Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-879/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Mərkəz" Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxsnın iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 30, mənzil 32-də qeydiyyatda olan, Bakı şəhəri Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, dalan 9, ev 24A-da yaşayan, barəsində “Polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs bacısı Şahid2 Bakı və ya Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən banklardan birinə hüquq şöbəsinə müdir vəzifəsinə düzəltdirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında sonuncu ilə görüşərək ondan 30000 (otuz min) ABŞ dolları ekvivalentində 51000 (əlli bir min) manat və 4000 (dörd min) manat pulu aldatma və etibrardan sui-istifadə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda, yəni 55000 (əlli beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun mişar daşlarının istehsalı ilə məşğul olduğu daş karyeri olmuşdur. O, Emilin vasitəsi ilə Zərərçəkmiş şəxsla tanış olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər ondan tikinti üçün mişar daşları almışdır. Həmin daşları o, Xətaiyə bazarda olan sürücülər vasitəsiylə göndərmişdir. Xətai ona tikintidə istifadə olunan mişar daşları almaq üçün 15000 manat pul vermişdir. Lakin onun daş karyeri fəaliyyətini dayandırdığına görə o, Xətaiyə vəd etdiyi daşları göndərə bilməmiş və nə də onun pulunu geri qaytara bilməmişdir. Xətaidən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Xətai də ona xx xxxxxx 2020-ci il tarixdə məcburi surətdə iltizama imza etdirmişdir ki, güya o, Xətainin bacısı qızını işə düzəltmək adıyla Xətaidən 55.000 manat məbləğində pul almışdır. O, Xətainin bacısını yalnız ibtidai istintaq vaxtı görmüşdür. O heç zaman Xətainin evində olmamış, Xətai ilə onun yaşadığı binanın həyətində görüşmüşdür. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, maddi problemlərini həll etmək üçün pul lazım olduğundan 2020-ci ilin yanvar ayının əvvələrində Bakı şəhəri Zirə qəsəbəsində yaşayan Emil adlı tanışına müraciət edərək ona faizlə 4000 (dörd min) manat pul tapmasını xahiş etmişdir. Emil ona faizlə pul verən Xətai adlı tanışı olduğunu, həmin şəxsin ona köməklik edə biləcəyini, lakin həmin şəxs faizə pulu girovla verdiyini bildirmişdir. O, Emildən Xətai ilə bu barədə danışmasını xahiş etmişdir. Təxminən 2020-ci ilin yanvar ayının ortalarında Emil onun istifadəsində olan 070 ***-**-** mobil nömrəsinə zəng vuraraq Xətai ilə danışdığını, avtomobil girov qoymaq şərti ilə 4000 (dörd min) manat faizə pul verməyə razı saldığını ona söyləmiş və Xətainin mobil nömrəsini ona vermişdir. O, həmin vaxt Xətainin istifadəsində olan 077 ***-**-** mobil nömrəsinə zəng vurararaq Emilin tanışı olduğunu, sələmə pul lazım olduğunu bildirmişdir. Xətai onu Sumqayıt şəhərinə dəvət etmiş, avtomobili olmadığı üçün o, dostu Hafizə bir həftəyə qaytarmaq şərti ilə onun avtomobilini girov qoyub 4000 (dörd min) manat faizlə pul götürmək istədiyini bildirmişdir. Hafiz etiraz etməmiş, o bacısı oğlu Əliyə məxsus “Niva” markalı, ** GO *** dövlət qeydiyyat nömrəli avtomobili götürmüş, Hafiz isə özünə məxsus “Mercedes E 240” markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilini idarə edərək Sumqayıt şəhərinə getmişlər. O, Sumqayıt şəhərini tanımadığı üçün Xətaiyə zəng vurmuş, onlara Xətai yolu izah etdikdən sonra onun yaşadığı Sumqayıt şəhərində dəniz kənarında yerləşən “Kristal Abşeron” yaşayış massivinə gəlmişlər. Orada Xətainin yaşadığı binanın altında yerləşən avtomobil dayanacağında o, Hafizlə birlikdə Xətai ilə görüşmüşlər. Xətai onlara pulu faizə ABŞ dolları ilə bir həftəliyə verəcəyini və həmin məbləğin üstündə 500 manat qaytarıb avtomobili götürəcəklərini bildirmiş, həmin vaxt o, Xətai ilə razılaşmış, dostu Hafizə məxsus “Mercedes E 240” markalı avtomobili həmin dayanacaqda qoyub, açarlarını Xətaiyə vermişlər və ondan 2100 (iki min yüz) ABŞ dolları pulu götürüb Xətai ilə sağollaşıb, oradan bacısı oğlu Əliyə məxsus “Niva” markalı, ** GO *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Hafizlə birlikdə Bakı şəhərinə qayıtmışlar. Təxminən 15-20 gün keçdikdən sonra o, pulu qaytara bilməmiş və Hafiz avtomobilini geri istədiyi üçün o, Hafizlə birlikdə Sumqayıt şəhərinə Xətainin yaşadığı binanın yanına getmişlər və orada Xətai ilə görüşmüşlər. Orada o, Xətaiyə pulu ödəyə bilmədiyini söyləmiş, pulun üzərinə əlavə faiz hesablamasını, lakin avtomobili qaytarmasını xahiş etmişdir. Xətai bildirmişdir ki, pulu tam ödəmədən avtomobili bir şərtlə qaytara bilər ki, o dilindən kağız versin ki, guya onun bacısı Şahid2 banka işə düzəltmək üçün ondan 55000 (əlli beş min) manat pul almışdır. Hafiz avtomobilini tələb etdiyi üçün və onun Xətainin pulunu ödəməyə imkanı olmadığına görə o, Xətainin dediyi kimi öz xətti ilə kağız yazmışdır ki, Xətainin bacısı Şahid2 banka işə düzəltmək üçün ondan 55000 (əlli beş min) manat pul almışdır. Bundan sonra Xətai Hafizin avtomobilini qaytarmış və onlar Bakı şəhərinə qayıtmışlar. Bir müddət keçdikdən sonra Xətai ona zəng vuraraq pulunu tələb etmiş, lakin onun imkanı olmadığına görə Xətainin pulunu qaytara bilməmişdir. Bir müddət sonra isə Xətai ona zəng vuraraq barəsində dövlət orqanlarına şikayət edəcəyini bildirmişdir. Sonradan bilmişdir ki, Xətai polisə ərizə ilə müraciət edib ki, guya onun bacısı Şahid2 banka işə düzəltmək üçün ondan 55.000 (əlli beş min) manat pul alıb onu aldatmışdır. Əsl həqiqətdə isə o, Xətaidən 2100 (iki min yüz) ABŞ dolları pulu faizlə almışdır. O ifadəsindəki ziddiyəti izah etməmiş, məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, “xxxxxx” MMC hüquq firmasının direktoru vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvələrindən daş karxanasının sahibi kimi tanımış, həmin şəxslə söhbət əsnasında ona bir çox bank rəhbərləri ilə yaxşı əlaqələrinin olduğunu, lazım olsa onu banklardan birinə hüquq şöbəsinə müdir vəzifəsinə işə düzəltdirə biləcəyini bildirmişdir. O, həmin şəxsə özünün işə ehtiyacı olmadığını, alınarsa bacısı Şahid2 həmin vəzifəyə düzəltməsini bildirmişdir. Tərlanla söhbət əsnasında bacısının 3-cü kurs tələbəsi olduğunu bildirmiş, o isə ona axşam dəqiqləşdirib bir söz deyəcəyini ona bildirmişdir. 2020-ci ilin yanvar ayının ortalarında, təxminən 8-i 11-i aralarında Tərlan onunla əlaqə saxlayaraq 60000 (altmış min) manat müqabilində bacısı Fidanı Bakı və ya Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən banklardan birinə hüquq şöbəsinə müdir vəzifəsinə işə düzəltdirə biləcəyini, pulu verdikdən bir həftə sonra bacısı Fidanın banka əmri hüquqşünas kimi veriləcəyini, 6 aydan sonra isə hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunacağını söyləmiş, aylıq əmək haqqının isə minumum 4500 (dörd min beş yüz) manat olacağını bildirmişdir. O, 2020-ci ilin yanvar ayının ortalarında, təxminən 12-si 18-i aralarında özünə məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Kristal ünvan 2 M, mənzil 80 ünvanında Tərlana görüşüb söhbət edib razılaşaraq 30000 (otuz min) ABŞ dolları və 4000 (dörd min) manat olmaqla ümumilikdə 55000 (əlli beş min) manat pulu bacısı Şahid2 banka işə düzəltdirməsi üçün Tərlana vermişdir. O, həmin pulu Təqsirləndirilən şəxs verən zaman bacısı Şahid2, ailəvi dostları Şahid1 və 6-cı mikrorayonda onunla qonşuluqda yaşayan Şahid3 olmuşdur. Lakin, pulu verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs ondan qaçmağa, vədinə əməl etməməyə başlamışdır. Bundan sonra o, Tərlanın mobil nömrəsinə zəng vuraraq pulları ona verən zaman videoçəkiliş etdiyini yalandan söyləyib, ondan “Banditizmə” şikayət edəcəyini bildirmişdir. Tərlan isə on gün vaxt istəyərək pulunu qaytaracağına söz vermişdir. Sonra o, Tərlanla görüşmüş, Tərlan ondan şikayət etməməyini xahiş edərək, ya işi həll edəcəyinə, ya da pulu qaytaracağına söz vermiş, hətta bu barədə öz xətti ilə yazılı kağız da yazmışdır. Bundan sonra Tərlan “Mercedes E” markalı avtomobil gətirərək pulunun 10000 (on min) manatının əvəzində qəbul etməsini bildirmiş, lakin həmin avtomobil köhnə olduğuna görə, eləcə də Tərlanın özünün adına olmadığına görə onunla razılaşmamışdır. Daha sonra onun istifadəsində olan 077 ***-**-** mobil nömrəsinə tanımadığı şəxs zəng vuraraq özünü Tərlanın xalası oğlu Fuad kimi təqdim edərək Tərlandan şikayət etməməyini xahiş edib, ona pulun əvəzinə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 10 sot torpaq sahəsini təklif etmiş, o həmin şəxsə torpağa baxdıqdan sonra bir söz deyə biləcəyini bildirmişdir. Lakin, həmin şəxs də sonradan telefonuna cavab verməmişdir. Bundan sonra Tərlan ondan yenə qaçmağa və telefon zənglərinə cavab verməməyə başlamışdır. Sonra isə onun mobil nömrəsinə zəng vuraraq ondan şikayət etsə, pulu ona faizlə verdiyini söyləyəcəyini, ya da ki, özünü öldürəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-yə ərizə ilə şikayət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvələrində tanışı Emil vasitəsilə tanıdığını, belə ki, ona ev tikmək üçün münasib qiymətə mişar daşı lazım olduğu üçün tanışı Emilə müraciət etdiyini, Emil ona Tərlan adlı tanışının daş karxanalarının olduğunu, ona münasib qiymətə mişar daşı təşkil edə biləcəyini söylədiyini, həmin şəxsə onun mobil nömrəsini verdiyini və onlar Tərlanla telefonla zəngləşib görüşərək tanış olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs hazırda ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid1 və ibtidai araşdırma zamanı ifadəsi elan olunmuş Şahid3 ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 İsgəndər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışıdır. 2020-ci ilin yanvar ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ona ev tikmək üçün münasib qiymətə mişar daşı lazım olduğunu söyləmiş, o Xətaiyə bir nəfər tanışı olduğunu, ona münasib qiymətə mişar daşı təşkil edə biləcəyini bildirmişdir. O, Tərlanla bu barədə danışmış və Xətainin mobil nömrəsini ona vermişdir. Bundan sonra onların arasında baş verənlərdən onun məlumatı olmamış, sonradan onların arasında nə isə problem olduğunu eşitmiş, lakin həmin problemin təfərrüatını bilməmişdir. Məhkəmədə Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki, tanıyır və onunla münasibətləri normaldır. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Tərlan ona maddi problemlərini həll etmək üçün faizə pul lazım olduğunu bildirmişdir. O, Tərlana pulunun olmadığını, həmçinin faizə pul verən tanışının olmadığını söyləmiş, Tərlan ona Xətai adlı tanışının olduğunu, ondan faizlə pul götürmək istədiyini, lakin girov kimi avtomobil qoymaq lazım olduğunu söyləyib, ona məxsus “Mercedes E” markalı avtomobilini girov qoymağını ondan xahiş etmişdir. O, əvvəlcə Tərlanla razılaşmamış, lakin çox təkid etdiyi üçün həmçinin, uzun müddətdir onu tanıdığı üçün avtomobili girov kimi qoymağa razılaşmışdır. Bundan sonra Tərlan kimdənsə götürdüyü “Niva” markalı avtomobil ilə o isə özünə məxsus olan “Mercedes E” markalı **-HD-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Sumqayıt şəhərinə Xətainin yaşadığı ünvana getmişlər və orada Xətai ilə görüşmüşlər, Xətai avtomobilinə baxdıqdan sonra avtomobili bəyənməmişdir. Tərlan Xətai ilə kənara çəkilib bir neçə dəqiqə söhbət etdikdən sonra Xətai çıxıb getmiş, bundan sonra o, öz avtomobili ilə Tərlan isə “Niva” markalı avtomobil ilə Bakı şəhərinə qayıtmışlar. Bundan sonra onların arasında olan söhbətdən onun məlumatı olmamış, eləcə də Xətaini görməmişdir. Həmçinin, Şahid5 ifadəsində onun Tərlanın Zərərçəkmiş şəxs hansı məqsədlə pul almasından, eləcə də Xətainin bacısı Şahid2 banka işə düzəltmək üçün ondan 55000 (əlli beş min) manat pul alması barədə kağız yazmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlli üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli götürmə keçirilməsi haqqında protokoldan məlum olur ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən üzərində “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı Şahid2ı banklardan hər hansısa birinə hüquq şöbəsinə müdir vəzifəsinə düzəltdirmək üçün 2020ci ilin yanvar ayında almış olduğum 55000 (əlli beş min) manat pulu iş düzəlməsə 10 gün müddətində qaytarmağı öz öhdəmə götürürəm” sözləri yazılmış və imza çəkilməklə xx.xx.2020-ci il qeyd olunmuş 01 ədəd A4 formatlı kağız iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbə biletinin və arayışın azərbaycan dilinə tərcümə olunmuş surətlərindən görünür ki, Şahid2 Ukraynanın X1 Hüquq fakultəsində təhsil alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə 1 ABŞ dollarının məzənnəsi 1 manat 70 qəpiq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmış və barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, barəsində”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü təvəllüdlü oğlu Bədəlov Əlinur və 2015-ci təvəllüdlü qızı Bədəlova Banu adlı övladları vardır. İşdə olan xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün o, Təqsirləndirilən şəxs qarşı şikayətindən imtina edir. Təqsirləndirilən şəxs ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən Azercell,Bakcell və Azerfon MMC-lərdən götürülmüş 3 ədəd diskdə olan məlumatlarda iş üçün sübut əhəmiyyəti daşıyan məlumat müəyyn edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirinin tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs X.Yusibovdan pulu müəyyən faiz qarşılığında alması kimi ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün nəzərə alınıb təyin edilən cəzadan çıxılmaqla ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi, dəymiş zərər aradan qaldırması, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarətinə vermə” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı Şahid2ı banklardan hər hansısa birinə hüquq şöbəsinə müdir vəzifəsinə düzəltdirmək üçün 2020ci ilin yanvar ayında almış olduğum 55000 (əlli beş min) manat pulu iş düzəlməsə 10 gün müddətində qaytarmağı öz öhdəmə götürürəm” sözləri yazılmış və imza çəkilməklə xx.xx.2020-ci il qeyd olunmuş 01 ədəd A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılması nəzərə alınmaldır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 60 (altımış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınıb təyin edilən cəzadan çıxılmaqla ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 ( iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 28 ( iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarətinə vermə” qətimkan tədbiri dəyişdirilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı Şahid2ı banklardan hər hansısa birinə hüquq şöbəsinə müdir vəzifəsinə düzəltdirmək üçün 2020ci ilin yanvar ayında almış olduğum 55000 (əlli beş min) manat pulu iş düzəlməsə 10 gün müddətində qaytarmağı öz öhdəmə götürürəm” sözləri yazılmış və imza çəkilməklə xx.xx.2020-ci il qeyd olunmuş 01 ədəd A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 60 (altımış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-879/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-879/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver