Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-877/2021 12.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayon Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 5-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə şəxsiyyəti məlum olmayan “Hörcət” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında, içərisində - bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 95,515 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 45,855 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamin olan qara rəngli sellofan torbanı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hörcət” adlı şəxsin tapşırığına əsasən qanunsuz olaraq satış məqsədi ilə Bakı şəhəri, Babək prospektində yerləşən yol nişanı lövhəsinin arxasından götürərək əldə edib, üzərində saxlayaraq, daşımış, həmin gün saat 17:20 radələrində ünvan 1 ünvanda DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli uzunqol koftanın sol yan cibindən qara sellofan torbada saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 95,515 qram olmaqla külli miqdarda, qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 45,855 qram olmaqla külli miqdarda, ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli bilir, ona verilən narkotik vasitələrin satışı üzrə özünü təqsirli bilmir. O, narkotik vasitələrdən istifadə edən olmuş və 2020-ci ilin oktyabr ayının sonlarında İran vətəndaşı “Hörcət” adlı şəxslə “WhatsApp” şəbəkəsində tanış olmuşdur. “Hörcət”lə “WhatsApp” şəbəkəsində danışaraq, sonuncunun xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Babək prospektində yerləşən yol nişanı lövhəsinin arxasına qoydurduğu içərisində narkotik vasitə heroin olan balaca bükümü götürmüşdür. Həmin narkotik vasitə az miqdarda olmuşdur. Həmin gün Biləcəri qəsəbəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamışlar və Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə xidməti otaqların birində polis əməkdaşları əvvəlcə daha böyük bükümdə olan narkotik vasitəni onun cibinə qoyaraq sonra vidioçəkilişlə axtarış etmişlər və onun üzərindən içərisində külli miqdar olan narkotik vasitə olan bağlamanı aşkar etmişlər. Əslində onun üzərində az miqdarda narkotik vasitə olmuş, vidiogörüntü ilə üzərindən aşkar olunan külli miqdar narkotik vasitəni onun üzərinə çəkilişdən əvvəl polis əməkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi və “Hörcət” adlı şəxslə “WhatsApp” şəbəkəsində yazışmaları məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 12 ildir ki, narkotik vasitə qəbul edir. Əvvəllər narkotik vasitələri ineksiya yolu ilə, son vaxtlar isə çəkmək yolu ilə qəbul etmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında İran vətəndaşı “Hörcət” adlı şəxslə “WhatsApp” şəbəkəsində tanış olmuşdur. “Hörcət” ona Bilasuvar rayonunda yaşadığını və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Həmin müddətdən tutulan vaxta qədər Hörcətlə “WhatsApp” şəbəkəsində danışıqları və yazışmaları olmuş, həmin danışıqlarda Hörcət ona dediyi hesaba pul köçürməsini bunun müqabilində ona narkotik vasitə və psixotrop maddə göndərəcəyini, həmin narkotik vasitələri və psixotrop maddələri onun müştərilərinə öz tapşırığı ilə Bakı şəhərində dediyi yerlərə qoymasını istəmişdir. Ancaq o, Hörcətə pulunun olmadığını bildirmiş, Hörcət isə pulu olmasa da ona narkotik vasitə göndərəcəyini, tapşırdığı yerlərə qoyduqdan sonra ona də pul verəcəyini söyləmişdir. xx xxxxxx 2020-ci il tarixdə Hörcət “Whatsapp” şəbəkəsində ona Bakı şəhəri, Babək prospektində yerləşən yol nişanı lövhəsinin arxasına içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan torba qoyulduğunu, onları oradan götürməsini, onun dediyi şəxslərə və yerlərə çatdırmasını istəmişdir. O da taksi ilə Babək prospektinə gedib Hörcətin şəklini göndərdiyi reklam lövhəsini tapıb arxasında olan qara rəngli sellofan torbanı götürmüş, torbanı açıb içinə baxmamışdır. Lakin içərisində heroin və metamfetamin olduğunu bilmişdir. Daha sonra taksi ilə Biləcəri qəsəbəsinə getmiş, Həmin gün saat təxminən 17:20 radələrində Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 5 saylı ünvanda gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra, onu Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 6cı PB-nə dəvət etmişlər. Bölmədə xitməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmiş, vəkil dəvət olunub təqdim edilmiş, müdafiəçi Pəhlivan Aslanova etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Müdafiəçi Pəhlivan Aslanov şəxsi axtarışda iştirak etməmiş, o, müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının və əvvəllər tanımadığı bir qadının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, artıq tutulduğunu başa düşüb əynində olan boz rəngli koftanın sol yan cibindən Hörcətin tapşırığı ilə Babək prospektindən götürdüyü qara rəngli sellofan torbanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, sol cibindən isə özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə istifadə etdiyi “Samsung” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra dəvət edilmiş qadın tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, ancaq hər hanı əşya aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına həmin qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu, həmin torbanı saxlanılmadan 2-3 saat əvvəl İran İslam Respublikasının vətəndaşı “Hörcət” adlı şəxsin tapşırığı ilə Babək prospektində yol nişanı lövhəsinin arxasından götürdüyünü, Hörcətin deyəcəyi şəxslərə və deyəcəyi yerlərə qoyacağını və bunun müqabilində 200-300 manat pul əldə edəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən qara rəngli torba açılqdıqda içərisində 2 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin bükümlərdən birinin içərisində heroin, digərinin içərisində metamfetamin olmuşdur. Bükümlər polis əməkdaşları tərəfindən elektron tərəziyə qoyub çəkilmiş və bundan sonra ağ rəngli boş zərfə qoyulub, zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrin doğru olmadığını, həmin ifadələri polislərin təzyiqlərinə məruz qaldığı üçün oxumadan imzalandığını, bundan başqa “WhatsApp” şəbəkəsində yazışmalarında Hörcət adlı şəxsə narkotik vasitələri almaq üçün müştərilərinin olması, onun deyəcəyi yerlərə narkotik vasitəni qoyacağı barədə razılaşmaların yalan olduğunu, Hörcəti aldadaraq öz istifadəsi üçün narkotik vasitəni pulsuz olaraq ələ keçirməsi üçün Hörcətlə bu şəkildə yalandan yazmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Bağlar yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun rəhbərliyi və idarənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə Şahid2lə birlikdə ünvan 4 ünvanda əməliyyat mövqeyi seçib gözləmişlər, saat 17:20 radələrində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs oxşar, özünü şübhəli aparan bir qadının gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin qadın özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, ərazi üzrə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 saylı ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan boz rəngli koftanın sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin koftanın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək, üzərində başqa hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra dəvət edilmiş Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, ancaq hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman oradan 2 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli maddə, digər bükümdə isə qəhvəyi rəngli maddə aşkar edilmişir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisi təxminən 47qram, qəhvəyi rəngli maddənin təxmini çəkisi isə 97 qram olması müəyyən edilmişdir. Bükümlər zərfə qablaşdırılıb möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin bükülüləri İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradıb, tutulmamışdan 2-3 saat əvvəl Bakı şəhəri, Babək prospektindən götürdüyünü, narkotik vasitə və psixotrop maddələri İran vətəndaşının dediyi yerlərə qoyub, bunun müqabilində 200-300 manat pul əldə edəcəyini bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılıb, şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilib oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Şahid1 ifadəsindəki xüsuatları təsdiq etmişdir. Məhkəmədə şahid qismndə ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 18:30 radələrində Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi ilə gedərkən, bir nəfər polis əməkdaşı ona yaxınlaşıb, bir qadının üzərinə baxış zamanı iştirak etməsini xahiş edib, onu yaxınlıqdakı Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O da etiraz etməyərək bölməyə getdikdən sonra otaqların birində qadını ona təqdim edib, adının Təqsirləndirilən şəxs olduğunu, həmin qadının narkotik vasitələrin satışı ilə məşğul olmada şübhəli olduğunu və onun üzərinə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməsini xahiş etmişlər. Sonra ona hüquq və vəzifələrimi izah edilmiş, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs koftasının sol yan cibindən bir ədəd qara rəngli sellofan torbanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edərək, üzərində başqa hər hansı əşya olmadığını bildimişdir. Bundan sonra ondan Təqsirləndirilən şəxs üzərini və paltarlarını axtarmasını xahiş etmişlər, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman oradan 2 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli maddə, digər bükümdə isə qəhvəyi rəngli maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin bükümlər polislər tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisi təxminən 47 qram, qəhvəyi rəngli maddənin təxmini çəkisi isə 97 qram olmuşdur. Bükümlər zərfə qablaşdırılıb, möhürlənib, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin bükülüləri İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə əldə edib, Bakı şəhəri, Babək prospektindən götürdüyünü, narkotik vasitə və psixotrop maddələri İran vətəndaşının dediyi yerlərə qoyub, bunun müqabilində pul əldə edəcəyini bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılıb, şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilib oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla onun müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Narkotiklərlə Mübaizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmənin aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020ci il tarixdə saat 18:40-da Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli uzunqol koftanın sol yan cibindən 1 ədəd qara rəngli sellofan torbanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin koftanın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, üzərində başqa əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra dəvət edilmiş Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş ancaq hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli seloffan torba açıldıqda içərisində 2 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitə ilə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisi təxminən 47 qram, qəhvəyi rəngli maddənin təxmini çəkisi isə 97 qram olmuşdur. Bükümlər zərfə qablaşdırılıb möhürlərib iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, bükümlərin içərisindəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri İran İslam Respublikasının vətəndaşı ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə yaradıb, xx xxxxxx 2020-ci il tarixdə tutulmamışdan 2-3 saat əvvəl Bakı şəhəri, Babək prospektindən götürdüyünü, narkotik vasitə və psixotrop maddələri İran vətəndaşının dediyi yerlərə qoyub, bunun müqabilində 200-300 manat pul əldə edəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərdən görünür ki, şəxsi axtarış Binəqədi RPİ-nin 6-cı PB-də xidməti otaqda keçirilmişdir. Şəxsi axtarışda DİN-nin BNMİ-nin təhqiqatçısı X3 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış şübhəli şəxs Təqsirləndirilən şəxs, BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və dəvət edilmiş Şahid3 iştirakı ilə süni işıqlandırma şəraitində, xidməti otaqda aparılmışdır. X2 tərəfindən iştirakçıların anket məlumatları elan edilir və iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli uzunqol koftanın sol yan cibindən 1 ədəd qara rəngli sellofan torbanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin koftanın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra dəvət edilmiş Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, hər hansı əşya və predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli seloffan torba açıldıqda içərisində 2 ədəd şəffaf sellofan büküm aşkar edilir. Həmin bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli maddə, ikinci bükümün içərisində qəhvəyi rəngli maddə olduğu görünür. Həmin bükümlər elektron tərəziyə qoyulub çəkilir, ağ rəngli kristal şəkilli maddənin çəkisi 47 qram, qəhvəyi rəngli maddənin çəkisi isə 97 qram olur. Bükümlər zərfə qablaşdırılıb möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri İran İslam Respublikasının vətəndaşı ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə yaradıb, xx xxxxxx 2020-ci il tarixdə tutulmamışdan 2-3 saat əvvəl Bakı şəhəri, Babək prospektindən götürdüyünü, narkotik vasitə və psixotrop maddələri İran vətəndaşının dediyi yerlərə qoyub, bunun müqabilində 200-300 manat pul əldə edəcəyini bildirir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 05 noyabr 2020-cü il tarixli, 4(001)-894/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 6/2375 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə ...” yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 95,515 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 45,855 qr rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 60 №-li narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “xxxx” MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Yiqo eger isteyirsen tez xeber de fursetdu 18 24 qiymet (m) 40 da Var 8 manat he yox ele” məzmununda və xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Pati isteyen var 50 dən m 40 var 9 manat kont yoxdu daha yazmağa” məzmununda sms-lər göndərilmişdir. Qeyd edilən nömrənin anten dairəsi xx.xx.2020-ci il tarixdə saat 16:19-dan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində saat 16:56-dan Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A7” markalı “SM-A750FN/DS modelli, **********68661 və **********68668 imei kodlu mobil smartfona baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə “whatsapp” şəbəkəsində “Emi Oglu” adı ilə qeydiyyata alınmış **********70 saylı mobil nömrəyə Təqsirləndirilən şəxs tərəfindən “yubanma xeber eleki mende bunlardan zakaz götürüm”, “qurban sene bir xeber ver klientim var”, “seher deqiqdi?” “cunki meni gozleyirler”, “deyim bunlara hecyandan almasınlar deqiq vaxt de qurban sene”, “yalanci cixmiyim yene” məzmununda smslər göndərilmişdir. xx.xx.2020-ci il tarixdə “whatsapp” şəbəkəsində “Emi Oglu” adı ilə qeydiyyata alınmış **********70 saylı mobil nömrədən daxil olmuş və həmin nömrəyə göndərilmiş səs yazılarının məzmunundan, içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlamanın Babək prospektində əvvəlcədən müəyyən edilmiş yerdə gizlədilməsi və həmin bağlamanın Təqsirləndirilən şəxs tərəfindən götürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi – 95,515 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 01 ədəd bükümdə təmiz çəkisi - 45,855 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübut hesab edilən 95,515 qram heroinin 95,365 qram qalığı və 45,855 qram metamfetaminin 45,755 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A7” markalı “SM- A750FN/DS modelli, **********68661 və **********68668 imei kodlu mobil smartfon cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan digər maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, video görüntülərin köçürüldüyü 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməməsi, psixotrop maddə metamfetaminin və heroinin çox hissəsinin BNMİ-nin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması, «Hörcət» adlı şəxsə narkotik vasitələri almaq üçün müştərilərinin olması, onun deyəcəyi yerlərə narkotik vasitəni qoyacağı və bunun müqabilində 200-300 manat pul əldə edəcəyi barədə razılaşmaların yalan olması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayətin hərbi vəziyyət zamanı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq iş üzrə maddi sübutlar Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 95,365 qram heroin, 45,755 qram metamfetamin məhv edilməli, “xxxx” MMC-dən götürülmüş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 CD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa maddi sübut olaraq Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A7” markalı “SM-A750FN/DS modelli telefon götürülərək cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 173 manat 94 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – xx xxxxxx 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olaraq Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 95,365 qram heroin, 45,755 qram metamfetamin məhv edilsin, “xxxx” MMC-dən götürülmüş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olaraq Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A7” markalı “SM- A750FN/DS modelli telefon götürülərək cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 173 manat 94 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-877/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-877/2021
12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver