Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-878/2020 23.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğır Cinayətlər Məhkəməsinin hakimləri: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştiraklarıilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, «General Safity» şirkətində kompüter mütəxəssisi işləmiş, Bakı şəhəri, Nəsimi rayou, Azadlıq prospekti, ev 60-da qeydiyyatda olan, Bakı şəhəri, M.Sübhi küçəsi, 107B ünvanında yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində nişanlısı Şahid2 bacısı Şahid1 istəyinə zidd olaraq Hacıqabul rayon sakini Zərərçəkmiş şəxs təxminən 4 il müddət ərzində mütəmadi olaraq arxası ilə gedərək Şahid1 narahat etməsini bildikdən sonra Zərərçəkmiş şəxsla görüşüb söhbət etməklə Şahid1 arxası ilə getməməyi, onu narahat etməməyi başa salmaq üçün həmin gün Şahid1 işdən qayıtdığı marşrut üzrə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 37A ünvanında yerləşən “Ağ Çiçəyim” gül mağazasının qarşısına gəlib, orada mobil telefonun “whatsapp” proqramı vasitəsilə Səlimət Alamzişviliyə zəng edərək sonuncunun 30 nömrəli marşrut avtobusda olduğunu öyrəndikdən sonra Qara Qarayev prospektində yerləşən dayanacaqda həmin avtobusa minərək Şahid1 soruşub Zərərçəkmiş şəxs avtobusda olduğunu öyrənmiş, saat 19 radələrində Şahid1 yaşadığı evin yaxınlığında, Qarayev Qarayev prospekti 94 ünvanında yerləşən “Lotos” Ticarət Mərkəzinə çatmamış avtobusdan düşən zaman Zərərçəkmiş şəxs da sonuncunun arxası ilə düşdüyünü görüb Qara Qarayev prospektində, Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sağ qolundan tutaraq birlikdə kənara çəkilib söhbət etmələrini təklif etdikdə, Zərərçəkmiş şəxs onu tanımadığını bildirib sinəsindən itələyərək özündən uzaqlaşdırmaq istədikdə o, sonuncunun həm baldızına qarşı etdiyi, həm də bu hərəkətlərindən əsəbləşərək Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı cibindən çıxararaq həmin bıçaqla Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi, qarın, baş və bədəninin digər nahiyyələrinə çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs İV dərəcəli hemorragik şok və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan perikardın, sol mədəciyin zirvəsinin, sol ağciyərin aşağı və yuxarı paylarının, diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik, qarnın sağ yarısının ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş, başın sağ təpə nahiyəsinin 2 ədəd kəsilmiş, sol əlin ovuc səthinin 2 ədəd deşilmiş-kəsilmiş, sol bazunun yuxarı arxa və bayır səthlərinin dəlib keçən 2 ədəd deşilmiş-kəsilmiş, sağ bazu oynağının ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş, sağ bazunun arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş, sağ dirsək oynağının iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs yaralı vəziyyətdə oradan uzaqlaşdığından və hadisə yerinə çağırılmış təcili tibbi yardımın həkim briqadasının köməkliyi ilə vaxtında 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki,o, məhkəmələrdə və digər idarələrdə elektron sistemlərin quraşdırılması ilə məşqul olmuş və tez tez ezamiyyətlərdə olmuşdur. Axırıncı dəfə Ağstafaya getmişdir. 6 ay müddətində eşitmişdir ki, Sirac Səliməti narahat edir. Səlimət ona demişdir ki, onu 4 ildir narahat edir. O, Səlimətdən Siraca onun arxasınca gəlməməsi barədə xəbərdarlıq etdiklərini soruşduqda, Səlimət bildirmişdir ki, dəfələrlə Siraca bu barədə demişlər, hətta anası da Siraca bununla bağlı xəbərdarlıq etmişdir. Sirac 1 il Səlimətin arxası ilə gəlməmiş, sonra yenidən gəlməyə davam etmişdir. O, rayonda olarkən eşitmişdir ki, Sirac yenə onun ardınca gəlib, o, taksi ilə gəlmiş, lakin Siraca çata bilməmişdir. Son dəfə Ağstafadan gəlib, geri qayıdarkən, sağollaşmaq üçün Səlimətgilə gəlmiş və Səliməti soruşmuşdur. Səlimət evdə olmamış, zəng edib harada olduğunu soruşduqda 30 saylı avtobusda olduğunu və Siracın da orada olduğunu bildirmişdir. O, Səlimətə gəldiyini, Xalqlar dostluğunda avtobusa minəcəyini və marşuruta onu tanıdığını bildirməməsini deyib Siracı ona göstərməsini tapşırmışdır. O, həmin yerə gəlmiş və marşuruta mindikdən sonra Səlimət ona işarə etmişdir ki, qabaqda əyləşib. Sirac baxıb gülümsəmiş, Səlimət düşərkən Siracda arxasıyca düşmüş və o, gəlib Siracı qolundan tutmuş sözü olduğunu demişdir. Sonra qolun çəkmiş və ona “sən kimsən mən səni tanımıram” demiş və qaçmaq istəyərkən Siracı bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özifadəsindənbaşqaməhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, 2017-ci il idi Ağ şəhərdə işləmiş və NZS-də qalmışdır. Həmin marşurutlarda Səliməti görmüş, Səlimət ona baxıb gülmüş və ondan xoşu gəlmişdir. Qardaşına da qızı göstərmişdir ki, xoşu gəlir fikri ciddidir. Sonuncu dəfə Moskva şəhərinə gedib avqustda gələndən sonra, sentyabr ayının 15-də Ağ şəhərdə işə girmiş və gecə növbəsində işləmişdir. Həmin günü Yeni ilə görə pul almış, hamısı 5 manatlıq olmuşdur. Marşuruta minəndə Səlimətində marşurutda olduğunu görmüşdür. O, qabaq oturacaqda əyləşmiş, Səlimət isə arxada oturmuşdur. Səlimət yolda düşmüş, o da “şmotka” satılan yerə tərəf gedəndə Elxan yaxınlaşıb sol qoluna girmiş və “bura gəl sənlə işim var” demişdir. Elxanın üzünə baxmış, lakin tanış gəlməmiş və onu tanımadığını demişdir. Elxan onu dratışdırarkən onun fikrinin başqa olmasını görmüşdür. O, qaçmaqn istəyəndə paltarlar olan yerə söykənmiş və yıxılmışdır. Elxan da onun üstünə düşüb bıçaqla onu vurmağa başlamış, nə qədər vurub neçə zərbə vurub yadında qalmamışdır. O, qışqıraraq kömək çağırmış, Elxan isə demişdir ki, gələn olsa oları da vuracaq. O, bıçağın kəsən yerindən tutmuş ardıcıl Elxanın üzünə yumruq vurmuş və Elxan yerə yıxılmış və o, durub ayağa qaçmışdır. Saat 20 radələrində orada çox adam olmuşdur. O maşına tərəf qaçmış və taksi sürücüsünə yaxınlaşmış, lakin, taksi ona sahib çıxmamış, sonra yerə yıxılmış, TTY çağırılmış və onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət onu narahat etmiş, bacıları da demişdir ki, onu narahat etməsin, lakin Sirac yenə əl çəkməmişdir. Anası da onu onun ardınca gələndə bir yerdə tutmaq istəmiş, lakin tuta bilməmişdir. Dəfələrlə onun ardınca gələndə Avtobusda və metroda üzərinə qışqırmış, o, Siracla danışmadığına görə yüksək səslə üzərinə qışqıraraq, qulaxlığı çıxarıb ona qulaq asmasını demişdir. Sonra o, Elxana demişdir ki, bu barədə Siracla danışsın. Sonuncu dəfə Elxana Siracın onun ardınca gəldiyini yazmış, Elxan həmin günü gəlib onun mindiyi marşuruta minmiş və o, orada Siracı Elxana göstərmiş və özü avtobusdan düşüb evə getmişdir. Sonra eşitmişdir ki, o evə gedəndən sonra Elxan Siracla mübahisə edib ona bıçaqla xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Elxan onun bacısının nişanlısıdır, Siracıda bacısı ilə əlaqədar tanımışdır. Hər gün Sirac gəlib bacısını narahat etmişdir. O, bir dəfə Siraca yaxınlaşıb bacısından əl çəkməsini demiş və Sirac onunla razılaşıb çıxıb getmişdir. Sonra yenə bacısının arxası ilə gəlməyə davam etmişdir. Hadisə günü Elxan onlara görüşmək üçün gəlmiş, oradan hansısa rayona işə gedəcəkdir. Həmin vaxt Səlimət yazmışdır ki, bu adam yenə gəlib onu narahat edir. Elxan yerin dəqiqləşdirmiş və getmişdir ki, Siracla söhbət etsin. Elxan gedib avtobusda bunları tapıb həmin vaxt da aralarında mübahisə olmuş və bu hadisə baş vermişdir. MəhkəməiclasındaşahidqismindədindirilmişAlmazaşvili Tamilə Qoça qızı, Şahid4 və istintaq zamanı dindirilmiş Şahid5 şahid X2 ifadəsinə uyğun ifadə vermişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, təxminən 1 ildir taksi fəaliyyəti ilə məşğul olur, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzi ilə üzbəüz, yolun əks tərəfində özünə məxsus “Mersedes E clas 230” markalı, avtomobillə dayanıb müştəri gözləyən zaman qəfil bir nəfər şəxsin avtomobilin sağ tərəfindən kapotun üzərinə yıxıldığını görmüşdür. Həmin şəxsin sərxoş olduğunu zənn edib avtomobildən düşərək avtomobilin sağ tərəfinə gəldikdə həmin şəxsin baş nahiyəsindən qan axdığını görmüşdür. Həmin şəxs avtomobilin sağ tərəfinə söykənərək yerdə oturmuş, ona yardım etmək istəyən zaman əynində olan paltarın qana bulaşdığını görmüşdür. Onun yaralı olduğunu görüb Təcili Yardım xidmətinə zəng edərək kömək çağırmış, təxminən 5-10 dəqiqəyə təcili yardım briqadası gələrək həmin şəxsi xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, “Panser Service” şirkətinin direktoru vəzifəsində işləyir, Elxan da başqa şöbədə işləmişdir. Bir dəfə Elxan ona demişdir ki, bir problemi var, istədiyi qızın bacısının arxası ilə oğlan düşür onu narahat edir, görüşüb söhbət etmək lazımdır. Həmin vaxt o da söhbət etməyə getməli olmuş, lakin, həmin vaxt Elxana zəng gəlmiş və Elxan ona ehtiyac olmadığını, gəlməməsini oğlanın avtobusdan düşüb getdiyini demişdir. Hadisə günü Elxan işdən icazə alıb getmişdir. Səhəri gün Elxan işə gəlməmiş, sonra anası zəng edib demişdir ki, Elxanın problemi var ona veş aparmaq lazımdır. Veşləri apardıqdan sonra məlum olmuşdur ki, Elxan tək gedib ora həmin oğlanla söhbət etmiş və bu cinayəti törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Sirac Ağ şəhər ərazisində işləmiş, başqa-başqa yerlərdə çox qalmışdır. Sirac ona bir qız göstərmiş, o Siraca qızdan əl çəkməsini öz obalarından, elindən evlənmək lazım olduğunu demişdir. Ondan sonra Sirac bir daha o qızın arxası ilə düşməmiş, onu bir daha narahat etməmişdir. Bir gün gecə Semaşko xəstəxanasından zəng gəlmiş, Siracın xəstəxanada olması barədə məlumat verilmişdir. Sonra məlum olmuşdur ki, Elxan adlı şəxs Siracı bıçaqla vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid9 Huseynağa qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elxan 1992-ci ildə Bakı şəhərində doğulmuşdur. O, əri X7 ilə təxminən 2007-ci ildə rəsmi şəkildə ayrıldıqdan sonra Elxanla birlikdə yaşamışdır. Elxan 2013-cü ilin may ayında Şəki rayon Aşağı Layısqı kənd sakini 1993-cü il təvəllüdlü X8 ilə rəsmi nikaha girmiş, 2019-cu ilin oktyabr ayında isə Suzenlə rəsmi şəkildə ayrılmışlar. 2019-cu ilin payız aylarında Elxan ona Tamilə adlı qızla tanış olduğunu və gələcəkdə ailə qurmaq istədiyini bildirmişdir. Elxan əvvəllər internet klub işlətsə də son zamanlar hansısa şikrətdə kompüter mütəxəsisi işləmişdir. Elxan işi ilə əlaqədar bəzən rayonlara ezamiyyəyə də getmişdir. 2019-cu ilin dekabr ayının təxminən 21-22-də Elxan işi ilə əlaqədar bir neçə rayona ezamiyyəyə getmiş, bir neçə gün sonra Elxan geri qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixdə Elxan evdən çıxıb işi ilə bağlı harasa getmiş, həmin gün Elxan evə gəlməmişdir. Elxan bəzi günlər evə gəlmədiyindən o, artıq buna öyrəşmiş və Elxanın harada olması ilə maraqlanmamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, evdə yatarkən qapının açıldığını eşidib yuxudan oyandıqda Elxanın öz açarı ilə qapını açıb evə daxil olduğunu görmüşdür. Elxan onu oyatmamaq üçün yavaşca öz otağına keçmişdir. O da həmin vaxt yatağından qalxmamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında sübh namazı qılmaq üçün yuxudan oyanmış, namaz qılmağa başlayarkən Elxanın da yuxudan oyanıb əynini geyindiyini görmüşdür. Biraz sonra Elxana hansı səbəbdən belə tez saatda oyandığını və hara getdiyini soruşmuş, Elxan onunla sağollaşmaq üçün axşam evə gəldiyini və hazırda təslim olmağa getdiyini söyləmişdir. O, nə baş verdiyini maraqlandıqda Elxan Tamilənin bacısı Səlimətin arxası ilə neçə müddətdən bəri bir nəfər oğlanın düşdüyünü, narahat etdiyini, bu səbəbdən həmin oğlanla söhbət edərkən aralarında münaqişə yarandığını və həmin oğlanı bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onun halı pisləşmiş, bir müddət sonra Elxan onu sakitləşdirib özünə gətirmiş və onunla sağollaşaraq təslim olmaq üçün evdən çıxıb getmişdir. Həmin gün hazırda xatırlamadığı nömrədən ona zəng gəlmiş. Zəng edən şəxs özünü müstəntiq kimi təqdim edərək Elxanın geyinməsi üçün təmiz paltar göndərməyi xahiş etmişdir. O, bundan sonra Elxanın iş yoldaşı Sadiqə zəng edərək hadisə barədə məlumat vermiş və Elxan üçün paltar aparmasını ondan xahiş etmişdir. Axşam saatlarında Sadiq onlara gələrək Elxanın paltarlarını aparıb Nizami rayon prokurorluğuna vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində “Lotos” Ticarət Mərkəzinin qarşısında oğlu Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilməsindən əvvəlcə məlumatı olmamışdır. Sonradan Elxanın bıçaqla xəsarət yetirdiyi adamın Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Əvvəllər heç vaxt oğlu Təqsirləndirilən şəxs üzərində hər hansı kəsici-deşici alət gəzdirdiyinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A7”, X3 məxsus “Samsung A50” və Şahid2 məxsus “X17 10 Plus” markalı mobil teefonların yaddaşında olan və köçürülərək rəyə əlavə olunmuş 03 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində «5326 saylı rəy üzrə məlumatlar, «Samsung Galaxy A7, Samsung Note 10 plus» sözləri yazılmış DVD diskə baxış keçirdikdə 2 ədəd qovluğun olduğu aşkar edilmişdir. Birinci qovluğun adı «Samsung Galaxy 7», ikinci qovluğun adı «X17 10 Plus» qeyd olunmuşdur. «Samsung Galaxy 7» adı ilə qeyd olunmuş qovluqdan AdvancedLogical01 adlı qovluğa, oradan isə Report_ContactsSection adlı qovluğa daxi olduqda 1) Sevinc **********; 2) Natalia**********; 3) Meryem**********; 4) Togrul **********; 5) Sevinc **********; 6) Kemale **********; 7) Elnur Mebel **********; 8) Goturme +**********04; 9) Ramile Esedova **********; 10) Ramile Vatsap **********, «X17 10 Plus» adı ilə qeyd olunmuş qovluğa daxil olduqda isə 1) **********68; 2) **********84; 3) **********42; 4) **********93; 5) **********80; 6) **********52; 7) **********25; 8) **********59; 9) **********05; 10) **********23; 11) Bodbele; 12) Fikret Şofer; 13) Gülüşü Teyze; 14) Mama nar; 15) nayde; 16) Oskar; 17) Sadiq Qaqaş; 18) Şahbaz; 19) Sanur kimi məlumatlar aşkar edilmişdir. Daha sonra üzərində «1 5326 saylı rəy üzrə məlumatlar «Samsung A 50 Galaxy» sözləri yazılmış diskə baxış keçirilərkən iki ədəd qovluğun olduğu aşkar edilmişdir. Birinci qovluğun adı «Nero», ikinci qovluğun adı isə “Samsung Galaxy A50»-dir. Hər iki qovluğa baxış keçirdikdə iş üçün əhəmiyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Bundan sonra üzərində «2 5326 saylı rəy üzrə məlumatlar «Samsung Galaxy A50» sözləri yazılmış diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə iki ədəd qovluğun olduğu müəyyən edilmiş, birinci qovluq «Nero», ikinci qovluq isə “Samsunq Galaxy A50» adı ilə qeydə alınmışdır. «Samsunq Galaxy A50» adı ilə qeydə alınmış qovluğa daxil olduqda dörd ədəd qovluğun olduğu müşahidə olunmuş, birinci qovluq 2020-05-16.16-20-20, ikinci qovluq AdvancedLogical 01, üçüncü qovluq vhatsapp +**********82, dördüncü qovluq vhatsapp +**********51 adı ilə qeydə alınmışdır. 2020-05-16.16-20-20 adı ilə qeydə alınmış qovluğa daxil olduqda əlavə “Edivence Gollection» adı ilə qovluğun olması müəyyən edilmişdir. Həmin qovluğa, daha sonra orada olan pages adlı, oradan isə kontaktı adlı qovluğa daxil olduqda isə 1) **********; 2) X12- +**********33; 3) Aksesuarları Telefon **********; 4) Anesteziska Könül - +**********57; 5) Apparat Rəşad - +**********90; 6) Araş LPG +**********64; 7) Ayşe- +**********01; 8) Ceylo- +**********745; 9) cor Xatire X MR- +**********04; 10) Dr Akif - +**********11; 11)Dr Penah – **********; 12) Elnara - +**********29; 13) Enare - +**********64; 14) Elvin - +**********31; 15) Fira - +**********91; 16) Fizioterapiya Melahet X-**********; 17) X18 - +**********79; 18) Gülü - +**********18; 19) X Samire Ceyran - +**********15; 20) Xala Ahu - +**********97; 21) X20 – **********; 22)X19 - +**********96; 23) Xala Ceyran - +**********25; 24) Xala Kemale - +**********05; 25) xala sevil- **********; 26) Xanım Nergiz-+**********10; 27) Xanım Tuğra -**********; 28) İnnab- +**********33; 29) İra - +**********07; 30) Qız Quru - +**********16; 31)Labratoriya Aynur - +**********17; 32) Malik- +**********95; 33) Mama - +**********25; 34) Mari - +**********33; 35) Meltem - +**********91; 36) Pasyent Gulxar X-+**********50; 37) Pasyent Pervane - +**********28; 38) Pisxoloq Almara X - +**********64; 39) Rasime - +**********01; 40) Rasul -+**********94; 41) Saç Samite - +**********79; 42) Sadiq - +**********46; 43) Tebriz - +**********53; 44) Toppuş Ayti - +**********86; 45) USM Sevinc Dr- +**********39; 46) Usta Tamerlan - +**********45; 47) Ulfet -+**********46; 48) Yeni Ford – **********; 49) Yiyesi Faide ev - +**********43; 50) Zina - +**********0 kimi məlumatlar aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 05/1344 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İV dərəcəli hemorragik şok və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan perikərdin, sol mədəciyin zirvəsini sol ağciyərin aşağı və yuxarı paylarının, diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası, qarının sağ yarısının ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, başın sağ təpə nahiyəsinin 2 ədəd kəsilmiş yarası, sol əlin ovuc səthinin 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı arxa və bayır səthlərinin dəlib keçən 2 ədəd deşilmiş-kəsilmiş yarası, sağ bazu oynağının ön səthinin 1 ədəd deşilmişkəsilmiş yarası, sağ bazunun arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ dirsək oynağının iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Şəxsin bədəni üzərində cəmi 13 ədəd xəsarət aşkar edilmişdir. Bunlardan 2-si daxilə nüfuz edən, 9-u daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş, 2-si kəsilmiş yara olmuşdur. Qeyd olunan xəsarətlər deşicikəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın (bıçaqların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər. Dərəcəsinə görə İV dərəcəli hemorragik şok və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan perikərdin, sol mədəciyin zirvəsinin, sol ağciyərin aşağı və yuxarı paylarının, diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlmalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin (deşilmiş-kəsilmiş və kəsilmiş yaraların) forma, ölçü, morfoloji əlamətləri və o cümlədən təqdim edilmiş sxemdə göstərilmiş bıçağın bəzi konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin sxemdə göstərilən bıçaqla və ya ona oxşar bıçaqla (bıçaqlarla) törənməsinin mümkünlüyünü istisna etmək olmaz. Döş qəfəsinin sol yarısında mövcud olan 2 ədəd deşilmiş-kəsilmiş yara kanallarının istiqaməti öndən-arxaya, yuxarıdan-aşağı, soldan-sağa doğru, qarının sağ yarısının ön divarında mövcud olan 1 ədəd deşilmiş-kəsilmiş yarasının kanalının istiqaməti öndən-arxaya, soldan-sağa və aşağıdan- yuxarıya doğru, bel nahiyəsində mövcud olan 1 ədəd deşilmiş-kəsilmiş yarasının kanalının istiqaməti arxadan-önə, soldansağa və yuxarıdan-aşağıya doğru olmuşdur. Digər xəsarətlərin yara kanallarının istiqaməti barədə şəxsin adına tərtib edilmiş tibbi sənəddə hər hansı bir məlumat qeyd edilmədiyindən fikir söyləmək mümkün olmadı. Qeyd edilən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldığından, həmçinin tibbi sənəddə daxilə nüfuz edən xəsarətlərin yara kanallarının uzunluğu barəsində hər hansı bir məlumat qeyd edilmədiyindən və eləcə də xəsarətlər yetirən alət (alətlər) ekspertizaya təqdim edilmədiyindən iz törədən alətin (alətlərin) fərdi əlamətləri (alətin forması, uzunluğu, köndələn kəsiyin ölçüləri və s.) haqqıda və qeyd edilmiş xəsarətlərin bir və ya bir neçə alətlə törənib törənməməsi barədə fikir söyləmək deyil. Bu məsələləri həll etmək üçün zərəçəkmişin hadisə zamanı əynində olmuş (əgər olmuşdursa) paltarların xüsusi (tibbi kriminalistik) müayinəsinin aparılması zəruridir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin ovuc səthinin iki ədəd səthi kəsilmiş yarası, sol qaşın bayır bucağının səthi əzilmiş yarası, alının ön səthinin şişkinlik halında əzilməsi və sıyrığı, sol gözün üst qapağının qançırı olmuşdur. Qeyd olunan xəsarətlərdən səthi kəsilmiş yaralar kəsici səthə malik əşyanın (əşyaların), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, bərk küt əşya (əşyalar) təsirindən törənmiş xəsarətlər müxtəlif şəraitdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş lifli materialların tədqiqi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd gödəkçənin səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd köynəyin və 01 ədəd şalvarın tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd köynəyin və 01 ədəd şalvarın səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarı, 01 ədəd gödəkçənin tərkib liflərindən yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 29/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt idman ayaqqabısı, bir ədəd boğazlı köynək, Zərərçəkmiş şəxs məxsus gödəkcə, cins şalvar, uzunqol yun köynək, 02 ədəd kişi alt şalvarı, qolsuz yun köynək və 03 ədəd pambıq topalar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə Zərərçəkmiş şəxs məxsus gödəkcə, cins şalvar, uzunqol yun köynək, 02 ədəd kişi alt şalvarı, qolsuz yun köynək və 03 ədəd pambıq topalar üzərində olan ləkələrdə yalnız “H” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt idman ayaqqabısı və bir ədəd boğazlı köynək üzərində olan ləkələrdə “B” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa/H/(İİİ) qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanında müşayiətçi H antigeni varsa). Lakin ləkələrdə qanın bir necə şəxsə məxsus olduğu halında isə həmçinin Oalfa,beta (İ) qruplu Zərərçəkmiş şəxs qarışıq qanının olması da inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkcə və qırmızı-ağ yazıları olan idman şalvarı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 15/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yarım hissəsində iki ədəd, gödəkçənin sağ yarım hissəsində bir ədəd, gödəkçənin arxa orta nahiyəsində iki ədəd, gödəkçənin sol qolun ön yuxarı səthində bir ədəd, gödəkçənin sol qolun arxa yuxarı nahiyəsində bir ədəd, gödəkçənin sağ qolun arxa səthində iki ədəd, sviterin ön sol nahiyəsində iki ədəd, sviterin arxa orta nahiyəsində bir ədəd, sviterin sol qolun ön yuxarı səthində bir ədəd, sviterin sol qolun arxa yuxarı səthində bir ədəd, sviterin sağ qolun ön yuxarı səthində iki ədəd, sviterin sağ qolun arxa yuxarı səthində bir ədəd, sviterin sağ qolun arxa səthində bir ədəd, jiletin ön sağ yuxarı səthində bir ədəd, jiletin ön sol səthində iki ədəd, jiletin ön sol səthində bir ədəd, jiletin arxa orta nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində aşkar edilmiş çoxsaylı zədələrin eyni bir alətin təsirindən yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs məxsus qara rəngli alt şalvarın sol ayağın manjetin tikişi üzərində aşkar edilmiş bir ədəd cırılma zədəsi, alt şalvarın müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus boz rəngli alt şalvarın arxa orta tikişi üzərində aşkar edilmiş bir ədəd natamam sökülmə zədəsi, alt şalvarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yarım hissəsində iki ədəd, sviterin ön sol nahiyəsində iki ədəd və jiletin ön sol səthində aşkar olunmuş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan iki ədəd deşilmişkəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst üstə düşürlər. Gödəkçənin sağ yarım hissəsində bir ədəd və jiletin ön sağ yuxarı səthində bir ədəd aşkar olan deşimiş-kəsilmiş zədə onun bədəninin qarnın sağ yarısının ön divarında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst üstə düşürlər. Sviter üzərində həmin zədə öz əksini tapmamışdır. Bu da, paltarın yerdəyişməsi ilə izah oluna bilər. Gödəkçənin arxa orta nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələrdən biri, sviterin arxa orta nahiyəsində olan bir ədəd və jiletin arxa orta nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin bel nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Gödəkçə üzərində olan digər bir ədəd zədə onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Gödəkçənin sol qolun ön yuxarı səthində bir ədəd, sviterin sol qolun ön yuxarı səthində bir ədəd aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə sol bazunun yuxarı bayır səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Jilet qolsuz olduğundan bu zədə onun üzərində öz əksini tapmamışdır. Gödəkçənin sağ qolun arxa səthində bir ədəd və sviterin sol qolun arxa yuxarı səthində bir ədəd aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazunun arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Gödəkçənin sağ qolun arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ bazunun arxa səthində olan 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Jilet qolsuz olduğundan bu zədə onun üzərində öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs başın sağ təpə nahiyəsində olan iki ədəd kəsilmiş yarası və sol əlin ovuc səthində olan iki ədəd deşilmiş-kəsilmiş yarası onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyyələrin paltarın örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və bir cüt idman ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək və idman şalvarı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bıçağın özü tərəfindən çəkilmiş şəkilə əsasən bıçağın soyuq silah olub-olmaması haqqında fikir söyləmək mümkün deyil. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kompüter texniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 5326 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd üzərində “Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A7” markalı mobil telefon aparatı” yazıları olan bağlı zərfdə aşkar edilmiş “Samsung” markalı “Galaxy A7” (SM-A750FN) modelli mobil smartfon yaddaşında, təqdim edilmiş bir ədəd üzərində “X1 məxsus “Samsung A50” markalı mobil telefon aparatı” yazıları olan zərfdə aşkar edilmiş bir ədəd “Samsung” markalı “Galaxy A50” (SM-A505FN DS) modelli mobil smartfon yaddaşında, təqdim edilmiş bir ədəd üzərində “Şahid2 Qoca qızına məxsus “X17 10 Plus markalı mobil telefon” yazıları olan bağlı zərfdə aşkar edilmiş “Samsung” markalı “Galaxy Note 10 Plus” modelli mobil smartfon yaddaşında müəyyən olunmuş məlumatlar (zənglər, kontaktlar, sms mesajlar, whatsapp yazışmaları, video, foto, audio fayllar) rəqəmsal sübutların saxlanması üçün istifadə edilmiş “DVD” tipli optik disklərə köçürülərək hazırkı ekspert rəyinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 341 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və apanlmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçübbiçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malik olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da anlaqlıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında emosional reaksiyalara meyllilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də etdiyi hərəkətləri dərk etmək və hərəkətlərinə hesabat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Beləki, xuliqanlıq cinayəti bir qayda olaraq ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi kimi hərəkətlərdə ifadə olunur. Bundan əlavə cinayət qanunvericiliyndə nəzərdə tutulduğu kimi xüliqanlıq cinayəti həmdə səbəbsiz cinayətdir, yəni, baş vermiş hərəkətin səbəbini istintaq yolu ilə müəyyənləşdirmək mümkün olmur. Lakin, həm istintaq materialları ilə, həmdə məhkəmə istintaqı zamanı kifayət qədər sübutlarla təsdiq olunmuşdurki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisəyə səbəbzərərçəkmişşəxs Zərərçəkmiş şəxs uzun müddət Təqsirləndirilən şəxs baldızı Səlimət Almazaşvilini narahat etməyə davam etməsi, ona dəfələrlə bütün ailə üzvülərin etiraz etməsinə baxmayaraq Zərərçəkmiş şəxs öz hərəkətlərindən əl çəkməməsi olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs Səlimət Almazaşvili ilə birlikdə tutmaq istəsədə buna nail ola bilməmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs daha çox əsəbi olmuş və onda Siracı cəzalandırmaq niyyəti yaranmışdır. Məhzbusəbəbdəndə Təqsirləndirilən şəxs hadisə günü Zərərçəkmiş şəxs avtobusda baldızı Səlimət Almazaşvilinin yanında gördükdə və Siracın Səlimətə baxıb gülərək pullarını çıxarıb nümayiş etdirməsi onda Siraca qarşı dahada qıcıq yaratması nəticəsində aralarında yaranmış mübahisə zamanı bıçaqlaqəsdənZərərçəkmiş şəxs iki dəfə bədənxəsarətiyetirmişdir. Bundan sonra qarşılıqlı mübahisə zamanı Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır. Cinayətin bu şəraitdə baş verməsi birmənalıdır, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə dəhəminhallartamtəsdiqolunmuşdur. Belə ki, baş vermişcinayəthadisəsiilə bağlı ifadə vermiş şahidlər Səlimət Almazaşvili, Tamilə Almazaşvili, Sevda Almazaşvili və Şahid4 məhkəmə istintaqı zamanı ifadələrində göstərmişlər ki, Zərərçəkmiş şəxs bütün ailə üzvləri Səlimətin ardı ilə gəlməməsini tapşırmışlar, lkin buna baxmayaraq Zərərçəkmiş şəxs yenə öz hərəkətlərini davam etdirmişdir. Sonda həmin vaxt Səlimətin qardaşı hərbi xidmətdə olduğundan ailədə kişi kimi güvəndikləri Təqsirləndirilən şəxs bu barədə demələrini məsləhət bilmişlər. Bu səbəbdən də Səlimət bu barədə Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs isə öz növbəsində Zərərçəkmiş şəxsla görüşüb onu cəzalandırmaq fikrinə düşmüşdür. Bundan əlavə hadisənin baş verməsi zamanı hadisənin şahidi olan hər hansı bir şəxs olmamış, hadisə yalnız Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermişdir. Hadisədən sonra isə Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmış, Zərərçəkmiş şəxs isə həmin yerə yaxın olan dayanacağa yaxınlaşıb orada kömək istəmiş və nəticədə xəstəxanaya aparılaraq həytı qurtarılmışdır. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 da ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə işləyir, hadisədən çox əvvəl baldızının arxası ilə bir oğlanın gəldiyini deyərək həmin oğlanla söhbət etmək lazım olduğunu demişdir. Lakin, Elxan Siracı tapıb söhbət edə bilmədiyi üçün çox əsəbi olmuş, hətta Siracla söhbət etmək üçün onunla birlikdə getmək istədiyni bildirsədə sonda Siracı tapdığı gün onun iştirak etməsi mümkün olmamışdır. Buda bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs tapa bilmədiyi və Zərərçəkmiş şəxs isə öz hərəkətlərindən əl çəkməməsi Təqsirləndirilən şəxs artıq qisas almaq məqsədi yaranmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsla görüşdüyü zaman ona qarşı çox aqressiv olmuş və ondan qisas almaq məqsədi ilə ona bıçaq zərbələri endirərək ağır bədən xəsarətləri yetirməklə öldürməyə cəhd etmişdir. Lakin onun əməlində xuliqanlıq niyyətinin olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda adları sadalanan iş üzrə şahidlərin ifadələri ilə tam təsdiq olunur ki, cinayət hadisəsi baş verən zaman, hadisə yerinə hər hansı bir kənar şəxs gəlməmiş,iş rejimi pozulmamış, ərazidə yaşayan şəxslərin istirahət hüquqları pozulmamışdır. Belə olanhaldaistintaqorqanınıntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-cimaddəsiiləittihamelanetməsiəsaslıhesabediləbilməz. "Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cüiltarixliqərarının5-cibəndindəgöstərilirki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimiözünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Bundanbaşqahəminqərarın 3-cübəndindəgöstərilmişdirki, “məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsüilə başlanılmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud, başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələriilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərəçevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Göründüyükimi, baş vermiş cinayət hadisəsi şəxsi münasibətlər zəminində, qəsdən, intiqam hissiilə, həmdə Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri iləbaşlanmışdır. Bu cinayətin motivi qisas, baş vermə səbəbi isə zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində yaranan mübahisə olmuşdur, Təqsirləndirilən şəxs məqsədi isə Zərərçəkmiş şəxs intiqam almaq olmuşdur. Halbuki, xuliqanlıq niyyəti ilə törədilən cinayətlərdə motiv ya olmur, yada şəxsin azğınlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayişetdirməsindəvəcəmiyyətəqarşısairkobudhərəkətlərdəifadəolunur. GöründüyükimihadisəzamanıTəqsirləndirilən şəxsxuliqanlıqniyyətiolmamış, bucinayətşəxsimünasibətlərdənirəligələnmünaqişəzamanıbaşvermişdir. Cinayətinxuliqanlıqkimiqiymətləndirilməsi, yaxud, xuliqanlıq niyyəti ilə baş verməsi eyni cür terminlər olmasada həm mahiyyətinə, həm də məzmununa görə eyni xarakterli cinayətlər hesab edilir. Yəni, hər iki halda cinayətin məqsədi və motivi eynidir. Çünki, hər bir halda istər xuliqanlıq cinayətində, istərsədə xuliqanlıq niyyəti ilə törədilmiş cinayətlərdə niyyətyalnız xuliqanlıqdan ibarətolur. Niyyətin xuliqanlıq olması isə o deməkdir ki, baş vermiş cinayət hadisəsinin heçbir səbəbi yoxdur. Sözügedəncinayəthadisəsinin, yəni Zərərçəkmiş şəxs iləbağlıbaşvermişcinayət hadisədə heç bir halda xuliqanlıq niyyətiiləcinayəttörədilməsindənsöhbətgedəbilməz. Beləlikləməhkəmədəbirdahamüəyyənolunmuşdurki, hadisəzamanıTəqsirləndirilən şəxs heçdə əsaslı səbəb olmadan xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs baldızı Səlimət Almazaşviliyə qarşınalayiq hərəkətlərindən qeyriqanuni üsulla qurtarmaq yolu ilə olsada, həmin an məqsədi ona qəsdən bədənxəsarəti yetirmək fikri yaranmışdır. Onagörədəməhkəməhesabedirki, Təqsirləndirilən şəxshadisəvaxtıZərərçəkmiş şəxsvurubxəsarətyetirməsifaktıxüliqanlıqniyyətikimiqiymətləndiriləbilməz. Onunəməliyalnızbaş vermiş hadisəyə görə AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 29,120.1-cimaddəsinintəsirialtınadüşür. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinəəsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəməittiham hökmüçıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinəəsasən, cinayət təqibiüzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsiüçün mötəbər və yekun nəticəyə gəlməyəimkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşıirəli sürülmüş və ya məhkəməyə verilmişittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşıirəli sürülmüşittihamdan ayrı-ayrı bəndləriçıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ciil tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrəəsaslana bilməz. İttiham hökmüişüzrə baş vermiş bütün xüsusatlar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görəittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinəəsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz vəişə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. BuhaldaTəqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayət Məcəlləsinin 29,120.2.2-cimaddəsiiləelanolunmuşittiham, həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-cimaddəsinətövsifedilməlidir. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1cimaddəsiilətövsif edilməli və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayətin zərərçəkmişin nalayiq hərəkətləri nəticəsində baş verməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin baş verməsinə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs baldızının arxası ilə düşüb uzun müddət ona xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərindən əl çəkməmiş, yəni zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş hallarda mövcuddur, belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmaması nəticəsində cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması kimi nəzərə alınır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzaın ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CinayətMəcəlləsinin 60.1, 63.3-cü maddələrinə əsasən təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cümaddəsinəəsasəntəyinedilmiş cəzaciddirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görürün ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni, xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs onu təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərcləri 165 manat 33 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyirinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Nizami rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli, qarışıq qalın materialdan olan gödəkçə, bej rəngli, yun materialdan, naxışlı, uzunqol, boğazlı sviter, boz rəngli, qolsuz, öndən naxışlı, qarışıq materialdan olan jilet, tünd göy rəngli, göy zolaqlı, cins materialdan olan şalvar, boz rəngli, qarışıq materialdan olan birinci alt şalvarı, qara rəngli, qarışıq materialdan olan ikinci alt şalvarı, Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli, cins tipli materialdan gödəkçə, qara rəngli, qarışıq materialdan idman şalvarı, qara rəngli, qarışıq materialdan, uzunqol idman köynəyi, ağ-qara rəngli, dəriyəbənzər materialdan, üzəri dəlikli bir cüt idman ayaqqabısı, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinəazadlıqdan məhrum etmə cəzası təyinedilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli27dekabr 2019-cuil tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə xərcləri 165 manat 33 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyirinə tutulsun. İş üzrə maddi sübut olan və Nizami rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd uzunqol, boğazlı sviter, bir ədəd qolsuz jilet, bir ədəd cins şalvar, bir ədəd birinci alt şalvarı, bir ədəd ikinci alt şalvarı, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins gödəkçə, bir ədəd idman şalvarı, bir ədəd uzunqol idman köynəyi, bir cüt idman ayaqqabısı, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr məhv edilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-878/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-878/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver