Məhkəmə qərarları › İş №1(101)-877/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-877/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-877/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şabran rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Təzəkənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o,insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə,Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində alkoqol sərxoşluğu halında Şabran rayonu, Təzəkənd kəndində yerləşən kənd orta məktəbinin yaxınlığında alkoqol sərxoşluğu halında olan həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış və sonradan qarşılıqlı əlbəyaxa davasına çevrilmiş mübahisə zamanı üstündə gəzdirdiyi açılıb-qatlanan gümüşü rəngli cib bıçağı ilə sonuncunun sağ saidin orta və aşağı 1/3-nin arxa-bayır və qarının ön divar nahiyələrinə zərbələr endirərək ona sağ saiddə lokalizə olunmuş sağlamlığa zərər vurmadığına görə ağırlıq dərəcəsi təyin edilməyən 2 (iki) ədəd kəsilmiş-deşilmiş yara və qarın boşluğunun ön divarında lokalizə olunmuş kəskin daxili qanaxma ilə müşayiət olunduğundan yetirilən andan həyat üçün təhlükəli olması əlamətinə görə xəsarətlərin ağır növünə aid edilmiş qarının ön divarının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaradan ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şabran rayonu, Təzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı evdə tək oturub yemək yeyərək 300-350 qram spirtli içki qəbul etmiş və sonra təxminən saat 21:00 radələrində hava almaq məqsədilə yaşadığı evdən çölə çıxıb kənd ərazisində piyada gəzişməyə başlamışdır. O, piyada təxminən 20- 25 dəqiqə gəzib yaşadığı evə gedən zaman kəndin içərisində yerləşən orta məktəbin yaxınlığında kənd sakini Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Həmin vaxt o, Elnurun da spirtli içki qəbul etdiyini hiss etmişdir. Onlar zarafatlaşmağa başlamışlar. Onlar bir neçə dəqiqə söhbət edib zarafatlaşdıqdan sonra Elnur onunla kobud və söyüşlə zarafat etməyə başlamışdır. O, Elnura söyüşlə zarafat etməməsini bildirmişdir. Elnur isə yaxşı edib söyüşlə zarafat etdiyini deyərək onun yaxasından tutub ünvanına nəlayiq küçə söyüşləri söyməyə başlamışdır. O, bir neçə dəfə Elnurdan belə etməməsini xahiş etsə də, Elnur onun sözünə qulaq asmamış və onu təhqir etməyə davam etmişdir. Elnur bu dəfə daha ağır söyüşlər söyməyə başlamışdır. Bundan sonra o, yenidən Elnura söyüş söyməməsini bildirmiş və onlar əlbəyaxa olmuşlar. Bu zaman o, Elnurun fiziki cəhətdən güclü olduğunu, ona gücünün çatmadığını görüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən açılıb-qatlanan gümüşü rəngdə olan cib bıçağını çıxarıb Elnurun qoluna iki zərbə atmış, sonra qarın nahiyəsinə bıçaq ilə xəsarət yetirmişdir. Elnura xəsarət yetirdikdən sonra Elnur onun əlində olan cib bıçağını ondan almaq istəyərkən bıçağın tiyəsi sınmış və bıçaq yerə düşmüşdür. Sonra o, bıçağı və tiyəsini yerdən götürüb aparıb yaxınlıqdakı kol-kosun içərisinə tullamış və qorxduğu üçün qaçaraq yaşadığı evə getmişdir. Növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində o, evdə olan zaman iki nəfər polis əməkdaşı gəlmiş və onu rayon Polis şöbəsinə aparmışlar. Orada o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, törətdiyi cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətdiyini, himayəsində 2 (iki) azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şabran rayonunun Təzəkənd kəndində yaşayır. O, Təqsirləndirilən şəxsi uşaqlıqdan tanıyır. Həmçinin, onlar bir müddət eyni məktəbdə oxumuşlar. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində o, atası Arif Bağırov ilə evdə yemək yeyərək təxminən 200-300 qram spirtli içki olaq araq içmişdir. Bundan sonra təxminən saat 20:40 radələrində hava almaq məqsədilə o, evdən çıxıb kəndin içərisində piyada gəzməyə başlamışdır. Kəndin içərisində yerləşən orta məktəbin yaxınlığında, bulaq deyilən yerdə o, Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Hüseyn də həmin vaxt içkili olmuşdur. Onlar görüşüb söhbət etməyə, daha sonra isə bir-biriləri ilə zarafat etməyə başlamışlar. Onlar bir qədər zarafat etdikdən sonra söyüşlə zarafatlaşmağa başlamışlar. Onun Hüseynlə söyüşlə zarafat etməsi Hüseynin xoşuna gəlməmiş və Hüseyn ona öz iradını bildirmişdir. Lakin o, Hüseynin iradına məhəl qoymamış və yenidən Hüseyn ilə söyüşlə danışmışdır. Bundan sonra onlar əlbəyaxa olmuşlar və bu vaxt Hüseyn əynindəki cins şalvarın yan cibindən açılıb-qatlanan gümüşü rəngli cib bıçağını çıxarıb onun qoluna bir-iki zərbə atmışdır. O, Hüseynin üstünə gedib onu yumruqla vurmaq istədikdə, Hüseyn onun qarın nahiyəmə bıçaqla bir dəfə xəsarət yetirmişdir. Bu zaman o, bıçağın qarnından içəri keçdiyini hiss etmiş və ona görə də bıçağı Hüseynin əlindən almaq istədikdə, bıçağın tiyəsi sınmış və bıçaqla birlikdə yerə düşmüşdür. O isə əli ilə qarnını tutaraq yerə oturmuşdur. Hüseyn isə yerə düşmüş bıçağı və tiyəsini götürüb kol-kosun içərisinə tullamış və qaçaraq oradan uzaqlaşmışdır. O, Hüseynlə söyüşlə zarafat edərkən Hüseyn ona bir neçə dəfə öz iradını bildirmişdir. Lakin o, sərxoş olduğundan Hüseynə fikir verməmiş və Hüseyni söyməyə davam etmişdir. O, yerə oturduqdan təxminən 15-20 dəqiqə sonra həmkəndlisi Şahid1 evinə getdiyi vaxt onu görüb yanına yaxınlaşmış və ondan nə olduğunu soruşmuşdur. Bu zaman o, Kamrana Hüseyn ilə mübahisə etdiyini və mübahisə zamanı Hüseynin ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Kamran öz mobil telefonu ilə təcili tibbi yardıma zəng etmiş və təxminən 20-25 dəqiqə sonra təcili tibbi yardımın həkimləri gəlib onu Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və onun üzərində cərrahiyə əməliyyatı aparılmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə o, üç baş inəkdən bir baş dişi inəyinin naxırdan geri qayıtmadığını görüb təxminən saat 22:00 radələrində həmin inəyini axtarmaq üçün yaşadığı evdən çıxmışdır. Bu zaman o, kəndin içərisində yerləşən orta məktəbin yaxınlığından keçən zaman bulaq deyilən yerin yanında həmkəndlisi Zərərçəkmiş şəxs içkili vəziyyətdə əlini qarnına tutub yerdə oturduğunu görmüşdür. Bu zaman o, Elnura yaxınlaşaraq sonuncudan nə baş verdiyini soruşmuşdur. Elnur isə ona Salmanın oğlu Təqsirləndirilən şəxsin bıçaqla qarın nahiyəsinə vurub xəsarət yetirdiyini bildirmişdir. O, dərhal mobil telefonu ilə Şabran rayon mərkəzi xəstəxanasına zəng etmiş və təcili tibbi yardım çağırmışdır. Təxminən 20- 25 dəqiqə sonra təcili tibbi yardımın həkimləri həmin yerə gəlmişlər və Elnuru Şabran rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O da onlarla birlikdə getmişdir. Sonra isə o, evinə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində o, yaşadığı evin həyətində təsərrüfat işləri ilə məşğul olmuşdur. Oğlu Hüseyn də tək oturub yemək yemişdir. Hüseyn yemək yeyərək həm də araq içmişdir. Hüseyn yemək yedikdən sonra kəndə gəzməyə getdiyini bildirmiş və çıxıb getmişdir. Bundan sonra o, yaşadığı evə qalxıb yuyunmuş və yeməyini yeyərək təxminən saat 23:00 radələrində öz otağına keçib yatmışdır. O yatandan sonra Hüseynin evə neçədə gəldiyini bilməmişdir. Növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək Hüseynin dünən axşam həmkəndlisi Elnur ilə mübahisə etdiyini, Elnuru bıçaqla vurduğunu və bu səbəbdən Hüseynin rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020ci il tarixli götürmə haqqında protokoldan (cild İ, iş vərəqə 10) görünür ki, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol köynək, 1 (bir) ədəd sviter maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 22-28) görünür ki, həmin gün cinayət hadisəsinin törədildiyi yerə, yəni Şabran rayonu, Təzəkənd ərazisində yerləşən orta məktəbin yaxınlığına baxış keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli bıçağa baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 29-31) görünür ki, cinayətin aləti qismində çıxış edən bıçağın tiyəsi sınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild İ, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsində şübhələr olduğuna görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 88 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 98-99) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bədən xəsarəti aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli ərizədən (cild İ, iş vərəqə 63) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 64-65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild İ, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan (cild İ, iş vərəqə 80) görünür ki,Təqsirləndirilən şəxs evlidir, onun ailə üzvləri arvadı X5, qızı xx xxx 2009-cu il təvəllüdlü X2 və oğlu xx xxxxxx 2010-cu il təvəllüdlü X6 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 85) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 86 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 94-96) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ saidin və qarının ön divarının qarın boşluğuna nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yaralarından” ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş həmin xəsarətlər kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərildiyi vaxtda və şəraitdə, yəni xx xxxxx 2020-ci il tarixdə kəsici-deşici alətlə (alətlərlə) bıçaqla yetirilən çoxsaylı zərbələr nəticəsində alına bilərdi, məhkəmə-tibbi ekspertizasında bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyası təqdim olunmuş paltarlarda aşkar olunmuş zədə yerlərinə uyğun gəlir, sağ said nahiyəsində aşkar olunmuş kəsilmiş-deşilmiş yaralar sağlamlığa zərərvurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmur, qarın boşluğunun ön divarında lokaliza olunmuş kəsilmiş-deşilmiş yara qarın boşluğuna nüfuz edib kəskin daxili qanaxma ilə müşayiət olunduğundan yetirilən andan həyat üçün təhlükəli olması əlamətinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 778 saylı rəyindən (cild İ, iş vərəqə 125-127) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Əməli törətdiyi zaman Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, pxisi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törtədiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarkaterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyyac yoxdur. H.S. Eyyubov hazırki psixi durumuna görə araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak edə bilər. Həmçinin Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixolji durumuna görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq, obyektiv ifadə vermək qabiliyyətinə malikdir. Onda fantaziyaya, özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmamışdır. H.S. Eyyubov cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 101-102) görünür ki, həmin gün Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 1359/K saylı maddi sübutların ekspertizası barədə rəyindən (cild İ, iş vərəqə 140-141) görünür ki,Təqsirləndirilən şəxs məxsus qan qalıqlarının miqdarının az olması səbəbindən alkoqolun tədqiqatını aparmaq mümkün olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs götürülümüş qan nümünəsində etil spirti aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 1359A/K saylı maddi sübutların ekspertizası barədə rəyindən (cild İ, iş vərəqə 142-143) görünür ki,Təqsirləndirilən şəxs məxsus qan qalıqlarının miqdarının az olması səbəbindən alkoqolun tədqiqatını aparmaq mümkün olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs götürülümüş qan nümünəsində etil spirti aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 112-115) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və sonuncunu bıçaqladıqdan sonra bıçağı kolların arasına tulladığı yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 312/2020-MTBŞ saylı ekspertiza rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 151-155) görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: AB/H (İV). Zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/H/ (İV). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd alt köynəyi və bir ədəd sviter üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti antigenlər və aqqlyutininlərə görə ABO sistemi üzrə təyin olunduqda „A”, „B” və „H” antigenlər alındı. Bu qan ləkələri AB/H/ İV qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunan bıçaq tiyəsi və dəstəyi üzərində qan aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 191/2020MTKŞ saylı ekspertiza rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 146-149) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin ön orta aşağı nahiyyəsində bir ədəd, alt köynəyin sağ qolun arxa səthində iki ədəd, sviterin ön orta aşağı nahiyəsində bir ədəd, sviterin sağ qolun arxa səthində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş bıçağın ayrılıqda təqdim olunmuş tiyəsi ilə dəstəyi bitişik hissəsində olan tiyə fraqmenti bölünmə xətti üzrə uyğunlaşdırdıqda onlar tam uyğunluq əmələ gətirir. Bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əşyaların maddi sübut kimi tanınması haqqında qərardan (cild İ, iş vərəqə 157-158) görünür ki, cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd sviter maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 160-166) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 126.2.4 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığına görə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçağın və cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol köynəyin, 1 (bir) ədəd sviterin maddi sübut kimi tanınması və saxlanılması üşün Şabran rayon Polis şöbəsinin saxlanc otağına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild İ, iş vərəqə 235) görünür ki,Zərərçəkmiş şəxs təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2009-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild İ, iş vərəqə 82) görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2009-cu il tarixdə X10 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild İ, iş vərəqə 81) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X15 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, biloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs Şabran rayonunda anadan olmuşlar, bir sinifdə oxumuşlar, onların arasında dostluq münasibətləri olmuş və onlar hal-hazırda da eyni kənddə yaşamaqla dostluq münasibətlərini davam etdirirlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edirlər. xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 22:00 radələrində həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində olduqları halda Şabran rayonu, Təzəkənd kəndində yerləşən kənd orta məktəbin yaxınlığında rastlaşmışlar və söhbət etmişlər. Onlar söhbət edərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə kobud formada zarafat etməyə başlamışdır. Daha sonra kobud formada zarafat edən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi söyməyə başlamışdır. Bunun nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iradını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs haqlı iradına məhəl qoymamış və əxlaqsız hərəkətlərini davam etdirmişdir. Bundan sonra onların arasında şəxsi münasibətlər zəminində əlbəyaxa dava başlamışdır. Onların arasında davanın başlanmasına səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sərgilədiyi əxlaqsız hərəkətlər olmuşdur. Təqsirləndirilən şəxs sərxoş halda olan Zərərçəkmiş şəxs dəfələrlə əxlaqsız hərəkətlərinə son qoymasını tələb etsə də, sonuncu bu iradları qəbul etməyərək daha da kobud formada Təqsirləndirilən şəxs söyərək təhqir etmişdir. Bütün bunların nəticəsində Təqsirləndirilən şəxs həmin gün üstündə gəzdirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Nəticədə Zərərçəkmiş şəxs ağır xəsarət almışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı kobud şəkildə zarafat etməsi, daha sonra ağır formada söyüş söyərək təhqir etməsi, başqa sözlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərgilədiyi əxlaqsız hərəkətlər nəticəsində törətmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun cinayəti məhz Zərərçəkmiş şəxs əxlaqsız hərəkətləri nəticəsində törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, evli və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, həmçinin cavan olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza növü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs irad bildirərək onunla kobud şəkildə zarafat etməməsini və onu söyüb təhqir etməməsini tələb etməsini, əksinə iradlardan sonra Zərərçəkmiş şəxs daha da kobud şəkildə təqsirləndirilən şəxsi söyməyə davam etməsini, onun cinayəti məhz Zərərçəkmiş şəxs əxlaqsız hərəkətləri nəticəsində törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş zərərin və müalicə xərclərinin onun tərəfindən tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dost olmasını (onların eyni kənddə yaşaması, orta məktəbdə bir sinifdə oxumalarını), evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, habelə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və cəza çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun zərərçəkmiş şəxsin özü və öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli və həmin müddət məhkəmə tərəfindən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Şabran rayon Polis şöbəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd sviter məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Şabran rayon Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Şabran rayon Polis şöbəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd sviter məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar