Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-877/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi-mütəxəssis X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 2 A, mənzil 6-da qeydiyyatda olan, həbs olunanadək ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 577, ev 91 A, mənzil 34-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, külli miqdarda psixotrop maddə, eləcə də külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamış və daşımışdır. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə, külli miqdarda psixotrop maddə, külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, külli miqdarda psixotrop maddə, eləcə də külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Təqsirləndirilən şəxs2, Türkiyə Respublikasının vətəndaşı “Samir” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Samir” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhərində yerləşən “İstanbul Klinikası”-nın və Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan yerin yaxınlığında gizlətməklə saxladıqları 13,047 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 15,532 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, ümumi sayı 66 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 10.9 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Galara 300 mg" markalanma göstəricisi olan ümumi sayı 665 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 199,5 qram preqabalin tərkibli dərman preparatları, üzərində “Paden 300” markalanma göstəricisi olan ümumi sayı 214 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 64,2 qram preqabalin tərkibli dərman preparatları, eləcə də üzərində “Alyse 150 mg" markalanma göstəricisi olan ümumi sayı 350 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 52,5 qram preqabalin tərkibli dərman preparatlarını, tərkibində 0,039 qram psixotrop maddə AB-PİNACA olan 12,632 qram bitki mənşəli kütləni cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etdikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib daşımaqla Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında qanunsuz saxlamışlar, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə, psixotrop maddə, eləcə də narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən Təqsirləndirilən şəxs2 1 (bir) ədəd bükümdə 2,021 qram çəkidə psixotrop maddə metamfetamini, ümumi sayı 10 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 1,54 qram MDMA tərkibli ekstazi həblərini, üzərində “Galara 300 mg" markalanma göstəricisi olan ümumi sayı 252 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 75,6 qram preqabalin tərkibli dərman preparatını, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 98 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 14.7 qram preqabalin tərkibli dərman preparatlarını, üzərində "Paden 300" markalanma göstəricisi olan ümumi sayı 14 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 4.2 qram preqabalin tərkibli dərman preparatlarını, Təqsirləndirilən şəxs1 2 (iki) ədəd bükümdə 2,558 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, ümumi sayı 19 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 3,51 qram MDMA tərkibli ekstazi həblərini, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram preqabalin tərkibli dərman preparatını, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram preqabalin tərkibli dərman preparatlarını, tərkibində psixotrop maddə AB-PİNACA olan 4.793 qram bitki mənşəli kütləni ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 23:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 96 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib xx.xx.2021-ci il tarixdə, saat 00:50-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində tutduğu bağlamada 1 (bir) ədəd bükümdə 2,021 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi sayı 10 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 1,54 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 252 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 75,6 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg" markalanma göstəricisi olan ümumi sayı 98 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 14,7 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Paden 300” markalanma göstəricisi olan ümumi sayı 14 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 4.2 qram preqabalin tərkibli dərman preparatı, Təqsirləndirilən şəxs1 çiynindən asdığı qara rəngli çantada 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,534 qram və 2,024 qram, ümumi təmiz çəkisi 2,558 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 19 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 3,51 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Galara 300 mg" markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 12.6 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram preqabalin tərkibli dərman preparatı, ayrı-ayrılıqda çəkiləri 0,902 qram, 1,051 qram, 0,804 qram, 0,973 qram və 1,063 qram, ümumi təmiz çəkisi 4.793 qram tərkibində psixotrop maddə AB-PİNACA olan bitki mənşəli kütlə, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi, daha sonra Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mənzilin girişindən sol tərəfdə yerləşən qonaq otağında daşdan hazırlanmış sobanın yuxarı hissəsində sellofan torbada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları 4 (dörd) ədəd bükümdə ayrıayrılıqda çəkiləri 5,931 qram, 1,982 qram, 0,594 qram və 1,982 qram, ümumi təmiz çəkisi 10,489 qram narkotik vasitə qurudulmuş marixuana, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,012 qram, 12,257 qram və 0.242 qram, ümumi təmiz çəkisi 13,511 qram psixotrop maddə metamfetamin, ümumi sayı 37 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 5,85 qram MDMA tərkibli ekstazi həbləri, üzərində "Paden 300" markalanma göstəricisi olan ümumi sayı 200 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 60 qram preqabalin tərkibli dərman preparatı, üzərində "Alyse 150 mg" markalanma göstəricisi olan ümumi sayı 210 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 31,5 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 371 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 111,3 qram preqabalin tərkibli dərman preparatı, ayrı-ayrılıqda çəkiləri 0,960 qram, 1,871 qram, 1,762 qram, 1,108 qram, 0,953 qram, 0,991 qram və 0,194 qram, ümumi təmiz çəkisi 7,839 qram tərkibində psixotrop maddə AB-PİNACA olan bitki mənşəli kütlə, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Təqsirləndirilən şəxs1, Türkiyə Respublikasının vətəndaşı “Samir” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Samir” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhərində yerləşən “İstanbul Klinikası”-nın və Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan yerin yaxınlığında gizlətməklə saxladıqları 13,047 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 15,532 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, ümumi sayı 66 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 10.9 qram MDMA tərkibli ekstazi həbləri, üzərində "Galara 300 mg“ markalanma göstəricisi olan ümumi sayı 665 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 199,5 qram preqabalin tərkibli dərman preparatları, üzərində “Paden 300” markalanma göstəricisi olan ümumi sayı 214 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 64,2 qram preqabalin tərkibli dərman preparatları, eləcə də üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 350 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 52,5 qram preqabalin tərkibli dərman preparatlarını, tərkibində 0,039 qram psixotrop maddə AB-PİNACA olan 12,632 qram bitki mənşəli kütləni cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd eldikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib daşımaqla Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında qanunsuz saxlamışlar, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə, psixotrop maddə, eləcə də narkotik vasitə və ya psixotrop maddələr aid olmayan güclü təsir edən maddələrdən Təqsirləndirilən şəxs2 1 (bir) ədəd bükümdə 2,021 qram çəkidə psixotrop maddə metamfetamini, ümumi sayı 10 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,54 qram MDMA tərkibli ekstazi həblərini, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 252 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 75.6 qram preqabalin tərkibli dərman preparatını, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 98 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 14,7 qram preqabalin tərkibli dərman preparatlarını, üzərində “Paden 300” markalanma göstəricisi olan ümumi sayı 14 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram preqabalin tərkibli dərman preparatlarını, Təqsirləndirilən şəxs1 2 ədəd bükümdə 2,558 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, üimumi sayı 19 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 3,51 qram MDMA tərkibli ekstazi həblərini, üzərində “Galara 300 mg" markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram preqabalin tərkibli dərman preparatını, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram preqabalin tərkibli dərman preparatlarını, tərkibində psixotrop maddə AB-PİNACA olan 4,793 qram bitki mənşəli kütləni ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 23:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 96 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib xx.xx.2021-ci il tarixdə, saat 00:50-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində tutduğu bağlamada 1 (bir) ədəd bükümdə 2,021 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi sayı 10 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 1,54 qram MDMA tərkibli ekstazi həbləri, üzərində "Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 252 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 75,6 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 98 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 14,7 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Paden 300" markalanma göstəricisi olan ümumi sayı 14 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 4.2 qram preqabalin tərkibli dərman preparatı, Təqsirləndirilən şəxs1 çiynindən asdığı qara rəngli çantada 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,534 qram və 2,024 qram, ümumi təmiz çəkisi 2,558 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 19 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3,51 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Galara 300 mg" markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram preqabalin tərkibli dərman preparatı, ayrı-ayrılıqda çəkiləri 0,902 qram, 1,051 qram, 0,804 qram, 0,973 qram və 1,063 qram, ümumi təmiz çəkisi 4,793 qram tərkibində psixotrop maddə AB-PİNACA olan bitki mənşəli kiitlə, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi, daha sonra Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mənzilin girişindən sol tərəfdə yerləşən qonaq otağında daşdan hazırlanmış sobanın yuxarı hissəsində sellofan torbada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları 4 (dörd) ədəd bükümdə ayrıayrılıqda çəkiləri 5,931 qram, 1, 982 qram, 0,594 qram və 1,982 qram, ümumi təmiz çəkisi 10,489 qram narkotik vasitə qurudulmuş marixuana, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,012 qram, 12,257 qram və 0,242 qram, ümumi təmiz çəkisi 13,511 qram psixotrop maddə metamfetamin, ümumi sayı 37 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 5,85 qram MDMA tərkibli ekstazi həbləri, üzərində ‘'Paden 300’’ markalanma göstəricisi olan ümumi sayı 200 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 60 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg" markalanma göstəricisi olan ümumi sayı 210 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 31,5 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Galara 300 mg" markalanma göstəricisi olan ümumi sayı 371 ədəd olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 111,3 qram preqabalin tərkibli dərman preparatı, ayrı-ayrılıqda çəkiləri 0,960 qram, 1,871 qram, 1,762 qram, 1,108 qram, 0,953 qram, 0,991 qram və 0,194 qram, ümumi təmiz çəkisi 7,839 qram tərkibində psixotrop maddə AB-PİNACA olan bitki mənşəli kütlə, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilmir. O, həbs olunanadək dərman vasitəsi olan “Lirika” həblərindən istifadə etmişdir. Eyni zamanda o, hərdən narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. O, digər Təqsirləndirilən şəxs2 təqribən 3-4 il olar ki, tanıyır. O, Aleksandr ilə Rəhim adlı dostunun vasitəsi ilə tanış olmuşdur. Aleksandr gecə klubunda barmen, o isə mühafizəçi işləmişdir. O, narkotik vasitələri şəxsi istifadəsi üçün Türkiyə Respublikasında yaşayan və “Toni Montana” ləqəbi ilə tanıdığı şəxsdən almışdır. Ölkədə “Covid-19” pandemiyası yayıldığı dövrdə gecə klubları, kafelər və restoranlar karantin şərtlərinə uyğun olaraq bağlanmışdır. Buna görə də o, işsiz qalmışdır. O, işsiz qaldıqdan sonra narkotik vasitələrin kuryerliyini etməyə başlamışdır. O, tutulmamışdan təqribən 3-4 ay əvvəl narkotik vasitələrin kuryerliyi ilə məşğul olmağa başlamışdır. Onu “kuryer” kimi öz şəxsi istifadəsi üçün narkotik vasitələr aldığı həmin “Toni Montana” ləqəbli şəxs cəlb etmişdir. Həmin şəxs ona “kuryerliklə” məşğul olmağı təklif etmişdir. O da işsiz olduğundan “Toni Montananın” təklifi ilə razılaşmışdır. Daha doğrusu o, “Toni Montana” ləqəbli şəxsin Bakı şəhərinə yerləşdirdiyi narkotik vasitə və psixotrop maddələri müəyyən yerlərdən götürərək tapşırdığı yerlərə qoymuş, sonra isə həmin narkotik vasitə və psixotrop maddələrin qoyduğu yerlərin şəkillərini çəkərək “Votsap” vasitəsi ilə həmin “Toni Montana” ləqəbli şəxsin nömrəsinə göndərmişdir. “Toni Montana” ləqəbli şəxs də həmin narkotik vasitələrin qoyulduğu yerlərin şəkillərini alıcılara göndərmişdir. “Toni Montana” ləqəbli şəxs gündəlik olaraq ona kuryerlik işinə görə onun bank hesabı nömrəsinə 40 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs2 onun narkotik vasitələrin kuryeri olmasından xəbəri olmamışdır. Aleksandr heç vaxt narkotik vasitələrin satışında iştirak etməmişdir. O, Aleksandrın kiməsə narkotik vasitələri satmasını görməmişdir. Lakin Aleksandr özü də narkotik vasitələrdən istifadə etmişdir. Onun bildiyinə görə Aleksandr öz şəxsi istifadəsi üçün narkotik vasitələri Türkiyədə yaşayan “Samir” adlı şəxsdən almışdır. Hadisə günü o, yaşadığı binanın blokunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 isə onunla eyni yerdə saxlanılmamışdır. Onlar ayrı-ayrılıqda saxlanılmışlar. O, tutulduğu zaman üzərində əsasən psixotrop maddələr olmuşdur. Lakin o, saxlanıldığı vaxt onun kirayədə yaşadığı evdə narkotik vasitələr olmuşdur. Polislər tərəfindən onun yaşadığı evə də baxış və axtarış keçirilmişdir. Onun evindən həmin narkotik vasitələr aşkarlanmışdır. Bu barədə polislər tərəfindən protokol tərtib edilmişdir. İttiham aktında göstərilmiş narkotik vasitələrin, psixotrop maddələrin, dərman həblərinin növü, çəkisi və sayı düzgün qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4.1-ci maddələri ilə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 ildən çoxdur ki, Azərbaycanda yaşayır. O, əvvəllər gecə klublarında barmen kimi işləmişdir. Həmin ərəfədə o, “Lirika” həblərindən istifadə etməyə başlamışdır. O, Sərxanı təxminən 4-5 ildir ki, tanıyır. O, Sərxanla birlikdə gecə klubunda işləmiş və onların münasibətləri oradan yaranmışdır. Belə ki, karantin dövründən əvvəl o, gecə klublarında barmen kimi, Sərxan isə mühafizəçi kimi işləmişdir. Sonra onların arasında yaxşı dostluq münasibətləri yaranmışdır. Sərxan da hərdən onun kimi “Lirika” həblərindən istifadə etmişdir. Karantin müddətində gecə klubları bağlı olduğundan onlar işsiz qalmışlar. Həmin müddət ərzində o, iş axtarsa da, tapa bilməmişdir. Hər yer bağlı olduğundan o, internet vasitəsi ilə Türkiyə Respublikasında yaşayan, lakin əslən azərbaycanlı olan Samirlə tanış olmuşdur. Samir ona narkotik vasitə satmasını təklif etmişdir. O, Samirlə razılaşaraq sonuncudan “Lirika” dərman həblərini almışdır. O, bank kartı hesabı ilə Samirə ödəniş etmiş, Samir də Bakı şəhərində yerləşdirdiyi “Lirika” həblərinin şəkillərini çəkərək ona göndərmiş, o da gedib həmin yerlərdən “Lirika” dərmanlarını götürmüşdür. Hadisə günü Samir ona “Lirika” həblərinin yerinin şəklini çəkib göndərmişdir. O da gedib həmin yerdən “Lirika” həblərini götürmüşdür. O, “Lirika” həblərini götürdükdən sonra adını çəkmək istəmədiyi bir qız dostu ilə birlikdə Sərxanın kirayədə yaşadığı evə getmişdir. Həmin vaxt “Lirika” həbləri onun üstündə olmuşdur. O, həmin vaxtadək bir neçə dəfə Sərxanın kirayədə yaşadığı evə gedərək qalmışdır. Sərxan “Drujba” kinoteatri kimi adlanan ərazidə kirayəyə ev götürərək orada tək yaşamışdır. O, qızla Sərxanın evinə dincəlmək üçün getmişdir. Həmin vaxt Sərxan evdə olmamışdır. Sərxan evin qapısını qapının ağzında olan balaca xalçanın altına qoymuşdur. O, evin açarlarını götürərək qapını açmış və qızla birlikdə evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra üstündə olan “Lirikanı” evə qoydaraq yeyib-içmək almaq üçün mağazaya getmişdir. Qız isə evdə qalmışdır. O, mağazadan sok və bəzi qida məhsulları alaraq evə qalxmışdır. O, qapını döymüş və həmin vaxt qapını Sərxanla birlikdə polis əməkdaşları açmışlar. Sonra o, evə daxil olmuş və polislər ona demişlər ki, “sən Sərxanla birlikdə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olursan”. O, buna etiraz edərək demişdir ki, “mən narkomanam və ancaq öz istifadəm üçün Lirika almışam”. Sonra polislər qızı da tutacaqlarını ona bildirmişlər. Qız üçün problem olmasın deyə o, polislərdən xahiş etmişdir ki, qızı buraxsınlar və o, hər şeyi etiraf edəcək. Sonra polislər qızı buraxmışlar və Sərxanla onu Baş İdarəyə aparmışlar. Orada onlar (o və Sərxan) narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olmasını etiraf etmişlər. Lakin ittiham aktında göstərilmiş narkotik vasitə və psixotrop maddələrin ona heç bir aidiyyəti yoxdur. Ona məxsus olan ancaq “Lirika” həbləri olmuşdur. O, bu əməlinə görə çox peşmandır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə ona bəraət verilməsini, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə onun tərəfindən raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərar çıxarılmışdır. Bu qərar əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 96 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar onlar həmin gün saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 96 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və yanındakı başqa bir şəxslə, yəni digər Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlamışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxslərə özlərini təqdim etmələrini təklif etmişlər. Həmin şəxslər də özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını Təqsirləndirilən şəxs1 bildirmiş və Sərxanın üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onlar bu zaman hər iki təqsirləndirilən şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Baş İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkillərin hüquqlarını müdafiə etmələrinə etiraz etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X8, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkil X9 dəvət olunaraq Sərxan və Aleksandra təqdim olunmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etiraz etməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri ilə konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Sərxan və Aleksandra hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs2 ərizə verərək azərbaycan dilini mükəmməl bildiyini, tərcüməçiyə ehtiyacı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə Sərxanın və Aleksandrın üstünün yoxlanılacağı və üzərilərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməyərək üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 çiynindən asdığı qara rəngli çantadan 7 (yeddi) bağlamada “banzaiyə” bənzər, 19 ədəd ekstazi həbinə bənzər, 42 ədəd üzərində “Galara 300” yazısı olan, 42 ədəd üzərində "Alyse 50” yazısı olan kütlələr və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarının sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı, 61 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Sərxanın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş kütlələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı bu barədə Təqsirləndirilən şəxs1 izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 61 manat pulun narkotik vasitələrin satışından əldə olunmuş pul olduğunu bildirmişdir. Buna görə də həmin 61 manat da zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində tutduğu sellofan torbada 1 (bir) bağlamada psixotrop maddə metamfetaminə bənzər kütləni, 10 ədəd ekstazı həbinə bənzər, 252 ədəd üzərində “Galara 300” yazısı olan, 98 ədəd üzərində “Alyse 50” yazısı olan, 14 ədəd üzərində “Paden 300” yazısı olan həbləri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarının sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Aleksandrın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlələr zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs2 izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni Türkiyə Respublikasında yaşayan adını bilmədiyi, lakin “Toni Montana” ləqəbi ilə tanıdığı şəxsin göstərişi ilə xx.xx.2021-ci il tarixdə “İstanbul Klinikası”-nın yaxınlığından əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonra “Toni Montana"-nın göstərişi ilə həmin maddələri müxtəlif ünvanlara qoyduğunu, gördüyü işin qarşılığında gündəlik olaraq 40 manat məbləğində pulun üzərindən aşkar olunmuş plastik bank kartına köçürüldüyünü, üzərindən aşkar olunmuş pulların da narkotik vasitələrin dövriyyəsindən əldə olunmuş pul olduğunu, narkotik vasitələrin alüdəçisi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1, həmçinin yaşadığı Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzilində də narkotik vasitələr olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən əvvəlcədən təyin edilmiş yerdən “Samir” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında sonuncunun Aleksandra gündəlik olaraq 30 manat məbləğində pul göndərdiyini, narkotik vasitələrin alüdəçisi olmadığını, verilən sualları tam başa düşdüyünü, Aleksandra qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 ərizə verərək yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına yollanmışlar. Onlar baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzilin girişdən sol tərəfdə yerləşən qonaq otağında daşdan hazırlanmış sobanın yuxarı hissəsindən sellofan torbada 3 (üç) büküm narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 8 (səkkiz) büküm “banzaiyə” bənzər kütlə, 3 (üç) büküm psixotrop maddə metamfetaminə bənzər kütlə, 371 ədəd üzərində “Galara 300” yazısı olan həb, 200 ədəd üzərində “Paden 300” yazısı olan kapsul, 210 ədəd üzərində “Alyse 150” yazısı olan həb, 37 ədəd ekstazi həblərinə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş kütlələr və elektron tərəzi sellofan torbaya qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq onun yaşadığı evdən də aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyə Respublikasında yaşayan adını bilmədiyi, lakin “Toni Montana” ləqəbi ilə tanıdığı şəxsin göstərişi ilə xx.xx.2021-ci il tarixdə "İstanbul Klinikası”-nın yaxınlığından əvvəlcədən təyin edilmiş yerdən "Toni Montananın” göstərişi ilə müəyyən ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında həmin şəxsin Sərxana gündəlik olaraq 40 manat məbləğində pul verdiyini, verilən sualları tam başa düşdüyünü, Sərxana qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, mənzildə protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə getmişlər. Sonra orada protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra onlar əməliyyat-axtarış tədbirlərini davam etdirmişlər və Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi “Toni Montana” ləqəbli şəxsin Renat adlı Azərbaycan Respublikasının vətəndaşı olduğunu və Renatın Türkiyə Respublikasında yaşadığını müəyyən etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs2ın da narkotik vasitələri aldığı “Samir” adlı şəxsin də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Respublikasında yaşayan şəxs olduğunu onlar müəyyən etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 oxşar məzmunlu ifadə verməklə digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8-9) görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 35) görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 50) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 51) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 52-55) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində tutduğu bağlamada 1 (bir) ədəd bükümdə 2,021 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi sayı 10 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,54 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 252 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 45,6 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 98 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 14,7 qram preqabalin tərkibli dərman preparatı, üzərində "Paden 300” markalanma göstəricisi olan ümumi sayı 14 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram preqabalin tərkibli dərman preparatı. Təqsirləndirilən şəxs1 çiynindən asdığı qara rəngli çantada 2 ədəd bükümdə 2,558 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 19 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3,51 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 42 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram preqabalin tərkibli dərman preparatı, 4,793 qram çəkidə tərkibində AB-PİNACA adlı maddə olan bitki mənşəli kütlə və üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli mənzilə baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 59-61) görünür ki, baxış zamanı mənzilin girişdən sol tərəfdə yerləşən qonaq otağında daşdan hazırlanmış sobanın yuxarı hissəsində sellofan torbada onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları 4 ədəd bükümdə 10,489 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 13,511 qram psixotrop maddə metamfetamin, ümumi sayı 37 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 5,85 qram MDMA tərkibli ekstazi həbləri, üzərində “Paden 300” markalanma göstəricisi olan ümumi sayı 200 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 60 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan ümumi sayı 210 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 31,5 qram preqabalin tərkibli dərman preparatı, üzərində “Galara 300 mg” markalanma göstəricisi olan ümumi sayı 371 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 111,3 qram preqabalin tərkibli dərman preparatı, 7,839 qram çəkidə tərkibində AB- PİNACA adlı maddə olan bitki mənşəli kütlə, üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2620 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 74-84) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "şübhəli şəxs Təqsirləndirilən şəxs2 olunun şəxsi axtarış zamanı təqdim etdiyi...” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,021 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 10 (on) ədəd üçbucaq formalı həblər (3 ədəd çəhrayı və 7 ədəd tünd çəhrayı rəngli) kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). 10 ədəd həbdəb ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 1,54 qram təşkil edir (1 ədəd çəhrayı rəngli həbdə 0,21 qr (ümumi 0,63 qram), 1 ədəd tünd çəhrayı rəngli həbdə 0,13 qram (ümumi 0,91 qram) MDMA olmaqla): üzərində "Paden 300” markalanma göstəricisi olan 14 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla); üzərində "Alyse 150 mg” markalanma göstəricisi olan 98 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 98 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 14,7 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla), üzərində "Galara 300 mg" markalanma göstəricisi olan 252 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 252 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 75,6 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,30 qram preqabalin olmaqla). Ümumilikdə 364 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 94,5 qramdır. Tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi...” yazısı olan paketdəki, 19 ədəd üçbucaq formalı həblər (13 ədəd çəhrayı və 6 ədəd tünd çəhrayı rəngli) kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir ("ekstazi”). 19 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 3,51 qram təşkil edir (1 ədəd çəhrayı rəngli həbdə 0,21 qram (ümumi 2,73 qram), 1 ədəd tünd çəhrayı rəngli həbdə 0,13 qram (ümumi 0,78 qram) MDMA olmaq), üzərində "Alyse 150 mg” markalanma göstəricisi olan 42 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 42 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 6,3 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 kapsulda 0,15 qram preqabalin olmaqla), üzərində "Galara 300 mg” markalanma göstəricisi olan 42 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 42 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 12.6 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 kapsulda 0,3 qram preqabalin olmaqla). Ümumilikdə 84 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 18,9 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş..” yazısı olan göy rəngli polietilen bağlamadakı 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 13,511 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 37 (otuz yeddi) ədəd üçbucaq formalı həblər (13 ədəd çəhrayı və 24 ədəd tünd çəhrayı rəngli) kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). 37 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 5,85 qram təşkil edir (1 ədəd çəhrayı rəngli həbdə 0,21 qram (ümumi 2,73 qram), 1 ədəd tünd çəhrayı rəngli həbdə 0,13 qram (ümumi 3,12 qram) MDMA olmaqla), üzərində “Paden 300” markalanma göstəricisi olan 200 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 200 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 60 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 kapsulda 0,3 qram preqabalin olmaqla), üzərində “Alyse 150 mg” markalanma göstəricisi olan 210 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 210 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 31,5 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 kapsulda 0,15 qram preqabalin olmaqla): üzərində “Galara 300 mg” markalanma göstəricisi olan 371 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır və 371 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 111.3 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 kapsulda 0,3 qram preqabalin olmaqla). Ümumilikdə 781 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 202,8 qramdır. Vət. Təqsirləndirilən şəxs1 götürülmüş MDMA-nın ümumi miqdarı 9.36 qram və preqabalinin ümumi miqdarı 221,7 qram təşkil edir. Tədqiqata təqdim edilmiş 2 ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs2 götürülmüş metamfetamin Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 3 ədəd bükümdəki metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Təqsirləndirilən şəxs2 götürülmüş MDMA tərkibli çəhrayı rəngli və tünd çəhrayı rəngli həblər Təqsirləndirilən şəxs1 götürülmüş MDMA tərkibli çəhrayı rəngli və tünd çəhrayı rəngli həblərlə xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/610 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 88-91) görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş...” sözhəri yazılmış göy rəngli polietilen torbada şəffaf sellofan torbanın içərisində 4 ədəd skoçla bağlanmış şəffaf kiçik sellofan paketdə ayır-ayrılıqda təmiz çəkiləri 5,931 qram, 1,982 qram, 0,594 qram, 1,982 qram və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə 2 ədəd skoçla bağlanmış şəffaf kiçik sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,534 qram və 2,024 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 13,047 qramdır. Tədqiqata təqdim olunmuş polietilen torbada və kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş..." sözləri yazılmış göy rəngli polietilen torbada 7 ədəd skoçla bağlanmış kiçik şəffaf sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,960 qram, 1,871 qram, 1,762 qram, 1,108 qram, 0,953 qram, 0,991 qram, 0,194 qram və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi..." sözləri yazılmış kağız paketdə 5 ədəd skoçla bağlanmış kiçik şəffaf sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,902 qram, 1,051 qram, 0,804 qram, 0,973 qram, 1,063 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid olan AB-PİNACA adlı psixotrop maddə vardır. Onun çəkisi – 0,039 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 119-121) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 135-137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-647/2021 saylı qərarından (cild 1, iş vərəqə 177-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-648/2021 saylı qərarından (cild 1, iş vərəqə 185-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 215-216) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 217-218) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilsə də, daha sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.8-ci maddəsinə əsasən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma və depozit hesabına təhvil verilməsi haqqında qərardan (cil 1, iş vərəqə 235-237) görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 61 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 251) görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadır, onun ailə tərkibi anası X2, qardaşı X6 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 252) görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan (cild 2, iş vərəqə 128) görünür ki, "xxxx" ASC-dən daxil olmuş diskə baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 129-132) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,282 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 12,747 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, qalıq çəkisi 12,032 qram təşkil edən və tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlənin, 1197 ədəd qalmış preqabalin tərkibli kapsulun, 56 ədəd qalmış MDMA həblərin, 2 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12 X7 3635 saylı rəyindən (cild 2, iş vərəqə 134-135) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12 X7 3639 saylı rəyindən (cild 2, iş vərəqə 136-137) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 138-160) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 15,282 qram təşkil edən psixotrop maddə metamfetaminin, 12,747 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, 12,032 qram təşkil edən tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlənin, qalıq sayı 1197 ədəd olan preqabalin tərkibli kapsulun, qalıq sayı 56 ədəd olan MDMA həblərin, 2 ədəd elektron tərəzinin maddi sübut hesab edilməklə saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və ya psixotrop maddələrə aid edilməyən güclü təsir edən maddələrin mənbə xüsusatı ilə bağlı ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun, "xxxx" ASC-nin kartının Sərxan Daşdəmirovun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılması, şəxsi axtarış, eləcə də mənzildə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 164-167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 180-183) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1049/2021 saylı qərarından (cild 2, iş vərəqə 224-226) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1050/2021 saylı qərarından (cild 2, iş vərəqə 227-229) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1921/2021 saylı qərarından (cild 3, iş vərəqə 28-33) görünür ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs X1 müdafiə hüququ kobud şəkildə pozulduğundan məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1345/2021 saylı qərarından (cild 3, iş vərəqə 71-77) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1346/2021 saylı qərarından (cild 3, iş vərəqə 83-89) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 98-102) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi, sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərar xx.xx.2021-ci il tarixli qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 106-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 169-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-99/2022 saylı qərarından (cild 3, iş vərəqə 236-242) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-100/2022 saylı qərarından (cild 3, iş vərəqə 243-249) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından (cild 4, iş vərəqə 128) görünür ki, Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar, o cümlədən müxtəlif vəsatətlər vermişlər, eyni zamanda onlara qarşı irəli sürülmüş ittihamı ayrı-ayrılıqda mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın ayrı-ayrılıqda mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12 bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2-ci Siyahısının 62, 67, 118-ci bəndlərinə əsasən - təmiz halda 5 (beş) qramdan artıq çəkidə MDMA tərkibli ekstazi həbləri, təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin, təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq çəkidə psixotrop maddə AB-PİNACA olan bitki mənşəli kütlə külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, külli miqdarda psixotrop maddə, eləcə də külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamış və daşımışdır. Həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, külli miqdarda psixotrop maddə, eləcə də külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamış və daşımışdır. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə, külli miqdarda psixotrop maddə, eləcə də külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirmələrini (Cinayət Məcəlləsinin 206-cı maddəsinin obyektiv cəhətinə aid olan hər hansı bir hərəkəti törətmələri), eləcə də qeyd edilən vasitə/maddələri Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirən şəxsə və ya şəxslərə bu və ya digər şəkildə köməklik etmələrini təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında bununla bağlı heç bir sübut mövcud deyil. İbtidai istintaq orqanı bu hissədə səthi və natamam araşdırma aparmış, mütləq qaydada mötəbər sübutlar əsasında müəyyən edilməli olan halları, yəni təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin (dövriyyəsi qadağan edilmiş predmetlər nəzərdə tutulur), həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin nə vaxt, haradan, hansı ölkənin ərazisindən ölkə ərazisinə keçirilməsi, hansı üsulla və qaydada Azərbaycan Respublikasının ərazisinə keçirilməsi istiqamətində heç bir səmərəli araşdırma aparmamış, göstərilən xüsusatlarla bağlı heç bir sübut əldə edib cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və göstərilən hissədə aparılmış ibtidai istintaqı natamam araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə narkotik vasitə və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılıq əldə etmələri, narkotik vasitə və külli miqdarda psixotrop maddələrin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin alqı-satqısı, daşınması, saxlanılması və sair qanunsuz hərəkətlər barədə danışıqlar aparmaları, eləcə də törədiləcək cinayət əməlləri ilə əlaqədar cinayət əlaqəsinə girmələri, başqa sözlə, narkotik vasitələr və külli miqdarda psixotrop maddələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələr qeyriləri tərəfindən artıq Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra həmin vasitə/maddələri ölkə ərazisində realizə edilməsi istiqamətində razılığa gəlmələri, əldə edilmiş razılığa əsasən onların birbaşa olaraq qeyrilərindən tapşırıq və sifarişlər aldıqdan sonra icra etmələri tam şəkildə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girərək başqa ölkənin ərazisindən Azərbaycan Respublikasının ərazisinə artıq qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə və külli miqdarda psixotrop maddələrin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin realizə edilməsi istiqamətində fəal hərəkətlər edərək həmin vasitə və maddələrin qanunsuz alqı-satıqısında və digər üsullar əsasında realizə edilməsində birgə iştirak etmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Bundan başqa, ölkə ərazisinə qanunsuz şəkildə keçirilmiş narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin sonradan ölkə ərazisində realizə edilməsi isə mütləq qaydada həmin narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin satış məqsədi ilə qanunsuz şəkildə əldə edilməsində, saxlanmasında, daşınmasında və satılmasında ifadə olunur. Başqa sözlə, qanunsuz şəkildə ölkə ərazisinə keçirilmiş narkotik vasitələri əldə etmədən, saxlamadan, daşımadan və satmadan həmin vasitələrin realizə edilməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin "cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər ... cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 –ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədinin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edərkən və təqsirləndirilən şəxslərə qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətlə bağlı ittiham elan edərkən belə nəticəyə gəlmişdir ki, onlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsiredici maddələrin Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qeyrilərinə əvvəlcədən vəd verməklə sonuncularla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri qanunsuz predmetlərlə bağlı cinayət əməllərini törətmişlər. Maraqlısı odur ki, ibtidai istintaq orqanı qeyrilərinin narkotik vasitə və külli miqdarda psixotrop maddələri, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri qanunsuz şəkildə, yəni qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçirilməsi qənaətinə gəlsə də, buna dair heç bir sübut olmadan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız şəkildə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham irəli sürsə də, onların qeyd edilən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmələrini, həmin əməlin törədilməsində iştiraklarını, belə iştirakın nədən ibarət olması və nədə ifadə olunmasını, həmin cinayətin törədilməsində iştiraklarına yönəlmiş hər hansı qəsdlərini təsdiq edə biləcək heç bir sübut əldə edib cinayət işinin materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə istintaqında da təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini, həmin əməlin törədilməsində onların iştirakını və həmin cinayətin törədilməsində iştiraklarına yönəlmiş hər hansı qəsdlərini təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsinin obyektiv cəhəti malların ölkəmizin gömrük sərhəddindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasında, bununla da dövlətin hüquqi və fiziki şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Cinayət hüququ nəzəriyyəsinə görə - cinayətin törədilməsi (icra edilməsi) dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə və külli miqdarda psixotrop maddələri, eləcə də külli miqdarda güclü təsir edən digər vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən (dövlət sərhədindən) gömrük nəzarətindən kənar keçirilməsi təşkil edir. Bu isə o deməkdir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə, yəni qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etməsi tələb olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə dair iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham irəli sürməkdə kobud səhvə yol vermişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə edilmədən əsassız şəkildə onlara Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ağır ittiham irəli sürülmüşdür. Eyni zamanda məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar qrupun digər üzvü və ya üzvləri ilə artıq Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitə, psixotrop maddə və bu qəbildən olan sair qanunsuz predmetlər barədə telefonla danışmaları, eləcə də sair üsulla əlaqə saxlayaraq tapşırıq və sifarişlər almaları, başqa sözlə, telefonla əlaqə saxlayıb razılıq əldə etmələri satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Bu hissədə məhkəmə qeyd edir ki, cinayətin baş verməsi gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəxs halında törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişlər və ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz törətdikləri və sübuta yetirilmiş həmin əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində də mötəbər sübutlar toplanmamış, aşkar edilmiş narkotik vasitə və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin məhz qaçaqmalçılıq yolu ilə hansı tarixdə, haradan, hansı ölkədən, hansı şəraitdə və qaydada Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə və mülahizələrə əsaslanmışdır. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 19cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində və həmin cinayətin törədilməsinə köməklik edilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə - Azərbaycan Respublikasının quru ərazisi, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkan daxildir. Həmin Məcəllənin 1.0.22-ci maddəsindən görünür ki, gömrük sərhədindən keçirmə - malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsi ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və digər əşyaların gömrük sərhəddindən kənar və ya gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır.Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir.Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Yuxarıda təsvir olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və həmin cinayətin törədilməsinə köməklik etmələri hər hansı sübutla öz təsdiqini tapmır. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin qaçalmalçılığı cinayətinin icraçılarına hər hansı şəkildə kömək etmələri və bələliklə həmin cinayətdə iştirak etmələri haqqında nəticəyə gəlmək mümkün deyil. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən qanunsuz hərəkətləri onlara istinad edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tam şəkildə əhatə olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri olmamış, eləcə də onların həmin cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə onlara ittiham irəli sürmüşdür. Bundan başqa, toplanmış sübutlar təqsirləndirilən şəxslərin ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Beləliklə məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə nisbətdə) cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, bundan başqa, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla, İİİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən dərman preparatlarının çəkisini, həmin vasitə və maddələrin müxtəlif növlərə aid olmasını, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrinin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla onlara azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməli və onlara təyin ediləcək qəti cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12 X7 3635 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin, cinayət işində olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12 X7 3639 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Lakin Təqsirləndirilən şəxs2 əlil olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 15,282 qram təşkil edən psixotrop maddə metamfetamin, 12,747 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 12,032 qram təşkil edən tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlə, qalıq sayları 1197 ədəd olan preqabalin tərkibli kapsul, 56 ədəd MDMA həb, 2 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, "xxxx" ASC-nin kartı Sərxan Daşdəmirovun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və mənzildə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 61 (altmış bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən - şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 203 (iki yüz üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və onun qeyd edilən cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından və onun qeyd edilən cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 15,282 qram təşkil edən psixotrop maddə metamfetamin, 12,747 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 12,032 qram təşkil edən tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlə, qalıq sayları 1197 ədəd olan preqabalin tərkibli kapsul, 56 ədəd MDMA həb, 2 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, "xxxx" ASC-nin kartı Sərxan Daşdəmirovun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 61 (altmış bir) manat məbləğində pul vəsaiti xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-877/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-877/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver