Məhkəmə qərarları › İş №1(101)-877/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-877/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-877/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Səfərli X6 Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarı tətbiq edilməklə cəzası 06 ay azaldılmaqla qəti olaraq 03 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 13,480 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz market” mağazasının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 15 fevral 2023-cü il tarixdə saat 22:05-də Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz market” mağazasının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 00:05-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən onun satış məqsədi olmadan əldə etməklə saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,016 qram, 4,00 qram və 4,464 qram, ümumi təmiz çəkisi külli miqdar 13,480 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyildir, lakin siqaret çəkir, özü idmanla məşğuldur, narkotik yayanlara qarşı olduğu üçün yaşadığı Masazır qəsəbəsində Süleyman adlı gənclər arasında narkotik vasitələri yayan şəxsi tutulmamışdan 20 gün əvvəl məhəllədə döymüşdür. Onu 10-11 fevral 2023-cü il tarixlərdə axşam saat 10 radələrində “Araz” marketin içində kassanın yanında mülki geyimdə olan polis əməkdaşları saxlamışlar. Onu BMCMİ-yə apararaq axırıncı dəfə kimi və nəyə görə döydüyünü soruşmuşlar. O da bildirmişdir ki, Süleyman adlı Masazır qəsəbə sakinini gənclər arasında narkotik yaydığına görə döymüşdür, başqa heç kimlə heç bir problemi olmamışdır. Saxlanılan zaman üzərində 40 manat pul, saat və telefon olmuşdur, onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Onu 4 gün BMCMİ-nin İVS-də saxlamışlar, üzərinə baxışı isə xx.xx.2023-cü il tarixdə keçirərək polislərin şkafdan götürüb üzərinə qoyduqları psixotrop maddə metamfetamini təqdim etməyə məcbur etmişlər. Ona qarşı fiziki zor tətbiq etmişlər, lakin onu döyən polis əməkdaşlarının adlarını bilmir, yalnız onlardan biri “Kərim” adlı şəxs onu çox incitmişdir. Döyüldüyü zaman bədənində göyərtilər yaranmışdır. İstintaq təcridxanasında həkimlər onu soyundurub bədəninə baxmamış, nə də o, döyülməsi barədə həkimlərə bir söz deməmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə sanksiyaya aparıldıqda hakimə ona göstərilən şiddətlə əlaqədar məlumat vermişdir. Bu məsələ ilə bağlı prokurorluqdan istintaq təcridxanasına gələn əməkdaş izahatını almış, onu məhkəmə-tibbi ekspertizadan keçirmişlər. Prokurorluğun araşdırılmasının nəticəsinə dair heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 15 fevral 2023-cü il tarixdə həmkarı Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumatla əlaqədar Şahid1 rəhbərliyi ilə onun və həmkarı Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmış və həmin gün saat 22:05 radələrində əməliyyat qrupu Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, “Araz market”-in yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polisə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Murad Azayevə təhvil vermişlər. Sonuncu Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq cins şalvarın cibindən bir ədəd şəffaf borucuğu, şalvarının digər cibindən isə 3 sellofan bükümü, həmçinin üzərində olan 10 manat pulu, bir ədəd açar və bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sellofan bükümlər açıldıqda içərisində şüşəyə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs izah etmişdir ki, həmin maddə patıdır, öz istifadəsi üçün Masazır qəsəbəsindən əldə etmişdir. Bundan sonra həmin bükümlər kağız zərfə qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Tərtib olunmuş baxışa dair protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 15 fevral 2023-cü il tarixdə ona xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 15 fevral 2023-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları – əməliyyat müvəkkili Şahid2,əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu elə həmin gün Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, “Araz market”-in yaxınlığına gedərək ərazini müşahidəyə almışlar. Təxminən saat 22:05 radələrində “Araz market”-in yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq özlərini təqdm etmiş və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirərək üzərində keçiriləcək istintaq hərəkətləri üçün BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs raportla təhqiqatçı Murad Azayevə təqdim etmişlər. Sonuncu Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə baxış keçirmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirib, əynində olan cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf borucuğu, şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümü, şalvarın sol arxa cibindən 10 manat pulu, 01 ədəd açarı, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan bükümlə əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, içindəki metamfetamindir, onları xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi ərazisindən taparaq üzərində saxlamış, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddələr polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 01 ədəd açar, 10 manat pul Əliyə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də idarədə Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunsuz hərəkət edilməmiş, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün məhkəməyədək verdiyi ifadələri ilə və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Əli” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli 3-13-6/Ə72-2023 nömrəli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qrupun rəhbəri baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olmaqla, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin gün saat 22.05-də Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi “Araz market” mağazasının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 23:37-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, bu istintaq hərəkəti videoçəkiliş aparılmaqla və müdafiəçisinin iştirakı ilə həmin tarixdə saat 00:25-dən saat 00:42-dək həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirib, əynində olan cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf borucuğu, şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümü, şalvarın sol arxa cibindən 10 manat pulu, 01 ədəd açarı, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi ərazisindən tapdığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını və üstündə olan maddələrdən heç kimin məlumatının olmadığını, həmin maddələri də şəxsi istifadə məqsədi ilə üstündə daşıdığını və üstündən aşkar edilmiş 01 ədəd borucuğu həmin maddələri istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd “ Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 01 ədəd açar, 10 manat pul özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli 6/943 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş 03 ədəd sellofan büküm və 01 ədəd borucuq...” yazı və imzalar olan zərfdə 3 ədəd sellofan paketdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,016 qram, 4,00 qram və 4,464 qram olmaqla, ümumi çəkisi 13,480 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd şüşə borucuğun daxilində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 avqust 2023-cü il tarixli 5492 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-208/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi etiraf edici ifadələrdən müəyyən olunur ki, 15 fevral 2023-cü il tarixdə, saat 22:05-də Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, “Araz market” mağazasının yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o üzərində narkotik vasitələr olduğunu bildirib, əynində olan cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf borucuğu, şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümü, şalvarın sol arxa cibindən 10 manat pulu, 01 ədəd açarı, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi ərazisindən tapdığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını və üstündə olan maddələrdən heç kimin məlumatının olmadığını, həmin maddələri də şəxsi istifadə məqsədi ilə üstündə daşıdığını və üstündən aşkar edilmiş 01 ədəd borucuğu həmin maddələri istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd “ Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 01 ədəd açar, 10 manat pul özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O törətdiyim cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış BMCM-nin rəis müavini polis polkovniki Fariz Vəliyevin 008-1136-1223 saylı xx.xx.2023-cü il tarixli məktunbdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin əldə olunma mənbəyini, onun həmin psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədilə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsiz qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon prokurorluğunun qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs verdiyi izahatında həbs edilərkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər olunduğunu göstərmiş, öz növbəsində izahatları alınmış Təqsirləndirilən şəxs saxlayan və idarəyə dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 Ehtiram oğlu izahatlarında barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması ilə bağlı Təqsirləndirilən şəxs barəsində daxil olan məlumat əsasında onu müvafiq sənədləşdirmə aparıldıqdan sonra idarəyə dəvət etmişlər və burada təhqiqatçı müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs özü könüllü olaraq şalvarın sağ yan cibində olan 01 ədəd şəffav borucuğu, sol cibində isə üç ədəd sellofan bükümü təqdim edərək bu bükümlərdə olan maddənin metamfetaminin olmasını, onu həmin gün günorta saatlarında Abşeron rayonu, Masazır kəndi ərazisində tapdığını, metamfetamin istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxlamış, 01 ədəd borucuğu isə metamfetamin istifadə etmək üçün özündə saxlamışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası keçirilmiş, həmin ekspertizanın xx.xx.2023-cü il tarixli 297 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir.Toplanmış materialda Təqsirləndirilən şəxs izahatında göstərdiyi Xüsusatlar öz təsdiqini tapmamış, eyni zamanda, cinayət işinin başlanılması üçün müvafiq səbəb və əsaslar müəyyən edilməmişdir. Bu səbəbə görə, Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 5(005)-308/2023-cü il nömrəli xx.xx.2023-cü tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından müəyyən olunur ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar qanunauyğun hesab edilmişdir. Məhkəmədə "xxxx" MMC-nin təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilmiş, həmin diskdəki məlumatlar 4 fayldan ibarət olmaqla iki fayl SMS tarixçəsini, bir fayl zənglərin detallaşdırılması anten dairləri və bir fayl zənglərin tarixçələrinə aiddir. SMS tarixçəsini əks etdirən 2-ci fayldakı xx.xx.2023-cü il tarixdə saat 22:16:48-dən həmin gün saat 22:31:10-dək ********** nömrəsi olan telefondan Təqsirləndirilən şəxs ifadəsində olan ********** nörməsi olan telefona çox sayda SMS-lər gəlmiş, həmin SMSlərdən məlum olur ki, ********** nömrəsi olan telefonun sahibi X10 Səfərliyə aşağıdakı məzmunda yazılar gəlmişdir: “ Onu bunu yığmısan Bakının konçini adamları...” .. Nulufer. Senle. Bedbext. Eti Ozün. Narkotik. Çəkdiribsən Nulufere. Nəşə Satan. Sutinar...”, “...Nəşə satan. Narkotik çəktirirsən Nilufərə. Mala otuzdurubsan, nəşəxorlar...”. Sms fayllardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********2 nömrəsi olan telefondan sonuncu SMS xx.xx.2023-cü il tarixdə saat 13:49:13də ********** nömrəsi olan telefona göndərilmiş, Təqsirləndirilən şəxs telefonuna isə sonuncu SMS ********** nömrəsi olan telefondan xx.xx.2023-cü il tarixdə saat 07:58:38-də daxil olmuşdur. Həmin SMS-in mətni belədir: “Utanmırsane sen mene yalan deyen ele bir belaya düşsünki neyniyim deye deye qalsın...ozun mene variant geldinde sen başqasıynansanda.” Zənglərin detallaşdırılması, yəni anten dairələrini müəyyən edən üçüncü fayldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəli mobil telefonun anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 22:27:12-də Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 9/1, Xırdalan ATS olmuşdur. Dördüncü faylda olan zənglərin tarixçələrini açıqlayan məlumatlardan müəyyən olunur ki, SMS döndərməklə Təqsirləndirilən şəxs Nulufər adlı qadını narkotiklərə cəlb etməkdə günahlandıran ********** nömrəsi olan telefonun sahibi Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayan Sevin Aslanovadı. Araşdırılan telefon məlumatlarında Təqsirləndirilən şəxs “Süleyman” adlı şəxslə mübahisəsini, konfliktini açıqlayan hem bir məlumatlar (SMS-lər, Selyman adında olan şəxsin telefon nömrəsi) olmamışdır. Araşdırılan telefon məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs sonuncu SMS-i xx.xx.2023-cü il tarixdə saat 13:49:13 ********** nömrəsi olan telefona göndərmiş, onun telefonuna sonuncu SMS xx.xx.2023-cü il tarixdə saat 07:28:38-də ********** nömrəsi olan telefondan daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində mobil telefonun sonuncu anten dairəsi xx.xx.2023-cü il tarixə saat 22:27:12-yə aid olmaqla ünvanı Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 9/1, Xırdalan ATS olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi, guya xx.xx.2023-cü il tarixdən 4 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdən tutularaq BMCMİ-nin MSY-nə yerləşdirilməsi barədə ifadəsi şübhə doğurmaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 14 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, onun üzərindən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 13,330 qram qalmış psixotrop maddə metafetamin və 01 ədəd borucuq maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks edildiyi bir ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi materiallarından ayrıca icraata material ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət işinin materiallarından psixotrop maddənin əldə etmə mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatlarına görə ayrıca icraata material ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin təşəbbüsü ilə əldə edilmiş DİNnin BMCMİ-dən daxil olmuş 3-/3-6/2-4827/24 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 15 fevral 2023-cü il tarixdə saxlanılmış, şübhəli şəxs qismində BMCMİ-nin X7 qəbul edilmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra həmin gün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, o təcridxanaya təhvil verilənədək bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumatdan müəyyən olunur ki, Səfərli X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 263-1.1-ci maddəsilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılıb, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilibdir. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona CM-nin CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarı tətbiq edilməklə cəzası 06 ay azaldılmaqla üzərində qəti olaraq 03 ay 25 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən onun birinci CM-nin 263.1-1-ci maddəsi ilə olan məhkumluğu ödənilmiş, lakin növbəti, xx.xx.2021-ci il tarixdə CM-nin 127.2.3-cü maddəsi ilə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, o baxılan iş üzrə cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni məhkumluğu ödənilmədiyi dövrdə törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarlarından müəyyən olunur ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, residivin əsas elementlərindən biri əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsidir. “Məhkum olunmuş şəxs” isə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan şəxs hesab edilir. Bu halda, cəza, CM-in 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, yəni residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu və bu axtarışı əks etdirən CD-də olan videogörüntü, digər istintaq protokolları, “cinayət işinin başlanmasının rədd edilməsi” qərarı, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və psixotrop maddəni polis əməkdaşları tərəfindən üzərinə fiziki təzyiqlər nəticəsində qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15.02. 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 13,330 qram qalmış psixotrop maddə metafetamin və 01 ədəd borucuq məhv edilməli, “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs qohumlarına qaytarılması nəzərə alınmalı, şəxsi axtarış və götürmə görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 504 AZN (beş yüz dörd) manat Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 13,330 qram qalmış psixotrop maddə metafetamin və 01 ədəd borucuq məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılması nəzərə alınsın, şəxsi axtarış və götürmə görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 504 (beş yüz dörd) manat Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar