Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-872/2022 20.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X8 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X6, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X2, Müdafiəçi - Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda, yəni 63,678 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3,651 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 135,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşımaqla üzərində və yaşadığı evdə saxlamış və 10 noyabr 2021-ci il tarixdə 11:10-da Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,248 qram, 6,966 qram, 6,928 qram, 3,993 qram və 2,757 qram olmaqla, ümumi təmiz çəkisi 22,892 qram qəhvəyi rəngli tozşəkilli maddə, öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 06 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,273 qram, 0,350 qram, 0,404 qram, 0,277 qram, 0,314 qram, 0,357 qram olmaqla, ümumi çəkisi 1,975 qram olan ağ rəngli kristalşəkilli maddə, öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və əməliyyat-axarış tədbirləinin davamı olaraq və Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdən 09 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 5,720 qram, 5,133 qram, 7,076 qram, 4,850 qram, 2,176 qram, 4,550 qram, 4,250 qram, 4,780 qram və 2,251 qram olmaqla, ümumi təmiz çəkisi 40,786 qram qəhvəyi rəngli tozşəkilli maddə, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 ədəd bükümdə hər birnin ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qram, 0,302 qram, 0,264 qram, 0,387 qram və 0,397 qram olmaqla, ümumi təmiz çəkisi 1,676 qram ağ rəngli kristalşəkilli maddə, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərlə xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 135,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan 15*10 sm ölçüdə qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrinin istifadəçisidir. 10 noyabr 2021-ci il tarixdə təxminən saat 11:00 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən yaşadığı evində olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis olaraq təqdim etdikdən sonra, onun narkotik vasitələrin özündə saxlamaqla daşıması həmçinin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək, onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə razılaşmış və onlar birlikdə Suraxanı rayon Polis İdarəsinə gəlmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarının sağ yan cibindən on bir ədəd bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung J4” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ondan üzərində aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə soruşulduqda o, həmin bükümlərin içərisində “kakos” adı ilə tanınan narkotik vasitə heroin və “şüşə” adı ilə tanınan narkotik maddə metamfetamin olduğunu, onları İran İslam Respublikasının vətəndaşından onlayn ödəniş etmək vasitəsi ilə bir qramını 15 manat müqabilində aldığını və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitələr götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ona evə baxış keçirilməsi barədə təklif olunmuş və o da etiraz etməmişdir. ünvan 5 ünvanında yerləşən evinə keçirildiyi baxış zamanı yaşadığı evin fərdi yaşayış otağında televizor altığında 14 ədəd bükümdə narkotik vasitə və 1 ədəd tərəzi aşkar olunmuşdur. Ondan həmin narkotik vasitələr nə olduğu soruşulduqda o, həmin narkotik vasitələrin heroin ve matamfetamin olduğunu bildirmişdir. Bundan əlavə həmin otaqda divanın altında bir ədəd şəffaf sellofanın içərisində marixuana aşkar olunmuşdur. Həmin “nəşəni” Nurlan adlı şəxsdən 500-700 manat arasında əldə etmişdir. Üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroin, marixuana, mateamfetamin və tərəzi ona məxsus olmuşdur. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərində və evində aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün almışdır. Suraxanı RPİ-yə gətirilən zaman və polis idarəsində olan zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahış edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon X1 Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməkdaşı olduğu Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi ərazisində olduqları vaxt onlar, xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istədikdə, həmin şəxs d özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra onlar, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib, onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razı olaraq onlarla birlikdə polis İdarəsinə gəlmişdir. Suraxanı rayon Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 11 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda o, həmin bükümlərin içərisində “kokos” və “metamfetamin” kimi tanıdığı narkotik vasitə olan heroin və narkotik maddə olan metamfetamin olduğunu və onu X3 vətəndaşı olan tanımadığı şəxsdən onlayn qaydada qramını 15 manat müqabilində öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitələr olduğunu və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirildiyi zamanı televizor altlığından 1 ədəd çəhrayı qutuda 14 ədəd büküm və 1 ədəd elektron tərəzi, divanın altından isə 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 14 ədəd bükümün içərisində kokos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri də İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını, divanın altından aşkar edilmiş 1 ədəd şəffaf sellofanın içərisində isə nəşə kimi tanıdığı narkotik vasitə vardır və onu “Nurlan” adı ilə tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə edərək yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 15 ədəd büküm və 1 ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən ünvan 4 ünvanında yaşayan 1989-cu il təvəlüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılması və üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman 05 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,248 qram, 6,966 qram, 6,928 qram, 3,993 qram və 2,757 qram olmaqla, ümumi çəkisi 22,892 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 ədəd bükümdə hər birnin ayrı-ayrılıqda təmiz çəkisi 0,273 qram, 0,350 qram, 0,404 qram, 0,277 qram, 0,314 qram, 0,357 qram olmaqla, ümumi çəkisi 1,975 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və sonuncunun yaşadığı evinə baxış zamanı isə 09 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,720 qram, 5,133 qram, 7,076 qram, 4,850 qram, 2,176 qram, 4,550 qram, 4,250 qram, 4,780 qram və 2,251 qram olmaqla 40,786 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə hər birnin ayrıayrılıqda təmiz çəkisi 0,326 qram, 0,302 qram, 0,264 qram, 0,387 qram və 0,397 qram olmaqla ümumi çəkisi 1,676 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 135,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd 15*10 sm ölçüdə qara rəngli elektron tərəzi aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır (cild 01, iş vər. 1-2). Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru X4 rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Neymətova ünvanladığı 10 noyabr 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi X7 rayon Polis İdarəsinin rəisinə raportla məruzə edərək, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1989-cu ildə ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlaması və istifadə etməsi ilə məşğul olması bildirilmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunaraq yaxalaması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir (cild 01, iş vər. 03). “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Suraxanı rayon Polis İdarəsinin NMB-nin rəisi Anar İbrahimov tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan xx.xx.1989-cu ildə anadan olmuş, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması və yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmış və həmin qərar Suraxanı Rayon Polis İdarəsinin rəisi tərəfindən təsdiq edilmişdır (cild 01, iş vərəqə 06-07). “Şübhəli şəxsin tutulması haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 12.00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 26). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10.11.2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 12.11.2021-ci il tarixli protokoldan görünür ki, əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli şalvarın sağ yan cibindən 11 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi 11 ədəd bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində kokos və metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələri İİRnın vətəndaşından onlayn qaydada öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirməsi, həmin 11 ədəd bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 01, iş vərəqi 31-32, 85). “Evə baxış və götürmə aparılması haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 12.11.2021-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmiş, evə baxış zamanı həmin evdən televizor altlığından 01 ədəd çəhrayı rəngli qutuda 14 ədəd büküm və 01 ədəd elektron tərəzinin və divanın altından isə 01 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 34-35, 86). Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4996 saylı 11 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,248 qram, 6,966 qram, 6,928 qram, 3,993 qram və 2,757 qram olmaqla, ümumi təmiz çəkisi 22,892 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,273 qram, 0,350 qram, 0,404 qram, 0,277 qram, 0,314 qram və 0,357 qram olmaqla, ümumi çəkisi 1,975 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazı və imzalar olan zərfdə 9 ədəd bükümdə hər biriin ayrı-ayrılıqda təmiz çəkisi 5,720 qram, 5,133 qram, 7,076 qram, 4,850 qram, 2,176 qram, 4,550 qram, 4,250 qram, 4,780 qram və 2,251 qram olmaqla, ümumi təmiz çəkisi 40,786 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 5 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,326 qram, 0,302 qram, 0,264 qram, 0,387 qram və 0,397 qram olmaqla, ümumi çəkisi 1,676 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən ...01 ədəd tərəzi...” yazı və imzalar olan zərfdə 1 ədəd 15*10 sm ölçüdə qara rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 01, iş vərəqi 44-49). Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/1163 saylı 11 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 135,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustarü sulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (cild 01, iş vər. 52-55). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vər. 72-73). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-574/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 93-96). Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 114). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 11.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 116-117). Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 594 saylı 08 fevral 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 118-119). Cinayət işinin materiallarına əlavə olunmuş AZ-İİ №919786 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.07.2012-ci il təvəllüdlü X5 1 övladı vardır (cild 01, iş vər.125). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar, qurudulmuş marixuanakannabis bitkisinin çəkisinin 05 (beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 12 noyabr 2021-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə və psixotrop maddələrin miqdarını, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla cəmi 63,678 qram narkotik vasitə heroin, 3,651 qram psixotrop maddə metamfetamin və 135,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: AR DİN Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 63,398 qram narkotik vasitə heroin, 3,431 qram psixotrop maddə metamfetamin və 134,95 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 10.11.2021-ci il tarixdə şəxsi axtarış və şəxsin evinə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 177,70 (yüz yetmiş yeddi manat yetmiş yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: AR DİN Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 63,398 qram narkotik vasitə heroin, 3,431 qram psixotrop maddə metamfetamin və 134,95 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 10.11.2021-ci il tarixdə şəxsi axtarış və şəxsin evinə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 177,70 (yüz yetmiş yeddi manat yetmiş yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-872/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-872/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver