Məhkəmə qərarları › İş №1(101)-873/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-873/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-873/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası,Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etmiş, saxlamış və daşımış və qanunsuz olaraq döyüş sursatını əldə etmiş,daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 6,413 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,834 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3,534 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək alıb əldə edərək üzərində və yaşadığı evdə saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə saat 20:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə saxlanılaraq ünvan 2 ünvanımda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək videoçəkiliş istifadə etməklə üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,752 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tərbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkiliş istifadə etməklə baxış və götürmə həyata keçirilən zamanı həmin evdən gümüşü rəngli dəmir qabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 5,661 qram qəhvəyi rəngli maddə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 357 kalibrli Magnum patronunu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 45 kalibrli olmaqla M-15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronunu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çaph patronu, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyah avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələri, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyah avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hisəsi olan güllələri və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyah pulemyotlardan (PK), Mosin konstruksiyah karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələri qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə saxlamış və 01 dekabr 2021 -ci il tarixdə narkotik vasitələruin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinərək saxlanıldıqdan sonra onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəklişdən istifadə etməklə baxış keçirilən zaman kiçik sandıqça formasında olan qabın içindən 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 357 kalibrli Magnum patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararh olan 45 kalibrli olmaqla M-15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronu, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, döyüş sursatı olan və təyinatı üzrə istifadə üçün yararlı olan 13,2x99 mm kalibrli iri çaph patron, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyah avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr, 60 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyah avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hisəsi olan güllələr və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyah pulemyotlardan (PK), Mosin konstruksiyah karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan güllələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o usta kimi fəaliyyət göstərməklə kombi, kondisionerlərin təmiri ilə məşğul olurdu, 28 noyabr 2021-ci il tarixdə səhər saat 04:30-da taksi ilə işə gedən zaman, Post Patrul Xidmətinin əməkdaşları əyləşdiyi taksini saxladı və onu avtomobildən düşürtdü. Onlar üzərinə axtarış keçirdilər və üzərindən 1 ədəd avtomobillər üçün istifadə edilən lampa aşkar etdilər. Bundan sonra onlar onu 32-ci Polis bölməsinə apardılar. Həmin gün polis bölməsində qaldı. Növbəti gün səhər saatlarında polis əməkdaşları onu polis bölməsinin xidməti otaqlarından birinə apardılar. Onlar onu döyməyə başladılar. Üzərində çoxlu sayda xəsarət izləri var idi. Bu barədə 3 saylı İstintaq Təcridxanasına daxil olarkən qeydiyyat da aparılmışdır. Polis əməkdaşları onu döydükdən sonra cibinə 1 ədəd büküm yerləşdirdilər və onun onun üzərində aşkar edildiyini bildirdilər. Bundan sonra videoçəkiliş keçirildi və polis əməkdaşları onu evinə apardılar. Onlar evində olan dəmir qabın içinə yenə narkotik vasitə yerləşdirərək, onuna məxsus olduğunu etiraf etməyini istədilər. O polis əməkdaşlarına üzərinə yerləşdirdikləri narkotik vasitəni onların təkidinə görə ona məxsus olduğunu bildirdiyini, bunun kifayət olduğunu bildirdi. Polis əməkdaşları evində videoçəkiliş keçirdilər. Lakin o etiraz etdiyi üçün 2 dəfə videoçəkiliş dayandırılaraq yenidən başlatdılar. Onlar ona təzyiq göstərdilər və evinə daha çox miqdarda narkotik vasitə yerləşdirəcəkləri ilə onu hədələdilər. Evində qabın içində güllə başlıqları var idi və onları təsbeh düzəltmək üçün istifadə edəcəkdi. Polis əməkdaşları həmin qabın içinə 1 ədəd güllə qoyaraq onların ona məxsus olduğunu etiraf etməli olduğunu bildirdilər. Yenə evində videoçəkiliş keçirildi. Daha sonra onu polis bölməsinə apardılar və oradan da müvəqqəti saxlama yerinə apardılar. Orada olarkən, bir çox şəxsdən xahiş etdi ki, onun bədəninə ekspertiza keçirilsin. Bu barədə həm prokuror, həm də məhkəmədən də xahiş etsədə, onlar ekspertiza təyin etmədilər. 01 dekabr 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına köçürüldü. Narkotik vasitədən saxlanılmazdan 5-6 saat əvvəl istifadə etmişdi. Təmir ustası kimi fəaliyyət göstərdiyindən artıq qalan detalları metal qəbulu məntəqəsinə aparmışdı və oradan 10-15 ədəd güllə başlığı tapmışdı. O polis əməkdaşlarından qorxub üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirdi. 01 dekabr 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına köçürüldü. Polis əməkdaşlarının onu döyməsi barədə Suraxanı rayon Prokurorluğuna şikayət etdi, prokurorluq əməkdaşları saxlanıldığı 3 saylı İstintaq Təcridxanaya gələrək, ondan yazılı ərizə alıb tədbir görəcəklərini bildirdilər. Narkotik vasitədən saxlanılmazdan 5-6 saat əvvəl narkotik vasitəni Suraxanı rayonu ərazisində Vidadi adlı narkotik vasitə istifadəçisindən pulsuz əldə edib, istifadə etmişdir, lakin saxlanılarkən üzərində narkotik vasitə olmayıb. Həmin şəxs də saxlanılıb. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləyir. 01 dekabr 2021-ci il tarixdə axşam saatlarında “Arif’ adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu və əməliyyat məlumatının yoxlanılması məqsədilə o və digər əməkdaş Şahid1 ibarət əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldı və ona özlərini təqdim edərək, onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət etdilər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu və o özü üzərində olan 01 ədəd kağız bükümü və pul kisəsini çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşduqda, o təqdim etdiyi bükümün içində narkotik vasitə olduğunu, onu öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından 20 manat karta ödəniş etməklə aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs bundan başqa narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, o evində də narkotik vasitə olduğunu bildirdi. Vəkilin iştirakı ilə onun evinə baxış keçirildi. Baxış zamanı onun evində soyuducunun üzərində üç bükümdə kakos, metamfetamin və bundan əlavə evdə güllələr aşkar edildi. Bundan sonra onu polis bölməsinə gətirdilər və keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edildi, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə və eyni zamnda Polis əməkdaşları tərəfindən ona hər hansı bir formada fıkzi və ya psixi təsir göstərilməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirərək, hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, bir müddətdir ki, narkotik maddələrdən istifadə edir. Həmin maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edərək, istifadə etmişdir. 20 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi, lakin adının və ünvanının bilmədiyi şəxsə onlayn qaydada ödəniş etməklə kokos, şüşə və tiryək kimi tanıdığı narkotik maddələr almış və həmin narkotik maddələri gətirib yaşadığı evdə gizlədərək saxlamışdır. Həmin narkotik maddələrdən bir neçə dəfə istifadə etmişdir. 01 dekabr 2021-ci il tarixdə təxminən saat 20:10 radəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə piyada olan zaman onu polis əməkdaşları tərəfindən saxlanılıb, onlarla birlikdə polis bölməsinə getmişdir. 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış zamanı tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində olan maddənin narkotik vasitə heroin çıxarıb təqdim etmişdir, sonra vəkilinin iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gedərək həmin evə baxış keçirilən zaman yaşadığı mənzildə ağ rəngli kiçik soyuducunun üzərində olan gümüşü rəngli dəmir qabın içərisindən üç ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı bir formada fıkzi və ya psixi təsir göstərilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 01.12.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 01 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm və içərisində bank kartları, şəxsiyyət vəsiqəsi və qəbzlər olan qara rəngli pul kisəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş 01 ədəd büküm narkotik vasitə heroindir və 20 noyabr 2021-ci il tarixdə internet vasitəsilə tanış olduğu İran Respublikası vətəndaşından kartına 20 manat pul ataraq əldə etmiş və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş 01 ədəd görüntülər olan CD diskə baxış keçirilmiş və qeyd olunanlar orada öz əksini tapmışdır. Cinayət işində olan 01 dekabr 2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş, mənzilə baxış zamanı həmin evdə soyuducunun üzərindən gümüşü rəngdə dəmir qabın içərisində üç büküm, hər bükümün içərisində narkotik maddəyə bənzər kütlələr aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra digər otaqda yerləşən dolabçanın içərisindən üstü gümüşü, içərisi isə qırmızı rəngli olan kiçik sandıqça formasında olan qabın içindən 01 ədəd iri çaplı və bir neçə ədəd kiçik çaplı güllə və gilizlər aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 196 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Baxış və götürmə zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş 01 ədəd görüntülər olan CD diskə baxış keçirilmiş və qeyd olunanlar orada öz əksini tapmışdır. Cinayət işindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilərək, rəyi alınmışdır. Ekspertizanın 02 dekabr 2021-ci il tarixli, 6/5332 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi olan 02 ədəd zərfin içərisində olan: 1 №li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,661 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 3,534 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 2 №li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,752 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi kompobnent tərkibinə görə eynilik təşkil edir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 6,413 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,313 qram. Metamfetaminin təmiz çəkisi 4,834 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,784 qram. Tiryəkin təmiz çəkisi 3,534 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,484 qram. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-621/2021 saylı 03.12.2021- ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işindən müəyyən olunur ki, məhkəmə ballistik ekspertizası təyin edilərək, təyin edilmiş məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi 21/698R saylı 14 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 357 kalibrli Magnum patronudur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 45 kalibrli olmaqla M-15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronudur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 13,2x99 mm kalibrli iri çaplı patrondur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizdir. Tədqiqata təqdim edilmiş 02 ədəd güllə zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir-güllələridir. Tədqiqata təqdim edilmiş 60 ədəd güllə zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyah avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hisəsidir-güllələridir. Tədqiqata təqdim edilmiş 02 ədəd güllə zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyah pulemyotlardan (PK), Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir - güllələridir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 27.01.2022ci il tarixli, 358 No-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon İcra Hakimiyyətinin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-288/2010 saylı, 27 oktyabr 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 3000(üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-288/2010 saylı, 27 oktyabr 2010-cu il tarixli hökmüilə cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən hökm üzrə qeyd olunmuş 3000(üç min) manat cərimə cəzası tam olaraq ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 01 dekabr 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 6,313 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 4,784 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi qalıq 3,484 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunaraq götürülmüş 01 ədəd 357 kalibrli Magnum patronu, 01 ədəd 45 kalibrli olmaqla M-15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronu, 01 ədəd 13,2x99 mm kalibrli iri çaplı patron, 01 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş giliz, 02 ədəd güllə 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr, 60 ədəd 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr və 02 ədəd 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş güllələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7(yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 01 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 6,313 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 4,784 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi qalıq 3,484 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunaraq götürülmüş 01 ədəd 357 kalibrli Magnum patronu, 01 ədəd 45 kalibrli olmaqla M-15 tipli COLT M-19A1 modelli tapançaların ştat patronu, 01 ədəd 13,2x99 mm kalibrli iri çaplı patron, 01 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş giliz, 02 ədəd güllə 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr, 60 ədəd 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr və 02 ədəd 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş güllələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar