Məhkəmə qərarları › İş №1(101)-874/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-874/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-874/2021 17.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 və 04 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 19 oktyabr 2020-ci il tarixdə saat 23:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi 2 saylı ünvanın qarşısında olarkən tanışı Zərərçəkmiş şəxs onun ünvanına söyüş etməsinə görə Zərərçəkmiş şəxs qəsdən vuraraq alın nahiyəsinin cızığı, sağ bazu arteriyasının və venasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunan sağ dirsək çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş xəsarətləri yetirməklə ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 ildir ki, yaşadığı kəndin sakini kimi tanıyır, Hüseyn ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, narazılığı və düşmənçiliyi olmamışdır. Əvvəllər cinayət hadisəsi törətməmiş və məhkum da olunmamışdır. 19 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq özünə məxsus velosipedi idarə edib qəsəbənin ərazisində gəzmişdir. Evdən çıxarkən özü ilə bıçaq götürmüşdür. Bıçağı əynində olan şalvarının bel nahiyəsinə bağlamış, bıçağı götürməkdə məqsədi hər hansı bir şəxslə mübahisəsi olduqda özünü müdafiə etmək olmuşdur. Axşam saat 23:40 radələrində Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən “4 Yol” adlanan mağazanın yaxınlığından keçərkən onu kiminsə səslədiyini eşidib dayanmışdır. Baxdıqda çağıran şəxsin Hüseyn olmasını görmüş, sonuncuya yaxınlaşaraq və nə səbəbə görə çağırmasını soruşmuşdur. O, da bildirmişdir ki, “nömrəmi götürmüsən nə üçün götürmüsən”. Demişdir ki, “tələsirəm işim var sonra səninlə əlaqə saxlayacam”. Bu zaman Hüseyn heç bir səbəb olmadan ona söyüş etməyə başlamışdır. Onun etdiyi söyüşlərə görə bir dəfə şillə ilə onun sifətindən vurmuşdur. Hüseyni vurduqdan sonra o, üzərinə gəlmiş və şillə ilə onu vurmaq istəmişdir. Özünü müdafiə etmək və onu qorxutmaq məqsədilə ilə belində saxladığı bıçağı çıxarıb ona tərəf hərəkət etdirmişdir. Həmin vaxt bıçaq onun sağ qolundan dəymişdir. Səs-küy səslərinə oraya toplaşan şəxslər onlara yaxınlaşıb aralaşdırmışdır. Hüseynin sağ qolundan qan gəlmiş, sonuncu orada olan şəxslərin yanında söyüş etdikdə əlində saxladığı bıçağın arxa hissəsi ilə onun alın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra velosipedini idarə edib oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun Hüseyni vurmaq niyyəti olmamış, Hüseyn ona hücum etdikdə özünü müdafiə etmək və onu özündən uzaqlaşdırmaq üçün bıçaqla qorxutmaq istəmişdir. Hüseyn söyüş söyüb üstünə gəldiyi üçün onu bıçaqla qorxutmaq istəmişdir. O hazırda Hüseynə barışmış və onun müalicə xərclərin və dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 oktyabr 2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evin yaxınlığında olan “Dörd Yol” adlanan mağazanın yaxınlığında olarkən tanımadığı, lakin adını sonradan bildiyi İmran adlı şəxs yaxınlaşaraq mobil telefon nömrəsini istəmişdir. İmrandan nömrəsini nə səbəbə görə istəməsini soruşmuş, sonuncu da Tərlanın qardaşı olub-olmamasını soruşmuş, Tərlanın qardaşı olmasını bildirmiş və telefon nömrəsini İmrana vermiş və bundan sonra çıxıb getmişdir. 19 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq siqaret almaq üçün “Dörd Yol” adlanan mağazaya getmişdir. Həmin mağazaya gedib çatdıqda mağazadan siqaret alıb çölə çıxıb dayanıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt tanıdığı İmran adlı şəxs ona yaxınlaşmışdır. İmran ilə kənara çəkilib öz aralarında söhbət etmişlər. İmrandan soruşmuşdur ki, “sən zəng etməli idin, bəs nə oldu”. O da zəng edəcəyini bildirib kobud danışmağa başlamışdır. Bu zaman onların arasında narazılıq yaranmış və onlar biri-birilərinə əl-qol atmışlar. Lakin İmranı vura bilməmiş, sonuncu isə şillə ilə sifətindən bir dəfə vurmuşdur. İmranın üzərinə gedərkən isə sonuncu cibindən bıçaq çıxarıb sağ qolundan vurmuşdur. Bıçağın arxası ilə isə alın nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt saat 23:40 radələri olmuşdur. Xəsarət almış və bıçağın dəydiyi hissəsindən qan axmağa başlamışdır. Bundan sonra İmran oradan çıxıb getmişdir. Xəsarət aldığından huşunu itirmiş və özünə gəldikdə isə xəstəxanada olmamasını görmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, əvvəllər İmran ilə arasında heç bir narazılığı, düşmənçiliyi və ədavəti olmamışdır. Həmin hadisə zamanı orada özlərindən başqa heç kim olmamışdır. Hadisəni isə kənardan kimlərin görməsini bilməmişdir. Hadisə 10 dəqiqə ərzində baş vermişdir. Onu yalnız İmran bıçaqla vurmuş, orada başqa şəxs olmamış və onu vurmamışdır. Həmin bıçağı dəqiq görməmiş, ona görə də bıçaq barədə heç nə bilməmişdir. Təqsirləndirilən şəxs onu nə səbəbə görə bıçaqla vurmasını bilməmişdir. İmranı vurmamış və xəsarət də yetirməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Belə ki, cinayət işinin materiallarında olan İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X8 22 saylı şöbəsinin verdiyi 24 oktyabr 2020-ci il tarixli 974 nömrəli rəydən məlum olur ki, Zərərçəkmiş şəxs sağ bazu arteriyasının və nenasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunmuş sağ dirsək çuxuru nahiyəsinin deşilmişkəsilmiş yarası və alın nahiyəsinin cızığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşya (alət) təsirindən, cızıq isə iti uclu əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən 19.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası X6 Şəxsin verdiyi 11 dekabr 2020-ci il tarixli 2444 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin.Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini də sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs olunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli yanlış olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi yoxdur və onun əməli həmin Məcəllənin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmədə sübutların araşdırılması zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi təhqir etmiş və onun ünvanına söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs ifadəsindən məlum olmuşdur ki, o, Zərərçəkmiş şəxs onu hansı səbəblə təhqir etməsini, söyməsini başa düşməmiş, özünü müdafiə etmək üçün cibində olan bıçağı çıxartmış və bıçağı havada fırlatdığı zaman təsadüfən Hüseynə dəymişdir. Cinayət işinin materiallarında olan “cinayət işi başlamaq və icraata götürmək barədə” 27 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılmış və o, şübhəli şəxs qismində tutulmuşdur. Suraxanı Rayon Polis İdarəsinin “ cinayət əməlinin tövsif edilməsi barədə” 29 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət "təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında" 20 fevral 2020-ci il tarixli qərardan müəyyən olur ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş ərizəsindən müəyyən olur ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, ondan şikayətçi deyil. Cinayət işini ətraflı araşdıran məhkəmə kollegiyası qeyd edir ki, cinayətin xuliqanlıq kimi qiymətləndirilməsi, yaxud, xuliqanlıq niyyəti ilə baş verməsi eyni cür terminlər olmasa da həm mahiyyətinə, həm də məzmununa görə eyni xarakterli cinayətlər hesab edilir. Yəi, hər iki halda cinayətin məqsədi və motivi eynidir. Çüki, hər bir halda istər xuliqanlıq cinayətində, istərsədə xuliqanlıq niyyəti ilə törədilmiş ciayətlərdə niyyət yalnız xuliqanlıqdan ibarət olur. Niyyətin xuliqanlıq olmasıisə o deməkdir ki, baş vermiş cinayət hadisəsinin heç bir səbəbi yoxdur. Sözü gedən cinayət hadisəsinin, yəni Zərərçəkmiş şəxs ilə bağlı baş vermiş hadisədə heç bir halda xuliqanlıq niyyəti ilə cinayət törədilməsindən söhbət gedə bilməz və onun əməlində xuliqanlıq niyyəti ilə törədilmiş cinayətinin əlamətləri yoxdur və belə olan halda onun əməli törətdiyi cinayətə uyğun olaraq tövsif olunmalıdır. Xuliqanlıq niyyətinin hüquqi izahı "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında daha ətraflı izah edilmişdir. Həmin qərarda göstərilir ki, "qəsdən adam öldürmə o vaxt xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum edir"... ... "Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlaması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz". "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında göstərilən xuliqanlıq niyyəti ilə bağlı xüsusatlar eyni zamanda qəsdən sağlamlığa ağır zərər vurmaya da şamil edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 saylı 23 mart 2004-cü il tarixli qərarında göstərilir: "məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır". Bundan başqa, həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, “İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur”. Həm cinayət işinin materiallarından, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlardan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ağır bədən xəsarəti yetirməsindən nə xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai münasibətlər, nə də xuliqanlığın əlavə obyekti olan digər münasibətlər (insanların sağlamlığının, şərəf və ləyaqətinin, mülkiyyətinin mühafizəsi ilə bağlı olan münasibətlər) zərər çəkməmişdir, həmçinin Xəyyam Sənəliyevin qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 2011-ci il 17 mart tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik,təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət tövsifi dedikdə törədilən konkret əməlin cəhətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında eyniliyi müəyyən etməklə müvafiq hüquqi sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət başa düşülür. Tövsif törədilən əməli tam əhatə etməli, dəqiq olmalıdır. Qanunun ruhundan irəli gəlməyən genişləndirici tövsifə yol verilməməlidir. Tövsif cinayət qanunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərin fəaliyyətinin bütün mərhələlərində həyata keçirilən məntiqi proses olub, yekunda konkret sosial hadisəyə, yəni cəmiyyət üçün təhlükəli olan insan davranışı aktına verilən hüquqi qiymətdir. Cinayət qanununa müvafiq olaraq törədilmiş əmələ qiymət verilməsi prosesi cinayət işinin qaldırılması mərhələsi ilə başlayaraq, ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə başa çatır. Cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin hər bir əlamətini xarakterizə edən istintaqda toplanan sübutlar ittiham etmək üçün kifayət sayıla bilər. Başqa sözlə ittiham elan edilənə qədər şəxsin törətdiyi cinayətdə təqsirli bilinməsi üçün cinayət tərkibinə aid konkret faktiki əlamətlərin müəyyən olunması tələb olunur. Buradan da görünür ki, cinayətin tövsifi işin faktiki hallarının öyrənilməsi, cinayət hüquq normasının seçilməsi, onun məzmununun izah edilməsi ilə bağlı bir prosesdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsini tələblərinə uyğun olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə müalicəsi ilə əlaqədar dəymiş maddi ziyanın ailəsi tərəfindən tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarına əlavə olumuş və məhkəməmdə araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa iş materiallarında olan Suraxan rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarıın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsidə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2021-ci il trixdən hesablanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə üçün əmlak və məhkəmə xərcləri yoxdur. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs müdafiəsi məhkəmənin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədəki müdafiəçisi X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 78 (yetmiş səkkiz) manat köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193,197,198, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 27 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 78 (yetmiş səkkiz) manat köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar