Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-879/2022 25.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Danyeri ərazi dairəsi Danyeri kəndində qeydiyyatda olmaqla ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 8 bükümdə külli miqdarda ümumi təmiz çəkisi 12,928 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,980 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq, narkotik vasitə heroinin 7 bükümünü üstündə, narkotik vasitə heroinin digər 1 bükümünü və 1 büküm psixotrop maddə metafetamini yaşadığı evdə yataq otağında yerləşən şifonerin içərisində 1 ədəd siqaret qutusunda gizlədərək qanunsuz saxlamış, 2 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 6da yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli jaketin sol yan cibindən 7 bükümdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 0,776 qram, 0,686 qram, 0,248 qram, 0,686 qram, 0,228 qram, 0,691 qram, 0,865 qram olmaqla, ümumi təmiz çəkisi 4,180 qram qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində metafetaminin izlərinin olduğu şüşə qab aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 2 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı evin yataq otağındakı şifonerin içərisindən 1 bükümdə külli miqdarda təmiz çəkisi 8,748 qram qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,980 qram ağ rəngli kristallardan ibarət maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 oktyabr 2021-ci il tarixdə saat 21:55 radələrində Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olmağı ilə əlaqədar onu saxlayaraq Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin inzibati binasına getmişdir. Daha sonra müdafiəçi ilə təmin olunmaqla hüquq və vəzifələri izah olunmuş və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmış, bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt müstəntiq üzərində Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, olduğu təqdirdə təqdim etməyini bildirmişdir. Bundan sonra əynində olan sarı rəngli jaketin sol yan cibində olan 1 ədəd uşaq pul qabının içərisindəki 7 büküm narkotik vasitə heroini və psixotrop maddə metafetamin istifadə etmək üçün üzərində saxladığı 1 ədəd şüşə borunu təqdim etmişdir. Təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroin və 1 ədəd şüşə boru zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilərkən başqa heçnə aşkar olunmamışdır. Sorğu zamanı etiraf edib bildirmişdir ki, kirayə yaşadığı Xətai rayonu, Gəncə prospekti ev 39, mənzil 79 ünvanda şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitənin bir hissəsini, eləcə də şəxsi istifadə məqsədi ilə əldə etdiyi psixotrop maddə metafetamin saxlayır. Bununla əlaqədar yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması və razılıq verməyi barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvana getmiş və həmin evdə yataq otağındakı şifonerin içərisində gizlətdiyi 1 ədəd siqaret qutusunun içərisindəki 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metafetamini, eləcə də narkotik vasitə heroinin çəkisini ölçdüyü 1 ədəd elektron tərəzini polis əmэkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 büküm narkotik vasitə heroin, 1 büküm psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı, həmçinin yaşadığı evə baxış zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr, 1 ədəd elektron tərəzi ona məxsusdur, həmin maddələri həm şəxsi istifadə məqsədi ilə, həm də satış məqsədi ilə tanımadığı şəxsdən əldə edib üzərində və yaşadığı evdə saxlamışdır. Üzərində şəxsi axtarış keçirilərkən, həmçinin yaşadığı evə baxış zamanı ona qarşı heç kim tərəfindən fiziki güc və ya psixi təsir göstərilməmişdir. Psixotrop maddə metafetamindən arıqlamaq məqsədilə istifadə etməyə başlamışdır. Narkotik vasitə və psixotrop maddəni Suraxanı rayonunda tanımadığı şəxsdən almışdır. Polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını özüm etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Tutulmazdan təxminən 4-5 ay əvvəl narkotik vasitə və psixotrop maddədən istifadə etməyə başlamışdır. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Üzərindən və evindən aşkar olunan bükümləri 25 manata almışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Vəli oğlu ifadəsində göstərmişdir ki, 2 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi şöbəyə “Arzu” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində qanusuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla idarə rəhbəliyinə məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. Həmçinin həmin tarixdə əməliyyat tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumatın yoxlanılması zamanı qeyd edilən “Arzu” adlı şəxsin xx xxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Danyer ərazi dairəsi, Danyer kəndində qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə qanunsuz olaraq məşğul olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən 2 oktyabr 2021-ci il tarixdə saat 21:55 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 59 ünvanın qarşısında saxlanılmış və ünvan 6da yerləşən Nizami RPİ-nə dəvət olunaraq onlarla gəlmişdir. Bu barədə idarə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması idarənin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Cəmil Məmmədova həvalə olunmuşdur. Müstəntiq tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmaması barədə ərizə vermişdir. İdarənin inzibati binasında yerləşən xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində onun razılığı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ilə yanaşı iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan hər hansı qanunsuz narkotik vasitə, maddə və ya əşya varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan sarı rəngli jaketin sol yan cibindən uşaq üçün nəzərdə tutulmuş pul qabını çıxarıb açaraq həmin pul qabının içərisindən 1 ədəd şüşə qab və 7 ədəd bükümü təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsnm üzərinə şəxs axtarış keçirilmiş, lakin başqa heç bir qadağan olunmuş maddə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qeyd olunan narkotik vasitələr qablaşdırılıb möhürlənərək götürülmüş və tədbirin nəticəsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 1 ünvanında narkotik vasitə saxlayır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə təqdim etmişdir. Bundan sonra əməliyyat axtarış tədbirinin davamı kimi Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanında baxış və götürmə keçirilmişdir. Orada Təqsirləndirilən şəxs təklif edilmişdir ki, saxladığı narkotik vasitə və psixotrop maddəni könüllü təqdim etsin. Təqsirləndirilən şəxs sərbəst şəkildə dəhlizdən sağ yan tərəfdə olan otağa keçib orada şifonerin içərisindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu təqdim edib bütün narkotik vasitə və psixotrop maddənin orada olduğunu bildirmişdir. Həmin qutunun içərisindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükümdə psixotrop maddə metafetaminə oxşar kütlə və otaqda sol tərfdə yerləşən dolabın alt hissəindən 1 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra həmin vasitə və maddəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə, psixotrop maddə metafetaminə bənzər maddələr və 1 ədəd elektron tərəzi zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, başqa heç yerdə narkotik vasitə və psixotrop maddə saxlamır, aşkar olunmuş vasitə və maddələri mənzilində saxlamasından heç kimin xəbəri yoxdur. Sonra mənzilə baxış keçirilməsi və götürülmə aparılması barədə protokol tərtib tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olduğunu özü etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitə, pxsixotrop maddə və elektron tərəzini könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid6 Vəli oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 Ağasən oğlunun, Şahid3 və Şahid5 ibtidai araşdırma orqanına verdikləri ifadələrdən görünür ki, onlar Şahid6 Vəli oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 159-162, 177-180 və 163-166). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki sarı rəngli jaketin sol yan cibindən 1 ədəd uşaq pul qapısını çıxarıb içərisində 1 ədəd şüşə borunu və 7 büküm şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, həmçinin yaşadığı evdə narkotik vasitə heroin və psixortop maddə metafetamin saxladığını bildirmişdir (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında evə daxil olaraq sağ tərəfdə olan yataq otağındakı şifonerin içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən 1 büküm narkotik vasitə heroinə bənzər maddə və 1 büküm psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir (cild 1, iş vərəqə 35-39). Cinayət işinin materiallarında olan “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılır. Təqsirləndirilən şəxs əvvəl ona üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklifi olunur. Həmin təklifə əsasən heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan sarı rəngli jaketin sol yan cibindən uşaq portmanatında olan 7 bükümdə narkotik vasitəni çıxarıb “kakos” kimi bildiyi heroin olmasını bildirir, o cümlədən portmanatın içərisindən narkotik vasitənin qəbulu üçün istifadə edilən şüşə boru aşkar edilərək götürülmüşdür. Həmçinin onun yaşadığı Xətai rayonu, Gəncə prospektində olan evində evə daxil olarkən sağ tərəfdə olan otaqda dolabda narkotik vasitənin olmasını, evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir (cild 1, iş vərəqə 77). Cinayət işinin materiallarında olan “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai rayonu, Gəncə prospekti, ev 39, mənzil 79 ünvanında Təqsirləndirilən şəxs keçiriləcək baxış və götürmə zamanı videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir. Bundan sonra o özü evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. O, evin qapısını birinci özü açır və evə daxil olur. Təqsirləndirilən şəxs evə daxil olarkən sağ tərəfdə olan otağa daxil olur, otağın sol tərəfində olan dolabın qapısını açır və 1 ədəd elektron tərəzi və 1 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim edir. Həmin siqaret qutusuna baxış keçirilən zaman 1 bükümdə sellofan paketdə olan heroinə bənzər kütlə və 1 bükümdə metafetaminə bənzər kütlə aşkar edilir. Həmin kütlələr zərfdə qablaşdırılaraq ağızları möhürlənir. Təqsirləndirilən şəxs həmin maddələrin “kakos” kimi bildiyi heroin olmasını, digərinin isə “patı” kimi bildiyi metafetamin olmasını bildirir (cild 1, iş vərəqə 78). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid2, Şahid4, Şahid6 Vəli oğlu, Şahid1 Ağasən oğlu, Şahid3 və Şahid5 ilə Təqsirləndirilən şəxs oğlu arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 201-215). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 3 oktyabr 2021-ci il tarixli 6/4359 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... “ yazısı və imzalar olan zərfdəki 7 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,776 qram, 0,686 qram, 0,248 qram, 0,686 qram, 0,228 qram, 0,691 qram, 0,865 qram, ümumi təmiz çəkisi 4,180 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş... “ yazısı və imzalar olan zərfdəki 1 bükümdə təmiz çəkisi 8,748 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 bükümdə təmiz çəkisi 3,980 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 12,928 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şüşə boru və kapron qab“ yazısı olan zərfdəki şüşə əşyanın içərisində metafetaminin izləri vardır. 1 ədəd plastik qabın içərində narkotik və psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi...“ yazısı olan zərfdəki 1 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Tərəzinin üzərindəki heroin və şüşə əşyanın içərisindəki metafetamin iz şəklində olduğu üçün heroinin, metafetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 12,928 qram, tədqiqata sərf olundu 0,24 qram, qalıq 12,688 qram, metafetaminin ümumi təmiz çəkisi 3,980 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 3,880 qram cild 1, iş vərəqə 48-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 24 yanvar 2022-ci il tarixli 321 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 195-196). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,688 qram olan heroin, qalıq çəkisi 3,880 qram olan psixotrop maddə metafetamin, 1 ədəd şüşə əşya və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 220-229). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 171-172). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). İş materiallarında olan Nizami rayon məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 74-76). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,688 qram olan heroin, qalıq çəkisi 3,880 qram olan psixotrop maddə metafetamin, 1 ədəd şüşə əşya və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 2 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,688 qram olan heroin, qalıq çəkisi 3,880 qram olan psixotrop maddə metafetamin, 1 ədəd şüşə əşya və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə şəxsi axtarış və baxış keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-879/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-879/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver