Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-878/2021 07.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X26 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 yanvar 1994-cü il tarixdə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər “xxxx” MMC-də nəzarətçi işləmiş, hazırda işləmir, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1da yaşayır və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 5 aprel 2020-ci il tarixdə nəzarətçi işlədiyi Xaçmaz rayonunun Xaspolad-oba kəndi ərazisində yerləşən daş karxanasının həyətindəki torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş və 30 may 2020-ci il tarixdə saat 10:00 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilərkən 24 ədəd yaş vəziyyətdə ümumi çəkisi 7,23 qram olan əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, bəzi vaxtlarda narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. 2020-ci ilin mart ayında qurudulmuş marixuanadan istifadə edərkən içərisində çoxlu sayıda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarının olduğunu görüb gələcəkdə həmin çətənə toxumlarını əkib-becərməklə öz istifadəsi üçün marixuana əldə etməyi fikirləşmiş və bu məqsədlə toxumları götürüb özündə saxlamışdır. 5 aprel 2020-ci il tarixdə çətənə bitkisinin toxumlarını nəzarətçi işlədiyi Xaçmaz rayonunun Xaspolad-oba kəndi ərazisində yerləşən daş karxanasının ərazisində torpağa basdırmaqla əkmiş və sonradan çətənə toxumlarından 41 ədədinin bitkilərini görmüşdür. İş rejimi ilə bağlı çətənə bitkilərinə mütəmadi olaraq qulluq göstərə bilməsə də, vaxt tapan kimi onların diblərinə su tökmüşdür. 30 may 2020-ci il tarixdə saat 10 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək işlədiyi daş karxanasının ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsində şübhəli olduğunu deyərək özünün iştirakı ilə həmin əraziyə baxış keçiriləcəyini bildirmişlər. O da həqiqətən işlədiyi daş karxanasının həyətində çətənə bitkilərini əkib-becərdiyini etiraf etmiş və polis əməkdaşları ilə birlikdə işlədiyi karxananın ərazisinə getmişdir. Orada hüquqlarının müdafiə olunması üçün vəkil Şahin Mütəllimov, həmçinin keçiriləcək baxışda iştirak edəcək aqronom Şahid5 təqdim edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə daş karxanasının ərazisinə baxış keçirilmişdir. Baxış zamanı özü qanunsuz olaraq əkib-becərdiyi tərkibində narkotik maddələr olan 41 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim etmiş və həmin bitkiləri 5 aprel 2020-ci il tarixdə özünün istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə qeyd olunan ərazidə əkdiyini etiraf etmişdir. Polis əməkdaşları çətənə bitkilərini köklərindən torpaqdan çıxarıb qablaşdıraraq götürmüş və sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar düzgün tərtib edildiyinə görə protokolu və çətənə bitkilərinin qablaşdırıldığı zərfin üzərini imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Həmin çətənə toxumlarını yalnız öz istifadəsi üçün əkmişdir. Baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 may 2020-ci il tarixdə Xaçmaz rayonunun Qaraqurtlu kəndində pasport qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs nəzarətçi işlədiyi Xaçmaz rayonunun Xaspolad-oba kəndi ərazisində yerləşən daş karxanasının həyətindəki torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması və işlədiyi daş karxanasının ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə şöbədə müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra polis polkovnik-leytenantı Möhübəddin Qorçiyevin rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, o, PPXB-nün komandir müavini, polis mayoru Şahid3 Abbas oğlu, PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 və TB-nin təhqiqatçısı və polis kapitanı X20 qrupun tərkibinə daxil edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi karxananın ərazisində yerləşən torpaq sahəsinə keçiriləcək baxışın görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq üçün Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru X17, baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili X12 dəvət edildikdən sonra həmin tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Orada Təqsirləndirilən şəxs özü onları qarşılamış, ona işlədiyi karxananın ərazisində yerləşən torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməkdə şübhəli olduğundan videoçəkiliş vasitəsi ilə həmin əraziyə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də işlədiyi daş karxanasının həyətində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyini etiraf edərək həmin əraziyə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin olunmaq hüququ izah edilərək ona müdafiəçi Şahin Mütəllimov təqdim olunmuşdur. Daha sonra onlar birlikdə Təqsirləndirilən şəxs işlədiyi daş karxanasına getmiş və karxananın nəzarət rəisi vəzifəsində işləyən X13 razılığına əsasən Təqsirləndirilən şəxs özünün iştirakı ilə karxananın ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı giriş qapısından 50 metr içəriyə doğru karxananın sağ tərəfində yerləşən torpaq sahəsində ayrı-ayrı yerlərdə bir-birindən 1 metr aralıda cərgəvi və topa halında əkilmiş ümumilikdə 41 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitki ştilləri aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid5 aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki ştillərinin tərkibində narkotik maddələr olan çətənə bitkisinin ştilləri olduğunu etiraf edərək arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə aşkar olunmuş həmin çətənə bitkilərini 2020-ci ilin aprel ayının əvvəllərində qeyd olunan ərazidə əkib-becərdiyini demişdir. Bundan sonra həmin bitkilər köklərindən torpaqdan çıxarılaraq 1 ədəd polietilen torbaya qablaşdırılmış və üzəri möhürlənmişdir. Faktla bağlı X18 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və sonra həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs işlədiyi daş karxanasının ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi prosesi əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və 1 ədəd CD diskə köçürülərək iş materiallarına əlavə olunmuşdur. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Baxış zamanı 41 ədəd çətənə bitkisinin ştilləri aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Abbas oğlu və Şahid4 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər X3 və Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onlar Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 89-90; 111-112). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı 30 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəzarətçi işlədiyi daş karxanası Xaçmaz rayonunun Xaspolad-oba kəndi ərazisində yerləşməklə karxananın ərazisinə giriş üçün dəmir materialdan hazırlanmış gümüşü rəngli qapı qoyulmuş və karxananın ərazisində giriş qapısından 200 metr içəriyə doğru çınqıl istehsalı üçün nəzərdə tutulmuş müxtəlif markalı texnikalar müşahidə edilir. Təqsirləndirilən şəxs işlədiyi karxananın ərazisində tərkibində narkotik maddələr olan bitkilər və ya qanunla qadağan edilmiş digər əşyalar varsa onları təqdim etməsi təklif olunduqdan sonra onun özünün iştirakı ilə karxananın ərazisindəki torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı giriş qapısından 50 metr içəriyə doğru karxananın sağ tərəfində yerləşən torpaq sahəsində ayrı-ayrı yerlərdə bir-birindən 1 metr aralıda cərgəvi və topa halında əkilmiş 23, 8, 5, 2 və 3 ədəd olmaqla ümumilikdə 41 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitki ştilləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki ştillərinin tərkibində narkotik maddələr olan çətənə bitkisinin ştilləri olduğunu etiraf etmiş, arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini və buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə aşkar olunmuş həmin çətənə bitkilərini 2020-ci ilin aprel ayının əvvəllərində qeyd olunan ərazidə əkib-becərdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid5 aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların əkilib-becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmiş və bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq qablaşdırılmış və götürülmüşdür (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 tərəfindən tərtib edilmiş 30 may 2020-cu il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs mühafizəçi işlədiyi Xaçmaz rayonunun Xaspolad-oba kəndinin yaxınlığında Qudyalçay çayının kənarında yerləşən daş karxanasının həyətinə baxış keçirilərkən bir-birindən 1 metr aralıda olmaqla cərgəvi əkilmiş, suvarılmış və aqrotexniki qaydada qulluq edilmiş 15 ədədi 10 sm, 20 ədədi 5 sm, 6 ədədi isə 3 sm hündürlükdə olmaqla ümumilikdə 41 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar olunmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan 30 may 2020-ci il tarixdə saat 10:00-dan saat 11:00-dək Təqsirləndirilən şəxs işlədiyi Xaçmaz rayonunun Xaspolad-oba kəndi ərazisində yerləşən daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilməsi prosesinin videogörüntüləri qeydə alınmaqla cinayət işinin materiallarına əlavə olunmuş 1 ədəd CD diskə 31 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə “HP” markalı kompüter vasitəsi ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Xaçmaz RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X20, Xaçmaz RPŞ-nin PPXB-nün komandiri, polis polkovnik-leytenantı X7, PPXB-nün komandir müavini, polis mayoru Şahid3 Abbas oğlu, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, PPXB-nün polis nəfəri, polis serjantı Şahid4, KTQ-nun baş inspektoru, polis mayoru X17 və Xaçmaz Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs işlədiyi Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisində yerləşən daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilməsindən ötrü qeyd olunan karxanaya gedilir. Orada Təqsirləndirilən şəxs özü polis əməkdaşlarını qarşılayır. X18 tərəfindən ona işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməkdə şübhəli olduğu bildirilməklə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilir və hüquqlarının qorunması üçün müdafiəçi Şahin Mütəllimov təqdim ediləndən sonra videoçəkiliş vasitəsi ilə işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçiriləcəyi bildirilir. Təqsirləndirilən şəxs işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmir və polis əməkdaşlarını karxananın həyətinə dəvət edir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilir. Baxış zamanı giriş qapısından 50 metr içəriyə doğru karxananın sağ tərəfində yerləşən torpaq sahəsində ayrı-ayrı yerlərdə bir-birindən 1 metr aralıda cərgəvi və topa halında əkilmiş 23, 8, 5, 2 və 3 ədəd olmaqla ümumilikdə 41 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitki ştilləri aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki ştillərinin tərkibində narkotik maddələr olan çətənə bitkisinin ştilləri olduğunu etiraf edir və arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə aşkar olunmuş həmin çətənə bitkilərini 2020-ci ilin aprel ayının əvvəllərində qeyd olunan ərazidə əkib-becərdiyini bildirir. Bundan sonra həmin bitkilər aqronom Şahid5 tərəfindən bir-bir köklərindən torpaqdan çıxarılır və 1 ədəd ağ rəngli polietilen torbaya qablaşdırılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu və onları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edir (cild 1, iş vərəqə 47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2020-ci il tarixli 7/274 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs imza…” sözləri yazılmış kağız paketdə 24 ədəd yaş vəziyyətdə ümumi çəkisi 7,23 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun rəyinə əsasən qeyd olunan bitki nümunələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 1, iş vərəqə 37-38). Cinayət işinin materiallarından görünür ki, 30 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddələr olan yaş vəziyyətdə ümumi çəkisi 7,23 qram olan 24 ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri, həmçinin Təqsirləndirilən şəxs işlədiyi daş karxanasının həyətindəki torpaq sahəsinə baxış keçirilməsi prosesinin videogörüntüsü köçürülmüş 1 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, tərkibində narkotik maddələr olan çətənə bitkisinin ştilləri 1 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 1 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 67; 126-135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 11 iyun 2020-ci il tarixli 1577 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 91-92). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 124-125). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 123). Cinayət işinin materiallarında olan nikahın pozulması haqqında olan şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri X9 ilə X4 arasında olan nikaha xitam verilmişdir (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs anası X2 rayon Mərkəzi Xəstəxanasında “ÜİX” stabil gərginlik stenokardiyası İV f.s. Ekstrosistolik aritma. Arterial hipertyenziya İİİ dər. Vertebro bazilyar arterial sistem sindromu, qan-damar çatmamazlığı İİİ dərəcə, dispanser qeydiyyatındadır, xəstəyə yataq rejimi təyin olunmuş, vəziyyəti ağır qiymətləndirildiyindən kənar şəxsin köməyinə ehtiyacı var (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs anası X9 ilə birlikdə yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, valideynləri arasında olan nikaha xitam verilərək anası X5 onun himayəsində olmasını, anasının ağır xəstə olmasını və kənar şəxsin köməyinə ehtiyacı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müstəsna hal hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddədə müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 2668 №-li Sərəncamının 13-cü bəndində məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tövsiyə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 8). Bundan başqa iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 1 iyun 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur (cild 1, iş vərəqə 62). Cinayət işinin materiallarından görünür ki, 1 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 63). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 4 gün çıxılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1-da çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Xaçmaz rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə 7,23 qram çəkidə 24 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gecə saat 23:00-dan səhər saat 6:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə 7,23 qram çəkidə 24 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-878/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-878/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver