində göstərdiyi şəraitdə baş verdiyini əyani olaraq hadisə yerində göstərmişdir. (cild 01, iş vər. 37-39) xx xxxx 2020-ci il tarixdə Xətai rayon məhkəməsinin 4(011)-190/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. (iş vər: 60-65) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti atına vermə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər.66) Bakı Apellyasiya Məhkəməsinin 4(103)-230/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(011)-190/2020 nömrəli qərarından Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(011)-190/2020 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində 3 ay 21 gün müddətinə həbs qətimkan tədbiri seçilməklə, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmışdır. (cild 01, iş vər 67-81) Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 100-4601-1220 nömrəli məktubundan görünür ki, Xətai RPİ-nin İŞ-nin rəisinin xx xxxx 2020-ci il tarixli 101-4889-1220 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, ********* nömrəli cinayət işi üzrə baş vermiş hadisəni törətmiş şəxsi kənardan görə biləcək, hadisə haqqında müəyyən məlumata malik olan şəxslərin dairəsinin müəyyən olunması, hadisənin baş verdiyi ünvanda və yaxınlığında müşahidə kameraları olub-olmaması istiqamətində tərəflərindən bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vər. 106) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnamə arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2008-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vər: 107-113) Məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 499 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər:-qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə-periton boşluğuna nüfuz edən, böyük piyliyin və nazik bağırsaq müsariqəsinin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən bir ədəd deşilmiş - kəsilmiş yara, döş qəfəsinin sol yarısının arxa divarında daxilə - periton arxası sahəyə nüfuz edən və sol böyrəyin piy kapsulunun yaralanması ilə qeyd olunan deşilmiş kəsilmiş yara deşici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx xxxx 2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.( iş vər: 114-116) Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxx 2020-ci il tarixli 190-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd və arxa səthinin sol yarısının orta hissəsində bir ədəd (cəmi iki ədəd) deşilmiş- kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikli ülgücü, qabırğaları özünü zəif biruzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədən səthində olan qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə - periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və köynəyin arxa səthinin sol yarısının orta hissəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədən səthində olan döş qəfəsinin sol yarısının arxa divarından daxilə - periton arxası sahəyə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə yerləşməsinə görə bir-biri ilə nisbi olaraq uyğunluq təşkil etdiyi məlum olmuşdur. (,iş vər: 117-122) İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1114 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Məsuliyyətsizlik, hövsələsizlik, emosional-oyanıqlıq, hirslilik, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli inkişafinda gerilik əlamətləri müəyyən edilmədiyindən o, qərarın təsvir hissəsində qeyd edilmiş əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək, həmçinin ona qarşı dərk etmək, qavramaq qabiliyyətinə malik olmuşdur. Hazırda kəsb edən hallan düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi- psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə, həmçinin fizioloji affekt halında olmadığı məlum olmuşdur. ( iş vər: 123-126) «Sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilməsi və ona CM-in 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində CM-nin 228-ci maddəsi ilə cinayət işi başlanılmasının rədd edilməsi, CM-nin 126.2.4-cü maddəsinin tərkibi olmadığından həmin epizod üzrə cinayət təqibinin xitam edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. ( iş vər. 127-135). İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbsdən azad olunmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidi dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında verdikləri ifadələr, iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu cinayət əməli, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, məhkəmə iclas zalından dərhal azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə isə həmin qərardan verilmiş apellyasiya protesti təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 3 ay 21 gün müddətinə həbs qətimkan tədbiri seçilməklə, məhkəmə iclas zalından həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, onun cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, onun iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Xətai RPİ-nin MSY-də saxlandığı xx xxxx 2020-ci il tarixdən, xx xxxx 2020-ci il tarixədək olan müddət, cəmi 02 (iki) gün yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut,- Xətai RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Xətai RPİ-nin MSY-də saxlandığı xx xxxx 2020-ci il tarixdən, xx xxxx 2020-ci il tarixədək olan müddət, cəmi 02 (iki) gün yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut,- Xətai RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Eldar Mikayılov Hakimlər Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar