Məhkəmə qərarları › İş №1(101)-876/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-876/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-876/2023 27.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 21/1 yataqxanada qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 30 sentyabr 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 1,837 qram və 1,685 qram, ümumi təmiz çəkiləri 3,522 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 30 sentyabr 2022-ci il tarixdə, saat 13:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivi ərazisində dəmiryolu xəttinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd külli miqdarda, yəni 1,837 qram və 1,685 qram, ümumi təmiz çəkisi 3,522 qram qəhvəyi rəngli kütlələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitənin yalnız istifadəçisidir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nə aparılan zaman orada ona fiziki təzyiq olunmuşdur. Polis əməkdaşları onu dostu Anarın yaşadığı mənzildə saxlayan zaman ona bildirmişlər ki, “narkotik vasitələri üzərinə götürməlisən”. O, Suraxanı RPİ-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı edilən fiziki təzyiqə və şantaja dözməyərək özünü kəsməyə başlamışdır. Şahid1 adlı polis əməkdaşı onun yanına gələrək şantaj edilmədiyini, onu törətdiyi əmələ görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə rəsmiləşdirəcəklərini və növbəti gün Polis bölməsindən sərbəst buraxacaqlarını bildirmişdir. O da bununla razılaşmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun polis əməkdaşları tərəfindən saxlanıldığı mənzil dostu Anara məxsusdur. Anar öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. O, narkotik vasitə istifadəçisidir. O, Anargilə narkotik vasitə marixuana almağa getmiş və Anarın yaşadığı mənzilə gələn zaman artıq görmüşdür ki, dörd-beş nəfər şəxs orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, Anarın yaşadığı mənzilin qapısını açan zaman polis əməkdaşları onu da saxlamışlar. O, 29 sentyabr 2022-ci il tarixdə axşam saatlarında, yəni hava qaralan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cu Polis bölməsinə aparılmış, orada olan zaman 30-cu Polis bölməsinin Etibar və Bəşir adlı polis əməkdaşları tərəfindən ailə üzvləri ilə bağlı şantaj edilmişdir. Polis bölməsində olarkən o, Etibar, Bəşir və Eldəniz adlı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmışdır. O, Polis bölməsindən İstintaq Təcridxanasına təhvil verilən zaman onun bədənində olan kəsik izlərini özünün yetirdiyini bildirmiş, həmin vaxt onun üzərində başqa xəsarətlər olmamışdır. O, ancaq marixuanadan istifadə etdiyinə görə narkomaniya xəstəliyindən əziyyət çəkməmişdir. Onun yaşadığı yataqxana 30-cu Polis bölməsinin ərazisidir. Əvvəllər onun polis əməkdaşları ilə problemi olmamışdır. Sadəcə bir dəfə Eldəniz və Etibar adlı polis əməkdaşları onun işlədiyi mağazaya gələrək 6-7 manatlıq ərzaq alıb pulunu ödəməyərək getməyə çalışmışlar, o da həmin vaxt Eldəniz və Etibarla mübahisə etmişdir. Bu mübahisədən 15-20 gün sonra o, tutulmuşdur. Polis əməkdaşları onun narkotik vasitədən istifadə etdiyini bilməmişlər. O, əvvəllər Anardan narkotik vasitə almamışdır. O, təsadüfən Anarla yolda qarşılaşan zaman onların arasında narkotik vasitə ilə bağlı söhbətləri olmuşdur. Anar ona bildirmişdir ki, onun üçün narkotik vasitə təşkil edə bilər. O, polis əməkdaşları tərəfindən ailə üzvləri ilə bağlı edilən şantaja dözməyərək polis əməkdaşlarının onun qarşısına qoyduqları narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. O, 29 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində mobil telefon olmuş və telefonda ***-***-**-** nömrəli mobil nömrə olmuşdur. O, 29 sentyabr 2022-ci il tarixdə, axşam saat 18:00-19:00 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilən zaman həmin videoçəkilişdə müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdilərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamasını, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmasını, yaxın qohumu olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə polis əməkdaşları tərəfindən təhdid edilməsini, bunun nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməsini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi ərazisində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmişdir. Onlar həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində axtarış həyata keçirilməsi zərurətinin yarandığını demişlər və ona görə də həmin şəxsi Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs könüllü şəkildə cibindən narkotik vasitə hesab edilən heroini çıxararaq onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 10-11) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün saat 13:00 radələrində Sadıqov X4 RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivində saxlanılaraq 30-cu Polis şöbəsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf bükümdə olan kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5639 nömrəli rəyindən (cild 1, iş vərəqə 47-48) görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən” və.s yazılar, imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,837 qram, 1,685 qram, ümumi təmiz çəkiləri 3,522 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 60- 61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-586/2022 saylı qərarından (cild 1, iş vərəqə 88-93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi respublika X6 hüquqi Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 7629 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 133-134) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 2817 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən (cild 1, iş vərəqə 131-132) görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş və onun üzərində ödənilməmiş məhkumluğu var. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 137-148) görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,402 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin saxlnanc otağına verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-35/2023 saylı qərarından (cild 1, iş vərəqə 181-185) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 19 fevral 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 622-x-23 nömrəli cavab məktubundan və ona əlavə edilmiş 407-c-22 nömrəli materialdan (cild 2, iş vərəqə 15-32) görünür ki, Təqsirləndirilən şəxs mübahisələndirdiyi hallarla bağlı araşdırma aparılmış, həmin araşdırma zamanı onun, polis əməkdaşları Şahid1, Şahid2, Eldəniz Məmmədov, Bəşir Nəcəfovun izahatı alınmış, habelə Təqsirləndirilən şəxs barəsində ekspertiza keçirilmiş və xx.xx.2022-ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aid tibbi kitabçada qeyd edilən xəsarətlər kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, özü tərəfindən özünə dəmir parçasısının kəsici kənarı yetirə bilməsi inkar olunmur, eləcə də qeyd edilən xəsarətlərin törədilmə müddəti barədə fikir söyləmək mümkün deyil. Nəticədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3-16-17/6/2-9005/2023 saylı cavab məktubundan (cild 2, iş vərəqə 46) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi ona tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və o, cəzanın sonu ilə xx.xx.2022-ci il tarixdə 1 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin AZF/LGL-2979/23 saylı cavab məkubundan (cild 2, iş vərəqə 68) görünür ki, **********, **********, **********, **********, **********, **********, ********** və ********** saylı mobil nömrələr sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin 23635 saylı cavab məkubundan (cild 2, iş vərəqə 92) görünür ki, ***-***-**-** və 070-447-4053 saylı mobil nömrələr "xxxx" MMC-yə məxsus deyil. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin AZF/LGL-15228/23 saylı cavab məktubundan (cild 2, iş vərəqə 98) görünür ki, ***-***-**-** və 070-447-4053 saylı mobil nömrələr Azerfon şəbəkəsində istifadə edilməmişdir. Həmçinin ***-***-**-** saylı mobil nömrədə daşınma xidməti aktiv edilməmiş və ***-***-**-** saylı mobil nömrədə addan-ada əməliyyatında istifadə edilməmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin BKC/LGL-15138 saylı cavab məkubundan (cild 2, iş vərəqə 103) görünür ki, 070-447-4053 saylı mobil nömrə Bakcell şəbəkəsində istifadə edilməmişdir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-48/2020 saylı hökmündən (cild 1, iş vərəqə 112-119) görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(007)-1009/2021 saylı qərarından (cild 2, iş vərəqə 51-53) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxsə aid şəxsi işə əlavə edilmiş məlumatdan (cild 1, iş vərəqə 262) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:45 radələrində tibb-sanitar hissəsində müayinə olunan zaman hər iki saidin ön səthindən çoxsaylı kəsilmiş qərtməkli yaralar və boynun sağ yan nahiyəsində 2 ədəd sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Aşkarlanmış yaralar ilə bağlı saxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd edilən xəsarətləri o, həbs olunan zaman özü-özünə yetirmişdir. Təqsirləndirilən şəxsə aid şəxsi işə əlavə edilmiş izahatdan (cild 1, iş vərəqə 265) görünür ki, Təqsirləndirilən şəxs boynunun sağ tərəfində və hər iki qolunda kəsilmiş qərtməkli yaralar aşkar edilmiş və o, qeyd edilən xəsarətləri həbs olunan zaman özüözünə yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə aid şəxsi işə əlavə edilmiş aktdan (cild 1, iş vərəqə 272) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldığı İstintaq Təcridxanasında ünvansız xoşagəlməz ifadələr işlədərək səs-küy salmış, həmçinin özünü kobud və aqressiv şəkildə aparmaqla təcridxananın daxili qaydalarını kobud şəkildə pozmuşdur. Təqsirləndirilən şəxsə aid şəxsi işə əlavə edilmiş izahatdan (cild 1, iş vərəqə 273) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldığı təcridxanada daxili qaydaları pozduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsə aid şəxsi işə əlavə edilmiş məlumatdan (cild 1, iş vərəqə 285) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində Suraxanı RPİ-nin MSY-nin əməkdaşları tərəfindən istintaq təcridxanasına təhvil verildikdən sonra təxminən saat 16:30 radələrində tibbi-sanitar hissəsində müayinə olunan zaman boynun sağ nahiyəsində 1 ədəd, sağ döş nahiyəsində 2 ədəd, sol döş nahiyəsində 2 ədəd, qarın nahiyəsində 6 ədəd, sağ bazu nahiyəsində 3 ədəd, sol bazu nahiyəsində 3 ədəd, sağ saidin içəri səthində 6 ədəd, sağ saidin bayır səthində 3 ədəd, sol saidin içəri səthində 8 ədəd, sol saidin bayır səthində 4 ədəd kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd edilən xəsarətlərlə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Surxanı RPİ-nin MSY-də olarkən barəsində olan cinayət işinin qeyri obyektiv aparılmasına görə əsəb gərginliyi keçirərək oradan tapdığı metal qırığı ilə özü-özünə yetirmişdir. Təqsirləndirilən şəxsə aid şəxsi işə əlavə edilmiş izahatdan (cild 1, iş vərəqə 289) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən istintaq təcridxanasına gətirildikdən sonra orada tibbi müayinədən keçmiş, həmin vaxt onun üzərində çoxsaylı xəsarətlər aşkar edilmiş və o, həmin xəsarətlərlə bağlı bildirmişdir ki, barəsində olan cinayət işinin qeyri obyektiv aparılmasına etiraz edərək tapdığı metal qırığı ilə özü-özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsə aid tibbi kitabçadan (cild 1, iş vərəqə 293-299) görünür ki, Təqsirləndirilən şəxs saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən hər iki saidin ön səthində çoxsaylı kəsilmiş qərtmərkli yaralar və boyunun sağ yan nahiyəsində 2 (iki) ədəd sıyrılmış qərtmərkli yara aşkar edilmişdir. Təqsirləndirilən şəxs həbs edilən zaman özü-özünə həmin xəsarətləri yetirdiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 13:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivi ərazisində saxlanılaraq 30-cu PŞ-nin inzibati binasına aparılmış və orada onun üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,522 qram olan kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində tutulduqdan, həm təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, həm də videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin növünü və çəkisini, həmin vasitələrin ona məxsus olduğunu mübahisələndirməmiş, əksinə həmin vasitələri xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verərək polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını, əksinə narkotik vasitə marixuana almaq üçün tanışı Anarın yaşadığı evə getdiyini, sonuncunun evinə daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cu Polis şöbəsinə aparıldığını, orada döyüldüyünü və yaxın qohumu olan şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ona psixoloji təzyiq göstərildiyini, bunun nəticəsində də etirafedici ifadə verdiyini bildirməklə irəli sürülmüş ittihamı bütovlükdə mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları araşdırmaq məqsədi ilə onun saxlanıldığı istintaq təcridxanasından şəxsi iş materiallarını və tibbi kitabçanı əldə edərək məhkəmə istintaqında tədqiq etmişdir. Ona aid şəxsi işin materiallarından və tibbi kitabça əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən onun üzərində bir neçə xəsarət aşkar olunmuş, həmin xəsarətlər qeydə alınmış, habelə bu barədə ondan izahat alınmış və həmin xəsarətlərlə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən etiraz əlaməti olaraq həmin xəsarətləri özü-özünə yetirmişdir. Eyni zamanda məhkəmə istintaqında da qeyd edilən tibbi sənədlər tədqiq edilərkən Təqsirləndirilən şəxs həmin xəsarətləri özü-özünə etiraz əlaməti olaraq yetirdiyini, yəni boğazını və qollarını kəsdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və daha sonra 30-cu Polis şöbəsinə təhvil verilərkən, habelə bundan sonra polis əməkdaşları tərəfindən döyülməmiş və işgəncəyə məruz qalmamışdır. Eyni zamanda şəxsin işin materiallarından və tibbi kitabçadan Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə çoxsaylı xəsarətlərin aşkar edilməsi qeydə alınsa da, şəxsi işə əlavə edilmiş izahatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən istintaq təcridxanasına gətirildikdən sonra tibb işçiləri tərəfindən tibib müayinədən keçmiş və həmin vaxt onun üzərində çoxsaylı yeni xəsarətlər aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs həmin xəsarətlərlə də bağlı bildirmişdir ki, o, ibtidai istintaq orqanı tərəfindən əməlinin tövsifi ilə razılaşmamış, yəni ibtidai istintaqın aparılmasından narazı qalaraq saxlanıldığı yerdə tapdığı metal qırığı ilə özünə çoxsaylı xəsarət yetirmişdir. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs qeyd edilən tarixdə qeydə alınmış xəsarətlərlə bağlı bildirmişdir ki, o, həmin xəsarətləri özü-özünə yetirmişdir. Şəxsi işə aid materiallar və tibbi kitabça məhkəmə iclasında tədqiq edildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən birbaşa fiziki təzyiq göstərilməmiş, əksinə ona psixoloji təzyiq göstərilmiş, yəni polis əməkdaşları onu ailə üzvlərinin cinayət məsuliyyətinə cəlb ediləcəkləri təhdid etmişlər və nəticədə o, etirafedici ifadə verməyə məcbur olmuşdur. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması, habelə sair formada qeyri-insani rəftara məruz qalması halları müəyyən edilməmişdir. Ailə üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hissədə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd edilən hissədə iddia etdiyi halları məhkəmədə sübuta yetirə bilməmiş, habelə bununla bağlı məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2022-ci il tarixdə, təxminən saat 13:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivi ərazisində saxlanılaraq 30-cu PŞ-nin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,522 qram olan kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda, ümumi təmiz çəkisi 3,522 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraiti və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq və yoxlanılmış əməliyyat məlumatı olmamış, əksinə cinayət işinə əlavə edilmiş raportlardan görünür ki, əməliyyat orqanına daxil olmuş məlumat onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, yəni onun konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanında dəqiq məlumat olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olduğunu bildirsələr də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmadığını bildirmişlər. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Belə ki, şəxsin üzərindən 2 (iki) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, həmin vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə xx.xx.2022-ci il tarixdə onun üzərindən külli miqdarda, yəni 3,522 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə gəldikdə isə məhkəmə belə hesab edir ki, 3,522 qram çəkidə narkotik vasitə heroin həmin vasitələri istifadə edən şəxsin bir neçə dəfəlik istifadə dozasını təşkil edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan qara rəngli cins şalvarının cibindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun vasitənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, ibtidai istintaq zamanı təzyiq altında ifadə verməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti təzyiq altında etiraf etdiyini bildirsə də, o, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı başlananadək məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlarla bağlı heç bir orqana müraciət etməmiş, istinad etdiyi pozulmuş hüquqlarının bərpasına yönəlmiş heç bir hərəkət etməmişdir. Həmçinin, o, onun üzərində şəxsi axtarış aparılan zaman və sonradan dəfələrlə ifadə verən zaman heç vaxt onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmasını, həmin maddənin növünü və çəkisini mübahisələndirməmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək hər hansı bir sübutu əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu etirafedici ifadələr verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq həmin vasitəni əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və uşaq evində böyüməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, o, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, cəzasını çəkib qurtardıqdan bir neçə ay sonra yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisini, həmin vasitənin insan orqanizminə ziyanını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,402 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,402 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar