Məhkəmə qərarları › İş №1(101)-872/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-872/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-872/2024 11.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 avqust 1968-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzalarına məhkum edilmiş, 03 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, cərimə cəzasını icra etməmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ********* nömrəli cinayət işi üzrə 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2023-cü il tarixdə həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin cinayət işi üzrə 13 mart 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 28 mart 2023-cü il tarixdə tutulmuş və 30 mart 2023-cü il tariuxdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 aprel 2023-cü il tarixdə həbsdən azad edilərək 10 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə 27 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədİ rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Şərq küçəsi, 36 saylı evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən yay mətbəxinin açıq qapısından qanunsuz olaraq içəri daxil olub mətbəxdən 200 (iki yüz) manat dəyərində 5 litr su tutumlu bir ədəd mis samovarı və həmin mətbəxə bitişik manqalxanadan 300 manat dəyərində 7,5 litr su tutumlu bir ədəd samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 309 saylı evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən köməkçi tikilinin açıq qapısından qanunsuz olaraq içəri daxil olub köməkçi tikilidən 500 (beş yüz) manat dəyərində 7 litr su tutumlu bir ədəd samovarı, 900 (doqquz yüz) manat dəyərində böyük ölçüdə bir ədəd tiyanı və cəmi 100 (bir yüz) manat dəyərində üç ədəd mis qaşığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 72 saylı evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən mətbəxin açıq qapısından qanunsuz olaraq içəri daxil olub mətbəxdən 200 (iki yüz) manat dəyərində 5 litr su tutumlu bir ədəd samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 yanvar 2023-cü il tarixdə saat 12:10 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı yaşayış sahəsi hesab edilən ünvan 11 saylı evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən yardımçı tikilinin açıq qapısından qanunsuz olaraq içəri daxil olub yardımçı tikilidən 800 (səkkiz yüz) manat dəyərində 7 litr su tutumlu üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan qızılı rəngli bir ədəd odun samovarını və 200 (iki yüz) manat dəyərində 5 litr su tutumlu üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan bir ədəd odun samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyətilə özgənin əmlakını gizli talama məqsədi ilə 21 mart 2023-cü il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Əfəndiyev küçəsi, 53 saylı evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən qarajın açıq qapısından qanunsuz olaraq içəri daxil olub qarajdan 250 (iki yüz əlli) manat dəyərində 5 litr su tutumlu, gümüşü rəngli bir ədəd mis samovarı və 350 (üç yüz əlli) manat dəyərində 10 litr su tutumlu, gümüşü rəngli bir ədəd mis tiyanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 21 mart 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Əfəndiyev küçəsi, 55 nömrəli evinin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən qazanxana otağının açıq qapısından qanunsuz olaraq içəri daxil olub qazanxanadan bir ədədinin qiyməti 500 (beş yüz) manat olan cəmi 1000 (bir min) manat dəyərində orta həcmli, bir ədədi qızılı rəngli, bir ədədi gümüşü rəngli cəmi iki ədəd mis samovarı bir ədəd tutkeşi ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,909 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan vaxtda və naməlum mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 07 aprel 2023-cü il tarixdə saat 13:10 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən “İron” hotelin yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümün içərisində təmiz çəkisi 1,909 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 20 aprel 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 256A saylı evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə saxlanc yeri hesab edilən iki ədəd yardımçı tikilinin açıq qapısından qanunsuz olaraq içəri daxil olub yardımçı tikilidən bir ədədinin qiyməti 500 (beş yüz) manat olan, cəmi 2000 (iki min) dəyərində, sarı rəngli, dəstəyi taxtadan olan, hündürlüyü 60 sm, üzərində rus dilində “X11 varislərinin buxar samovar fabriki şirkəti Tula şəhəri” yazıları və 1882 rəqəmi ilə möhürlənmiş, XİX əsrin ikinci yarısında əsası yarımqiymətli metal (bürünc) ştamp və tökmə üsulu ilə kütləvi istehsal edilmiş dörd ədəd mis samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 cəmi 2000 (iki min) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,581 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan vaxtda və naməlum mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 27 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq həmin polis bölməsinə gətirilmiş, polis bölməsində üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümün içərisində təmiz çəkisi 2,581 qram olan bozumtul-qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi və sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4lə bağlı olan epizodları qəbul edir. O, Zərərçəkmiş şəxs7 evindən yalnız iki ədəd samovar götürmüşdür. Narkotiklərlə bağlı ona verilmiş ittihamlardan 234.1-ci maddə ilə olan ittihamı qəbul edir, 234.1-1-ci maddə ilə verilmiş ittihamla isə razı deyildir. Həmin narkotiki onun cibinə polis işçiləri qoymuşlar. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında həmin ifadə tədqiq olundu. Təqsirləndirilən şəxs istintaq zamanı dindirilərkən göstərmişdir ki, əvvəllər oğurluq, soyğunçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bir neçə dəfə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Sonuncu dəfə o, 4 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzalarına məhkum olunmuşdur. 03 oktyabr 2022-ci il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. O, heç vaxt evlənməmiş və himayəsində uşağı olmamışdır. Təxminən 15 ildir ki, o, narkotik vasitələrdən istifadə edir. Rəsmi olaraq heç yerdə işləmədiyi üçün heç bir qazancı olmamışdır. Bu səbəbdən o, dolanmaq üçün tez-tez oğurluq etmişdir. O, adətən həyət evlərinə daxil olub samovar, müxtəlif mis əşyalar oğurlayıb satmış və əldə etdiyi pulla gündəlik dolanışığını təmin etmişdir. Həmçinin, o, əldə etdiyi pulla narkotik vasitə heroin alıb istifadə etmişdir. Sonuncu dəfə azadlığa çıxdıqdan sonra o, ilk dəfə 2023-cü ilin yanvar ayında oğurluq etmişdir. Belə ki, 02 yanvar 2023-cü il tarixdə saat 11 radələrində o, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində olmuşdur. Həmin vaxt o, qəsəbədə yerləşən həyət evlərindən birinə daxil olub samovar və satıla bilən hər hansı mis əşya oğurlamaq qərarına gəlmişdir. O, əvvəllər tanımadığı sonradan ona məlum olmuş, Zərərçəkmiş şəxs1 məxsus Badamdar qəsəbəsi 2-ci yaşayış massivi Şərq küçəsi 36 saylı evin həyətinin hasarına çıxıb həyətə baxmışdır. O, həyətdə heç kimin olmadığını görmüş, hasardan aşıb həmin həyətə daxil olmuşdur. O, həyəti axtarmış, həyətdəki tikilinin qapısının açıq olduğunu, iki ədəd samovarın olduğunu görmüşdür. Həmin samovarlardan birini götürüb həyətə çıxmış, samovarı özü ilə apardığı selofan torbaya qoymuşdur. Sonra o, həmin mətbəxin baş tərəfində yerləşən manqalxanaya keçmiş, orada da bir ədəd samovarın olduğunu görmüşdür. Həmin samovarı da selofan torbaya qoyaraq iki ədəd samovarı götürüb həyətdən küçəyə çıxmışdır. Piyada gedib marşurut avtobusuna minmiş və avtobusla 3-cü mikrorayon bazarına getmişdir. O, oğurladığı iki ədəd samovarı tanımadığı bir nəfərə 40 manata satmışdır. Həmin şəxsə samovarların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi 40 manat pulu gündəlik ehtiyacına sərf etmişdir. İkinci dəfə də oğurluğu Badamdar qəsəbəsindən etmişdir. Belə ki, 08 yanvar 2023-cü il tarixdə saat 15 radələrində o, Badamdar qəsəbəsinə olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs2 məxsus Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 3-cü döngə, 309 saylı evin həyətinə daxil olmuşdur. Həyəti gəzib sonra mətbəx kimi istifadə edilən otağa daxil olmuş, həmin otaqda bir ədəd samovarın, bir ədəd tiyanın və üç ədəd mis qaşığın olduğunu görmüşdür. O, həmin əşyaları özü ilə apardığı selofan torbalara yığmış və küçəyə çıxmışdır. Piyada gedib marşrut avtobusuna minmiş və 3-cü mikrorayon bazarına getmişdir. O, oğurladığı bir ədəd samovarı, bir ədəd tiyanı və üç ədəd mis qaşığı tanımadığı iki nəfər şəxsə ümumilikdə 75 manata satmışdır. O, həmin şəxslərə samovarın, bir ədəd tiyanın və üç ədəd mis qaşığın özünə məxsus olduğunu, ehtiyac olmadığı üçün satdığını demişdir. Əldə etdiyi 75 manat pulu gündəlik ehtiyacına sərf etmişdir. Üçüncü dəfə də oğurluğu Badamdar qəsəbəsindən etmişdir. Belə ki, 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində o, sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi A.Abbaszadə küçəsi 72 saylı evin qarşısında olmuşdur. O, hasara çıxıb həyətə baxmış və həyətdə heç kimin olmadığını görmüş, hasardan aşıb həyətə daxil olmuşdur. Həyəti gəzdikdən sonra həyətdə yerləşən mətbəxə daxil olmuş, orada bir ədəd samovarın olduğunu görmüşdür. Həmin samovarı özü ilə gətirdiyi selofan torbaya qoymuş və samovarı götürüb küçəyə çıxmışdır. O, küçə ilə piyada gedib marşrut avtobusuna minmiş və 3-cü mikrorayon bazarına getmişdir. O, oğurladığı bir ədəd samovarı tanımadığı şəxsə 45 manata satmışdır. O, həmin şəxsə samovarın özünə məxsus olduğunu, samovarı istifadə etmədiyi üçün satdığını demişdir. Əldə etdiyi 45 manat pulu gündəlik ehtiyacına sərf etmişdir. Badamdar qəsəbəsindən sonuncu oğurluğu 12 yanvar 2023-cü il tarixdə saat 12 radələrində etmişdir. Belə ki, həmin vaxt o, sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Cəmil Hasilov küçəsi 002A saylı evin həyətinin hasarına çıxmışdır. O, həyətə baxmış və həyətdə heç kimin olmadığına əmin olduqdan sonra həyətə düşmüşdür. Həyətdə yerləşən yardımçı tikiliyə daxil olduqda, orada iki ədəd samovarın olduğunu görmüşdür. Həmin samovarları iki ədəd selofan torbaya qoymuş, sonra küçəyə çıxmışdır. O, samovarları əlində aparıb bir binanın girişinə qoymuşdur. Həmin ərazidə olarkən Səbail rayon polis idarəsi, 41-ci polis bölməsinin əməkdaşları onu saxlayıb oğurluq etməkdə şübhəli olduğunu demişlər. O, oğurluq etdiyini etiraf etmiş və binanın qarşısına qoyduğu iki ədəd samovarı götürüb polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişdir. O, iki ədəd samovarı təqdim etmiş və etdiyi oğurluqları etiraf edərək bu barədə izahat vermişdir. 13 yanvar 2023-cü il tarixdə o, şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2023-cü il tarixdə məsuliyyətə cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Təxminən iki ay ərzində o, hər hansı bir oğurluq etməsə də, 21 mart 2023-cü il tarixdə gecə saatlarında Binəqədi rayonu Rəsulzadə qəsəbəsindən iki ayrı-ayrı həyət evindən oğurluq etmişdir. Belə ki, həmin ərəfədə Novruz bayramının olduğunu, şəhərdə yaşayan sakinlərin rayonlara qohumlarıgilə getdiyini, evlərin çoxunun boş olduğunu bilmişdir. 21 mart 2023-cü il tarixdə saat 04:40 radələrində o, sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Əfəndiyev küçəsi 53 saylı evin həyətinin hasara çıxıb oradan həyətə düşmüşdür. Gecə saatları olmuş və həyətdə heç kim olmamışdır. O, həyətdə yerləşən qaraja yaxınlaşıb qapısını yoxlamış və açıq olduğunu görmüşdür. O, qapını açıb qaraja daxil olmuş və içəridə bir ədəd mis samovarın, bir ədəd mis tiyanın olduğunu görmüşdür. O, həmin samovarı və tiyanı qarajdan götürdüyü selofan torbaya qoymuş, həyətə çıxıb hasardan aşmaqla küçəyə çıxmışdır. O, samovarı və tiyanı hasarın yanına qoymuşdur. Bundan sonra o, yenə oğurluq etmək üçün hasarın üstünə çıxmış və saat 05 radələrində oğurluq etdiyi həyətə bitişik sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs6 məxsus İ.Əfəndiyev küçəsi 55 nömrəli evin həyətinə düşmüşdür. O, əvvəlcə həyətdə yerləşən mətbəxə daxil olmuş, lakin orada hər hansı bir əşya tapmamışdır. Bundan sonra o, qazanxana otağına daxil olmuşdur. O, həmin otaqda iki ədəd samovarın olduğunu görmüş və həmin samovarları selofan torbalara qoyub həyətə, oradan isə küçəyə çıxmışdır. O, oğurladığı cəmi üç ədəd samovarı və bir ədəd tiyanı götürüb tanımadığı şəxsin idarə etdiyi avtomobillə 20 yanvar metro stansiyanın yaxınlığında getmişdir. O, oğurladığı əşyaları tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. Belə ki, o, samovarın birini 50 manata, digərlərini 60 manata və 70 manata, tiyanı isə 20 manata satmışdır. O, həmin şəxslərə samovarları və tiyanı oğurladığını deməmiş, özünə məxsus olduğunu yalan olaraq deyib inandırmışdır. O, əşyaları satdığı şəxsləri tanımamışdır. Nəticədə o, 200 manat pul əldə etmişdir. O, bir neçə gün müddətində həmin pulla dolanışığını təmin etmişdir. 07 aprel 2023-cü il tarixdə bədənində ağrılar yarandığı üçün o, heroin istifadə etmək qərarına gəlmişdir. O, istifadə etmək məqsədi ilə heroin almaq üçün həmin tarixdə səhər saatlarında Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan əraziyə getmiş və orada tanımadığı bir nəfər şəxsdən 25 manat pulun müqabilində bir ədəd bükümdə 2 qramdan az miqdarda narkotik vasitə heroin almışdır. O, heroini əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyub getmişdir. Saat 13 radələrində o, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsində yerləşən “İron” hotelin yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşıb Binəqədi rayon polis idarəsi 4-cü polis şöbəsinin əməkdaşları olduğunu demişlər. Həmin polislər ona qanunsuz olaraq narkotik vasitələr istifadə etdiyini, üzərində həmin vasitədən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu, birlikdə 4-cü polis şöbəsinə getməli olduğunu demişlər. O, polis əməkdaşlarının onu 4-cü polis şöbəsinə aparmasına və üzərində şəxsi axtarış aparmasına etiraz etməmişdir. Təhqiqatçı onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşdur. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X16 ona müdafiəçi təyin edilmişdir. Bundan sonra Fuad Məmmədov polis şöbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. O, vəkil Fuad Məmmədova etirazının olmadığını bildirmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş, bu barədə bildirişi ona təqdim etmişdir. Sonra o, ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkili Faud Məmmədovun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Vəkil Fuad Məmmədov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Sonra təhqiqatçı şəxsi axtarışda iştirak etmiş şəxslər barədə məlumat vermiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki gödəkçənin sağ yan cibində bir ədəd bükümdə saxladığı narkotik vasitə heroini təqdim etmişdir. O, həmin heroini “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 25 manat pulun müqabilində alıb özü istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Sonra təhqiqatçı heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və polis əməkdaşları zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı heroini zərfdə götürmüşdür. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, o, sonuncu dəfə oğurluğu Bakı şəhəri Nəsimi rayonu ərazisindən etmişdir. Belə ki, onun pula ehtiyacı olduğu üçün 20 aprel 2023-cü il tarixdə gecə saatlarında Nəsimi rayonuna getmişdir. Həmin gün saat 05 radələrində o, sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi 256A saylı evin həyətinin hasara çıxmışdır. Həmin vaxt o, həyəti müşahidə etmişdir. Həyətdə hər hansı bir şəxs olmadığı üçün həyətə düşmüş, həyətdəki yardımçı tikilinin qapısının açıq olduğunu görmüş və oradan içəriyə daxil olmuşdur. O, içəridə sarı rəngli iki ədəd samovarın olduğunu görmüş, həmin samovarları selofan torbanın içərisinə qoymuşdur. Sonra onları götürüb küçəyə çıxmış, marşrut avtobusuna minib “Semaşko” adlanan xəstəxananın yaxınlığına orada yerləşən yarımtikiliyə getmişdir. Həmin yerdə o, çox vaxt narkotik vasitə qəbul etmişdir. İki ədəd samovarı orada gizlədib yaşadığı evə qayıtmışdır. Həmin gün saat 18 radələrində yenidən həmin yerə getmiş, samovarların yerində olduğunu görmüşdür. O, samovarların birini götürüb satmağı qərara almış və 3-cü mikrorayona getmişdir. O, küçədə dəmir alan tanımadığı şəxslə qarşılaşmış, pula ehtiyacı olduğu üçün atasından miras qalmış samovarı satmaq istədiyini və 100 manata satdığını demişdir. Həmin şəxs ona 100 manat pul verərək samovarı almışdır. O, əldə etdiyi pulla 5-6 gün müddətində dolanışığını təmin etmişdir. 26 aprel 2023-cü il tarixdə o, Nəsimi rayonu “Papanin” adlanan əraziyə gedərək əvvəllər bir neçə dəfə heroin aldığı, adını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində istifadə etmək üçün bir büküm heroin almışdır. Bundan sonra onun pulu azalmışdır. O, ikinci samovarı da satıb pul əldə etmək qərarına gəlmişdir. Lakin 27 aprel 2023-cü il tarixdə o, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulduğu üçün o, həmin samovarı götürüb sata bilməmişdir. O, həmin samovarı 05 iyul 2023-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən Nəsimi rayon polis idarəsinin istintaq şöbəsinə təqdim etmişdir. Sonuncu dəfə 27 aprel 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdikdən sonra Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, o, 26 aprel 2023-cü il tarixdə istifadə etmək üçün heroin almaq qərarına gəlmişdir. Buna görə də o, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan əraziyə getmiş və orada əvvəllər bir neçə dəfə heroin aldığı, lakin adını və anket məlumatlarını bilmədiyi bir nəfərdən 30 manat pulun müqabilində bir ədəd bükümdə 2 qramdan az miqdarda narkotik vasitə heroin almışdır. O, heroini əynində olan şalvarın sol yan cibinə qoymuşdur. 27 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində o, ünvan 3 ünvanın yaxınlığında olmuşdur. Onun əynində olan şalvarının sol yan cibində bir ədəd bükümdə 2 qramdan az miqdarda narkotik vasitə heroin olmuşdur. Bundan başqa onun cibində 43 manat pul, bir ədəd şpris, “novakain” adlı şüşə ampula və “prima” markalı bir qutu siqaret olmuşdur. Həmin vaxt iki nəfər şəxs ona yaxınlaşıb Binəqədi rayon polis idarəsi 4-cü polis şöbəsinin əməkdaşları olduğunu demişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr istifadə etdiyini, üzərində həmin vasitədən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu, birlikdə 7-ci polis bölməsinə getməli olduğunu demişlər. O, polis əməkdaşlarının onu 7-ci polis bölməsinə aparmasına və üzərində şəxsi axtarış aparmasına etiraz etməmişdir. Təhqiqatçı onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşdur. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 ona müdafiəçi təyin edilmişdir. Bundan sonra Vahid Məmmədov polis şöbəsinə dəvət edilmiş və ona təqdim edilmişdir. O, vəkil Vahid Məmmədova etirazının olmadığını bildirmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş, bu barədə bildirişi ona təqdim etmişdir. Sonra o, ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkili Vahid Məmmədovun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Vəkil Vahid Məmmədov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Sonra təhqiqatçı şəxsi axtarışda iştirak etmiş şəxslər barədə məlumat vermiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sol yan cibində olan bir ədəd büküm narkotik vasitə heroini, sağ cibindən isə 43 manat pulu, bir ədəd şpirisi, “novakain” adlı şüşə ampulanı və gödəkçənin sağ yan cibindən “prima” markalı bir qutu siqareti çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bükümdəki maddənin heroin olduğunu, heroini “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində alıb özü istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Sonra təhqiqatçı pulu, siqareti ona qaytarmışdır. Təhqiqatçı heroini bükümü ilə birlikdə, ampulanı və şpirisi ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və polis əməkdaşları zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı heroini zərfdə götürmüşdür. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir (cild 3, iş vərəqi 111-119, 208-214). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs5 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsinin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş edir. Oğurlanan samovarlar 1950-ci ildə istehsal olunmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməsə də, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsinin məhkəmədə verdiyi ifadə kimi qəbul edilməsini xahiş edir. Oğurluq nəticəsində evindən 1975-ci ildə istesalı olan samovar oğurlanmışdır. Vurulmuş maddi ziyan ödənilməsə də, hazırda təqsirləndirilın şəxsə qarşı şikayəti və iddia tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsinin məhkəmədə verdiyi ifadə kimi qəbul edilməsini xahiş edir. Oğurlanmış samovar ona qaytarılmışdır və hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs7 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Onun ifadəsinə görə, oğurluq nəticəsində onun evindən 3 ədəd samovar oğurlanmışdır. Sonradan polis işçiləri tərəfindən həmin samovarlardan ikisi ona qaytarılmışdır. Digər samovarın isə qaytarılmayacağını bilir, ona görə də həmin samovarın qaytarılmasını tələb etmir. İstintaq zamanı verdiyi ifadəsinin məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş edir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin ifadəni məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş edir. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onun yaşadığı evdən iki ədəd samovar oğurlanmışdır. Lakin ona vurulmuş maddi ziyan ödənilməmişdir və həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasına etiraz etmir. Oğurluq nəticəsində onun samovarı, mis tiyanı və iki ədəd mis qaşığı oğurlanmışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin saxlanıldığını və onun saxlanılmasında özünün iştirak etdiyini xatırlasa da, üstündən xeyli vaxt keçdiyinə görə onun üzərindən nə aşkar olunduğunu və harada saxlanıldığını dəqiq xatırlaya bilmir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahidin istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında onun ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlamaqla daşıması barədə 4-cü polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq 10 avqust 1968-ci il tarixdə Ağcabədi rayonunda doğulduğunu, əvvəllər bir neçə dəfə məhkum edildiyini, Ağcabədi şəhəri 20 yanvar küçəsi ev 94-də qeydiyyatda olmaqla ünvan 4 ünvanında kirayə yaşadığını müəyyən etmişdir. 07 aprel 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 4-cü polis şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2023-cü il tarixdə saat 13:10 radələrində o, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən “İron” hotelin yaxınlığında olduğunu görmüşdür. Onlar Sehrimanı saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul edildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sehrimanı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində X7 Sehrimana hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 müdafiəçi təyin edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Sehriman vəkil Fuad Məmmədova etirazının olmadığını demişdir. X7 Sehrimana hüquq və vəzifələrini izah etmişdir. Sehriman ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkili Faud Məmmədovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Fuad Məmmədov heç bir etirazının olmadığını deyib otağı tərk etmişdir. Sonra X7 şəxsi axtarışda iştirak etmiş şəxslər barədə məlumat vermiş və Sehrimanın üzərində şəxsi axtarışa başlamışdır. Polis əməkdaşı X12 “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Sehriman əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Sehriman bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 25 manat müqabilində alıb özü istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Onlar bükümün içərisinə baxmış və maddənin heroinə bənzədiyini görmüşlər. X7 heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoyaraq möhürləmiş, iştirakçılar zərfin üzərinə imza çəkmişlər. X7 heroini zərfdə götürmüşdür. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir (cild 3, iş vərəqi 49-52). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü Polis şöbəsinin sahə rəisi Şahid2 07 aprel 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs saxlanılması və həmin tarixdə 4-cü polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilməsi zamanı bir bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 7-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 27 aprel 2023-cü il tarixdə Sehriman adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Sehrimanı saxlayıb 7-ci Polis bölməsinə gətirmişlər. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş edir. Şahidin istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında onun ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, 27 aprel 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə 7-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat müvəkkili Şahid3 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində onlar Sehrimanın Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 133 saylı ünvanın yaxınlığında saxlayıb polis bölməsinə dəvət etmişlər. X15 Sehrimana hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi təyin edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Sehriman vəkil Vahid Məmmədova etirazının olmadığını demişdir. Sehriman ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkili Vahid Məmmədovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Vahid Məmmədov heç bir etirazının olmadığını deyib otağı tərk etmişdir. Sonra X15 şəxsi axtarışda iştirak etmiş şəxslər barədə məlumat vermiş və Sehrimanın üzərində şəxsi axtarışa başlamışdır. Polis əməkdaşı X10 isə “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Sehriman əynindəki şalvarının sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sehriman həmin şalvarının sağ cibindən 43 manat pul, bir ədəd şpris, “novakain” adlı şüşə ampula və gödəkçənin sağ yan cibindən “prima” markalı bir qutu siqaret çıxarıb təqdim etmişdir. Sehriman bükümdəki maddənin heroin olduğunu, heroini “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pulun müqabilində alıb özü istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Onlar bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini görmüşlər. X15 pulu və siqareti Sehrimana qaytarmışdır. X15 heroinə bənzər maddəni bükümü ilə birlikdə, ampulanı və şprisi ağ rəngli zərfə qoyaraq möhürləmişdir. O, protokolun məzmunu ilə tanışıb olub imza ilə təsdiq etmişdir (cild 3, iş vərəqi 64-67). Məhkəmə iclasında şahid - Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 7-ci Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 27 aprel 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 7-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilməsi, bu zaman narkotik vasitə heroin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etməsi, həmkarı Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması haqqında protokola əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Əfəndiyev küçəsi, 53 saylı evi göstərib ailə üzvləri ilə birlikdə orada yaşadığını, 21 mart 2023-cü il tarixdə saat 04:30 radələrində evdə heç kimin olmadığı vaxt həyətində inşa edilmiş qarajın qapısının açıq vəziyyətdə olduğunu, naməlum şəxsin hasardan aşıb həyətə, oradan isə qarajın açıq qapısından qarağa daxil olduğunu, orada saxladığı 250 (iki yüz əlli) manat dəyərində, 5 litr su tutumlu, gümüşü rəngli bir ədəd mis samovarı və 350 (üç yüz əlli) manat dəyərində, 10 litr su tutumlu, gümüşü rəngli bir ədəd mis tiyanı gizli olaraq oğurladığını bildirmişdir (cild 3, iş vərəqi 72-74). Cinayət işinə əlavə olunmuş üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs7 sərbəst ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 2, iş vərəqi 263-264). Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs6 iştirakı ilə videoçəkiliş aparılmaqla ünvan 5 ünvanına baxış keçirilmiş, bu zaman 21 mart 2023-cü il tarixdə saat 05 radələrində naməlum şəxsin həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən qazanxanadan iki ədəd mis samovarı bir ədəd tutkeşi ilə oğurladığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs5 iştirakı ilə onun yaşadığı ünvan 6 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı 21 mart 2023-cü il tarixdə saat 04:30 radələrində naməlum şəxsin həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən qarajdan 5 litr su tutumlu, gümüşü rəngli bir ədəd mis samovarı və 10 litr su tutumlu, gümüşü rəngli bir ədəd mis tiyanı oğurladığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 165-166). Zərərçəkmiş şəxs1 iştirakı ilə ünvan 7 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı 02 yanvar 2023-cü il tarixdə saat 11 radələrində naməlum şəxsin həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən yay mətbəxindən 5 litr su tutumlu bir ədəd mis samovarı və həmin mətbəxə bitişik olan manqal otağından 7,5 litr su tutumlu bir ədəd samovarı oğurladığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 4-7). İstintaq zamanı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanından oğurluq edilməsinin videogörüntülərinin olduğu bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə evin arxa tərəfindən həyətə daxil olduğu, həyətdə olan yay mətbəxindən bir ədəd samovar və tikilinin altından bir ədəd samovarı götürüb selofan torbaya qoymaqla saat 11:18-də həyətdən çıxıb getdiyi müəyyən edilmişdir (cild 2, iş vərəqi 11-12). Zərərçəkmiş şəxs2 iştirakı ilə ünvan 8 ünvanına baxış keçirilmiş, baxış zamanı 08 yanvar 2023-cü il tarixdə saat 15 radələrində naməlum şəxsin həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən köməkçi tikilidən 7 litr su tutumlu bir ədəd samovarı, bir ədəd böyük ölçüdə tiyanı və üç ədəd mis qaşığı oğurladığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 238-241). Zərərçəkmiş şəxs3 iştirakı ilə ünvan 9 ünvanına baxış keçirilmiş, baxış zamanı 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində naməlum şəxsin həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən mətbəxdən 5 litr su tutumlu bir ədəd samovarı oğurladığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 17-20). Zərərçəkmiş şəxs4 iştirakı ilə ünvan 10 ünvana baxış keçirilmiş, baxış zamanı 12 yanvar 2023-cü il tarixdə saat 12:10 radələrində naməlum şəxsin həyətdə inşa edilmiş saxlanc yeri hesab edilən yardımçı tikilidən 7 litr su tutumlu qızılı rəngli bir ədəd samovarı və 5 litr su tutumlu bir ədəd samovarı oğurladığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 254-257). İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 002A ünvanından oğurlanmış Zərərçəkmiş şəxs4 məxsus iki ədəd samovara baxış keçirilmiş, təqdim edilmiş samovarların biri göy rəngli selofanda olmuş, həmin samovar 5 litr su tutumlu gümüşü rəngli, digəri isə qırmızı və qara rəngli selofanda olan 7 litr su tutumlu, qızılı rəngli samovar olmuşdur (cild 1, iş vərəqi 261-262). İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd samovar Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 7 litr su tutumlu üzərində “Tula" və sair yazılar, həmçinin möhürlər olan qızılı rəngli bir ədəd samovarı və 5 litr su tutumlu üzərində “Tula" və sair yazılar, həmçinin möhürlər olan bir ədəd samovarı həmin əlamətlərinə görə tanıyaraq ona məxsus olduğunu, həmin iki ədəd samovarın 12 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 11 ünvanındakı həyətində olan yardımçı tikilidən oğurlandığını bildirmişdir (cild 2, iş vərəqi 39-41). Zərərçəkmiş şəxs7 iştirakı ilə ünvan 12 ünvanına baxış keçirilmiş, baxış zamanı 20 aprel 2023-cü il tarixdə saat 05 radələrində naməlum şəxsin həyətdə saxlanc yeri hesab edilən yardımçı tikililərdən sarı rəngli, dəstəyi taxtadan olan dörd ədəd samovarı oğurladığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 193-199). İstintaq zamanı Zərərçəkmiş şəxs7 təqdim etdiyi yaşadığı ünvandan oğurluq edilməsinin videogörüntülərinin yükləndiyi bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə üç ədəd videofaylın olduğu, birinci videogörüntüdə tünd rəngli gödəkçədə və tünd göy rəngli cins şalvarda olan arıq, hündürboy, ağsaçlı bir şəxsin 20 aprel 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, X19 küçəsi, ev 256A-nın yerləşdiyi küçədə piyada hərəkət etməsi, dayanıb ətrafa baxması, ətrafı müşahidə etməsi müəyyən olunmuşdur. İkinci videogörüntüdə həmin şəxsin başında papaq həmin küçə ilə ətrafı müşahidə edərək piyada hərəkət etməsi müəyyən olunmuşdur. Üçüncü videogörüntüdə başında papaq olan həmin şəxsin Bakı şəhəri, Nəsimi rayonu, X19 küçəsi, ev 256A ünvanının həyətində hərəkət edərək yardımçı tikiliyə daxil olduğu görünür (cild 2, iş vərəqi 213-217). İstintaq zamanı Zərərçəkmiş şəxs2 təqdim etdiyi və yaşadığı ünvandan oğurluq edilməsinin videogörüntülərinin yükləndiyi bir ədəd diskə baxış keçirilmişdir. Videogörüntülərlə müəyyən edilmişdir ki, 08 yanvar 2023-cü il tarixdə saat 10:44 dəqiqədə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 309 saylı ev görüntüdə olmuş, saat 10:44 dəqiqədə bir nəfər həyətin hasarına çıxmış və saat 10:45 dəqiqədə həmin şəxs həyətə düşüb yardımçı tikiliyə yaxınlaşmış, həmin şəxs tikilinin qapısını açmağa çalışmış və sonra addımlayıb həyətin digər tərəfinə getmişdir (cild 3, iş vərəqi 27-33). İstintaq zamanı Zərərçəkmiş şəxs6 təqdim etdiyi və onun yaşadığı ünvandan oğurluq edilməsinin videogörüntülərinin olduğu bir ədəd diskə baxış keçirilmişdir. Videogörüntülərlə müəyyən edilmişdir ki, 21 mart 2023-cü il tarixdə saat 04:33 dəqiqədə Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Əfəndiyev küçəsi, 55 nömrəli evinin həyəti görüntüdə olmuş, saat 04:34 dəqiqədə həmin evin qarşı tərəfində yerləşən evin həyət qapısından bir nəfər küçəyə çıxmışdır. Həmin şəxsin əlində içərisində hansısa əşyanın olduğu böyük ölçüdə göy rəngli selofan torba olmuşdur. Həmin şəxs küçə ilə addımlayıb torbanı hasarın dibində olan ağacın arxa tərəfinə qoymuşdur. Sonra həmin şəxs küçəyə ilə hərəkət etmiş, saat 04:37-də həmin şəxs Zərərçəkmiş şəxs6 yaşadığı evin həyət darvazası ilə üzbəüz yolun digər tərəfində dayanmışdır. Sonra küçədə addımlamış və ağacın arxa tərəfinə keçmişdir. Saat 04:41-də həmin şəxs Zərərçəkmiş şəxs6 məxsus evin həyətinin hasarının yanında olan elektrik dirəyinin vasitəsi ilə həmin hasarın üstünə çıxmışdır. Həmin şəxs hasarın üstü ilə hərəkət etmiş və saat 04:45 dəqiqədə həyətdə olan çiçəkləmiş ağacın üstünə çıxmaqla həmin ağac vasitəsi ilə həyətə düşmüşdür. Həmin şəxs həyətdə hərəkət edib darvazanın önünə getmiş, qapını açmağa çalışmış, lakin aça bilməmişdir. Sonra həmin şəxs əyilə-əyilə evin kənarı ilə qarşı tərəfə keçmişdir. İkinci faylda olan videogörüntü ilə müəyyən edilmişdir ki, həmin şəxs saat 04:47 dəqiqədə evin qarşı tərəfində olan mətbəxə girmiş və sonra mətbəxdən çıxıb saat 04:48 dəqiqədə evin sağ tərəfində yerləşən qazanxana otağına daxil olmuşdur. Həmin şəxs 04:53 dəqiqədə qazanxana otağından həyətə çıxmışdır. Həmin şəxsin əlində içərisində hansısa əşyanın olduğu böyük ölçüdə selofan torba olmuşdur. Həmin şəxs evin kənarı ilə hərəkət edib darvazanın yanına getmiş və əlində olan torbanı hasarın dibinə qoymuşdur. Həmin şəxs həyət qapısını açmağa çalışmış, lakin aça bilməmişdir. Sonra 05:06 dəqiqədə həmin şəxs yenidən çiçəkləmiş ağac vasitəsi ilə hasarın üstünə çıxmışdır. Həmin şəxs qapının yuxarısından asdığı torbanı əli ilə götürmüş və saat 05:09 dəqiqədə elektrik dirəyinin vasitəsi ilə küçəyə düşmüşdür. Həmin şəxs əlində olan selofan torbanı aparıb hasarın dibinə qoymuşdur. Sonra həmin şəxs geri qayıdıb ağacın arxa tərəfinə qoyduğu göy rəngli selofan torbanı içərisindəki əşya ilə birlikdə götürmüş və yoluna davam etməklə ağ rəngli selofan torbanı da içərisində olan əşya ilə birlikdə götürüb getmişdir. Cinayət işinə əlavə edilmiş 27 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:05 dəqiqədən saat 18:25 dəqiqəyədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 7-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürlümüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı kağız zərfə qoyularaq qablaşdırılmış və 176 nömrəli möhürlə möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 32-34). İstintaq zamanı videogörüntülərin əks olunduğu diskə baxış keçirilmiş, bu zaman görüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında 27 aprel 2023-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 67). Cinayət işində olan 07 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:40 dəqiqədən saat 15:00 dəqiqəyədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş kütlə aşkar edilmiş, həmin bükülü açıldıqda Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə “kokos” olduğunu, narkotik vasitəni 07 aprel 2023-cü il tarixdə səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və “Zərflər üçün” 173 saylı möhürlə möhürlənib götürülmüşdür. İstintaq hərəkətinin qeydə alındığı videogörüntülər bir ədəd diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 122-124). Cinayət işində olan diskə baxış keçirilməsi protokoluna əsasən, həmin görüntülər şəxsi axtarış və götürmə aparılması haqqında 07 aprel 2023-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 146). Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2023-cü il tarixli 6/2462 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 176” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi 2,581 qram bozumtul-qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 2,581 qram, tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 2,481 qr. (cild 1, iş vərəqi 38, 41-45). Məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 6/2041 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 173” dairəvi möhür əksi, “...vət. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,909 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 1,909 qr, sərf edildi: 0,05 qr, qalıq: 1,859 qr. (cild 1, iş vərəqi 128, 131-135). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dövlət Ekspert Komissiyasının 19 iyul 2023cü il tarixli 562 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sarı rəngli dəstəyi taxtadan olan, hündürlüyü 60 sm, üzərində rus dilində “X11 varislərinin buxar samovar fabriki şirkəti Tula şəhəri” yazıları və 1882 rəqəmi ilə möhürlənmiş samovara baxış keçirilmişdir. Nəticə: XİX əsrin ikinci yarısında istehsal edilmiş samovarın əsası yarımqiymətli metal (bürünc) ştamp və tökmə üsulu ilə kütləvi istehsal edilmişdir. Samovar tarixi və etnoqrafik əhəmiyyət kəsb edir. Samovar bədii əhəmiyyət kəsb etmir. Samovar Milli Mədəni sərvətlər siyahısına daxil deyil. Samovar daxili bazar qiymətlərinə uyğun olaraq 500 (beş) manat civarında qiymətləndirilir. Saxlanma vəziyəti qənaətbəxşdir (cild 3, iş vərəqi 75). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli 9/344 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd odun samovarların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000,00 manat müəyyən edilir. O cümlədən: 1. 1 ədəd təxminən 5 litr su tutumlu, üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan odun samovarı - 200,00 manat, 2. 1 ədəd təxminən 7 litr su tutumlu, üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan qızılı rəngli odun samovarı - 800,00 manat (cild 2, iş vərəqi 99, 120-122). Məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 2790 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 10 may 2023-cü il tarixli 1294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 70-71). İbtidai istintaq orqanının 15 avqust 2023-cü il tarixli qərarı ilə 07 aprel 2023-cü il tarixdə və 27 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 120-156). İbtidai istintaq orqanının 08 aprel 2023-cü il və 28 aprel 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış bir bükümdə təmiz çəkisi 1,909 qram olan narkotik vasitə heroin və bir ədəd zərfdəki bir ədəd ədəd bükümdə olan təmiz çəkisi 2,581 qram çəkidə narkotik vasitə heroin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 1,859 qram və 2,481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 49-51, 143-145). İbtidai istintaq zamanı götürülmüş və Zərərçəkmiş şəxs4 məxsus 7 litr su tutumlu üzərində “Tula” və sair yazılar, həmçinin, möhürlər olan qızılı rəngli bir ədəd odun samovarı və 5 litr su tutumlu üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan bir ədəd odun samovarı 15 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, həmin əşyalar Zərərçəkmiş şəxs4 qaytarılmışdır (cild 3, iş vərəqi 120-156, 247). İstintaq zamanı götürülmüş və Zərərçəkmiş şəxs7 məxsus sarı rəngli, dəstəyi taxtadan olan, hündürlüyü 60 sm, üzərində rus dilində “X11 varislərinin buxar samovar fabriki şirkəti Tula şəhəri” yazıları və 1882 rəqəmi ilə möhürlənmiş tarixi və etnoqrafik əhəmiyyət kəsb edən, XİX əsrin ikinci yarısında əsası yarımqiymətli metal (bürünc) ştamp və tökmə üsulu ilə kütləvi istehsal edilmiş bir ədəd mis samovar iş üzrə əhəmiyyət kəsb etdiyindən 15 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və xx.xx.2023-cü il tarixli qəbzlə Zərərçəkmiş şəxs7 qaytarılmışdır (cild 3, iş vərəqi 120-156, 246). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 yaşadıqları ünvanlarda quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış oğurluq hadisələrinə dair videogörüntülərin olduğu cəmi 4 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən 15 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin disklər iş materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 120-156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər İzmaylov rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CMnin 161-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zeynalov X6 rayon Məhkəməsinin 07 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 1/2 qədər azaldılmışdır. xx.xx.2009-cu il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Zeynalov X6 rayon Məhkəməsinin 22 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Zeynalov X6 rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzalarına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur (cild 3, iş vərəqi 219-222). Cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-cİ il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2000 (iki min) manat cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş cəzaya tam birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur (cild 3, iş vərəqi 88-98). Elektron Məhkəmə sistemindən götürülmüş məlumatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2000 (iki min) manat cərimə cəzası hal-hazıra qədər ödənilməmişdir və həmin cəza icraatda saxlanılmaqdadır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4lə bağlı olan epizodları qəbul etdiyini, Zərərçəkmiş şəxs7 evindən yalnız iki ədəd samovar götürdüyünü, narkotiklərlə bağlı ona verilmiş ittihamlardan 234.1-ci maddə ilə olan ittihamı qəbul etdiyini, 234.1-1-ci maddə ilə verilmiş ittihamla isə razı olmadığını, həmin narkotiki onun cibinə polis işçiləri qoyduqlarını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona verilmiş hər iki ittiham üzrə şübhəli şəxs qismində tutulub videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən, özü heç bir kənar təsir və təzyiqlər olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində hər iki halda üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, onları müvafiq olaraq 07 aprel və 23 aprel 2023-cü il tarixdə öz istifadəsi üçün pul müqabilində tanımadığı şəxlərdən aldığını və üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılıb Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçrilərkən həmin narkoik vasitələri özünün könüllü olaraq cibindən çıxarıb təqdim etdiyini etiraf etmiş, eləcə də polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarışlar keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, məhkəmə tərəfindən onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunduğunu, narkotik vasitələrdən asılılığı olduğunu bildirmiş və təqdimatın təmin olunmasını xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməllər az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən isə, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, cəzaları qismən toplama yolu ilə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-cİ il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2000 (iki min) manat cərimə cəzası həmin hökmlə təyin edilmiş cəzaya tam birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuş, lakin ona təyin olunmuş 2.000 (iki min) manat cərimə cəzası hal-hazıra qədər ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətlərə məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən az ağır və ağır cinayətlər törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2023-cü il tarixdə həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin cinayət işi üzrə 13 mart 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 28 mart 2023-cü il tarixdə tutulmuş və 30 mart 2023-cü il tariuxdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 aprel 2023-cü il tarixdə həbsdən azad edilərək 10 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra o, ********* nömrəli cinayət işi üzrə 27 aprel 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədİ rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və o, hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı ümumilikdə 4 (dörd) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və üzərində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2023cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünə əsasən təyin olunmuş 2.000 (iki min) manat cərimə cəzası hal-hazıra qədər ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan müddəanı nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmünə əsasən təyin olunmuş 2000 (iki min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Təyin olunmuş cərimə cəzası müstəqil icra olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 2790 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.5-ci maddəsinə uyğun olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Bİnəqədi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 1,859 qram çəkidə və 2,481 qram çəkidə narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - 7 litr su tutumlu üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan qızılı rəngli samovarın və 5 litr su tutumlu üzərində “Tula” və sair yazılar, eləcə də möhürlər olan odun samovarının istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs4, sarı rəngli, dəstəyi taxtadan olan, hündürlüyü 60 sm, üzərində rus dilində “X11 varislərinin buxar samovar fabriki şirkəti Tula şəhəri” yazıları və 1882 rəqəmi ilə möhürlənmiş bir ədəd mis samovarın isə Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalı; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 274 (iki yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə tərtib olunmuş ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, işin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 müdafiə etmiş və bun görə ona pul məbləğ 990 (doqquz yüz doxsan) manat göstərilmişdir. Lakin iş materialları nəzərdən keçirilən zaman həmin məbləğin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ibtidai istintaq hərəkətlərinin başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokollar və həmin istintaq hərəkətlərinə gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxt da nəzərə alınmaqla vəkil Vahid Məmmədova təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı ödəniləcək məbləğ 290 (iki yüz doxsan) manat məbləğində müəyyən edilməli və həmin pul vəsaiti Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin işə əlavə olunmuş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 50 saat vaxt sərf etmişdir. Bununla əlaqədar, ödənilməli olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək 1 (bir) gün, 28 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək 2 (iki) gün, 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək 1 (bir) gün, ümumilikdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 4 (dörd) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş cəzaya Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 2.000 (iki min) manat cərimə cəzası tamamilə birləşdirilsin və ona hökmlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2.000 (iki min) manat cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Bİnəqədi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 1,859 qram çəkidə və 2,481 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 7 litr su tutumlu üzərində “Tula” və sair yazılar, həmçinin möhürlər olan qızılı rəngli samovarın və 5 litr su tutumlu üzərində “Tula” və sair yazılar, eləcə də möhürlər olan odun samovarının istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs4, sarı rəngli, dəstəyi taxtadan olan, hündürlüyü 60 sm, üzərində rus dilində “X11 varislərinin buxar samovar fabriki şirkəti Tula şəhəri” yazıları və 1882 rəqəmi ilə möhürlənmiş bir ədəd mis samovarın Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 274 (iki yüz yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - cinayət işinin ibtidai istintaqı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli olan 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar