Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-879/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X14, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi3, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi4, mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi: Nümayəndə iştirakları ilə xx xxxx 1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, 18 avqust 1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bərbər işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində „ev dustaqlığı“ qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, xx xxxxxx 1989-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində „ev dustaqlığı“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə külli miqdarda keçirmə barədə 2020-ci ilin iyun ayında Rusiya Federasiyasında olarkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə qeyrisi və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq məlum olmayan vaxtda və mənbədən əldə etdikləri aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədədi 2600 manat olmaqla, cəmi 36400 manat dəyərində 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 73600 manat dəyərində 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 19200 manat dəyərində 8 ədəd “iPhone 11 X19 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 33000 manat dəyərində 15 ədəd “iPhone 11 X19 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 15000 manat dəyərində 10 ədəd “iPhone 11 Purple 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 4500 manat dəyərində 3 ədəd “iPhone 11 White 64GB”, 1 ədədo 1650 manat olmaqla, cəmi 8250 manat dəyərində 5 ədəd “iPhone 11 Green 128GB”, 1 ədədi 1700 manat olmaqla, cəmi 6800 manat dəyərində 4 ədəd “iPhone 11 Black 128GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 7800 manat dəyərində 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 4800 manat dəyərində 2 ədəd “iPhone 11 X22 512GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 8800 manat dəyərində 4 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 4600 manat dəyərində 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 9000 manat dəyərində 6 ədəd “iPhone 11 Red 64GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 68200 manat dəyərində 31 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 30000 dəyərində 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd 2200 manat dəyərində “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X23 256GB”, 1 ədəd 3600 manat dəyərində “iPhone 11 X23 512GB”, 1 ədədi 2300 manat olmaqla, 11500 manat dəyərində 5 ədəd “iPhone 11 X25 64GB”, 1 ədədi 2350 manat olmaqla, cəmi 4700 manat dəyərində 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 26000 manat dəyərində 10 ədəd “iPhone 11 X25 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 41800 manat dəyərində 19 ədəd “iPhone 11 Pro Gold 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 33600 manat dəyərində 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, yalnız qulaqcığı olan 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X25 256GB” markalı, yalnız adapter başlığı olan 1 ədəd 2400 manat dəyərində “Samsung S20 Ultra 5G 128GB” markalı, aksessuarları olmayan 1 ədəd 2400 manat dəyərində “iPhone 11 X19 256GB” markalı, aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X21 Green 64GB” markalı və aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X25 64GB” markalı olmaqla, ümumilikdə külli miqdarda, 467850 manat dəyərində istifadəyə yararlı mobil telefonları aralarında olan razılaşmaya əsasən tamah məqsədi ilə Azərbaycan Respublikasında olan Təqsirləndirilən şəxs2 və cinayətkar qrupun digər üzvlərinə çatdırmaq üçün 19 iyun 2020-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında Təqsirləndirilən şəxs3, qeyrisi və qrupun digər üzvləri ilə birlikdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Rusiya Federasiyasında qeydiyyatda olan “KEN-PAK” şirkətindən Azərbaycan Respublikasında qeydiyyatda olan "xxxx" MMC-yə “spirtli və spirtsiz içkilər üçün nəzərdə tutulmuş boş alüminium bankalar (0,25 lt)” yükü daşıdığı “SCANİA” markalı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və həmin dartıcıya aid “SCHMİTZ” markalı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində yerləşən yanacaq çənini müxtəlif yerlərdən kəsərək içərisinə yerləşdirib gizlətmiş və başqa nəqliyyat vasitəsində olan cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 müşayiəti ilə həmin tarixdə saat 19 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrək Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisindəki “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs2 mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə külli miqdarda keçirmək barədə 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasında olarkən həmin vaxt Rusiya Federasiyasında olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, qeyrisi və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, qeyrisi və qrupun digər üzvləri məlum olmayan vaxtda və mənbədən əldə etdikləri aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədədi 2600 manat olmaqla, cəmi 36400 manat dəyərində 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 73600 manat dəyərində 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 19200 manat dəyərində 8 ədəd “iPhone 11 X19 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 33000 manat dəyərində 15 ədəd “iPhone 11 X19 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 15000 manat dəyərində 10 ədəd “iPhone 11 Purple 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 4500 manat dəyərində 3 ədəd “iPhone 11 White 64GB”, 1 ədədo 1650 manat olmaqla, cəmi 8250 manat dəyərində 5 ədəd “iPhone 11 Green 128GB”, 1 ədədi 1700 manat olmaqla, cəmi 6800 manat dəyərində 4 ədəd “iPhone 11 Black 128GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 7800 manat dəyərində 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 4800 manat dəyərində 2 ədəd “iPhone 11 X22 512GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 8800 manat dəyərində 4 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 4600 manat dəyərində 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 9000 manat dəyərində 6 ədəd “iPhone 11 Red 64GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 68200 manat dəyərində 31 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 30000 dəyərində 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd 2200 manat dəyərində “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X23 256GB”, 1 ədəd 3600 manat dəyərində “iPhone 11 X23 512GB”, 1 ədədi 2300 manat olmaqla, 11500 manat dəyərində 5 ədəd “iPhone 11 X25 64GB”, 1 ədədi 2350 manat olmaqla, cəmi 4700 manat dəyərində 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 26000 manat dəyərində 10 ədəd “iPhone 11 X25 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 41800 manat dəyərində 19 ədəd “iPhone 11 Pro Gold 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 33600 manat dəyərində 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, yalnız qulaqcığı olan 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X25 256GB” markalı, yalnız adapter başlığı olan 1 ədəd 2400 manat dəyərində “Samsung S20 Ultra 5G 128GB” markalı, aksessuarları olmayan 1 ədəd 2400 manat dəyərində “iPhone 11 X19 256GB” markalı, aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X21 Green 64GB” markalı və aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X25 64GB” markalı olmaqla, ümumilikdə külli miqdarda, 467850 manat dəyərində istifadəyə yararlı mobil telefonları tamah məqsədi ilə Azərbaycan Respublikasında ona və cinayətkar qrupun digər üzvlərinə çatdırmaq üçün birlikdə 19 iyun 2020-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasında qeydiyyatda olan “KEN-PAK” şirkətindən Azərbaycan Respublikasında qeydiyyatda olan "xxxx" MMC-yə “spirtli və spirtsiz içkilər üçün nəzərdə tutulmuş boş alüminium bankalar (0,25 lt)” yükü daşıdığı “SCANİA” markalı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və həmin dartıcıya aid “SCHMİTZ” markalı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində yerləşən yanacaq çənini müxtəlif yerlərdən kəsərək içərisinə yerləşdirib gizlətmişlər və Təqsirləndirilən şəxs1 başqa nəqliyyat vasitəsində olan cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 müşayiəti ilə göstərilən nəqliyyat vasitəsini idarə edərək həmin tarixdə saat 19 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib qeyd edilən mobil telefonları Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisindəki “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs3 mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə külli miqdarda keçirmək barədə 2020-ci ilin iyun ayında Rusiya Federasiyasında olarkən Təqsirləndirilən şəxs1, həmin vaxt Azərbaycan Respublikasında olan Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə Rusiya Federasiyasında olan qeyrisi və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq məlum olmayan vaxtda və mənbədən əldə etdikləri aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədədi 2600 manat olmaqla, cəmi 36400 manat dəyərində 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 73600 manat dəyərində 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 19200 manat dəyərində 8 ədəd “iPhone 11 X19 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 33000 manat dəyərində 15 ədəd “iPhone 11 X19 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 15000 manat dəyərində 10 ədəd “iPhone 11 Purple 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 4500 manat dəyərində 3 ədəd “iPhone 11 White 64GB”, 1 ədədo 1650 manat olmaqla, cəmi 8250 manat dəyərində 5 ədəd “iPhone 11 Green 128GB”, 1 ədədi 1700 manat olmaqla, cəmi 6800 manat dəyərində 4 ədəd “iPhone 11 Black 128GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 7800 manat dəyərində 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 4800 manat dəyərində 2 ədəd “iPhone 11 X22 512GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 8800 manat dəyərində 4 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 4600 manat dəyərində 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 9000 manat dəyərində 6 ədəd “iPhone 11 Red 64GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 68200 manat dəyərində 31 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 30000 dəyərində 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd 2200 manat dəyərində “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X23 256GB”, 1 ədəd 3600 manat dəyərində “iPhone 11 X23 512GB”, 1 ədədi 2300 manat olmaqla, 11500 manat dəyərində 5 ədəd “iPhone 11 X25 64GB”, 1 ədədi 2350 manat olmaqla, cəmi 4700 manat dəyərində 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 26000 manat dəyərində 10 ədəd “iPhone 11 X25 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 41800 manat dəyərində 19 ədəd “iPhone 11 Pro Gold 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 33600 manat dəyərində 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, yalnız qulaqcığı olan 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X25 256GB” markalı, yalnız adapter başlığı olan 1 ədəd 2400 manat dəyərində “Samsung S20 Ultra 5G 128GB” markalı, aksessuarları olmayan 1 ədəd 2400 manat dəyərində “iPhone 11 X19 256GB” markalı, aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X21 Green 64GB” markalı və aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X25 64GB” markalı olmaqla, ümumilikdə külli miqdarda, 467850 manat dəyərində istifadəyə yararlı mobil telefonları aralarında olan razılaşmaya əsasən tamah məqsədi ilə Azərbaycan Respublikasında olan Təqsirləndirilən şəxs2 və qrupun digər üzvlərinə çatdırmaq üçün 19 iyun 2020-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında Təqsirləndirilən şəxs1, qeyrisi və cinayətkar qrupun digər üzvləri ilə birlikdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasında qeydiyyatda olan “KEN-PAK” şirkətindən Azərbaycan Respublikasında qeydiyyatda olan "xxxx" MMC-yə “spirtli və spirtsiz içkilər üçün nəzərdə tutulmuş boş alüminium bankalar (0,25 lt)” yükü daşıdığı “SCANİA” markalı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və həmin dartıcıya aid “SCHMİTZ” markalı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində yerləşən yanacaq çənini müxtəlif yerlərdən kəsərək içərisinə yerləşdirib gizlətmiş, ardınca başqa nəqliyyat vasitələrində olmaqla, onun müşayiəti altında Təqsirləndirilən şəxs1 qeyd edilən nəqliyyat vasitəsini idarə etməklə həmin tarixdə saat 19 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrək Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisindəki “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir yük nəqliyyat vasitəsinin sürücüsü işləyir, təqribən 2 ildir Təqsirləndirilən şəxs3 məxsus “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ayrı-ayrı ölkələrdən Azərbaycan Respublikasına, eləcə də əks istiqamətlərdə yük daşıyır. O, təxminən 2020-ci ilin aprel ayında Lənkəran rayonunun Kənarmeşə kəndində kafedə yük nəqliyyat vasitəsi sürücüsü olan dostu X5 ilə vaxt keçirərkən “Kərbəlayi” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və həmin tanışlıq nəticəsində aralarında yaxşı münasibət yaranmışdır. 30.05.2020-ci il tarixdə o, X15 ilə birlikdə hər biri öz idarə etdikləri nəqliyyat vasitələri ilə, yəni o, “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət qeydiyyat nişanlı, Zaur Lətifov isə “DAF” markalı, 99CZ043/99ZD043 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Bakı şəhərindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən eyni şirkətə “pomidor” yükü apararaq ünvanına çatdırmışlar. Onlar yükü təhvil verdikdən sonra Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasına aparmaq üçün yük təklifi gözləməyə başlamışlar. Bundan 2-3 gün sonra Təqsirləndirilən şəxs3 də idarə etdiyi “DAF” markalı, 42CB944/07ZA261 nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yük gətirərək təhvil verib o da onlarla birgə həmin şəhərdə Azərbaycan Respublikasına aparmaq üçün yük təklifi gözləməyə başlamışdır. Onlar orada yük təklifi gözləyərkən Şaddıq ona və Zaura hamının “Kərbəlayı” kimi tanıdığı, həmkəndlisi Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasında çoxsaylı mobil telefonları olduğunu bildirib həmin mobil telefonları idarə etdikləri nəqliyyat vasitələrində gizlətməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına apardıqları təqdirdə Raminin onlara 2000 manat pul verəcəyini söyləmişdir. Həmin vaxt maddi imkanı yaxşı olmadığından onunla Zaur Şaddığın bu təklifi ilə razılaşmışdır. Əvvəlcə aralarında razılaşmışlar ki, gətirəcəkləri mobil telefonları üç hissədə hər üçünün idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çənində gizlətsinlər və Azərbaycana gətirdikləri mobil telefonların sayına uyğun olaraq 2000 manatı aralarında bölsünlər. Ramin ona Rusiyadan Azərbaycana gətirməyi üçün təxminən 40-50 ədəd mobil telefon verdirəcəyini dediyindən o, bu saya görə az gəlir əldə edəcəyini düşünərək onlarla razılaşmamışdır. Şaddıq da hər üç nəqliyyat vasitəsinin yanacaq çəninin kəsilməsini istəmədiyindən bu fikrilərindən daşınıb yekun olaraq razılaşmışlar ki, bütün mobil telefonları onun idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çənində gizlətsinlər və 2000 manat pulu aralarında bərabər şəkildə üç yerə bölsünlər. Bundan sonra həm Şaddıq, həm də o, “Votsap” vasitəsi ilə bu fikirlərini Raminə demişlər, o da razılaşmışdır. Bu barədə razılıq əldə etdikdən bir neçə gün sonra Rusiya Federasiyasının Rostov şəhərindən Azərbaycan Respublikasına iki nəqliyyat vasitəsi, Moskva şəhərindən isə bir nəqliyyat vasitəsi üçün yük sifarişi daxil olmuşdur. O və Şaddıq Rostov şəhərində olan yükü götürməyə, Zaur isə Moskva şəhərində olan yükü götürməyə razılaşmışdır. Rostov şəhərinə gedərkən Moskva şəhərindən keçməli olduqlarından onlar üçü də Sankt- Peterburq şəhərindən ilk növbədə Moskva şəhəri istiqamətində yola düşmüşlər. Yolda olarkən Ramin onunla əlaqə saxlayaraq Şaddıqla danışıb razılaşdırdığını, Moskva şəhərinə çatdıqda orada gözləmələrini, mobil telefonların bir qisminin həmin şəhərdə veriləcəyini, onları götürdükdən sonra telefonların qalan hissəsinin Rusiya Federasiyası- Azərbaycan Respublikası dövlət sərhədində yerləşən “Yaraq Qazmalar” postunun yaxınlığında onlara çatdırılacağını bildirmişdir. Üçü də Moskva şəhərinə çatdıqdan sonra Raminə Moskvada olduqları yer barədə dəqiq məlumat vermişlər, bundan bir qədər sonra bir nəfər onlara yaxınlaşıb Raminin tanışı olduğunu deyərək bağlı şəkildə olan bir ədəd karton qutunu Təqsirləndirilən şəxs3 vermiş, sonuncu da həmin karton qutunu öz idarə etdiyi nəqliyyat vasitəsinə qoymuşdur, onun həmin qutunun içərisində nə olmasından məlumatı yoxdur. Ramin telefonların hamısının ona “Yaraq Qazmalar” gömrük postunun yaxınlığında veriləcəyini demiş, həmin gecəni Moskva şəhərində qaldıqdan sonra razılaşmışlar ki, Dağıstan Respublikasında, Qoçubəy adlanan ərazidə görüşərlər. Şaddıqla o, Moskva vilayəti, Volokolamsk şəhəri, Yamskaya küçəsi 25 ünvanında qeydiyyatda olan “KEN-PAK ZAVOD UPAKOVKİ” müəssisəsinin Rostov şəhərində yerləşən anbarından “boş alüminuim bankalar” yükünü götürmək üçün həmin istiqamətə yola düşmüşlər. Anbara getdikdən sonra öyrənmişlər ki, yükü ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin sifarişi əsasında Xırdalan şəhərində yerləşən “Bizon” firmasına aparmalıdırlar. Qeyd edilən yük idarə etdiyi nəqliyyat vasitəsinə yükləndikdən sonra o, yükü ünvanına çatdırmaq üçün 17.06.2020-ci il tarixdə Rostov şəhərindən Azərbaycan Respublikası istiqamətində yola düşmüşdür. Həmin vaxt Şaddığın idarə etdiyi nəqliyyat vasitəsinə yüklənən yükə dair sənədlər tam hazır olmadığından Şaddıq anbarda qalmış, o, həmin yerdən getmiş, həmin tarixdə ondan bir qədər sonra Şaddıq arxasınca yola düşmüşdür. O, yolda Toplusdan adlanan ərazidə dayanıb istirahət edərkən Şaddıq həmin yerə gələrək ona çatmış və birlikdə yola davam etmişlər. Yolda olarkən o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Votsap” proqramı vasitəsi ilə Raminin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməklə danışıb Şaddıqla Rostov şəhərindən yük götürərək Azərbaycan Respublikası istiqamətində yola düşdüklərini demiş, Ramin isə cavab olaraq “Yaraq Qazmalar” gömrük postunun qarşısında, nəqliyyat vasitəsində gizlədərək aparmalı olduğu mobil telefonların ona veriləcəyini bildirmişdir. Bundan sonra onunla Şaddıq yol gələrək “Qoçubəy” adlanan ərazidə Zaur Lətifovla görüşmüşlər və üçü birlikdə yola davam edib 19.06.2020-ci il tarixdə Dağıstan Respublikasının “Yaraq Qazmalar” gömrük postuna çatmışlar. Yolda olarkən “Votsap” proqarmı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə +**********5 saylı mobil nömrədən səsli mesaj gəlmiş və səsli mesajda qarşı tərəf ona Raminin əmanətlərini ona verəcək “Ruhid” adlı şəxs olduğunu bildirib ondan harada olduğunu soruşmuş, o da yolda olduğunu demişdir. Qeyd edilən yerə çatdıqdan sonra postun qarşısında yerləşən “Terminal” adlanan ərazidəki saxlanc yerlərinin arxasında nəqliyyat vasitəsini saxlayaraq istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Votsap” proqramı vasitəsi ilə Raminin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib sonuncuya bildirdiyi yerə çatdığını demişdir. Aralarında olan telefon danışığı zamanı Ramin iki nəfər şəxsin yaxınlaşaraq razılaşdıqları qaydada idarə etdiyi nəqliyyat vasitəsində gizlətməklə sonuncuya çatdırmalı olduğu mobil telefonları ona təhvil verəcəklərini bildirib bunun üçün yeri barədə məlumatı “Votsap”la göndərməyini, həmin məlumatı onu tapmaları üçün qeyd edilən şəxslərə göndərəcəyini demiş, o da öz növbəsində yeri barədə məlumatı dediyi şəkildə Raminə göndərmişdir. Bir qədər sonra iki nəfər şəxs qırmızı rəngli, “VAZ 2107” markalı, dövlət nömrə nişanının ön rəqəmləri “05”, axırıncı rəqəmləri “400” olan Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun olduğu yerə gəlmişlər. Ona məlum olmuşdur ki, həmin şəxslərdən biri özünü “Ruhid” kimi təqdim edən şəxsdir, digər şəxsi isə tanımır. Həmin şəxslər onun yanına gəldikdən sonra o, telefonları içərisinə yerləşdirmələri üçün, nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində yerləşən yanacaq çənini söküb yerə qoymuşdur. Bundan sonra həmin şəxslər laqonda vasitəsi ilə yanacaq çəninin çən nəqliyyat vasitəsinin üzərində olarkən görünməyən tərəfdə yerləşən divarını, bir-birinə birləşən üç yerdən kəsib həmin kəsik yeri əyməklə yanacaq çəninin içərisinə keçid açaraq özləri ilə gətirdikləri, çoxsaylı müxtəlif markalı mobil telefonları yanacaq çəninin içərisində olan boşluğa yerləşdirmişlər, ardınca həmin kəsik yeri yenidən əyməklə əvvəlki vəziyyətinə qaytarmışlar və yekunda o, həmin şəxslərin köməkliyi ilə yanacaq çənini yenidən idarə etdiyi nəqliyyat vasitəsinə bağlamış, ardınca həmin iki nəfər şəxs gəldikləri nəqliyyat vasitəsi ilə həmin yeri tərk etmişlər. Həmin müddətdə Şaddıqla Zaur onu həmin saxlanc yerindən bir qədər kənarda gözləmişlər. Belə ki, çox adamla bir yerdə dayanıb şübhə çəkməmək üçün dayanacaqda bir-birilərindən bir qədər kənarda dayanmaq barədə əvvəlcədən razılaşmışlar. Mobil telefonları qeyd edilən şəxslərlə birgə yanacaq çənində gizlətdikdən sonra Şaddıq və Zaurla birgə o, Rusiya Federasiyasının gömrük postuna daxil olmuşdur. Zaur və Şaddıqla əvvəlcədən razılaşmışlar ki, ilk öncə Zaurla Şaddıq Azərbaycan Respublikasının gömrük postuna daxil olub gömrük nəzarətindən keçdikdən sonra o, onların arxasınca Azərbaycanın gömrük postuna daxil olar, Zaurla Şaddığın idarə etdiyi nəqliyyat vasitəsində heç bir qanunsuz əşya olmadığı üçün gömrük nəzarətindən sərbəst keçərlər, ardınca o da heç bir problem olmadan, ciddi yoxlamaya məruz qalmadan gömrük nəzarətindən keçər. Ona görə belə düşünmüşlər ki, mütəmadi olaraq gömrük sərhədindən keçdiklərindən gömrükçülər onların üçünün birlikdə işlədiklərini bilirmişlər və Zaurla Şaddığın idarə etdikləri nəqliyyat vasitələrində heç bir qanunsuz əşya olmadığına görə gömrük əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsində belə əşya olmadığını fikirləşib nəqliyyat vasitəsinin yoxlanılmasına səthi yanaşarlar. Rusiya gömrük məntəqəsində Zaurla Şaddığın yoxlaması bir qədər çox çəkdiyindən o, onlardan öncə oranı tərk edib 19 iyun 2020-cil tarixdə saat 18:30 radələrində yanacaq çənində qeyd edilən formada mobil telefonlar gizlətdiyi “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının “Samur” gömrük postuna daxil olmuşdur. Gömrük postuna daxil olduqdan sonra orada olan gömrük əməkdaşı ondan üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməli hər hansı malın olub-olmadığını soruşmuş, o isə idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda 1548 kq çəkidə “boş alüminium bankalar” yükünün olduğunu bildirib, bundan başqa üzərində və ya nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların olmadığını deyərək yükə dair müvafiq sənədləri gömrük əməkdaşına təqdim etmişdir. Bir qədər sonra gömrük əməkdaşı ona nəqliyyat vasitəsini yoxlamalı olduğunu demiş və həmin yerə iki nəfər hal şahidi dəvət edərək nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Gömrük əməkdaşı onun və hal şahidlərinin iştirakı ilə keçirdiyi yoxlama zamanı idarə etdiyi “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində olan yanacaq çəninin içərisindən həmin yerdə gizlətdikləri, 2000 manat müqabilində Raminə çatdırmalı olduqları, polietilen paketlərə sarınmış şəkildə qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 8 ədəd “iPhone 11 X19 256GB”, 15 ədəd “iPhone 11 X19 64GB”, 10 ədəd “iPhone 11 Purple 64GB”, 3 ədəd “iPhone 11 White 64GB”, 5 ədəd “iPhone 11 Green 128GB”, 4 ədəd “iPhone 11 Black 128GB”, 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 2 ədəd “iPhone 11 X22 512GB”, 4 ədəd “iPhone 11 X22 64GB”, 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 6 ədəd “iPhone 11 Red 64GB”, 31 ədəd “iPhone 11 X22 64GB”, 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd “iPhone 11 X23 256GB”, 1 ədəd “iPhone 11 X23 512GB”, 5 ədəd “iPhone 11 X25 64GB”, 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 10 ədəd “iPhone 11 X25 256GB”, 19 ədəd “iPhone 11 Pro Gold 64GB” və 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu və yalnız qulaqcığı olan 1 ədəd “iPhone 11 X25 256GB” markalı, qutusu və yalnız adapter başlığı olan 1 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu olan, lakin aksessuarları olmayan 1 ədəd “iPhone 11 X19 256GB” markalı, 1 ədəd “iPhone 11 X21 Green 64GB” və 1 ədəd “iPhone 11 X25 64GB” markalı mobil telefonları aşkar etmişdir. Yekunda bu barədə protokol tərtib edilərək aşkar edilmiş həmin mobil telefonlar götürülmüş, o, həmin protokolu imzalamışdır. O, Şaddıq və Zaur həmin mobil telefonları gömrük nəzarətindən gizli, qanunsuz şəkildə keçirmək niyyətində olduqlarından gömrük nəzarəti zamanı aşkar edilməməsi üçün əvvəlcədən Raminlə razılaşdırdıqdan sonra o, mobil telefonları yuxarıda qeyd edilən “Ruhid” adlı şəxsin başqa bir şəxslə birlikdə idarə etdiyi 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində yerləşən yanacaq çəninin içərisində gizlətmişdir. Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşamaya əsasən əgər o, gömrük postunda olarkən Ramin ora gəlib çatsaydı o, gömrük postunda gözləyəcəkdi, gömrük postundan keçdikdən sonra nəqliyyat vasitəsini rentgen qurğusundan keçirməmişdən əvvəl içərisində mobil telefonlar olan yanacaq çənini heç kəs görmədən nəqliyyat vasitəsindən çıxarıb Raminə təhvil verəcəkdi və bundan sonra rentgen qurğusundan keçəcəkdi. Belə ki, rentngen qurğusu gömrük postunun yoxlama xəttindən bir qədər kənarda yerləşir, nəqliyyat vasitəsi gömrük əməkdaşı tərəfindən vizual şəkildə yoxlanıldıqdan sonra sürücülər nəqliyyat vasitəsini idarə edərək bir qədər kənarda olan rentgen qurğusuna daxil olurlar və qurğuda növbə olduğu üçün yanacaq çənini nəqliyyat vasitəsindən çıxarmağa kifayət qədər vaxt olur. O, postda olarkən Ramin ora gələ bilməyəsəydi, o, eyni qaydada nəqliyyat vasitəsi yoxlama xəttində yoxlanıldıqdan sonra rentgen qurğusuna daxil olmamış yanacaq çənini heç kəs gömrədən çıxarıb kənarda bir yerə qoyacaqdı, rentgen qurğusundan keçdikdən sonra eyni şəkildə heç kəs görmədən yanacaq çənini yenidən nəqliyyat vasitəsinə bağlayıb yola davam edərək Bakı şəhərində yerləşən “Coco-cola” zavodunun qarşısında Ramin ilə görüşüb mobil telefonları sonuncuya verəcəkdi. İkinci halda o, yancaq çənini yenidən götürənədək çənə Zaurla Şaddıq nəzarət edəcəkdilər. Onun mobil telefonların sayı barədə dəqiq məlumat olmamışdır, sadəcə yanacaq çəninə doldurularkən mobil telefonların xeyli sayda olduğunu görmüşdür. Ramin mobil telefonların sayı barədə dəqiq məlumat verməyərək hər dəfə fərqli saylar olmaqla, əsasən onların 130-140 ədəd olduğunu demişdir. Ona görə də “Votsap” danışıqlarında qeyd edilən mobil telefonların sayı ilə faktiki aşkar olunan mobil telefonlaın sayı arasında belə fərq yaranmışdır. Onun üçün mobil telefonların sayının önəmi olmamışdır, sayından asılı olmayaraq mobil telefonları ölkəyə gətirmək niyyətində olmuşdur. “Votsap” danışıqlarında Təqsirləndirilən şəxs2 Zaura 10 ədəd telefon verildiyini bildirdikdə nəyi nəzərdə tutmasını bilmir, bu barədə Ramindən sorumamışdır. Aralarında olan danışığın həmin hissəsi ona aydın deyildir. Oa bilər ki, qeyd edilən sayda telefon yolda haradasa Zaura verilmiş, Zaur da həmin telefonları “Yaraq Qazmalar” gömrük postunun qarşısında ona gətirən şəxsə çatdırmışdır. Raminin aşkar edilmiş mobil telefonları hansı qiymətə, haradan, kimin vasitəsi ilə əldə etməsi, onları əldə etdikdən sonra hansı şəkildə, harada, şəxsən və ya başqa şəxslərin vasitəsi satmaq istəməsi, həmin mobil telefonları gətirməyini özü və ya başqa şəxslərin adından ondan xahiş etməsi barədə heç nə bilmir, lakin aralarında olan danışıq zamanı Ramin ondan mobil telefonlardan 42 ədədini ayrıca yığmağını, 42 ədəd mobil telefonun ona aid olmadığını, qalanının ona məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs2 mobil telefonların Rusiyadan Azərbaycana gətirilməsi barədə təklifi kimin etməsini bilmir. Hazırda əməlindən çox peşmandır. Telefonlar ona məxsus olmadığından mülki iddianı qəbul etmir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yaşadığı Lənkəran rayonunun Gərmətük qəsəbəsində bərbər işləsə də, bəzən ayrı-ayrı şəxslərdən işlənmiş və ya təzə mobil telefonlar alaraq onları satmaqla da gəlir əldə edir, tanışları onu “Kərbəlayi” kimi tanıyır. Eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır, aralarında yaxşı münasibət var, Şaddıq özünə məxsus 3 yük nəqliyyat vasitəsi ilə ayrı-ayrı ölkələrə yük daşınmasını həyata keçirir, həmin nəqliyyat vasitələrindən birini özü, digər ikisini isə Təqsirləndirilən şəxs1 və Zaur Lətifov sürücü kimi idarə edirlər. 2020-ci ilin may ayının sonları-iyun ayının əvvələrində Rusiya Federasiyasında yaşayan “Sərxan” adlı tanışı mobil telefonla ona zəng edərək Rusiya Federasiyasında 217 ədəd mobil telefon olduğunu, həmin telefonları Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərmək istədiyini deyərək mobil telefonları Bakı şəhərində qəbul edib daha sonra həmin telefonları ona bildirəcəyi şəxsə təhvil verə bilib-bilməyəcəyini soruşub bunu edə biləcəyi təqdirdə ona 500 ABŞ dolları pul verəcəyini demiş, o da cavab olaraq bunu edə biləcəyini, lakin mobil telefonlar gömrük nəzarəti zamanı aşkar ediləcəyi təqdirdə mallara cavabdeh olmadığını söyləmişdir. Bundan sonra “Sərxan” ona həmin telefonlardan 42 ədədinin Rusiya Federasiyasında yaşayan dostu, “Hikmət Hüseynov”a aid olduğunu, qalanlarının isə dəqiq say söyləmədən özünə, Rusiya Federasiyasında yaşayan tanışı, “Ruhid”ə və onlar vasitəsi ilə qiyabi olaraq tanıdığı “Zaur”a aid olduğunu bildirmiş, ondan bu işi görə biləcək etibarlı sürücü tapmağını xahiş edib həmin sürücüyə mobil telefonları gömrükdən keçirdiyi təqdirdə 15.000 manat pul verəcəyini demişdir. Bundan sonra 2020-ci ilin təxminən may ayının sonları, iyun ayının əvvəllərində o, Təqsirləndirilən şəxs3 zəng edərək harada olmasını soruşmuş, Şaddıq da Əlyar Cavdov və X12 Sankt-Peterburq şəhərində olduğunu bildirmiş, ardınca Şaddığa, elə telefon danışığı zamanı Şaddıq vasitəsi ilə Əlyar və Zaura tanışlarının Rusiya Federasiyasında çoxsaylı mobil telefonlarının olduğunu, həmin mobil telefonları oradan götürərək Azərbaycana gətirdikləri təqdirdə tanışlarının onlara 15.000 manat pul verəcəklərini demiş, Şaddıqla Zaur bu təkliflə razılaşmamış, Əlyar isə ilkin olaraq razılaşsa da, Şaddıqla Zaur razılaşmadığı üçün Əlyar da onunla razılaşmamışdır. Bundan sonra o, “Sərxan”a zəng edərək Əlyar adlı sürücü, onun idarə etdiyi nəqliyyat vasitəsinin sahibi Şaddıq, sonuncuya məxsus digər nəqliyyat vasitəsini idarə edən Zaur adlı sürücü ilə təklifi barədə danışdığını, ilkin olaraq Əlyarın təkliflə razılaşdığını, lakin Zaurla Şaddıq razılaşmadığına görə Əlyarın da razılaşmadan imtina etdiyini bildirmişdir. Sərxan ondan Əlyarın mobil nömrəsini istəmiş, o da Əlyarın istifadə etdiyi nömrəni vermişdir. Bundan 3-4 gün sonra Sərxan ona zəng edərək Əlyargillə razılaşdığını demiş, bu zaman o, Sərxana bir daha Əlyar, Şaddıq və Zaurun onunla danışarkən bu təkliflə razılaşmadıqlarını bildirib onları hansı şəkildə razı saldığını soruşmuş, Sərxan ətraflı cavab verməyərək razılaşdıqlarını demişdir. O, bu məsələni dəqiqləşdirmək üçün Şaddığa zəng edərək onun təklifi ilə razılaşmadığı halda, Sərxanın təklifi ilə necə razılaşdığını soruşmuş, Şaddıq isə cavab olaraq bir daha razı olmadığını demiş, ardınca o, təkrarən Sərxana zəng edib bu barədə məlumat vermiş, Sərxan isə qısa şəkildə razılaşdırdığını söyləmiş, ətraflı məlumat verməmişdir. Bundan bir neçə gün sonra Sərxan ona zəng edərək Əlyarın Moskvaya gəldiyini, özünün də Moskvada olduğunu, Hikmətə məxsus olan 42 ədəd mobil telefonu həmin şəhərdə Əlyara verəcəyini demişdir. Həmin vaxt Əlyarla aralarında olan danışıqdan ona məlum olmuşdur ki, Şaddıqla Zaur da Əlyarla birgə Moskva şəhərinə gedirlər. Bundan bir və ya bir neçə gün sonra Sərxan ona zəng edərək mobil telefonları Əlyara verdiyini bildirmiş, lakin həmin 42 mobil telefondan əlavə hər hansı sayda mobil telefon verib-vermədiyini deməmişdir. Bununla yanaşı Sərxan ona mobil telefonların qalan hissəsini Əlyarın Azərbaycana gələrkən yolda, ayrı-ayrı yerlərdə tanışları Ruhid, Hikmət və Zaurdan (Şaddığın sürücüsü olmayan) götürəcəyini, bu barədə ətraflı məlumat verdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Şaddıqla Əlyar birlikdə yük götürmək üçün Rostov şəhərinə getmişlər, Zaur isə yük götürmək üçün Moskva şəhərində qalmışdır. Əlyar Rostov şəhərində yükü götürüb çıxdıqdan sonra o, Əlyardan yolda mobil telefonları hansı şəkildə ölkə ərazisinə gətirəcəyini soruşmuş, Əlyar telefonları idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çənində gizlədəcəyini demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əlyar 19 iyun 2020-ci il tarixdə “Samur” gömrük postundan keçərkən idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çənindən mobil telefonlar aşkar edilərək götürülmüşdür. Sərxan ona mobil telefonların 42 ədədini Əlyara Moskva şəhərində verdiyini demiş, Əlyarın əslində mobil telefonları Sərxan, Hikmət, Ruhid və Zaurdan (Şaddığın sürücüsü olmayan) haradan götürməsini, onları kimin iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsinə gizlətməsini dəqiq bilmir. Zauru deyə bilməsə də, Şaddığın mobil telefonların Rusiyadan Azərbaycana gətirilməsindən məlumatlı olmaması mümkün deyildir. Belə ki, Şaddıq nəqliyyat vasitəsini sahibi olduğundan Əlyarın bu əməli ondan xəbərsiz etməsinə inanmır. Mobil telefonların yanacaq çənində gizlədiləcəyini mobil telefonlar ona çatdırılması üçün təhvil alındıqdan sonra bilmişdir, Təqsirləndirilən şəxs3 hər hansı qutu verilməsindən məlumatsızdır. Sərxanla aralarında olan danışıq zamanı Sərxan ona həmin telefonları kimə verməli olduğunu deməmişdir, telefonları təhvil aldıqdan sonra Sərxan onları kimə verməli olduğunu deyəcəkdi. Təqsirləndirilən şəxs1la aralarında olan razılaşamaya əsasən əgər o, Əlyar gömrük postunda olarkən posta gəlib çatsaydı, Əlyarı gömrük postunda gözləyəcəkdi, Əlyar gömrük postundan keçdikdən sonra nəqliyyat vasitəsini rentgen qurğusundan keçirməmişdən əvvəl içərisində mobil telefonlar olan yanacaq çənini heç kəs görmədən nəqliyyat vasitəsindən çıxarıb ona təhvil verəcəkdi və bundan sonra rentgen qurğusundan keçəcəkdi. Əlyar postda olarkən o, posta gələ bilməyəsəydi, Əlyar mobil telefonları öz bildiyi qaydada gömrük nəzarətindən keçirib Bakı şəhərində ona verəcəkdi. Sonrakı danışıqlarında o, gömrük postuna gələcəyi təqdirdə ona problem yarana biləcəyini düşünüb Əlyara yükü götürmək barədə ona bildirdiyi birinci variantla razılaşmadığını demişdir. Sərxanla apardığı söhbətlərlə eyni məzmunda Hikmət və Ruhidlə də danışmışdır və buna görə də onlar da 217 ədəd mobil telefonun Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətiriləcəyini bilmişlər. Həmin şəxslərlə aralarında olan danışıqdan ona bəlli olmuşdur ki, Zaurun da (Şaddığın sürücü olmayan) bu barədə məlumatı vardır. Sərxan ona ilkin olaraq 217 ədəd mobil telefon veriləcəyini söyləsə də, sonrakı danışıqlarında bu sayı ona fərqli şəkildə demiş, o da bu fərqli sayları hər dəfə Əlyara demişdir. Buna görə də Əlyarla “Votsapda” apardıqları danışıqlardakı telefonların sayı ilə faktiki aşkar edilən telefonların say arasında fərq yaranmışdır. Həmin danışıqlarda adı keçən “Zaur” Şaddığın sürücü olmayan, Ruhid vasitəsi ilə tanıdığı Zaurdur, o, Əlyara danışıqda 10 ədəd telefonu həmin Zaurun əldə edəcəyini, yəni kiminsə onları qeyd edilən Zaura verəcəyini, bu sayda telefonu da götürdüyü təqdirdə cəmi sayın 201 ədəd olacağını bildirmək istəmişdir. Mobil telefonlar ona aid olmamışdır, o, 500 ABŞ dolları müqabilində onları qəbul edərək daha sonra ona deyiləcək şəxsə təhvil verəcəkdi ki, onlardan 42 ədədi dostu Hikmətin olmuşdur. Əlyarla arasında olan danışıqlar zamanı Hikmət, Ruhid, Sərxan və Zaurun adlarını hər dəfə çəkməmək üçün onların 42 ədəddən başqa hamısının ona aid olmasını demişdir. Hikmət özünə məxsus 42 ədəd mobil telefonun digərlərinə məxsus olan telefonlarla qarışıq düşməməsini ondan xahiş etdiyindən o, Əlyara demişdir ki, həmin sayda telefonları ayrıca yığsın, sadəcə olaraq Əlyarın həmin 42 ədəd telefonu digərləri ilə qarışdırmaması üçün Əlyara qeyd etdiyi telefonların başqasının olduğunu demişdir. O, vərdiş olaraq Əlyarla “Votsap”da olan danışıqlarda sanki başqa şəxslərlə birgə olmasını bildirən məzmunda danışmışdır, lakin həmin vaxt Əlyarın başqa şəxslərlə birgə olub-olmaması barədə dəqiq məlumatı olmadığından Əlyarın hansı səbəbdən eyni şəkildə danışmasını bilmir. Əlyarla “Votsap” vasitəsi ilə apardığı danışıqlarda hansı səbəbdən tez-tez Şaddığın adını çəkməsini xatırlamır. Telefonlar ona məxsus olmadığından mülki iddianı qəbul etmir. Hazırda bu hərəkətlərində səmimi olaraq peşimandır. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünə məxsus “DAF” markalı, 42CB944/07ZA261 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə əsasən Azərbaycan Respublikası-Rusiya Federasiyası və əks istiqamətdə olmaqla, yük daşıma fəaliyyəti ilə məşğuldur. Həmin yük nəqliyyat vasitəsindən başqa o, “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı və “DAF” markalı, 99CZ043/99ZD043 dövlət nömrə nişanlı yük nəqliyyat vasitələrinin sahibidir. Həmin nəqliyyat vasitələrindən “DAF” markalı, 99CZ043/99ZD043 dövlət nömrə nişanlı olanı X15, SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı olanı isə Təqsirləndirilən şəxs1 Sahib oğlu sürücü qismində idarə edir. Təqsirləndirilən şəxs1 30.05.2020-ci il tarixdə “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi, Zaur Lətifov isə “DAF” markalı, 99CZ043/99ZD043 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə pomidor yükü apararaq ünvanına çatdırıb həmin şəhərdə Azərbaycan Respublikasına aparmaq üçün yük təklifi gözləmişlər. 02 iyun 2020-ci il tarixdə o da idarə etdiyi “DAF” markalı, 42CB944/07ZA261 nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından eyni şəhərə pomidor yükü aparmışdır. O, həmin yükü ünvanına çatdırdıqdan sonra Sankt-Peterburq şəhərində Zaur və Əlyarla görüşüb onlarla birgə Azərbaycana daşımaq üçün yük təklifi gözləməyə başlamışdır. Onlar Sankt-Peterburqda yük təklifi gözləyərkən aralarında olan söhbət zamanı Əlyar ona sayını, hansı şəkildə, kimə, nəyin müqabilində aparmaq istədiyini söyləmədən Moskva şəhərində az sayda mobil telefon olduğunu, Azərbaycana gedərkən həmin mobil telefonları Moskvadan götürərək Azərbaycana aparmaq istədiyini demiş, o isə Əlyara belə hərəkətə yol verməməsini, bu işi görəcəyi təqdirdə idarə etdiyi nəqliyyat vasitəsini ona təhvil verməsini demiş, Əlyar da bunu etməyəcəyini bildirmişdir. Bundan başqa Əlyarla aralarında belə mövzuda söhbət olmamışdır. Həmin şəhərdə bir neçə gün yük təklifi gözlədikdən sonra Moskva şəhərindən Azərbaycana daşımaq üçün yük təklifi gəlmiş, onunla Zaur həmin yükü götürmək üçün yola düşərkən Rusiya Federasiyası, Moskva vilayəti, Volokolamsk şəhəri, Yamskaya küçəsi 25 ünvanında qeydiyyatda olan “KEN-PAK ZAVOD UPAKOVKİ” müəssisəsinin Rostov şəhərində yerləşən anbarından Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bizon” firmasına “boş alüminuim bankalar” aparılmalı olması barədə yük təklifi gəldiyindən və Rostov şəhərinə getmək üçün Moskva şəhərindən keçməli olunduqlarından Əlyar həmin yükü götürmək üçün onlarla birgə yola düşmüşdür. Onlar üçü Moskva şəhərinə çatdıqdan sonra Əlyar yükü götürmək üçün Rostov şəhəri istiqamətində hərəkətini davam etdirmiş, onunla Zaur Moskva şəhərində qalmışdır. Moskva şəhərində Zaur yükü öz nəqliyyat vasitəsinə yüklədikdən sonra onun aparmalı olduğu yük təklifi ləğv olunmuşdur. Beləliklə də o, Moskva şəhərində idarə etdiyi nəqliyyat vasitəsinə heç bir mal yükləyə bilməmişdir. Bu zaman Rostov şəhərindən, Əlyara şirkətdən yenidən Azərbaycana aparılmalı yük təklifi daxil olmuş və o, həmin yükü götürmək üçün Rostov şəhərinə yola düşmüş, həmin vaxt Zaur hələ də Moskva şəhərində malın idarə etdiyi nəqliyyat vasitəsinə yüklənməsini gözləmişdir. O, yükü götürmək üçün Rostov şəhərinə çatdıqda Əlyar artıq malı nəqliyyat vasitəsinə yüklətmiş və yük sənədlərinin hazırlanmasını gözləmişdir. Həmin müddətdə anbarda onun nəqliyyat vasitəsinə yükün yüklənməsi başlanmış və onun nəqliyyat vasitəsinə mal yüklənənə kimi Əlyarın sənədləri hazır olduğundan sonuncu 2020-ci ilin iyun ayının 16 və ya 17-si Azərbaycan istiqamətində yola düşmüş, ondan bir gün sonra isə o, eyni istiqamətdə hərəkət etməyə başlamışdır. Yola davam edib 19.06.2020-ci il tarixdə Azərbaycan Respublikasının “Samur” gömrük postuna çatdıqda ona məlum olmuşdur ki, həmin postda keçirilmiş yoxlama zamanı Əlyarın idarə etdiyi, ona məxsus “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yanacaq çənindən çoxsaylı mobil telefonlar aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində hər hansı formada iştirak etməmişdir, Əlyarın hansı səbəbdən onun da bu əməldə iştirak etməsini deməsi ona məlum deyil. Təqsirləndirilən şəxs2la aralarında mobil telefonların Rusiyadan Azərbaycana gətirilməsi mövzusunda hər hansı söhbət olmamışdır, Təqsirləndirilən şəxs2la eyni qəsəbədə yaşayırlar, sonuncu qəsəbədə bərbər olmaqla yanaşı, az sayda mobil telefonların alqısatqısı ilə məşğuldur. Ona Moskva şəhərində heç kim qutu verməmişdir. “Sərxan”, “Hikmət”, “Zaur” və “Ruhid” adlı şəxsləri tanımır. Əlyarla “Toplusdan” deyilən ərazidə, Zaur Lətifovla “Qoçubəy” adlanan ərazidə görüşməmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yanacaq çənində mobil telefonların gizlədilməsindən əvvəlcədən məlumatı olmamışdır, Təqsirləndirilən şəxs1 ona bu barədə heç bir məlumat verməmişdir. Yalnız baş vermiş hadisədən sonra Əlyardan bu barədə soruşduqda Əlyar bildirmişdir ki, həmin mobil telefonları Rusiya Federasiyasının ərazisində “Ruhid” adlı şəxs və digər tanımadığı bir nəfərlə birgə idarə etdiyi nəqliyyat vasitəsində gizlətmiş, həmin mobil telefonları Təqsirləndirilən şəxs2 üçün gətirmiş, Ramin mobil telefonları qaçaqmalçılıq yolu ilə Rusiyadan Azərbaycana gətirməsi müqabilində 2000 manat pul verəcəyini vəd etmişdir. Qeyd olunan nəqliyyat vasitəsi Rusiyaya getməzdən əvvəl yanacaq çənini yoxlayıb içərisinə yanacaq doldurmuş, həmin vaxt yanacaq çənində hər hansı kənar predmet olmamış, ondan sonra isə yanacaq çəninə baxmamışdır. Moskva şəhərində olarkən Təqsirləndirilən şəxs1 hər hansı şəxslə görüşməsinin, Rusiya Federasiyasından Azərbaycan Respublikasına aparmaq üçün kimdənsə hər hansı mal qəbul etməsinin şahidi olmamışdır. Əlyarla Raminin öz aralarında “Votsap” vasitəsi ilə apardıqları danışıqlarda hansı səbəbdən tez-tez onun adını çəkmələri, ümumiyyətlə onların apardıqları bu danışıqlar barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, mülki cavabdeh olan təqsirləndirilən şəxslərin əməlləri nəticəsində Dövlət Gömrük Komitəsinə ümumilikdə gömrük ödənişləri isə 103.312 (bir yüz üç min üç yüz on iki min) manat maddi ziyan dəymişdir. Xahiş edir ki, həmin məbləğ təqsirləndirilən şəxslərdən tutularaq Dövlət Gömrük Komitəsinin hesabına keçirilsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Mayıl oğlu ifadəsində göstərdi ki, 19.06.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində xidmətdə olarkən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə idarə etdiyi nəqliyyat vasitəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına çoxsaylı mobil telefonlar gətirəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası istiqamətindən idarə etdiyi “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə posta daxil olduqdan sonra həmin əməliyyat məlumatına əsasən onu dayandırıb idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirəcəyimi elan etmiş və bu məqsədlə yoxlama yerinə iki hal şahidi dəvət etmişdir. Yoxlamaya başlamazdan o, Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı malın olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə idarə etdiyi nəqliyyat vasitəsində belə malların olmadığını demiş, ardınca o, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində olan yanacaq çəninin içərisindən polietilen paketlərə sarınmış şəkildə gömrük nəzarətindən gizlədilmiş qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 8 ədəd “iPhone 11 X19 256GB”, 15 ədəd “iPhone 11 X19 64GB”, 10 ədəd “iPhone 11 Purple 64GB”, 3 ədəd “iPhone 11 White 64GB”, 5 ədəd “iPhone 11 Green 128GB”, 4 ədəd “iPhone 11 Black 128GB”, 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 2 ədəd “iPhone 11 X22 512GB”, 4 ədəd “iPhone 11 X22 64GB”, 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 6 ədəd “iPhone 11 Red 64GB”, 31 ədəd “iPhone 11 X22 64GB”, 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd “iPhone 11 X23 256GB”, 1 ədəd “iPhone 11 X23 512GB”, 5 ədəd “iPhone 11 X25 64GB”, 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 10 ədəd “iPhone 11 X25 256GB”, 19 ədəd “iPhone 11 Pro Gold 64GB” və 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu və yalnız qulaqcığı olan 1 ədəd “iPhone 11 X25 256GB” markalı, qutusu və yalnız adapter başlığı olan 1 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu olan, lakin aksessuarları olmayan 1 ədəd “iPhone 11 X19 256GB” markalı, 1 ədəd “iPhone 11 X21 Green 64GB” və 1 ədəd “iPhone 11 X25 64GB” markalı mobil telefonlar aşkar etmişdir. Bundan sonra aşkar edilmiş mobil telefonları hal şahidlərinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə protokol tərtib edərək götürmüş və araşdırma aparılması üçün aidiyyəti üzrə təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, tez-tez “Samur” gömrük postunun qarşısına gedərək orada ayrı-ayrı adamların yüklərini daşımağa kömək etməklə dolanışığını təmin edir. 19 iyun 2020-ci il tarixdə bu məqsədlə “Samur” gömrük postunun qarşısında durub gözləyərkən təxminən saat 18:00-19:00 radələrində bir nəfər gömrük əməkdaşı ona və onun kimi həmin yerdə eyni qaydada fəhləlik edən Şahid3 yaxınlaşaraq “Samur” gömrük postunda yük nəqliyyat vasitəsində gömrük yoxlaması keçirəcəyini söyləmiş və onlardan yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar da gömrük əməkdaşı ilə razılaşaq posta daxil olmuşlar. Posta daxil olduqdan sonra ona məlum olmuşdur ki, yoxlama əvvəllər tanımadığı, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Scania R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində keçiriləcəkdir. Yoxlamaya başlamamazdan əvvəl gömrük əməkdaşı ona və Şahid3 hal şahidi kimi hüquq və vəzifələrini izah etmiş, ardınca Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı mal olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 isə cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsində belə malların olmadığını bildirmişdir. Bundan ardınca gömrük əməkdaşı həmin nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində olan yanacaq çəninin içərisindən polietilen paketlərə sarınmış şəkildə gömrük nəzarətindən gizlədilmiş qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 8 ədəd “iPhone 11 X19 256GB”, 15 ədəd “iPhone 11 X19 64GB”, 10 ədəd “iPhone 11 Purple 64GB”, 3 ədəd “iPhone 11 White 64GB”, 5 ədəd “iPhone 11 Green 128GB”, 4 ədəd “iPhone 11 Black 128GB”, 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 2 ədəd “iPhone 11 X22 512GB”, 4 ədəd “iPhone 11 X22 64GB”, 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 6 ədəd “iPhone 11 Red 64GB”, 31 ədəd “iPhone 11 X22 64GB”, 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd “iPhone 11 X23 256GB”, 1 ədəd “iPhone 11 X23 512GB”, 5 ədəd “iPhone 11 X25 64GB”, 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 10 ədəd “iPhone 11 X25 256GB”, 19 ədəd “iPhone 11 Pro Gold 64GB” və 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu və yalnız qulaqcığı olan 1 ədəd “iPhone 11 X25 256GB” markalı, qutusu və yalnız adapter başlığı olan 1 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu olan, lakin aksessuarları olmayan 1 ədəd “iPhone 11 X19 256GB” markalı, 1 ədəd “iPhone 11 X21 Green 64GB” və 1 ədəd “iPhone 11 X25 64GB” markalı mobil telefonların aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı protokol tərtib etməklə həmin mobil telefonları götürmüş və onlar protokolla tanış olaraq imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin 5-ci cildinin 216-229-cu vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsini təsdiq edərək göstərdiyi halları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə demişdir. Cinayət işinin 1-ci cidlinin 7-14-cü vərəqlərində olan Şimal Ərazi Baş Gömrük İdarəsinin 19 iyun 2020-ci il tarixli yoxlama haqqında protokolundan görünür ki, yoxlamadan əvvəl Təqsirləndirilən şəxs1 idarə etdiyi “SCANİA R420” markalı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və onun “SCHMİTZ SKO 24” markalı, 42ZA485 dövlət qeydiyyat nişanlı yarımqoşqusunda gömrük orqanına bəyan edilməli hər hansı malın olubolmaması soruşularaq olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 isə cavab olaraq belə əşyaların olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsində yoxlama aparılmış və bu zaman nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində olan yanacaq çəninin içərisindən polietilen paketlərə sarınmış şəkildə gömrük nəzarətindən gizlədilmiş qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 8 ədəd “iPhone 11 X19 256GB”, 15 ədəd “iPhone 11 X19 64GB”, 10 ədəd “iPhone 11 Purple 64GB”, 3 ədəd “iPhone 11 White 64GB”, 5 ədəd “iPhone 11 Green 128GB”, 4 ədəd “iPhone 11 Black 128GB”, 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 2 ədəd “iPhone 11 X22 512GB”, 4 ədəd “iPhone 11 X22 64GB”, 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 6 ədəd “iPhone 11 Red 64GB”, 31 ədəd “iPhone 11 X22 64GB”, 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd “iPhone 11 X23 256GB”, 1 ədəd “iPhone 11 X23 512GB”, 5 ədəd “iPhone 11 X25 64GB”, 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 10 ədəd “iPhone 11 X25 256GB”, 19 ədəd “iPhone 11 Pro Gold 64GB” və 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu və yalnız qulaqcığı olan 1 ədəd “iPhone 11 X25 256GB” markalı, qutusu və yalnız adapter başlığı olan 1 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu olan, lakin aksessuarları olmayan 1 ədəd “iPhone 11 X19 256GB” markalı, 1 ədəd “iPhone 11 X21 Green 64GB” və 1 ədəd “iPhone 11 X25 64GB” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 36-37-ci vərəqlərində olan 20 iyun 2020-ci il tarixli mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung” markalı mobil telefona keçirilmiş baxış zamanı əlaqə nömrəsi ***-***-**-** saylı olan, adı “Kərbəlayı” kimi qeyd edilmiş şəxslə 12.04.2020-ci il, 13.04.2020-ci il, 14.04.2020-ci il, 15.04.2020-ci il, 17.05.2020-ci il, 18.05.2020-ci il, 23.05.2020-ci il, 24.05.2020-ci il, 25.05.2020-ci il, 26.05.2020-ci il, 02.06.2020-ci il, 10.06.2020-ci il, 12.06.2020-ci il, 13.06.2020-ci il, 14.06.2020-ci il və 15.06.2020-ci il tarixlərdə “Whatsapp” şəbəkəsi vasitəsi ilə səsli mesajlarla 103 ədəd danışıq qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 40-42-ci vərəqlərində olan 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 izahatında Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşadığını bildirdiyi, ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan “Kərbəlayı” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün ***-***-**-** saylı telefon nömrəsi “Getcontact” proqramı vasitəsi ilə yoxlanılmış və həmin nömrənin Təqsirləndirilən şəxs2 adı altında qeydə alındığı məlum olmuşdur. Daha sonra “İAMAS” sisteminə təsvir edilən əlamətlər üzrə baxış keçirilərək Lənkəran Rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs2n məxsus anket məlumatları (xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2, Şəxsiyyət vəsiqəsi: AZE ********) müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqində olan 01 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona təkrar baxış keçirilərkən əlaqə nömrəsi ***-***-**-** saylı olan, adı “Kərbəlayı” adı ilə qeyd olunmuş şəxslə “Whatsapp” şəbəkəsi vasitəsilə 13.06.2020-ci il tarixdə aparılmış səsli danışıqlarda “Ruhid” adlı şəxsin adı və 15.04.2020-ci il tarixdə aparılmış danışıqlarda isə “Pərvin” adlı şəxsin əlaqə nömrəsi (***-***-**-**) qeyd olunduğu müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 174-176-cı vərəqlərində olan 21 dekabr 2020-ci il tarixli, 5/890-9/5285 nömrəli ekspert rəyindən görünür ki, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 8 ədəd “iPhone 11 X19 256GB”, 15 ədəd “iPhone 11 X19 64GB”, 10 ədəd “iPhone 11 Purple 64GB”, 3 ədəd “iPhone 11 White 64GB”, 5 ədəd “iPhone 11 Green 128GB”, 4 ədəd “iPhone 11 Black 128GB”, 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 2 ədəd “iPhone 11 X22 512GB”, 4 ədəd “iPhone 11 X22 64GB”, 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 6 ədəd “iPhone 11 Red 64GB”, 31 ədəd “iPhone 11 X22 64GB”, 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd “iPhone 11 X23 256GB”, 1 ədəd “iPhone 11 X23 512GB”, 5 ədəd “iPhone 11 X25 64GB”, 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 10 ədəd “iPhone 11 X25 256GB”, 19 ədəd “iPhone 11 Pro Gold 64GB” və 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu və yalnız qulaqcığı olan 1 ədəd “iPhone 11 X25 256GB” markalı, qutusu və yalnız adapter başlığı olan 1 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, qutusu olan, lakin aksessuarları olmayan 1 ədəd “iPhone 11 X19 256GB” markalı, 1 ədəd “iPhone 11 X21 Green 64GB” və 1 ədəd “iPhone 11 X25 64GB” markalı işlək vəziyyətdə olmaqla, təyinatı üzrə istifadəyə yararlı mobil telefonların 19 iyun 2020-ci il tarixə faktiki bazar qiyməti 467850 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 102-103-cü vərəqlərində olan 26 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi “Kərbəlayi” adlı şəxs olması ehtimal edilən Təqsirləndirilən şəxs2 fotoşəkili ona tanınmaya təqdim edilmiş və o, Təqsirləndirilən şəxs2 fotoşəklini göstərərək onun ifadəsində qeyd etdiyi “Kərbəlayi” adlı şəxs olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 106-153-cü vərəqlərində olan 28 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30.05.2020-ci il tarixdə saat 21:34-də “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi, X15 30.05.2020-ci il tarixdə saat 21:34-də (Təqsirləndirilən şəxs1la eyni tarixdə və vaxtda) “DAF” markalı, 99CZ043 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi, Təqsirləndirilən şəxs3 isə 02.06.2020-ci il tarixdə saat 20:39-də “DAF” markalı, 42CB944 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyası istiqamətində ölkə ərazisini tərk etmişlər, ardınca hər biri yuxarıda qeyd edilən ölkə ərazisini tərk etdikləri nəqliyyat vasitələrində olmaqla, Təqsirləndirilən şəxs1 19.06.2020-ci il tarixdə saat 18:30-da, Təqsirləndirilən şəxs3 19.06.2020-ci il tarixdə saat 20:19-da, X15 isə 19.06.2020-ci il tarixdə saat 20:34-da (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə eyni tarixdə və bir-birinə yaxın vaxtlarda) göstərilən gömrük postundan keçməklə Rusiya Federasiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Bundan əlavə Təqsirləndirilən şəxs2 sonuncu dəfə 24.02.2020-ci il tarixdə saat 00:44-də “Astara” gömrük postundan keçməklə İran İslam Respublikası istiqamətində ölkə ərazisini tərk etmiş və həmin tarixdə saat 01:43-də göstərilən gömrük postundan keçməklə həmin istiqamətdən ölkə ərazisinə daxil olmuşdur. Cinayət işinin 1-ci cildinin 220-235-ci vərəqlərində olan 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, X10 ifadəsində göstərdiyi X4 anket və sərhədkeçmə məlumatlarını müəyyən etmək üçün İAMAS-a baxış keçirilmiş və Zaur Lətifovun ifadəsində qeyd etdiyi əlamətlər üzrə (Soyad: Səmədov, ad: Ruhid, ata adı: Nəsrulla, yaş:34-35) yalnız bir şəxs, 05.03.1986-cı il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olan X6 (Şəxsiyyət vəsiqəsi: AZE ********) müəyyən edilmişdir. X1 məlumatlarına baxış keçirildikdə müəyyən edilmişdir ki, o, sonuncu dəfə 08.12.2018-ci il tarixdə saat 12:02-də “LADA217030” markalı, H275KK05 Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Xanoba” gömrük postundan keçməklə Rusiya Federasiyası istiqamətindən ölkə ərazisinə daxil olmuş və 18.12.2018-ci il tarixdə saat 15:52-də qeyd edilən nəqliyyat vasitəsi ilə göstərilən gömrük postundan keçməklə həmin istiqamətdə ölkə ərazisi tərk etmiş və bir daha geri qayıtmamışdır. Cinayət işinin 2-ci cildinin 37-49-cu vərəqlərində olan 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs2 məxsus “Ramin Aslanli” adlı profilə baxış keçirildikdə Təqsirləndirilən şəxs2 bilavasitə özünün əks olunduğu bir sıra fotoşəkillərlə yanaşı, onun tərəfindən həmin bölməyə daxil edilmiş əsasən “İphone”, “Samsung”, “RedMi” markalı olmaqla, çoxsaylı mobil telefon fotoşəkilləri müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 144-153-cü vərəqlərində olan 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung” markalı mobil telefonda olan “Votsap” mobil əlavəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 arasında onların, eləcə də Təqsirləndirilən şəxs3 və istintaqa məlum olmayan digər şəxslərin iştirakı ilə qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı aşağıdakı məzmunda danışıqlar aparmışdır: Ramin: “Sənə ümidim çoxdu, problem yoxdu, malı var orda problem deyil, prosta birdənə problem odu ki, gömrükdə vəziyyət pisdi, sən bilirsən? Şaddıq nə qədər dedi, mən verərəm sənə, mənim sənə ümidim çoxdu ha, mən də istəyirəm ki keçəsən, gömrükdə vəziyyət pisdi, adamı sökürlər, məsləhət eliyərik, problem deyil verərik, 25-30 dənə verərik, narahat olma”; Əlyar: “40-50 dənə mən rahat götürərəm, mən SCANİA ilə gəlmişəm, SCANİAda yer çoxdu, 50 dənə götürərəm, Allah can sağlığı versin, Allah qismət eləsin, baxaq da”; Ramin: “Mal orda, hə, Allah razı olsun, Allah qəbul eləsin, sağol qardaş, 50 dənə var orda Şaddıq, Zaur, sən neçə dənə istəyərsən verərəm sənə problem yoxdu, neçə dənə istəsən qardaşın verəcək sənə”; Ramin: “Allah bağışlasın, Allah bağışlasın, neynirsən? Vəziyyət? Yaxşısan? Allah köməyin olsun, Neynirsən? Rostovdasan İnşallah? Haçan çıxarsan? Dağıstanda biraz əmanət var, verərdim sənə, Şaddıqla danışmışam”; Ramin: “Danışdım, danışdım Şadı qardaşla, Şadı qardaşı gördüm, səni də gördüm, ona görə də bildim çatmısan, İnşallah sizi gözləyirəm, gəlirəm sabah sizin yanınıza”; Əlyar: “Salam ay Kəbleyi, nə var nə yox? Necəsən? Hə çatmışam, Şadı qardaşgilin yanındayam, İnşallah gecə keçərik Allahın köməkliyi ilə, narahat olma”; Ramin: “Ay qaqa, çatdın İnşallah gömrüyə?”; Əlyar: “Kəbleyi, set zəifdi, narahat olma Şaddıqgil də keçəcək, hamısı keçər, narahat olma, hamısın keçirdərəm İnşallah, maşınlar hamısı keçər”; Ramin: “Siz əgər siz əgər keçsəz, bizim orda biraz balaca bir problem var, problem odur ki, biz orda pul tapıb mal almalıyıq, biz borc götürəcəyik onu, mən indi danışdım o qardaşla, 2 günlük 3 günlük biz ondan borc götürə bilərik malı almaq üçün, əgər bilsəm ki siz birbaşa keçə bilərsiz yüzdə yüz alıram da mən onu, mallar da hazırdı, biz onu gedib götürürük ordan veririk sənə gedirsən, keçərsən İnşallah ya da qalacaqsan orda? bir dənə qardaşına de”; Ramin: “Sən növbəyə qalarsan? Yəni ki birdəfəlik keçərsən Şaddığla? Sən bir dəfəyə keçərsən ya növbəyə qalarsan? Növbə çoxdu orda?”; Ramin: “Bəli, bəli, bəli, biraz problem var, qardaş da hərəkətdədi, qardaş özü də dağıstanlı deyil, gəlir, yol gəlir, İnşallah sabah verər, sən mənə demişdin ki lazım gəlsə mən bir gün də gözləyərəm, düzdü? Bizim o sözümüz qüvvədədir də? Düzdü? Biraz bayram qabağına düşüb deyə orda çox yerlər bağlıdı, indi o da bütün imkanları ilə əlindən səfərbər eləyib ki, bir şey tapsın, indi görək də nə olur, Allahın köməkliyi ilə ola bilər ki tez olsun, ola bilsin qalasız sabahı orda, onu biz sabah biləcəyik, bir də gördün tez-bazar aldı verdi, yəni ki, 60 dənədi, aldı verdi sizə”; Əlyar: “Salam Kəbleyi, axşamın xeyir, nə var nə yox? Mən Qoçubəydəyəm, mənim 100 kilometrim var Babayurda, bir yerdəyəm uşaqlarla, qardaş dedi ki, sabah verərəm, elədi?”; Əlyar: “Oldu Kəbleyi, oldu qardaş, 10-15 dənə üçün mən bu yola götürmərəm onu, 10-15 dənə mənlik deyil, mən bu yolu gəlirəmsə, gətirirəmsə 10-15 dənə mənlik deyil, oldu brat, sağol”; Ramin: “Salam, nə var nə yox? Vəziyyət? İşlər güclər? Yaxşısan? Qardaş, sənin başına dönüm, sənin dediyin summanı mən düzəldə bilmərəm, ala bilmirəm, pulum yoxdu, sənin deiyin summa böyük bir dənə summadı, mən onu heç cür düzəldə bilmərəm, burda da sabahdan bayramdı, mal yoxdu, mallar da hamısı qalxıb, vəziyyət biraz yaxşı deyil, Allaha and olsun yaxşı deyil, həm də gömrükdə vəziyyət yaxşı deyil, həm də orda vəziyyət yaxşı deyil, amma ki yenə də bir şey fikirləşərik, sənə bir 15-20 dənə eliyə bilərəm, ondan çox yox, yaxşı? Ondan çox eliyə bilmərəm”; Ramin: “Yaxşı, hə yaxşı, mən razı, əxi mən razı, sən ordan haçan qayıdacaqsan, mənə birdənə de, yük götürəcəksən ya götrüməyəcəksən?”; Əlyar: “Bayaq deyirsən ki, 120 dənə, 150 dənə, 160 dənə düzəldirəm, indi deyirsən 80 dənə, mən deyirəm boş gəlirəm, tək gəlirəm, mən gərək yol pulu verəm öz cibimdən, bu puldan gərək yol pulu verəm, sən 80 dənə mənə verirsən”; Əlyar: “Lazım deyil sənə malın gəlsin? Sən malı ver də, mən deyirəm bakı kəsirəm, bakın içinə qoyuram, sən niyə məni başa düşmürsən, boş maşın gəlirəm, boş maşın, 80 dənə nədi axı, sən bayaq bizə 120 dənə, 160 dənə deyirsən, indi 80 dənə”; Əlyar: “Eşidirsən? Dədəmin cəddinin gücü ilə İnşallah heç bir problem ola bilməz, Allahın köməkliyi ilə, 3 maşın idealdı, başa düşdün necə? Ona görə də narahat olma, hər şey ok olacaq, atlişna olacaq”; Ramin: “Sənin cəddinə bərəkət, sənin cəddinə nəzir ayırıram, Allahın köməkliyi ilə alınsın, mən nə istəyirəm? Mən də istəyirəm alınsın da qardaşım”; Əlyar: “Bax qardaşıva qulaq as, gör nə deyirəm, mən bugün çıxıram burdan, boş çıxıram, sabah oluram Moskvada, sabah əmanəti tezdən götürürəm, Moskvada versinlər mənə saat 5-də 6-da səhər-səhər, versinlər mən çıxıram gəlirəm, həftənin 1-ci günü ya 2-ci günü sənin yanındayam, 2-cü gün tezdən sənin yanındayam, sən o malları orda yerbəyer eliyəndə, bunlar 2-ci gün burdan çıxanda sən bunlar üçün mal düzəldə bilərsən ya yox? Bir də ki mənə nə qədər verə bilərsən ki mən sürüm gəlim tək, bir dənə onu mənə de, mən boş sürürəm”; Ramin: “Həci necəsən? Axşamın xeyir, nə var nə yox? Qardaş, deməli cəmi 110-120 dənə düzəldə bilərəm, hələ hərəkətdəyəm, İnşallah mənə söz verdilər vsyo, sabah dəqiq bilərəm ki haçan hazır olar, bildin? Tam ya 110 dənə, 120 dənə ya 130 dənə”; Əlyar: “Bu həftə boşaldaram, İnşallah gələn həftəyə qayıdaram, gələn həftə əmanətlə keçərəm Azərbaycana, 5-6-cı günü olaram gələn həftə Bakıda, yük götürməliyəm, bir dəfə yüksüz gəlmişəm, indi yük götürməliyəm, mənim maşınımın altında xaladelnikin bakı var, onu səliqə ilə kəsərəm, yuyaram birinci onun içini yolda gələ-gələ, sonra onu kəsərəm səliqə ilə onun içinə düzərəm, keçirdərəm, başa düşdün necə?”; Əlyar: “Sən gömrüyə girməzsən ha! Çöldə qalarsan! Çöldə! Camaat necə qalmayıb çöldə? Sən də çöldə qalarsan! Sənə heç bir dəxli yoxdu, zapravkanın yanında qalarsan, kafedə əyləşib çörək yeyərsən, mən tamojnudan çıxandan sonra əmanəti verərəm sənə sonra mən gedərəm rentgenə girərəm, rentgen ayrıdı, gömrüyün içində deyil, sənin gömrüyün içinə girməyinə ehtiyac yoxdu”; Ramin: “Allah ölənlərinə rəhmət eləsin, əgər maşınla məni buraxarlarsa ora, gömrüyə məni maşınla buraxarlarsa, məni əgər orda yoxlamazlarsa, yoxlayanda bir problem yaranmazsa, problem yoxdu gələrəm, problem yoxdu gələrəm, heç bir problem yoxdu, amma onu bilmək lazımdı da, olar ya olmaz”; Əlyar: “Sən gömrüyə girməzsən, çöldə qalarsan, mən gömrüyə girərəm, rentgenə girməmiş onları verərəm sənə çıxıb gedərsən, sənin gömrükdə nə işin var, zapazkaya qoyanda şübhələnirlər, bak belədi ki, xaladalnikin bakıdı, prisepin altındadı, heç kimin başı çıxmır, Allah bərəkət versin, yerbəyer edərəm keçirdərəm”; Ramin: “Neynirsən? Vəziyyət? İşlər güclər? Nə var nə yox? Miqdar böyükdü, mən sənə deyərəm, indi hüzrdəyəm, qoy danışım burdan, sən narahat olma, sən böyük miqdar nə qədər deyirsən ki, 100 dənə? 100 dənə güclə eliyərəm, gömrüyün içinə məni buraxmırlar axı, buraxalar bəyəm?”; Əlyar: “Bu həftə yox, gələn həftə İnşallah, mən belə başa düşürəm, mən qayıdaram dala, səni üçün də mənim üçün çörək pulu qalar, başa düşdün necə? yerim var orda, polnustu yer edə bilərəm orda, xaladelinik bakıdı, maşının altındadı, heç kimin başı çıxmaz ki orda nə var”; Əlyar: “Salam əleyküm, necəsən? Vəziyyət? Kəbleyi sənə səs göndərirəm dəqiq ona qulaq dəqiq cavab verərsən, dünən sənin işin düzəldi, böyük miqdar mal çıxarmaq istəyirsənsə mənim bir dənə variantım var, mənim xaladelnikimin bakı çox böyükdü, bizim kəndçilərin bir kafesi var, ordan keçəndə üstünü kəsərəm, kəsəndən sonra onun için yuyum tərtəmiz, onun içinə düzərəm, keçirdərəm o tərəfə, ancaq belə olsun ki, mən keçəndən sonra tamojnudan sən gələrsən qabağıma mən rentgene girməmiş əmanətləri sənə verim, sən get işinin dalınca, mən gedim rentgenə, sonra zəng edib görüşərik, böyük miqdar olsa bakı kəsib birdəfəlik çıxardaraq, sənə də xeyir olar, mənə də xeyir olar, sən buna dəqiq qulaq as mənə xəbər elə”; Əlyar: “Kəbleyi, biz də gəlmişik, pirdəyik, ocaqda, 100 kilometrimiz qalıb, Şaddığın yuxusu gəlir, qoy iki saat yataq, sonra durub gələrik İnşallah”; Ramin: “Desantlarımsız da siz mənim, desantlarım, Allah sizi qorusun”; Əlyar: “Nə var nə yox? İşlər güclər? Qardaşına qulaq as, mənə bilirsən nə lazımdı? Adam gələcək e, əmanəti gətirəcək e, ona de ki, mənə musurnu paket paket alsın, qara paket bir paçka, bir də iki dənə skoç alsın, eliyə bilərsən qardaşım?”; Əlyar: “Sən bugün get, o peşaxodda camaat yığılıb ha ora, mən onları gözləyirəm, onlara görə tamojnudan buraxmırlar, böyük maşınları buraxmırlar, bu gecə palatkada yatanları buraxarlar, sabah da bizi buraxarlar, sabah abeddən sonra əgər bizi buraxsalar, sabah neçənci gündü? 6-cı gün, sabah axşam çıxsam, ordayam, 5 6 ordayam, gəlsin götürsün bizdən”; Ruhid: “İndi siz bugün çıxsaz yaxşı olar, bugün çıxmasaz inan Allaha bütün işlər qarışacaq bir-birinə, bilirsiz də Azərbaycanda da karantindi, yəni 6-cı gün vaxt var, 5 6, vəziyyət qarışacaq, siz indi neynirsiz? Kərbəlayi Ramin dedi sizin bugün çıxma ehtimalınız var”; Ruhid: “Əmi 74 dənədi, 74 dənə, yaxşı əmi?”; Əlyar: “Salam, nə var nə yox? Zaur bizi Qoçubəydə gözləyər, Babayurdda yox, Qoçubəydə bizi gözləyər, bizim Qoçubəyə qalıb 50 kilometr yolumuz, gəlirik yavaş-yavaş”; Ruhid: “Nə var nə yox? Neynirsiz? İnşallah hara çatıbsız? Zaur gözləyir Babayurdda sizi? Qoçubəyə çatıbsız ya yox?”; Əlyar: “Salam, ay Ruhid necəsən? Vəziyyət? İşlər güclər? Biz Toplusdundayıq, Allahın köməkliyi ilə bu axşam ordayıq, Allah deyən olsun, gəlirik, axşam orda olarıq, çathaçatda, Qoçubəydə zadda olanda mən sənə zəng vurub xəbərdarlıq edərəm, narahat olma, Allah amanında”; Ruhid: “Salam, necədi vəziyyət, ürək, Xasayurdda sənə əmanət verən qaqadı, Ruhiddi, Raminin əmanətini, İnşallah hara çatmısız? Hardasız? Rostovdan çıxıbsız axşam, İnşallah xəbər edərəsən də qabaqcadan mənə“; Ramin: “82 dənən veriblər, 47 dənə də indi verərlər, düzdü? 10 dənə də axşam Zaura verərlər, qalanları da Dağıstandadı, hamısın götürərsiz Allahın köməkliyi ilə, siz götürərsiz çıxarsız, o 42 dənə var ha qardaş, onu imkan oldu heç bir mala qarışdırma, onları ayrı saxla, 42 dənəni ayrı saxlayarsan, qalanı mənimdi, bir dənə 42 dənədən başqa hamısı mənimdi”; Əlyar: “Oldu, oldu Kərbəlayi, həşdat neçə dənə veriblər gecə, yaxşı”; Ramin: “Sənin nömrəni vermişəm, indi zəng edəcəklər sənə, 46 dənə mal gətirib verəcəkələr sənə, 47 dənə, 47 dənə mal gətirib verəcəklər sənə, götürün İnşallah çıxın gəlin, 10 dənə də axşam Zaura verəcəklər, cəmi olar 201 dənə”; Əlyar: “İnşallah, İnşallah, Moskvaya birşey qalmayıb bizdən, bir 100 kilometr qalıb çatmağa, paşti 200 kilometr, gələrik qalarıq, sabah abeddən sonra götürüb yola düşərik, Allah deyən olsun, təvəkkül Allaha”; Ramin: “İnşallah gedirsiz? Onu demək istəyirdim ki, sabah abedə qədər Moskvada qala bilərsiz? Onu bilmək istəyirdim, danışdım Şaddıqla, Şaddıq dedi qalarıq problem yoxdu”. Cinayət işinin 2-ci cildinin 171-175-ci vərəqlərində olan 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “SCANİA R420” markalı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı göy rəngdədir, arxa və ön dövlət nömrə nişanlı eynilik təşkil etməklə “99UR142” kimidir, qoşqusu birləşdirilmiş vəziyyətdədir, kabinasının ön hissəsinin üst tərəfində mərkəzdə ağ rəngdə “CİN BALA” yazılmışdır. Dartıcının fərdi məlumatlarının yazıldığı, banına bərkidilmiş lövhəyə baxış keçirildikdə məlum olmuşdur ki, onun şassi nömrəsi XLER4X**********3-dir. Dartıcının sağ tərəfində yerləşən, içərisindən mobil telefonlar aşkar edilmiş yanacaq çəninə baxış zamanı məlum olmuşdur ki, yanacaq çəni metal materialdan hazırlanmışdır, ölçüləri 220x65x60 santimetrdir, düzbucaqlı formadadır, çənin nəqliyyat vasitəsinin gövdəsinə tərəf olan divarında kəsiklər mövcuddur. Təqsirləndirilən şəxs1 idarə etdiyi “SCANİA R420” markalı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcının SCHMİTZ SKO 24” markalı, 42ZA485 dövlət qeydiyyat nişanlı yarımqoşqusu furqon soyuducu tipli olmaqla ağ rəngdədir, arxa və ön dövlət nömrə nişanlı eynilik təşkil etməklə “42ZA485” kimidir. Qoşqunun ön hissəsinə bərkidilmiş, onun fərdi məlumatlarının yazıldığı lövhəyə baxış keçirildikdə məlum olmuşdur ki, şassi nömrəsi WSMS**********566-dır. Cinayət işinin 2-ci cildinin 176-177-ci vərəqlərində olan 21 sentyabr 2020-ci il tarixli DVD-diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “SCANİA R420” markalı, 99UR142/42ZA485 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəqliyyat xəttinə daxil olmuş, ardınca bir neçə gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış və nəqliyyat vasitəsinin dartıcısının sağ tərəfində yerləşən yanacaq çənindən çoxsaylı qutulanmış vəziyyətdə mobil telefonlar aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan 30 oktyabr 2019-cu il tarixli, AD645163 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, tünd göy rəngli, “SCANİA” markalı, “R420LA4X2” modelli, XLER4X**********3 şassi nömrəli, 2007-ci il buraxılışlı, 99UR142 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı Təqsirləndirilən şəxs3 məxsusdur. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan 29 avqust 2018-ci il tarixli, AD296470 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “SCHMİTZ” markalı, “SKO 24” modelli, WSMS**********566 şassi nömrəli, 2002-ci il buraxılışlı, 42ZA485 dövlət qeydiyyat nişanlı furqon soyuducu Təqsirləndirilən şəxs3 məxsusdur. Cinayət işinin 3-cü cildinin 146-147-ci vərəqlərində olan 29 oktyabr 2020-ci il tarixli, 9/3325 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd tünd göy rəngli, “SCANİA” markalı, “R420LA4X2” modelli, XLER4X**********3 şassi nömrəli, 2007-ci il buraxılışlı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcının faktiki bazar qiyməti 40000 manat və 1 ədəd “SCHMİTZ” markalı, “SKO 24” modelli, WSMS**********566 şassi nömrəli, 2002-ci il buraxılışlı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqunun faktiki bazar qiyməti isə 30000 manat olmaqla, hər ikisinin birlikdə cəmi dəyəri 70000 manat təşkil edir. Cinayət işinin 4-cü cildinin 12-3-cü vərəqlərində olan 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 28 adda 217 ədəd mobil telefon, “SCANİA” markalı, “R420LA4X2” modelli, XLER4X**********3 şassi nömrəli, 2007-ci il buraxılışlı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və onun “SCHMİTZ” markalı, “SKO 24” modelli, WSMS**********566 şassi nömrəli, 2002-ci il buraxılışlı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqusu maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlnılır. Cinayət işinin 4-cü cildinin 100-101-ci vərəqlərində olan Yasamal rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 5(004)-746/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs3 məxsus “SCANİA” markalı, “R420LA4X2” modelli, XLER4X**********3 şassi nömrəli, 2007-ci il buraxılışlı, 99UR142 dövlət qeydiyyat nişanlı, dəyəri 40000 manat təşkil edən dartıcı və onun “SCHMİTZ” markalı, “SKO 24” modelli, WSMS**********566 şassi nömrəli, 2002-ci il buraxılışlı, 42ZA485 dövlət qeydiyyat nişanlı, dəyəri 30000 manat təşkil edən qoşqusunun üzərinə həbs qoyulmuşdur. Cinayət işinin 4-cü cildinin 104-171-ci vərəqlərində olan 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, mobil operatorlardan təqdim edilmiş məlumatlara baxış zamanı ilk olaraq Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı, X10 istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və +**********9 saylı, “Ruhid” adlı şəxsin istifadəsində olan +**********5 saylı, “Sərxan adlı şəxsin istifadəsində olan +**********1 saylı mobil nömrələr arasında hadisənin baş verdiyi 19.06.2020-ci il tarix də daxil olmaqla, təqdim edilən edilən dövr ərzində hər hansı telefon telefon əlaqəsinin olub-olmaması aydınlaşdırılarkən qeyd edilən mobil nömrələr arasında hər hansı SMS yazışma, həmçinin digər mobil nömrələrlə aparılmış SMS yazışmalar arasında iş üzrə əhəmiyyət kəsb edən məzmunlu SMS müəyyən edilməmişdir, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı, X10 istifadəsində olan ***-***-**- ** saylı, “Yaqub” adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı, “Ruhid” adlı şəxsin istifadəsində olan +**********5 saylı, “Sərxan adlı şəxsin istifadəsində olan +**********1 saylı mobil nömrələrlə yuxarıda sadalanan mobil nömrələr arasında (o cümlədən öz aralarında) telefon əlaqəsi müəyyən edilməmişdir. Bununla yanaşı baxış nəticəsində aşkar edilmişdir ki, təqdim edilən dövr ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı, X10 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin hər birinin arasında müxtəlif tarixlərdə çoxsaylı telefon danışığı aparılmışdır. Eyni zamanda iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq qeyd edilən mobil nömrələr arasında konkret olaraq hadisənin baş verdiyi 19.06.2020-ci il tarixdə, o cümlədən ondan bir gün əvvəl və sonra, yəni 18.06.2020 və 20.06.2020-ci il tarixlərdə hər hansı telefon danışığının aparılın-aparılmamasını aydınlaşdırmaq üçün təqdim edilən məlumatlara baxış keçirilərkən məlum olmuşdur ki, 18.06.2020-ci il tarix istisna olmaqla, 19.06.2020 və 20.06.2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında (20.06.2020-ci il tarixdə 4 dəfə), Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında (19.06.2020-ci il tarixdə 2 dəfə, 20.06.2020-ci il tarixdə 29 dəfə), Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında (19.06.2020-ci il tarixdə 13 dəfə, 20.06.2020-ci il tarixdə 9 dəfə) çoxsaylı telefon danışığı aparılmış, 18.06.2020-ci il tarixdə hər hansı danışıq icra edilməmiş, tədqiq edilən digər mobil nömrələr arasında isə ümumiyyətlə hər üç tarixdə telefon danışığı həyata keçirilməmişdir. Həmçinin mobil operatorlar tərəfindən təqdim edilən məlumatlara baxış zamanı həm telefon danışığı apardıqları şəxslərin dairəsinə, həm də yuxarıda sadalanan şəxslərlə hər hansı telefon əlaqəsi aparmamalarına əsasən Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** saylı və X10 adına olan ***-***-**-** saylı mobil nömrələrin onların istifadəsində olmadığı müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 178-ci vərəqində olan Şimal Əraz Baş Gömrük İdarəsinin 23 yanvar 2021-ci il tarixli, 25/25/001366 nömrəli məktubdan görünür ki, faktiki bazar qiyməti 467850 manat təşkil edən 28 adda 217 ədəd mobil telefonların gömrük dəyəri 287307 manat, ümumilikdə gömrük ödənişləri isə 103312 manat təşkil edir. Cinayət işinin 5-ci cildinin 206-209-cu vərəqlərində olan 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan Azərbaycan Respublikasının vətəndaşı X6, “Hikmət”, “Sərxan”, “Zaur” və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cildinin 194-205-ci vərəqlərində olan müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs3 özünə məxsus **-UR-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli SRANİA R4220LA4X2 markalı avtomobili, yarımqoşqusunu və sürücüsü Təqsirləndirilən şəxs1 olmaqla Alıyev SH.M firmasına yükdaşıması üçün vermişdir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 etirafedici ifadələri ilə yanaşı iş üzrə olan şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin ifadalərini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəyini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri qismində qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarının tövsiyyələrində göstərilir ki, «şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CMnin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür» Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinin birinci və ikinci bəndlərində müəyyən olunmuşdur ki, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Beləliklə, cinayət işi üzrə məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, onlar CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək onlara həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 85-87-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Cavadov X7 rayon, Xarxatan kəndində arvadı və 18.12.2005, 20.01.2008, 04.07.2014-cü il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, yaşadığı dövrdə özünün təmkinliyi, davranışı, mehribanlığı ilə kənd əhalisinin hörmətini qazanmış, kəndin xeyri-şər məclislərində yaxından iştirak edir, bacarıqlı, işgüzardır, onun barəsində heç bir şikayət olmamışdır. Cinayət işinin 2-ci cildinin 82-84-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Aslanov X8 rayon, Gərmərtük qəsəbəsində anası, arvadı və 10.12.2005, 18.08.2008, 12.05.2011-ci il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, yaşadığı dövrdə özünü qəsəbənin normal sakini kimi göstərmiş, onun barəsində heç bir şikayət olmamışdır. Cinayət işinin 3-cü cildinin 67-69-cu vərəqlərində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 10.12.2005, 18.08.2008, 12.05.2011-ci il təvəllüdlü uşaqları var. Cinayət işinin 2-ci cildinin 79-81-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Quliyev X2 rayon, Gərmərtük qəsəbəsində atası, anası, arvadı və 06.10.2020, 12.06.2012, 19.01.2013-cü il təvəllüdlü usaşqları ilə birlikdə yaşayır, yaşadığı dövrdə özünü qəsəbənin normal sakini kimi göstərmiş, onun barəsində heç bir şikayət olmamışdır. Cinayət işinin 3-cü cildinin 112-113-cü vərəqlərində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 06.10.2020, 12.06.2012, 19.01.2013-cü il təvəllüdlü usaqları var. Cinayət işinin 2-ci cilinin 164-165-ci vərəqlərində olan 18 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 213-cü vərəqində olan protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 könüllü olaraq 02 oktyabr 2020-ci il tarixdə, saat 10.30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna müraciət etmiş və istintaq orqanına təhvil verilmişdir. Cinayət işinin 2-ci cilinin 225-226-cı vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə 02 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 38-41-ci vərəqlərində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 4-cü cildinin 91-93-cü vərəqlərində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 3-cü cildinin 167-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 217-222-ci vərəqlərində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 4-cü cildinin 66-69-cu vərəqlərində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 2-ci cildinin 22, 24 və 28-ci vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Himayəsində 2 nəfər azyaşlı, 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayətin predmetinin tapılmasına fəal köməklik etməsi, əməlindən peşman olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailəsində yeganə qazanc gətirən şəxs olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Himayəsində 2 nəfər azyaşlı, 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olması, istintaqa könüllü olaraq gəlib təslim olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailəsinin yeganə qazanc gətirən şəxs olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Himayəsində 3 nəfər azyaşlı, uşağının olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailəsinin yeganə qazanc gətirən şəxs olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. İbtidai istintaq orqanı tərəfindən hər üç təqsirləndirilən şəxsə münasibətdə cinayət əməlində tamah məqsədinin olması Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi göstərilmişdir. Məhkəmə, bununla bağlı qeyd edir ki, CM-nin 206-cı maddəsinin xarakterik xüsusiyyətlərindən birini qanunsuz yolla maddi gəlir əldə etmək-varlanmaq təşkil edir ki, bu da prinsip etibarı ilə qaçaqmalçılıq cinayətinə münasibətdə cinayətin tərkib əlaməti kimi şıxış edir. Ona görə də məhkəmə hesab edir ki, CM-nin 61.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslərin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxslərin barəsində olan yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə hər birinin barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, hər bir təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 02 oktyabr 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs3 Əbdülhsüyn oğlunun 04 noyabr 2020-ci il tarixdən hazırki vaxtadək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsləri şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hər ikisi barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı cinayət işi üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan, qaçaqmalçılıq cinayətinin predmeti olan 217 ədəd mobil telefonlar Təqsirləndirilən şəxs3 məxsus olmuşdur, həmin əmlakların onun mülkiyyətində olmamasını təsdiq edəcək hər hansı sübut müəyyən edilməmişdir. Həmçinin həmin əmlakların xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilməmişdir. Bundan başqa, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 27-ci bəndinin tövsiyyələrində göstərilir ki, cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Həmin Plenum qərarının 26 və 27-ci bəndlərində göstərilmişdir ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.0.1-ci maddəsinə və CM-nin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Göstərilən normalara və qərarlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 217 ədəd mobil telefonlar gömrük rəsmiləşdirilməsindən keçirildikdən sonra 103312 (bir yüz üç min ün yüz on iki) manat Təqsirləndirilən şəxs3 tutularaq maddi sübutların gömrük ödənişlərinə yönəldilməli və mobil telefonlar Təqsirləndirilən şəxs3 qaytarılmalıdır. İş üzrə mülki iddia təmin edilməli və gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və yazılı formada bəyan olunmadan Azərbaycan Respublikası ərazisinə keçirilmiş əmlakın ümumilikdə gömrük ödənişlərini təşkil edən 103312 (bir yüz üç min ün yüz on iki) manat qeyd olunan əmlakın mülkiyyətçisi hesab olunan Təqsirləndirilən şəxs3 oğlundan tutularaq dövlət büdcəsinə ödənilməli, gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədədi 2600 manat olmaqla, cəmi 36400 manat dəyərində 14 ədəd “iPhone 11 X21 Green 256GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 73600 manat dəyərində 32 ədəd “iPhone 11 X21 Green 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 19200 manat dəyərində 8 ədəd “iPhone 11 X19 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 33000 manat dəyərində 15 ədəd “iPhone 11 X19 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 15000 manat dəyərində 10 ədəd “iPhone 11 Purple 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 4500 manat dəyərində 3 ədəd “iPhone 11 White 64GB”, 1 ədədo 1650 manat olmaqla, cəmi 8250 manat dəyərində 5 ədəd “iPhone 11 Green 128GB”, 1 ədədi 1700 manat olmaqla, cəmi 6800 manat dəyərində 4 ədəd “iPhone 11 Black 128GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 7800 manat dəyərində 3 ədəd “iPhone 11 X24 Gray 256GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 4800 manat dəyərində 2 ədəd “iPhone 11 X22 512GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 8800 manat dəyərində 4 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 2300 manat olmaqla, cəmi 4600 manat dəyərində 2 ədəd “iPhone 11 X24 Gray 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 9000 manat dəyərində 6 ədəd “iPhone 11 Red 64GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 68200 manat dəyərində 31 ədəd “iPhone 11 X22 64GB”, 1 ədədi 1500 manat olmaqla, cəmi 30000 dəyərində 20 ədəd “iPhone 11 Black 64GB”, 1 ədəd 2200 manat dəyərində “iPhone 11 Pro Silver 64GB”, 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X23 256GB”, 1 ədəd 3600 manat dəyərində “iPhone 11 X23 512GB”, 1 ədədi 2300 manat olmaqla, 11500 manat dəyərində 5 ədəd “iPhone 11 X25 64GB”, 1 ədədi 2350 manat olmaqla, cəmi 4700 manat dəyərində 2 ədəd “iPhone 11 Pro Gold 512GB”, 1 ədədi 2600 manat olmaqla, cəmi 26000 manat dəyərində 10 ədəd “iPhone 11 X25 256GB”, 1 ədədi 2200 manat olmaqla, cəmi 41800 manat dəyərində 19 ədəd “iPhone 11 Pro Gold 64GB”, 1 ədədi 2400 manat olmaqla, cəmi 33600 manat dəyərində 14 ədəd “Samsung S20 Ultra 5G 128GB” markalı, yalnız qulaqcığı olan 1 ədəd 2600 manat dəyərində “iPhone 11 X25 256GB” markalı, yalnız adapter başlığı olan 1 ədəd 2400 manat dəyərində “Samsung S20 Ultra 5G 128GB” markalı, aksessuarları olmayan 1 ədəd 2400 manat dəyərində “iPhone 11 X19 256GB” markalı, aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X21 Green 64GB” markalı və aksessuarları olmayan 1 ədəd 2250 manat dəyərində “iPhone 11 X25 64GB” markalı olmaqla, ümumilikdə külli miqdarda, 467850 manat dəyərində istifadəyə yararlı mobil telefonları Təqsirləndirilən şəxs3 qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tətbiq edilməməli, Təqsirləndirilən şəxs3 məxsus üzərinə həbs qoyulmuş “SCANİA” markalı, “R420LA4X2” modelli, XLER4X**********3 şassi nömrəli, 2007-ci il buraxılışlı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və onun “SCHMİTZ” markalı, “SKO 24” modelli, WSMS**********566 şassi nömrəli, 2002-ci il buraxılışlı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqusu CM-nin 99-1.1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 300,34 (üç yüz manat otuz dörd qəpik) pulun 100,11 (bir yüz manat on bir qəpiki) Təqsirləndirilən şəxs1, 100,11 (bir yüz manat on bir qəpik) Təqsirləndirilən şəxs2, 100,12 (bir yüz manat on iki qəpik) Təqsirləndirilən şəxs3 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə iclaslarında cəmi 82 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislər və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 Aleksandrova üçün 492 (dörd yüz doxsan iki) manat Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 02 oktyabr 2020-ci il tarixdən hazırkı vaxtadək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 4 (dörd) il 8 (səkkiz) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 04 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 8 (səkkiz) ay 25 (iyirmi beş) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 4 (dörd) il 9 (doqquz) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 300,34 (üç yüz manat otuz dörd qəpik) pulun 100,11 (bir yüz manat on bir qəpiki) Təqsirləndirilən şəxs1, 100,11 (bir yüz manat on bir qəpik) Təqsirləndirilən şəxs2, 100, 12 (bir yüz manat on iki qəpik) Təqsirləndirilən şəxs3 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilsin və gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və yazılı formada bəyan olunmadan Azərbaycan Respublikası ərazisinə keçirilmiş əmlakın ümumilikdə gömrük ödənişlərini təşkil edən 103312 (bir yüz üç min ün yüz on iki) manat qeyd olunan əmlakın mülkiyyətçisi hesab olunan Təqsirləndirilən şəxs3 oğlundan tutularaq maddi sübutların gömrük ödənişlərinə yönəldilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 217 ədəd mobil telefonlar gömrük rəsmiləşdirilməsindən keçirildikdən -103312 (bir yüz üç min üç yüz on iki) manat Təqsirləndirilən şəxs3 tutularaq maddi sübutların gömrük ödənişlərinə yönəldikdən sonra mobil telefonlar Təqsirləndirilən şəxs3 qaytarılsın. Maddi sübut olaraq Təqsirləndirilən şəxs3 məxsus üzərinə həbs qoyulmuş “SCANİA” markalı, “R420LA4X2” modelli, XLER4X**********3 şassi nömrəli, 2007-ci il buraxılışlı, 99UR142 dövlət qeydiyyat nişanlı dartıcı və onun “SCHMİTZ” markalı, “SKO 24” modelli, WSMS**********566 şassi nömrəli, 2002-ci il buraxılışlı, 42ZA485 dövlət qeydiyyat nişanlı qoşqusu CM-nin 99-1.1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə olunsun. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 492 (dörd yüz doxsan iki) manat Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-879/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-879/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver