Məhkəmə qərarları › İş №1(101)-875/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-875/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-875/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmədə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Binəqədi Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib Azərbaycan Respublikası ƏN PXnin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satışı məqsədi ilə qanunsuz olaraq əldə etmək üçün başqa şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, başqa şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib bunun icrası üçün 04 may 2023-cü il tarixdə başqa şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Xırdalan dairəsi deyilən yerin yaxınlığında qoyulmuş külli miqdarda, yəni 3,914 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda, yəni 2,766 qram psixotrop maddə metamfetamini götürüb əldə edərək əl çantasmdakı krem qabının içərisinə qoymuş, yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi ev 2 ünvana daşımaqla aparmış, orada külli miqdarda narkotik vasitə heroini və külli miqdarda metamfetamini satış üçün hazırlayaraq 20 ədəd bükümlərə bölmüş, 05 may 2023-cü il tarixdə səhər saatlarında bu bükümlərdə olan külli miqdarda narkotik vasitə heroini və külli miqdarda metamfetamini satmaq məqsədi ilə üzərində daşıyarkən Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 10:10-da yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PBnin inzibati binasına aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki qadın əl çantasında saxladığı, krem qutusununun içərisindən 15 ədəd bükümdə , ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,267 qram, 0,332 qram, 0,245 qram, 0,295 qram, 0,312 qram, 0,250 qram, 0,261 qram, 0,238 qram, 0,248 qram, 0,198 qram, 0,221 qram, 0,302 qram, 0,303 qram, 0,190 qram külli miqdarda, ümumi təmiz çəkisi 3,914 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qram, 0,259 qram, 0,193qram, 0,282 qram, 1,071 qram külli miqdarda ümumi təmiz çəkisi 2,766 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, polislər tərəfindən onun üzərinə “kola,”yəni heroin qoyulub. O, narkotik vasitə kimi “patı”, yəni metamfetamin almışdır. 04 may 2023-cü il tarixində o, 140 manat pulu narkotik vasitəni aldığı şəxsin kart hesabına atmışdı. Səhərisi gün üzərindən üç qram narkotik vasitə çıxmışdır.. “ Kola” nı, yəni heroini polislər özləri onun üzərinə qoyub. Polislər ona dedilər ki, narkotik vasitə olan bükümləri öz üzərinə qoy. Onun özünün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu var. 140 manata beş qram narkotik vasitə “kola” düşür. Narkotik vasitənin qramının qiyməti 25- 30 manatdır. O, xadimə işləyir, ev təmizləyir. Uşaqların atası da ona uşaqları saxlamağında maddi köməklik göstərirdi. Ona polis tərəfindən təzyiq olunmayıb. “Kola” ona aid olmayıb. 5 may 2023-cü il tariixndə Xırdalan dairəsi yaxınlığında polislər tərəfindən saxlanılmışdır. Onu polis bölməsinə səhər aparıblar, vəkil isə axşam 19:00-20:00 radələrində gəlib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmədi. Ona ibtidai istintaq zamanı sənədlərə imza at deyəndə, o da imzalamışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə “patı”nı öz istifadəsi üçün əldə etmişdir. Gün ərzində 1-1,5 qram narkotik vasitə istifadə edir. Bir qram narkotik vasitəni 3-4 dəfə istifadə etmək olur. Uşağının gözünün qarşısında narkotik vasitədən istifadə etməmişdir. O, narkomaniyadan əziyyət çəkməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, müəyyən müddətdir ki, psixotrop maddə metanfetamindən istifadə edir, bununla bağlı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunmuş cinayət işinə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində baxılır. Binəqədi Rayon Məhkəməsi tərəfindən axtarışda olduğunu bilməmişdir, sadəcə məhkəməyə getmirmiş. Yaxalanmamışdan təxminən bir ay əvvəl, yəni aprel ayının əvvəllərində İnternet sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən «Əziz» adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona +989 147 422 359 saylı «WhatsApp» nömrəsini vermişdir və o, da öz istifadəsində olan 051-380- -05-33 saylı «WhatsApp» nömrəsindən Əziz adlı şəxslə əlaqə saxlamışdır. Sonuncu ona İran İslam Respublikasının vətəndaşı olduğunu, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Həmiçnin, Əziz ona bu işlə məşğul olduğu halda, yaxşı gəlir əldə edəcəyini bildirmişdir. O, da heç bir yerdə işləmədiyi üçün və maddi gəlir əldə etməkdən ötrü Əzizlə razılaşmışdır. Bundan başqa, o, fikirləşmişdir ki, bu maddə və vasitələrin satışını həyata keçirsə Özünün istifadə etdiyi psixotrop maddə ona ucuz başa gələr. Əzizlə o, 04 may 2023-cü il tarixdə axşam saatlarında «WhatsApp» vasitəsi ilə əlaqə saxladıqda, Əziz demişdir ki, sonuncunun bank kartına 140 manat pul vursa ona təxminən 03 qram narkotik vasitə heroin və 03 qrama yaxın çəkidə psixotrop maddə metamfetamin göndərə bilər. Odur ki, həmin gün 140 manat pul vəsaitini «Milliön» vasitəsi ilə Əzizin bank hesabına vurmuşdur, həmin bank hesabını hazırda xatırlamır, bundan sonra sonuncu isə həmin pulun müqabilində ona həqiqətən təxminən 03 qram narkotik vasitə heroin və 03 qrama yaxın çəkidə psixotrop maddə metamfetamin göndərmişdir. Qeyd etmək istəyir ki. Əziz ona həmin maddə və vasitənin qoyulduğu yerin şəklini və ünvanını mesaj ilə foto fayl şəklində «WhatsApp» nömrəsinə göndərdi, o, də həmin maddə və vasitəni Əzizin dediyi yerdən, yəni Xırdalan dairəsi deyilən yerin yaxınlığında gizlədilmiş yerdən götürüb əl çantasmdakı krem qabının içərisinə qoymuşdur. Daha sonra isə yaşadığı evə gəlib həmin maddə və vasitəni satış məqsədi ilə 20 ədəd xırda bükümlərə bölmüeşdür ki, satmaq asan olsun və çantasmdakı krem qabında gizlətmişdir. 05 may 2023-cii il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən evinin yaxınlığında olduğu zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etmişdirlər, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhə edildiyi üçün üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişdirlər. O, öz razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə getmişdir və orada şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına vəkil verilmiş, hüquq və vəzifləri izah edilərək videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdi.r Şəxsi axtarış zamanı onun əlində olan qara rəngli əl çantasının içərisindəki krem qabının içərisindən satış üçün hazırladığı 20 ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşlar. Həmçinin, həmin çantadan ona məxsus 02 ədəd mobil telefonlar və 29 manat pul aşkar edilərək götürülmüşdür. Ondan polis əməkdaşları həmin bükümlərin içərsində nə olduğu və bunları haradan, kimdən əldə etdiyi barədə soruşulduqda, həmin bükümlərdən 15 ədədinin içərisində narkotik vasitə heroin, 05 ədədinin içərisində isə psixotrop maddə metafmetamin olduğunu, onları Əziz adlı şəxsin hesabına 140 manat pul köçürdükdən sonra sonuncunun dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan sonra aşkar olunmuş bükümlərin içərisinə polis əməkdaşları tərəfindən baxış keçirildi, daha sonra isə həmin 20 ədəd bükümlərdəki maddə və vasitə qablaşdırılaraq, möhürləndi. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olundu, həmin protokol bütün iştirakçılar tərəfindən imzalandı. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Əziz adlı şəxsin anket məlumatlarını və harada yaşamasını bilmir. O, yalnız psixotrop maddə metanfetamindən qəbul edirdi, narkotik vasitə istifadə etmir. İlkin izahatında nakrotik vasitə və psixotrop maddəni üzərində öz istifadəsi üçün gəzdirdiyini bildirsə də, hazırki ifadəsində həmin vasitə və maddəni satış məqsədi ilə əldə edib saxladığının bildirməsinin səbəbi barədə göstərir ki, o, yaxalandıqdan sonra ilk öncə düşündü ki, belə bir izahat versə işi yüngülləşəcəkdir və istifadəçi kimi onu həbs etməzlər, lakin sonradan ifşa olunduğunu görüb, düşündü ki, onsuz da onun telefonunda satışla bağlı mesajlar vardır, odur ki, qərara almışdır ki, düzgün ifadə versin. Ona görə də, etiraf edir ki, o, Əziz adlı şəxslə əlaqədə olaraq nakrotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmişdən başqa harada isə hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlamır. Cinayət qrupunun üzvlərindən o, ancaq telefonla Əziz adlı şəxslə əlaqə saxlamış, digərlərini tanımır, kim tərəfindən narkotik vasitə və psixotrop maddənin Xırdalan dairəsinə qoyulduğunu da bilmir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir zor və ya psixi təzyiq tətbiq dilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxsını xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra raportla rəhbərliyə məruzə olundu. Keçirilmiş əməliyyat tədbiri nəticəsində tərəflərindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə dəvət olundu. Bölmədə üzərində şəxsi axtraış keçirilən zaman qadın dəvət olundu və üzərinə baxış keçirildi. Üzərindən telefon və qutu aşkarlandı. Qutunun içərisindən 20 büküm narkotik vasitə aşkarlandı. Məsumə narkotik vasitəni Əziz adlı şəxsdən aldığını dedi. Məsumə tərəflərindən Vidadi küçəsində saxlanılmışdı. O, Məsumənin evinə getməmişdir. Məsuməni 1 saat 30 dəqiqə müşahidə etdilər. Məsumə barəsində axtarış elan olunmuşdu. Məsuməni saxlayanda iki nəfər idilər. Hadisənin tarixi dəqiqliyi ilə yadında deyil. Narkotik vasitənin növü heroin və metamfetamin ibarət idi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 05 may 2023-cü il tarixdə xidmətdə olduğum zaman xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs “Əziz” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 05 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığı zaman saat 10:10 radələrində saxlanıldı. Bu zaman onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs qızma qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 6-cı PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təkliflə razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişdir. Polis bölməsində bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsnun üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Nəsimi Musayevə həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxsnun razılığı ilə vəkilinin iştirakı olmadan və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmaqla, sonuncuya və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qızma üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz olan əşyanın olduğunu bildirmədiyindən dəvət olunmuş Şahid3 tərəfindən onun üzərinə, ayaqqabısına və corablarına baxıdı, lakin araşdırma üçün əhəmiyyətli əşya aşkar olunmadı. Sonra Təqsirləndirilən şəxs qızma məxsus qara rəngli qadın əl çantasında olanları təqdim etmək təklif olundu, o, həmin əl çantasından bir ədəd “Vertu” və bir ədəd “Realme” markalı mobil telefonları, dairəvi formada, korpusu ağ, qapağı isə açıq yaşıl rəngli plasmasdan olan krem qutusunu və 29 manat pulu çıxardaraq masanın üzərinə qoydu. Əl çantasının içərisinə baxıldıqda digər əşyaların olması aşkar edilmədi. Krem qutusunun qapağı açıldıqda içərisində 20 ədəd şəffaf sellofan büküm olduğu aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki əşyaların adlarını deməklə təqdim etməsi təklif olundu, o, 05 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminin və 15 ədəd bükümlərin içində vasitənin narkotik vasitə heroin olduğunu bildirdi, ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o, bildirdi ki, narkotik vasitə və psixotrop maddənin istifadəçisidir, 04 may 2023-cü il tarixdə axşam saatlarında Əziz adlı şəxslə telefon əlaqəsi saxlayıb sonuncunun kart hesabına 140 manat pul köçürdükdən sonra Əzizin işarəsini ona göndərdiyi Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığındakı yerdən götürüb əl çantasındakı qutuda saxlamışdır. Daha sonra bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli tozşəkilli, habelə ağ rəngli kristallik maddələrin olduğu müəyyən edildi, 20 ədəd bükümlər krem qutusuna qoyuldu. Təqsirləndirilən şəxsnun üzərindən aşkar olunmuş 20 ədəd büküm olan krem qutusu və mobil telefonlar ayrı-ayrılıqda zərflərdə qablaşdırıldı, möhürləndi və üzəriləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara oxundu. İştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmadı, protokol imzalarla təsdiq edilmişdir. Verilmiş suala cavab olaraq Şahid1 ifadəsində göstərmişdir ki, əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs “Əziz1’ adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olurlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini də o, 140 manat “Əziz” adlı şəxsin hesabına köçürərək sonuncu tərəfindən işarəsini bildirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığındakı qoyulmuş yerdən 04 may 2023-cü il tarixdə axşam saatlarında satış məqsədi ilə götürüb əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar əlaqələrini, “Əziz” adlı şəxsin və qeyrilərinin aşkara çıxarılması, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsi, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər davam etdirilir, lakin hazırda müsbət nəticə əldə olunmamışdır. Müsbət nəticələr əldə olunan kimi bu barədə dərhal istintaqa məlumat veriləcəkdir. Şahid3 Seyid qulu qızı ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində bükülü sellofan var idi. Məsumənin üzərindən narkotik vasitənin çıxdığını təsdiq edir. Hadisənin hansı fəsildə olduğunu xatırlamır, keçən il, yəni 2023-cü ildə baş vermişdir. Əvvəllər polis bölməsində xadimə işləyirdi, Məsumənin üzərinə baxış qadın tərəfindən keçirilməli olduğuna görə baxışı o, keçirmişdir. Məsumənin üzərinə baxış keçirilən zaman narkotik vasitənin haradan çıxdığını üzərindən uzun müddət keçdiyinə görə dəqiq xatırlamır. Hal-hazırda Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin yaxınlığında yerləşən marketdə xadimə kimi işləyir. Üzərindən aşkar olunan sellofan, səhv etmirsə, cibində idi. İfadəsi ilə Məsumənin üzərinə böhtan atmır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 Seyid qulu qızı ibtidai istintaq zamanı göstərmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda yaşayır. Heç bir psixi və ruhi xəstəliyi yoxdur, narkoloq və psixoloq kabinetlərində qeydiyyatda durmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, 05 may 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində yaşadığı Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində gedərkən həmin küçədə yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin yanında tanımadığı polis əməkdaşları ona yaxınlaşıb xahiş etmişlər ki, yaxalanmış bir qadının üzərində keçiriləcək şəxsi axtarışda dəvət olunmuş şəxs kimi iştirak etsin. O, buna razılıq vermişdir və polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ- nin 6-cı PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra o, həmin Bölmənin inzibati binasında yerləşən xidməti otaqların birinə dəvət olunmuşdur, ona məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçiriləcəkdir. Bu şəxsi o, əvvəl tanımamış, kim olduğunu bilməmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edildi, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz olan əşyanın olduğunu bildirmədiyindən məndən xahiş etdilər ki, dəvət olunmuş qadın kimi axtarışı aparım, odur ki, mən Təqsirləndirilən şəxs üzərinə, ayaqqabısına və corablarına baxdım, lakin heç bir əşya aşkar olunmadı. Sonra Təqsirləndirilən şəxs qızma məxsus qara rəngli qadın əl çantasında olanları təqdim etmək təklif olundu, sonuncu həmin əl çantasından iki ədəd markalarını xatırlamadığım mobil telefonları, dairəvi formada, korpusu ağ, qapağı isə açıq yaşıl rəngli plasmasdan olan krem qutusunu və 29 manat pulu çıxardaraq masanın üzərinə qoydu. Əl çantasının içərisinə baxıldıqda digər əşyaların olması aşkar edilmədi. Krem qutusunun qapağı açıldıqda içərisində 20 ədəd şəffaf sellofan büküm olduğu aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki əşyaların adlarını deməklə təqdim etməsi təklif olundu, o, 05 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminin və 15 ədəd bükümlərin içində vasitənin narkotik vasitə heroin olduğunu bildirdi, həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, bildirdi ki, narkotik vasitə və psixotrop maddənin istifadəçisidir, 04 may 2023-cü il tarixdə axşam saatlarında Əziz adlı şəxslə telefon əlaqəsi saxlayıb sonuncunun kart hesabına 140 manat pul köçürdükdən sonra Əzizin işarəsini ona göndərdiyi Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığındakı yerdən götürüb əl çantasmdakı qutuda saxlamışdır. Daha sonra bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli tozşəkilli, habelə ağ rəngli kristallik maddələrin olduğu müəyyən edildi, 20 ədəd bükümlər krem qutusuna qoyuldu. Təqsirləndirilən şəxsnun üzərindən aşkar olunmuş 20 ədəd büküm olan krem qutusu və mobil telefonlar ayrı-ayrılıqda zərflərdə qablaşdırıldı, möhürləndi və üzəriləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara oxundu. İştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmadı, protokol imzalarla təsdiq edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qızma qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə keçirilmiş şəxsi axtarış zamanı özünü sərbəst apararaq üzərindəki narkotik vasitə və psixotrop maddəni “Əziz” adlı şəxsin ona bildirdiyi yerdən göntürdüyünü etiraf etmişdir. Bu zaman Təqsirləndirilən şəxs qızma qarşı rəftar normal olmuşdur, onunla normal danışırdılar, ona qarşı kobudluğa və ya sərt danışmağa yol verilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxs Təqsirləndirilən şəxsnu xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Narkotik vasitələrin satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs tərəfləridən saxlanılaraq bölməyə aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkarlanmışdır. Məsuməyə narkotik vasitələrdən uzaq durması barədə dəfələrlə xəbərdarlıq edilib. Narkotik vasitənin mənbəyi barədə məlumatları yox idi. Onlar Məsuməni yaşadığı ərazinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsi saxlayarkən səhər saatları idi. O Məsuməni saxlayarkən digər əməkdaş Həvalə ilə birlikdə idi. Nə vaxt tutulduğu tam yadında deyil. Narkotik vasitə bükümdə idi. Büküm heroin və metamfetamindən ibarət idi. Hadisə 05 may 2023-cü il tarixdə baş verib. Məhkəmədəki ifadələrində təqsirləndirilən şəxs yalan danışır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə anoloji ifadələr vermiş və onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 05 may 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunmuş 01 ədəd DVD diskə keçirilmiş baxış protokolundan görünür ki, xidməti otaqların birində Təqsirləndirilən şəxs qızmm üzərində keçiriləcək şəxsi axtarış və götrürmə başlayanda iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz olan əşyanın olduğunu bildirmədiyindən dəvət olunmuş Şahid3 tərəfindən onun üzərinə, ayaqqabısına və corablarına baxıdı, lakin araşdırma üçün əhəmiyyətli əşya aşkar olunmadı. Sonra Təqsirləndirilən şəxs qızma məxsus qara rəngli qadın əl çantasında olanları təqdim etmək təklif olundu, o, həmin əl çantasından bir ədəd “Vertu” və bir ədəd “Realme” markalı mobil telefonları, dairəvi formada, korpusu ağ, qapağı isə açıq yaşıl rəngli plasmasdan olan krem qutusunu və 29 manat pulu çıxardaraq masanın üzərinə qoydu. Əl çantasının içərisinə baxıldıqda digər əşyaların olması aşkar edilmədi. Krem qutusunun qapağı açıldıqda içərisində 20 ədəd şəffaf sellofan büküm olduğu aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki əşyaların adlarını deməklə təqdim etməsi təklif olundu, o, 05 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminin və 15 ədəd bükümlərin içində vasitənin narkotik vasitə heroin olduğunu bildirdi, ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o, bildirdi ki, narkotik vasitə və psixotrop maddənin istifadəçisidir, 04 may 2023-cü il tarixdə axşam saatlarında Əziz adlı şəxslə telefon əlaqəsi saxlayıb sonuncunun kart hesabına 140 manat pul köçürdükdən sonra Əzizin qoyulduğu yerin işarəsini ona göndərdiyi Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığındakı yerdən götürüb əl çantasındakı qutuda saxlamışdır. Daha sonra bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli tozşəkilli, habelə ağ rəngli kristallik maddələrin olduğu müəyyən edildi, 20 ədəd bükümlər krem qutusuna qoyuldu. Təqsirləndirilən şəxsnun üzərindən aşkar olunmuş 20 ədəd büküm olan krem qutusu və mobil telefonlar ayrıayrılıqda zərflərdə qablaşdırıldı, möhürləndi və üzəriləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara oxundu. İştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmadı, protokol imzalarla təsdiq edildi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 05 may 2023-cü il tarixli 6/2615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,267 qram, 0,332 qram, 0,245 qram, 0,295 qram, 0,312 qram, 0,250 qram, 0,261 qram, 0,238 qram, 0,248 qram, 0,198 qram, 0,221 qram, 0,302 qram, 0,303 qram, 0,190 qram ümumi təmiz çəkisi 3,914 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qram, 0,259 qram, 0,193qram, 0,282 qram, 1,071 qram ümumi təmiz çəkisi 2,766 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 15 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,267 qram, 0,332 qram, 0,245 qram, 0,295 qram, 0,312 qram, 0,250 qram, 0,261 qram, 0,238 qram, 0,248 qram, 0,198 qram, 0,221 qram, 0,302 qram, 0,303 qram, 0,190 qram ümumi təmiz çəkisi 3,914 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qram, 0,259 qram, 0,193qram, 0,282 qram, 1,071 qram ümumi təmiz çəkisi 2,766 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 01 ədəd «DVD» diski və 01 ədəd “Realme” markalı mobil telefon aparatı cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 01 ədəd DVD diski istintaq materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 15 ədəd bükümdə ümumi çəkisi 3,814 qram və psixotrop maddə metamfetaminin 05 ədəd bükümdə ümumi çəkisi 2,666 qram olan qalıqları, həmçinin, 01 ədəd “Realme” markalı mobil telefon aparatı və maddi sübut olmayan 01 ədəd işləməyən “Vertu” markalı mobil telefon aparatı istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİnin MSSK-nə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış zamanı müəyyən olunmuşdur ki, 01 ədəd ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Realme” markalı mobil telefonun “Whatsap” proqramında olanlara baxış zamanı “Əziz” adı ilə +989 147 422 359 GSM nömrənin olması müəyyən edilmişdir. “İnternet” şəbəkəsində olan məlumatlara əsasən +98 kodu İran İslam Respublikasının beynəlxalq telefon kodudur. Təqsirləndirilən şəxs həmin nömrə ilə may ayının əvvəllərindən, o cümlədən, 03 may 2023-cü il saat 23:02- dən başlayaraq mütəmadi əlaqədə olduğu müəyyən edilmişdir. Həmin nömrə ilə göndərilmiş SMS faylları və fotoqalereya hissəsində fotolorın saxlanılmasına saatla vaxt qoyulduğundan onlar avtomatik silindikləri üçün onları aşkar etmək mümkün olmamışdır. Bununla bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi yerlə, habelə satışı ilə bağlı məlumatlarının silinməsinə vaxtla avtomatik olaraq telefon proqramı ilə həyata keçirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə heoinin ona məxsus olmadığını, həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi tam etirafedici ifadələri, ona elan olunmuş ittihamı sübut edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələri və psixotrop maddələri təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitələrin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, məhkəmə ekspertizasının rəyi, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan 234.4.1 və 234.4.3-cü maddələrində olan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 81 (səksən bir ) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs göstərmiş olduğu 60 (altmış) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 (üç yüz altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,252 qram, 0,267 qram, 0,332 qram, 0,245 qram, 0,295 qram, 0,312 qram, 0,250 qram, 0,261 qram, 0,238 qram, 0,248 qram, 0,198 qram, 0,221 qram, 0,302 qram, 0,303 qram, 0,190 qram ümumi təmiz çəkisi 3,914 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qram, 0,259 qram, 0,193qram, 0,282 qram, 1,071 qram ümumi təmiz çəkisi 2,766 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetaminin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını, 01 ədəd “ Realme” markalı mobil telefonun və maddi sübut olmayan 01 ədəd işləməyən “Vertu” markalı mobil telefonun təqsirləndirilən şəxsin iradəsinə uyğun onun yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib Azərbaycan Respublikası ƏN PX-nin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Cəzanın çəkilməsinin əvvəli bu iş üzrə həbsə alındığı 05 may 2024-cü il tarixdən hesablanmışdır, yəni o, əvvəlki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkərkən bu iş üzrə də həbsdə saxlanılmışdır. Bu səbəbdən də məhkəmə, ona təyin olunacaq cəzanın müddətini müəyyən edərəkən həmin halı nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində dörd azyaşlı uşaqlarının olması, ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayət əməlinin üstünün açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə, Təqsirləndirilən şəxs az yaşlı uşaqlarının əvvəlki iş üzrə məsuliyyətə cəlb edilən zaman uşaq evlərinə yerləşdirilib, hazırkı vaxtda da uşaq evlərində saxlanılmasını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəli 05 may 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 05 may 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 sentyabr 2023- cü il tarixli 6064 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş ) il ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 28 ( iyirmi səkkiz ) gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən ona təyin olunmuş hökmlə qismən toplanılmaqla ona qəti olaraq 05 ( beş ) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 05 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 81 (səksən bir) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 (üç yüz altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 81 (səksən bir) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin, Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 15 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 3,814 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 05 ədəd bükümdə ümumi təmiz çəkisi 2,666 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Realme” markalı mobil telefon və maddi sübut olmayan 01 ədəd işləməyən “Vertu” markalı mobil telefon aparatı təqsirləndirilən şəxsin iradəsinə uyğun olaraq şəxsi əşyası kimi onun yaxın qohumlarına qaytarılsın. Bir ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar