Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-879/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “ZƏFƏR” Vəkil Bürosunun vəkili Müdafiəçi, Qanuni nümayəndə iştirakları ilə məhkəmə, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsi ev 39-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsi ev 69-da yaşamış, barəsində Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəz” adlanan ərazidən naməlum şəraitdə, başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 4.603 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 19 iyun 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 1 ünvanının yanında piyada hərəkətdə olarkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan təmiz çəkisi külli miqdarda 4.603 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, polis əməkdaşları onların evinə gələrək, onu axtarmışlar. Özü evdə olmadığına görə onun polis böməsinə gəlməli olduğu evdəkilərə bildirilmişdir. O, polis bölməsinə gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. O polis bölməsində rəisin otağında polis əməkdaşları tərəfindən döyülmüşdür. Onun cibində yalnız bir qutu siqaret olmuşdur. Onun üzərində narkotik vasitə olmamışdır. Atası ibtidai istintaq zamanı hadisədən üç-dörd saat sonra iştirak etmişdir. Əvvəllər məhkum olunmamışdır. O, psixoloq müayinəsində olanda ona psixoloji pozuntusunun olduğunu demişlər. Ona boynuna götürməsi üçün verilən narkotik vasitə bağlı bükümdə idi. Ona hədə-qorxu gəldiklərinə görə narkotik vasitəni boynuna götürmüşdür. Polis bölməsində, təhqiqatçının otağında polis əməkdaşı Nahid narkotik vasitəni onun cibinə qoymuşdur. Onun üzərimə videoçəkiliş aparılarkən Anar və Nahid adlı polis əməkdaşları iştirak edirdilər. Polis əməkdaşları ona hədə-qorxu gəlmişdir.Onu polis əməkdaşları döyüblər. O, Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlər var idi. Orada xəsarətlərini həkimə göstərmişdir. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Həmçinin psixotrop maddələri qəbul etməyə başlayanda Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəz” adlanan ərazidən adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, psixotrop maddə lazım olanda bura gəlib ondan ala bilər. O da psixotrop maddə lazım olanda Binəqədi rayonu, “Mərkəz” adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almışdır. Psixotrop maddə aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. Bildirmişdir ki, 19 iyun 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, “Mərkəz” adlanan ərazinin yaxınlığına gedib həmin şəxsi taparaq onunla görüşmüşdür. Orada həmin şəxsə 15 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin gətirib vermişdir. O da psixotrop maddə əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə edər. 19 iyun 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 1 ünvanının yanında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. O yetkinlik yaşına çatmayan şəxs olduğu üçün atası Qanuni nümayəndə polis bölməsinə dəvət edilərək onun qanuni nümayəndəsi təyin edilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının və atasının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməyini bildirmişlər. Bu təklifdən sonra o da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotorp maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o həmin maddəni öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, “Mərkəz” adlanan ərazidən, adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlaması barədə məlumata əsasən 19 iyun 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs azyaşlı olması ilə əlaqədar olaraq onunla keçiriləcək istintaq hərəkətlərində iştirak etməsi üçün atası Qanuni nümayəndə Polis Bölməsinə dəvət edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Nicatın üzərindən narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxsi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsi 69 ünvanında saxlamışlar. Məlumat narkotik vasitənin dövriyyəsi ilə bağlı idi. Onlar Nicatı saxlayan kimi bölməyə aparmışlar. Təqsirləndirilən şəxsə böhtan atmıram. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 göstərmişdir ki, 19 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 21:30 dəqiqədə ünvan 1 ünvanının yanında bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığından saxlamışlar, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PBnin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində və paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın, habelə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyanın və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə Bölmə rəisinə məruzə edib, Təqsirləndirilən şəxs PB-nin təhqiqatçısı polis mayoru Nahid Məmmədova təhvil vermişlər. Bundan sonra PB-nin təhqiqatçısı polis mayoru Nahid Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs azyaşlı olması ilə əlaqədar olaraq onunla keçiriləcək istintaq hərəkətlərində iştirak etməsi üçün atası Qanuni nümayəndə Polis Bölməsinə dəvət edilmiş və sonuncu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. Bundan sonra təhqiqatçı Nahid Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə verdikdən sonra onların və qanuni nümayəndənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalavarın sol yan cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellefon bükümü masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki “patı” adlanan psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni 19 iyun 2023-cü il səhər saatlarında Binəqədi rayonu, “Mərkəz” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsü qeydə alınmış CD disk isə protokola əlavə edilmişdir. Şahid1 ifadələrində göstərmişdir ki, 19 iyun 2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs azyaşlı olması ilə əlaqədar olaraq onunla keçiriləcək istintaq hərəkətlərində iştirak etməsi üçün atası Qanuni nümayəndə Polis Bölməsinə dəvət edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Nicatın sol cibindən bir büküm narkotik vasitə aşkarlanmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 19 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli 6/3415 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №243” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs (imza)...” ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,603 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbacan Respublikasının 2005ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,603 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 4,503 qram metamfetamini saxlanmasından ötrü Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, videogörüntüləri əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 avqust 2023-cü il tarixli 2439 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs İctimailəşmiş davranış pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən İctimailəşmiş davranış pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünümüdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan psixotrop maddənin və narkotik vasitənin ona aidiyyəti yoxdur, o, narkotik vasitə istifadəçisi olmamışdır. O, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulub. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onun ifadələrində göstərilən halları təkzib etdilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib, bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətdiyi dövrdə və hazırda yetkinlik yaşına çatmayan şəxs olması müəyyən olundu. Məhkəmə qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının üzv ölkələri tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvesiyanın 37-ci maddəsində 18 yaşına çatmayan uşağın azadlıqdan məhrum olunmasını yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları və onun məhkəmədəki davranışlarını araşdırarkən belə qənaətə gəlir ki, o, qanuna münasibətdə riskli mövqeyə malikdir. Belə ki, o, məhkəmədəki ifadələrində də göstərdi ki, əvvəllər xırda oğurluqlar törətmiş, lakin inzibati tənbeh tətbiq ediləbiləcək yaş həddinə çatmadığından məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə bu halları nəzərə alaraq, cəzanın əsas məqsədinə, yəni şəxsin islah olunmasına nail olmaq üçün Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməli olması qənaətinə gəlir. Məhkəmə göstərən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Əks halda təyin edilmiş cəza Təqsirləndirilən şəxs islah olunmasına və cəmiyyətə reinteqrasiyasına deyil, onun tərəfindən yeni hüquqazidd hərəkətlər törədilməsinə səbəb olardı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “ZƏFƏR” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 330 (üç yüz otuz) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs qanuni nümayəndəsindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Çünki o, təqsirli bilindiyi cinayət əməlini törədərkən valideyninin himayəsində olmuşdur. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəni təşkil edən 4,503 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında iştirak etməsi, əvvəllər məhkum olunmaması və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırki iş üzrə 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 21 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 13 iyul 2023-cü il tarixli, 4395 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat vəsait Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “ZƏFƏR” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,503 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videogörüntüləri əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-879/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-879/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver