Məhkəmə qərarları › İş №1(101)-876/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-876/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-876/2025 02.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2002-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xeyli və külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs tanışı istintaqla müəyyən olunmamış Bəxtiyar adlı şəxslə qazanc əldə etmək məqsədi ilə narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün qabaqcadan əlbir olub bir şəxs halında birləşərək aralarındakı rol bölgüsünə əsasən Bəxtiyar adlı şəxsin tapşırığı və telefonun «WHATS APP» proqramı vasitəsi ilə göndərdiyi fotoşəkillərə uyğun olaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 8 ünvanın yaxınlığına gəlib, orada gizlədilmiş içərisində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin», «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhddulaşdırılmış narkotik vasitələrin» və « Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahılarına daxil edilmiş 01 bükümdə külli miqdarda 20,001 qram ağ rəngli kristal şəkilli kustar üsulla hızarlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 18,338 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xeyli miqdarda 10 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş bozumtulqəhvəyi rəngli, tərkiblərində təsiredici maddənin miqdarı 0,4 qram olan narkotik vasitə metadon dərman həbləri və 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 9,66 qram, 1060 qram və 625 qram olmaqla külli miqdarda cəmi 1694,66 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana olan qablaşdırılmış sellofan torbanı və bağlamanı götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək narkotik vasitələrin bir hissəsini gödəkçəsinin cibinə qoyub, bir hissəsini politetilen torbada saxlayaraq Bəxtiyar adlı şəxsə çatdırmaq üçün ünvan 2 ünvanda Nərimanov rayon Pİ-nin 17-ci Polis şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üstündə videoçəkilişlə yoxlama aparılarkən gödəkçəsinin cibindəki bir ədəd bağlamada və əlindəki polietilen torbada 01 bükümdə 20,001 qram ağ rəngli kristal şəkilli kustar üsulla hızarlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 18,338 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddənin miqdarı 0,4 qram olan narkotik vasitə metadon, 3 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 9,66 qram 1060 qram və 625 qram, cəmi 1694,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, on beş yaşından iyirmi yaşına kimi marixuana istifadə etmiş, on altı-on yeddi yaşından dərmanlardan və həblərdən istifadə etmişdir. O, özü “Təmiz Həyat” adlı reabilitasiya mərkəzində işləmiş və asılılıqdan əziyyət çəkən şəxslərə kömək etmişdir. Bəxtiyar adlı şəxsi Qubalı kimi tanımış, əvvəllər birgə narkotik istifadə etmişlər, o, Bakıda Bəxtiyar isə Qubada olmuşdur. Bəxtiyar zəng edən zaman o, anası ilə evə getmiş, Bəxtiyar ona “mənə “zakladka” atacaqlar, adam yoxdur gedib götürsün, sən gedib götürə bilərsən, ya yox” demişdir. O, Bəxtiyara nə isə problem yarana biləcəyini demiş, Bəxtiyar da narahat olmamasını, heç bir problem yaranmayacağını və gedib götürməsini bildirmişdir. Bəxtiyar “konum”u və şəkilləri ona atmış, gedib götürdüyü yerdə polislər onu tutmuşlar. Onun götürdüyü balaca bir “paket” olmuşdur. Polis əməkdaşları maşını hasarın qabağında saxlamışlar, onu saxlayarkən “üzərimdən çıxan budur” demiş, sonra onu hadisə yerinə aparmışlar və oradan iki kiloqram marixuana çıxmış, lakin iki kiloqrama yaxın olan narkotik ona məxsus olmamışdır. Onu tutan şəxslər həmin narkotiki oraya qoymuşlar. Orada olan təzyiqlərə görə həmin anı həmişə yox, birinci dəfə yaşadığından qəbul etmişdir. Ona olan təzyiqlər aqressiyya və vurulma olmuşdur. Yeddi nəfər olduqlarından və hərəsi bir tərəfdən vurduğundan onu kimin vurduğunu bilməmişdir. On-on beş dəqiqə hadisə olan ərazidə söhbətlər olmuş, ondan sonra çəkiliş aparılmışdır. Daha sonra bölməyə aparılmış, orada çəkiliş olmamışdır. Onun yanına dövlət hesabına təyin edilmiş vəkil gəlmiş və vəkilə razı olmadığını demişdir. Konumla olmasa da daha əvvəllər gedib narkotik götürmüşdür. Narkotiki Nərimanov ərazisində olan zavodun yaxınlığında hasar tərəfdə otluq olan yerdən götürmüşdür. Bəxtiyarla arasında götürəcəyi narkotikdən onun da istifadəsi üçün verəcəyi barədə hansısa anlaşma olmamışdır. Ümumiyyətlə onunla Bəxtiyarın arasında əvvəldən hansısa razılaşma olmamışdır. Birinci dəfə Bəxtiyarın yolladığı konum üçün getmişdir. Bəxtiyarın özünü də indi tutmuşlar. O, ********** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Səhv etmirsə Bəxtiyarın telefon nömrəsinin sonu 30-30 olmalıdır. O, Bəxtiyarla 56 dəfə telefonla danışdığı dövrdə Bəxtiyar narkotiklə məşğul olmamışdır. Videogörüntüdə olan göy rəngli bağlama ona məxsus olmamışdır. Videoçəkilişdə ona aid olmadığını deməmişdir, çünki desə idi, videonu silib çəkilişi təkrar edəcəkdilər. İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsusdur. O, törətdiyi əməldən peşmandır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Əvvəllər narkotik vasitə heroin və marixuanadan istifadə etmişdir. 20 sentyabr 2024-cü il tarixdə axşam saatlarında həmyerlisi və uzun müddətdir tanıdığı Bəxtiyar adlı şəxs ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramı vəsitəsi ilə zəng edərək İran vətəndaşı olan bir nəfər şəxsin Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” m/s yaxınlığında olan bir yerdə narkotik vasitə olan marxiuana, metadon, heroin və patı gizlətdiyini bildirib həmin maddələri oradan götürüb Quba rayonuna gətirərək çatdırmasını xahiş etmişdir. Sonra isə Bəxtiyar “WhatsApp” vasitəsi ilə həmin maddələrin olduğu bükümlərin şəkillərini və məkan məlumatlarını (konumunu) göndərmişdir. O, da Bəxtiyarla razılaşdığından xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində dediyi ünvana, yəni ünvan 6 həmin ərazidə gəzişdikdən sonra narkotik vasitələrin gizlədildiyi yeri tapmış və oradan bir ədəd içərisində patı, heroin, marixuana və metadon həbləri olan bükümü götürərərk əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuş, eləcə də içərisində marixuana olan iki ədəd bağlamanın olduğu torbanı əlinə götürmüş və oradan uzaqlaşmağa başlamışdır. Bir qədər yol getdikdən sonra ona 4 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər, ondan özünü təqdim etməsini xahiş etmişlər. Bütün bu proseslər zamanı videoçəkiliş aparılmışdır. O, özünü təqdim etdikdən sonra həmin şəxslər onun narkotik vasitələrin əldə edilməsində, saxlanmasına və daşınmasında şübhəli olduğunu bildirmişlər və üzərində qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsini xahiş etmişlər. O da bu təklifə uyğun olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan bir ədəd bükümü təqdim etmiş, büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuş, bundan başqa isə oradan bir ədəd bükümdə ağ rəngli kristal maddə, metadon həbləri və bir ədəd şəffaf sellofanda marixuana aşkar edilmişdir. Əlində olan torbanı təqdim etdikdən sonra onun içərisindən 2 ədəd qara rəngli bağlamalar çıxarılaraq açılmış və bağlamaların içərisində marixuana olduğu aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər və bağlamalar elektron tərəzilərdə ölçülərək qablaşıdırılmış və möhürlənmişdir. Bundan başqa o, üzərində olan özünə məxsus “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini də təqdim etmiş, həmin əşya və sənədi də zərfə qoyulmuşdur. Bundan sonra o, polis şöbəsinə aparılmış və orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. O, Həmin narkotik vasitəni tanışı olan Bəxtiyarın istəyi ilə ona istfadə etməyi üçün verəcəyi narkotik vasitənin qarşılığında gizlədildiyi yerdən götürmüş, həmin narkotik vasitəni Quba rayonuna aparıb Bəxtiyara təhvil verəcəkdi. O, narkotik istifadəçisidir, satışı ilə məşğul olmur. Həmin narkotik vasitənin necə və kim tərəfindən onun götürdüyü yerə gətirilməsi barədə dəqiq məlumatı yoxdur. Lakın, Bəxtiyar demişdir ki, həmin narkotik vasitə tanışı olan İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə həmin yerə gətirilmişdir. Bəxtiyar Quba rayonunda yaşayır, istifadəsində isə ***-***-**-** saylı mobil nömrə vardır. Onun istifadəsində saxlanılan zaman təqdim etdiyi mobil telefon vardır, həmin mobil telefonda isə ***-***-**-** saylı mobil nömrədən istifadə edir (İ cild, səh. 76-79). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona daxil olmuş məlumat əsasında ayın 20-dən 21-ə keçən gecə Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığında “Araz” küçəsində şəxsi saxlamışlar. Onlar şəxsi hərəkətdə olan zaman əlində göy sellofanla görmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı deyilmiş, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hansısa əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Əvvəlcə özündə olan bükümləri, daha sonra isə əlində olan göy sellofanda olan bükümləri təqdim etmişdir. Aşkar edilənləri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Hadisə yerində videoçəkilişdən sonra məsələ ilə bağlı digər istinaq hərəkətlərinin aparılması üçün şəxs 17-ci Polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotiklə birgə şöbənin təhqiqatçısına təqdim etmişlər. Təhqiqatçıya təqdim etməzdən əvvəl narkotik zərfdə qablaşdırılmış, həm onlar, həm də təhqiqatçı aşkar edilən narkotik vasitələri çəkmişdir. Şöbədə olan baxışda da eyni əməkdaşlar iştirak etmişlər. Aşkar edilənləri ekspertizaya kimin təqdim etməsi onun yadında qalmamışdır. Bəxtiyar adlı şəxslə bağlı onlarda nə istintaqdan, nə də şəxsin özünün deməsindən məlumat olmamışdır. Saxlanılan zaman təqsirləndirilən şəxsə heç bir zor və təzyiq göstərilməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nərimanov RPİ 17-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətlərinə cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və s. daxildir. xx.xx.2024cü ildə Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və şöbənin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilləri X9 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat-tədbirləri davam etdirilərkən barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs gecə saatlarında Nərimanov rayonu Araz küçəsinə gələcəyi barədə əlavə məlumat daxil olmuşdur. Əməliyyat qrupu tərəfindən həmin ərazi nəzarətə götürülmüş və müşahidə aparılmışdır. 2024-cü ilin sentyabr ayının 20-dən 21-nə keçən gecə saat 00:40-da xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görmüşlər. Onun əlində göy rəngli sellofan torba olmuşdur. Dərhal onu “Araz” küçəsi 8 ünvanda saxlamışlar. Özlərini təqdim etmiş və ondan özünü təqdim etməyi tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olmasını təsdiq etdikdən sonra onun üzərində videoçəkilişlə axtarış başlanmışdır. Axtarışa başlamazdan əvvəl Şahid1 ona hansı səbəbdən saxlanıldığı barədə məlumat verib, hüquqlarını, o cümlədən müdafiəçiyə malik olmaq hüququnu izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin cibindən bir ədəd bağlama təqdim etmişdir. Həmin bağlama açılanda içərisindən tünd qəhvəyi rəngli maddə, bundan əlavə 1 ədəd şəffaf rəngli bükümdə ağ kristallardan ibarət maddə, digər şəffaf rəngli bükümdə bitki mənşəli kütlə və 10 ədəd üzərində F/M40- həkk olunmuş dərman preparatları aşkar olunmuşdur. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmişdir. Tünd qəhvəyi rəngli maddənin çəkisi 25,58 qram, bitki mənşəli kütlənin çəkisi 10,37 qram, ağ rəngli kristallardan ibarət maddənin çəkisi isə 21,36 qram olmaları müəyyən olunmuşdur. Bundan sonra əlindəki torbaya da baxış keçiriləndə torbada iki ədəd qara rəngli selofandan bağlamalar müəyyən olunmuşdur. Bağlamalar bir-bir açılmış və hər birinə bitki mənşəli kütlə qablaşdırılması məlum olmuşdur. Bağlamalar tərəzidə çəkilmiş, bir bağlamada 1,185 qram, ikinci bağlamada isə 0,689 qram bitki mənşəli kütlənin olması məlum olmuşdur. Aşkar olunmuş narkotikə oxşar maddələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs özünə məxsus 1 ədəd «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və 48 manatı da təqdim etmişdir. Pul ona qaytarılmışdır. Digər əşyalar götürülmüşdür. Təqsirləndirilən şəxs saxlandığı yerdə protokol tərtib etməyə şərait olmadığından 17-ci Polis şöbəsinə gətirilmiş və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılandan dərhal sonra aşkar olunmuş maddələr qablaşdırılmışdır. Həmin maddələrə heç kimin müdaxilə etmək imkanı olmamışdır. Bundan başqa, onun üstünün yoxlanılması videoçəkilişlə həyata keçirilmişdir. Narkotik maddələri sellofan bağlamalarda çəkmişlər. Bu səbəbdən çəkidə fərq ola bilərdi. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunandan sonra təhqiqatçı aşkar olunmuş narkotik vasitələrə yenidən baxış keçirmiş və qablaşdırmışdır (İ cild, səh. 129-132). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş və tədbirdə dörd nəfər iştirak etmişlər. Sentyabr ayının 21-də axşam saat birə qalmış əməliyyat məlumatına əsasən bir nəfərə yaxınlaşmışlar və videoçəkiliş vasitəsilə özlərini təqdim etmişlər. Videoçəkiliş təmin edildikdən sonra əməkdaşları Şahid1 tərəfindən şəxsə hüquq və vəzifələri izah olunmuş, şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Üzərinə baxış keçirilərkən marixuana və “M-40” dərman preparatları aşkar edilmişdir. Bundan başqa əlində göy rəngli bağlama da olmuş, onlara da baxış keçirilmiş və ekspert rəyindən sonra içərisində marixuana olduğu müəyyən edilmişdir. Aşkar edilənlər videoçəkilişlə tərəzidə çəkildikdən sonra sənəldəşdirmənin davam etdirilməsi üçün şöbəyə aparılmışdır. Aşkar edilənləri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Saxlanılan zaman, idarədə təqsirləndirilən şəxsə qarşı heç bir zor və təzyiq olmamışdır. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 141-144). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, şəxs barəsində baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirində dörd nəfər iştirak etmiş və həmin əraziyə nəzarət edilərkən təxminən gecə saat birə qalmış təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Saxlanıldıqdan sonra hüquqları izah olunaraq üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş və videoçəkilişlə şəxs üzərində olan narkotik vasitələri təqdim etmişdir. Axtarış zamanı əlində göy rəngli sellofan olmuş, sellofandan iki ədəd büküm aşkar edilmiş, bundan başqa gödəkcəsinin cibindən də narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə narkotiki tanımadığı İran vətəndaşından əldə etmişdir. Onlar saxlayan zaman Mirəlidə xəsarət olmamışdır. Saxlanılan zaman, idarədə şəxsə qarşı hansısa formada zor və təzyiq olmamışdır. Elmar Aslanov ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 10.Məhkəmə iclasında şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 133-136). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 21 sentyabr 2024-cü il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirində üç nəfər iştirak etmişlər və məlumatı araşdırmaq üçün əraziyə getmişlər. Onlar şəxsin “Ulduz” metrosu ətrafına gələcəyini öncədən bilmişlər və şəxs əlində sellofan torba ilə yaxınlaşdıqdan sonra tərəflərindən saxlanılmışdır. Saxlanıldıqdan sonra videoçəkilişlə üzərində olan qanunsuz əşyanı təqdim etməsi təklif edildikdə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Səhv etmirsə üzərindən iyirmi qram marixuana aşkar edilmişdir. Bundan başqa iyirmi beş qram heroin, iki bağlamada da bir kiloqram və altı yüz qram olmaqla marixuana ayrılıqda aşkar edilmişdir. Aşkar edilənləri iran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra da şöbəyə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs hansısa təzyiq göstərilməmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 137-140). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1567 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 9,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 02 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1060 qram, 625 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 1694,66 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 38-42). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2024-cü il tarixli, 6/4655 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 219” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər və həblər; İştirak etddi: ə/m Şahid2 /imza/, ə/m Şahid3 /imza/, ə/m Şahid4 /imza/, ə/m Şahid1 /imza/ Təhqiqatçı: F.Osmanov /imza/ yazılar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi: 20,001 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi: 18,338 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,4 qram olan narkotik vasitə-metadon müəyyən edildi, metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir, Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir (İ cild, səh. 43-48). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 23 sentyabr 2024-cü il tarixli 6447 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 152-153). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 2767nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 149- 151). 17.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 21 sentyabr 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1(bir) büküm çıxararaq təqdim etmişdir. Daha sonra həmin büküm açılmış, içərisində tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin bükümün içərisindən bir ədəd şəffaf rəngli bükümdə ağ rəngli kristalşəkilli maddələr, bir ədəd şəffaf rəngli bükümdə bitki mənşəli kütlə və 10 ədəd üzərində “M40” yazısı olan həblər aşkar olunmuşdur. Aşkar edilmiş bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütlənin elektron tərəzidə çəkisi 25,58 qram, bir ədəd bükümdə olan bitki mənşəli kütlənin çəkisi 10.37 qram, bir ədəd bükümdə olan ağ rəngli kristalşəkilli maddələrin çəkisi isə 21,36 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əlində saxladığı göy rəngli sellofan torbaya baxış keçirilmiş, həmin torbadan iki ədəd qara rəngli sellofandan olan ezolentlə bağlanmış bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalara baxış zamanı orada bitki mənşəli kütlələrin olduğu müəyyən edilmişdir. Birinci bağlama elektron tərəzidə çəkilən zaman çəkisinin 1,185 kiloqram, ikinci bağlamanın çəkisinin isə 0,689 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş həmin maddələr iki ədəd zərfə və bir ədəd torbaya qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncu üzərində olmuş “Samsung” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin əşya və sənəd əhəmiyyət kəsb etdiyi üçün götürülüb zərfə qoyulmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 48 manat pul vəsaiti onun özünə qaytarılmışdır. Sadıqov X3 cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Quba rayonunda yaşayan tanışı Bəxtiyar adlı şəxsə çatdırılması üçün əldə etdiyini bildirmişdir (İ cild, səh. 10-11). 18.«Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 21 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, təqdim olunan 3 (üç) ədəd ağ rəngli zərfə, 1 (bir) ədəd torbaya və “İphone” markalı mobil telefonda videogörüntüyə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ədəd yazılı zərfdən 1 (bir) bükümdə bitki mənşəli kütlə, 1 ədəd yazılı zərfdən 1 ədəd bükümdə olan ağ rəngli kristalşəkilli maddə, 1 ədəd bükümdə tünd qəhvəyi rəngli maddə və 10 ədəd üzərində “M40” yazısı olan həblər, 2 (iki) ədəd bağlamalarda bitki mənşəli kütlə, 1 ədəd üzəri yazısız olan zərfdən isə bir ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra “İphone” markalı mobil telefonun yaddaşında olan videogörüntüyə baxış keçirilmiş, orada Təqsirləndirilən şəxs saxlanıldığı zaman çəkilmiş görüntülər əks edilmişdir. Həmin görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (İ cild, səh. 14-15). 19.«Telefon kartına baxış keçirilməsi barədə» 22 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş mobil telefonuna baxış keçirilmişdir. Baxışla aşağıdakılar müəyyən edilmişdir: mobil telefon «Samsung» markalıdır, ********** GSM nömrəsi taxılmışdır. Telefon işə salınmış və təqsirləndirilən şəxsin ifadəsini, yəni ********** GSM nömrəsinin sahibi ona narkotik vasitələri götürməyi tapşıran Bəxtiyar adlı şəxslə telefon bağlantılarının olmasını müəyyən etmək üçün son zənglər qovluğuna daxil olunmuşdur. Həmin qovluqda məlumatlar xx.xx.2024-cü ildən xx.xx.2024-cü illəri əhatə edir, Təqsirləndirilən şəxs ********** GSM nömrəsi ilə ilk telefon əlaqəsi xx.xx.2024-cü ildə saat 00:08-də olmuşdur. Bundan sonra onlar arasında 56-dəfə telefon bağlantısı olmuşdur. Sonuncu bağlantı xx.xx.2024-cü ildə saat 10:03-də olmuşdur. Həmin qovluqda iş üçün əhəmiyyətli olan digər məlumatlar aşkar edilməmişdir. Bundan sonra onların arasında «Whats App» proqramı vasitəsi ilə ötürülən məlumatları əldə etmək üçün «Whats App» qovluğuna daxil olunmuşdur. Təqsirləndirilən şəxs «Whats App» proqramı vasitəsi ilə ********** GSM nömrəli abonentla xx.xx.2024-cü ildə 8 dəfə əlaqəsi olmuşdur. Həmin əlaqələr 23:43 və 23:46-da buraxılmış səsli zəng, 00:08-də mesaj, 00:12-də buraxılmış videozəng, 00:37-də mesaj, 00:46-da buraxılmış video zəngdən ibarətdir. Lakin mesailar və video zənglər silinmişdir. Kontaktlar qovluğuna baxış keçirərkən GSM nömrəsi ********** olan Bəxtiyar adlı abonentin qeyd edilməsi aşkar olunmamışdır. Qaleraya qovluğuna daxil olanda həmin faylda saat 21:02-də ********** nömrəli abonentdən: «Tək geda qardaşımsan». Təqsirləndirilən şəxs cavab «Yaxşı». ********* nömrəli abonetdən «Konum atsın atıram sənə». Təqsirləndirilən şəxs cavab «Yaxşı». Saat 21:26-da ********* nömrəli abonentdən «Gör nə deyirəm. Sən hardasan bu deyqə». Saat 21:17-də Təqsirləndirilən şəxs cavab: «Xırdalan». ********** nömrəli abonentdən «Hələ oralarda ol, deyəcəyim ki, çatdım o da konumu atır». Təqsirləndirilən şəxs cavab: «Yaxşı». Bundan sonra ********** abonetdən konum, narkotik vasitələrlə olan bükülülərin fotoşəkilləri göndərilir (İ cild, səh. 80-81). 20.«Maddi sübut tanımaq barədə» 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və götürülmüş üç ədəd bağlamada ümumi təmiz çəkisi 1694,66 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 20,001 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 18,338 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tərkibində təsiredici maddəsinin cəmi miqdarı 0,4 qram təşkil edən narkotik vasitə metadon olan üzərində “F/M40” yazısı həkk olunmuş dərman həbləri, bir ədəd yaddaş kartı və 1 ədəd «Samsung» markalı mobil telefon maddi sübut tanınmış, narkotik vasitələrin və psixotrop maddələrin tədqiqata sərf olunmuş hissələri nəzərə alınmaqla 19,801 qram metamfetamin, 18,138 qram heroin, 9 ədəd metadon həbləri, 1694,16 qram qurudulmuş marixuana, 1 ədəd «Samsung» markalı mobil telefon X24 İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 1 ədəd yaddaş kartı isə cinayət işinə əlavə olunmuşdur (İ cild, səh. 146-147). 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol bud nahiyədə köhnə çapıq toxuması aşkar edilmişdir. 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 25). 23.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2024-cü il tarixli, 4(005)- 1188/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 sentyabr 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 107-112). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Quba Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 1(027)-8/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,185.2.1, 185.2.1 və 185.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, səh. 115-116). 25.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 23 may 2025-ci il tarixli məktubdan görünür ki, Quba Rayon Məhkəməsinin 1(027)-8/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Sadıqov X4 Rayon Məhkəməsinin 7(012)-184/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə "08 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 04 ay 13 gün hissəsindən azad edildiyi üçün barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 30.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 31.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 35.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 36.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 37.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 38.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 39.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 40.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş «Samsung» markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən, jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin və psixotrop maddənin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 41.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol bud nahiyədə köhnə çapıq toxuması aşkar edilmişdir. 42.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 43.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 44.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 21 sentyabr 2024cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 45.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 46.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 47.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xeyli və külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 49.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 52.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 53.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 54.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 55.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 57.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 59.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 63.Göründüyü kimi Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 12 avqust 2020ci il tarixli, 1(027)-8/2020 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 64.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 65.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 66.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 67.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 69.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 21 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. 70.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 71.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 73.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 19,801 qram çəkidə psixotrop maddə metamfetaminin, 18,138 qram çəkidə narkotik vasitə heroinin, 1694,16 qram çəkidə narkotik qurudulmuş marixuananın və 09 ədəd narkotik vasitə metadon həblərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən bir ədəd yaddaş kartının cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 74.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 75.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 76.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 77.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 78.Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına ödənilməlidir. 79.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 21 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 19,801 qram çəkidə psixotrop maddə metamfetamin, 18,138 qram çəkidə narkotik vasitə heroin, 1694,16 qram çəkidə narkotik qurudulmuş marixuana və 09 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin, bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar