Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-879/2023 15.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə məhkəmə, lən şəxs, xx xxxxxxx 1992-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2022-ci ilin oktyabr ayının təxminən əvvəllərində qanunsuz olaraq başqa mənbədən külli miqdarda, yəni təmiz çəkisi 5,525 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,399 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayıb daşımış, 05 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanın qarşısında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarın cibindən bir ədəd polietilen bükümün içərisində bir bükümdə qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 5,525 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,399 qram miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilib ifadələrində göstərdi ki, ona narkotik vasitə lazım olduğu üçün Müseyib adlı bir iranlı ilə telefon əlaqəsi saxlayaraq ona narkotik vasitə “kakos” və narkotik maddə “şüşə” lazım olduğunu bildirmişdi. Həmin şəxs оnun kart hesabına 200 manat pul köçürdükdən sonra оna istədiyi narkotiki göndərəcəyini bildirmişdi. О dа onlayn şəkildə həmin şəxsin kart hesabına 100 manat pul göndərmişdir. Bundan sonra о, həmin şəxsin göndərdiyi narkotiki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 10 ünvanda götürmüşdür. Bundan on dəqiqə sonra о, elə həmin yerdə olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı оnа yaxınlaşıb özlərini təqdim etdikdən sonra оnu polis bölməsinə aparmışlar. Orada onun cibindən üç qram “şüşə” metamfetamin, beş qram “kakos”-heroin tapıldı. Dərmanlara pul çatdıra bilmədiyindən narkotik vasitədən istifadə etmişdir. Etdiyi əmələ münasibəti pisdir. Bu əməli törətdiyinə görə peşmandır. Narkotik vasitənin qramı 25-30 manata satılırdı.Narkotik vasitəni əldə etmək üçün Bakıya gəlmişdir. Özünün çəkilməmiş cəzasının olduğunu dа bilir. Narkotik vasitə siqaret qutusunun içində idi. Siqaret qutusunu götürdükdən sonra polislər оnu saxlamışlar. Тörətdiyi əməli etiraf edir. Polis əməkdaşları tərəfindən оnа təzyiq olunmayıb. Özünə böhtan atmır. İki ildir ki , narkotikа istifadəçisidir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Özü heç bir yerdə işləmir. Narkotik vasitə adlanan “kakos”dan istifadə edir. Narkotik vasitələri adətən onlayn vasitəsilə tanımadığı İran İslam Respublikasının vətəndaşlarından alır. Belə ki, həmin iranlı narkotik vasitənin yerini ona deyir və özü də həmin şəxsin dediyi hesaba pul vəsaiti köçürdükdən sonra dediyi yerdən narkotiki götürmüşdür. Sonuncu dəfə 05 oktyabr səhər saatlarında Bakıxanov qəsəbəsində olan zaman “Müseyib” adlı bir iranlı ilə telefon əlaqəsi saxlamış və ona narkotik vasitə “kakos” və narkotik maddə “şüşə” lazım olduğunu bildirmişdir. Həmin şəxs xatırlamadığı hesaba 200 manat pul köçürdükdən sonra ona istədiyi narkotiki göndərəcəyini bildirmişdir. O da onlayn şəkildə həmin şəxsin hesabına 100 manat pul göndərmiş və həmin şəxsin dediyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 10 ünvanda narkotik maddəni götürdükdən bir qədər sonra, elə həmin yerdə olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmamasını sual verdikdə, o, yalan danışmağın heç bir əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində narkotik maddə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 13-cü polis bölməsinə dəvət edib ora aparmışlar. Polis bölməsində ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret sellofanında 2 büküm narkotik maddə olmasını deyib, həmin narkotiki çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd siqaret sellofanı açıldıqda orada iki sellofan bükümü aşkar olunmuşdur. Həmin sellofanlar da polis əməkdaşları tərəfindən açılmış, onlardan birinin içərisində “kakos” adlandırdığı heroin, digər sellofanda “şüşə” adlandırdığı metamfetamin olması müəyyən olunmuşdur. Sorğu zamanı həmin bükümlərdən qəhvəyi rəngdə olan maddənin narkotik vasitə “kakos”, kristal halında olan maddənin isə psixotrop maddə “şüşə” olmasını bildirmişdir. Həmçinin həmin narkotiki bu gün səhər saatlarında bir nəfər iranlı “Müseyib” adlı şəxsdən onlayn şəkildə 100 manat ödəniş etdikdən sonra aldığını və hazırda həmin iranlıya 100 manat borcu qaldığını bildirmişdir. Aşkar olunmuş maddələr polis əməkdaşları tərəfindən götürülərək kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün almış və istifadə etmək fikrində imiş. Həmin maddələri aldığı şəxsin adının yalnız Müseyib olduğunu bilsə də, onun başqa anket məlumatlarını bilmir və həmin şəxsi heç vaxt görməmişdir. O, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə verməmiş və satmamışdır. Aldığı narkotiki özü istifadə edir, polis bölməsində ona heç bir şəxs təzyiq göstərməmişdir. O, həmin gün iranlı “Müseyib” adlı şəxslə arvadı X5 məxsus üzərində (055) ***-**-** nömrə ilə istifadədə olan “Xaomi Redmi” markalı mobil telefonla əlaqə saxlamış, ondan götürülmüş mobil telefonu arvadı Gülnazdan tutulmamışdan bir gün əvvəl, 04 oktyabr 2022-ci il tarixdə götürüb istifadə etmişdir. “Müseyib” adlı şəxsdən birinci dəfədir ki, narkotik vasitə və psixotrop maddə aldığını göstərmişdir. Şahid1 ifadələrində göstərdi ki, о, Sabunçu RPİ-nin 13-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakıxanov qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 05 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında tərəflərindən saxlanılmış və 13-cü polis bölməsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan axtarış aparılmasını xahiş etmişdir. Sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində olan iki ədəd sellofan bükümdə, onların birində qəhvəyi rəngli, toz halında, digərində isə şəffaf rəngli kristal halında maddələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir bükümdə «kakos» adlandırdığı narkotik vasitə heroin, digər bükümdə isə «patı» adlandırdığı psixotrop maddə olduğunu, onları 05 oktyabr səhər saatlarında Bakıxanov qəsəbəsində olan zaman “Müseyib” adlı bir iranlı ilə telefon əlaqəsi saxlayaraq onlayn şəkildə onun şəxsi hesabına 100 manat pul göndərməklə öz şəxsi istifadəsi üçün aldığını və «Müseyib» adlı şəxsin sözlərinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 10 ünvanından götürərək özündə saxladığını bildirmişdir. Bundan sonra bükümlərdəki həmin maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı polis baş leytenantı İlqar Əsədov tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs iki bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini onlara bildirmiş, sonuncunun satışla məşğul olması və ya kiməsə satması ilə bağlı konkret faktlar müəyyən edilməmişdir. Şahid Nuri X8 RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib Şahid1 ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış 05 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolunun məzmunundan və protokola əlavə edilərək videoçəkilişi aparılmış bir ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 6/5714 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°160” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən ... 2 büküm narkotik maddəyə bənzər...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,399 qram olan ağ rəngli, krsitalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,525 qram çəkidə narkotik vasitə heroin və təmiz çəkisi 2,399 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi ekspertizası nəticəsində heroinin 5,475 qram qalığı və metamfetaminin 2,349 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 55(əlli beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 120 ( yüz iyirmi) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən hüquqi yardımın ödənilməsindən azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5,525 qram çəkidə narkotik vasitə heroinin və 2,399 qram psixotrop maddə metamfetamin kimyəvi ekspertizası nəticəsində heroinin 5,475 qram qalığının və metamfetaminin 2,349 qram qalığının sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Mahmudov X7 rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 08 ay 21 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 05 gün qalmışdır. Təqsirləndirilən şəxs məhkumluğu vardır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağın olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilndiyi əməllərin törədilməsi barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsinin, törətdiyi əmələdən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, təyin edilmiş cəzanın Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 5 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 07 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6945 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, оnun çəkilməmiş cəzasının olmasını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci hissəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini təşkil edən 01 il 05 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutlumaqla 6 (altı) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilən əsaslarla hazırkı hökmlə ona təyin olunmuş cəza qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 55 (əlli beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5,525 qram çəkidə narkotik vasitə heroinin və 2,399 qram psixotrop maddə metamfetaminin kimyəvi ekspertizası nəticəsində heroinin 5,475 qram qalığı, metamfetaminin 2,349 qram qalığı sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-879/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-879/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver