Məhkəmə qərarları › İş №1(101)-878/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-878/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-878/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs– xx.xx.1988-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, himayəsində iki yetkinlik yaşına çatmayan övdları olan, Zaqatala ryonu Çökək kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə şəxsiyyəti “Adəm” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından sonuncunun mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə, satış məqsədilə, külli miqdarda, ümumi təmiz çəkisi 181,366 qram narkotik vasitə heroini qanunsuz olaraq “Adəm” adlı şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş Bakı şəhəri Xətai rayonu ərazisində Sərhəd Akademiyasının yaxınlığında yerləşən binanın zirzəmisindən götürüb əldə edərək, saxlamaqla daşımış, onun narkotik vasitələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirmiş əməliyyat tədbirləri nəticəsində 16 noyabr 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli əl çantasının içərisində, qırmızı-qara damalı sellofanda təmiz çəkisi 181,366 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zaqatala rayonunun Çökək kəndində qeydiyyatda olsa da Bakı şəhərində müxtəlif evlərdə kirayə yaşamışdır. 2005-ci ildə X4 ilə ailə həyatı qurmuş, birgə nigahlarından 2 azyaşlı övladı vardır. Uşaqlar qayınanası ilə yaşayırlar. 2017-ci ildə həyat yoldaşı Tural xərçəng xəstəliyindən vəfat etmişdir və həmin vaxtdan etibarən o, müxtəlif evlərdə kirayələrdə tək qalmışdır. Şahid6 ilə 2019-cu ildə ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən onlar arasında dostluq münasibəti olmuşdur. Əvvəllər “Radiozavod” adlanan ərazidə kirayə yaşasa da həmin yer uzaq olduğu ucun və ona sərf etmədiyi üçün həbs olunmazdan 2 ay əvvəl Zaura kirayə ev götürmək istədiyini demiş və Zaur ona yaşadığı ünvan 4 ünvanında otaqların birini 100 manata kirayə verməklə qalmağı təklif etdiyi üçün o, razılaşmış və onun yaşadığı mənzilin bir otağında aylıq 100 manat olmaqla yaşamağa başlamışdır. Əvvəllər özünə məxsus “Opel Vectra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Bolt” və “Uber” şirkətlərinə taksi kimi qoşulub sürürmüş və dolanışığını təmin etmişdir. Lakin sonralar avtomobili texniki cəhətdən nasaz olduğu üçün və işləyə bilmədiyi üçün avtomobili satmışdır. 8 ildir ki, “kokos" kimi tanıdığı heroin narkotik vasitəsindən istifadə etmişdir. Həmin narkotik vasitəni ilk əvvəl müxtəlif tanımadığı şəxslərdən almış, həbs olunmazdan 2 ay əvvəl internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan və orada yaşayan Adəm adlı şəxsin vasitəsi ilə almışdır. Belə ki, o, Adəmə istədiyi çəkidə heroin narkotik vasitəni demiş, Adəm ona əvvəlcədən verdiyi Azərbaycan Respublikasında yaşayan tanışının kartına müxtəlif məbləğlərdə pul göndərib həmin şəxsin ona dediyi yerə gedib onun əvvəlcədən gizlətdiyi yerdən narkotik vasitəni götürüb istifadə etmişdir. Şahid5 isə 2019-cu ildən tanıyır, onu da digər tanışları vasitəsi ilə tanımışdır. Rəhim Zaurla uşaqlıq dostu olmuş, onlar hər gün Zaurun evində vaxt keçirmişlər. Şahid4 isə 4-5 aydır ki tanıyır, onunla da ortaq tanışları vasitəsi ilə tanış olmuşlar. Cavid, Zaur və Rəhimi tanımır, Cavid onun tanışıdır. 15.11.2021-ci il tarixdə bütün gün yaşadığı ünvan 5 ünvanında olmuş və heç bir yerə getməmişdir. Saat təxminən 21 radələrində evdə olan Adəm ona hər dəfə ondan az narkotik vasitə aldığını, qadın olduğunu və tanımadığı şəxslərlə çox görüşməməyi üçün birdəfəlik 200 qram heroin narkotik vasitə göndərməyini təklif edib pulunu 01 qram üçün 8 manatdan 1600 manat pulu hissə-hissə olmaqla ödəməyi təklif etdikdə o, razılaşmış və bir qədər onu gözləmişdir. Həmin vaxt Rəhimlə Zaur evdə olmuşlar və Şahid4 onun mobil telefonuna dəfələrlə zəng edərək ona narkotik vasitə tapmağını və özündə varsa verməyini təkidlə xahiş edirmiş və ağrılarının olduğunu bildirmişdir. O da ona bir az səbrli olmasını deyib gözləməyini məsləhət görmüşdür. Sonra saat 22 radələrində evdən çıxıb Adəmin ona dediyi “Əhmədli” qəsəbəsində yerləşən “Fəridə” şadlıq evinin qarşısında olan Sərhədçi Akademiyasının binaları adlanan yeni tikililərin qarşısına getmişdir. Orada bir qədər gözlədikdən sonra Adəm onun telefonuna şəkil ataraq narkotik vasitənin gizlədildiyi yeri əyani şəkildə göstərmiş və o, həmin yerə gedib oradan 200 qrama yaxın narkotik vasitə olan “kokos” kimi tanıdığı heroini qaraqırmızı halqalar şəkilli paketin içərisindən binanın zirzəmisinin giriş hissəsində olan divanın arxasından götürmüş və tünd rəngli əl çantasına qoyaraq yaşadığı binanın qarşısına getmişdir. Binanın qarşısında olan zaman o, Cavidi görmüş və həmin vaxt evdən Zaurla Rahim çıxıb blokun qarşısında söhbət edirmiş. O, Cavidə gözləməsini, evə çıxdıqdan sonra yenidən düşəcəyini bildirib üzü bloka tərəf hərəkət etməyə başladıqda yanına bir neçə nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə istifadə etməkdə və üzərində daşımağında şübhəli bilindiyini bildirərək onu və yanında olan Zaur, Rəhim və Cavidi DİN Nizami rayon Polis İdarəsinə aparmışlar. DİN Nizami rayon Polis İdarəsində şübhəli şəxs qismində tutulmüş, ona dövlət hesabına vəkil təyin edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, paketin içərisində olan heroin narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitə çəkisi və mənsubiyyəti müəyyən edilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş DİN Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşayan «Leyla» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə o, digər polis əməkdaşları Şahid2, Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 16 noyabr 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvannın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu, çiynində olan qara rəngli çantanı təqdim edərək içərisindən qırmızı-qara damalı paketi təqdim edib açdıqda orada şəffaf paketə bükülü halda tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütləni çantadan çıxarıb həmin maddənin “kokos” kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu və “Adəm" adlı İran İslam Respublikası vətəndaşının sifarişi ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Sərhəd Akademiyasının binaları adlanan yerdə olan yeni tikilinin qarşısından divanın altından əldə etdiyini və 1600 manat pulu hissə-hissə kart vasitəsi ilə ödəyəcəyini bildirmişdir. Bundan başqa o çantasından “Samsung J7” markalı mobil telefonu, 01 ədəd tərəzini, portmanatın içərisində 22 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən aşkar olunan 01 ədəd bükümdə narkotik vasitəyə oxşar maddə götürülüb qablaşdırılaraq MEM-nə göndərilməsi üçün DİN-nin 162 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid3 ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 10 ay əvvəl ortaq tanışlarının vasitəsi ilə tanımışdır. Təxminən 2 ay əvvəl Leyla ona evinin olmadığını və kirayə ev axtardığını bildirmiş və ondan bu barədə soruşmuşdur. O da Leylaya yaşadığı evin bir otağını 100 manata verə biləcəyini demiş, Leyla da onunla razılaşmış və evinə gəlib otağın birində yaşamağa başlamışdır. O, Leylanın narkotik vasitə aludəçisi olduğunu bilmiş, Leyla mütəmadi olaraq narkotik vasitə olan heroindən istifadə etmişdir. 15 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Leyla evdən çıxıb narkotik vasitə alacağını demişdir. Şahid5 o, uşaqlıq illərindən tanımış, sonuncu onun yaşadığı evdə mütəmadi olmuş və onlar birlikdə vaxt keçirmişlər. Həmin vaxt Rəhim də onun evində olmuşdur. Leyla getdikdən sonra onlar onu evdə gözləməyə başlamışlar ki, o, narkotik vasitə gətirsin və onlar həmin narkotik vasitədən istifadə etsinlər. Saat 23:40 radələrində həyətdə olan zaman onların yanına bir neçə nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. X5 narkotik vasitə istifadə etməkdə və üzərində daşımağında şübhəli bilindiyini bildirərək onu və orada olan sonradan tanıdığı Cavid və Rəhimi Nizami rayon polis idarəsinə aparmışlar. Nizami rayon polis idarəsində o, şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına vəkil təyin edilmiş və üzərinə razılığı əsasında şəxsi axtarış keçirildikdə onun üzərində “Samsung J5” markalı mobil telefondan, 02 manat pul, “Prima” markalı siqaret və alışqandan başqa heçnə aşkar edilməmişdir. İbtdiai istintaq zamanı verdiyi ifadərəli məhkəmədə elan olunmuş şahidlər Şahid4 və Şahid5 ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması qismən özünün etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 16 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 181,366 qram külli miqdarda narkotik vasitə heroini əldə edərək, saxlamaqla daşımış, Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirmiş əməliyyat tədbirləri nəticəsində 16 noyabr 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanda şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli əl çantasının içərisində qırmızı-qara damalı paketdən satış məqsədi ilə əldə edib daşıdığı təmiz çəkisi 181,366 qram olan qəhvəyəi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini özündə saxlaması faktları təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan 09 mart 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung SM-J710F” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zmanı Təqsirləndirilən şəxs ona məxsus “Samsung SM-J701F” modelli qızılı rəngli mobil telefonla kimlərlə telefon əlaqəsi yaratdığı, münasibətdə olduğu şəxslərin əhatə dairəsi və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatlar müəyyən olunmuşdur. Baxış zamanı mesajlar olan bölümündə 14 noyabr 2021-ci il tarixli smsdə ***-***-**-** mobil nömrəsi ilə «sms»ləşdiyi və həmin mobil nömrənin sahibi Sənan Elvin adı ilə qeyd edilmiş şəxsin ondan yarım kola alınarsa gəlib götürmək istədiyini bildirmişdir. Həmçinin də Kapital Bank adı ilə qeyd edilmiş nömrədən karta müxtəlif vaxtlarda «sms»lərin daxil olması həmin smslərdə isə kart hsabına müxtəlif vaxtlarda puların köçməsi öz əksini tapmışdır. «Sms»lər bölməsində ***-***-**-** mobil nömrəsi Tahmin adı ilə qeyd edilmiş şəxsdən onun kartına 30 manat pul vura biləcəyini və ona yarı patı lazım olmasını bildirmişdir. Həmçinin telefonun qaleriya bölməsində müxtəlif şəkilər vardır ki, orada oxlarla işarələr vardır. Daha sonra isə “Whatsapp” proqramına baxış keçirilməyə çalışılsa da həmin proqramın müddəti keçdiyinə görə yenilənmə istədiyindən həmin bölməyə baxış keçirilməsi mümkün olmamışdır. Baxış keçirilən zaman foto şəkillər çəkilmiş, foto şəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azercell” MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatlarm müəyyən olunmasından ötrü məktublara əlavə edilmiş “01 ədəd diskə baxış keçirilməsi haqqında” protokoldan narkotik vasitələrin satışını təsdiq edən «sms»lər olması görünür. Cinayət işinin materiallarında olan 16 noyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 4(007)-375/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 16 noyabr 2021-ci il tarixli 6/5068 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi və ondan aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 181,366 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş tərəzidə heroin izi vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli 5024 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs ifşa olunaraq evində baxış keçirilməsini əks etdirən video görüntülər yazılmış 01 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli əl çantasının içərisində qırmızı-qara damalı paketdən satış məqsədi ilə əldə edib daşıdığı aşkar edilərək götürülmüş təmiz çəkisi 181,366 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin ekspertiza tədqiqatından sonra 181,266 qram qalığını, bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, X2 üzərinə şəxsi axtarış aparılmasını əks etdirən videogörüntü yazılmış 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, iş üzrə “Azercell MMC”-dən alınmış 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung SM-J701F” markalı mobil telefon iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış 06 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq iş üzrə maddi sübutlar Nizami RPİ-nin MSSK-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 181,266 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk, evində baxış keçirilməsini əks etdirən video görüntülər yazılmış 01 ədəd DVD disk və “Azercell MMC”-dən alınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa maddi sübut olaraq Nizami RPİ-nin MSSK -nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung SM-J701F” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81,82 (səksən bir manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs qızının cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs qızına Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olaraq Nizami RPİ-nin MSSK-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 181,266 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk, evində baxış keçirilməsini əks etdirən video görüntülər yazılmış 01 ədəd DVD disk və “Azercell MMC”-dən alınmış 01 ədəd disk iş cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olaraq Nizami RPİ-nin MSSK-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızına məxsus “Samsung SM-J701F” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81,82 (səksən bir manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar