Məhkəmə qərarları › İş №1(101)-875/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-875/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-875/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 17 saylı evin, 22 saylı mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 12.04.2018-ci il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 12.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu halda məhkumluğu ödənilmədən və ya götürülmədən 12.11.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı ünvanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 (iki) ədəd bükümlərdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-aynhqda təmiz çəkiləri 1,631 qram və 1,073 qram ümumi təmiz çəkisi 2,704 qram narkotik vasitə olan heroini 30 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, 13.11.2021-cı il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 17 saylı evin, 22 saylı evin qarşısına gətirmiş və həmin tarixdə saat 00:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu assivi, 17 saylı evin, 22 saylı evin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ- nin 30cu Pş-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümlərdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-aynhqda təmiz çəkiləri 1,631 qram və 1,073 qram ümumi təmiz çəkisi 2,704 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 11 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 17 saylı evin, 22 saylı mənzilimdə yatan zaman 7-8 nəfər mülki geyimli şəxs həyətə daxil olmuşlar. O, qaçıb qonşunun həyətində gizlənmişdir. Ancaq onu tutaraq döymüşlər və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Orada cibinə narkotik vasitə qoyaraq çəkiliş zamanı etiraf etməyi üçün ona təzyiq göstərmişlər. Daha sonra müstəntiq anasına zəng edərək evin şəkillərini çəkərək ona göndərməyi istəmişdir. Anası da qorxusundan dediyi kimi etmişdir. Məlum hadisə baş verməmişdən qabaq onu 2 dəfə polis bölməsinə çağırmışlar, o isə getməmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, onun üzərindən nakrotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o 2012ci il tarixdən X5, 2020-ci il tarixdən isə Azərbaycan Respublikası DİN- in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin 30-cu Pş-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 13 noyabr 2021-ci il tarixdə saat 00:45-də Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 17 saylı evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməyini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərəbar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getsin. Təqsirləndirilən şəxs onlara həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 30-cu PŞ-nə getməsinə razlıq vermişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürülmə aparılması” haqqında X10 tərəfindən protokol tərtib edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümlərdə gümüşü rəngli bükülünü çıxardaraq otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli bükülünü göstərərək həmin bükülüdəkinin “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 ədəd bükülünü haradan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sual edilən zaman narkotik vasitəyə bənzər maddəni 12 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanıda tanımadığı şəxsdən 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün siqaretin qızılı rəngli kağızına bükülmüş heroin kimi tanıdğı narkotik vasitəsni aldığını bildirmişdir. Bununla yanaşı olaraq həmin narkotik vasitəni aldığı gündən etibarən yəni 13 noyabr 2021- ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 17 saylı evin, 22 saylı evin qarşısına gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olumuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13.11.2021- ci il tarixli 6/5034№-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s.sözləri, soyad və imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,631 qram; 1,073 qram; ümumitəmiz çekiləri 2,704 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindır. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’ln siyahısına (Şiyahıl) daxildir. Heroinin təmiz çəkisi - 2,704 qram, tədqiqata sərf edildi - 0,08qr., qalıq -2,624 qr. Məhkəmə istintaqı zamanı tədqiq olumuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24.11.2021- ci il tarixli 6/5094 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün N194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ...” qeydli zərfdəki 02 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroinin ümümi qalıq təmiz çəkisi - 2,624 qram., tədqiqata sərf edildi - 0,08 qram, qalıq -2,544 qram. Məhkəmə istintaqı zamanı tədqiq olumuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspertizasının - 30.12.2021-ci il tarixli 5374 Noli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olumuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin 11.02.2022-ci il tarixli 630 №-li rəyindən görünür ki, - Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi’’ zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümlərdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,631 qram və 1,073 qram ümumi təmiz çəkisi 2,704 qram narkotik vasitə-heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Azərfon“ MMC AZF/LGL-34298/20 nömrəli 16.12.2021-ci il tarixli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinin təmiz çəkisi - 2,704 qram, tədqiqata sərf edildi - 0,08 qr., qalıq -2,624 qram və heroinin ümümi qalıq təmiz çəkisi - 2,624 qram., tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 2,544 qram saxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmişdir. 13.11.2021 -ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kcipİtanıX10nun Bakı şəhəri Suraxanı RP-nin 30-cu Polis Şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında saat 02:30-dən saat 02:40-dək “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” tərtib etdiyi 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitənin ona məxsus olmamasını, ona təzyiq göstərilməsi nəticəsində etiraf etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul omadığını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun məhkəmə iclasında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəyə tənqidi yanaşır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, ibtidai istntaq zamanı vermiş olduğu etirafedici ifadələri, habelə digər toplanmış istintaq materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, heroin kimi tanıdığı narkotik vasitədən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən alaraq istifadə edir. 12.11,2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı ünvanında qanunsuz olaraq satış məqsədi ilə 2 (iki) ədəd bükümlərdə narkotik vasitə olan heroini 30 manat pula əldə edib, üzərində saxlamaqla daşımışdır. Nəhayət 13.11.2021-ci il tarixdə saat 00:45-də yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 22 saylı evin qarşısında 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan 30-cu PŞ- nə dəvət edib gətirmişdir. 30-cu PŞ-dəşəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati otaqların birində 30-cu Pş-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin bölmənin cinayət axtanşüzrə baş əməliyyat müvəkkili polis baş leytenantı X4 iştirakı iləvideo çəkiliş apanlmaqla üzərinə baxış keçirilməsinin zəruri olması bildirilmişdir. O həmin vido çəkilişə etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən izah olunmuş, daha sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda saxladığı içərisində şəffaf rəngli, açıq göy rəngli qapağı olan içərisində bükümlərin olduğu narkotik maddələri təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və içərisində heroin kimi tanıdığı narkotik maddəni aşkar etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik maddədir. Aşkar edilmiş narkotik maddəni 12.11.2021- ci il tarixdə saat 10 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında tanımadığı şəxsdən ümumilikdə 30 (otuz) manat nəğd pul ödəyərək istifadəsi üçün və gələcəkdə bir qismini satmaq məqsədi ilə gəzdirmişdir. 13.01.2021-ci il tarixdə saat 00:45-də yaşadığı Bakışəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı X11, 22 saylı evin qarşısında 2 (iki) nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb 30cu Pş-nə gətirilmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Bununla yanaşı olaraq o bildirmişdir ki, əvvəlcədən onun özü bilmişdir ki, onun üzərində olan narkotik vasitə olan heroindir, ona görə ki, o uzun illərdir ki, narkotikadan istifadə edir. Hazırda əməlindən peşman olduğunu və Suraxanı RPİ-nin 30-ci Pş-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Suraxanı RPİ-də saxlanılan ekspertizadan sonra qalıq qalan 2,544 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. “Azərfon“ MMC AZF/LGL-34298/20 nömrəli 16.12.2021-ci il tarixli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk və “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” tərtib edilmiş 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 218 (iki on səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Suraxanı RPİ-də saxlanılan ekspertizadan sonra qalıq qalan 2,544 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. “Azərfon“ MMC AZF/LGL-34298/20 nömrəli 16.12.2021-ci il tarixli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk və “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” tərtib edilmiş 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 218 (iki on səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar