Məhkəmə qərarları › İş №1(101)-872/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-872/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-872/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Malik oğlu, müdafiəçi - Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 fevral 2025-ci il tarixdə, saat 11:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanında olarkən, bundan təxminən 30 dəqiqə əvvəl tanışı Zərərçəkmiş şəxs onunla əsassız olaraq mübahisə edib sifətinə sillə vurması səbəbindən tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yenidən yumruq və təpiklə baş və bədənin müxtəlif nahiyələrindən vuraraq ona sol göz yuvasıətrafı nahiyənin qançırı, sağ dirsək, sağ kürək, sağ said və sol bel nahiyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyinə görə özünü təhqir edilmiş kimi hesab edərək özündə olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona soltərəfli hemotoraks (sol döş boşluğuna qanın yığılması) və sol ağciyərin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vuran, insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxsla mobil telefon vasitəsilə danışdıqdan sonra aralarında yaranmış mübahisə nəticəsində o, bıçaqla sonuncuya 1 dəfə zərbə yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs cavanlıq məsələləri ilə bağlı Zərərçəkmiş şəxsla aralarında mübahisə yarandığını, bıçağı üzərində gəzdirmədiyini, evə gedib bıçağı götürdükdən sonra yaşadığı evin yaxınlığındakı dalanın başlanğıcında Zərərçəkmiş şəxs gəlməsini gözlədiyini, hadisə vaxtı Zərərçəkmiş şəxs tək olmadığını, yanında Şahid2 də olduğunu, məktəb illərindən Zərərçəkmiş şəxs tanıdığını, özünü tam təqsirli bildiyini, əməlindən peşman olduğunu, alkoqollu içkinin təsirində olduqlarından, aralarında mübahisə yarandığını, Zərərçəkmiş şəxs onunla mobil telefonla danışıq zamanı əda ilə danışmasından əsəbləşdiyini və sonuncunun harada olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs məhəllədə olduğunu öyrəndikdən sonra evdən bıçağı götürüb çıxdığını, mobil telefonla danışıq zamanı Zərərçəkmiş şəxs onu söydüyünü, Zərərçəkmiş şəxs ona sillə və yumruq vurduqdan sonra evə getdiyini, evdən bıçağı götürdükdən sonra ailə üzvləri ilə sağollaşıb çıxdığını, zəng edib dalana çağırdığını və dalanın başlanğıcında sonuncunu görüb bıçaqla xəsarət yetirdiyini, hadisə vaxtı hər ikisinin ayaqüstə olduqlarını, Zərərçəkmiş şəxs heç vaxt unutmaması məqsədilə iz qoymaq üçün bıçaqla zərbə yetirdiyini, Zərərçəkmiş şəxs hər kəslə əda ilə danışmasının mümkün olmadığını dərk etməsini istədiyini, hadisənin təsiri altında olduğundan istintaq vaxtı başqa şəxslərin də onu vurduğunu söylədiyini, lakin əslində isə belə bir halın baş vermədiyini bildirdi. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 25 avqust 2024-cü il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs yaşadığı məhəllədə, yəni Bakı şəhəri, Sabunçu rayonu, İlqar Həsənov küçəsində yeyib içmiş, alkoqollu içki qəbul etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs onu söydüyündən o, Təqsirləndirilən şəxs vurmuş, bundan sonra həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs onun kürək nahiyəsinə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, hadisə vaxtı hər ikisinin alkoqollu içkinin təsiri altında olduğunu, Təqsirləndirilən şəxs yalnız bir dəfə bıçaqla onu vurduğunu, aralarında mübahisə yarandığına görə həmin hadisənin baş verdiyini, Təqsirləndirilən şəxsla barışmasına dair məhkəməyə ərizə təqdim etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayının sonlarında axşam vaxtı işdən yaşadığı evə gəldikdə çöldən səs-küy eşitdiyindən, çölə çıxıb baxdıqda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mübahisə etdiklərini görmüş, aralamağa çalışsa da, bacara bilmədiyindən kömək üçün atasını çağırmış, daha sonra atası gəlib Zərərçəkmiş şəxsla danışaraq belə hərəkətlər etməməsini izah etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs yola salmaq məqsədilə dalana daxil olduqda, Təqsirləndirilən şəxs orada gözlədiyini görmüş, sonuncu o və Zərərçəkmiş şəxs yaxınlaşdıqda yenidən aralarında mübahisə düşmüş, Zərərçəkmiş şəxs anidən Təqsirləndirilən şəxs üzərinə yıxılmışdır. Həmin mübahizə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 01 ədəd bıçaqla xəsarət yetirmişdir. O, hadisədən dərhal sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 mübahisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yıxıb üstünə çıxdıqda sonuncunun bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə vurduğunu, mübahisə vaxtı Təqsirləndirilən şəxs əlində bıçağı görmədiyini, Zərərçəkmiş şəxs yaralandıqdan sonra Təqsirləndirilən şəxs onu vurduğunu dediyindən baxdıqda sonuncunun əlində bıçağı və Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarəti gördüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayının sonunda dəqiq xatırlamadığı tarixdə axşam vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşadığı evdə televizora baxarkən oğlu Şahid2 qapını açıb məhəlləyə çıxdığını görmüş, bir neçə dəqiqə sonra oğlu evə qayıdıb ona Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dalaşdıqlarını, həmin şəxsləri ayıra bilmədiyini söyləyib kömək etməsini xahiş etdiyindən, təcili küçəyə çıxıb mübahisə edən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qışqırıb mübahisəni dayandırmalarını tələb etmiş, hər ikisinə mübahisə etməmələrini məsləhət görmüşdür. O, Təqsirləndirilən şəxs yaşadığı evə göndərmiş, Zərərçəkmiş şəxs isə sonuncu ilə mübahisə etməməsini söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini və həmin vaxt verdiyi ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə məhkəməyədək ifadəsi elan edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydə alınmış xx.xx.2024cü il tarixli HK-1-2363 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 23:40 radələrində Sabunçu TM-nin (3 saylı xəstəxana) tibb bacısı Zərərçəkmiş şəxs döş qəfəsinin arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə hadisə yeri ünvan 2 ünvanıdır. Baxış zamanı qanunazidd əməlin törədildiyi alət və ya vasitə aşkarlanmamış, ərazini qeydə alan videomüşahidə kameralarının olmaması müəyyən edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 9-15) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 16-17; 30) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqə 55-60) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 62-63) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-523/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 84-89) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli, 41-69-11/24 nömrəli məktubundan görünür ki, hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarının olmadığı müəyyən edilmiş, hadisəni görə biləcək şəxslərin dairəsini, həmçinin cinayətin törədildiyi bıçağın tapılaraq istintaq təqdim edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. (Cild 1, iş vərəqə 104; 129) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 115) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 130) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqə 131-136) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2" X5 Sabunçu rayon şöbəsinin 28 avqust 2024-cü il tarixli, 2150 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs soltərəfli hemotoraks (sol döş boşluğuna qanın yığılması) və sol ağciyərin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçağın tiyəsinin təsirindən törənə bilər, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi 25 avqust 2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.(Cild 1, iş vərəqə 137-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Sabunçu rayon şöbəsinin 28 avqust 2024-cü il tarixli, 2151 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gözyuvasıətraf nahiyənin qançırı, sağ dirsək, sağ kürək, sağ said və sol bel nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi 25 avqust 2024-cü il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, iş vərəqə 140-141) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 156-157) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 171-174) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 175-177) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-643/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay 15 (on beş) gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 186-190) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 21 oktyabr 2024-cü il tarixli, 3071 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğun olmaqla iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri- qıcığa qarşı həssaslıq, kobudluq, dava-dalaşa meyllilik, höcətlilik və s. müəyyən edilir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik müəyyən edilməmişdir. (Cild 1, iş vərəqə 191-194) 25 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 195-206) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən, 120.2ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrə məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs döş qəfəsinin sol döş boşluğuna nüfuz edən 01 (bir) ədəd bıçaq zərbəsi vurmaqla xəsarət yetirmişdir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəməyə təqdim edilməklə, məhkəmə iclasında elan olunmuş zərərçəkmiş şəxs X4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət, tələb və iddiası yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” Plenum qərarının 35-ci və 64-cü bəndlərinə görə, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün CPM-in 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli ictimai təhlükəlidir, o, zərərçəkmiş şəxslə mübahisə etdikdən sonra sonuncuya xəsarət yetirmək məqsədilə yaşadığı evdən bıçaq götürüb dalanın başlanğıcında Zərərçəkmiş şəxs gözləmiş, ardınca isə özünün deməsinə görə unudulmaz iz qoymaq məqsədilə Zərərçəkmiş şəxs 01 ədəd bıçaqla xəsarət yetirmişdir. Cinayət Məcəlləsinin 59.1.12-59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə cinayət törətməsini, yaşını, cinayətin zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı baş verməsini, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-523/2024 nömrəli nömrəli qərarına əsasən, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-643/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay 15 (on beş) gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, maddi sübutun, mülki iddianın və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar