Məhkəmə qərarları › İş №1(101)-875/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-875/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-875/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, T.Yaqubov küçəsi, ev 52-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2ci maddəsi ilə, 15 avqust 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 (iki) azyaşlı uşağı olan, lakin himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, ev 5-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynzadə küçəsi, ev 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 oktyabr 2020-ci il tarixdə, saat 07:00 radələrində ünvan 1 ünvanının qarşısına hər ikisi gəlmiş, Təqsirləndirilən şəxs2 yarana biləcək maneənin aradan qaldırılması məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin 13 saylı mənzilinin qapısını əvvəlcədən surətini çıxartdırdığı açarla açıb qanunsuz olaraq daxil olmaqla, həmin mənzilin yataq otağındakı dolabın içərisində olan seyfin qapısını əvvəlcədən surətini çıxartdırdığı açarla açıb oradan Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına məzənnəsi ilə 1.100 manat təşkil edən 550 Avro, Azərbaycan manatının məzənnəsi ilə 36.720 manat təşkil edən 21.600 ABŞ dolları və 92.180 manat, ümumilikdə isə 130.000 manat pulu oğurlamaqla Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 oktyabr 2020-ci il tarixdə, saat 07:00 radələrində ünvan 1 ünvanının qarşısına hər ikisi gəlmiş, Təqsirləndirilən şəxs2 yarana biləcək maneənin aradan qaldırılması məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin 13 saylı mənzilinin qapısını əvvəlcədən surətini çıxartdırdığı açarla açıb qanunsuz olaraq daxil olub, həmin mənzilin yataq otağındakı dolabın içərisində olan seyfin qapısını əvvəlcədən surətini çıxartdırdığı açarla açıb oradan Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına məzənnəsi ilə 1.100 manat təşkil edən 550 Avro, Azərbaycan manatının məzənnəsi ilə 36.720 manat təşkil edən 21.600 ABŞ dolları və 92.180 manat, ümumilikdə isə 130.000 manat pulu oğurlamaqla Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Elgün Əliyevin sürücüsü olmuşdur. Təxminən bir il yarım bundan əvvəl Elgün Əliyev evinə seyf almışdır. O, Elgünün evində çoxlu pul olduğunu düşünmüş və bu səbəbdən də sonuncunun yaşadığı evin açarlarının surətini çıxararaq həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Elgün Əliyev onun idarə etdiyi avtomobildən düşdükdən sonra Elgünə məxsus evin açarları və evdə olan seyfin açarları avtomobildə qalmışdır. O, həmin açarları götürərək Biləcəri qəsəbəsinə getmiş və orada açar təmiri ilə məşğul olan ustanın yanında evin giriş qapısının açarını 5 manata surətini çıxartdırmışdır. Lakin həmin gün o, seyfin açarının surətini çıxartdıra bilməmişdir. Həmin hadisədən təxminən 10 gün keçdikdən sonra Elgün yenə avtomobildən düşüb xidməti yerinə getdikdə Elgünə məxsus açarlar yenə avtomobildə qalmışdır. Bundan sonra o, həmin açarlarla birlikdə Nərimanov metrosunun yaxınlığında açar təmiri ilə məşğul olan yerə getmiş və orada açar təmiri ilə məşğul olan şəxsə seyfin açarını göstərib sonuncudan həmin açarın surətini çıxara bilibbilməyəcəyini soruşmuşdur. Açar təmiri ilə məşğul olan şəxs isə ona həmin açarın surətini 15 manata çıxara biləcəyini demişdir. O da həmin şəxslə razılaşmış və açarın surətini çıxartmaq üçün açarları açar təmiri ilə məşğul olan şəxsə vermişdir. Təxminən yarım saatdan sonra açar təmiri ilə məşğul olan şəxs seyfin açarının surətini çıxararaq ona vermişdir. Oğurluq hadisəsindən bir gün əvvəl o, taksi fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2 ilə danışaraq sonuncudan onu Badamdar qəsəbəsinə aparmasını xahiş etmişdir. 18 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə onu Badamdar qəsəbəsinə aparmışdır. Elgün Əliyev və sonuncunun ailə üzvləri evdə olmadıqları vaxt o, oğurluq məqsədi ilə Elgün Əliyevin yaşadığı evin blokuna daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun oğurluq edəcəyindən xəbəri olmamışdır. Emin onu öz avtomobilində gözləmişdir. O, liftlə 4-cü mərtəbəyə qalxmış və özündə olan aşarların surətləri ilə Elgün Əliyevin yaşadığı evin giriş qapısının kilidini açaraq içəri daxil olmuşdur. O, evə daxil olduqdan sonra işıqları yandırmamışdır. O, içəri girən kimi uşaq otağını görmüşdür. Həmin otağın sağında yataq otağı olmuşdur. O, seyfin yataq otağında olduğunu düşünmüş və ona görə də həmin otağa daxil olmuşdur. O, otağa daxil olduqdan sonra sağ tərəfdə şkaf görmüşdür. Sonra o, şkafın qapılarını bir-bir açmağa başlamışdır. O, şkafın axırıncı qapısını açdıqda yuxarı rəfdə ağ rəngli seyf görmüş və bundan sonra həmin seyfi götürərək otaqdaki çarpayının üstünə qoymuşdur. O, əvvəlcədən surətini çıxartdırdığı açarlarla həmin seyfi açmışdır. O, seyfi açdıqda seyfin içərisində qabların içində qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Seyfin içərisində qızıllardan başqa iki ədəd konvert də olmuşdur. Həmin kovertlərin içərisində pul olmuşdur. O, pulları seyfdən çıxarıb qırağa qoymuşdur. O, qızıl-zinət əşyaları seyfin içərisinə qoyaraq həmin seyfi götürdüyü yerə qoymuşdur. O, qızıl-zinət əşyaların Elgün Əliyevin ailə üzvlərinə məxsus olduğunu düşünərək həmin qızıl-zinət əşyalarını götürməmişdir. Sonra o, pulları götürərək evi tərk etmiş və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə minərək oradan getmişdir. Həmin vaxt Emin ondan heç nə soruşmamışdır. Sonra Emin onu Biləcəri qəsəbəsinə aparmışdır. Biləcəri qəsəbəsində o, oğurladığı pulları saymağa başlamşdır. Sonra o, 21.000 manat pulu saxlamaq üçün Təqsirləndirilən şəxs2 vermişdir. Emin də onunla razılaşaraq 21.000 manat pulu ondan almışdır. Təqsirləndirilən şəxs2 onun oğurluq etməsindən xəbəri olmamışdır. O, Elgün Əliyevin yaşadığı evdən ümumilikdə 130.000 manat pul oğurlamışdır. Həmin pulların arasında azərbaycan manatı və ABŞ dolları olmuşdur. Lakin o, oğurladığı pulun hansı hissəsinin ABŞ dolları təşkil etməsini bilməmişdir. Lakin o, həmin gün evdən ümumilikdə 130.000 manat pul oğurlamışdır. Sonradan ona məlum olmuşdur ki, onun Elgün Əliyevin evindən oğurladığı 130.000 manat pul Elgün Əliyevin qardaşı Zərərçəkmiş şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, oğurladığı pulların bütövlükdə zərərçəkmiş şəxsə qaytarıldığını, zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 Biləcəri qəsəbəsindən tanıyır. Hadisə baş verməmişdən əvvəl Fərid onun avtomobili ilə bir yerə getməsini ondan istəmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğundan Fəridlə razılaşmışdır. “Opel Astra” markalı, **-EH-*** nömrə nişanlı avtomobil ona məxsus olmuş və o, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 oktyabr 2020-ci il tarixdə Fərid ona zəng edərək Biləcəridə avtomobillərin yuyulması ilə məşğul olan yerə çağırmışdır. O da həmin yerə getmişdir. Görüş zamanı Fərid ondan Badamdar qəsəbəsinə aparmasını istəmişdir. O da Fəridlə razılaşıb sonuncunu öz avtomobili ilə Badamdar qəsəbəsindəki hərbi şəhərciyə aparmışdır. Sonra o, binanın yanında avtomobilini saxlamış və Fərid avtomobildən düşərək bloka daxil olmuşdur. O isə öz avtomobilində Fəridi gözləmişdir. Bir müddətdən sonra Fərid gəlmişdir. Həmin vaxt Fəridin əlində içi dolu sellofan paket olmuşdur. Fərid onun avtomobilinə əyləşərək Biləcəri qəsəbəsinə aparmasını ondan xahiş etmişdir. O da Fəridi Biləcəri qəsəbəsinə aparmışdır. Onlar Biləcəri qəsəbəsinə çatdıqda Fərid paketdə olan pulları çıxarıb saymağa başlamışdır. Sonra Fərid həmin puldan 21.000 manatı ona verərək həmin pulu saxlamasını ondan istəmişdir. O da Fəridlə razılaşaraq 21.000 manatı götürmüşdür. Həmin vaxt o, Fəridin oğurluq etməsini və sonuncunun ona verdiyi 21.000 manat pulun oğurluq pul olduğunu bilməmişdir. Onun ümumiyyətlə oğurluq hadisəsindən xəbəri olmamışdır. O, Fəridlə heç vaxt oğurluq barədə razılığa gəlməmişdir. Onun Fəridlə birlikdə oğurluq etmək kimi niyyəti və məqsədi olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutlar əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməməsi, ümumiyyətlə baş vermiş oğurluq hadisəsi barədə məlumatının olmaması, digər Təqsirləndirilən şəxs1 21.000 manat məbləğində pulun saxlanılması üçün ona verilməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaqla cinayət məsuliyyətindən yayınmaq, bu mümkün olmadıqda isə cəzasını yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 şahid qismində vermiş olduğu ilkin ifadəsindən görünür ki, o, digər Təqsirləndirilən şəxs2 Elgün Əliyevin evində külli miqdarda pul olduğunu bildirərək həmin pulların oğurlanmasını təklif etmiş, Təqsirləndirilən şəxs2 isə onun təklifi ilə razılaşmış, daha sonra Təqsirləndirilən şəxs2 oğurluq etmək istədikləri yerin müşahidəsini aparmış, hadisə baş verən gün isə onlar birlikdə Elgün Əliyevin yaşadığı evin həyətinə getmişlər, sonra birlikdə bloka daxil olaraq liftlə 4-cü mərtəbəyə qalxmışlar, səs-küyün olacağından ehtiyat edərək yenidən gəldikləri avtomobilə qayıtmışlar, avtomobildə yenidən razılığa gəlmişlər, həmin razılığa əsasən Təqsirləndirilən şəxs1 Elgün Əliyevin yaşadığı evə qalxaraq orada oğurluq cinayətini törətmiş və nəticədə 130.000 manat məbləğində pulu gizli şəkildə talamış, Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətdiyi vaxt Təqsirləndirilən şəxs2 öz avtomobilində Təqsirləndirilən şəxs1 gözləməklə təhlükəsizlik tədbirləri görmüş, daha sonra Təqsirləndirilən şəxs1 cinayəti başa çatdırdıqdan sonra Təqsirləndirilən şəxs2 idadə etdiyi avtomobilə qayıtmış, sonra onlar birlikdə Biləcəri qəsəbəsinə getmişlər, onlar oraya çatdıqda Təqsirləndirilən şəxs1 gizli şəkildə taladığı pulları saymış və həmin puldan 21.000 manatı Təqsirləndirilən şəxs2 vermişdir. Bununla da Təqsirləndirilən şəxs2 rol bölgüsünə əsasən onun üzərinə düşən funksiyanı icra etməklə oğurluq cinayətinin icraçısı qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra şahid qismində verdiyi ilkin ifadəsini bir qədər dəyişərək fərqli məzmunda ifadə verməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 sonraki ifadələrində oğurluq cinayətini törətdiyini etiraf etməyə davam etsə də, həmin cinayəti təkbaşına törətdiyini və Təqsirləndirilən şəxs2 onun törətmiş olduğu oğurluq cinayətindən xəbərinin olmadığını bildirmişdir. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 sonradan fərqli məzmunda ifadə verməklə bir tərəfdən öz məsuliyyətini yüngülləşdirmək, ikinci tərəfdən isə digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına nail olmaq məqsədi güdmüşdür. Məhz bu səbəbdən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmə istintaqında oxşar məzmunlu ifadələr verməklə 18 oktyabr 2020-ci il tarixdə törədilmiş oğurluq cinayəti ilə əlaqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 şahid qismində verdiyi ifadəsindəki hallar cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz şahid qismində verdiyi ilkin ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs1 şahid qismində verdiyi ilkin ifadəsini, eləcə də onun məhkəmə istintaqında verdiyi ifadəsini, eləcə də məhkəmə istintaqında digər Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxsin ifadəsini, məhkəmə istintaqında elan olunmuş şahid ifadələrini, habelə digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, qida məhsulları ilə bağlı şirkətdə menecer vəzifəsində işləyir. X9 yaşadığı evdə oğurluq hadisəsi baş verməmişdən təxminən bir-iki ay əvvəl o, 130.000 manat məbləğində özünə məxsus pulu saxlamaq üçün qardaşı Elgün Əliyevə vermişdir. Qardaşı Elgün də onun verdiyi pulu öz evində olan seyfin içərisinə qoymuşdur. Belə ki, həmin vaxt onun evində təmir işləri getdiyindən o, qardaşına verdiyi pulu öz evində saxlamağa ehtiyat etmişdir. Onun qardaşı Elgün Əliyev ünvan 1, mənzil 13-də yaşamış və həmin pulu da yaşadığı mənzildə saxlamışdır. 18 oktyabr 2020-ci il tarixdə qardaşı Elgün ona zəng edərək evində oğurluq hadisəsinin baş verdiyini və 130.000 manat pulun seyfdən oğurlandığını demişdir. Bundan sona o, qardaşının yaşadığı mənzilə getmişdir. Orada ona məlum olmuşdur ki, qardaşı Elgünün evindən ona məxsus 130.000 manat pul oğurlanmışdır. Sonra o, polis orqanına müraciət etmişdir. İbtidai istintaq zamanı ona vurulmuş maddi ziyanın çox hissəsi ödənilmişdir. Hazırda isə ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə ayrı-ayrılıqda barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Oğlu Təqsirləndirilən şəxs1 əvvəllər hərbi qulluqçu olmuş və Hərbi Polisdə işləmişdir. Onun baş vermiş oğurluq hadisəsindən xəbəri olmamışdır. 17 oktyabr 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs1 rəisi olan Elgün Əliyevin yaşadığı mənzildə oğurluq olmuş və oğurluq zamanı Elgünün qardaşı Zərərçəkmiş şəxs məxsus 130.000 manat məbləğində pul oğurlanmışdır. 2020-ci ilin oktyabr ayının sonlarında polis əməkdaşları onun oğlu Təqsirləndirilən şəxs1 tutmuşlar. Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətməsi barədə onun məlumatı olmamışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 36 ildir ki, saat və açarların təmiri işi ilə məşğul olur. Onun işlədiyi yer ünvan 2 ünvanında yerləşir. Onun işlədiyi yer özünə məxsusdur. O, iş yerində müxtəlif növ saatların təmiri və müxtəlif növ açarların surətlərini çıxartmaqla məşğul olmuşdur. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması zamanı prosessual hərəkət keçirilən zaman orada olan və əli ilə onun işlədiyi yeri göstərən şəxsi o, tanıya bilməmişdir. O, əli ilə onun işlədiyi yeri göstərən şəxsin kim olduğunu və hansı açarı ona verdiyini xatırlamamışdır. Onun yanına çox adam gəlib-getdiyindən o, həmin şəxslərin hamısını yadda saxlaya bilməmişdir. Ona görə də o, bu barədə ətraflı məlumat verə bilməmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o 26 ildir açarların təmiri işi ilə məşğul olur. Onun iş yeri ünvan 3 ünvanında yerləşir. Həmin yer onun özünə məxsusdur. O, orada müxtəlif növ açarların surətlərini çıxartmaqla məşğul olmuşdur. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması zamanı prosessual hərəkət keçirilən zaman orada olan və əli ilə onun işlədiyi yeri göstərən şəxsi o, xatırlaya bilməmişdir. Həmin oğlan açarların surətlərinin onun tərəfindən çıxarılmasını bildirsə də, o, həmin şəxsi tanıya bilməmişdir. O, həmin oğlanın kim olduğunu və həmin oğlanın ona hansı açar verdiyini xatırlaya bilməmişdir. Onun yanına çox adam gəlib-getdiyindən o, həmin şəxslərin hamısını yadda saxlaya bilməmişdir. Ona görə də o, bu barədə ətraflı məlumat verə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-12) görünür ki, oğurluq hadisəsi 18 oktyabr 2020-ci il tarixdə ünvan 1, mənzil 13-də baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 41-42) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdə 21.000 manat məbləğində pul vəsaiti aşkar edilmiş və o, həmin pulun ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 47-48) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdə 40.000 manat, 20.000 ABŞ dolları, 550 Avro məbləğində pul vəsaiti və 2 (iki) ədəd açar aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 50) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillədən (cild 1, iş vərəqə 98-102) görünür ki, Təqsirləndirilən şəxs1 18 oktyabr 2020-ci il tarixdə oğurluq cinayətini törətdiyi yeri, yəni Elgün Əliyevin yaşadığı mənzili, cinayət əməli törədilən zaman Təqsirləndirilən şəxs2 onu harada gözlədiyi yeri, Elgün Əliyevə məxsus mənzilin və həmin mənzildə olan seyfin açarlarının surətlərini çıxartdıqları yerləri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillədən (cild 1, iş vərəqə 103-105) görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq hadisəsinin baş verdiyi yeri, idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs1 harada gözlədiyi yeri əyani şəkildə göstərmiş və Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətdikdən sonra əlində sellofan paketlə gəldiyini, həmin paketin içərisində pulun olduğunu və Təqsirləndirilən şəxs1 ona həmin vaxt saxlanılması üçün 21.000 manat pul verdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 121- 122) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 107- 108) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 132) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 74.800 manat, 21.600 ABŞ dolları və 550 Avro məbləğində pul vəsaiti maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 134) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 74.800 manat, 21.600 ABŞ dolları və 550 Avro məbləğində pul vəsaitini şəxsən ibtidai istintaq orqanından almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 138) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən rədd edilməsi və onun azad olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən rədd edilməsi və onun azad olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 127-129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 139-140) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 147) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 MSYdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 MSYdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 151) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 152) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1357 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 169-175) görünür ki, təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 və 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri və 3,4,5 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərinə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Namiq (qərarda Namik) oğlunun daktiloxəritələrə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1356 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 179-180) görünür ki, tədqiqata təqdim edilmiş silindirik mexanizm və seyf saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. Onların səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindirik mexanizm və seyf ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. “Təqsirləndirilən şəxs1 təqdim etdiyi açarlar hadisə yerindən götürülən açarların nüsxəsidirmi, həmin açarlarla mənzilin kilidini və seyfin kilidini açmaq mümkündürmü?” sualı təqdim edilmiş açarların üzərində onların nüsxəsini (forma və qəlibinin) çıxarılmasına xarakterik mexaniki qurğu və ya vasitədən yaranan izlər aşkar edilmədiyindən onların nüsxəsinin çıxarılması müəyyən edilmədir, təqdim edilən qıfılın və seyfin konstruksiyasına görə onların hər hansı bir predmetin köməyi ilə ştat açarı olmadan açmaq olar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 198) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən 18 oktyabr 2020-ci il tarixdə saat 04:40, 04:44, 04:45 və 04:56-da zənglər daxil olmuş, həmin ərəfədə Təqsirləndirilən şəxs1 Badamdar qəsəbəsində, Təqsirləndirilən şəxs2 isə Binəqədi rayonu ərazisində olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 59 saylı komisyon stasionar məhkəmə psixiatrik ekspertizası rəyindən (cild 1, iş vərəqə 182-185) görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, düzgün qavrayıb təsvir etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Hal-hazırda o, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır, buna görə də Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs1 fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 60 saylı komisyon stasionar məhkəmə psixiatrik ekspertizası rəyindən (cild 1, iş vərəqə 186-189) görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, düzgün qavrayıb təsvir etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Hal-hazırda o, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır, buna görə də Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs2 fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 211-219) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması və 1 (bir) ədəd seyfin Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2021-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 221) görünür ki, 1 (bir) ədəd seyf Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 mart 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 33) görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənilmiş, eləcə də o, təqsirləndirilən şəxslərlə ayrı-ayrılıqda barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2008-ci il tarixli hərbi biletin surətindən (cild 2, iş vərəqə 49-52) görünür ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və bu barədə səlahiyyətli orqan tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2016-cı il tarixli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4858/2016 saylı qətnaməsindən (cild 2, iş vərəqə 40-42) görünür ki, Təqsirləndirilən şəxs2 ilə X4 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 10 avqust 2013-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs2 himayəsində, 10 avqust 2013-cü il təvəllüdlü X6 isə anası X1 himayəsində saxlanılmış, X6 yetkinlik yaşına çatanadək Təqsirləndirilən şəxs2 hər ay 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2016-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs1 23 oktyabr 2016-cı il tarixdə X7 ilə nikaha daxil olmuş və bu barədə akt qeydində müvafiq qeydiyyat aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən (cild 2, iş vərəqə 38-39) görünür ki, Təqsirləndirilən şəxs2 10 avqust 2013-cü il tarixdə X5 və X6 adlı əkiz uşaqları doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 36) görünür ki, 13 avqust 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 X8 adlı övladı doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar və müxtəlif vəsatətlər vermişlər, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsə də və törətdiyi cinayət əməlini etiraf etsə də, digər Təqsirləndirilən şəxs2 ona yaradılmış imkandan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməlinin qəsdən törədilməsi tam təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Qeyd edilən qərarın 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılığın əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlərin edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 19cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər hərbi qulluqçu olmuş və cinayət hadisəsi baş verməmişdən bir gün əvvəl, yəni 17 oktyabr 2020-ci il tarixdə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Yəni cinayət əməli törədilən vaxt Təqsirləndirilən şəxs1 hərbi qulluqçu statusuna malik olmamışdır. Təqsirləndirilən şəxs1 17 oktyabr 2020-ci il tarixədək Elgün Əliyev (hərbi qulluqçu) adlı şəxsin sürücüsü işləmişdir. O, Elgün Əliyevin sürücüsü işlədiyindən sonuncunun maddi vəziyyəti və evində külli miqdarda pul vəsaitinin olması barədə məlumata sahib olmuşdur. Bu səbəbdən o, Elgün Əliyevin yaşadığı mənzilə qanunsuz daxil olmaqla mənzildə olan özgənin pul vəsaitini gizli şəkildə talamaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yaranmış şəraitdən istifadə edərək, yəni Elgün Əliyevin öz mənzilinin və mənzildə olan seyfin açarlarını onun idarə etdiyi avtomobildə unutmasından istifadə edərək sonuncudan xəbərsiz həmin açarların surətlərini çıxartdırmışdır. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs2 Elgün Əliyevin yaşadığı mənzildən oğurluq etmək niyyətində olmasını bildirmiş və törətmək istədiyi oğurluq cinayətini birlikdə törətməyi Təqsirləndirilən şəxs2 təklif etmişdir. Təqsirləndirilən şəxs1 təklifi Təqsirləndirilən şəxs2 xoşuna gəlmiş və sonuncu qeyd edilən təklifə müsbət cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etmək istədikləri ünvana bir neçə dəfə birlikdə və ayrı-ayrılıqda gedərək orada müşahidələr aparmışlar. Cinayətin törədilməsi barədə onların arasında əldə edilmiş razılıq: cinayətin törədiləcəyi vaxtın dəqiq müəyyən edilməsi, cinayəti törətmək məqsədi ilə onların birlikdə hərəkət etməsi (aralarında rolların bölüşdürülməsi), zərərçəkmiş şəxsin yaşadığı mənzilə onların hansı üsulla daxil olması (əvvəlcədən surətləri çıxarılmış açarlar vasitəsi ilə mənzilin giriş qapısının və evdə olan seyfin qapısının açılması), ələ keçirəcəkləri pulların hansı qaydada aralarında bölüşdürülməsi (Təqsirləndirilən şəxs1 əvvəlcədən mənzilin və mənzildə olan seyfin açarlarının surətlərini çıxartdırması, sonradan əldə edilmiş razılığa əsasən onun daha çox riskə gedərək mənzilə daxil olması və bunun nəticəsində talanmış pul vəsaitinin daha çox hissəsinin məhz ona çatması) barədə qarşılıqlı şəkildə razılaşmalarında ifadə olunmuşdur. 18 oktyabr 2020-ci il tarixdə, təxminən səhər saat 07:00 radələrində onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 1 ünvanına getmişlər. Onlar qeyd edilən ünvana çatdıqdan sonra birlikdə Elgün Əliyevin yaşadığı mənzilə daxil olmaq niyyətində olmuşlar. Bu məqsədlə onlar birlikdə liftlə 4-cü mərtəbəyə (13 saylı mənzilin yerləşdiyi mərtəbə) qalxmışlar. Onlar 4-cü mərtəbəyə qalxdıqdan sonra məlum 13 saylı mənzilə birlikdə daxil olmaqdan ehtiyat edərək və bunun təhlükəli olduğunu düşünərək mənzilə daxil olmamışlar və gəldikləri avtomobilə qayıtmışlar. Həmin avtomobildə onlar oğurluq cinayətinin törədilməsi ilə bağlı yeni razılığa gəlmişlər. Həmin vaxt onların arasında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 təkbaşına Elgün Əliyevin yaşadığı mənzilə daxil olmalı və orada gizli şəkildə pul vəsaitini talamalı, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi avtomobildə qalaraq ətrafın müşahidəsini aparmalı və təhlükə yaranacağı təqdirdə bu barədə Təqsirləndirilən şəxs1 məlumat verməli imiş. Məhz bu razılığa əsasən Təqsirləndirilən şəxs1 yenidən 13 saylı mənzilə getmiş, əvvəlcədən surətlərini çıxartdırdığı açarlar vasitəsi ilə mənzilinin giriş qapısının kilidini rahat şəkildə açmaqla qanunsuz şəkildə mənzilə daxil olmuş, həmin mənzilin yataq otağındakı dolabın içərisində olan seyfin qapısını açarla açıb, oradan ümumilikdə 130.000 manat pulu gizli şəkildə talayaraq mənzili tərk etmiş və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə qayıtmışdır. Bundan sonra onlar oradan uzaqlaşaraq birlikdə Biləcəri qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs1 taladığı pulları saymışdır. Talanmış pul vəsaiti azərbaycan manatından, ABŞ dollarından və Avrodan ibarət olmuşdur. Onun taladığı pul vəsaitinin ümumi məbləği (məzənnə nəzərə alınmaqla) 130.000 manat təşkil etmişdir. Sonra Təqsirləndirilən şəxs1 həmin puldan 21.000 manatı Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin pulu qəbul etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Oğurluq cinayəti nəticəsində talanmış 130.000 manat pulun kimə məxsus olması ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, həmin pul vəsaiti Zərərçəkmiş şəxs məxsus olmuşdur. Belə ki, oğurluq cinayəti Elgün Əliyevin yaşadığı mənzildə baş versə də və 130.000 manat pul vəsaiti sonuncunun yaşadığı evdə olan seyfdən talansa da, Elgün Əliyev və Zərərçəkmiş şəxs qardaşları həmin pul vəsaitinin sonuncuya məxsus olmasını mübahisələndirməmişlər. Əksinə onlar ayrı-ayrılıqda bildirmişlər ki, oğurlanmış pul vəsaiti məhz Zərərçəkmiş şəxs məxsus olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxslər də ayrıayrılıqda nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı gizli şəkildə talanmış pulların kimə məxsus olmasını mübahisələndirməmişlər. Əksinə təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs vurduqları ziyanı ödəməklə və sonuncu ilə barışmaqla taladıqları pulların məhz Zərərçəkmiş şəxs məxsus olmasını qəbul etmişlər. Qeyd edilənləri və oğurluq nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini, yəni 130.000 manat pulun zərərçəkmiş şəxsə qaytarılmasını məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı zərərçəkmiş şəxs statusuna malik olan şəxsi düzgün şəkildə müəyyən etməklə Zərərçəkmiş şəxs hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanımışdır. Belə ki, 18 oktyabr 2020-ci il tarixdə törədilmiş oğurluq cinayəti nəticəsində məhz Zərərçəkmiş şəxs 130.000 manat məbləğində ziyan dəymiş və sonradan həmin ziyan tam şəkildə ödənilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli şəkildə talayıb Zərərçəkmiş şəxs külli miqdarda, yəni 130.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən – həmin Məcəllənin 177.3.2-ci maddəsində göstərilmiş “külli” miqdar dedikdə - əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və təqsirləndirilən şəxslər həmin cinayət əməlini qabaqcadan əlbir bir qrup şəxs halında qəsdən törətmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 iki azyaşlı uşağının olmasını, onun nikahı məhkəmə qaydasında pozulduqdan sonra himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, onun həmin azyaşlı uşağa tək baxmasını, təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda ailədə yeganə qazanc gətirən şəxslər olmasını, oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, nəticədə zərərçəkmiş şəxsin onların hər biri ilə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını (onlara aid hissədə) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı hissədə qeyd edir ki, onlara məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onların cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzadan onların hər birinin 21 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldıqları 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Lakin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onların cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onlar tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni oğurluq cinayəti nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını, maddi ziyan qismində ödənilmiş məbləğin kifayət qədər böyük məbləğ təşkil etməsini (130.000 (yüz otuz min) manat), habelə Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 isə 2 (iki) azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin onun himayəsində qalmasını, digər uşağının isə keçmiş arvadının himayəsində qalmasını, keçmiş arvadının himayəsində olan uşağa görə onun tərəfindən hər ay aliment ödənilməli olduğunu, habelə onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onların islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onların həmin cəzanı real şəkildə çəkmələri onların özlərinə və ailə üzvlərinə (Təqsirləndirilən şəxs2 nisbətdə iki azyaşlı uşağına) mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsləri və onların ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, onlara öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onların davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi çıxış edən 5 (beş) ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda ibtidai istintaq zamanı 74.800 manat, 21.600 ABŞ dolları və 550 Avro məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 217 (iki yüz on yeddi) manat 11 (on bir) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 217 (iki yüz on yeddi) manat 11 (on bir qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 21 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 21 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarında olan 5 (beş) ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. 74.800 manat, 21.600 ABŞ dolları və 550 Avro məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 217 (iki yüz on yeddi) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar