Məhkəmə qərarları › İş №1(101)-875/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-875/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-875/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1994-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Keçəsgər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz yaşayış məntəqəsində nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmiş, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qeyriləri ilə (ittiham aktına əsasən X9 adlı şəxslə) qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü ilin mart ayının sonlarında X3 iştirakı ilə hakimiyyət nümayəndələrinin ünvanına nalayiq söyüşlər söymələri ilə bağlı çəkdikləri videonu hədə-qorxu ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə naməlum videomontaj proqramı vasitəsi ilə montaj edərək Təqsirləndirilən şəxs düşdüyü kadrları həmin videodan kəsib çıxarmaqla yalnızca X1 olan videogörüntünü sonuncu dəfə 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Hovsan qəsəbəsindən Türkan Qüdrətlinin anası Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında olarkən onun istifadəsində olan “WhatsApp” tətbiqinə göndərməklə, həmin videonu sosial şəbəkələrdə yayacaqları hədəsi ilə Zərərçəkmiş şəxs 03 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək olan müddət ərzində hədə-qorxu ilə 10.000 manat pul tələb etmiş, həmin puldan 100 manat pulun X4 4069-7388-0980-8656 nömrəli kart hesabına köçürülməsinə nail olub, Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 4,990 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla 14 may 2024-cü il tarixdə ünvan 3 ünvanına daşımış, 14 may 2024-cü il tarixdə, saat 03:10 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına aparılaraq xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,670 qram və 1,608 qram, ümumi təmiz çəkisi 4,990 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynindəki şalvarının sol yan cibindən üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd boz-gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ona verilmiş ittihamlar düzgün deyil, onu döyərək boynuna qoymuşlar. Əhməd Rəcəbli küçəsində olarakən onu 24-cü polis bölməsinin əməkdaşları tutmuş, Adil adlı polisin otağında döyüb, nalayiq söyüşlər işlədərək üstünə narkotik qoymuş, videoçəkiliş zamanı 1 kq malın, yəni narkotikin ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. Otaqda 11 nəfər polis olmuş, onun hər iki cibinə limon duzu qoyaraq otaqda çıxarıb stolun üstünə qoymasını tələb etmişlər. O da məcburiyyət qarşısında həmin malın onun olduğunu demişdir. Döyülərkən ona xəsarəti yetirilmiş, döyərək sənədlərə qol çəkdirmişlər. Onu döyən şəxslərdən biri polis əməkdaşı Aqil, biri isə Fərid adlı şəxs olmuşdur. Video çəkilişdə də döyüldüyü hiss olunmuşdur. O, narkotikin nəşə növündən istifadə etsə də, heroindən istifadə etməmişdir. Müstəntiq onu vurmamışdır. Təcridxanaya daxil olanda xəsarəti olması barədə qeydlər aparılmış, həmin xəsarətlərin 24-cü polis bölməsində aldığını demişdir. Prokurorluqdan gəlib araşdırma aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, zərər çəkmiş şəxsin qızı Türkanla yaxın dost olmuş, həm də aralarında qadın-kişi münasibətləri olmuş, Türkan bakirə olmamışdır. O, özü zərər çəkmiş şəxsdən pul tələb etməmiş, zərərçəkmiş şəxsin özü ona kart verməmiş, o, zərər çəkmiş şəxsdən ona pul atsmasını istəməmişdir. Onun problemi onun xalası oğlu İlkin Murquzovla olmuş, lakin aralarında nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, günlərin birində xalası oğlu X7 Sumqayıt şəhərində yerləşən “Leon” adlı otelə aparıb düşürmüş, özü isə çıxıb getmişdir. Hakimiyyət nümayəndələrinin təhqir olunması ilə əlaqədar video çəkilməsində o, iştirak etsə də narkotik təsirindən özündə olmamış, elə həmin vaxt onun əlində narkotik olmuşdur. Videoda Türkanla olmuş, videonu özləri çəkmiş, videonu çəkməklə bağlı heç bir kənar təklif olmamışdır. Türkanla o, belə bir video çəkməyə qərar vermiş, videonu çəkməkdə heç bir məqsədləri olmamış, video çəkilməsinin hər hansı iranlı ilə əlaqəsi olmamışdır. Videoda Türkanla ikisi olmuş, həmin video onda olmamış, Türkan öz telefonunda saxlamışdır. Videonun İlkinə ötürülüb-ötürülməməsi ilə bağlı onun məlumatı olmamışdır. Narkotik istifadə etdikləri üçün video çəkilən zaman onlar özlərində olmamışlar. Telefonu selfi formasında tutub özlərini çəkmişlər. Video Türkanın telefonunda olmuş, onun telefonunda videonun qaldığını bilməmişdir. Videonu İlkinə ya Türkanın özü, ya da onun anası atmışdır. Belə videonu yalnız bir dəfə çəkmişlər. O, Rza adlı şəxsi tanımamış, çəkdikləri videonu isə heç bir şəxsə göndərməmişdir. Video ilə bağlı o, Zərərçəkmiş şəxs zəng edib məlumat verməmişdir. Videonun narkotik vasitə satan şəxsin əlinə keçməsi kimi bir hal baş verməmişdir. Video çəkilən zaman İlkin olmamış, İlkinin videodan bir aydan sonra xəbəri olmuşdur. Video ilə bağlı heç kimə hədə-qorxu gəlməmiş, ilk dəfə həmin videonu polis idarəsində görmüş və videonun ləğv olunmadığını və saxlanıldığını bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, İlkin ondan və Zərərçəkmiş şəxs narkotik vasitə alması ilə əlaqədar pul tələb etməmişdir. Aynurun dediyinə görə İlkin ona zəng etmiş, amma o, onların nə danışdıqlarını bilməmiş, zəng onun yanında edilməmişdir. Onun yanında Türkan öz anasından pul tələb etməmiş, sonradan İlkin kimdənsə pul alıb ona verməmişdir. Türkan da nəşə çəkdiyi üçün onlar bir yerdə narkotik vasitətədən istifadə etmişlər. Həmin gün narkotik vasitəni o özü almış və Türkana da vermişdir. O, Türkandan başqa heç kimə narkotik verməmişdir. Hadisədən, yəni videoçəkilişdən təqribən 25 gün sonra isə onları tutmuşlar. O, Türkanın anasını cəmi bir dəfə görmüş, amma video çəkiləndən əvvəl onunla telefonla danışmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Zərərçəkmiş şəxs özü üçün pul istəməmiş, Aynur ona zəng edib İlkinin ondan pul istəməsinin demişdir. O, İlkinə videonu polisə verməsin deyə, istədiyi üçün ona 200 manat pul vermiş, həmin 200 manatı kartla ödəmişdir. İlkin ondan 800 manat istəmiş, lakin o, cəmi 200 manat ödəmişdir. Həmin vaxt İlkin Azərbaycanda olmuşdur. İlkin Türkiyədə işləmiş, bu işlə əlaqədar dindirilməmiş, onunla əlaqəsi olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, övladı X5 atasız böyütmüş, Türkan Lerik rayonundan Qüdrətli Vüsal adında bir oğlanla nişanlanmışdır. O qanun çərçivəsində, el adətiylə qızına nişanlamışdır. Oğlanın dələduz olduğu ortaya çıxdıqdan sonra qızının toyuna 3 gün qalmış o, nişanı qaytarmışdır. Həmin oğlan Lerikdə polisdə işləmiş, narkotik vasitə üstündə işdən çıxarılmışdır. Həmin şəxsin bir neçə dəfə ona-buna pul atdığını biləndən sonra Nizamı rayon prokurorluğunda iş başlanmışdır. Həmin şəxs dəfələrlə qızını şantaj etmiş, o, Nizami Rayonu İcra Hakimiyyətindən toxunulmazlıq da almışdır. Həmin şəxs Binədə Təqsirləndirilən şəxsla onun xalası oğlu Murquzov İlkini tapmış, qızı nişanı qayıtdığından qərəzli qaldığı üçün İlkinə «elə bir şərait yaradaq ki, o qızın başına bir iş gətirək» demişdir. X16 hazırda ortalıqlarda yoxdur, onu dələduz kimi aradan çıxarmışlar. Nurlanla ilkin dəfələrlə onun mənzilinə getmiş, hətta bir müəllim onları pilləkəndə də görmüşdür. Dəfələrlə Nurlan və xalası oğlu onun qızını məhəllədə güddüyündən o, dəfələrlə polisə müraciət etmiş, lakin polis onların tapılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Bundan əlavə onlar fevral ayı ərəfəsində övladını psixotrop maddəyə düçar etdiklərindən o, 2 ay daydanmadan 24-cü polis bölməsinə şikayət vermişdir. Onların ailəsində narkotik aludəçisi, daşıyıcısı və ya satıcısı olmamışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Nurlanla İlkin fevral ayı ərəfəsində onun övladını İlkinin idarə etdiyi boz «Prius»a qoyub otelə aparmış, orda Xalid adında oğlan da olmuşdur. Pasport təqdim etmədən İlkin övladını otağa qaldırıb əlini-qolunu bağlamış, adı Mənsur olub özünü Rza kimi təqdim edən iranlı narkotik dövriyyəçisi onun övladının videosunu çəkmişdir. Hədəqorxuyla İlkin Murquzov, Nurlan ondan 1000 manat bir, 800 manat bir, 100 manat bir pul tələb etmişlər. Onun anası 1-ci qrup əlil olmuş, pulu olmadığından tələb olunan vəsaiti ona ödəyə bilmədiyindən onlar videonun yayılacağını bildirmişlər. O, dəfələrlə Nurlanın anasının qapısına getmiş, şəhid ailəsi olduqlarını, bunun yaxşı bir şey olmadığını demişdir. Dəfələrlə Nurlanın özü onunla telefonla danışmışdır. O Təqsirləndirilən şəxs zəhmətkeş insan olduğunu, zəhmətiylə Əhmədli qəsəbəsində moykada çalışmasını və atasının xəstə olduğunu eşitmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, qızının əlini-qolunu bağlayandan sonra o, dərhal polisə müraciət etmişdir. Nizami rayonu 24-cü polis bölməsinə, Bakı Şəhər Baş Polis idarəsinə, Narkotiklə mübarizə idarəsinin rəisi İslam Hümbətova da şikayət etmişdir. Belə ki, onun qızı heç bir zaman narkotik alıcısı və ya satıcısı olmamışdır. İlkinlə Nurlan onun qızına qarşı zor tətbiq etmiş, ona zorla narkotik vasiitə çəkdirib, istismar etmiş, fiziki zor tətbiq edib ölkə nümayəndəsini, vəzifəli şəxsləri söydürmüşlər. Müraciətdən sonra Nurlan təşvişə düşmüş, İlkin də onlara hədə-qorxu gəlib, üstlərinə bıçaq çıxarmışdır. Polisə müraciət edəndən sonra o, öz övladını tənbeh etdirmək məqsədilə onu 300 manat cərimə etdirmişdir. O, Novxanıda qızının qanını yuduzdurub reablitasiya mərkəzinə yerləşdirmişdir. O, tələb olunan pul göndərmədiyinə görə İlkin söyüşlə müşaiyət olunan videonu sosial şəbəkələrdə paylaşmışdır. Bundan sonra o, 100 manatı olduğunu demiş, lakin İlkin qane olmamışdır. Sonra Nurlan ona zəng etmiş, onları da təsir altına saldıqlarını demiş, 800 manat verəcəyi təqdirdə videonun siləcəyəini bildirmişdir. O, 800 manat verməyə imkanı olmadığını demiş, lakin Nurlan onun həmin məbləği verməyəcəyi təqdirdə, videonun paylaşılacağını və onları tutduracaqlarını bildirmişdir. Nurlan onun qızının telefonunu 3-cü mkr-dan qız gələndə almış, alandan sonra içindəkiləri xalası oğlu İlkinə göndərmiş, xalası oğlu da videonu ictimailəşdirmişdir. Qızının şəkillərini üzünə maska çəkib, qısa paltarda yayıb əxlaqsız kimi qələmə vermişlər. O, məcburiyyət qarşısında 100 manat vermiş, həmin 100 manatı başqa adamın kartına vurmuşdur. Həmin kartı İlkin işlətmişdir. O, 100 manatları kameranın altında vurmuş və çekləri özündə saxlamışdır. O, 100 manatı öz marketlərində “millön”lə xx.xx.2024 tarixdə, 50 manat bir, 30 manat bir, 20 manat bir olmaqla hissə-hissə göndərmişdir. Pulu ondan Nurlan istəmiş, amma zəng edib pulun verilməli olmasını bildirməkdə məqsədinin nə olmasını, bəlkə də videonun paylaşılmasından qorxduğu üçün, o, bilməmişdir. Ondan 1000 manat tələb olunmuşdur. Lakin həmin puldan Nurlana nəsə çatıb-çatmayacağını o, bilməmişdir. Nurlan ona zəng edərək 800 manatı verəcəyi halda, videonun paylaşılmayacağını bildirmişdir. Nurlan ondan özü üçün pul istəməmişdir. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İlkinin iranlı ilə danışıq səsləri olmuşdur: “500 manat pul verin, narkotik borcumu ödəyim.” O, əlindəkiləri istintaq təqdim etmiş, lakin istintaq itirmişdir. İlkin onunla bilavasitə danışmış, ona pul ödəməsini istəmiş və ödəməyəcəyi halda qızını Tiktok-da paylaşacağını bildirmişdir. Videoda Təqsirləndirilən şəxs, Murquzov İlkin və onun qızı olmuşdur. Əvvəl İlkin ona Fəzail adlı bir iranlının nömrəsini atmış, pulu onun nömrəsinə atmasını istəmişdir. Pulu ödəmək üçün İlkin ona kart da atmışdır. Onunla danışmasa da, Nurlanın səs yazılarını atmış, səsdə «ödəyəcək, ödəməsə paylaşılacaq» demişdir. Fəzail adlı iranlı ona Nurlanın səslərini atmışdır. Səsdə onun haqqında danışılmışdır. Danışıqlarda “Aynur 800 manat verəcək, alver edir, atacaq”, “qələt edir, verəcək pulu” ifadələri işlədilmişdir. Qızı ilə Nurlanın heç bir münasibəti olmamış, qızı bakirə olmuşdur. Qızını İlkin aldadıb otelə aparmışdır. Qızı model kimi çalışmış, otelləri, marketləri reklam işi ilə məşğul olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsi ilə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Aynur Allahverdiyevanın cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X6 Qüdrətli ilə olan münasibətlərinə görə 2024-cü ilin yanvar ayından tanıyır. Nurlan və İlkin qızını narkotik vasitələrin aludəçisi edibdir və qızı onlardan asılı vəziyyətə düşmüşdür. Hətta 2024-cü ilin mart ayında qızı Türkan evi tərk edərək onların yanına getmişdir. 2024-cü ilin mart ayında İlkin Murquzov "WhatsApp” tətbiqi vasitəsi ilə onun istifadəsində olan "WhatsApp" tətbiqinə qızı Türkanının ali hakimiyyət nümayəndələrinin ünvanına söyüşlər söyməsi ilə bağlı video göndərmiş və həmin tətbiq vasitəsi ilə səsli danışıqlarında ona 10000 (on min) manat pul verməsə həmin videonu müxtəlif sosial platformalarda paylaşacağını bildirmişdir. Həmin videoya baxan zaman videonun proqram vasitəsi ilə kəsildiyini, yəni qızının yanında başqa şəxslərin olduğunu hiss etmiş, çünki həmin videoda üzü görünməyən şəxslərin qolları görünürdü. İlkin Murquzova həmin videoya görə verilməli pulu olmadığını bildirmiş və paylaşmamasını xahiş etmişdir. Lakin, İlkin ona pulu verməyəcəyi təqdirdə videoları və qızı ilə bağlı digər rüsvayedici videoları, fotoşəkilləri və məlumatları paylaşacağını demişdir. Bundan sonra həmin günləri Təqsirləndirilən şəxs da onun telefonuna həmin videonu və qızına aid montaj edilmiş fotoları, həmçinin aili hakimiyyət nümayəndələrinin fotoşəkilini göndərib bildirmişdir ki, ona və İlkinə hər birinə 5000 manat olmaqla 10000 manat pul göndərməyəcəyi təqdirdə həmin videonu və fotoşəkilləri ali hakimiyyət nümayəndələrinin rəsmi satylarına göndərcəyini, sosial şəbəkələrdə paylaşacaqlarını bildirmişdir. Həmin zaman ağlayıb-sızlayıb ona pulu olmadığım bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa bir tanımadığı şəxsin vasitəsi ilə ona həmin video ilə bağlı hədə-qorxular etməyə başlamışdır. Belə ki, özünü Fəzail adı ilə tanıdan həmin şəxs "WhatsApp” vasitəsi ilə onunla əlaqə yaradaraq bildirmişdir ki, əgər ona 800 manat göndərməsə həmin videonu paylaşacaqdır. Lakin, həmin şəxsə də pul verməkdən imtina etmişdir. Bundan sonra həmin şəxs ona mesaj yazaraq bildirmişdir ki, ona hədə-qorxu gəlməyini ondan Təqsirləndirilən şəxs xahiş etmişdir və bununla bağlı ona da pul ödəyəcəyini vəd etmişdir. Lakin, sonrada onun vicdanı əl verməmiş və bu istəyindən əl çəkmişdir, bu səbəblə də ona Təqsirləndirilən şəxs qurduğu qurmanı izah etmişdir. Fəzail adlı şəxs Nurlanın bununla bağlı ona göndərdiyi səs yazılarını ona göndərmişdir. Lakin, onlara pul göndərməyə imkanı olmadığından İlkin həmin videoları Tiktokda paylaşmışdır. Daha sonra İlkin onunla əlaqə yaradıb videonu silmək üçün ondan 800 manat pul istəmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs da eyni videonu ona göndərmiş və həmin videonu İlkinin paylaşdığını deyərək bildirmişdir ki, “İlkin qələt edir, İlkinə 100 manat göndər videonu silsin, Türkanı həmin videoya çəkilməyə mən məcbur etmişəm”. Bundan sonra İlkin onunla əlaqə yaradıb videonu silmək üçün 100 manat pul göndərməyini istəmişdir. Bundan sonra 50 manat, 30 manat və 20 manat olmaqla İlkinin ona dediyi hesaba, yəni 4069 7388 0980 8656 kart nömrəsinə ümumilikdə 100 manat pul göndərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində həmçinin göstərmişdir ki, qeyd edilən videonu qızı Türkan Qüdrətli 2024-cü ilin mart aymda İlkin və Nurlan ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Leon” adlı hoteldə olarkən çəkmiş, orada onlar qızı Türkana narkotik vasitə qəbul etdirərək bihuş vəziyyətə gətirmiş, daha sonra ona təziqlər edərək onların İran vətəndaşı olan Rza adlı şəxsə Rzanın tələbi ilə atılan videoya çəkilməyə məcbur etmişlər və Türkan da məcbur qalıb videoda söyüşlər söymüşdür(iş vərəqə: cild İİ, səh. 121-125). Tədqiq olunan ifadəsinə aydınlıq gətirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinə aydınlıq gətirərək göstərdi ki, İlkin Murquzov ondan 10000 manat pul istəmiş, həmin pulun 5000 manatını özü üçün, 5000 manatını isə Nurlan üçün istəmişdir. Sadəcə ifadəsindən 6 ay keçdiyindən bu hal barədə məhkəməyə məlumat vermək onun yadından çıxmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş 24-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 may 2024-cü il tarixdə 24-cü Polis şöbəsinin dəftərxanasından icraatına Zərərçəkmiş şəxs qızı Türkanın tanışları İlkin və Nurlan adlı şəxslərin təzyiqi altında ali hakimiyyət nümayəndələrinin ünvanına xoşagəlməz ifadələr işlətməyə məruz qalması, bu ifadələrin yer aldığı videonun yayılmaması üçün İlkin və Nurlan adlı şəxslər tərəfindən ondan pul tələb olunması ilə bağlı Nizami Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Bununla bağlı bir sıra əməliyyat tədbirləri keçirilmiş, Nurlana dəfələrlə zəng edilsə də, o, zənglərə cavab verməmişdir. Daha sonra Nurlanın Nərimanov rayonu yaxınlığına Əhməd Rəcəbli 1 ünvanına gələcəyi barədə etibarlı mənbədə məlumat daxil olmuş, Nurlan adlı şəxs 14 may 2024-cü il tarixdə həmin ünvanda saxlanılaraq 24-cü polis bölməsinə aparılmışdır. Onlar Nurlana yaxınlaşanda sonuncu özünü şübhəli apararaq əli ilə şalvarının üzərindən şalvarının ciblərinə toxundurmuşdur. Nurlana narkotik maddə istifadə edib-etməməsi ilə bağlı sual verdikdə o, arada bir istifadə etdiyini bildirmişdir. Zərurət yarandığı üçün şöbədə təhqiqatçı və vəkilin iştirakı ilə Nurlanın üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Nurlan əynində olan şalvarın cibindən 03 ədəd şəffaf salafan bükümü və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmimş və narkotikin satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı videoçəkilişlə aparılmış, aşkar olunan maddə zərfə qoyularaq möhürlənmişdir. Zərf iştirakçılar, şəxsin özü və vəkili tərəfindən imzalanmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 iş üzrə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunda ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmənin təşəbbüsü ilə iş üzrə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, əvvəl o, X10 ilə evlənmək qərarına gəlmiş, nikaha girmiş və ona narkotiki Vüqar öyrətmişdir. O, həmin şəxsin narkotik istifadəçisi oluğunu biləndən sonra ayrılmış və nikahları etibarsız hesab edilmişdir. O, özü tibb kollecini bitirmişdir. Onun Nurlanla dostluq münasibətləri olmuş, Nurlanla otelə getmiş, oteldə İlkin və Nurlanla oteldə bir qalmışlar. O, onların hər ikisini hadisədən təxminən 2 ay əvvəl tanımışdır. Nurlanla İlkin çox vaxt birlikdə olduğu üçün, demək olar ki, onların hər ikisi ilə eyni ölçüdə ünsiyyətdə olmuşdur. Onları birləşdirən maraq narkotik olmuş və o, narkotiki İlkindən əldə etmişdir. Narkotiki daha çox Nurlanla onun özü istifadə etmişdir. Səslərdən bilir ki, Nurlan ondan pul tələb etməmişdir. Amma o, reablitasiyada olduğu müddətdə Nurlan onun anasından pul tələb etmiş, lakin pulu özü üçün istəyib-istəmədiyini o, bilməmişdir. Lakin İlkin şantaj edərək onun özündən və anasından pul tələb etmişdir. O, Nurlanla otelə, evlərində mübahisə yarandığı və qalmağa yeri olmadığı üçün getmişdir. İlkin onu şəkilləri ilə şantaj etmiş, şəkilləri isə normal şəkillər olmuş, qeyri-etik şəkli olmamışdır. İlkin onun normal şəkillərinin altına qeyrietik sözlər yazmış, həmçinin şəklin altına onun nömrəsini yazdığı üçün nömrəsinə tanışları, qohumları və digər şəxslər tərəfindən zənglər gəlmişdir. İlkin ona mal ala bilməsi üçün barəsində danışılan videonu çəkib atmalı olduğunu bildirmişdir. İlkin onlardan “narkotik istifadə edirik” dedikləri video çəkib atmalarını istəmiş, o isə qəbul etmədiyindən İlkin onları şantaj etməyə başlamışdır. İlkin narkotikin satışı ilə məşğul olmuşdur. İlkinin ondan pul tələb etdiyi üçün özü öz iradəsi ilə 24-cü polis bölməsinə müraciət etmişdir ki, təzyiq və narkotik vasitə təsiri altında olmuş və bu videonun paylaşılıbpaylaşılmayacağından xəbərsiz olmuşdur. Nurlan da həmin videonu çəkərkən narkotik təsiri altında olmuşdur. İlkin ondan pulu telefonla tələb etmişdir. Onlar oteldə bir otaqda olmuş, lakin Nurlan narkotik təsirindən yatıb qalmışdır. Digər otaqda isə artıq İlkin onunla bağlı şantajları eləmişdir. Hətta onun səsinə, otel rəhbərliyi də daxil, heç kim gəlməmişdir. İlkin videonu çəkmək barədə ondan tələb, Nurlandan isə xahiş etmişdir. Nurlan əvvəlcə xahişlərə məhəl qoymamış, lakin onlar xalaoğlu olduqları üçün bir-birilərinə problem yaradacaq bir şey etməyəcəklərini əvvəlcədən bilmişlər. Videonu Nurlanla məcburi çəkib atmışlar. İlkin narkotik almaq üçün videonu zəmanət xarakterli olaraq iranlıya atmağı planlaşdırmışdır. İranlı ilə İlkin arasında mübahisə yarandığından iranlı artıq yeni şəxslər axtarmış, bu şəxs isə tək o olmamış, Kürdəxanıda İlkinin şantajı altında video çəkən xanımlar da olmuşdur. Nurlan onunla münasibətdə olduğu müddətdə onlar kimdənsə pul tələb etməmiş, lakin İlkin etmişdir. O reablitasiyadan çıxanda şantajlar davam etmiş, hətta polisə verdiyi şikayəti geri çəkməsi üçün də çoxsaylı iddialar olmuşdur. Şahid Türkan Qüdrətli, ifadəsində göstərdi ki, o, özü də narkotikə görə məhkum olunmuşdur. Onun özündə narkotik vasitə olmamış, polis tərəfindən yüklənmişdir. Belə ki, onun telefonunu Nurlan götürmüş, o, telefonunun qaytarılması ilə əlaqədar 20-ci polis bölməsinə şikayət etmişdir. O, polisə çağrılmış və çağrılmasında məqsədi telefonunun qaytarılması olmuşdur. Lakin gözlənilməyən bir şəkildə o, narkotiklə sənədləşdirilmişdir. Onun məlum videodan başqa videosu olmamış, lakin İkinin səsyazmaları olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi CD formatlı disklərə yüklənmiş videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntüdə Təqsirləndirilən şəxs İran vətəndaşı "Rza” adlı şəxsdən aldıqları narkotik vasitəyə görə onu aldatdıqları təqdirdə həmin videonun sonuncu tərəfindən paylaşıla biləcəyini bildirir, həmçinin Təqsirləndirilən şəxs və X8 hakimiyyət nümayəndələrinin ünvanlarına nalayiq söyüşlər söyürlər. Bundan başqa, tədqiq olunan CD disklərdə yüklənmiş səsyazma fayllarından görünür ki, Təqsirləndirilən şəxs və X9 qeyd olunan videogörüntünü yaymaqla bağlı Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan pul tələb edirlər (iş vərəqə: cild İ, səh. 115, 151, 155). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "şəxsi axtarış və götürmə aparılması haqqında" 14 may 2024-cü il tarixli protokoldan və həmin protokollara əlavə edilmiş CD diskdən görünür ki, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd sellofan bükümləri və həmin şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan bükümlər təhqiqatçı tərəfindən açılarkən hər birinin içərisində ağ rəngli, kristalşəkilli, narkotik vasitəyə şübhəli maddə olması müəyyən edilmişdir. Tədqiq olunan protokol və videogörüntülərdən görünür ki, suallar ətrafında dindirilən Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə olduğunu, təxminən 10 gün əvvəl həmin bükümlərin hər birini 10 manata Suraxanı rayonu ərazisində tanığı şəxsdən aldığını və hər birini 20 manata satmaq məqsədilə üzərində saxladığını, həmçinin narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərindən aşkar edilmiş elektron tərəzidən istifadə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.24-25). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 may 2024-cü il tarixli, 3-16- 16/2-6/2730 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №164" dairəvi möhür əksləri olan 02 ədəd zərfin üzərində "Təqsirləndirilən şəxs aşkar olunmuş 03 ədəd büküm; ...3."imza" Təqsirləndirilən şəxs" və digər ad, soyad, imza və yazılar qeyd edilmiş zərfdəki ümumi sayı 03 ədəd olan bükümlərdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,670 qram və 1,608 qram, ümumi təmiz çəkisi 4,990 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdəki ümumi sayı 03 ədəd olan bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, üzərində "01 ədəd elektron tərəzi; ...3. "imza" Təqsirləndirilən şəxs" və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş digər zərfdəki 01 ədəd boz-gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olduğu müəyyən edilmişdir. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetamin ilə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün olmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxildir (iş vərəqə: cild İ, səh.31-36). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 4345 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild İ, səh.88-89). Məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 3054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı mərhələsində hansı bir psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ixtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 2, səh.126-128). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 02 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,990 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,840 qram psixotrop maddə metamfetamin və 01 ədəd elktron tərəzi Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmişdir (iş vərəqə: cild 2, səh.141-151). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən ibtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 03 dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********** saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 166-168, 169). Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində baxılan həmin cinayət işindən ibtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 03 dekabr 2024-cü il tarixli qərarına əsasən X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddəsi ilə ayrıca icraatda ********** saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 170-172, 173). Beləliklə, məhkəmə kollegiyası iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirliliyi məhkəmə baxışı nəticəsində öz təsdiqini tapdığından onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və o, cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinə məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamlarla özünü təqsirli bilməməsi, ona qarşı irəli sürülmüş ittihamların əsassız və qanunsuz olması, aşkar olunan narkotik vasitənin ona aid olmaması, polis tərəfindən döyülüb xəsarət yetirilməklə həmin narkotiki boynuna götürməyə məcbur edilməsi barədə gətirdiyi dəlilləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və təyin oluna biləcək sərt cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Müdafiə tərəfinin vəsatətləri əsasında məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs qarşı işgəncə faktı araşdırılmış və Təqsirləndirilən şəxs döyülməsi və ona xəsarət yetirilməsi öz təsdiqini tapmamışdır. Tələb olunmaqla əldə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 21 aprel 2025-ci il tarixli, 3-16-20-10/2-169 saylı arayışı və həmin arayışa əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus tibbi kitabça ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və o, təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Tədqiq olunan həmin sənədlərdən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs zədə aldığını bildirmiş və obyektiv müayinə zamanı onun sol said nahiyyəsinin ön səthinin yuxarı üçdə birində çoxsaylı cızılmış qərtməkli yaralar olduğu müəyyən edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun təqdim etdiyi 26 may 2025-ci il tarixli arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qalması barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna hər hansı məlumat daxil olmamış və bununla bağlı araşdırma aparılmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl azad edilmiş, 3.000 (üç min) manat cərimə cəzası ödənilməmiş qalmışdır. Tədqiq olunan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ikinci dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzası 6 ay azalmış və o, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndi ilə cərimə cəzasının ödənilməmiş hissəsindən azad edilmişdir (iş vərəqə: cild İ, səh.80-81). Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsini, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Amnistiya aktı tətbiq olunmaqla cərimə cəzasının ödənilməmiş hissəsindən azad edilməsini, baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayət hadisəsinin törədilməsinin 2024-cü ilin mart ayına təsadüf etməsini nəzərə alıb məhkumluqla bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu CM-nin 182.2.1, 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan əmələ münasibətdə ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə (burada: Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri) azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə onun məhkumluğu ödənilmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli 14 may 2024-cü il tarixdə, yəni Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsindən iki ildən artıq bir müddət keçdikdən sonra törətdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndi ilə tətbiq edilməklə Təqsirləndirilən şəxs cərimə cəzasının ödənilməmiş hissəsindən azad edilmiş və Amnistiya aktına əsasən onun məhkumluğu götürülmüşdür. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər barədə amnistiya tətbiq edilmiş, həmin Qərarın 7-ci bəndinə əsasən isə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə məhkumluqla bağlı məsələyə hüquqi qiymət verərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayət hadisəsinin törədilməsinə münasibətdə Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə təyin olunan 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl azad edilməsinə və yeni cinayət törədilməsinədək iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ilk hökm üzrə təyin olunan 3.000 (üç min) manat cərimə cəzasını ödəmədiyindən, bu, onun barəsində ikinci dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü çıxarılarkən nəzərə alınmış və həmin hökm üzrə təyin olunan iki il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzaları Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, yəni hökmlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayət hadisəsinin törədilməsinə münasibətdə məhkumluq ödənilməmişdir. Qeyd olunan bu xüsusata görə Təqsirləndirilən şəxs iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs kimi nəzərə alınmalı və əməli cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması onun barəsində cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1, 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzasnı ağırlaşdıran hal hesab olunur. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin olunması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməsi, əməlinin cinayətlərin təhlükəli residivini yaratması nəzərə alınmalı və Azərbaycan Respublikası CMnin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə cinayətlərin məcmusuna və Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4-cü maddəsinə münasibətdə təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ona qeyd olunan maddələrin sanksiyası hədlərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 may 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 may 2024cü il tarixdə şübhəli şəxs qismində tutulub məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilməklə Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,840 qram psixotrop maddə metamfetamin və 01 ədəd elktron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,840 qram psixotrop maddə metamfetamin və 01 ədəd elktron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar