Məhkəmə qərarları › İş №1(101)-873/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-873/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-873/2023 05.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qurbanəli oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 65-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 3, ev 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda 19,166 qram çəkidə narkotik vasitə heroini, 7,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan üzərində «F/M40» göstəricisi həkk olunmuş 01 ədəd narkotik vasitə metadon həbini əldə edib özündə saxlamaqla yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 3, ev 6 ünvanına daşımış, 27 sentyabr 2022-ci il tarixdə yaşadığı mənzildə satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə daxil olmuş məlumat əsasında həmin polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri ilə həmin gün saat 16:22-də yaşadığı ünvan 1 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və öz razılığı əsasında mənzilə keçirilmiş baxış zamanı evin girişində olan şkafdakı şüşə qabın içərisindən 01 bükümdə külli miqdarda 10,703 qram çəkisə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 09 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,212 qram, 0,287 qram, 0,262 qram, 0,253 qram, 0.242 qram, 0,229 qram, 0,230 qram, 3,066 qram, 3,682 qram olmaqla ümumi təmiz çəkisi 8,463 təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli həmin narkotik vasitə heroin, 01 bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan üzərində «F/M40» göstəricisi həkk olunmuş həmin narkotik vasitə metadon həbi, 02 bükümdə və 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 0,36 qram, 0,23 qram, 3,14 qram, 4,12 qram olmaqla ümumi təmiz çəkisi 7,85 qram təşkil edən həmin narkotik vasitə qurudulmuş marixuana, və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkomandır, son 3 ili əvvəl marixuana, sonra isə kakos və patı istifadə etmişdir. Buna baxmayaraq taksiçilik fəaliyyəti ilə məşğul olmaqla sərnişin daşımışdır. Evlidir, 10 1aşında bir övladı vardır. Onu yaşadığı, ünvan 2 ünvandan polis əməkdaşları götürüb idarəyə aparmışlar. Evinə 7-8 nəfər əməkdaş girmişdir. Evində onu həmin polislər dubinkaları ilə döymüşlər. Lakin konkret onu döyən şəxslərin adını deyə bilməz. Bundan sonra onun yaşadığı ünvanda polislər axtarış etmiş, lakin ona verilmiş ittihama görə heroin, marixuana, metadon aşkar edilməmişdir. Buna baxmayaraq axtarış bir neçə dəfə telefona çəkilmiş, yalnız onun əməli etiraf etdiyi səhnə çəkilərək cinayət işinə əlavə edilmişdir. Həmin maddələri polislər özləri qoymuş, elektron tərəzini isə evdə şkafdan aşkar etmişlər. Həmin tərəzi 10-15 il əvvəl anası tərəfindən qızıl çəkmək üçün əldə olunmuşdur. Bundan sonra onu bölməyə aparıb sənədləşdirmə aparmışlar. Sanksiya verilən zaman hakimə döyülməsi barədə məlumat vermiş, həmçinin Bakı İT-da həkim müayinəsində də döyüldüyünü bildirmişdir. Qeyd etmək istəyir ki, o, əvvəllər Maştağada psixatrik xəstəxanada müalicə olunmuşdur. Psixi xəstəliyi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı həmkarı Şahid1 daxil olmuş, məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirinin iştirakçısı, yəni qrupun üzvü olmuşdur. Qrupa rəhbərliyi Şahid1 etmiş, o, həmkarları Şahid3 və Şahid4 isə qrupun üzvləri olmuşlar. Keçirdikləri əməliyyat tədbiri zamanı, 27 sentyabr 2022-ci il tarixdə gündüz vaxtı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-da axtarış aparılmışdır. Axtarış Təqsirləndirilən şəxs icazəsi ilə keçirilmiş, baxış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs yataq otağındakı dolabın üzərində şüşə qabda bükümlər aşkar olunmuş, həmin bükümlərdə heroinə bənzər vasitə, iki ədəd kibrit qutusunda marixuanaya bənzər ot kütləsi və metadon həbi aşkar olunmuş, həmçinin bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərdə heroin, kibrit qutularında «nəşə», bir həbin metadon olmasını bu vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.. Əlavə etmək istəyir ki, Təqsirləndirilən şəxs barəsində olan məlumatda o da bildirilirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri yaşadığı ünvanın qarşısında narkotik istifadəçilərinə çəkinmədən satırdı. Onu nə o, nə d əki, digər əməkdaşlar döyməmiş, evinə qanunsuz əşyalar qoymamışlar, evinə baxış videoçəkilişlə aparılmış və həmin çəkilişdə bütün hərəkətlər öz əksini tapmışdır. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid2 ona qarşı fiziki zor tətbiq etməmiş, digər qanunsuz hərəkətlər etməmişdir. Lakin polis əməkdaşları evinə icazəsiz daxil olublar, digər kök olan əməkdaş onu döymüş, xəsarəti də olmuşdur. İT-da həmin xəsarət qeydə alınmışdır. Həmin tibbi kartda olan məlumatlar ona elan edilmişdir, kartda olan başındakı xəsarət-çapığı polis əməkdaşı evində yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o həmin qrupun tərkibinə daxil edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə, saat 16-17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana özünün və anasının yazılı razılıqları əsasında baxış keçirilmiş, mənzildə, Təqsirləndirilən şəxs yataq otağında dolabın üstündə vazanın içində elektron tərəzi, kibrit qutularında ot kütləsi, iki selofan büküm və bir ədəd həb aşkar edilmişdir. Baxış videogörüntü ilə keçirilmiş və Təqsirləndirilən şəxs şəxsən özü bildirmişdir ki, bükümlərdəki heroin, kibrit qutularında kütlə marixuanadır, həb isə metadondur və bu maddələri həm özü istifadə edir, həm də satır. Təqsirləndirilən şəxs bu əşyaları İran vətəndaşıdan əldə etdiyinidə bildirmiş, tərəzini isə satış zamanı istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyil, onu evində döyməmişlər, bölmənin binasında isə hər yerdə izləmə kameraları var və bölmədə kiməsə qarşı zor ətbiq edilmə mümkün deyildir. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, tibbi kartda olan başında olan çapığı digər polis əməkdaşı dubinka ilə vuraraq yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxışda iştirak etmişdir, həmin baxış videoçəkilişlə keçirilmişdir. Baxış Təqsirləndirilən şəxs icazəsi ilə keçirilmiş və Elxanın yataq otağında dolabın üstündə vazanın içindən elektron tərəzi, iki selofan büküm, iki kibrit qutusunda ot kütləsi və bir ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, bükümlərdəki heroindir, kibrit qutularında marixuanadır, bir ədəd həb isə metadondur, elektron tərəzini isə bu maddələrin satışı zamanı lazım olurdu, bu narkotik vasitələri həm istifadə edir, həm də satır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir, onu heç kəs evində döyməmiş, xəsarət yetirməmişdir. Şahid4 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, onu bu şahid döyməmiş, fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nəsimi RPİnin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə bölməyə məlumat daxil olmuşdur ki, «Elxan» adlı şəxs üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və satması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2, bölmənin sahə rəisi Şahid3, bölmənin sahə inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana getmimşlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döyüb qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edib, barəsində daxil olmuş məlumat ilə bağlı yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra sonuncunun razılığı ilə evinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evindən girişdə olan şkafın üzərindəki şüşə qabın içərisindən bir ədəd üzərində «Diamond» yazısı olan boz rəngli elektron tərəzi, bir ədəd üzərində 4198-4185-6339-6488 nömrəli Xalq banka aid bank kartı, bir ədəd «Nokia» markalı mobil telefon, 03 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükümlər, 02 ədəd içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu, 02 ədəd içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olan kağız bükümlər, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş üzərində M/40 yazısı olan dərman həbi aşkar olunaraq götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş 03 ədəd bükümdə olan qəəhvəyi rəngli maddələrin narkotik vasitə olan heroin, 02 ədəd kibrit qutusunda və 02 ədəd kağız bükümdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana, dərman həbinin isə narkotik vasitə metadon olduğunu bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitələr götürülmüş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci polis bölməsinə dəvət olunmuş, polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələri 20 sentyabr 2022-ci il tarixdə Papanin kimi adlanan ərazidən tanımadığı şəxsdən heroini 600 manata, marixuananı 200 manat, metadonu isə 15 manata istifadə etmək üçün əldə etdiyini, elektron tərəzini isə yaşadığı ünvandan tapdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağadadaş oğlu onun oğul övdıdır, oğlu Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələrdən istifadə etdiyinə görə məhkumluq həyatı yaşadığını, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanında yaşadığını, oğlu Təqsirləndirilən şəxs stabil olaraq bir yerdə işləmədiyini, son zamanlar taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları ünvana polis əməkdaşları gələrək, baxış keçirərək müxtəlif narkotik vasitələr aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsindən məlumatlı olduğundan, Təqsirləndirilən şəxs işləri barədə ona məlumat vermədiyindən onun narkotk vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 3, ev 6 ünvanında yaşayarkən və ya Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitə və ya psixotrop maddə aşkar etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün ibtidai istiataq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Elxan” adlı şəxs mütəmadi olaraq, qanunsuz şəkildə narkotik vasitələr əldə etməsi, onun qəbulu və satışı ilə məşğul olur. Əməliyyat qrupunun təşkil olunması və tədbirin keçirilməsinə icazə verilməsi istənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan müəyyn odlunur ki, «Elxan» adlı şəxsin ünvanı və şəxsiyyəti müəyyən edilməsi, dəqiq ünvan müəyyən edildikdən sonra «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Axərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1,2 və 9-cu bəndlərinə əsasən «Elxan» adlı şəxsin yaşadığı binanın müşahidəsin aparılması, zərurət yanandıqda bu qanunda nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi qərara alınmış, qərarın icrası üçün əməliyyat qrupunun yaradılması barədə xx.xx.2022-ci il tarixli əmrlə qrupun rəhbəri İmzzət Həmidov, üzvləri isə Şahid2, Elşad İsmayıllov və Təqsirləndirilən şəxs təyin olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ünvan 7iyyatda olan, N.Məlikov dalan 3 ev 6-da yaşayan Təqsirləndirilən şəxs anası Şahid5 Abdulhuseyn qızı tərəfində verilmiş ərizədən müəyyən olunur ki, yaşadıqları ünvan 8 ünvanında axtarış aparılmasına etiraz etmir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, baxış videogörüntüyə alınaraq həyata keçirilmişdir. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına baxış keçirilən zaman evə girişdə olan şkafın üzərindəki şüşə qabın içərisindən bir ədəd üzərində «Diamond» yazısı olan boz rəngli elektron tərəzi, bir ədəd üzərində 4198-4185-6339-6488 nömrəli Xalq banka aimd bank kartı, bir ədəd «Nokia» markalı mobil telefon, 03 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükümlər, 02 ədəd içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu, 02 ədəd içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olan kağız bükümlər, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş üzərində M/40 yazısı olan dərman həbi aşkar olunaraq götürülmüşdür. Protokol Nəsimi RPİ-nin 20-ci PB-də tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizələrdən müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X4 şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etirazları yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilindən götürülmüş, 03 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə olan bükülülər, 02 ədəd qəhvəyi rəngli kağıza bükülmüş bitkiyə bənzrə maddə olan bükümlər və 02 ədəd kibrit qutusunun içərisində olan bitkiyə bənzər maddə olan qutular , 01 ədəd psixotrop maddə olan tabletka və 01 ədəd “Diamond” markalı tərəzi boş zərflər götürülüb içərisinə qoyularaq qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 188 saylı möhürü ilə möhürlənmişdir. Protokol video kameradan istifadə edilərək tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Məhkəmədə elan edilib araşdırılmış müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təhqiqatçıya verdiyi xx.xx.2022-ci il tarixli izahatından müəyyən olunur ki, o əvvələr məhkum olunmuş, uuzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə edir, narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən alır, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə «Papanin» deyilən ərazidə tanımadığı şəxsdən 600 manat ödəməklə «kakos», 200 manat ödəməklə “nəşə” və 15 manata ödəməklə psixotrop maddə metadon həbi almışdır. xx.xx.2022-ci il tarixdə saat 16:22 radələrində yaşadığı ünvan 1 ünvanda olduğu zaman üç nəfər mülkü formada olan və bir nəfər polis formasında şəxslər vəsiqələrini göstərərək polis olduqlarını, onun evində qənunsuz narkotik vasitələrin olmasından şübhələndiklərini bildirmişlər. O polis əməkdaşlarına evində narkotik vasitənin olduğunu bildirib yataq otağına gedərək dolabın üstündə olan şüşə qabın içərisindən 03 ədəd bükümdə olan “kakos”u, 02 ədəd qəhvəyi kağıza bükülmüş “nəşə”ni, 02 ədəd kibrit qutusunun içərisində “nəşə”ni, 01 ədəd “metadon”u və 01 ədəd elektron tərəzinin olduğunu bildirib onlara təqdim etmişdir. Bundan sonra o Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət edilmiş, orada üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmiş daha sonra evindən, şüşə qabdan aşkar olunmuş qanunsuz əşya və predmetlər qablaşdırılmış, möhürlənmiş, baxışla bağlı videogörüntüyə baxıldıqdan sonra protokol tərtib olundu və hamı tərəfindən imzalandı. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin qarardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hakimə bildirmişdir ki, ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilir, yəni narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçi olduğunu göstərmiş, ona qarşı istər evinə baxış zamanı, istərsə də polis bölməsində fiziki zor və ya təzyiqlər olunmasından heç bir şikayət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli müdafiəçinin iştirak ilə verdiyi ifadəsindən müəyyən olunur ki, o özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək uuzun müddətdir narkotik istifadə edir, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan ərazidən 600 manata “kakos”, 200 manata “nəşə” və 15 manata 01 həb metadon əldə etmiş, xx.xx.2022-ci il tarixdə saat 16:22 radələrində 4 nəfər polis əməkdaşı evinə gələrək özlrini təqdim etdikdən sonra evinə onun evdə narkotik vasitə saxladığı barədə etirafından sonra baxış keçirmiş, o öz yataq otağında dolabın üstünd olan şüşə qabın içində olan 03 ədəd bükümdə olan “kakos”u, 02 dəd qəhvəyi rəngli kağıza bükülmüş və 02 ədəd kibrit qutusunun içərisində “nəşə”ni, 01 ədəd metadon həbi və bir ədəd elektron tərəzini təqdim etmiş, həmin əşyaların qablaşdırılması protokol tərtib olunmaqla polis bölməsində təhqiqatçı tərəfindən aparılmış, tərtib olunmuş protokolu ö özü imzalamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 6/5551 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 3 ədəd bükümdən 2 ədəd bükümdə təmiz çəkiləri 10,703 qram olan açıq qəhvəyi rəngli, 3,682 qram olan qəhvəyi rəngli maddə, 3-cü bükümün içərisindəki 8 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,212 qr., 0,287 qr., 0,262 qr., 0,253 qr.. 0.242 qr.. 0,229 qr., 0,230 qr., 3,066 qram qəhvəyi rəngli maddələr (ümumilikdə 10 bükümdə ümumi təmiz çəkisi 19,166 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 9 ədəd bükümdəki qəhvəyi rəngli narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, 1 ədəd bükümdəki təmiz çəkisi 10.703 qram olan açıq-qəhvəyi rəngli narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Üzərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 1 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikro hissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 7/1111 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kağız bükülüdə və iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,23 qram, 3,14 qram, 4,12 qram, ümumi çəkisi 7,85 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 6093 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 noyabr 2022-ci il tarixli, 2950 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyətin paranoid pozuntusu kompensasiya vəziyyətində aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyətin paranoid pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qeyd olunan şəxsiyyətin paranoid pozuntusu hal-hazırda kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan şəxsiyyətin paranoid pozuntusu törətdiyi əməl dövründə kompensasiya vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Ekspertlərə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etidiyini etiraf etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməkimyəvi, məhkəmə-bioloji və məhkəmə-psixatrik rəyləri elan olunmuş, bununla bağlı tərtib olunmuş protokollarda Təqsirləndirilən şəxs rəylərin məzmunu ilə bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş ekspertizadan sonra qalıq qalmış 19,066 qram olan narkotik vasitə heroin , 01 ədəd metdaon həbibnin 2/1-ni, qalıq çəkisi 7,77 qram narkotik vasitə qurudulmuş marixuana və 01 dan aşkar olunaraq götürülmüş “Diamond” markalı tərəzi Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 084-160 məktubdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs konkret kimlərə narkotik vasitə heroini, narkotik vasitə quruldulmuş marixuananı və təsiredici maddə narkotik vasitə metadon həbini satması hazırki vaxtadək müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «220070551 saylı cinayət işindən ayrıca cinayət işi ayrılması haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Məhkədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasında daxil olmuş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs mənsub tibb kartının surətindən müəyyən olunur ki, hər iki bazuda köhnə çapıq toxuması, hər iki baldırın iç səthində köhnə çapıq toxuması, təpə nahiyyəsində köhnə çapıq toxuması, budun aşağı 3/1-nin arxa səthində çapıq toxuması vardır. Məhkəmədə elan edilib araşdırılmış Nəsimi rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, 161-c-23 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı material üzrə təyin edilmiş tibb-ekspertizasının xx.xx.2023-cü il tarixli, 500 saylı rəyindən müəyyən olunur ki, Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə baxış keçirilərkən onun bədən səthində xx.xx.2022-ci il tarixdə yetirilməyə xarakterik xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən həmin əşyaları onun ünvanına qoyularaq və ona təzyiq göstərməklə baxış keçirmələrini, evində aşkar edilmiş elektron tərəzi isə anasına mənsub olmasına dair ifadələri Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ,əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, onun yaşadığı ünvana videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə dair diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 3, ev 6 ünvanına baxış keçirilən zaman o, otaqların birində dolabın üstündə olan şüşə qabın içərisindən 03 ədəd bükümdə olan “kakos”u, 02 ədəd qəhvəyi kağıza bükülmüş “nəşə”ni, 02 ədəd kibrit qutusunun içərisində “nəşə”ni, 01 ədəd “metadon”u və 01 ədəd elektron tərəzinin yerini göstərmiş, həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə belə nticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri həqiqətə uyğyn olmaqla digər mötəbər sübutlarla təsdiqlənir və belə olan halda məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun məhkəməyədək verdiyi ifadələrini sübut növü kimi qəbul edir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu - narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş ekspertizadan sonra qalıq qalmış 19,066 qram olan narkotik vasitə heroin, 01 ədəd metdaon həbibnin 2/1-ni, qalıq çəkisi 7,77 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “Diamond” markalı elektron tərəzi məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 153 (yüz əlli üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Qurbanəli oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi Qurbanəli oğlu üçün isə 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş ekspertizadan sonra qalq qalmış 19,066 qram narkotik vasitə heroin , 01 ədəd metdaon həbibnin 2/1-ni, qalıq çəkisi 7,77 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “Diamond” markalıelektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş video görüntülər əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsn. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 153 (yüz əlli üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi Qurbanəli oğlu üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar