Məhkəmə qərarları › İş №1(101)-873/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-873/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-873/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X6 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Türkmənistan Respublikası, Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu Daşüz kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,700 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 11 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Heydər Əliyev” adlı parkın yaxınlığında saxlanılaraq Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 20:05-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan və səkkiz ədəd qızılı rəngli kağız bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 2,231 qram, 0,101 qram, 0,039 qram, 0,046 qram, 0,037 qram, 0,038 qram, 0,100 qram, 0,057 qram və 0,051 qram olmaqla, ümumi təmiz çəkisi 2,700 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o taksi sürücüsü işləyir. O avtomobili idarə edərkən əks istiqamət üçün nəzərdə tutulmuş yola çıxmışdır. Bu zaman Binəqədi rayon yol polisinin əməkdaşları onu saxlamış və aralarında söz-söhbət olmuşdur. Bundan sonra onu Binəqədi RPİ-nin 4-cü PB-nə aparmışlar. Həmin gün axşamdan ertəsi gün səhərə qədər o Polis Bölməsində qalmışdır. Ondan qan analizi götürülmüşdür. Lakin qanında narkotik vasitə aşkarlanmamışdır. Bundan sonra onu buraxmışlar və polisə tabesizlik nümayiş etdirdiyi üçün 50 (əlli) manat məbləğində cərimə yazmışlar. Bölmədən çıxdıqdan sonra maşını götürmək üçün Heydər parkının yaxınlığında taksiyə minmək istəyirmiş ki, polislər onu tutaraq Binəqədi rayon polis idarəsinə aparmışlar. Orada narkotik vasitəni qabağına qoyaraq boynuna götürməli olduğunu bildirmişlər. Polis əməkdaşları işini narkotik vasitə istifadəçisi kimi rəsmiləşdirəcəklərini bildirərək qarşısına əvvəlcə 01 (bir) ədəd büküm, sonra isə 08 (səkkiz) ədəd büküm qoymuşlar. O, təzyiq altında olduğu üçün polis əməkdaşlarının təqdim etdikləri sənədlərə imza etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Türkmənistan Respublikasının Aşqabad şəhərində doğulsa da, orada yaşamamışdır. Təhsilini Şəki rayonunda almışdır. Yol polisi qaydaları pozduğuna görə onun barəsində dərhal protokol tərtib edilməməsinə səbəb kimi polis əməkdaşlarından cərimə yazmamasını xahiş etməyi olmuşdur. Yol polisi ilə mübahisəsi ona görə olmuşdur ki, ondan qabaq 2 maşın da eyni qaydanı pozmuş, lakin yol polisi əməkdaşları onları saxlamamışlar. O polis əməkdaşı ilə itələşən zamanı onu vurmuş və bu səbəbdən onu Binəqədi RPİ-nin 4-cü PB-nə gətirmişlər. Ona 50 (əlli) manat məbləğində cərimə yazılmış, eyni zamanda, işi xırda xuliqanlıq kimi rəsmiləşdirilmişdir. Məlum hadisə 10 aprel 2023-cü il tarixdə baş vermişdir. O, polis əməkdaşları tərəfindən Heydər Əliyev parkında 11 aprel 2023-cü il tarixdə saxlanılmışdır. O, 11 aprel 2023-cü il tarixdə saat 17-18 radələrində Binəqədi RPİ-nin 4-cü PB-dən buraxılmışdır. Təxminən 5-10 dəqiqə keçmişdir və o hardasa 100-200 metr uzaqlaşmışdır ki, polislər tərəfindən saxlanılmışdır. Daha sonra onu Binəqədi RPİ-nə gətirmişlər. Onun Binəqədi RPİ-də polis işçisi ilə dalaşdığını əks etdirən video görüntüləri onun qarşısına qoymuşlar. Bundan sonra polislər onun qarşısına narkotik vasitə qoymuşlar. Ona məxsus olmayan narkotik vasitəni boynuna götürməyinə səbəb təxminən 9-10 nəfər şəxsin onu döyməsi olmuşdur. O, Bakı İstintaq təcridxanasında bədənində olan xəsarət izlərini yıxılması nəticəsində aldığını bildirmişdir. Bakı İstintaq təcridxanasında olduğu müddət ərzində bu barədə heç yerə şikayət etməmişdir. O, polis əməkdaşları tərəfindən həm fiziki, həm də psixi təsir və təzyiqə məruz qalmışdır. O, müstəntiqə və prokurora narkotik vasitəni döyüldüyü üçün boynuna götürdüyünü bildirmişdir. O, polis idarəsində döyülmüş, daha sonra hakim qarşısına çıxarılmışdır. Lakin barəsində məhkəmə tərəfindən tərəfindən “həbs” qətimkan tədbiri seçilən zaman döyülməsi ilə bağlı heç nə bildirməmişdir. O, ona qarşı yenidən təzyiqlərin baş verməsindən qorxduğu üçün Bakı İstintaq təcridxanasında yıxıldığını demişdir. Polis əməkdaşları onu ilk dəfə Binəqədi rayonunda yerləşən “Banu çiçək” şadlıq sarayının yanında saxlamışlar. Hadisə yerində 3 nəfər yol polisi və 4 nəfər post patrulun əməkdaşı olmuşdur. Post patrulun əməkdaşlarını oraya yol polisləri dəvət etmişdir. Hadisə yerindən onu 4-cü polis bölməsinə aparmışlar. O bölməyə gedərkən üzərində heç bir şəxsi əşyası olmamışdır. Onun əşyaları maşında qalmışdır. Onun üzərinə bölmədə növbətçi otağında baxış keçirilmişdir. O səhəri gün saat 17-18 radələrinə qədər bölmədə qalmışdır. Həmin vaxt ona vəkil təyin olunmamışdır. O bölmədə olduğu müddətdə yalnız 50 manat məbləğində olan cərimə sənədinə imza çəkmişdir. Onu səhərisi gün saat 11-12 radələrində narkoloji dispanserə aparmışlar. Onlar saat 15-16 radələrində narkoloji dispanserdən çıxmışlar. Onu narkoloji dispanserə polis əməkdaşları aparmışlar. Narkoloji dispanserdən alınan rəydə qanında narkotik vasitə aşkar olunmamışdır. O həmin gün bölmədən çıxdıqdan sonra bölmədən 200 metr aralıda əməliyyatçılar onu saxlamışlar. O 4-cü bölmədən çıxanda üzərində heçnə olmamışdır. Belə ki, onun telefonu bölmədə qalmışdır. Ona polis əməkdaşları bölməyə gələrək sənədləri imza etməsini demişlər. Polis əməkdaşları ona maşınının Binəqədi rayonunda yerləşən cərimə meydançasında olduğunu bildirmişlər. Polis əməkdaşları ona yaxınlaşanda o polislərə heç bir müqavimət göstərməmişdir. Üzərinə dərhal baxış keçirilməsi üçün şərait olmasına baxmayaraq, polis əməkdaşları onun üzərinə baxış keçirtməmişlər. O, saxlandıqdan sonra Binəqədi RPİ-də üzərinə baxış keçirilənə qədər təxminən 2 saat vaxt keçmişdir. Həmin müddət ərzində onu idarədə polis əməkdaşları döyürmüşlər. Onu həm onu saxlayan polis əməkdaşları, həm də əlavə polis əməkdaşları döymüşlər. O əməliyyatçılar tərəfindən saxlandığı vaxt və daha sonra ailə üzvləri ilə əlaqə saxlamamışdır. Dövlət hesabına təyin olunmuş vəkili özü seçməmişdir. Şəhriyar adlı polis əməkdaşı tərəfindən ona qarşı fiziki və psixi təsir və təzyiq olmamış, polis idarəsində Kamil adlı polis əməkdaşı tərəfindən ona qarşı fiziki təsir və təzyiq olmuşdur. YPX-nin əməkdaşları onu saxlayan zaman o polis əməkdaşının burnunu qırmışdır. Buna səbəb isə onun maşınından qabaq 2 avtomobilin əks istiqamətə çıxmasına baxmayaraq polislərin isə həmin maşınları buraxması, ona isə 100 (yüz) manat məbləğində cərimə və 04 bal yazmaq istəmələri olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman tək olmuş, yanında heç kəs olmamışdır. Polis əməkdaşı ona söyüş söydüyü üçün o, həmin əməkdaşı kəllə ilə vurmuşdur. Vurduğu polis əməkdaşının adı “İlkin” olmuşdur. Səhv etmirsə, o, idarə rəisidir və **-YB-*** dövlət nömrə nişanlı “BMW” markalı avtomobili var. O, bölmədə olan zaman Şəhliyar adlı təhqiqatçını görməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində göstərmişdir ki, fərdi qaydada “Bolt” şirkətində taksi sürücüsü işləyərək “Kia-Rio” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, gecələr də həmin avtomobildə yatır. 11 aprel 2023-cü il tarixdə saat 15 radələrində narkotik vasitə istifadə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 50 manata narkomanların arasında “kokos” kimi tanınan bir ədəd şəffaf rəngli sellofana və 8 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş qəhvəyi rəngli toz halında olan “heroin” adlı narkotik vasitəni alaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. Həmin bükümü açmadan şalvarının cibində saxlamış və həmin gün saat 18:30 radələrində Binəqədi rayonu, Azadlıq prospekti, “Heydər Əliyev” adına parkın yaxınlığında olduğu zaman mülki geyimdə olan 2 nəfər özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb vəsiqələrini göstərəndən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün əllərini cibinə salmağa imkan verməyərək onu Binəqədi RPİ-nə gətirmişlər. İdarənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X1 iştirakı ilə şübhəli şəxs qismində tutulandan sonra razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərində axtarış aparmışlar. Polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 1 büküm və 8 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş el içində “kokos” kimi tanınan qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəni masanın üzərinə qoymuş, eləcə də şalvarının sol yan cibində saxladığı özünə məxsus qızılı rəngli “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişlər. Narkotik vasitələrinin növünü və çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş ümumilikdə 9 büküm narkotik vasitə heroini 11 aprel 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yaşayış sahəsində tanımadığı şəxsdən 50 manata alaraq üzərində daşıyıb saxlamış, həmin şəxsin anket məlumatlarını bilməmiş, bildiyinə görə həmin şəxs Nəsimi rayonu, “Papanin” adlı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olmuş, həmin şəxsin mobil telefon nömrəsini bilməmiş, həmin şəxsi yalnız Nəsimi rayonu, “Papanin” adlı ərazidə tapmış, özünün mobil nömrəsi ***-***-**-** olmuşdur. (cild 1, iş vərəqə 71-73) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədİ RPİnin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, onlara Şəki rayonu Daşüz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün rəhbərliyə raportla məruzə etdikdən sonra Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, H.Əliyev adına parkın yaxınlığında zahiri əlamətlərinə uyğun olaraq həmin şəxsi piyada hərəkət edən zaman saxlamış və Binəqədi rayon polis idarəsinə gətirmişlər. Polis idarəsinin inzibati binasının otaqlarının birində üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Özü könüllü olaraq cibindən bir ədəd sellofan büküm və səkkiz ədəd qızılı rəngli kağız büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol o, digər polis əməkdaşı və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs onlardan əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb bölməyə aparılması barədə heç bir məlumatı yoxdur. Onlar daxil olan məlumatı yoxlamaq üçün tədbir keçirmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saat 18:30 radələrində saxlanılmışdır. Təxminən qeyd etdiyi saatdan bir az əvvəl əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin miqdarını bilmir, onu ekspertiza müəyyən edir. Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onlar şəxsi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, H.Əliyev adına parkın yaxınlığında saxlamışlar. Həmin vaxt onlar 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona özlərini təqdim edərək tədbir barədə məlumat vermişlər. Şübhəli şəxsin tutulması zamanı müdafiəçi dəvət olunmuşdur. Satışla bağlı fakt yoxlanılmamış, çünki şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Dəqiq xatırlamasa da, əməliyyat məlumatının günün axşam üstü saatlarında daxil olduğunu deyə bilər. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs zahiri əlamətləri qeyd edilməklə parkın yanından keçəcəyi deyilmişdir. Şəxsi saxladıqları yer 4-cü polis bölməsinə yaxın ərazidir. Onlar şəxsin zahiri görünüşünə uyğun olaraq həmin şəxsə yaxınlaşmışlar. O əməliyyat məlumatı daxil olanda ərazidə xidmətdə olmuşdur. Operativ qərar verilərək dərhal rəhbərliyə raportla məlumat vermişlər. Raportdan sonra Təqsirləndirilən şəxs saxlamışlar. Onun mobil nömrəsi iş materiallarında mövcuddur. Həmin nömrə həmişə, eyni zamanda qeyd olunan əməliyyat tədbiri zamanı üzərində olmuşdur. Şəxs narkotik vasitəni hardan əldə etdiyini onlara bildirməmişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etməsi barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs üzərindən bükümlər aşkar olunmuş, başqa nə aşkar olunduğunu hazırda xatırlamır. Təqsirləndirilən şəxs saxlanan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Narkotik vasitənin qablaşdırıldığı zərfin hansı möhürlə möhürləndiyini hazırda xatırlamır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2001-ci ildən DİO-da, 2023-cü ildən etibarən Binəqədi rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə icraatına Şəki rayonu, Daşüz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirə salınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, H.Əliyev adına parkın yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb Binəqədi rayon polis idarəsinə gətirilmişdir. Rayon polis idarəsinin inzibati binasının otaqlarının birində saat 20:05-də videoçəkiliş vasitəsilə yuxarıda adı çəkilən polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm və səkkiz ədəd qızılı rəngli kağız büküm aşkar olunmuş, həmin bükümlər açılıb içərisinə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan və səkkiz ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər maddə barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. (Cild 1, iş vərəqə 127-128) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduğunu bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin sahə rəisi X8 ifadə verərək göstərmişdir ki, 2023-cü il tarixdə 10 apreldən 11 aprelə keçən gecə əməliyyat qrupunda olan zaman Yol Patrul xidmətindən köməyə gəlmələri bildirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ərazisində işıqforu keçdikdən sağ tərəfdə Yol Patrul Xidmətinin maşının və “Kia Rio” markalı avtomobillə vətəndaşın dayandığını görmüşlər. Həmin şəxsin polis əməkdaşları ilə mübahisə apardığını, onlara təzyiq göstərdiyini görmüşlər. O, bir əməkdaşın burnunu sındırmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq X8 bildirdi ki, o həmin vaxt Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi vəzifəsində çalışırmış. Məlum hadisə 10 apreldən 11 aprelə keçən gecə təxminən 19-20 radələrində baş vermişdir. Onlar həmin şəxsi şöbəyə, “Şəhriyar” adlı təhqiqatçıya təhvil vermişlər. Həmin şəxsin daha sonra polis şöbəsindən buraxlıb-buraxılmamasını hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün xatırlamır. Həmin şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsini həmin gün növbədə olan zaman eşitmişdir. Şəxsə yaxınlaşan onunla birgə Elçin Talıbov və “Şəhriyar” adlı polis əməkdaşları olmuşdur. Həmin vaxt Şahid2 və Şahid1 onların yanında olub-olmadığını dəqiq xatırlamır. Həmin şəxsin üzərindən narkotik vasitənin necə aşkar edildiyini görməmişdir. Şəxsin narkotik vasitə daşıması ilə bağlı məlumat ona daxil olmamışdır. Belə bir məzmunda məlumatın kiməsə daxil olub-olmadığını bilmir. Polis əməkdaşının burnundakı xəsarəti görmüşdür. Belə ki, polis əməkdaşının burunu qırılmışdı. Şəxs yol polis əməkdaşlarının təzyiq göstərdiyini, onlarla mübahisə etdiyini, yazılmış protokolu ləğv etmələrini tələb edirmiş. Şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2001-ci ildən DİOda, 2022-ci ildən etibarən Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə rəisi vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə saat 09-dan etibarən xx.xx.2023-cü il tarixdə saat 09-dək Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat qrupunda olmuşdur. xx.xx.2023-cü il iə saat 19:40-da 4-cü PŞ-nin Növbətçi Hissəsindən ona və əməliyyat qrupunun digər üzvləri olan 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X9 Binəqədi rayonu ərazisində yerləşən “Baksol” adlı yolla Azadlıq prospektinin kəsişməsinə kömək lazım olması səbəbindən dəstək göndərilməsi məqsədilə YPX əməkdaşlarının radio ötürücü vasitəsilə söyləmələri və dərhal həmin əraziyə getmələri bildirilmişdir. Bundan sonra dərhal o və adları yuxarıda çəkilən polis əməkdaşları ilə birlikdə 4-cü PŞ-dən çıxıb “Baksol” adlı yolla Azadlıq prospektinin kəsişməsi olan yerə getmişlər. Həmin zaman **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilinin kənarında dayanmasını, həmin avtomobilin yaxınlığında “Kia Rio” markalı avtomobilin yolun hərəkət zolağında dayanmasını, yol patrul avtomobilinin yanında bir nəfər şəxsin iki nəfər YPX əməkdaşı ilə yüksək səslə mübahisə etməsini görüb həmin şəxə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər və onun sakit olmasına, polis əməkdaşları ilə mübahisə etməməsi üçün nizam intizama dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olması barədə çağırışlarına məhəl qoymayaraq YPX-nin əməkdaşlarına və onlara müqavimət göstərməyə başlamışdır. Bu səbəbdən tərəflərindən həmin şəxs 4cü PŞ-nə gətirilmişdir. Həmin şəxs tərəflərindən 4-cü PŞ-nə gətirildikdən sonra kimliyi müəyyən edilmiş və həmin şəxsin Şəki rayon sakini Təqsirləndirilən şəxs oğla olmasını bilmişlər. Bundan sonra həmin şəxsin onların qanuni tələblərinə məhəl qoymaması səbəbindən barəsində raport yazaraq aidiyyəti üzrə 4-cü PŞ-nin Növbətçi Hissəsinə təqdim etmişlər və Təqsirləndirilən şəxs Növbətçi Hissə əməkdaşlarına təhvil vermişlər. O və əməliyyat qrupunun digər üzvü olan polis əməkdaşları hadisə yerinə çatdıqlarında Təqsirləndirilən şəxs YPX-nin əməkdaşları ilə uca səslə mübahisə aparırmış, YPX-nin əməkdaşlarına hansı səbəblə ona inzibati protokol tərtib etdiklərini və həmin protokolu ləğv etmələri barədə təzyiq göstərirmiş. (cild 1, iş vərəqə 17-19) Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin sahə inspektoru X12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Binəqədi RPİ-nin 4-cü PŞ-də işləyən zaman həmin şəxs ora gətirilib, o da həmin şəxsin barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq X12 bildirdi ki, o həmin vaxt sahə inspektoru vəzifəsində işləyirmiş. Şəxsin barəsində protokol tərtib edilmişdir. X23 Xidmətinin əməkdaşları gətirmişdir. Buna səbəb şəxsi saxlayan zaman polislərə söyüş söyərək, səs-küy yaratması olmuşdur. Şəxsi narkoloji müayinəyə o aparmamışdır. Belə ki, kimin aparmasından da məlumatı yoxdur. Şəxsin polis şöbəsinə gəlməsi barədə qeydi növbətçi yazır. Tərtib edilmiş protokolun surəti şəxsə təqdim edilmişdir. Lakin həmin protokolu onun imzalayıb-imzalamadığını dəqiq bilmir. Şəxsin protokolu imzlamaqdan imtina etməsi ilə bağlı qeyd yazılıb-yazılmadığını xatırlamır. Protokolu ayın neçəsi tərtib etdiyini hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün xatırlamır. Ancaq onu deyə bilər ki, həmin vaxt o növbədə olmuş və ona hadisə barədə məlumat verildiyi üçün protokol tərtib edilmişdir. Şəxsin inzibati qaydada tutulması ilə bağlı protokol tərtib edibetmədiklərini xatırlamır. Ümumiyyətlə, şəxsi inzibati qaydada 48 saata qədər müddətdə tutaraq məhkəməyə təhvil verirlər. Şəxsin tutulmasını tutma protokolu ilə rəsmiləşdirirlər. Şəxsin barəsindəki protokolun hansı tarixdə tərtib edildiyini xatırlamır. Həmin vaxt istifadəsində olan mobil nömrə ***-***-**-** saylı olmuşdur. O vaxt gün ərzində polis şöbəsində olub-olmadığını xatırlamır. Şəxsi narkoloji yoxlamaya o aparmamışdır. Ola bilər ki, şəxs narkoloji yoxlamaya başqa şəxslə getmişdir. Şəxs səhv etmirsə, “Banuçiçək”in yanında saxlanılmışdır. O, İXM-nin 510-cu maddəsi ilə protokol tərtib etmişdir. Şəxsi protokolla cərimə tətbiq edərək buraxmışlar. Şəxs məhkəməyə çıxarılmamışdır. Cərimənin məbləği səhv etmirsə, 50 (əlli) manat olmuşdur. Həmin vaxt şəxs tərəflərindən bölmədən azad edilmişdir. Şəxs bölməyə gətirildikdən təxminən 30-40 dəqiqədən sonra buraxılmışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞnin baş təhqiqatçısı X7 ifadəsində bildirmişdir ki, o əməliyyat qrupunda olmuşdur. Yol polisin çağırışı ilə bağlı şəxsin tabesizlik göstərməsi ilə əlaqədar şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt axşam saatları olmuşdur. Şəxsi şöbəyə dəvət edərkən üzərinə baxış keçirməmişlər. O gedərkən yol polisinin üzərində xəsarət olub-olmadığını xatırlamır. Şəxs barəsində səhv etmirsə, protokol yazılmışdır və şəxs, buna etiraz etmişdir. Şəxsin hansı avtomobili idarə etdiyini və onun barəsində hansı hüquqi tədbir görüldüyünü xatırlamır. Çağırışa 3 nəfər getmişlər. İbrahimov, digəri ya Elvin ya da Elçin adlı əməkdaş və o olmuşdur. Hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün xatırlamır. O, polis əməkdaşlarının çoxunu tanımır. Şəxsin polis şöbəsində nə qədər müddət qaldığını xatırlamır. Şəxsin şöbəyə daxil olması növbətçi hissədə qeydə alınmışdır. Şəxsin saxlanılan zaman spirtli içki və ya hər hansı müayinədən keçib-keçməməyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 2014-cü ildən DİO-da, 2021-ci ildən etibarən Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə saat 09-dan etibarən xx.xx.2023-cü il tarixdə saat 09-dək Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat qrupunda olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19:40-da 4-cü PŞ-nin Növbətçi Hissəsindən ona və əməliyyat qrupunun digər üzvləri olan 4-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X13 və sahə inspektoru, polis mayoru X4 Binəqədi rayonu ərazisində yerləşən “Baksol” adlı yolla Azadlıq prospektinin kəsişməsinə kömək lazım olması səbəbindən dəstək göndərilməsi məqsədilə YPX əməkdaşlarının radio ötürücü vasitəsilə söyləmələri və dərhal həmin əraziyə getmələri bildirilmişdir. Bundan sonra dərhal o və adları yuxarıda çəkilən polis əməkdaşları ilə birlikdə 4-cü PŞ-dən çıxıb “Baksol” adlı yolla Azadlıq prospektinin kəsişməsi olan yerə getmişlər. Həmin zaman **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilinin yolun kənarında dayanması, həmin avtomobilin yaxınlığında “Kia Rio” markalı avtomobilin yolun hərəkət zolağında dayanmasını, yol patrul avtomobilinin yanında bir nəfər şəxsin iki nəfər YPX əməkdaşı ilə yüksək səslə mübahisə etməsini görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olmasını bildirmişlər və şəxsin sakit olmasına, polis əməkdaşları ilə mübahisə etməməsi üçün nizam intizama dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olması barədə çağırışlarına məhəl qoymayaraq YPX-nin əməkdaşlarına və onlara müqavimət göstərməyə başlamışdır. Bu səbəbdən tərəflərindən həmin şəxs 4-cü PŞ-nə gətirilmişdir. Həmin şəxs tərəflərindən 4-cü PŞ-nə gətirildikdən sonra kimliyi müəyyən edilmiş və həmin şəxsin Şəki rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişlər. Bundan sonra həmin şəxsin onların qanuni tələblərinə məhəl qoymaması səbəbindən barəsində raport yazaraq aidiyyəti üzrə 4-cü PŞ-nin Növbətçi Hissəsinə təqdim etmişlər və Təqsirləndirilən şəxs də Növbətçi Hissə əməkdaşlarına təhvil vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən orta boylu, təxminən 20-25 yaşlarında olan Elgün adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Elgün adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Binəqədi Rayon Polis İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 18:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti Heydər Əliyev adına parkın yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 19-22) 11 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana və 8 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş el içində “kokos” kimi tanınan qəhvəyi rəngli toz formasında olan narkotik maddə heroinə bənzər maddəni masanın üzərinə qoyaraq həmin narkotik vasitəni 11 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yaşayış sahəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sol yan cibində saxladığı bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, “Heydər Əliyev” adına parkın qarşısında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Binəqədi RPİ-ə gətirildiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana və siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik maddə “kokosa bənzər qəhvəyi rəngli toz formasında olan maddə polis əməkdaşları tərəfindən götürülüb zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 34-36) Məhkəmə kimyəvi ekspertizasının 12 aprel 2023-cü il tarixli, 6/2145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №172” dairəvi möhür əksi olan, “Təqdim edən şəxs Lələyev” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,231 qram, 0,101 qram, 0,039 qram, 0,046 qram, 0,037 qram, 0,038 qram, 0,100 qram, 0,057 qram, 0,051 qram olmaqla, ümumi təmiz çəkisi 2,700 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. QEYD: Heroinin ümumi təmiz çəkisi -2,700 qram, tədqiqata sərf edildi – 0,09 qram, qalıq – 2,610 qram. (Cild 1, iş vərəqə 46-48) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 62-63) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-384/2023 saylı (hakim A.Ə.Rzayev) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 95-99) “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş ümumi təmiz çəkisi 2,700 qram, qalıq 2,610 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut hesab olunmuş və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 104-105) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİnin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3, CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. (Cild 1, iş vərəqə 113-114) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin verdiyi 10 may 2024-cü il tarixli, 551 saylı məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, barəsində “28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya aktı tətbiq edilmiş və o, 29 avqust 2016-cı il tarixli qərarla cəzadan azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-13-51/2- 14305 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda kafedə X5 vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Nəsimi RPİ-nin təhqiqatçısı Q.Bəşirli tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı yekun protokol tərtib edilərək Nəsimi rayon Prokurorluğuna təqdim olunmuşdur. Nəsimi rayon prokuroru tərəfindən yekun protokol ləğv edilərək, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Nəsimi RPİ-nin sabiq müstəntiqi Orxan Vəlixanlı tərəfindən cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. “Baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş və baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir mötəbər sübut aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 118) Məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli, 2791 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 131-132) Məhkəmə-psixiatriya ekspertizasının 10 may 2023-cü il tarixli, 1293 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Mizəli oğlu törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Əqli-intelektual imkanlarına görə hadisələri düzgün qavrayıb təsvir etmək və öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Fərdi xüsusiyyətlərinə özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqə 133-136) “Baxış keçirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 160) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etdiyi şəxs və ya şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə ifadəsində tutulduğu zaman üzərində heç bir narkotik vasitə olmamasını, polis əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək üzərinə narkotik vasitə qoyulmasını, onunda qorxduğu üçün həmin narkotik vasitənin üzərində şəxsi axtarış aparılan zaman özünə məxsus olmasının söyləməsini göstərməsi özünü müdafiə məqsədi kimi qiymətləndirilmiş və həmin xüsusatlar özünü müdafiə xarakteri daşıdığına, əsassız olduğuna görə Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixli ifadəsi sübut növü kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş ümumi təmiz çəkisi 2,700 qram, qalıq 2,610 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 17 aprel 2023-cü il tarixli qərarla maddi maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 167-173) “230040390 nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etdiyi şəxs və ya şəxslərin barəsində ibtidai istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 175-176) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan (hakim:A.Qurbanova) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 227-228) xx.xx.2023-cü il tarixli, İXP5346621 saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP 569394 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə KİA RİO MİNİK markalı, 99OD266 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. (Cild 1, iş vərəqə 251- 252) xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi iə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. (Cild 2, iş vərəqə 7-8) “Sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin YPX-nin əməkdaşlarını vuraraq onlara xəsarət yetirməsi faktı təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmişdir. (Cild 2, iş vərəqə 32-42) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 19 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 44) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin yalnız çəkisi (miqdarı), bükümlər halında olması təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin ümumilikdə bükümlər halında olması, həmçinin üzərindən elektron tərəzinin aşkar edilməməsi, təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarını, bükümlərdə olmasını nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ona məxsus olmadığını, polislər tərəfindən üzərinə qoyulduğunu, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi və fiziki təzyiqlər edilərək döyüldüyünü bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8021/2023 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridaxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş, onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sağ saidin arxa səthində bir ədəd köhnə çapıq toxuma, üst dodaqda iki ədəd kiçik ölçülü köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-46-1/2-9424/23 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olduqda üzərində heç bir xəsarət aşkar edilməmişdir, xəsarət aşkar edilmədiyi üçün heç bir sənədləşmə aparılmamışdır. Bundan başqa Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 46/2-52360/23 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 653-C-23 saylı cavab məktubundan müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin polis bölməsinin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış və aparılmış aradırma zamanı Binəqədi RPİ-nin polis əməkdaşı X2 və qeyriləri tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin ona psixoloji və fiziki təzyiqlər etməsi, polislər tərəfindən döyülməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini (narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan 2,610 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,610 qram çəkidə heroin məhv edilsin, “şəxsi axtarış aparılması haqqında” protokolun videogörüntüsü əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar