Məhkəmə qərarları › İş №1(101)-873/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-873/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-873/2020 20.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X7 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və X8, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Qanuni nümayəndə: Qanuni nümayəndə Müdadiəçi: X3, Müdafiəçi2 iştirakı ilə xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmaqla, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməklə, hazırda orada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün barəsində tibbi xarakterli məcburi tətbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Üzvi şizofreniyayabənzər pozuntu” xroniki psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan, əvvəllər rəsmi qaydada nikaha daxil olmaqla ər-arvad münasibətlərində olduğu, lakin birgə yaşadıqları dövr ərzində mütəmadi olaraq məişət zəminində aralarında baş vermiş mübahisələrlə bağlı öz təşəbbüsü ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahları pozulmuş Zərərçəkmiş şəxs1 onunla barışıb yenidən birlikdə yaşamalarına dair təkliflərini dəfələrlə rədd etməsindən, eyni zamanda birgə nikahlarından anadan olmuş azyaşlı oğlu Şahid1 rəsmi adı ilə deyil, özünün bəyəndiyi “Ayxan” adı ilə çağırmasından narazı qaldığına görə Zərərçəkmiş şəxs1 və sonuncunun anası Şahid2 istifadələrində olan mobil telefon nömrələrinə təkliflərini qəbul edib onunla barışmayacağı təqdirdə öldürəcəyinə dair hədə məzmunlu SMS-lər göndərərək xəbərdarlıqlar etməsinə baxmayaraq, təklif və iradlarını yenə də qəbul etməməsi səbəbindən Zərərçəkmiş şəxs1 qəsdən öldürməklə bağlı niyyətini reallaşdırmaq məqsədi ilə soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağı ilə silahlanıb xx xxxxxx 2019- cu il tarixdə keçmiş arvadının, Zərərçəkmiş şəxs1 valideynləri və qardaşı ilə yaşadığı ünvan 2 mənzil 30a ünvanına gəlmiş və keçmiş qayını Zərərçəkmiş şəxs2 evdə olduğuna, sonradan isə valideynləri, yəni atası Qtrxlarov Mərdan Sədrətdinovİçlə anası Qanuni nümayəndə ora gəldiklərinə görə cinayətkar qəsdini həyəta keçirə bilməyib onlarla birlikdə mətbəxə keçib çay içərək cinayətkar niyyətini həyəta keçirməkdən ötrü uyğun vaxtı gözləyərkən atası Şahid1 onu Zərərçəkmiş şəxs1 ilə barışdırmaq istədikdə sonuncunun yenə də rəddedici cavablar verməsi, həmçinin bu əsnada orada olan azyaşlı oğlu Şahid1 "Ayxançik” deyərək çağırması onu daha da əsəbləşdirib özündən çıxardığı üçün qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs1 təklikdə söhbət etmək adı ilə qonaq otağına dəvət etmiş və həmin otağa keçdikdən sonra şalvarının sağ yan cibindən çıxardığı turist bıçağı ilə Zərərçəkmiş şəxs1 həyat üçün vacib orqanlarının yerləşdiyi döş və digər nahiyələrinə qəflətən ardıcıl zərbələr endirməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sağ yarısının yan səthində lil-İV qabırğaarası proyeksiyasında daxilə nüfuz edən sağ ağ ciyərin yuxarı payını deşib-keçən, sağ ağ ciyərin orta payında kor qurtaran bir ədəd, döş qəfəsinin sağ yarısının yan səthində İX qabırğa proyeksiyasında daxilə nüfuz edən sağ ağ ciyərin aşağı payını zədələyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində V qabırğa proyeksiyasında döş boşluğuna nüfuz edən bir ədəd, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sağ yarısının yan səthində Vİ qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol yan səthində İV qabırğa proyeksiyasında bir ədəd, sol süd vəzinin yuxarı-bayır kvadrantında bir ədəd, sağ süd vəzinin yuxarı iç kvadrantında bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd, sol bazu nahiyəsində iki ədəd və sol said nahiyəsində bir ədəd, ümumilikdə on bir ədəd olmaqla deşilmiş-kəsilmiş xəsarətlərini yetirmiş, bununla kifayətlənməyərək yenidən xəsarət yetirmək istədikdə Zərərçəkmiş şəxs1 qışqırıq səsinə otağa gəlmiş sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 müdaxiləsi səbəbindən öz əməlini başa çatdıra bilməyib həmin vaxt əlindəki bıçağı almaqla hüquqazidd əməlinin qarşısını almaq istəyən, bununla da cinayətkar qəsdini həyata keçirməyə mane olan Zərərçəkmiş şəxs2 də ictimai borcunu yerinə yetirməklə əlaqədar qəsdən öldürmək qərarına gəlmiş və əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 həyatı üçün vacib olan orqanlarının yerləşdiyi döş nahiyəsinə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində solda bir ədəd boşluqlarla nüfuz edən, diafraqmanın yaralanmasına səbəb olan və bel nahiyəsində solda bir ədəd boşluğa nüfuz edən, dalağın yaralanmasına səbəb olan iki ədəd deşilmiş- kəsilmiş xəsarətlər yetirmiş və bu zaman Zərərçəkmiş şəxs2 bıçağı əlindən alıb kənara atmağa nail olduğu üçün öz cinayətkar niyyətini başa çatdıra bilməyib əməllərini davam etdirmək məqsədilə sonuncu ilə əlbəyaxa olaraq həmin bıçağı yenidən götürməyə cəhd etsə də, həmin vaxt otağa daxil olmuş atası Mərdan Gırxlarovun müdaxiləsi, eləcə də Zərərçəkmiş şəxs2 bacısı Ayşan Gırxlarovanı dərhal mənzildən çıxarıb istintaqa məlum olmayan avtomobil vasitəsilə qısa müddət ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X13 çatdırılması və vaxtında onlara ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində həyatları xilas olduğundan bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab verməkdə çətinlik çəktiyini, yadında heçnə qalmadığını, hazırda heç bir şey xatırlamadığı və özünü cox pis hiss etdiyi üçün, ifadə verməkdən imtina etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ilkin olaraq ona Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixoloji problemləri olduğu üçün əvvəllər bununla bağlı stasionar müalicə almışdır. 2017-ci ildə X11 ilə ailə həyatı qurmuş və həmin nikahdan onların bir azyaşlı övladları vardır. 2018-ci ilin ortalarından etibarən arvadı Ayşanla onun arasında problemlər yarandığı üçün Ayşan ondan ayrılaraq valideynlərinin yaşadığı Binəqədi rayonu, Xutor qəsəbəsi, E.Babayev küçəsi, ev 30, mənzil 30A ünvanında köçmüş, 2019cu ilin may ayında Binəqədi rayon məhkəməsinin qərarı ilə onlar rəsmən ayrılmış, rəsmən ayrılıqdan sonra onun əsəbləri daha da pozulmuş, o, dəfələrlə Ayşanla barışmağa cəhd etsə də, Ayşan bununla razılaşmamışdır. xx.xx.2019-cu il tarixdə o, evdə olarkən valideynlərinə bu cür yaşayış tərzindən bezdiyini, ailəni bərpa etmək istədiyini və bu məqsədlə Ayşangilə gedəcəyini bildirib evdən çıxmış, piyada Ayşanın yaşadığı evə gəlmiş, mənzili qapısını döydükdə Ayşanın qardaşı İlkin qapını açmış və o, evə daxil olduqdan sonra İlkinlə mətbəxə keçib masa arxasında əyləşmiş və İlkinə Ayşanla barışmaq istədiyini, bu cür yaşaya bilmədiyini bildirmişdir. Onlar İlkinlə təxminən 15-20 dəqiqə bu mövzuda söhbət etmiş, İlkin bacısı Ayşanın həyatına qarışmadığını və bunun bacısının seçimi olduğunu demiş, söhbət əsnasında o, Ayşanı da yanlarına çağırıb fikrini ona bildirsə də Ayşan bir daha onunla yaşamaq istəmədiyini demişdir. Bir müddət sonra onun anası Lyudmila və atası Mərdan da Ayşangilə gəlmiş və onlar birlikdə mətbəxdə əyləşmiş, Ayşan onlar üçün çay süfrəsi açmış, valideynləri də Ayşanı onunla barışmağa çağırmış, lakin Ayşan israrla onunla barışmayacağını bildirmişdir. Ayşan qonaq otağına keçərkən o, Ayşanla təklikdə söhbət etmək üçün arxasınca qonaq otağına keçmiş və orada Ayşandan onunla barışmağını xahiş etmiş, lakin Ayşan yenə də onun xahişinə rədd cavabı vermişdir. Ayşanın bu rədd cavabları onu daha da özündən çıxardığı üçün o, şalvarının qabaq sağ cibindən çıxardığı qatlanan bıçaqla Ayşanın qarın hissəsinə zərbələr vurmağa başlamış, həmin an Ayşanın qardaşı İlkin otağa daxil olub onun üstünə hücum edərkən, həyəcanlı olduğu üçün əlindəki bıçaqla İlkinin də qarın hissəsinə bir neçə zərbə vurmuş, İlkin isə onu qucaqlayaraq yerə yıxmış, yaranmış səs-küyə atası Mərdan və anası Lyudmila otağa daxil olmuş və atası Mərdan bıçağı əlindən alıb onları ayırmışdır. Həmin an o, özündə olmamış, atası ona nəsə desə də o, heç nə anlamamışdır. İlkin ayağa qalxaraq Ayşanı qucaqlamış və onlar mənzili tərk etmişlər. Bir müddət sonra valideynləri onu evlərinə aparmış və artıq onun psixoloji pozuntusu olduğu üçün təcili tibbi yardım avtomobiliniçağırıb onu 2 saylı ruhi-əsəb dispanserinə yerləşdirmişlər. Axşam saatlarında polis əməkdaşları dispanserə gəlib onu Binəqədi RPİ-nə gətirmişlər. Ayşandən ayrılıqdan sonra aralarında münasibətlər soysa da heç bir düşmənçilik və ya ədavətləri olmamış, o, Ayşangilə gedərkən əynindəki şalvarı dəyişmiş, onun üzərində olan bıçağı bir müddət öncə məişətdə istifadə etmək üçün alıb həmin şalvarının cibinə qoymuşdur. Şalvarını dəyişərkən cibində bıçaq olmasını bilməmiş, bıçağın şalvarının cibində olmasını Ayşangildə olarkən görmüş, bıçağın əlamətlərini dəqiq xatırlamasa da qatlanan cib bıçağı olmuş, həmin bıçağı hara atdığını xatırlamır. Hadisə zamanı o, nə Ayşanı, nə də ki, İlkini öldürmək niyyəti ilə vurmamış, belə bir niyyəti olsaydı ona hadisə zamanı mane ola bilən bir fakt olmamış, o, Ayşanı onunla barışmaq istəməməsindən irəli gələn psixoloji sarsıntı ilə bağlı vurmuş, belə ki, o, Ayşanı çox sevmiş və ondan ayrı yaşaya bilməmişdir, İlkini isə necə vurduğunu özü bilmir. Sonradan ona Azərbaycan Respublikası 29, 120.2.7-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadələrində göstərmişdir ki, onun Ayşanı öldürmək niyyəti olmamış, xəstəliyi ilə əlaqədar gözünə qara paltarlı adamlar görünür, buna görə də o, kimisə öldürməli olduğunu düşünür, yoxsa onu öldürəcəklər. Ayşanla evdə söhbət edən zaman yanında kişi görüb Ayşanın ona xəyanət etdiyini düşünərək sonuncunu bıçaqla vurmuş, həmin zaman İlkin otağa gəlmiş və o, özündə olmadığı üçün İlkini necə vurmasını və sonuncunun onun əlindən bıçağı necə almasını xatırlamır. Qulağına özünü öldürməyə məcbur edən səslər gəldiyi üçün onda təkcə Ayşanı yox, bir neçə adamı öldürmək fikirləri yaranmış, çünki o, kimisə öldürməsə onu öldürəcəklərini düşünmüşdür. Ayşanı bıçaqla vurarkən kiminsə onu yıxmağını hiss etmiş, ona görə də özünü qorumaq üçün bıçaqla İlkini də vurmuş, hadisə vaxtı istifadə etdiyi bıçağı haradan və nə vaxt əldə etdiyini, eləcə də hadisə vaxtı əynində hansı paltarların olmasını xatırlamır. O, baş vermiş hadisədən sonra heç kimə məlumat verməmiş, hadisə vaxtı orada ondan başqa atası, anası, Ayşan və İlkin olmuş, Ayşanla İlkini bıçaqla vurarkən mətbəxdə olan atası ilə anası Ayşanın qışqır səsinə otağa gəlib onu Ayşandan aralamışlar. Ayşangildə olarkən sonuncunun atasının adını daşıyan oğlu Mərdana “Ayxançik” deməsi ona pis təsir etmiş, barışıq təkliflərini rədd etməsi isə onu əsəbləşdirərək özündən tam çıxarmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o 2016cı ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş həmin nikahdan bir övladları var. Evləndiyi gündən ailədaxili münasibətləri yaxşı olmayıb, Elmar onu tez-tez heç bir əsaslı səbəb olmadan döyürdü. Onu dəfələrlə döysə də, ailəni dağıtmamaq üçün o nə hüquqmühafizə orqanlarına, nə də ki, valideynlərinə bu barədə heç bir məlumat verməmişdi, lakin Elmar hərəkətlərinə son vermirdi, bunun üçün də o 2017-ci ilin yay aylarında polisə müraciət etdi, Elmar barədə araşdırma aparılaraq Nəsimi rayon məhkəməsinə göndərildi, valideynlərinin təkidi ilə o Elmarla barışdı. Elmarı bağışlasa da, o, etdiyi hərəkətlərdən əl çəkməyərək onu döyür və hər dəfə ondan pul istəyirdi. Elmar özü heç bir yerdə işləmirdi, ata və anasının təqaüdü ilə dolanırdı. Elmar ondan valideynlərindən pul istəməyini, həmçinin evlərini satıb pulu ona verməyini tələb edirdi. O isə buna etiraz etdi, Elmar da bundan sonra boşanma üçün məhkəməyə ərizə verdi. 2019-cu ilin fevral ayında Elmar onu məhkəməyə getmədiyi üçün döydü, o isə Elmara xəbəri olmadığını dedi. Mart ayında da o boşanma üçün qarşılıqlı ərizə verdi, 2019-cu ilin may ayında rəsmi qaydada boşandıqdan sonra o valideynləri ilə birlikdə yaşamağa başladı. xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində anası ona zəng edərək Elmarın anası Lyudmilanın oğlu Mərdanı gəzməyə aparmaq üçün gələcəyini dedi, təqribən 30 dəqiqə sonra qapı döyüldükdə o Lyudmilanın gəldiyini fikirləşdi. Qardaşı İlkindən qapını açmağı xahiş etdi. İlkin qapını açdıqda o Elmarın səsini eşitdi, bu səbəbdən də uşağı Elmarın özünün aparacağını düşündü və uşağı geyindirərək, qonaq otağına keçdi. Elmarın gəlməsindən təqribən 10-15 dəqiqə sonra valideynləri də gəldi. Qardaşı onu mətbəxə çağırıb çay verməyini xahiş etdi, o da Elmar və valideynləri üçün çay hazırlayıb verdi və keçib qardaşı İlkinin arxasında dayandı. Elmarın atası Mərdan İlkinə barışmaq istədiklərini dedi, İlkin isə ondan Elmarda nəyin dəyişdiyini soruşduqda Mərdan heç nəyin dəyişmədiyini bildirdiyi üçün o da Elmarla barışmaq istəmədiyini dedi. Bundan sonra Elmar onunla bir az təklikdə söhbət etmək istədiyini bildirdi. O getmək istəməsə də Elmarın anası Lyudmila da Elmarla söhbət etməklərini istədi, uşağı həmin vaxt Elmarın atası Mərdanın qucağında idi. O Elmarla birlikdə qonaq otağına keçdilər, qonaq otağına daxil olduqda Elmar əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bıçaq çıxarıb “Allahu Əkbər” deyərək dayanmadan bədəninin müxtəlif nahiyələrinə zərbə vurmağa başladı. O Elmara yalvarsa da, o, əhəmiyyət vermədi. O qışqıraraq qardaşı İlkini səslədi. İlkin Elmara mane olmaq istədikdə Elmar bıçaqla onu da vurdu. İlkin bıçağı Elmarın əlindən alıb divanın altına atdı. Əvvəllər də Elmar onu heç bir səbəb olmadan bıçaqla öldürməklə hədələmişdi. Bir neçə dəfə anasına mesajlar yazaraq onu öldürəcəyini demişdi. Yaşadıqları müddət ərzində Elmarın səhhətində heç bir problem olmayıb və o Elmarın nə vaxtsa üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mənsimova Ayşan onun bacısıdır, təxminən 2016-2017-ci illərdə Təqsirləndirilən şəxsla ailə həyatı qurub və bu nikahdan onların Mərdan adlı bir övladı olub. Evli olduqları gündən Ayşanla Elmarın münasibətləri heç vaxt yaxşı olmayıb, demək olar ki, hər gün mübahisə edirdilər. Mübahisələrin yaranmasına səbəb isə Elmarın Ayşandan pul tələb etməsi idi. Elmar hər dəfə mübahisə zamanı bacısına atasından ev almaq üçün pul istəməsini tələb edirdi. Elmar heç bir yerdə işləmirdi, onun və Elmarın öz valideynlərinin verdiyi pullar hesabına yaşayırdılar. Ayşanla Elmar evləndikdən bir qədər sonra atası Elmara özünə iş qurması üçün 14000 manat pul verdi, lakin Elmar həmin pulu öz ehtiyaclarına xərclədi. Ayşan hamilə olan vaxtı Elmar onu döydüyü üçün bacısı “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdi. Buna görə də Nəsimi RPİ-nin 14-cü PB-si tərəfindən araşdırma aparıldı, nəticədə Elmar Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyə verildi. Lakin Elmarın valideynlərinin yalvarmalarını və xahişlərini nəzərə alaraq Ayşan Elmara qarşı olan şikayətini geri götürüb, onu bağışlamışdı. Buna görə də məhkəmə Elmara heç bir cəza təyin etməmişdi. Lakin evə getdikdən sonra Elmar yenidən eyni qaydada bacımla mübahisə etməyə davam etdi. Elmar bacısına onların yaşadıqları evi satıb pulu ona vermədiklərini təqdirdə boşanacaqlarını dedikdə bacısı da Elmara etiraz edərək bunu etməyəcəyini ona bildirib. Bundan sonra Elmar bacısını döyərək, boşanmaq üçün məhkəməyə ərizə verdi. Təxminən 2019-cu ilin mart ayında Elmarın müraciəti əsasında onlar boşandı. Məhkəmə qətnaməsinə görə uşaq 3 yaşına çatana qədər 260 manat, 3 yaşından sonra isə 160 manat aliment ödənilməsi müəyyənləşdirildi. Məhkəmə qətnaməsi qəbul olunmamışdan 3 ay qabaqdan Ayşan onlarla birgə yaşayırdı, boşandıqdan sonra da bizimlə birgə yaşamağa davam etdi. Ayşanın deməsinə görə, Elmar Ayşana “əgər məndən aliment istəsən, səni öldürəcəm” deyibmiş. xx xxxxxx 2019-cu il tarixdə saat 09-10 radələrində o evdə olarkən, qapı döyüldüyü üçün bacısı ona Elmarın anası Lyudmilanın uşağı parka aparmaq üçün götürməyə gəlməli olduğunu, amma tez gəldiyi üçün hələ uşağı geyindirmədiyini dedi. O qapıya tərəf getdikdə bacısı Ayşanın qapının gözlüyündən baxaraq gələnin Lyudmila olduğunu dəqiqləşdirdikdən sonra bu barədə ona dediyini fikirləşdiyindən qapını birbaşa açdı. Qapını açdıqda gələnin Lyudmila deyil, Elmarın olduğunu görüb əvvəlcə Elmarı evə buraxmaq istəmədi. Elmar onunla salamlaşaraq söhbət etmək istədiyini deyəndən sonra Elmarı mətbəxə dəvət etdi, lakin həmin vaxt Ayşanın Elmarın anasının deyil, özünün gəlməsindən xəbəri olmamışdı. Mətbəxdə söhbət edərkən Elmar ona “səhv eləmişəm, Ayşanla barışmaq istəyirəm, qardaşısan mənə kömək elə, ailəmlə barışım” sözlərini dedi. Elə bu vaxt evin qapısı yenidən döyüldü, qapını açdıqda Elmarın atası Mərdanla anası Lyudmila məndən “Elmar burdadımı?” deyə soruşduqda Elmarın mətbəxdə olduğunu bildirib Mərdanla Lyudmilanı mətbəxə dəvət etdi. Mətbəxdə olarkən Mərdandan nə məqsədlə gəldiklərini soruşduqda o mənə “sən bu barışmaq işinə necə baxırsan?” deyərək qarşılıqlı sual verdiyi üçün ona barışıq məsələsinin bacısı Ayşanın qərarı ilə ola biləciyini, amma Elmarın bacısına verdiyi əzablara görə bacısının onunla barışmasına inanmadığını bildirdi. Bu zaman Ayşan mətbəxə gəlib Elmar və valideynləri ilə salamlaşaraq oğlu Mərdanı Elmarın atasına verdi. Ayşana çay qoymasını deyəndən sonra bacısı hazırlayıb verdiyi çayı içə-içə Mərdandan “Elmarın nəyi dəyişib, xarakterimi dəyişib, iş tapıbmı ki, barışığa gəlmisiniz, qarantiya durursan ki, qızı aparıb yenə başına oyun açmayacaq?” sualını verən zaman Mərdan ona Elmara cavabdeh olmadığını bildirdiyi üçün o halda nəyə görə barışıq istədiyini dedi. Həmin vaxt Elmar bacısına “olar sənə təklikdə bir söz deyim, ürək sözüm var, burada deyə bilmirəm” sözlərini deyənsə Elmarın anası Lyudmila Ayşana “qorxma, get ürəyində söz var, utanır deyə bilmir" dedi, bundan sonra Elmarla Ayşan qonaq otağına getdi. Onlar qonaq otağına keçəndən sonra Mərdana Elmarın dəyişmədiyi halda barışığın mənasız olduğunu bildirdi. Elmarla Ayşan qonaq otağına getdikdən təxminən 3 dəqiqə sonra Ayşanın qışqırıb “İlkin, kömək et” deməsini eşidib dərhal mətbəxdən qonaq otağına tərəf qaçdı. Elmarın atası Mərdan, anası Lyudmila və iki yaşlı Mərdan isə mətbəxdə qaldı. Qonaq otağının qapısı örtülü olduğundan o qapını açdımvə Ayşanı dizləri döşəmədə yarımoturaq halda, Elmarın isə sol əli ilə Ayşanın saçından tutaraq, sağ əli ilə qara rəngli bıçaqla bacısına yuxarıdan aşağıya doğru zərbələr endirdiyini görüb dərhal Elmarın üstünə atılıb onun boğazından tutaraq arxaya doğru yıxdı və əlindəki bıçağı almaq istədikdə Elmar ona iki dəfə bıçaqla vurdu. Buna baxmayaraq Elmarın əlindən bıçağı almağa davam etdi və bıçaq Elmarın əlindən yerə düşdü. Elmarın yerə düşmüş bıçağı götürməyə cəhd etdiyini görüb ondan qabaq bıçağı götürüb kənara atdı. Bıçağın qonaq otağında olan divanın altına düşdüyünü gördü. Həmin vaxt Elmarın anası Lyudmilanın qonaq otağının qapısının qarşısından qışqırdığını eşitdim. Arxası üstdə uzanıqlı halda olan Ayşanın qolundan tutub qaldıraraq otaqdan çıxararkən Elmarın valideynlərinin otaqda olmalarını gördü, lakin Elmarın valideynləri onlara müdaxilə etmədi. O Ayşanla evdən çıxaraq liftə binanın birinci mərtəbəsinə düşdü. Binanın mühafizəçisi Vüqarın köməkliyi ilə yaxınlıqda dayanan Arzu adlı oğlanın taksi kimi istifadə etdiyi maşına minib evin yaxınlığında olan təcili tibbi yardım stansiyasına, oradan da TTYS-nın həkimlər briqadası ilə 1 saylı KTM-nə getdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elmar və Ayşan 2017-ci ildə ailə həyatı qurub və onların 1 azyaşlı övladı var. 2018-ci ilin ortalarından Ayşanla Elmar arasında problemlər yaşanmağa başlamışdı. Elmar və Ayşan yola getmədikləri üçün Ayşan Elmarı tərk edərək öz atası evinə getdi. Bundan sonra Elmar boşanmaq üçün məhkəməyə müraciət etdi və 2019-cu ilin may ayında onlar məhkəmə qətnaməsi ilə boşandılar. Elmar Ayşandən boşandıqdan sonra vəziyyəti ürəkaçan deyildi, qulağına səslər gəldiyini deyirdi. Onlar Elmarı 2 saylı psixiatrik xəstəxanaya apardılar və o, bir müddət orada müalicə olundu. Daha sonra Elmarı xəstəxanadan çıxardıb evdə müalicə olunmağa başladı. Daha sonra Elmar 2019cu ilin iyul ayının 20-23-də dərmanlarını vaxtı-vaxtında qəbul etmədiyi üçün yenidən pisləşdi və 2019-cu ilin avqust ayının 16-na qədər 2 saylı psixiatrik xəstəxanada müalicə aldı. Xəstəxanadan çıxdıqdan sonra Elmar Ayşanla barışmaq fikrinə düşmüşdü. O da ona özünə iş tap, işlə, sonra sizi barışdıracağını dedi. 2019-cu ilin dekabrın 7-də evdə olan zaman Elmar ona və yoldaşına Ayşanla barışmaq istədiyini deyib evdən çıxdı. Qapıdan çıxarkən Ayşanın evinə gedib oğlu Mərdanı götürüb gələcəyini dedi. Yoldaşı isə Elmara “Sən getmə, onsuz da Ayşan qapını sənə açmayacaq. Mən gedib Mərdanı gətirərəm.”dedi. Elmar isə, oğlunu gedib özü gətirəcəyəni bildirdi. O və yoldaşı Elmarın arxasınca gedib Ayşanın yaşadığı mənzilin qapısını döydülər. Qapını Ayşanın qardaşı İlkin açdı, ondan Elmar burda olduğunu soruşduqda, İlkin Elmarın orada olduğunu dedi və onları içəri dəvət elədi. Biz içəri keçdilər, orda söhbət əsnasında Elmarla Ayşanın barışmağından söz açdıqda, İlkin ona “Elmarda dəyişən nədir, iş tapıbmı" de soruşdu. O da hələ də işləmədiyini dedi. Həmin vaxt Elmar Ayşana sözü olduğunu dedi və onu təklikdə söhbət etmək üçün qonaq otağına çağırdı. Təxminən 2-3 dəqiqə sonra X4 otağa getdi. Həmin vaxt qonaq otağından qışqırıq səsi gəldi və o da tələsik qonaq otağına tərəf getdi. Otağa girəndə Ayşan kreslonun yanında bükülmüş vəziyyətdə idi, Elmar yerdə uzanmışdı, İlkin isə Elmarın üstündə uzanaraq qollarından tutub saxlamışdı. Elmardan çox qısa məsafədə qara rəngli bıçaq var idi. O həmin bıçağı götürüb yoldaşına verdi. Elmarı sakitləşdirmək üçün ona bir-iki şillə vurdu. İlkin isə Ayşanı da götürüb evdən çıxdı. Elmardan nə olduğunu soruşsa da Elmar heç nə eləmədiyini deyirdi. Elmar Ayşanla barışmaq və oğlunu görmək üçün ora getmişdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Mənsimova Ayşan və Zərərçəkmiş şəxs2 onun övladlarıdır. Ayşan 2016-cı ilin dekabr ayının sonlarında Elmarla ailə həyatı qurdu. Onların birgə nikahdan Mərdan adlı bir övladları var. Evləndikləri gündən Ayşanla Elmar hər gün mübahisə edirdi, demək olar ki, normal münasibətləri heç olmayıb. Mübahisələrə səbəb Elmarın Ayşandən pul istəməsi idi. Elmar hər dəfə qızındn pul tələb edirdi. Elmar özü heç bir yerdə işləməyib, onların və Elmarın valideynlərinin verdiyi pullarla dolanırdılar. Ayşan hamilə olan vaxtı da Elmar onu döyüb və qızı “102” xidmətinə zəng edərək, bu barədə məlumat verib, nəticədə hətta Elmar məhkəməyə də verildi. Ancaq Elmarın özünə və valideynlərinə yazığı gəldiyi üçün Ayşan Elmara qarşı olan şikayətini geri götürdü. Lakin qızı Elmarla barışdıqdan sonra, Elmar yenidən mübahisələrə başladı. Elmarla yola gedə bilmədiyi üçün 2019-cu ilin fevral ayından onlarla birgə yaşamağa başladı, sonradan Elmar boşanmaq üçün məhkəməyə ərizə verdi və Elmarla Ayşan boşandı. Boşanandan sonra 2019- cu ilin sonlarına yaxın Elmar qızının qarşısını kəsib onun aliment istədiyi təqdirdə onu öldürəcəyəyi ilə tədələmişdir. Elmar bir neçə dəfə onun mobil telefonuna da mesajlar yazaraq, qızı Ayşanı öldürəcəyini deyirdi. Hadisə günü Elmarın anası Lyudmila ona zəng edib dedi ki, yoldaşı Mərdan uşağı görmək istəyir, ona görə də uşağı götürmək istəyirlər. Həmin gün işi olduğu üçün evdə deyildi və Lyudmilaya dedi ki, İlkinlə Ayşanın evdədir, 1 saat sonra gedib uşağı götürə bilər. Ayşana da zəng edib dedi ki, uşağı hazırla, bir saata Lyudmila gəlib uşağı götürəcək, İlkin aşağıdan uşağı verər. İşlərimi qutardıqdan sonra Ayşana zəng elədi, amma qızı telefonu açmadı. Daha sonra oğlu İlkinə dəfələrlə zəng etdi, lakin o da cavab vermədi. Evə çatanda xadimə işləyən qadın ondan uşaqların vəziyyətini soruşanda o təəccübləndi, qadın isə ona dedi ki, kürəkənin uşaqlarını bıçaqladı. Evə qalxanda evin qapısı açıq idi, evə daxil olanda isə xalçanın, evin döşəməsinin qan olduğunu gördü. Fikirləşdi ki, İlkinlə Ayşanı “Semaşko” xəstəxanasına apararlar və 1 saylı KTM-nə getdi, orada da övladlarının kürəkəni tərəfindən bıçaqlandığını öyrəndi. Elmarda psixi pozuntu olduğunu düşünməmişəm. Elmarın davranışları əvvəl normal idi, lakin sonradan tamamilə pisləşdi. İş üzrə təyin edilmiş məhkəmə-soyuq silah ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1003 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. İş üzrə təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1004 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltarlar (puiover, kofta, mayka) və Zərərçəkmiş şəxs1 məxsus (kofta, büstqalter) üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmətə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi da aiddir. Həmin zədələr bıçağın tiyəsinin öndən arxaya doğru istiqamətlənmiş və kəsici tərəfinin sol tərəfdən olmaqla yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar (gödəkçə, puiover, şalvar), Zərərçəkmiş şəxs2 məxsus şalvar və Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində hər hansı bir trasoloji zədə aşkar edilmədi. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 62 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində döş qəfəsinin sağ yarısının bayır səthində lli-İV qabırğaarası sahədə bir ədəd, döş qəfəsinin sağ yarısının yan səthində Vİ qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sağ yarısının yan səthində İX qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol yan səthində İV qabırğa proyeksiyasında bir ədəd, sol süd vəzinin yuxarı-bayır kvadrantında bir ədəd, sağ süd vəzinin yuxarı iç kvadrantında bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində V qabırğa proyeksiyasında bir ədəd, sol bazu nahiyəsində iki ədəd və sol said nahiyəsində bir ədəd (cəmi on bir ədəd) deşilmiş-kəsilmiş yaralar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim olunmuş və ona oxşar bıçağın təsirindən əmələ gəlmişdirlər, dərəcələrinə görə döş qəfəsinin sağ yarısının yan səthində lll-İV qabırğaarası proyeksiyasında daxilə nüfuz edən sağ ağ ciyərin yuxarı payını deşib-keçən, sağ ağ ciyərin orta payında kor qurtaran bir ədəd, döş qəfəsinin sağ yarısının yan səthində İX qabırğa proyeksiyasında bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin aşağı payını zədələyən, döş qəfəsinin sağ yarısının arxa səthində V qabırğa proyeksiyasında bir ədəd döş boşluğuna nüfuz edən (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 63 saylı rəyindən görünür ki, İ.Ə.Mənsimfinin bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthində solda bir ədəd boşluqlarla nüfuz edən, diafraqmanın yaralanmasına səbəb olan deşilmiş-kəsilmiş yara, bel nahiyəsində solda bir ədəd boşluğa nüfuz edən, dalağın yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən onun X13 daxil olduğu və qərarda göstərilən xx.xx.2019-cu il tarixdə törənmişdirlər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Vət Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla, eləcə də ekspertizaya təqdim edilmiş bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. İş üzrə təyin edilmiş məhkəmə-lifli ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1005 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən paltarlardan göy rəngli şalvarı üzərindən tapılmış açıq mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. İlkin Mənsimiinin qara rəngli idman şalvarı üzərindən tapılmış açıq mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərindəki kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur.əhkəmə-tibbi bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 177/2020- MTBŞ saylı rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu: A/ll/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/ll. Ekspertizaya təqdim edilən zərər çəkmiş şəxslər Mənsimova/Zərərçəkmiş şəxs1 məxsus kofta, cins şalvar, büstqalter, Zərərçəkmiş şəxs2 məxsus sviter, idman şalvarı, qısaqol mayka, mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar və bir ədəd cib bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A.Şahid3ya məxsus kofta, cins şalvar, büstqalter, İ.Şahid3 məxsus idman şalvarı, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərindəki ləkələrdə qanın qrup göstəriciləri təqiq olunduqda A və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Mənsimova/Zərərçəkmiş şəxs1/onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/ məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur/əgər hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa və onun qanında müşayiətçi H antigen varsa/. Göstərilən maddi sübutlar üzərindəki ləkələrdə O/l qruplu Zərərçəkmiş şəxs2 qanının olması yalnız həmin iəkələrdə qarışıq qanın olduğu halında mümkündür. Zərərçəkmiş şəxs2 məxsus sviter, qısaqol mayka, mayka üzərindəki ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və alfa, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. X1 və Təqsirləndirilən şəxs qanlarının olması ABO sistemi ilə inkar olunur. Bıçaq üzərindəki qanın qrup göstəriciləri tədqiq olunduqda qrup antigenləri alınmadığı üçün həmin qanın qrup mənsubiyyəti barədə fikir söyləməkmümkün olmadı. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 162 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs keçirilən ekspertiza zamanı baş vermiş cinayət hadisəsini tam təsvir etməməsi, istintaqa verdiyi ifadələrdən fərqli məlumatlar verməsi, psixi pozuntu əlamətlərindən şübhələnməyə əsas verən fikirlər söyləməsi, həmçinin törədilmiş hadisədən əvvəlki dövrdə iki dəfə “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə stasionar şəraitdə müalicə olunması, yoxlanılan şəxsin daha əsaslı və uzun müddətli müayinə olunmasına əsas verir. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində İstintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar anlaqlı olub-olmamasını müəyyən etmək, psixi-emosional vəziyyətini və digər hallan müəyyənləşdirmək, ekspertlər qarşısında qoyulmuş digər sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəməpsixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş üzrə təyin edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 25 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Şizofreniya paranoid forma” psixi xəstəlikdən əzab çəkir. O, cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma” psixi xəstəlik keçirmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. Ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Şizofreniya paranoid forma» psixi xəstəlikdə əzab çəkir. Yoxlanılan şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Şizofreniya, paranoid forma» psixi xəstəliyi aşkar olunur. Bu xəstəlik təxminən 2019-cu ilin yay aylarında yaranmışdır. Halhazırda da yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Şizofreniya, paranoid forma» xroniki psixi xəstəliyindən əziyyət çəkir. Hal-hazırkı psixiatrik müayinə zamanı yoxlanılan şəxs psixiotik vəziyyətdə olduğundan o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı var. AR CM-nin 95.0.4-cü maddəsinə uyğun olaraq ona qarşı ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının enməsi halı müəyyən olunmur. Lakin onda müəyyən edilən psixi xəstəlik halı cinayət əməlini törədərkən onu öz hərəkətlərini tənzimləmək və hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətindən məhrum edə bilərdi. Hal-hazırkı psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs psixi vəziyyətində patoloji əlamətlər qeyd olunduğundan o, öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, emosional halından asılı olaraq Öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmadığı qənaətinə gəlinir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasındahirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən "Şizofreniya paranoid forma” psixi xəstəliyi ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş üzrə təyin edilmiş təkrar kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 39 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Üzvi şizofreniyayabənzər pozuntu” formasında psixi pozuntudan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Üzvi şizofreniyayabənzər pozuntu” formasında psixi pozuntu keçirmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədərkən psixotik halda olduğu üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Üzvi şizofreniyayabənzər pozuntu» formasında psixi pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs psixotik vəziyyət davam etdiyi üçün hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mövcud sənədlərə görə səkkiz il bundan əvvəl - 2012-ci ildə kəlləbeyin travması almış, təxminən 2019-cu ilin ikinci yarısında (yay aylarında) onun psixi vəziyyətində ciddi dəyişikliklər yaranmışdır. Təqsirləndirilən şəxs kəllə-beyin travması alması (2012-ci ildə dava zamanı küt əşyanın dəyməsi nəticəsində başının zədələnməsi), cinayət əməlini törədənədək arvadı ilə yazışmalarında təfəkkürünün suvaşqanlığa meylli olduğunun nəzərə çarpması (mesajlarında fikrini çatdırmaq istəyərkən müfəssəlliyə varması, detaliaşdirmağa çalışması), elektroensefaloqrafik müayinənin nəticəsi (2 saylı X2 nəticəyə görə «yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunması», xx xxxx 2020-ci ildə aparılan beyinin biocərəyan fəallığının üzvi tipli qalıq dəyişiklik əlamətləri ilə səciyələnməsi və zəif paroksizmal pozulmalarla təzahür olunması, beyin qabığı və qabıqaltı mərkəzlər arasında funksional əlaqələrin zəifləməsi əlamətlənnin qeydə alınması) və hal-hazırkı psixiatrik müayinənin bir sıra nəticələn (səs-küyə qarşı həssaslığının çox olması, halsızlıq və baş ağrısından şikayətlənməsi, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, suallara yubanmaqla cavab verməyə başlaması, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, mnestik-koqnitiv funksiyalarında müəyyən qədər pozuntu nəzərə çarpması, yaddaşının zəifləməsi və diqqətini cəmləşdirə bilməməsi səbəbindən anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda bir qədər çətinlik çəkməsi, söhbət edərkən tez yorulması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi) onda aşkarlanan psixi patologiyanın üzvi mənşəli olduğuna dəlalət edir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen patologiya - paranoid şizofreniya istisna olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixiotik vəziyyətdə olduğundan onun məcburi müalicəyə ehtiyacı vardır. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Lakin onda aşkar olunmuş psixi xəstəlik halı, onu cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və tənzimləmək qabiliyyətindən məhrum edə bilərdi. Psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs hadisə zamanı psixi vəziyyətində patoloji əlamətlər yarandığı qeyd olunduğundan, həmin patoloji dəyişikliklə əlaqədar o, öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, onda yaranmış emosional vəziyyətdən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmışdır ki, həmin halın yaranması onda müəyyən edilən «Üzvi şizofreniyayabənzər pozuntu» psixi xəstəliyi ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş üzrə təyin edilmiş təkrar kompleks stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 39 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Üzvi şizofreniyayabənzər pozuntu” formasında psixi pozuntudan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Üzvi şizofreniyayabənzər pozuntu” formasında psixi pozuntu keçirmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədərkən psixotik halda olduğu üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Üzvi şizofreniyayabənzər pozuntu» formasında psixi pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs psixotik vəziyyət davam etdiyi üçün hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mövcud sənədlərə görə səkkiz il bundan əvvəl - 2012-ci ildə kəlləbeyin travması almış, təxminən 2019-cu ilin ikinci yarısında (yay aylarında) onun psixi vəziyyətində ciddi dəyişikliklər yaranmışdır. Təqsirləndirilən şəxs kəllə-beyin travması alması (2012-ci ildə dava zamanı küt əşyanın dəyməsi nəticəsində başının zədələnməsi), cinayət əməlini törədənədək arvadı ilə yazışmalarında təfəkkürünün suvaşqanlığa meylli olduğunun nəzərə çarpması (mesajlarında fikrini çatdırmaq istəyərkən müfəssəlliyə varması, detaliaşdirmağa çalışması), elektroensefaloqrafik müayinənin nəticəsi (2 saylı X2 nəticəyə görə «yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunması», xx xxxx 2020-ci ildə aparılan beyinin biocərəyan fəallığının üzvi tipli qalıq dəyişiklik əlamətləri ilə səciyələnməsi və zəif paroksizmal pozulmalarla təzahür olunması, beyin qabığı və qabıqaltı mərkəzlər arasında funksional əlaqələrin zəifləməsi əlamətlənnin qeydə alınması) və hal-hazırkı psixiatrik müayinənin bir sıra nəticələn (səs-küyə qarşı həssaslığının çox olması, halsızlıq və baş ağrısından şikayətlənməsi, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, suallara yubanmaqla cavab verməyə başlaması, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, mnestik-koqnitiv funksiyalarında müəyyən qədər pozuntu nəzərə çarpması, yaddaşının zəifləməsi və diqqətini cəmləşdirə bilməməsi səbəbindən anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda bir qədər çətinlik çəkməsi, söhbət edərkən tez yorulması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi) onda aşkarlanan psixi patologiyanın üzvi mənşəli olduğuna dəlalət edir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen patologiya - paranoid şizofreniya istisna olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixiotik vəziyyətdə olduğundan onun məcburi müalicəyə ehtiyacı vardır. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Lakin onda aşkar olunmuş psixi xəstəlik halı, onu cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və tənzimləmək qabiliyyətindən məhrum edə bilərdi. Psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs hadisə zamanı psixi vəziyyətində patoloji əlamətlər yarandığı qeyd olunduğundan, həmin patoloji dəyişikliklə əlaqədar o, öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, onda yaranmış emosional vəziyyətdən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmışdır ki, həmin halın yaranması onda müəyyən edilən «Üzvi şizofreniyayabənzər pozuntu» psixi xəstəliyi ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 4(001)-289/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tətbiri seçilmişdir İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-561/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 4(001)-572/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından görsənir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədilməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.7-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.7-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Resplikasının Cinayət Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız olmuş,yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictmai təhlükəlilityini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə,məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və ona qarşı Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus əmlakına həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd pulover, bir ədəd cins şalvar, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd idman şalvarı, bir ədəd qısaqol kofta, bir ədəd mayka və bir ədəd pulover, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd kofta, bir ədəd büstqalter və cinayət törədilmə aləti olmuş bir ədəd bıçaq dəyəri olmadığı və eyni zamnda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 384 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.7-ci maddələri nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınsın və qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd pulover, bir ədəd cins şalvar, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd idman şalvarı, bir ədəd qısaqol kofta, bir ədəd mayka və bir ədəd pulover, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd kofta, bir ədəd büstqalter və cinayət törədilmə aləti olmuş bir ədəd bıçaq dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar