Məhkəmə qərarları › İş №1(101)-873/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-873/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-873/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, nümayəndələr - Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 nümayəndəsi, fərdi fəaliyyət göstərən vəkil Nümayəndə2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 evdə yaşamış, 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək, xarici ölkədən “İphone” markalı mobil telefon aparatlarını alıb Bakı şəhərində həmin mobil telefon aparatlarının satışını təşkil edərək həmin satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs3 də gəlir kimi verəcəyini yalandan vəd verib aldadaraq, bu adla ondan 2019-cu ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən «Nəlbəki» kafesində həmin dövrün məzənnəsi ilə 10000 ABŞ dollar təşkil edən 17000 manat, eyni məqsədlə 2019-cu il oktyabr ayının əvvəlində eyni ünvanda həmin dövrün məzənnəsi ilə 10000 ABŞ dollar təşkil edən 17000 manat, 2019-cu il oktyabr ayının sonlarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 10000 ABŞ dollar təşkil edən 17000 manat, 2019-cu il noyabr ayının əvvəlində eyni ünvanda həmin dövrün məzənnəsi ilə 7500 ABŞ dollar təşkil edən 12750 manat, 2019-cu il noyabr ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 15000 ABŞ dollar təşkil edən 25500 manat və 25 yanvar 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı «McDonalds» kafesinin qarşısında həmin dövrün məzənnəsi ilə 9500 ABŞ dolları təşkil edən 16150 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 105400 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək, xarici ölkədən “İphone” markalı mobil telefon aparatlarını alıb Bakı şəhərində həmin mobil telefon aparatlarının satışını təşkil edərək, satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs2 da gəlir kimi verəcəyini yalandan vəd verib aldadaraq, bu adla ondan 2019-cu il noyabr ayının sonlarında ünvan 5 ünvanının qarşısında 30000 manat və eyni məqsədlə 21 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov, 12 “B” ünvanında 15000 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 45000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək, xarici ölkədən “İphone” markalı mobil telefon aparatlarını alıb Bakı şəhərində həmin telefon aparatlarının satışını təşkil edərək, satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs1 da gəlir kimi verəcəyini yalandan vəd verib aldadaraq, bu adla ondan 25 dekabr 2019-cu il tarixdə Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 9 ünvanında həmin dövrün məzənnəsi ilə 37000 ABŞ dollar təşkil edən 62900 manat, eyni məqsədlə 30 dekabr 2019cu il tarixdə ünvan 3 ünvanında yerləşən «Nəlbəki» kafesində həmin dövrün məzənnəsi ilə 40000 ABŞ dollar təşkil edən 68000 manat və 27 yanvar 2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən «Nəlbəki» kafesində həmin dövrün məzənnəsi ilə 15000 ABŞ dollar təşkil edən 25500 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 156400 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək, xarici ölkədən “İphone” markalı mobil telefon aparatlarını alıb Bakı şəhərində həmin mobil telefon aparatlarının satışını təşkil edərək, satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs4 də gəlir kimi verəcəyini yalandan vəd verib aldadaraq, bu adla ondan 25 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” yaşayış kompleksinin ərazisində 20000 manat və eyni məqsədlə 28 yanvar 2020-ci il tarixdə ünvan 9 ünvanında yerləşən «Social Baku» kafesinin qarşısında 30000 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 50000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin dekabr ayından başlayaraq o, mobil telefon alqı-satqısı ilə məşğul olmaq istəmiş, lakin həmin vaxt əlində pulu olmadığından tanışlarından faizə pul götürmək, ucuz qiymətə mobil telefonlar alıb bir qədər baha qiymətə sataraq gəlir əldə etmək qərarına gəlmişdir. İlk dəfə 2018-ci ilin dekabr ayında yaşadığı Naxçıvan şəhərində Fərid adlı dostundan 1.300 manat pul istəmiş, həmin puldan istifadə etməklə mobil telefon alıb satacağını və əldə etdiyi gəliri onunla böləcəyini bildirmişdir. Fərid ona 1.300 manat pulu vermiş, o, həmin pula bir ədəd mobil telefon alıb 1.600 manata satmış, əldə etdiyi 300 manat gəlirin 150 manatını özünə götürmüş, 1.450 manatını isə vəd etdiyi 150 manat gəlirlə Fəridə qaytarmışdır. Fərid onun bu işdə pul qazana bilməyi bacardığını görüb ona müxtəlif tanışlarından 10 faizə pullar alıb ona verməyi təklif etmiş və həmin pullara görə nə qədər qazanc əldə edəcəklərini soruşmuşdur. O, təxmini hesablayaraq Fəridə bildirmişdir ki, ona verəcəyi hər 10.000 manat pula görə ona, pulun 10 faizindən, yəni 1.000 manatdan əlavə 1.000 manat da gəlir verə bilər. Əvvəlcə bu işin öhdəsindən gələcəyini, aldığı pulların qarşılığında 20 faiz ödəniş etdikdən sonra özünə də qazanc qalacağını düşünmüş və ona görə də Fəridin təklifinə razılıq vermişdir. Bu yolla Fərid adlı dostu 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına kimi ona hissə-hissə müxtəlif məbləğlərdə pullar verməyə başlamış, artıq 2019-cu ilin mart ayında Fəridin ona verdiyi pulların məbləği 30.000 manat təşkil etmiş və növbəti ayın əvvəlində, yəni 2019-cu ilin aprel ayının əvvəlində o, həmin məbləğə görə Fəridə 3.000 manat faiz, 3.000 manat isə gəlir olmaqla cəmi 6.000 manat pul verməli olmuşdur. Lakin 2019-cu ilin mart ayının ortalarında Fəridə həmin məbləği verə bilməyəcəyini başa düşmüşdür. Çünki həmin ərəfədə Fəridin verdiyi pulların bir hissəsinə mobil telefonlar alsa da, istədiyi qiymətə sata bilməmiş, faizin pulunu düzəltmək üçün məcbur olub aldığı qiymətdən də bir qədər aşağı qiymətə telefonları satmış, pulların bir hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Buna görə də Fəridin pulunu qaytarmaq və ya faizini ödəmək imkanı çatmamışdır. Fəridin bütün bunlardan xəbəri olmamış, onun işlərinin qaydasında getməsini, böyük bir telefon ticarəti ilə məşğul olduğunu düşünərək tez-tez ona zəng edib eyni şərtlərlə əlavə pullar verməyi təklif etmişdir. Belə ki, Fəridə faizə pul verən tanışları hər ay 10 faiz gəlir əldə etdiklərini gördükləri üçün ətraflarında olan başqa şəxslərə də bu işə qoşulmağı təklif etmişlər və onlara pul vermək istəyən şəxslərin sayı artmışdır. 2019-cu ilin mart ayından etibarən Fəriddən əlavə pullar götürmüş, telefon ticarəti ilə məşğul olmaq görüntüsü yaratmış, əslində isə Fəriddən götürdüyü pulların özlərindən istifadə etməklə hər ay gəlir adı ilə Fəridə pullar ödəmək qərarına gəlmişdir. Beləliklə, Fərid 2019-cu ilin sentyabr ayına kimi ona ümumilikdə təxminən 270.000 manat pul vermişdir. Hər ayın tamamında o, Fəriddən aldığı pulların özlərindən istifadə edərək ona 10 faiz gəlir və 10 faiz də faiz kimi pullar ödəmişdir. Artıq sentyabr ayında məbləğ 270.000 manata çatdığı üçün o, həmin pula görə Fəridə 20 faiz olaraq 54.000 manat pul ödəməli olmuş, lakin əlində qalan pullar bu məbləği ödəməyə imkan verməmişdir. 2019-cu ilin iyul ayında Nəsimi rayonu, Azadlıq prospekti, 37 C ünvanda mobil telefon mağazası işlədən Səttarxan adlı şəxslə tanış olmuş və ondan mobil telefonlar almağa başlamışdır. O, 2019-cu ilin sentyabr ayına kimi Səttarxandan nağd şəkildə aya təxminən 10-12 ədəd mobil telefon almış, artıq Səttarxan ona etibar etməyə başladıqdan sonra 2019-cu ilin sentyabr ayından etibarən ona, 3-4 gün ərzində pulunu ödəmək şərti ilə nisyə mobil telefonlar verməyə razılaşmışdır. 2019-cu ilin sentyabr-oktyabr ayları ərzində o, Səttarxandan ay ərzində təxminən 30.000 manat dəyərində mobil telefonlar götürmüş, bir hissəsinin pulunu ödəmiş və yenidən götürmüşdür. 2019-cu ilin noyabr-dekabr aylarında o, Səttarxandan hər dəfə pulunu 2-3 günə ödəmək şərti ilə hissə-hissə ümumilikdə 100.000 ABŞ dolları məbləğində mobil telefonlar almış, həmin mobil telefonların bir hissəsini Naxçıvan şəhərində baha qiymətə, bir hissəsini Bakı şəhərində aldığı qiymətə satmış, bir hissəsini isə əvvəllər qeyd etdiyi kimi dəyərindən qat-qat aşağı qiymətə Ayxana vermişdir ki, ona olan inamını itirməsin. Aldığı bütün mobil telefonların pulunu o, Səttarxana vaxtı-vaxtında ödəmiş, lakin sonuncu dəfə 27 yanvar 2020-ci il tarixdə o, Səttarxandan ümumilikdə 10.040 ABŞ dolları dəyərində 7 ədəd «İPhone 11Pro» markalı və 1 ədəd «İPhone 11Pro Max» markalı mobil telefonlar almış, alarkən Səttarxana 4.115 ABŞ dolları pul ödəmiş, 5925 ABŞ dolları isə borclu qalmışdır. O, Səttarxandan aldığı həmin mobil telefonları da dəyərindən aşağı qiymətə sataraq nağd pul əldə etmiş və həmin pullardan istifadə etməklə də borclarının bir hissəsini ödəmişdir. Bundan başqa, 2019-cu ilin noyabr ayının sonlarında tanışı Zərərçəkmiş şəxs2 da eyni təklifi edərək mobil telefon alqı-satqısı ilə məşğul olduğunu və ona pul versə, hər ay ona gəlir verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 da ona inanaraq ilk dəfə 2019-cu ilin noyabr ayının sonlarında yaşadığı ünvan 11 ünvanının qarşısında ona 30.000 manat pul vermişdir. Cavid pulu ona verməmişdən əvvəl, həmin pulu başqa şəxslərdən alıb ona verməsini, həmin pula görə hər ay faiz olaraq 3.000 manat ödəməli olduğunu bildirmiş və faizdən əlavə ona nə qədər gəlir verə biləcəyini soruşmuşdur. O da, Cavidə vəd vermişdir ki, həmin pulun aylıq 10 faizindən əlavə ona hər ay 2.400 ABŞ dolları gəlir verəcəkdir. O, Caviddən 30.000 manat pulu aldıqdan sonra həmin puldan istifadə etməklə digər şəxslərə olan borclarını ödəmiş, sonrakı müddətdə başqa şəxslərdən aldığı pullardan istifadə etməklə Zərərçəkmiş şəxs2 27 dekabr 2019-cu il tarixdə 3.000 manat faiz və 2.400 ABŞ dolları gəlir adı ilə pullar vermişdir. 2020-ci ilin yanvar ayının 21-də Zərərçəkmiş şəxs2 ona Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 12B ünvanının qarşısında əlavə 15.000 manat pul vermiş və o, həmin pulu alarkən 2 gün ərzində 1.500 manat gəlirlə qaytaracağını bildirmişdir. 2 gündən sonra o, Zərərçəkmiş şəxs2 16.500 manat pul qaytarmalı olduğu halda, cəmi 6.500 manat pul qaytarmış, guya mobil telefonları satdığı şəxslərdən pulu tam almadığını bildirmiş və qalan pulu da bir neçə günə qaytaracığını demiş, Cavid də ona inanaraq gözləməyə başlamışdır. Sonuncu dəfə o, Zərərçəkmiş şəxs2 28 yanvar 2020-ci ildə ilk dəfə ondan aldığı 30.000 manat pulu faizi olaraq 3.000 manat pul vermiş, gəlir kimi verməli olduğu 2.400 ABŞ dollarını isə bir neçə günə verəcəyini bildirmişdir. Bundan sonra Cavidin də pulunu qaytara bilməmiş, ondan aldığı cəmi 45000 manat puldan sonuncu dəfə 1500 manat gəlirlə birgə 6500 manat qaytarmaqla 40000 manat borcu qalmışdır. Həmin pulun 10000 manatının əvəzinə “BMW” markalı ** PC *** dövlət qeydiyyat nişanlı lizinqdə olan avtomobilini Cavidə rəsmi olaraq adına sənədləşdirməklə vermiş və Cavidə 30000 manat pul borcu qalmışdır.Həmin dövrdə o, artıq mobil telefon ticarəti ilə məşğul olmamış, sadəcə olaraq hərdən Bakı şəhərində müxtəlif mağazalardan real qiymətinə bir neçə mobil telefonlar alaraq Fəridə və ya Naxçıvanda yaşayan digər tanışlarına telefon lazım olduqda aldığı qiymətdən ucuz qiymətə göndərmişdir ki, onlar həqiqətən də onun telefon ticarəti ilə məşğul olmağına və ucuz qiymətə mobil telefonları əldə etdiyinə inanıb ona olan inamlarını itirməsinlər. Beləliklə, 2019-cu ilin sentyabr ayında o, Fəridə ödəməli olduğu aylıq faizləri verə bilməyəcəyini başa düşüb başqa şəxslərdən də bu adla pullar almaq qərarına gəlmişdir. 2019-cu ilin sentyabr ayında o, Xətai rayonu ərazisində yerləşən «Nəlbəki» kafesində tanışı Zərərçəkmiş şəxs3lə rastlaşmış, söhbət zamanı Zərərçəkmiş şəxs3 mobil telefon alqı-satqısı ilə məşğul olduğunu, bir nəfər tanışının xaricdən ona ucuz qiymətə «İPhone» markalı mobil telefonlar göndərdiyini, həmin mobil telefonları qısa müddətdə satıb yaxşı gəlir əldə etdiyini bildirmiş və istəyirsə bu işə pul yatırmasını təklif etmişdir. Ətrafında olan bütün şəxslər onun mobil telefon alqı-satqısı ilə məşğul olduğunu bildikləri üçün Ayxan da onun sözlərinin doğru olduğuna inanmış və ona pul verməyə razılıq vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs3 həmin vaxtdan başlayaraq ona hər dəfə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 27 ünvanında yerləşən «Nəlbəki» kafesində olmaqla, ilk dəfə 2019-cu ilin sentyabr ayında 10.000 ABŞ dolları, sonra həmin ilin oktyabr ayının əvvəli 10.000 ABŞ dolları, sonra həmin ayın sonları 10.000 ABŞ dolları, sonra noyabr ayının əvvəli 7.500 ABŞ dolları, sonra noyabr ayının ortaları 15.000 ABŞ dolları məbləğində, sonuncu dəfə isə 25 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığındakı «McDonalds» kafesinin qarşısında 9.500 ABŞ dolları olmaqla ümumilikdə 62.000 ABŞ dolları məbləğində pullar vermişdir. Bu müddət ərzində o, Zərərçəkmiş şəxs3lə birgə digər tanışlarından da pullar almışdır. Zərərçəkmiş şəxs3 və digər şəxslərdən aldığı pullardan istifadə etməklə bir hissəsinə Naxçıvandakı dostu Fəridə aylıq faizləri və gəlirləri göndərmiş, bir hissəsinə yeni pul almağa başlamış Ayxanın və digər tanışlarının aylıq gəlirlərini ödəmiş, bir hissəsinə isə həqiqətən də ucuz qiymətə mobil telefonlar əldə etməyi bacardığının görünüşünü yaratmaq üçün Bakı şəhərində müxtəlif mağazalardan «İPhone 11Pro» və «İPhone 11Pro Max» markalı mobil telefonları adi mağaza qiymətinə alaraq aldığı qiymətdən qat-qat ucuz qiymətə pul aldığı şəxslərin tanışlarına satmışdır. Bu minvalla o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarına kimi Ayxan Əldiyevdən aldığı ümumilikdə 62.000 ABŞ dollarının qarşılığında ona 35.000 manat gəlir adı ilə pul ödəmişdir. Bundan əlavə, bu müddət ərzində Ayxana nağd pula, Bakı şəhərində Səttarxan adlı mobil telefon mağazası işlədən şəxsdən aldığı, ümumilikdə təxminən 100 ədəd mobil telefonlar göndərmişdir. O, Səttarxandan «İPhone 11Pro» markalı mobil telefonları 2.100 manata alaraq Ayxana 1.600 manatdan, «İPhone 11Pro Max» markalı mobil telefonları isə 2.600 manatdan alaraq 2.100 manata satmışdır. Bu qayda ilə Zərərçəkmiş şəxs3 təxminən 100 ədəd mobil telefon satmışdır. Bunu ona görə etmişdir ki, Zərərçəkmiş şəxs3 həqiqətən də onun ucuz qiymətə mobil telefon əldə etməyinə inanaraq ona əlavə pullar verməyə davam etsin və o da, həmin pullardan istifadə edərək Ayxanın özünə vəd verdiyi aylıq gəlirləri, eləcə də Fəriddən və digər şəxslərdən aldığı pulların faizlərini və gəlirlərini ödəyə bilsin. Bundan başqa o, 2019-cu ilin dekabr ayında ünvan 8 ünvanında yerləşən «Nəlbəki» kafesində, uzun illər Naxçıvan şəhərindən tanıdığı Zərərçəkmiş şəxs1 adlı tanışı ilə rastlaşmış və söhbət əsnasında Zərərçəkmiş şəxs1 da onun üçün xaricdən bazar qiymətindən ucuz qiymətə «İPhone» markalı mobil telefonlar göndərilməsini, həmin mobil telefonları qısa müddətdə satıb yaxşı gəlir əldə etdiyini bildirmiş və bu işə pul yatıracağı halda ona yaxşı gəlir verəcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona əlində 37.000 ABŞ dolları məbləğində pulunun olmasını bildirmiş və həmin pula görə ona nə qədər gəlir verə biləcəyini soruşmuşdur. O da, Kamrana demişdir ki, həmin pulu ona versə, 1 ay ərzində 4.500 manat gəlir verə bilər. Zərərçəkmiş şəxs1 razılaşaraq 25 dekabr 2019-cu il tarixdə «Nəlbəki» kafesində ona 37.000 ABŞ dolları məbləğində pul vermiş, Kamrandan aldığı pulları da digər şəxslərə ödəməli olduğu aylıq pulların ödənişlərinə sərf etmişdir. Bir neçə gün sonra, yəni 30 dekabr 2019-cu il tarixdə o, yenə də «Nəlbəki» kafesində Kamranla görüşmüş, ondan aldığı pullardan istifadə etməklə mobil telefon aldığını və hazırda satışı ilə məşğul olduğunu demiş və əlavə olaraq pul əldə etmək məqsədi ilə Kamrana demişdir ki, ona əlavə 40.000 ABŞ dolları tapıb verə bilsə, 1 ay ərzində həmin pula görə ona 5.000 AZN gəlir verə bilər. Kamran da onunla razılaşaraq elə həmin tarixdə həmin ünvanda ona 40.000 ABŞ dolları pul vermişdir. O, həmin pulu da borclarının ödənilməsinə, baha qiymətə mobil telefonlar alıb ucuz qiymətə satmaqla ətrafındakı şəxslərin inamlarını qazanmağa davam etmişdir. Hər dəfə Zərərçəkmiş şəxs1la görüşərkən ona olan inamını itirməməsi üçün öz pulundan və ya digər şəxslərdən aldığı pullardan gəlir verməyi təklif etmişdir, lakin Zərərçəkmiş şəxs1 ondan pul götürməyərək qazancı artırmaq məqsədi ilə ona təklif etdiyi gəlirləri yenidən işə yatırıb daha çox telefon alıb-satmağını istəmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs1 ona zəng edərək Naxçıvan şəhərində satmaq üçün AirPods qulaqcıqları lazım olduğunu bildirmişdir və ondan həmin qulaqcıqları hansı qiymətə təşkil edə biləcəyini soruşmuşdur. Həmin AirPods qulaqcıqlarının orta bazar qiyməti təxminən 300 manat olmuş, lakin o, Zərərçəkmiş şəxs1 pul alarkən ona bütün mobil telefonları və mobil telefon aksesuarlarını xaricdən ucuz qiymətə gətizdirməyin yolunu tapdığını bildirdiyi üçün düşünmüşdür ki, Kamranın etibarını və inamını itirməmək üçün ona ucuz qiymət deməlidir. Buna görə də o, Zərərçəkmiş şəxs1 yalandan bildirmişdir ki, onun üçün bazar qiyməti təxminən 300 manat olar AirPods qulaqcıqlarını 180 manata gətizdirə bilər. Zərərçəkmiş şəxs1 dediyi məbləğin ona sərf etməsini bildirmişdir. 27 yanvar 2020-ci il tarixdə onlar yenə də A.Cəlilov küçəsi 27 ünvanında yerləşən «Nəlbəki» kafesində görüşmüşlər və orada Zərərçəkmiş şəxs1 ona 15.000 ABŞ dolları pul verərək həmin pulun dəyərində onun üçün AirPods qulaqcıqları gətizdirməyini xahiş etmişdir. O isə, Kamrandan aldığı 15.000 ABŞ dollarını da əvvəllər digər şəxslərdən aldığı və aylıq ödənişlərinin vaxtı çatan şəxslərə ödəmiş, Kamrana verdiyi vədlə bağlı heç bir iş görməmiş, yəni onun üçün heç bir AirPods qulaqcığı almamışdır. Ümumilikdə, Zərərçəkmiş şəxs1 aldığı pulun məbləği 92.000 ABŞ dolları təşkil etmiş və o, həmin puldan Kamrana heç bir məbləğ ödəməmişdir. Zərərçəkmiş şəxs4 ilə o, 2019-cu ilin noyabr ayının sonlarında tanış olmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 ona 2.300 manat pul verib əvəzində ondan özü üçün bir ədəd «İPhone 11 Pro» markalı mobil telefon almışdır. Bundan sonra onların arasında tanışlıq yaranmış və Vüsal tez-tez ona zəng edib müxtəlif tanışlarına ondan mobil telefonlar almışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində o, Zərərçəkmiş şəxs4lə görüşmüş və ona sərfəli qiymətə «İPhone 11Pro» markalı mobil telefonların olmasını, həmin telefonları alıb qısa müddətdə baha qiymətə sata biləcəyini, nəticədə yaxşı gəlir əldə edəcəyini, lakin telefonları almaq üçün əlində nağd pulunun olmamasını, əgər bu işə pul yatıra bilsə, hər ikisi yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. Əslində isə ifadəsində qeyd etdiyi kimi həmin ərəfədə o, artıq heç bir mobil telefon ticarəti ilə məşğul olmamış, sadəcə olaraq əvvəllər pullar aldığı şəxslərin aylıq faizlərini və gəlirlərini ödəmək üçün pula ehtiyacı olmuş və buna görə də Zərərçəkmiş şəxs4 pul alıb həmin problemlərini həll etmək istəmişdir. Həmin söhbət zamanı Zərərçəkmiş şəxs4 ona 24.000 manat pulunun olduğunu bildirmiş və həmin pula görə nə qədər qazanc əldə edəcəyini soruşmuşdur. O da, Vüsala bildirmişdir ki, həmin pula görə ona təxminən 1 həftə ərzində 3.900 manat gəlir verə bilər. Zərərçəkmiş şəxs4 onunla razılaşaraq 04 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 12B ünvanda yerləşən “Dublin Pub” restoranda ona 24.100 manat pul vermişdir. O, həmin pulu başqa şəxslərdən aldığı pulların faizlərini və gəlirlərini ödəməyə sərf etmiş, 1 həftə ərzində digər şəxslərdən aldığı pullardan istifadə etməklə isə 17 yanvar 2020-ci il tarixdə Xətai rayonu “Ağ şəhər” ərazisində Vüsalla görüşüb 28.000 manat pul qaytarmışdır. Həmin vaxt Vüsal ona qaytardığı pulun üzərindən ona 1.400 manat verərək həmin pula onun üçün «İPhone 11Pro» markalı mobil telefon gətirməyini xahiş etmiş, o, həmin pulu götürmüş, lakin hazırki vaxtadək Vüsala həmin pula görə heç bir mobil telefon verməmişdir. Həmçinin həmin puldan 20000 manat ona verib yenidən telefon biznesi ilə məşğul olub ona gəlir verməyini demiş, həmin 20000 manatın əvəzinə Vüsala 24000 manat qaytarmalı olmuşdur. 20 yanvar 2020-ci ildə ona digər şəxslərin aylıq ödənişlərini etmək üçün təcili pul lazım olduğu üçün ünvan 14 ünvanında yerləşən “Movida Plaza” şadlıq sarayının qarşısında Vüsalla görüşmüş, ondan mobil telefonlar alıb-satmaq adı ilə 10.000 manat pul almış və 2 gün sonra ona başqa şəxslərdən aldığı pulun hesabına 12.000 manat pul qaytarmışdır. Lakin bundan qabaq aldığı 20000 manatı gəlirlə birgə verməmiş, bundan 3 gün sonra, yəni 28 yanvar 2020-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən «Social Baku» kafesinin qarşısında Zərərçəkmiş şəxs4lə görüşmüş və yalandan Vüsala demişdir ki, əgər ona təcili olaraq əlavə 30.000 manat pul versə, bir neçə gün ərzində ona həmin pulun dəyərində ucuz qiymətlərə, yəni 1 ədədinin qiyməti 1.400 manatdan «İPhone 11 Pro 64GB» markalı mobil telefonlar, 1 ədədinin qiyməti 1.650 manatdan «İPhone 11 Pro Max 64GB» markalı mobil telefonlar və 1 ədədinin qiyməti 1.850 manatdan «İPhone 11 Pro Max 256GB» markalı mobil telefonlar gətirə bilər, birlikdə həmin mobil telefonları satıb yaxşı gəlir edə bilərlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs4 inandırmaq üçün idarə etdiyi avtomobildə Səttarxan adlı şəxsdən aldığı çoxlu sayda «İPhone 11Pro» markalı mobil telefonları Vüsala göstərib bildirmişdir ki, həmin mobil telefonları da eyni qiymətə almış, lakin həmin telefonların pulu başqa şəxslər tərəfindən ödənilmişdir, əgər istəyirsə onun verdiyi pula da eyni qiymətlərlə mobil telefonlar ala bilər. Zərərçəkmiş şəxs4 də onun sözlərinə inanaraq, orada ona 30.000 manat pul vermiş, o, Zərərçəkmiş şəxs4 aldığı 30.000 manatın 14.000 manatını Naxçıvandakı dostu Fəridə olan borcunun qalanını ödəmək üçün göndərmiş, 12.000 manatını Naxçıvan şəhərində borclu olduğu Turqay adlı tanışına göndəmiş, 3.000 manatını elə həmin tarixdə, yəni 28 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 əvvəllər aldığı 30.000 manatın faizi kimi Cavidə vermiş, qalan 1.000 manatını isə öz ehtiyaclarına xərcləmişdir. Yekun olaraq Zərərçəkmiş şəxs4 50000 manat pulunu aldadıb almağına baxmayaraq hazırki günədək qaytarmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, Caviddən aldığı cəmi 45000 manat puldan sonuncu dəfə 1500 manat gəlirlə birgə 6500 manat qaytarmaqla 40000 manat borcu qalmış, həmin pulun 10000 manatının əvəzinə 2020-ci ilin fevral ayının ortalarında 2013-cü il buraxılışlı qara rəngli “BMW” markalı ** PC *** dövlət qeydiyyat nişanlı lizinqdə olan avtomobilini Cavidə rəsmi olaraq adına sənədləşdirməklə vermiş və Cavidə 30000 manat pul borcu qalmışdır. Səttarxandan da ümumilikdə 10.040 ABŞ dolları dəyərində 8 ədəd mobil telefon almış, hazırda 5925 ABŞ dollar borcu qalıb. Zərərçəkmiş şəxs3 aldığı ümumilikdə 62.000 ABŞ dollarının qarşılığında ona 35.000 manat gəlir adı ilə pullar ödəmiş, Zərərçəkmiş şəxs1 aldığı pulun məbləği 92.000 ABŞ dolları təşkil edir və o, həmin puldan Kamrana heç bir məbləğ ödəməmişdir. Zərərçəkmiş şəxs4 50000 manat pulunu aldadıb almağına baxmayaraq hələ də onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla 2019-cu ilin aprel-may aylarında tanış olmuş, tanışlıqları zamanı Təqsirləndirilən şəxs ona mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. 2019-cu ilin noyabr ayında Sabir ona bazar qiymətindən ucuz qiymətə «İPhone» markalı mobil telefonlar gətirdiyini, həmin mobil telefonları qısa müddətdə satıb yaxşı gəlir əldə edəcəyini bildirərək, bu işə pul yatırmağını təklif etmişdir. O, Sabirə özündə pul olmadığını, lakin tanışlarından 10 faizə pul götürə biləcəyini bildirmiş, Sabir ona 30.000 manat pul versə, bir ayın tamamında həmin pulun 10 faizi ilə yanaşı ona 2.000 ABŞ dolları gəlir də verəcəyini söyləmişdir. O da, həmin təkliflə razılaşaraq 2019-cu ilin noyabr ayının sonlarında yaşadığı ünvan 11 ünvanının qarşısında Təqsirləndirilən şəxs 30.000 manat pul vermişdir. 2019-cu ilin dekabr ayının 27-də Təqsirləndirilən şəxs ona vəd etdiyi kimi 3.000 manat faiz və 2.000 ABŞ dolları gəlir vermişdir. Bundan sonra, 2020-ci ilin yanvar ayının ortalarında Sabir ona bildirmişdir ki, əgər ona əlavə 15.000 manat pul versə, həmin pulun qarşılığında qısa müddət ərzində ona 16.500 manat pul qaytaracaqdır. O da, Təqsirləndirilən şəxs həqiqətən də mobil telefon ticarəti ilə məşğul olduğuna inandığı üçün yenə də tanışlarından 15.000 manat borc almış və 21 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 12 “B” ünvanının qarşısında Sabirə 15.000 manat pul vermişdir. Sabir bir neçə gün sonra ona 16.500 manat pul qaytarmalı olduğu halda, cəmi 6.500 manat pul qaytarmış, guya mobil telefonları satdığı şəxslərdən pulu tam almadığını bildirmiş və qalan pulu da bir neçə günə qaytaracığını demişdir. O da, məcbur olaraq həmin məbləğin üzərinə öz vəsaiti hesabına 10.000 manat qoyaraq borc aldığı şəxsin pulunu qaytarmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs 28 yanvar 2020-ci ildə onunla görüşərək ilk dəfə aldığı 30.000 manat pulun faizi olaraq ona 3.000 manat pul vermiş, gəlir kimi verməli olduğu 2.000 ABŞ dollarını verməyərək bir neçə günə verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, bir müddət sonra ona məlum olmuşdur ki, Sabir ondan aldığı pullardan istifadə etməklə başqa şəxslərə olan borclarını ödəmiş, əslində hər hansı bir telefon ticarəti ilə məşğul olmamış, əksinə müxtəlif mağazalardan mobil telefonlar alaraq aldığı qiymətdən ucuz qiymətə ətrafındakı şəxslərə sataraq hər kəsin inamını qazanmış, qabaqcadan onun pullarını qaytarmaq niyyəti olmamış, bir neçə nəfəri də onun kimi aldatmışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə görə, Sabirin ona 40000 manat borcu qalmış, həmin pulun 10000 manatının əvəzinə 2020-ci ilin fevral ayının ortalarında 2013-cü il buraxılışlı qara rəngli “BMW” markalı ** PC *** dövlət qeydiyyat nişanlı lizinqdə olan avtomobili ona vermiş və bundan sonra ona 30000 manat pul borcu qalmışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla təxminən 5-6 il qabaq Naxçıvan şəhərində tanış olmuşdur. Həmin vaxt Sabir avtomobil alışverişi ilə məşğul olmuş, son vaxtlar isə Təqsirləndirilən şəxs deməsinə görə, sonuncunun mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. 2019-cu ilin dekabr ayında onlar Naxçıvan şəhərində olarkən Təqsirləndirilən şəxs ona bazar qiymətindən ucuz qiymətə «İPhone» markalı mobil telefonların gətirə biləcəyini, həmin mobil telefonları qısa müddətdə satıb yaxşı gəlir əldə edəcəyini, lakin əlində pul olmadığını bildirmiş və bu işə pul yatırmağı təklif etmişdir. Sabirin deməsinə görə, əgər ona 37.000 ABŞ dolları versə, həmin pula mobil telefonlar alıb satışını təşkil edərək təxminən 1 ay ərzində ona 4.500 manat gəlir verəcəkdir. O da, razılaşaraq 25 dekabr 2019cu il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospekti 9 ünvanının qarşısında Təqsirləndirilən şəxs 37.000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan bir neçə gün sonra 30 dekabr 2019-cu il tarixdə o, ünvan 8 ünvanında yerləşən «Nəlbəki» kafesində Təqsirləndirilən şəxsla görüşmüş, Sabir əlavə olaraq 40.000 ABŞ dolları lazım olduğunu, həmin pula da ucuz qiymətə mobil telefonlar alıb satışını təşkil edə biləcəyin, ona həmin məbləğdə pulu versə, həmin pula görə ona 5.000 manat gəlir verə biləcəyini demişdir. O da, razılaşaraq həmin tarixdə həmin ünvanda Təqsirləndirilən şəxs 40.000 ABŞ dolları pul vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərindən etibarən Təqsirləndirilən şəxs hər dəfə onunla görüşərkən işlərin qaydasında olduğunu, ondan aldığı pullardan istifadə etməklə mobil telefonlar alıb satışını təşkil etdiyini, əldə etdiyi qazancı isə yeni partiya mobil telefonların alınmasına sərf etdiyini, ayın sonunda onunla haqq-hesab edəcəyini, ona vəd etdiyindən də artıq gəlir verəcəyini bildirmiş, o da, Sabirin sözlərinə inanmışdır. 2020-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bazar qiyməti təxminən 300 manat olan AirPods qulaqcıqlarını 180 manata əldə edə bilər, əgər istəsə onun üçün həmin qulaqcıqlardan istədiyi qədər gətizdirə bilər. O da, Təqsirləndirilən şəxs sözlərinə inanaraq 27 yanvar 2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən «Nəlbəki» kafesində ona əlavə 15.000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs bir neçə gün ərzində ona həmin pulun dəyərində 1 ədədinin qiyməti 180 AZN olan AirPods qulaqcıqlarını gətirəcəyini vəd etmiş, lakin həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ondan aldığı pulları qaytarmamış, ona heç bir gəlir verməmiş, eləcə də sonuncu dəfə aldığı 15.000 ABŞ dolları dəyərində AirPods qulaqcıqlarını ona gətirməmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Sabir ona etiraf edərək bildirmişdir ki, ondan aldığı pullardan istifadə etməklə əslində başqa şəxslərə olan borclarını ödəmiş, qabaqcadan onun pullarını qaytarmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, Təqsirləndirilən şəxs onu aldadıb ümumilikdə 92.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, bunu biləndən sonra o, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda məhkəmədə Təqsirləndirilən şəxs qarşı 92.000 ABŞ dolları maddi ziyanın, 100.000 manat mənəvi ziyanın ödənilməsi barədə mülki iddia qaldırmışdır və həmin mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla 30 noyabr 2019-cu ildə tanış olmuş, onun mobil telefonların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Tanışlıqları zamanı ona 2.300 manat pul verib ondan bir ədəd «İPhone 11 Pro» markalı mobil telefon almışdır. Bundan sonra onların arasında münasibət yaranmış və o, müxtəlif tanışlarına mobil telefon lazım olduqda Sabirlə əlaqə saxlamışdır. 2020-ci ilin yanvar ayının ilk günlərində Təqsirləndirilən şəxs ona sərfəli qiymətə «İPhone 11Pro» markalı mobil telefonlar satıldığını bildirmiş, həmin telefonları alıb qısa müddətdə baha qiymətə sata biləcəyini, nəticədə yaxşı gəlir əldə edəcəyini, lakin əlində pul olmadığını bildirmiş və bu işə pul yatırmağı təklif etmişdir. Sabirin deməsinə görə, ona 24.100 manat pul verilsə, həmin pula mobil telefonlar alıb satışını təşkil edərək təxminən 1 həftə ərzində 3.900 manat gəlir verəcəkdir. O, Sabirlə razılaşaraq 04 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 12B ünvanda yerləşən “Dublin Pub” restoranda Təqsirləndirilən şəxs 24.100 manat pul vermişdir. 17 yanvar 2020-ci il tarixdə Xətai rayonu “Ağ şəhər” ərazisində Təqsirləndirilən şəxs ona vəd etdiyi kimi 26.600 manat pul qaytarmış, gəlir kimi verəcəyi 1400 manat pulu isə onda qalmış, əvəzində həmin 1400 manatın üstünü düzəltmək şərtilə ona «İPhone 11Pro Max» markalı mobil telefon verməli olmuş, lakin Sabir hələ də həmin telefonu ona verməmişdir. 2020-ci ilin yanvar ayının təxminən 20-də Təqsirləndirilən şəxs yenidən mobil telefonlar alıb-satmaqla bağlı ünvan 14 ünvanında yerləşən “Movida Plaza” şadlıq sarayının qarşısında ondan 10.000 manat pul almış və 2 gün sonra ona 12.000 manat pul qaytarmışdır. 25 yanvar 2020-ci il tarixdə Sabir ondan “Ağ şəhər” ərazisində 20.000 manat pul alaraq həmin pula da «İPhone 11Pro» markalı mobil telefonlar alıb-satacağını və həmin ayın 30-da ona 24.000 manat qaytaracağını bildirmişdir. Bundan 3 gün sonra, yəni 28 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onunla görüşərək, ona əlavə 30.000 manat pul versə, bir neçə gün ərzində ona həmin pulun dəyərində ucuz qiymətlərə, yəni 1 ədədinin qiyməti 1.400 manatdan «İPhone 11 Pro 64GB» markalı mobil telefonlar, 1 ədədinin qiyməti 1.650 manatdan «İPhone 11 Pro Max 64GB» markalı mobil telefonlar və 1 ədədinin qiyməti 1.850 manatdan «İPhone 11 Pro Max 256GB» markalı mobil telefonlar gətirə biləcəyini söyləmişdir. Həmin vaxt onlar Sabirin idarə etdiyi avtomobildə əyləşib söhbət etmiş, bu zaman o, avtomobilin arxa oturacağında həqiqətən də çoxlu sayda mobil telefonların olmasını görmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, başqa şəxslərlə də onun kimi iş birliyi qurmuşdur və həmin mobil telefonların başqa şəxslərin verdikləri pullarla alınmış telefonlardır. O, Sabirin avtomobilində həqiqətən də mobil telefonlar olduğunu görüb aldanmış, onun dediklərinin həqiqət olduğunu düşünmüş və razılaşaraq həmin gün «Social Baku» kafesinin qarşısında Sabirə 30.000 manat pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2020-ci il tarixdə onun pullarını və vəd etdiyi mobil telefonları ona verməyi öhdəsinə götürmüş, lakin həmin gün Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul və ya mobil telefon verməmişdir. Həmin tarixdə o, Sabirlə görüşmüş və sonuncu, ona etiraf edərək bildirmişdir ki, ondan aldığı pullardan istifadə etməklə əslində başqa şəxslərə olan borclarını ödəmiş, qabaqcadan onun pullarını qaytarmaq niyyəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs deməsinə əsasən ona məlum olmuşdur ki, o, artıq bir neçə aydır ki, Bakı şəhərində müxtəlif şəxsləri aldatmaqla məşğuldur. Belə ki, o, real bazar qiyməti 2.000 manat olan mobil telefonları müxtəlif mağazalardan həmin qiymətə alaraq guya həmin mobil telefonları xaricdən ucuz qiymətə gətizdirməsini bildirib bazar qiymətindən ucuz qiymətə müxtəlif şəxslərə təklif etmiş, onun əlində həqiqətən də ucuz qiymətə satılan mobil telefonların olduğunu görən şəxslər də ona aldanaraq gəlir əldə etmək məqsədi ilə ona müxtəlif məbləğlərdə pullar vermişlər. Sabir pul aldığı şəxsləri şirnikləşdirmək üçün mobil telefonları dəyərindən ucuz qiymətə sataraq həmin şəxslərə gəlir adı ilə müxtəlif məbləğlərdə pullar vermiş və inam qazanaraq daha çox pullarını ala bilmişdir. Bundan başqa ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə ondan aldığı 30.000 manat pulu da Naxçıvan şəhərində borclu olduğu Fərid adlı şəxsin pulunu ödəmişdir. Zərərçəkmiş şəxs4 ifadəsinə görə, Təqsirləndirilən şəxs onu aldadıb ümumilikdə 50.000 manat pulunu almış, həmin pulları ona qaytarmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs qarşı 50.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın ödənilməsi barədə mülki iddia qaldırmışdır və mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla təxminən 7-8 il qabaq Naxçıvan şəhərində tanış olmuş, son il yarım olar ki, Sabir Bakı şəhərinə gəlmişdir. O, Sabirin Bakıda mobil telefonların alqı-satqısı ilə məşğul olan şəxs olduğunu bilmişdir. 2019-cu ilin sentyabr ayında Xətai rayonu ərazisində yerləşən «Nəlbəki» kafesində Təqsirləndirilən şəxsla rastlaşmış, həmin vaxt Sabir ona bazar qiymətindən ucuz qiymətə «İPhone» markalı mobil telefonların gətirə biləcəyini, həmin mobil telefonları qısa müddətdə satıb yaxşı gəlir əldə edəcəyini, lakin əlində pul olmadığını bildirmiş və bu işə pul yatırmağı təklif etmişdir. Sabir bildirmişdir ki, əgər ona müəyyən məbləğlərdə pul tapıb versə həmin pullardan istifadə etməklə ucuz qiymətə «İPhone» markalı mobil telefonlar alaraq satışını təşkil edəcək və əldə olunan qazancı aralarında böləcəklər. O, Təqsirləndirilən şəxsla razılaşaraq iş birliyi qurmaq qərarına gəlmiş və həmin vaxtdan başlayaraq hər dəfə Xətai rayonunda yerləşən «Nəlbəki» kafesində Təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin sentyabr ayında 10.000 ABŞ dolları, sonra həmin ilin oktyabr ayının əvvəli 10.000 ABŞ dolları, sonra həmin ayın sonları 10.000 ABŞ dolları, sonra noyabr ayının əvvəli 7.500 ABŞ dolları, sonra noyabr ayının ortaları 15.000 ABŞ dolları məbləğində, sonuncu dəfə isə 25 yanvar 2020-ci il tarixdə «Memar Əcəmi» stansiyasının yaxınlığındakı «McDonalds» kafesinin qarşısında 9.500 ABŞ dolları olmaqla, ümumilikdə 62.000 ABŞ dolları vermişdir. Sabir ondan aldığı pullardan istifadə etməklə mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarına kimi ondan aldığı pulların qarşılığında ona qazanc adı ilə hər 15 gündən bir, hər dəfə 2.000 – 2.500 manat olmaqla ümumilikdə 35.000 manat pul vermişdir. Lakin 2020-ci ilin yanvar ayının ortalarında ona sonuncu dəfə gəlir adı ilə «Nəlbəki» kafesinin yaxınlığında 2.300 manat pul verdikdən sonra heç bir məbləğdə pul verməmişdir. Bundan sonra o, Sabirdən verdiyi pulları geri qaytarmasını tələb etməyə başlamış, lakin Sabir müxtəlif bəhanələr gətirərək onunla görüşlərdən yayınmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı pullardan istifadə etməklə başqa şəxslərə olan borclarını ödəmiş, əslində hər hansı bizneslə məşğul olmamış, qabaqcadan onun pullarını qaytarmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsinə görə, Təqsirləndirilən şəxs onu aldadıb ümumilikdə 105.400 manat pulunu almış, ona gəlir kimi ümumilikdə 35.000 manat pul vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs qarşı 105.000 manat maddi ziyanın ödənilməsi barədə mülki iddia qaldırmışdır və mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 37C ünvanında yerləşən mağazanı icarəyə götürərək orada mobil telefonların və aksesuarların satışı ilə məşğuldur. Təqsirləndirilən şəxsla 2019-cu ilin iyul ayının axırlarında tanış olmuş, həmin vaxt Sabir ondan bir ədəd «Samsung» markalı mobil telefon almışdır. Bundan sonra o, tez-tez müştəri qismində onun işlətdiyi mağazaya gələrək nağd qiymətə müxtəlif mobil telefonlar almağa başlamışdır. Söhbət zamanı Sabir ona avtomobil alqı-satqısı ilə məşğul olduğunu, bununla yanaşı mobil telefonların satışını həyata keçirdiyini, mağazalardan nağd qiymətə mobil telefonlar alıb baha qiymətə nisyə olaraq başqa şəxslərə sataraq gəlir əldə etdiyini bildirmişdir. 2019-cu ilin dekabr ayına kimi Sabir ondan təxminən həftədə bir dəfə, hər dəfə 3-5 ədəd olmaqla «İPhone» markalı mobil telefonlar götürüb pulunu nağd ödəmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq isə Sabir ondan ay ərzində ümumilikdə təxminən 50-60 ədəd «İPhone 11Pro» və «İPhone 11Pro Max» markalı mobil telefonlar götürmüşdür. O, dekabr ayında ondan mobil telefonların pulunu ən geci 2-3 gün ödəmək şərti ilə almış və həqiqətən də dediyi vaxtda mağazaya gələrək aldığı telefonların pullarını ödəmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs 27 yanvar 2020-ci il tarixdə mağazaya gəlmiş, ondan pulunun bir hissəsini nağd, qalan hissəsini isə 1 günə ödəmək şərti ilə ümumilikdə 10.040 ABŞ dolları dəyərində 8 ədəd «İPhone 11Pro» markalı mobil telefon istəmişdir. Həmin günə qədər Sabir ondan aldığı mobil telefonların pullarını ödədiyindən və ona borcu qalmadığından, razılaşaraq Sabirə ümumilikdə 10.040 ABŞ dolları dəyərində 8 ədəd «İPhone 11Pro» markalı mobil telefon vermişdir. Təqsirləndirilən şəxs ona 4.115 ABŞ dolları ödəyərək 5.925 ABŞ dolları borclu qalmış və həmin pulu da ya həmin günün axşamına kimi, ya da ən geci səhəri gün ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gəlməmiş və ona heç bir ödəniş etməmişdir. Sonradan Sabirin barəsində eşitdiklərinə əsasən ona məlum olmuşdur ki, Sabir ondan aldığı bütün mobil telefonları dəyərindən qat-qat aşağı qiymətə ətrafındakı şəxslərə satmış, guya həmin mobil telefonları ucuz qiymətə xaricdən özünün gətirməsi görünüşü yaradaraq ətrafındakı şəxslərdən də birgə ticarətlə məşğul olmaq adı ilə müxtəlif məbləğlərdə pullar almış və nəticədə hər kəsi aldatmışdır. O, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşərək bu barədə Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayına kimi ondan təxminən 150 ədəd mobil telefon almış, həmin telefonlar əsasən «İPhone 11Pro» və «İPhone 11ProMax» markalı mobil telefonlar olmuşdur. Sabir ondan aldığı mobil telefonların pullarını ən geci 1-2 gün ərzində ödəmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 İdlis oğlu və Zərərçəkmiş şəxs3, həmçinin Şahid arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Şahid sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişlər (cild 2, iş vərəqi 36-39, 40-44, 45-48, 49-52, 53-56, ). Cinayət işinə əlavə edilmiş 19 fevral 2021-ci il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş özündə telefon danışıqlarının izahlı qaiməsini əks etdirən bir ədəd «CD» disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə baxışı keçirilmiş və “CD” disk iş cinayət işi üzrə sübut növü kimi iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 138-149). Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 27). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs həbsdə saxlanılır. Odur ki, onun həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulub saxlanıldığı 19 fevral 2021-ci tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 cinayət əməlinin törədildiyi dövrün məzənnəsi ilə 92.000 ABŞ dolları təşkil edən 156.400 manat məbləğində maddi ziyanın, 100.000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 manatın, Zərərçəkmiş şəxs3 105.000 manat məbləğində maddi ziyanın, Zərərçəkmiş şəxs4 50.000 manat məbləğində maddi ziyanın, 100.000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 manatın Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddialarla bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaldırdıqları mülki iddialar qismən, yəni onlara vurulmuş maddi ziyanın və dövlət rüsumuna görə ödədikləri pul vəsaitinin təqsirləndirilən şəxsdən tutulması hissəsində təmin olunmalı, mənəvi ziyanla bağlı hissədə isə mülki iddialar təmin olunmamalıdır. Belə ki, iş materiallarına əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət təqibi mərhələsində Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia qaldırmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 156.400 manat məbləğində, Zərərçəkmiş şəxs3 105.400 manat məbləğində, Zərərçəkmiş şəxs4 isə 50.000 manat məbləğində pul vəsaitini ələ keçirərək, adları çəkilən zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 cinayət əməlinin törədildiyi dövrün məzənnəsi ilə 92.000 ABŞ dolları təşkil edən 156.400 manat məbləğində, Zərərçəkmiş şəxs3 105.000 manat məbləğində, Zərərçəkmiş şəxs4 isə 50.000 manat məbləğində maddi ziyanın və hər bir mülki iddiaya görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaytarılması barədə mülki iddiaları təmin olunmalıdır. Zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mənəvi ziyana görə 100.000 manat pul tələbinə dair iddiaları məhkəmədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Hazırkı iş üzrə cinayət təqibi zamanı mülki iddia qaldırmamış digər Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, maddi sübutların və məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 fevral 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə qaldırılmış mülki iddialar qismən təmin edilsin: Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə cinayət əməlinin törədildiyi dövrün məzənnəsi ilə 92.000 ABŞ dolları təşkil edən 156.400 (yüz əlli altı min dörd yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ümumilikdə 156.430 (yüz əlli altı min dörd yüz otuz) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 105.000 (yüz beş min) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ümumilikdə 105.030 (yüz beş min otuz) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 qaytarılsın. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 50.000 (əlli min) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ümumilikdə 50.030 (əlli min otuz) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 qaytarılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mənəvi ziyana görə 100.000 manat pul tələbinə dair iddiaları sübuta yetirilmədiyinə görə təmin edilməsin. Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasına məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, maddi sübutların və məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar