Məhkəmə qərarları › İş №1(101)-874/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-874/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-874/2020 29.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri X12 və X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxsin hüquqi varisi - X4, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə1, Psixoloq - X1 iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsi ev 17-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, ünvan 1 ünvanında yerləşən Qanuni nümayəndə2 icarəyə götürdüyü ərzaq mağazasında satıcı işləyərkən, xx.xx.2019-cu il tarixdə saat 21:15 - də dükana sərxoş vəziyyətdə gələn xx.xx.1991-ci il təvəllüdlü Xırdalan şəhər sakini Zərərçəkmiş şəxs üç manat dəyərində bir qutu «Kent-8» markalı siqareti nisyə vermə tələbinə mümkün olmadığını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisənin gedişində sonuncu siqaretin dəyərini ödəməkdən ümumiyyətlə imtina edərək siqareti götürüb mağazanı tərk etmiş, daha sonra, həmin gün saat 21:28 - də mağazaya qayıdaraq aldığı siqaretlə əlaqədar aralarında bir qədər əvvəl baş vermiş mübahisəni bəhanə edib ona əl-qol ataraq yaxasından tutub silkələdikdə mübahisə və dalaşma zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və öz cinayətkar niyyətini həyata keçirmək üçün piştaxtanın üzərindən bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yerə yıxaraq ona çoxsaylı zərbələr endirməyə çalışsa da, sonuncunun aktiv müqavimət göstərməsi səbəbindən həmin zərbələr onun yalnız paltarlarını zədələmiş, Zərərçəkmiş şəxs onun əlindən çıxıb qaçaraq mağazanı tərk etmək istədikdə niyyətini başa çatdırmaq məqsədi ilə piştaxtanın üzərindən digər mətbəx bıçağını götürərək mağazanın çıxışında həmin bıçaqla qəsdən öldürmək məqsədi ilə sonuncunun döş qəfəsi nahiyəsindən bir dəfə vurmaqla, ona döş qəfəsinin sol yarısının ön səthinin İV-V qabırğası sahədə döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və sol ağciyəri yaralayan, kəskin qanitirmə ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayət olunan, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və həmin gün Zərərçəkmiş şəxs ölümünə səbəb olan bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi mübahisə və dalaşma zəminində qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə qanuni nümayəndə, müdafiəçi və psixoloqun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə1 ilə yaşayır, ailədə üç uşaq olmaqla ondan kiçik 2006-cı il təvəllüdlü Qədirağa, 2007-ci il təvəllüdlü Xanağa adlı qardaşları var. X2 törətdiyi qəsdən adam öldürmə cinayətinə görə məhkum olub cəza çəkərkən 2016-cı ildə cəzaçəkmə müəsisəsində xəstəlikdən vəfat etmişdir. 2018-ci ildə o, oxuduğu Xırdalan şəhər 4 saylı orta məktəbin 9-cu sinfini bitirib təhsilini davam etdirməyib müxtəlif yerlərdə, 2019-cu ilin oktyabr ayından isə qohumu Qanuni nümayəndə2 icarəyə götürüb işlətdiyi Xırdalan şəhəri, M.Mirqasımov küçəsi,39 ünvanda yerləşən ərzaq dükanında satıcı işləmişdir. Zərərçəkmiş şəxs satıcı işlədiyi müddətdə alıcı kimi tanımış, onunla ədavəti, düşmənçiliyi olmamış, əvvəllər ona nisyə mal verməmişdir. İşlədiyi dükanda təhlükəsizlik kamerası quraşdırılıb internet vasitəsi ilə Qanuni nümayəndə2 mobil telefonuna yönəldiyindən gün ərzində sonuncu dükana gəlmədən telefon vasitəsi ilə onun işinə nəzarət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:15 radələrində işdə olarkən dükana qara dəri gödəkcədə, başında çeçenka papaq olan üzdən tanıdığı Zərərçəkmiş şəxs gəlmiş və qiyməti üç manat olan «Kent-8» markalı bir qutu siqaret istəmişdir. Ona siqareti verib pulunu gözləmiş, sonuncu isə siqaretin pulunu verməmiş və onunla mübahisəyə başlamışdır. O, Zərərçəkmiş şəxs «dükan ona məxsus deyil, dükanın sahibi tapşırıb ki, siqaret və spirtli içkini nisyə verməsin, o dükanda günü 10 manata işləyir, əgər pulu nəğd verməsə həmin pul onun bu günki əmək haqqından çıxılacaq» dedikdən sonra Fikrət ona əl-qol atıb hədə-qorxu ilə danışmış və ümumiyyətlə pulu verməyəcəyini bildirmişdir. Bu vaxt dükanda olan 11-12 yaşında uşaqlardan biri Zərərçəkmiş şəxs irad tutub «siqareti almısan, pulunu ver, verə bilmirsən üzürxahlıq et, daha nə üçün xox gəlirsən?» dedikdə bu söz sonuncuya xoş gəlməyib onun üzərinə gedərək sinəsi ilə onu itələyib «sən,get işinlə məşğul ol, sənə aidiyyəti yoxdur» söyləyib sözlü mübahisəyə keçmiş, bu vaxt tanımadığı kişi dükana daxil olub Fikrəti həmin uşaqdan ayırıb çölə çıxartmış, dükanda olan uşaqlar Fikrətin, o da həmin uşaqların arxasınca çölə çıxıb dükanın qarşısında dayanmışdır. Dükanın qarşısında dükanda olan iki yeniyetmə uşaq, Fikrəti çölə çıxaran oğlan və tanımadığı daha iki yeniyetmə olmuşdur. Fikrəti dükandan çölə çıxaran oğlan sonuncunun hərəkətlərinə irad tutduqda, bu Fikrətə xoş gəlməyib həmin şəxslə də sözlü mübahisəyə başlayıb üzərinə getdikdə, orada olan şəxslər onu həmin oğlandan ayırıb yola salmışlar. Dükanın yanında olan uşaqlar dağılışmış, o isə dükana keçib piştaxta arxasında oturaraq telefonda oyun oynamağa başlamışdır. Fikrət yenidən dükana girdikdə o, Fikrətə pulu niyə vermirsən, dedikdə, Fikrət ”mən avtoritetəm, lotuyam, pulu verməyəcəm” demiş, sonra onu söymüş, atasını soruşmuş və onu da söymüşdür. Fikrət ona “hamı mənə siqaret verir, mən dükanlara gedib siqareti pay alıram. Sən məni tanımırsan, mənə niyə siqaret vermirsən” demiş və çıxıb getmişdir. Az sonra Fikrət yenidən gəlmiş, həmin zaman piştaxtanın arxasına keçib onu döyməyə başlamış, ona yumruq atmış, o isə Fikrətə heç nə etməmişdir. Fikrət onu söyüb döymüş, öldürəcəyini demiş, butulkaları başına vurmuşdur. Onlar bir-biri ilə tutuşanda ayağı ilişib yerə yıxılmış, özünü qorumaq və onu qorxutmaq məqsədilə bıçağa əl atmışdır ki, bəlkə Fikrət çıxıb gedər. Sonra Fikrəti bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs zərbədən müvazinətini saxlaya bilməyib aşağıya doğru sürüşmüş, az sonra qapıdan uzaqlaşmış, o isə dükanda qalmışdır. Sonra dükanın sahibi Qanuni nümayəndə2, arvadı Könül və uşaqları ilə birlikdə dükana gəlmişlər, onlara Zərərçəkmiş şəxs bıçaqladığını deyib dükanı tərk etmiş və babasının evinə gəlmiş, ona hadisə barədə deyəndən sonra babası ilə Polis İdarəsinə gedib təslim olmuşdur. Abşeron rayon Polis İdarəsində təqsirini boynuna almış, hadisə zamanı əynində olmuş paltarları istintaqa könüllü təqdim etmişdir. O, daha sonra göstərmişdir ki, Fikrəti öldürmək fikri olmamış, özünü qorumaq istəmişdir. Əməlindən səmimi peşmandır. Bununla belə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində hazırki ifadəsindən fərqli olaraq göstərmişdir ki, saat 21:30 radələrində Zərərçəkmiş şəxs əynində yeri mavi, üzərində eyni rəngə oxşar damaları olan uzunqol köynək və qara rəngli qolsuz dəri gödəkcədə dükana daxil olub qəzəbli piştaxtaya yaxınlaşaraq heç bir söz demədən piştaxtanın arxasından ona yumruq atmış, yumruğu onu tutmayıb piştaxta yerindən oynadıqda,o piştaxtanın arxasına, onun yanına keçib sağ əlini yumruq vəziyyətində sıxıb sol əli ilə əl-qolla danışıb, nə üçün kənar şəxslərin yanında ondan siqaretin pulunu istəyib üç manata görə onu rüsvay etdiyini sual edib yaxasından tutub silkələyərək divara, arxasında olan ərzaq rəflərinə sıxmış, ona əl-qol atmaqla özünü qorumağa çalışarkən bu vaxt dükanın müdiri Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan oğlu Fikrət və Hikmət daxil olmuşlar. Fikrət uşaqları görüb ünvanına nalayiq sözlər işlədib dükanın ortasına doğru gedib yenidən piştaxtanın arxasına qayıdaraq onunla yenidən əl-qolla danışdıqda onlar əlbəyaxaya keçmişlər, dükanın səliqə-səhmanı pozulmuş,onu yerə yıxıb üstünə çıxaraq yumruqla onu vurmağa başlamış,amma az sonra ondan əl çəkib dükandan həyətə qaçmışdır. Zərərçəkmiş şəxs onun arxasınca küçəyə çıxmış, bunu görüb yenidən dükana qayıdaraq piştaxtanın arxasına keçmişdir. Fikrət arxasınca dükana gəlib rəfdən nə isə götürüb ona atanda ayağı sürüşdüyündən piştaxtanın böyründə qoyulmuş dondurma üçün nəzərdə tutulan soyuducunu kənara itələyib üstünə yeridikdə Zərərçəkmiş şəxs ona qarşı etdiyi haqsız hərəkətlərinə görə onu bıçaqla vurub cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə, piştaxtanın üzərindən kolbasa və yağ kəsərkən istifadə etdiyi qara dəstəkli tiyəsi gümüşü rəngli qatlanmayan mətbəx bıçağını götürüb onunla əlbəyaxaya keçmiş, fənd işlədib onu yerə yıxaraq üzərinə çıxıb solaxay olduğundan bıçağı sol əlinə alıb ona bıçaqla bir neçə zərbə endirmiş, Fikrət ona əl qol, təpik ataraq aktiv müqavimət göstərib özünü bıçaq zərbələrindən qoruduğundan zərbələrin bir neçəsi onu tutmamış, zərbə tutduğu halda bədəninə xəsarət yetirib-yetirmədiyini bilməmişdir. Zərərçəkmiş şəxs qəflətən onun əlindən çıxıb dükanın qapısına doğru getdikdə əlində olan bıçağın ucu əyildiyindən rəfdən ikinci ümumi uzunluğu təxminən 25 sm olan qatlanmayan qara dəstəkli mətbəx bıçağını götürüb onun arxasınca getmiş, bu vaxt Fikrət ona su şüşəsi atmışdır. Zərərçəkmiş şəxs bu hərəkəti onu daha da qəzəbləndirmiş, hər iki əlində bıçaq onun arxasınca getmiş, sonuncu dükandan çölə çıxıb çöldən qapını tutaraq onun dükandan çölə çıxmasına imkan vermədikdə, o çəkib qapını açaraq bıçaqla Fikrətin ürək nahiyəsindən zərbə endirmiş, həmin nahiyədən qan gəlmiş, Zərərçəkmiş şəxs zərbədən müvazinətini saxlaya bilməyib aşağıya doğru sürüşmüş, az sonra qapıdan uzaqlaşmış, o isə dükanda qalmışdır. Sonra dükanın sahibi Qanuni nümayəndə2, arvadı Könül və uşaqları ilə birlikdə dükana gəlmişlər, onlara Zərərçəkmiş şəxs bıçaqladığını deyib dükanı tərk etmiş, bu vaxt dükanın girişində və qapının dəstəyi üzərində qan izləri olmuş, Fikrəti vurarkən istifadə etdiyi hər iki bıçaq hadisə yerində qalmışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə əri, oğlu Fikrət, qonaq gələn bacısı Lətifə ilə evdə olmuş, saat 21:00 radələrində oğlu Fikrət evdən çıxmış, hara getdiyini deməmiş, az sonra evə əsəbi qayıtmış, ondan nə baş verdiyini soruşduqda, oğlu demişdir ki, “Natiqin dükanından nisyə siqaret almaq istəyib pulunu səhər verəcəyini dedikdə satıcı uşaq ona pis və nalayiq cavab qaytarmışdır”. Oğluna siqaretin pulunu səhər özü verəcəyini dedikdə, o, bununla razı olmayıb ondan üç manat alaraq qolsuz qara rəngli dəri gödəkçə geyinib evdən getmişdir. Yaşadıqları evlə Natiqin dükanının arasında təxminən yüz metr məsafə olsa da, evləri dalanda yerləşdiyindən küçədə səs-küy, dava-dalaş olarkən eşitməmişlər. Saat 22:30 radələrində zarıltı səsi eşidib həyətə boylanarkən oğlu Fikrəti yerdə uzanmış vəziyyətdə görmüş, yaxınlaşıb nə baş verdiyini soruşanda, Fikrət demişdir ki, «məni Xırdalanlılar vurdu». Özünü itirdiyindən Fikrətdən onu kim, nə üçün, harada vurduğunu soruşmamış, diqqət edərkən oğlunun döş qəfəsinin sol yarısından qan gəldiyini görüb başa düşmüşdür ki, oğlu siqaretin pulunu verməyə gedərkən dükanda bıçaqlanıb, ona görə dərhal dükana getmiş, bu vaxt dükanın müdiri Natiq arvadı ilə orada olsa da Gülağanı görməmişdir. Natiqdən oğlu Fikrətin kim tərəfindən bıçaqlandığını, dükanda işləyən satıcı oğlanın harada olduğunu soruşmuş, dükana diqqət edərkən dükanın səliqəsinin pozulub döşəmədə yumurta sınıqları, müxtəlif ərzaq məhsullarının ətrafa səpələndiyini görmüşdür. Natiq demişdir ki, dükanda quraşdırılmış təhlükəsizlik kamerasına baxarkən satıcı Gülağanın kiminləsə əlbəyaxa olduğunu görüb gəlmişlər, gələndə isə artıq dükanda heç kim olmamışdır. Bundan sonra evə qayıdıb təcili tibbi yardım çağıraraq oğlu Fikrəti Bakı şəhəri Respublika Klinik Xəstəxanasına aparmış, oğlu əməliyyata götürülüb tibbi yardım göstərilsə də, nəticə verməmiş, az sonra oğlu aldığı bıçaq yarasından ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin bacısı X7 və atası Şahid9 zərər çəkmiş şəxsin hüquqi varisi Sevda Həsənovanın ifadəsi eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır, 2017-ci ilin sonunda Xırdalan şəhəri, Mirqasımov küçəsi 39 ünvanında yerləşən arvadının dayısı Şahid8 məxsus dükanı icarəyə götürüb orada gündəlik tələbat mallarının satışı ilə məşğul olmuşdur. Əmisi oğlu Şahin cəza çəkdiyi müəssisədə öldüyündən qohum kimi sonuncunun ailəsinə kömək etmək məqsədilə hadisədən 3-4 ay əvvəl onun oğlu Təqsirləndirilən şəxs dükanına satıcı kimi qəbul etmiş və Gülağanın işinə nəzarət etmək məqsədilə orada kamera quraşdırıb internet vasitəsi ilə istifadəsindəki “SAMSUNG” markalı “***-***-**-**” nömrəli mobil telefona qoşmuş və çox az hallarda dükana getmişdir. Dükan səhər saat 08:00-da açılıb fasiləsiz işləməklə saat 23-24 radələrində bağlanmış, dükanla yaşadığı ev arasında təxminən min metr məsafə olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08:00-da dükanı açıb 10:00 radələrində onu Təqsirləndirilən şəxs təhvil verib evə gedərək mobil telefonla dükana nəzarət etmişdir. Saat 21:00 radələrində yetkinlik yaşına çatmayan oğlanları Fikrət və Hikməti dükandan çörək gətirmək üçün göndərmiş, az sonra kamera görüntülərinə diqqət edərkən uşaqlarının dükana daxil olduqlarını, Gülağanın isə piştaxta arxasında sonradan adı ona məlum olan Zərərçəkmiş şəxsla əlbəyaxa olduğunu görmüşdür. O, dərhal arvadı Könül və azyaşlı qızı Leyla ilə birlikdə idarə etdiyi avtomobillə dükana gəlmiş, yolda oğlu Hikmətlə rastlaşmış, oğlu ona Gülağanın dükanda dava etdiyini xəbər verib özünü oraya tez çatdırmağı demişdir. Dükana çatarkən artıq hadisənin baş verdiyini, Gülağanın əynində olan qalın toxunma poluverin üzərində qan ləkələrinin olduğunu, dükanın girişində piləkənlər üzərində iri ölçülü qan laxtasını, dükandakı rəflərin səliqə-sahmanının pozulub ərzaq mallarının dağıldığını, satış məqsədi ilə alıb vitrinə qoyduğu qara dəstəkli bıçağın üzərində qan ləkələrini görmüşdür. Gülağadan nə baş verdiyini və kiminlə dalaşdığını, qapının dəstəyinin üzərində, piləkəndə və bıçağın üzərində qan ləkələrinin olmasını nə ilə izah edə biləcəyini soruşduqda, sonuncu “Saşa” ləqəbli Fikrət adlı oğlanla dalaşıb onu bıçaqla vurduğunu və həmin şəxsin çıxıb getdiyini demişdir. Bu söhbətdən sonra Gülağa dükanı tərk etmiş, onlar dükanda səliqə-səhman yaradıb dükanı bağlayaraq evə getmişlər. Məhkəmə iclasında şahid qismindı dindirilmiş Şahid5, həmçinin onun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 şahid Qanuni nümayəndə2 ifadəsi eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində atası Natiq onu qardaşı Hikmətlə mağazadan çörək gətirməyə göndərmiş, onlar mağazaya gəlmiş, mağazaya daxil olarkən orada Gülağa və əvvəllər tanımadığı, sonradan adının Saşa olmasını bildiyi Zərərçəkmiş şəxs piştaxta arxasında əlbəyaxa olduqlarını görmüş və qardaşı Hikmətə qaçıb evə getməklə atasına mağazada dava-dalaş baş verdiyini xəbər etməsini demişdir. Hikmət evə xəbər verməyə getmiş, o isə arxaya çevriləndə piştaxta arxasında yerdə Gülağanın Fikrəti yumruq-sillə ilə vurub yerdən qalxmağa imkan vermədiyini görüb qorxaraq kənara çəkilmiş, sonra Gülağa Fikrətdən əl çəkib marketdən həyətə qaçmış, Fikrət də onun arxasınca getmiş, təxminən 3-5 saniyədən sonra Gülağa qaçıb marketə qayıtmış, Fikrət də onun arxasınca marketə daxil olmuşdur. Onlar piştaxtanın arxasında yenidən əlbəyaxa olmuş, piştaxtanın üzərində olan yumurta qutuları, müxtəlif ərzaq məhsulları yerə dağılmış, mağazanın səliqəsi pozulmuşdur. Gülağanın Fikrəti nə ilə vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır, Təqsirləndirilən şəxs qızı Şəhlanın oğludur, qızı Şəhla 2004-cü ildə X5 ilə ailə qurmuş, həmin nikahdan xx.xx.2004-cü ildə Gülağa, xx.xx.2006-cı ildə Qədirağa,xx.xx.2007-ci ildə Xanağa adlı oğlanları olmuş, Şəhlanın əri Şahin atası və qardaşı ilə birlikdə qətl hadisəsi törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəza çəkdiyi müəssisədə xəstəlikdən ölmüşdür. Nəvəsi Təqsirləndirilən şəxs 2019-cu ildə orta məktəbin 9-cu sinfini bitirib ailəni dolandırmaq üçün müxtəlif obyektlərdə, hadisədən 3-4 ay əvvəl isə qohumu Qanuni nümayəndə2 Xırdalan şəhəri, Mirqasımov küçəsi, ev 39 ünvanda icarəyə götürdüyü ərzaq dükanında satıcı işləmişdir. xx.xx.2019-cu il tarixdə, saat 22:00 radələrində nəvəsi Gülağa həyəcanlı vəziyyətdə onlara gəlmiş, sviterində qanabənzər ləkələr olmuşdur. Gülağadan nə baş verdiyini soruşduqda sonuncu demişdir ki, az əvvəl dükana üzdən tanıdığı Saşa ləqəbli oğlan gəlib nisyə bir qutu siqaret istəmiş, o, nisyə siqaret verməkdən imtina etdikdə, aralarında mübahisə baş verib əlbəyaxa olarkən onu döşəməyə yıxdıqda o, piştaxtanın üzərindən bıçaq götürüb qorxutmaq məqsədilə onu vurmuş, Saşa aldığı bıçaq zərbəsindən sonra dükanı tərk etmişdir. Gülağa ilə olan söhbətdən sonra ora-bura zəng edib Saşa ləqəbli oğlanın Zərərçəkmiş şəxs olub Xırdalan şəhəri 28 May küçəsi, ev 3 A ünvanda yaşadığını öyrənib həmin ünvana getmiş, Fikrəti evdə görməmiş, sonuncunun atası Müşfiq Fikrətin az əvvəl ürək nahiyəsindən xəsarət alıb evə gələrək vəziyyəti pisləşdiyindən ona tibbi yardım göstərilməsi üçün Bakı şəhəri Respublika Klinik Xəstəxanasına aparıldığını bildirmişdir. O, həmin xəstəxanaya getmiş, Fikrəti soruşduqda sonuncunun əməliyyata götürüldüyünü, göstərilən tibbi yardıma baxmayaraq aldığı bıçaq yarasından öldüyünü eşitmişdir. Sonra evə qayıdıb nəvəsi Gülağa ilə Abşeron RPİ-nə getmiş və nəvəsi Gülağa könüllü olaraq təslim olmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsi eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sonunda Xırdalan şəhəri, Mirqasımov küçəsi 39 ünvanında yerləşən dükanı bacısı qızı Şahid5 əri Qanuni nümayəndə2 icarəyə vermiş, Natiqin dükanda nə satdığını,orada kimi işlətdiyini bilməmişdir. xx.xx.2019-cu il tarixdə Qanuni nümayəndə2 ona zəng edib bir gün əvvəl adını xatırlamadığı müştəri ilə satıcı arasında mübahisə yaranıb mübahisə zamanı satıcının müştərini bıçaqla vurduğunu və müştərinin öldüyünü demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş, məhkəmə tibb ekpertizasının xx xxxxxx 2020-ci il tarixli, 118 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarət aşkar edilmişdir:-döş qəfəsinin sol yarısının ön səthinin İV-V qabırğası sahədə bir ədəd döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və sol ağciyəri yaralayan kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yarası. Bu xəsarət birlikdə həyatidir, ölümündən az əvvəl iti kənara malik yastı tiyə tipli hər hansı deşici-kəsici alətin, yaxud əşyanın təsirindən törənmişdir, yaranma formasına və xarakterinə əsasən demək olar ki, ekspertizaya təqdim olunmuş bıçaq və ona oxşar bıçaqların təsirindən törənə bilərdi. Yaranı törədən alətin (əşyanın) dəqiq təyini üçün mərhumun hadisə zamanı əynində olmuş paltarlarının xüsusi kriminalistik müayinəsi zəruridir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir.Ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb-döş qəfəsinin sol yarısının ön səthinin İV-V qabırğası sahədə bir ədəd döş boşluğuna nüfuz edən ürək kisəsini, sol ağ ciyəri yaralayan və kəskin qanitirmə törədən yarası olmuşdur. Zərərçəkmiş şəxs ölümü M.Ə.Mirqasımov adına RKX-da xx xxxxxx 2019-cu il tarixdə, saat 23:15-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətin xarakterinə və yerləşməsinə görə demək olar ki, xəsarət yetirilən anda mərhumun bədəninin ön və qismən sol yan hissəsi xəsarət yetirən şəxslə qarşılıqlı təmas vəziyyətində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimyəvi tədqiqat nəticəsində 1,4% qatılığında etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Cinayət işinə əlavə olunmuş, məhkəmə-tibbi ekpertizasının xx xxxxxx 2019-cu il tarixli, 2875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısının və sağ bazu nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir. xx xxxxxx 2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş, məhkəmə foto-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 870 saylı rəyindən görünür ki, təqdim edilmiş «Newtech» markalı «TVİ-9004 PXVR» modelli «**********01» seriya nömrəli 04 kanallı «DVD» tipli cihazda xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00-dan 22:00-dək müddət ərzində dörd ədəd müşahidə kamerası ilə qeydiyyata alınmış, sübutların saxlanması üçün istifadə edilən «DVD» tipli ortik diskə köçürülərək rəyə əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş, məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 36 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə etmə halları aşkar edilməmiş, onda müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir, narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş, məhkəmə tibbi kriminalistik ekspertizasının xx xxx 2020-ci il tarixli, 233/2020 MTKŞ saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus (jiletin və köynəyin sol döş nahiyəsində bir ədəd, köynəyin ön hissəsində sol çiyin nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və zədələrin ekspertizaya təqdim edilmiş tiyəsi enli bıçağın tiyəsi ilə həmçinin, oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş tiyəsi dar olan bıçağın ucu sınmış və tiyəsi əyilmiş vəziyyətdə olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmadı. Ona görə də Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin bu bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jiletin sağ yan cibinin üzərində bir ədəd, jiletin ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd, jiletin yalnız üst qatını zədələyən kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr hər hansı bir iti kənara malik olan kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jiletin ön hissəsinin sağ yuxarı nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədə əvvəlcə hər hansı bir iti kənarı olan əşya (alət) ilə kəsilmiş, sonra isə dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı İ və İİ, şalvarın sağ arxa cibinin bağlandığı düymələr yerində yoxdur. Bu düymələrin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə qopub düşmələri ilə izah edilə bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələri əmələ gəlmə mexanizmini aşağadakı kimi qiymətləndirmək olar. Şalvarın əsasən yuxarı hissəsində köynəyin, gödəkcənin bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapiliyarlıq faktoru üzrə səthə hopmuşdur. Bir cüt ayaqqabının hər iki tayının, kəmərin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Şalvarın ayaqlarının üzərində fasilələrlə yerləşən nisbi düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşmüş damcılar nəticəsində əmələ gəlmişdir. Bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntılar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə tibbi-bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrində əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar. Sviterin sol qolunun manjeti üzərində sol qolunun arxa hissəsi və arxa hissəsinin sol qoltuqaltı nahiyəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş iki ədəd bıçaq üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinə əlavə olunmuş, məhkəmə tibbi-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 369/2020 MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakılar müəyyən edilmişdir. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-ABeta/İİ/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinə əsasən qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş bir ədəd ağ qara dəstəkli bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, köynək, gödəkcə və Təqsirləndirilən şəxs məxsus sviter üzərində insan qanı aşkar olundu, tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «A» antigeni, Zərərçəkmiş şəxs məxsus köynək üzərində ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus şalvar, bir cüt ayaqqabı və İİ saylı qara dəstəkli bıçaq üzərində qana şübhəli ləkələr aşkar edilmədi. Cinayət işinə əlavə olunmuş, kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 292 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir, özünə qarşı hörmət tələb etmək, emosionallıq, ünsiyyətçilik, tez təsirlənmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halında intelektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etdiyi, hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Cinayət işinə əlavə olunmuş, əşyanın tanınması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şərti nömrə ilə 1-dən 4-ə qədər nömrələnmiş 4 ədəd bıçaqlar arasında, “01” nömrə altında xx xxxxxx 2019-cu il tarixdə hadisə yerində aşkar edilib götürülmüş ümumi uzunluğu 215 mm olan mətbəx bıçağı da təqdim edildikdə Təqsirləndirilən şəxs “1” nörmə altında nömrələnmiş bıçağı tanıyıb, həmin bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs yerdə çoxsaylı zərbələr endirdiyini bildirmişdir. Cinayət işinə əlavə olunmuş əşyanın tanınması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şərti nömrə ilə 1-dən 4-ə qədər nömrələnmiş 4 ədəd bıçaqlar arasında, “03” nömrə altında xx xxxxxx 2019-cu il tarixdə hadisə yerində aşkar edilib götürülmüş ümumi uzunluğu 255 mm olan mətbəx bıçağı təqdim edildikdə onu tanıyıb Zərərçəkmiş şəxs ürək nahiyəsinə həmin bıçaqla zərbə yetirdiyini bildirmişdir. Cinayət işinə əlavə olunmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Məhkəmə kompüter-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 870 nömrəli ekspert rəyinə əlavə edilmiş «Nevvtech» markalı, «TVİ-9004PXVR» modelli «**********01» seriya nömrəli, 4 kanallı «DVR» tipli cihazdan xx xxxxxx 2019-cu il tarixdə saat 21:00-dan 22:00-dək olan müddət ərzində dörd ədəd müşahidə kamerası ilə qeydiyyata alınmış videogörüntülərdən köçürülmüş «DVD» tipli disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, saat 21:13:00-da piştaxtaya əynində qara rəngli içi yun dəri gödəkçəsi, başında qara rəngli çeçenka tipli papağı olan orta yaşlarında hündür boylu, üzü bir qədər tüklü və saqqallı olan kişi yaxınlaşır, saat 21:13:38-də tək çölə çıxır və oradan aralanır, daha sonra mağazaya əyinlərində qaramtıl rəngli geyimlər olan 2 yeniyetmə oğlan daxil olur. Saat 21:15:54-də az əvvəl oradan uzaqlaşan şəxs geri qayıdır və siqaret çəkə-çəkə çöldən içəri baxaraq müşahidə aparır, saat 21:15:56-da içəri daxil olur və saat 21:16:07-də yeniyetmə uşaqlarla mübahisə edən Zərərçəkmiş şəxs çölə çıxarır. Zərərçəkmiş şəxs yenə içəri keçmək istəsə də, həmin şəxs onu içəri buraxmır. Bu vaxt mağazada olan həmin yeniyetmə oğlanlar çölə çıxıb onun getməsinə baxırlar. Zərərçəkmiş şəxs əli ilə nəsə işarə edərək mağazaya tərəf getməyə çalışır, onu saxlayıb getməyə qoymurlar, Fikrət əvvəlcə mağazaya daxil olmuş 2 nəfər oğlanla söhbət edib sonra açıq rəngli şalvarda olan oğlanla mübahisəyə keçir. Saat 21:17:40-da mağazanın girişinə yaxınlaşıb nəsə deyir, geri bir neçə addım gedib oraya yığışanların yanında dayanır və siqaret çəkə-çəkə ordakılarla (üzünü açıq şalvarlı oğlana tutub jestlərindən mübahisə barədə danışdığı ehtimal edilir) söhbət etməyə başlayıb sonra orada olan qara geyimli oğlanla əl-qol hərəkətləri ilə söhbət edir, açıq rəngli şalvarda olan oğlan isə onu bir qədər kənara çəkir və sonra orada olan bir neçə şəxs onu mağazadan uzaqlaşdırırlar. Zərərçəkmiş şəxs uzaqlaşdıqdan sonra digər şəxslər də mağazanın yanına qayıdır və sonra ara sakitləşir. Saat 21:27:19-da Zərərçəkmiş şəxs gödəkçəsiz (əynində köynək və jilet) mağazaya daxil olur, saat 21:28:55-dək üzləri görünməyən 3 nəfər mağazadan çıxır bu vaxt Zərərçəkmiş şəxs yenidən mağazaya daxil olur, yenə içəri keçmək istədikdə qapı içəridən bağlandığı üçün mağazaya daxil ola bilmir və yerə əyilir, bir qədər oturaqlı vəziyyətdə durub yenidən nəsə deyə-deyə qapını açmaq istəyir, amma aça bilmədiyi üçün saat 21:30:35-də gəldiyi istiqamətə geri qayıdır və 5 saniyəyə gözdən itir. Saat 21:30:55-də mağazanın qarşısında gümüşü rəngli «Niva Chevrolet» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanır və həmin müddətədək mağazadan heç kim çıxmır. Avtomobilin salonundan bir kişi, bir qadın, iki uşaq mağazaya daxil olur, gələn qadın süpürgə və su ilə mağazanın qarşısını təmizləyir, saat 21:52:50-də onlar mağazanı bağlayıb gedirlər. 1-ci kameranın görüntülərinə yalnız satış aparılan və vitrinə qədər olan hissə daxildir.Görüntülərə baxış zamanı müşahidə edilir ki, Təqsirləndirilən şəxs kamera qoyulan hissənin altında tərəzinin yanında oturub mobil telefonda yazışmalar aparır, müxtəlif şəkillərə və videolara baxır və aradabir yaxınlaşan müştərilərə xidmət göstərir.Saat 21:27:23-də tərəzi qoyulan piştaxtanın digər tərəfindən kiminsə zərbə vurduğu, bu zərbədən sonra Gülağanın ayağa qalxıb mobil telefonunu piştaxtaya qoyub elə orada olan qara tutacaqlı bıçağa əl atdığı və dərhal da əlini bıçaqdan çəkdiyi görünür. Videogörüntülərdə həmçinin müşahidə olunur ki, saat 21:27:31-də piştaxtanın satış aparılan hissəsinə göy rəngli dama-dama köynəkdə və qara rəngli jiletdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb mübahisə edib onun yaxasından tutanda Təqsirləndirilən şəxs da onun yaxasından tutur, Zərərçəkmiş şəxs sol əli ilə Təqsirləndirilən şəxs yaxasından tutub silkələyir, sağ əlini yumruq vəziyyətində sıxıb saxlayır və itələyə-itələyə onu küncə sıxır, daha sonra müşahidə kamerasının görüntüsündən uzaqlaşır. Saat 21:28:07-də Zərərçəkmiş şəxs yenidən mübahisənin başlandığı yerə qayıdıb təkrar Təqsirləndirilən şəxs yaxasından tutub silkələyir və 21:28:20-də yumruqla ona zərbə vurur, onlar arasında dava-dalaş başlayır və hər ikisi yerə yıxılaraq yerdə əlbəyaxanı davam etdirirlər, saat 21:29:01-də Təqsirləndirilən şəxs satış yerinə vitrinin yanına qayıdıb vitrinin sol küncündəki qara dəstəkli gümüşü rəngli parıldayan metaldan tiyəsi olan bıçağa əl atır, bu vaxt vitrinin digər tərəfindən Zərərçəkmiş şəxs uzanaraq ona yumruq atmaq istəyir, Təqsirləndirilən şəxs bıçağı əlində saxlayıb dayanır və saat 21:29:15-də satış yerinə, yəni əvvəlki mübahisə yerinə gələn Zərərçəkmiş şəxs sol əlində saxladığı bıçaqla zərbələr endirir, onlar dava-dalaşı davam edə-edə sağ küncə tərəf çəkilirlər. Saat 21:30:24-də Təqsirləndirilən şəxs geri qayıdır, bu vaxt onun sol əlində 2 ədəd bıçaq olduğu görünür və Təqsirləndirilən şəxs sağ əli ilə vitrində olan və mübahisə vaxtı vitrinin satış tərəfindəki olan hissəsinə qoyduğu mobil telefonunu götürüb kiməsə zəng edir. həmin vaxt da bıçaqların hər ikisi Təqsirləndirilən şəxs əlində olur və özü ilə aparır,saat 21:30:56-da dinamik vasitəsilə danışa-danışa geri qayıdır, əli ilə nəyi isə izah etməyə çalışır. Saat 21:31:05-də yenə kənara çəkilir,saat 21:31:22-də geri qayıdıb qara rəngli gödəkçəsini geyinib 21:31:35-də oradan gedir. Saat 21:32:38-də ora, yəni mübahisə baş vermiş satış olan hissəyə bir nəfər qara geyimli qadın gəlir, ətrafı nəzərdən keçirir, piştaxtada olan, Təqsirləndirilən şəxs toxunmadığı qırmızı, göy və ağ rəngli tutacağı olan 2 ədəd bıçağa baxıb yerinə qoyub digər tərəfə keçir, saat 21:33:49-da həmin yerə başqa bir kişi gəlir, kişi kassadan pulları götürür, daha sonra kişi ilə qadın mağazada səliqə-səhman yaradıbsaat 21:52:10-da mağazanın işıqları sönür və bu vaxtdan sonra orada hər hansı hadisə baş vermir. «1- 02-R-**********0000» və «1-04-R-**********0000» 2-ci videofayllardakı görüntülər mağazanın çöl girişində girişdən müvafiq olaraq sağ və sol tərəflərdə yuxarıda olan kameraların (CAM02 və CAM04) videogörüntüləridir. Həmin videogörüntülərə görə saat 21:13:00-da mağazaya əynində qara rəngli içi yun dəri gödəkçəsi, başında qara rəngli çeçenka tipli papağı olan orta yaşlarında hündür boylu, üzü bir qədər tüklü və saqqallı olan bir kişi yaxınlaşır, kiməsə baxıb sonra başqa bir kişi ilə içəri daxil olur və saat 21:13:38də tək çölə çıxır və oradan aralanır, daha sonra mağazaya əyinlərində qaramtıl rəngli geyimlər olan 2 oğlan (azyaşlı olduqları ehtimal edilir) daxil olur. Saat 21:15:54-də bir qədər əvvəl oradan aralanan şəxs geri qayıdır və siqaret çəkə-çəkə çöldən içəri baxaraq müşahidə aparır, saat 21:15:56-da içəri daxil olur və saat 21:16:07-də Zərərçəkmiş şəxs çölə çıxarır. Zərərçəkmiş şəxs yenə içəri keçmək istəsə də, həmin şəxs onu içəri buraxmır və onu özünün gəldiyi yol (mağazadan çıxanda sol tərəf) istiqamətinə aparır. Bu vaxt mağazadan az öncə ora daxil olmuş 2 oğlan da çıxıb onun getməsinə baxırlar və saat 21:25-də yenidən içəri daxil olurlar, onlardan biri qapının qarşısında dayanır. Bu vaxt qarşıdan 5 nəfərin gəldiyi görünür, onlardan biri orta yaşlı qadındır, digərləri isə biri Zərərçəkmiş şəxs, biri onu oradan uzaqlaşdıran şəxs, digər iki nəfər isə əvvəllər kamerada görünməyən cavan oğlanlardır. Zərərçəkmiş şəxs əli ilə nəsə işarə edərək mağazaya tərəf getməyə çalışır, o biri şəxs isə onu saxlayıb getməyə qoymur, digər 2 nəfər isə (biri tam qara geyimli, digəri isə qara gödəkçəli, açıq rəngli şalvardadır) mağazaya yaxınlaşırlar, qara geyimli oğlan girəcəkdə duran və az öncə mağazaya girmiş 2 nəfər oğlanla nəsə söhbət edir, açıq rəngli şalvarda olan oğlan isə Zərərçəkmiş şəxs müşahidə edir. Daha sonra sonradan ora yaxınlaşan və söhbət edən qara geyimli oğlan Zərərçəkmiş şəxs olan istiqamətə tək gedir (saat 21:17:23), saat 21:17:40-da Zərərçəkmiş şəxs və ardınca həmin oğlan mağazaya yaxınlaşır. Zərərçəkmiş şəxs mağazanın girişinə yaxınlaşıb nəsə deyir, geri bir neçə addım gedib oraya yığışanların yanında dayanır və siqaret çəkə-çəkə ordakılarla (üzünü açıq şalvarlı oğlana tutub jestlərindən mübahisə barədə danışdığı ehtimal edilir) söhbət etməyə başlayır. Həmin vaxt Təqsirləndirilən şəxs da mağazadan çölə çıxıb onu müşahidə edir, daha sonra Zərərçəkmiş şəxs orada olan qara geyimli oğlanla əl-qol hərəkətləri ilə söhbət edir, açıq rəngli şalvarda olan oğlan isə onu bir qədər kənara çəkir və sonra orada olan bir neçə şəxs onu mağazadan uzaqlaşdırırlar. Daha sonra Təqsirləndirilən şəxs mobil telefonla kiməsə zəng etməyə çalışır, Zərərçəkmiş şəxs uzaqlaşdıqdan sonra digər şəxslər də mağazanın yanına qayıdır və sonra ara sakitləşir. Saat 21:27:19-da Zərərçəkmiş şəxs gödəkçəsiz (əynində köynək və jilet) mağazaya daxil olur, saat 21:28:55-dək üzləri görünməyən 3 nəfər (yalnız baş nahiyələri görsənir) mağazadan çıxır, bu vaxt Zərərçəkmiş şəxs yenidən mağazaya daxil olur, yenə içəri keçmək istəyəndə qapı içəri tərəfdən bağlandığı üçün girə bilmir və yerə əyilir, bir qədər oturaqlı vəziyyətdə durub yenidən nəsə deyə-deyə qapını açmaq istəyir, amma aça bilmədiyi üçün saat 21:30:35-də gəldiyi istiqamətə geri qayıdır və 5 saniyəyə gözdən itir. Saat 21:30:55-də mağazanın qarşısında gümüşü rəngli «Niva Chevrolet» markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanır və həmin müddətədək mağazadan heç kim çıxmır. Avtomobilin salonundan bir kişi, bir qadın, iki uşaq mağazaya daxil olur, gələn qadın süpürgə və su ilə mağazanın qarşısını təmizləyir, saat 21:52:50-də onlar mağazanı bağlayıb gedirlər. «1-04-R- **********0000» adlı videofayldakı görüntülər mağazanın girişinin sol tərəfindəki 3-cü kameranın (CAM04) görüntüləridir və sağ tərəfdəki kamera ilə eyni ərazini, yəni mağazanın qarşısını göstərir. Həmin görüntülərdə iş üzrə əhəmiyyət kəsb edə biləcək aşağıdakı görüntülər müşahidə edilmişdir. Saat 21:28:48də Təqsirləndirilən şəxs mağazadan çıxıb sağ tərəfə doğru qaçır, saat 21:28:52-də Zərərçəkmiş şəxs da onun dalınca qaçır (2-ci kameranın görüntülərində onların yalnız baş nahiyələri müşahidə edilir və dəqiq kim olmalarını müəyyən etmək mümkün olmamışdı), daha sonra saat 21:28:57-də Təqsirləndirilən şəxs geri mağazaya qaçaraq gəlir, saat 21:29:01-də Fikrət də onun ardınca mağazaya daxil olur və saat 21:29:45-də çıxır, yenidən içəri girməyə cəhd edir, amma hiss olunur ki, qapını digər tərəfdən saxlayan və onun içəri girməsinə mane olan var və bu zaman (saat 21:30:01-də) Zərərçəkmiş şəxs qəfildən sağ əli ilə ürək nahiyyəsini tutur, amma sol əli qapının üstündə olur, belə halda içəridə olanlara nəsə deyir, bu vaxt isə qapının ağzına yerə qan ləkələri axmağa başlayır. Saat 21:30:34-ə kimi qapını itələyib açmağa cəhd etsə də, alınmır və sonra oradan uzaqlaşır. Daha sonra qapının ağzında qan ləkələri müşahidə edilir və hadisə yerinə digər şəxslər gələndən sonra bir qadın su və süpürgə ilə qan ləkələrini yuyub təmizləyir. 1-03-R- **********0000» adlı faylda 4-cü kameranın (CAM03) görüntüləri olmaqla mağazanın daxilini göstərir. Həmin görüntülərə baxış zamanı müəyyən edildi ki, dördbucaq formalı mağazada girəcəyin ön tərəfində soyuducu vitrin, dondurma soyuducusu, sağ tərəfində üzərinə müxtəlif qida məhsulları qoyulmuş stolvitrinlər, sol tərəfdə isə içki souyuducusu və tərəvəzlər qoyulmuşdur. Saat 21:13-11-də Zərərçəkmiş şəxs mağazaya daxil olur və siqaret götürdükdən sonra Təqsirləndirilən şəxsla söhbət edir. Saat 21:14:17-də mağazaya birinin əynində qara şalvar və qara kapuşonlu gödəkçəsi olan, digərinin isə əynində göy rəngli cins şalvar və xaki rənginə oxşar rəngdə kapuşonlu gödəkçə olan iki gənc oğlan daxil olur. Saat 21:14:56-da qara gödəkçəli oğlan söhbətə qoşulub Zərərçəkmiş şəxs nəyisə izah etməyə çalışır, Zərərçəkmiş şəxs da üzünü ona tərəf çevirib onunla söhbətə davam edir və saat 21:15:24-də Zərərçəkmiş şəxs mağazadan çıxmaq üçün qapıya yaxınlaşır, lakin qara gödəkçəli oğlanla söhbət etmək üçün geri qayıdır və onun qarşısında durub əl hərəkətləri ilə nəsə deyir. Bu zaman Təqsirləndirilən şəxs da onlara yaxınlaşır, həmin vaxt Zərərçəkmiş şəxs sol əlində yalnız ağ rəngli siqaret qutusu olmuş, digər əlində isə heç nə olmamışdır. Saat 21:15:54-də Zərərçəkmiş şəxs qara gödəkçəli oğlanın üstünə gedir, sinəsi ilə onu itələyir, bu vaxt qapı açılır və bir kişi Zərərçəkmiş şəxs qolundan tutub onu çölə aparır, bu vaxt qara gödəkçəli oğlan da Zərərçəkmiş şəxs itələyir, amma Zərərçəkmiş şəxs geri qayıtmaq istəyəndə onu qoymurlar və çölə çıxarırlar. Daha sonra mağazanın içində qara gödəkçəli oğlan hirsli halda qapıya tərəf baxaraq nəsə deyir, saat 21:16:20-də çölə çıxır və 5 saniyəyə geri qayıdıb daha sonra çıxıb gedir, bu zaman Təqsirləndirilən şəxs isə mobil telefonla kiməsə zəng edir. Saat 21:27:18-də Zərərçəkmiş şəxs (əynində köynək və jiletlə) geri qayıdır və sağ küncdə taxta stolun arxasında əyləşmiş Təqsirləndirilən şəxs əli ilə vurmaq istəyir (həmin vaxt əlində siqaret qutusu olmuşdur) və bu vaxt piştaxta tərpənir. Sonra Zərərçəkmiş şəxs fırlanıb içəriyə keçir və Təqsirləndirilən şəxs yaxınlaşıb onun yaxasından tutub silkələyir, sinəsindən tutub dartışdırır, küncə sıxır. Bu vaxt içəri bir oğlan uşağı girəndən sonra Zərərçəkmiş şəxs onun yanından ayrılıb dondurma soyuducusunun yanına gəlir və əli ilə işarə edib Təqsirləndirilən şəxs da ora çağırır, lakin sonra geri onun yanına qayıdır. İçəri daxil olmuş oğlan uşağı onların mübahisəsini izləyir və saat 21:28:20-də artıq onların mübahisəsi davaya çevrilir və onlar birbirlərini vurmağa başlayırlar. Dava zamanı Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılır, Təqsirləndirilən şəxs da onun üstünə çıxıb onu vurmağa başlayır, Zərərçəkmiş şəxs isə onun zərbələrindən qorunub əlindən çıxmağa çalışır. Saat 21:28:44-də Zərərçəkmiş şəxs ayağa qalxa bilir və ayaq üstə davaya davam edəndən sonra saat 21:28:47-də Təqsirləndirilən şəxs mağazadan qaçır, Zərərçəkmiş şəxs da onun ardınca çıxır, saat 21:28:58-də Təqsirləndirilən şəxs geri qayıdıb mübahisənin başladığı yerə, vitrin soyuducunun yanında durur. Zərərçəkmiş şəxs tərəvəzlər olan tərəfdən əlində nə isə götürüb Təqsirləndirilən şəxs atır, amma ayağı sürüşür, daha sonra Zərərçəkmiş şəxs dondurma soyuducunu çəkib ilkin mübahisənin olduğu yerə gedir. Bu zaman Təqsirləndirilən şəxs sol əli ilə aşağıdan yuxarı Zərərçəkmiş şəxs bədən nahiyəsinə zərbə vurur, daha sonra onlar ayaqüstə dava edərkən Təqsirləndirilən şəxs sol əli ilə altdan yuxarı Zərərçəkmiş şəxs vurmağa davam edir, daha sonra Zərərçəkmiş şəxs başını vitrinə vurur, sonra da onu dondurma soyuducunun yanında yerə yıxır. Bu zaman Təqsirləndirilən şəxs sol əlində bıçaq olduğu görünür və o, yerə yıxılan Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmağa davam edir, Zərərçəkmiş şəxs isə təpik zərbələri ilə Təqsirləndirilən şəxs özündən kənarlaşdırmaq istəyir, Təqsirləndirilən şəxs da kənara çəkiləndən sonra Zərərçəkmiş şəxs ayağa durub qapının yanına yaxınlaşır və oradan yaşıl rəngli su qabını götürüb əlində 2 ədəd bıçaq olan Təqsirləndirilən şəxs tərəf atır və mağazadan çıxır. Təqsirləndirilən şəxs da qapıya qədər yaxınlaşır və bu dəfə də hər əlində bir bıçaqla qapını saxlamağa çalışır və qapı açılan ərəfədə saat 21:29:56-da Təqsirləndirilən şəxs sol əlindəki bıçağı sürətlə qapıya tərəf aparır. (mağazanın giriş qapısını göstərən 4-cü kameranın görüntülərinə baxdıqda həmin vaxt qapının yanında dayanmış Zərərçəkmiş şəxs qəfildən ürək nahiyəsini tutduğu görünür). Daha sonra Təqsirləndirilən şəxs saat 21:30-da vitrinin arxasına mübahisənin başladığı yerə keçib mobil telefonunu götürüb dinamik vasitəsilə kiminləsə danışır (fon görüntülərinə əsasən Watshap tətbiqi vasitəsilə danışdığı ehtimal edilir) və 21:31:08-də qapıya yaxınlaşıb qapını açır. İçəri bir kişi, bir qadın, iki uşaq və mübahisədən əvvəl orada olmuş Zərərçəkmiş şəxsla mübahisə etmiş və onun yanında olmuş iki nəfər oğlan daxil olur, Təqsirləndirilən şəxs isə gödəkçəsini geyinib saat 21:31:35-də mağazadan çıxır və bir daha geri gəlmir. Orada olan kişi və qadın isə dağınıq vəziyyətdə olan mağazanı səliqəyə salmağa başlayırlar və saat 21:42-09-da əynində qırmızı rəngli uzun jaket olan sarı saçlı qadın və qara gödəkçəli, başında boz çeçenka tipli papaq olan üzü tüklü bir kişi mağazaya gəlib orda olan kişi və qadınla nəyisə müzakirə edərək söhbətə başlayır (qadının Zərərçəkmiş şəxs anası olduğu ehtimal edilir) və saat 21:43:54-də mağazadan çıxırlar. Mağaza səliqəyə salındıqdan sonra orada olan kişi və qadın da işıqları söndürüb mağazadan çıxırlar. Cinayət işinə əlavə olunmuş, xx xxxxxx 2019-cu il tarixli, protokoldan da görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 00:20-də Abşeron rayon Polis İdarəsinə könüllü gələrək təslim olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, xx xxxx 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, cinayəti törədərkən və hal-hazırda da yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını, oxuduğu məktəb və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.10 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o, cümlədən onun yetkinlik yaşına çatmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunmalı, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qolsuz dəri gödəkcə (jilet), bir ədəd dama-dama köynək, bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd uzunqol sviter, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, hadisə yerindən götürülmüş iki ədəd mətbəx bıçağı və üç ədəd qan nümunəsi məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinə qədər 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qolsuz dəri gödəkcə (jilet), bir ədəd dama-dama köynək, bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd uzunqol sviter, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, hadisə yerindən götürülmüş iki ədəd mətbəx bıçağı və üç ədəd qan nümunəsi məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar