Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-876/2021 25.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1993-cü ildə Rusiya Federasiyasında anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev Prospekti, ev 120, mənzil 36-da qydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliy PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliy PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdə saat 17:15 radələrində ünvan 3 evin 36 saylı mənzilində tanışı Təqsirləndirilən şəxs1 60 manata satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,594 qram olan, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) aid psixotrop maddə metamfetamin psixotrop maddə əldə edərək saxlamaqla daşımış, həmin gün saat 17:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu, Q.Qarayev prospekti 120 saylı binanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli qadın əl çantasının içərisindən bir ədəd plastik qabda külli miqdarda, 2,594 qram olan ağ kristalik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və yerdə, qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,594 qram olan kustar üsulla hazırlanmış, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) aid psixotrop maddə metamfetamin əldə edərək daşımaqla yaşadığı ünvan 3 evin 36 saylı mənzilində saxlamış, 28 oktyabr 2020-ci il tarixdə saat 17:15 radələrində həmin psixotrop maddəni 60 manat müqabilində yaşadığı mənzildə tanışı Təqsirləndirilən şəxs2 satmış və həmin gün saat 17:30 radələrində Nizami RPİ- nin 24-cü PŞ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 120 saylı binanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli qadm əl çantasının içərisindən bir ədəd plastik qabda külli miqdarda, 2,594 qram olan ag kristalik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, onun üzərində narkotik vasitə olmamış, heç kimə də narkotik vasitə satmamışdır. O, özü narkotik vasitənin aludəçisidir. Sevdanı da qəbul edən kimi tanımışdır, çox zaman birlikdə qəbul etmişlər. Həmin günüdə Sevda ilə görüşmüşlər, lakin, Sevdaya narkotik vasitə satmamışdır. Sevda ilə görüşdükdən təxminən 2-3 saat sonra, Qara Qarayev prospekti 120 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə satışında şübhəli bilindiyi üçün onu Polis Şöbəsinə dəvət etmişlər və onu 24-cü PŞ-nə gətirmişlər. Orada Videokamera vasitəsi ilə üzərimə baxış keçirilmiş və üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Sultan şadlıq sarayı ilə üzbə-üz yerləşən “Qara Qız” gözəllik salonunda çalışır. 28 oktyabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı mənzildə olarkən əvvəllər tanıdığı Şaban ona zəng edərək əlində şüşə narkotik vasitəsi olduğunu, 60 manata satdığını, istiyirsə gəlib götürməsini demişdir. Bundan sonra o, evdən “2111” taksi xidmətinə zəng edərək yaşadığı ünvandan Q.Qarayev prospekti 120 saylı ünvana taksi sifariş vermişdir. Şabanın yaşadığı evin qapısının yanına gəlmiş, qapını döyəndə evdə heç kim olmamışdır. O, həmin zaman Şabana zəng edəndə evdə omadığını, gələndə zəng edəcəyini bildirmişdir. Sonra o, ordan çıxıb işlədiyi salona getmişdir. Daha sonra salonda olanda Şaban zəng edərək evdə olduğunu və gələ biləcəyini demişdir. Bundan sonra, rəfiqəsi Əzizəyə onunla birlikdə sifarişi götürmək üçün getməsini xahiş etdiyindən ona inanıb və oradan, taksi ilə yenidən Şabangilə getmişlər. Həmin ünvana gəldikdə qapını döymüş, Əzizə isə kənarda dayanmışdır. Şaban qapını açıb onu içəri dəvət etmiş, içəridə olanda, onu qapıda gözlətmiş və içəri otağa keçərək ağ rəngli plastik qabda şüşə deyilən narkotik vasitəni gətirib biraz özünə götürdüyünü, qalanının qabda olduğunu, qiymətinin 60 manat olduğunu demiş və o, üzərində olan qara pul kisəsindən 3 ədəd 20 manatlıq olmaqla 60 manat pul verərək həmin narkotik vasitəni götürmüşdür. Həmin qutunu üzərində olan qara rəngli dırnaq qabına qoyub çantasına yerləşdirmişdir. Daha sonra evi tərk edib blokdan çölə çıxan zaman Əzizə şəxsi işləri ilə əlaqədar olaraq aralaşaraq çıxıb getmişdir. Çölə çıxdıqdan sonra küçədə polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmişdir. Şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə üzərində sənəd olmadığını bildirmiş və polis əməkdaşları onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə 24-cü Polis Şöbəsinə getmişdir. O, Şabandan aldığı narkotik vasitəni çantasından çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sevda ilə bir yerdə işləyir. Adətən sifarişləri olan zaman birlikdə getmişlər. Həmin günü də Sevda bildirmidir ki, sifarişi var, o da Sevda ilə birlikdə getmişdir. Lazım olan ünvana çatanda Sevda ondan aralaşmışdır ki, gedib öz sifarişini götürsün. Gedib pulun vermiş, əşyasın götürmüş, o da oradan uzaqlaşıb getmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə ilə əlaqədar həbs olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 28 oktyabr 2020-ci il tarixdə «Nigar» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat raportla şöbə rəisinə məruzə olunduqdan sonra, yaradılmış əməlityyat qrupu tərkibində həmin gün keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində «Nigar» adlı şəxsin olduğu yer müəyyən edilərək Nizami rayonu, Q.Qarayev prospektinə gəlmiş və saat 17.30 radələrində Q.Qarayev prospekti 120 saylı binanın yaxınlığında xarici əlamətləri «Nigar» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görüb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan sonra təklifə əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə gəlmişlər və PŞ-də hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi Təqsirləndirilən şəxs2 elan edilməklə üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, o, təkliflə razılaşaraq əlində qara rəngli çantanın içərisində olan plastik qabı çıxararaq təqdim edib həmin plastik qabda psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün 60 manata Şaban adlı şəxsdən almasını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra əməliyyat tədbirləri davam etdirilərək həmin gün «Şaban» adlı şəxsin olduğu yer müəyyən edildikdən sonra həmin gün saat 20 radələrində ünvan 3 ünvanın qarşısında xarici əlamətləri «Şaban» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Bundan sonra onların təkliflərinə əsasən birlikdə 24-cü PŞ- nə gəlmiş və PŞ-də hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunduqdan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, o, üzərində heç bir qanunsuz əşya olmamasını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 həqiqətəndə Sevda adlı tanışına psixotrop maddə metamfetamin verdiyini etiraf etmiş, daha sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 və Şahid6 oğlu, Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/2317 saylı 29.10.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi olan, ad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd plastik qabda 2,594 qram olan ağ kristal ik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 3194 saylı 12.11,2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 3180 saylı 12.11.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Binəqədi rayon məhkəməsinin 17.08.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına, Nizami rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi üzrə 06 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmış və ona təyin olunmuş cəzanın 09 ay 20 gününü çəkmiş, üzərində çəkimlməmiş 01 il 02 ay 08 gün cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il, 02 (iki) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 07 (yeddi) ay 04 (gün) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2nn Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən əməlində cinayətin residivi cəza təyin edilərkən nəzərə alınmır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər, Xətai rayon məhkəməsinin 20.10.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəzası qalmamış lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsinə görə cinayətlərin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Bundan əlavə Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3 maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanı Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş mateiallarından görünür ki, Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, ləğv edilməli və Bakı şəhər Xətai rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmaqla barsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nizami RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 2,544 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilməlidir, 3 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 65 ( altmış beş) manat təqsirləndirilən şəxslər arasında bölünərək 32 manat 50 qəpik Təqsirləndirilən şəxs2 və 32 manat 50 qəpik Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 462 (dörd yüz altmış iki) manat, Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 462 (dörd yüz altmış iki) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhər Nizami rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il, 02 (iki) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 07 (yeddi) ay 04 (gün) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın, qəti olaraq üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, ləğv edilsin və Bakı şəhər Xətai rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə barsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nizami RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 2,544 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilsin, 3 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 65 ( altmış beş) manat təqsirləndirilən şəxslər arasında bölünərək 32 (otuz iki) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs2 və 32 (otuz iki) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 460 (dörd yüz altmış iki) manat, Müdafiəçi2 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı vəkil bürosunun hesabına 462 (dörd yüz altmış iki) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-876/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-876/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver