Məhkəmə qərarları › İş №1(101)-88/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-88/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-88/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Şahid5 küçəsi, dalan 10, ev 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 16 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 17 yanvar 2022-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmiş, 16 may 2022-ci il tarixdə tutulmuş, faktiki 16 may 2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının əvvəllərində naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda beş ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,660 qram, 4,791 qram, 4,724 qram, 4,704 qram və 4,776 qram, ümumi təmiz çəkisi isə 23,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanın yaxınlığına qədər daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 iyul 2020-ci il tarixdə, saat 20:50 radələrində həmin ünvanda saxlanılaraq ünvan 3can Respublikası DİN-nin BNMİ-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol arxa cibindən həmin 4 ədəd ayrı-ayrı bükümlərdə olan, ümumi təmiz çəkisi 23,655 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Türkiyədə, İstanbul şəhərində yaşamış, Azərbaycana yeni gəlmişdir. Atası 2019-cu ilin yanvar ayında həbs olunduğu üçün o, Azərbaycana qayıtmışdır. Bakıda icarəyə maşın götürmüş və taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, iki ailənin uşaqlarını məktəbə aparıb gətirməklə məşğul olmuşdur. Hadisə günü isə o, maşını əzdiyi üçün maşının şəklini çəkdirmək və ora yaxın olan servisə aparıb təmir etdirmək üçün “Speys” TV-nin yanında sığortaya getmişdir. Maşını servisə qoyduqdan sonra maşınsız qalacağını nəzərə alıb əsl adı Flora olan “Aysel” ləqəbli xanımdan Nizami rayonu tərəfə gedəcəyi təqdirdə onu da götürməyi xahiş etmişdir. Flora onun tanışı olmuş, onun da maşını olmuş, həm də onun qonşuluğunda yaşamışdır. O, Qismət adlı tanışı ilə sığortadan çıxdıqdan sonra maşınla servisə getmiş, Flora isə onu orada gözləməli idi. Servisdə onu gözləmiş, lakin Flora ora gəlməmişdir. Həmin vaxt o, bir neçə dəfə telefonla Floranı yığmış, lakin o, telefonu açmamışdır. Dostu Qismət də onun yanımda olmuşdur. Həmin vaxt Floradan ona “qaç” məzmunda sms gəlmişdir. O, iki telefon işlətmiş, telefonlardan biri üstündə olmuş, digərini isə maşında saxlamış, maşındakı telefonu qızlarla danışması üçün saxlamışdır. O, telefonlarla yalnız danışmış, mesajlaşa bilmədiyi üçün mesaj bölümünə ümumiyyətlə baxmamışdır. Telefonunda “VhatsApp” proqramı olsa da o, əsasən səs atmış, qısa fikirlər olanda isə yazmışdır. O, tutulmazdan əvvəl ona kimsə SMS yazmış, lakin o, həmin mesajlara baxmamışdır. Bunu ona sonralar müstəntiq demişdir. Floradan ona “qaç” məzmunda sms gəldikdən sonra o, dönüb “Speys” TV-nin qarşısında maşını saxlamışdır. O, qaçmamış, Floranın hansısa köməyə ehtiyacının ola biləcəyini düşünmühdür. Qismət maşından düşüb siqaret almağa getmək istəmiş, o isə maşından düşərkən arxadan onları tutmuşlar. Üstlərini, maşını yoxlamış, lakin heç nə aşkar etməmişlər. Adının Rauf olduğunu öyrənib BNMİ-nin əməkdaşları olmalarını demiş və onlarla birlikdə İdarəyə getməyi tələb etmişlər. O, əməliyyatçılara “əgər mən lazımamsa, Qisməti yola salmağınızı xahiş edirəm” demişdir. Etiraz olmadıqda Qismət telefonunu götürüb çıxıb getmiş, onu isə BNMİ-nə aparmışlar. O, orada Tdarənin pilləkənlərində Floranı ağlayan vəziyyətdə görmüşdür. O, Floranın yanından keçərkən sonuncu “mən heç nə eləməmişəm, Aliyə elədi, mənlik olmadı.” İfadəsini işlətmişdir. İçəri otaqlardan birinə girdikdə isə Floranın rəfiqəsi “Ayka” ləqəbli Aliyəni telefonla danışdığı vəziyyətdə görmüşdür. Flora ilə Aliyə rəfiqə olmuş və bir yerdə yaşamış, Aliyəni Floraya görə tanımış, hər ikisi ilə normal münasibəti olmuşdur. O, otağa dəvət olunmuş və orada “Gülü” ləqəbli bir qızın oturduğunu görmüş, amma əsl adını bilməmişdir. “Gülü” də Floragilin qonşuluğunda yaşamışdır. Sonuncunu gördükdə onların üçünün də bir yerdə BNMİ-nə gətirildiklərini, Aliyə ilə “Gülü”nün bir-biri ilə görüşərkən saxlanıldıqlarını başa düşmüşdür. Orada Seymur adlı polis əməkdaşı ona Emin adlı şəxsə 5 kq narkotik satdığını bildirmiş, lakin o, Emin adlı şəxsi tanımadığını demişdir. Sonra Emin adlı şəxs əlləri qandallı vəziyyətdə gətirilmiş, lakin Emin onu tanımadığını bildirmişdir. Sonra Emin başqa otağa keçirilmişdir. Orada Eminin də həmin 3 qızdan birinin tanışı olduğunu başa düşmüşdür. Həmin vaxt Aysel ona gözləməyi tapşırıb, gedib pul götürüb gələcəyini demişdir. Polis əməkdaşının deməsinə görə, onun Eminə narkotik satdığını guya Aysel demişdir. O, polisə Ayselin yalan danışdığını, narkotikin ona aydiyyatının olmadığını demişdir. Həmin vaxt polislərdən biri ona Ayselin gəlməyəcəyi təqdirdə, onu narkotikin satışında təqsirli biləcəklərini demişdir. Bundan sonra Floraya zəng etdim, dedi uşaq ağlayır, 2 saata pul götürüb gələcək. Sonra Flora ilə polis əməkdaşları guya Səid adlı başqa birini tutmağa getmiş və guya həmin adamı tutduqdan sonra onu buraxacaqlar. Hadisə günü, yəni 16 iyul 2020-ci il tarixdə gecə saat 00:00 tamam olmuş, lakin onlardan xəbər çıxmamışdır. O, xahişlə polisdən telefonunu istəyib almış, Floraya zəng etmiş, lakin ona zəng çatmamışdır. Bundan sonra ona qarşı hədəqorxular başlamış, cibinə narkotik vasitələrlə dolu olan bükümlər cibimə qoyulacağını bildirmişlər. O, razılaşmadıqda təzyiqlər artmağa başlamışdır. O, astma xəstəsi olduğundan maşınından xüsusi dərmanı gətirilmiş, o, istifadə etmiş, polisisn təklifi ilə yenə də razılaşmamışdır. Amma o, içəri otağa daxil olanda bükümlər artıq stolun üstündə olmuşdur. Hətta qızlar da narkotik dolu bükülülərin stolun üstündə olduğunu görmüşlər. Buna görə ona təzyiqlər göstərilmiş, hətta qızları da çağırıb onlara qarşı da təzyiq göstərəcəkləri ilə onu hədələmişlər. Sonra o, aşağı, adını belə bilmədiyi vəkilinin yanına aparılmış, vəkilinin yanında olarkən hər şeyi olduğu kimi ona danışmışdır. Lakin vəkili səsini də çıxartmamışdır. Sonralar isə vəkilini cəmi bir dəfə görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, artıq təsir və təzyiqlərə dözməyib, qızlara işgəncə verilə biləcəyini nəzərə alıb stolun üstündə narkotiklər olan bükülüləri götürüb öz cibinə qoymuş və narkotiki boynuna götürmüşdür. Sonra çəkiliş aparılmaqla sənədləşmə aparılmış, lakin kimdən aldığını, necə əldə etdiyini bildirməmişdir. O, boynuna qoyulan narkotiklərin növünü və miqdarını bilməmiş, 26-27 qram heroin olması sonra ona deyilmişdir. O, heroinin hansı formada olmasını bilməsə də, bir nəfər tanışının istifadə etməsini görmüşdür. O, xəstəliyi ilə əlaqədar həkimin resepti ilə narkotik tərkibli dərmanlar qəbul etmiş, hətta həmin dərmanlarpdan ondan istəyənlər də olmuşdur. Belə ki, bir neçə ilə əvvəl Səid adlı qonşu naməlum şəxslər tərəfindən zorla aprılarkən o, onlara imkan vermədiyinə görə o, arxadan balta ilə vurulmuşdur. Həmin vaxtdan onun nitqində tutulmalar əmələ gəlmişdir. Xəstəliyi ilə bağlı narkotik tərkibli ağrıkəsicilərdən istifadə etmişdir. Lakin o, ondan dərman istəyənlərə həkimin həmin dərmanları ona sayla yazdığını, aptekdən resept əsasında həkimin yazdığı sayda ala bildiyini bildirərək istəyənlərə verməmişdir. O, Alis və damafon adlı dərmanlardan və marixuana narkotik vasitəsindən istifadə etmişdir. O, Floranın yanında da dərmanlar qəbul etmiş, lakin həkim yazdığını o, bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Floranı tutulmazdan təxminən 2 ay əvvəl tanımışdır. Flora “Gənclik” metrostansiyasının yaxınlığında Aliyə adlı qızla, bildiyinə görə kirayə yaşamışdır. Onların evinə başqa adamlar da gəlib-getmişdir, lakin anası tək olduğuna görə gecələr orada qalmamış, öz evlərinə qayıtmışdır. Hadisədən bir gün sonra o, Floragilin polislərə işlədiklərini öyrənib bilmişdir. Hadisədən bir gün əvvəl bir tanışı ona Flora ilə yaxınlıq etməməyi tövsiyə etmiş, başına iş aça biləcəyini bildirmiş, lakin o, buna inanmamışdır. İstintaq zamanı Flora ilə üzləşmişmiş, Flora narkotikin ona məxsus olmadığını bildirmiş, o, narkotiki ondan aldığını deməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, ibtidai stintaqda verdiyi ifadələrini oxumamış, yekunda isə tanış olmamışdır. İbtidai istintaqda ondan nə soruşulubsa hamısına cavab vermişdir. Lakin ona kömək edəcəklərini demiş, yaxın münasibət göstərmişlər. Videoçəkiliş zamanı o, təzyiq altında olduğundan nə dediyini xatırlaya bilməmişdir. Narkotikin ona aid olmasını, İİR vətəndaşından aldığımı deməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəm istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ciddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində də özünü təqsirli bilməmiş və ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 iyul 2020-ci il tarixdə, təxminən saat 14- 15 radələrində “Aysel” ləqəbli tanışı, əsl adı Şahid3 olan qadın mobil nömrədən ona zəng etmiş və onlar Yasamal rayon ərazisində yerləşən “Shaurma” restoranının qarşısında görüşməyə razılaşmışlar. Axşam, saat təxminən 17 radələrində dostu Qismətlə birlikdə “Shaurma” restoranının qarşısına getmiş, bu zaman mülkü geyimli polis əməkdaşları onlara yaxınlaşmış, adlarını soruşmuş, onlar adlarını dedikdən sonra Qismətə çıxıb getməsini bildirmiş, onu isə üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi bildirildiyi üçün BNMİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmiş, həmin idarəyə girdikdə onun tanışları Flora və “Ayka” ləqəbli Zəhranın da orada olduqlarını görmüşdür. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynindəki qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd açılıb-bağlanan «Samsung» markalı mobil telefon, şalvarının sağ yan cibindən isə 43 manat pul, tibbi maska, bir ədəd tibbi spirt spreyi aşkar olunmuşdur. Onun üzərindən qeyd olunanlardan başqa hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Lakin şəxsi axtarışa başlamazdan əvvəl tanımadığı polis əməkdaşları ona təzyiq göstərərək əvvəlcədən içində narkotik vasitə olan bükümləri üzərinə qoymağı və şəxsi axtarış zamanı çıxarıb təqdim etməyi ondan tələb etmişlər. Bundan sonra, yəni 16 iyul 2020-ci il tarixdə vormal olaraq, səhnələşdirilmiş üsulla BNMİ-nin əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman ona məxsus «Samsung» markalı mobil telefondan, şalvarının sağ yan cibindən aşkar olunan 43 manat puldan, bir ədəd alışqandan, tibbi maska və bir ədəd tibbi spirt spreydən başqa əynindəki qara rəngli şalvarın sol arxa cibindən isə 02 ədəd sellofan büküm də aşkar edilərək götürülmüşdür. Sellofan bükümlərə baxış zamanı hər bir bükümün içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, həmin narkotik vasitələr qablaşdırılıb götürülmüşdür. Üstündən narkotik vasitələrin aşkar edilməsi barədə protokol tərtib edilmişdir. Əvvəllər başına belə bir iş gəldiyindən o, qorxudan protokola imza etmiş, həmçinin qorxduğu üçün polis əməkdaşlarının ona diqtə etdikləri kimi izahat vermiş və izahatını imzalamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, əslində isə onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Amma saxlanılmazdan təqribən 10 gün əvvəl tanışı “Ayka” ləqəbli Zəhra ona zəng vurub özünün saxladığı qeyrisinə məxsus narkotik vasitəsini itirdiyini və yerinə qoymaq üçün ona narkotik vasitə tapmağı xahiş etmişdir. Odur ki, o, «Nizami» metrostansiyasının yaxınlığında yerləşən «İnternet klub»da işləyən tanışı Rəşad adlı şəxsdən kimdən və ya haradan narkotik vasitə tapa biləcəyini soruşmuşdur. Rəşad ona yadında qalmayan bir mobil nömrə vermiş və həmin nömrə ilə əlaqə saxlamasını məsləhət bilmişdir. Bundan sonra Zəhra ilə görüşüb birlikdə həmin nömrəyə zəng vurmuşdur. Zəngə cavab verən şəxs adının Hədəf olduğunu bildirmiş, o, narkotik vasitə lazım olduğunu ona dedikdə, sonuncu təşkil edə biləcəyini demişdir. Bundan sonra o, telefonu Zəhraya vermiş və Zəhra özü həmin şəxslə heroin narkotik vasitəsi almaq üçün danışıqlara başlamışdır. Zəhra Hədəf adlı şəxslə danışıb razılaşdıqdan sonra Hədəfin ona hesab nömrəsi verdiyini, alacağı narkotikin pulunu həmin hesaba köçürdükdən sonra narkotik vasitəni sonuncunun deyəcəyi yerdən götürə biləcəyini demişdir. Bundan sonra o, Zəhra və “Ayka” ləqəbli Flora birlikdə gedib «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən “Araz” marketə girmiş, Zəhra özü marketdə olan million aparatı vasitəsilə təxminən 300-400 manat pulu narkotik üçün həmin şəxsin hesabına göndərmişdir. Bundan sonra Zəhra deməsinə görə Heybət ona narkotik vasitəni Yasamal rayonunda, A.Şaiq küçəsində yerləşən zibil qutularından birinin yaxınlığına qoyduğunu demiş, eyni zamanda narkotik vasitəsini qoyduğu yerin fotoşəkilini göndərmişdir. Zəhra hətta həmin fotoşəkili ona göstərmiş, həmçinin həmin ünvana çatanda narkotik vasitəni oradan götürüb ona verməsini xahiş etmişdir. Bundan sonra o, Səid adlı dostu ilə özünün idarə etdiyi avtomobilə əyləşmiş, Zəhra isə Floranın idarə etdiyi «Hyundaı Elantra» markalı 90 və ya **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, o, idarə etdiyi avtomobillə öndə, Floragil isə arxada həmin ünvana getmişlər. Həmin ünvana çatanda o, sükan arxasında olduğu üçün Səiddən həmin narkotik vasitə olan bükümü götürüb arxada avtomobildə olan Zəhraya verməsini xahiş etmişdir. Səid də avtomobildən düşüb narkotik vasitə olan bükülünü götürüb Zəhraya vermiş və yenidən onun avtomobilinə qayıtmışdır. Bundan sonra onlar ayrılıb çıxıb getmişlər. Səid və Flora da Zəhra ilə onun həmin yerə Zəhra üçün narkotik vasitə götürməyə gedəcəklərini əvvəlcədən bilmişlər. O, Hədəf adlı şəxsi ümumiyyətlə tanımamış, əsil adını, soyadını və ünvanını bilməmiş, eyni zamanda sonuncu ilə əlaqə saxladığı mobil nömrə yadımda qalmamışdır. O, həyatı boyu cəmi bir-iki dəfə maraq üçün narkotik vasitə olan marixuanadan çəkmək vasitəsilə istifadə etmiş, lakin narkotik vasitələrin aludəçisi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Yasamal rayonu ərazisində zibil qutularının yanından gtürdükləri narkotik vasitələrin Floraya və ya Aqiləyə məxsus olduğunu bilməmişdir. BNMİ-də olarkən Flora ona narkotik vasitələrin özünə məxsus olduğunu boynuna götürməsini demiş, köməkdik edib onu oradan buraxdıracağına söz vermişdir. İstintaq prosesində Flora ona məktub göndərmiş, məuktubda adı Musa olaraq qeyd edilən şəxs Flora ilə bir məhlədə yaşamış, atasnın adının Yaşar olduğunu bilsə də, lakin o, Musanın soyadını və telefon nömrəsini bilməmişdir. “Atrava” sözü onların dilində narkotik vasitə olmuşdur. Musa onun yanında zəng edərək heç kimdən narkotik vasitə istəməmişdir. Məktubda adları qeyd edilən Müşfiq və Qismət də Flora ilə bir məhlədə yaşamış, o, onların anket məlumatlarını və telefon nömrələrini bilməsə də, onların hər ikisinin aradabir narkotik vasitə qəbul etmələrini bilmişdir. Hazırda onların heç biri ilə onun münasibəti olmamış, onların yaşadıqları ünvanı tanımamış, sonuncular da onunla əlaqə saxlamamışlar. Müşfiq və Qismət bir dəfə ondan narkotikin satışı ilə məşğul olan «Höcət» adlı şəxsin mobil nömrəsini istəmiş, sonuncudan narkotik vasitə alaraq özləri satmaq istəmişlər. O, Emin adlı şəxsi tanımamış, ilk dəfə BNMİ-də görmüşdür. O, BNMİ-də olarkən həmin Emin adlı şəxsi də əli qandallı BNMİ-nə gətirmişlər. Orada ona onun Eminə 5 kq narkotik vasitə satdığını, Eminin gəlib onun üzünə duracağını demişlər. Emin adlı şəxs isə buna etiraz etmiş, ona görə də Seymur adlı polis əməkdaşı Emini döymüş, lakin Emin heç bir xəsarət almamışdı. Emin adlı şəxsin ata adı və soyadını, digər anket məlumatlarını o, bilməmişdir. Şahid3, Şahid4 və Şahid5 isə o, tutulduqdan sonra öz aralarında danışıb razılaşmışlar ki, özləri üçün problem yaranmasın deyə Yasamal rayonunda A.Şaiq küçəsində yerləşən zibil qutularından birinin yaxınlığından narkotik vasitəni göürdüklərini etiraf etməsinlər (iş vərəqə: 51-54, 65-68, 186-188, 229-232). Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edərək daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ona hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında dərhal rəhbərliyə raportla məruzə etmiş və 16 iyul 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəar qəbul etmişdir. Qərar rəhbərlik tərəfindən təsdiq olunduqdan sonra elə həmin gün, saat 20:50 radələrində əməliyyat müvəkkili Şahid2la birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 17 ünvanının yaxınlığında olduğu müəyyən edilmiş və onlar sonuncunu saxlamışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, onun da şəxsiyyəti dəqiqləşdirilmiş və üzərinə baxış keçirilməsi məqsədi ilə sonuncu BNMİ-nin inzibati binasına dəvət olunmuşdur. Rauf saxlanılarkən tək olmuşdur. BNMİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol arxa cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən bir ədəd alışqanı, bir ədəd tibbi spreyi, şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, 43 manat pulu, bir ədəd boş kağız parçasını və arxa sağ yan cibindən isə bir ədəd tibbi maskanı çıxarıb masanın üzərinə qoymuş və üzərində hər hansı başqa bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümlər açılmış, bükümlərin içərisindən isə beş ədəd başqa bükümlər aşkar olunmuşdur. Aşkar edilmiş beş ədəd həmin bükümlərə baxış zamanı hər bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli, heroin narkotik vasitəsinə bənzər maddələr olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin beş ədəd bükümlərdə aşkar edilmiş maddələrin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilmiş və üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış, üzərinə möhür vurulmuş, baxış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol yazılaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs protokolun düzgünlüyünü imzalamış, həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfi imzalamışlar. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra sonuncuya qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman bu barədə videoçəkiliş edilərək materiala əlavə edilmişdir. Narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğtu və onun üzərindən aşkar edildiyi başqa sübutlarla da təsdiq edilmiş, həmçinin ilkin sorğu zamanı və təhqiqat zamanı izahatında da Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs sonralar həmin narkotik vasitələrin özünə məxsus olmadığını bildirmiş və törətmiş olduğu cinayət əməlindən boyun qaçırmaq istəmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş həmin narkotik vasitəni haradan əldə etməsini müəyyənləşdirmək mümkün olmamışdır. O, Şahid3 əvvəllər tanımamış, sonuncunu 2020-ci ilin oktyabr ayının axırlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulub işlədiyi idarəyə gətiriləndə görüb tanımışdır. Şahid3 16 iyul 2020-ci il tarixdə onun tərəfindən ümumiyyətlə saxlanılmamış, BNMİ-nə aparılmamış və orada çantasında axtarış aparılmamışdır. Şahid3 ifadələri ilə özünün tanışı Təqsirləndirilən şəxs köməklik etmək istəmiş, sonuncunu məsuliyyətdən azad etdirmək istəmişdir. 16.07.2020-ci il tarixdə onlar Təqsirləndirilən şəxs BNMİ-nə apararkən Şahid3 və Şahid4 adlı şəxslər İdarədə olmamışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş həmkarı - XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2 və Şahid1 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirməyə dair protokollardan görünür ki, üzləşmə zamanı şahidlər Şahid1 və Şahid2 üzləşməyədək verdikləri sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişlər (iş vərəqə: 77-81, 174-178). Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tutulmazdan təxminən 3-4 ay əvvəl onunla aralarında sevgi münasibətləri yaranmışdır. O, Raufun narkotik satmasını görməmiş, lakin bir yerdə istifadə etmişlər. Şahid3 hadisənin mahiyyəti üzrə göstərdi ki, onun «Hyundaı» markalı «Elantra» modelli, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, 16 iyul 2020-ci il tarixdə, axşam radələrində Nizami rayonunda “Qoç əti” restoranının yaxınlığında avtomobili saxlayıb içərisində oturmuşdur. Həmin vaxt üç nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb BNMİ-nin əməkdaşları olduqlarını bildirmiş və onu həmin idarəyə dəvət etmişlər. Onun saxlayanların iki nəfərinin Seymur və Ruslan adlı BNMİ-nin əməliyyat müvəkkilləri olduqlarını sonradan bilmiş, digər polis əməkdaşlarını tanımamışdır. Yol gedərkən həmin polis əməkdaşları ona onu Gülü adlı tanışının tutdurduğunu bildirmişlər. Belə ki, Gülü adlı qadın onun əvvəl kirayəşin yaşadığı evin sahibi olmuşdur. BNMİ-də ona deyilənə görə Gülünün evində kirayəşin yaşamış Özbəkistan Respublikasının vətəndaşı olan Aleyna adlı qadının Emin adlı sevgilisindən beş kiloqramadək narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitəni də guya Eminə o, satmışdır. O, Emin adlı şəxsi tanımamış, heç kəsə narkotik vasitə satmamışdır. Hətta Emin adlı oğlan idarədə ona göstərilmiş, lakin aralarında üzləşdirmə aparılmamışdır. Polis əməkdaşları onu polis idarəsinə apardıqdan sonra orada onun mobil telefonuna baxış zamanı Raufun fotoşəklini görüb kim olduğunu soruşmuş, o da sevgilisinin olduğunu demişdir. Raufun gətiriləcəyi təqdirdə sonuncu ona görə həmin narkotik vasitəni öz üzərinə götürəcəyini fikirləşdiyi üçün o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “qaç” sözünü yazmışdır. Şahid3 ifadəsində, həmçinin göstərdi ki, O, tutulduqdan sonra o, Aqiləyə zəng etmiş, sonuncu ona görə BNMİ-yə gəlmişdir. Gülü, onra gəlmiş, təxminən yarım saat sonra isə onu gətirən polis əməkdaşları Təqsirləndirilən şəxs gətirmişlər. Rauf gətirilməzdən əvvəl BNMİ-də polis əməkdaşlarının otağında olmuş, həmin otaqda masanın üzərində bağlı şəkildə bir ədəd sellofan büküm olmuşdur. Lakin o, həmin bükümdə nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs həmin otağa gətirildikdən sonra polis əməkdaşları sonuncuya masanın üzərində olan sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, eyni zamanda Raufdan masanın üzərində sellofan bükümdə olan narkotik vasitənin ona aid olub-olmadığını soruşmuşlar. Rauf da həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Bundan sonra Rauf və bir neçə polis əməkdaşları başqa bir otağa keçmiş, bundan sonra polis əməkdaşları ona çıxıb getməyi demiş, təxminən 2 saat sonra isə Raufu buraxacaqlarını demişlər. Lakin növbəti gün maraqlandıqda, Raufun barəsində artıq istintaq aparıldığını öyrənmişdir. Sonradan Raufun deməsinə görə BNMİ-də polis əməkdaşları əvvəlcədən ona sözlə təzyiqlər göstərib qorxutmuş və onu (Şahid3) qurtarmaq üçün həmin narkotik vasitənin guya özünə (Təqsirləndirilən şəxs) məxsus olduğunu boynuna götürmüşdür. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs tutulmazdan əvvəl həmin gün sonuncu ona birlikdə kirayədə qaldıqları evdə soyuducuda qabda narkotik vasitə olduğunu bildirmiş və onu götürüb gətirməyi ona tapşırmışdır. O da həmin qabda olan narkotik vasitəni götürüb baxmış və içərisinə qəhvəyi rəngli, toz halında olan narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin narkotiki özünün əl çantasına qoymuşdur. Saxlanılıb BNMİ-yə aparılarkən çantasında olan əşyaları təqdim etməklə yanaşı, həm də həmin narkotiki təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi narkotik vasitə olan heroinin kimə məxsus olduğunu soruşduqda o, Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitə çox balaca olmuş, külli miqdar olmamışdır. Rauf gətirildikdən sonra isə Təqsirləndirilən şəxs onun təqdim etdiyi narkotik vasitənin onun özünə məxsus olduğunu etiraf etmişdir. Həmin vaxt masanın üzərində başqa sellofan büküm də olmuşdur. Konkret olaraq polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə göstərməmişlər. Həmin narkotik vasitə Raufa məxsus olmamışdır. BNMİ-də onun çantasından narkotik vasitə olan heroinin çıxması ilə bağlı hər hansı bir sənədləşmə aparılmamışdır. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, o, Zəhra və Hədəf adlı şəxsldəri tanımamış, Təqsirləndirilən şəxs tutulmazdan təxminən 10 gün əvvəl Zəhra üçün “Hədəf” adlı şəxsdən narkotik vasitə almasından onun məlumatı olmamışdır. Zəhra adlı şəxsin ünvan 5 ünvanda yerləşən “Araz” marketdə yerləşən millon terminalı vasitəsilə Hədəfə təxminən 300-400 manat pul göndərərkən orada olmamış, sonuncularla birlikdə Yasamal rayonunda A.Şaiq küçəsində yerləşən zibil qutularından birinin yaxınlığından sellofan bükümdə olan narkotik vasitəni götürmək üçün getməmişdir. Onun “Ayka” ləqəbli Şahid4 adlı tanışı olmuş, çox güman ki, Rauf həmin Aykanı nəzərdə tutmuşdur. Raufun narkotik vasitələrin satışı ilə məşğul olmasını görməsə də, «Kubinka”da onun Elgün adlı bir nəfər tanıdığı şəxs olmuş, o, ona Raufun «Kubinka”da narkotik vasitələr satması barədə danışıqlar getdiyini demişdir. «Kubinka”da Raufun narkotik satmasını həmin vaxtlarda çox adam danışmışdır. Həmin ərəfədə Rauf şeç kimlə görüşmədiyindən o, Raufa məktub yazıb, narkotik satıb-satmadığını soruşmuş, ona deyil, Elgünə dediyini bildirmişdir. Həmin məktubu aparıb Raufa verməsi üçün Elgünə vermiş, lakin sonuncunun həmin məktubu Raufa çatdırıb-çatmamasını bilməmişdir. Amma sonra Təqsirləndirilən şəxs onu onun (Şahid3) tutdurduğunu fikirləşib həmin məktubu istintaqa təqdim etmişdir. Həmin məktubda «sənin tutulmağını istəsəydim, elə gedib atrava götürəndə tutdurardım» sözlərini də ona yazmışdır ki, atrava narkotiklə əlaqəli şəxslərin dilində narkotik vasitə demək olmuşdur. «Nə də heç kimin işini vermədim» sözləri ilə həmin məktubda Raufa bildirmək istəyirdi ki, yəni o, digər narkotik vasitələrin alveri ilə məşğul olan, tanıdığı şəxslərdən də heç birini polisə satmamış, yəni Raufu da polisə o, satmamışdır. Raufun narkotik vasitələri kimlərdən alması barədə onun məlumatı olmamışdır. Rauf tutulmazdan təxminən 10-15 gün əvvəl Raufla evdə olan zaman instagram sosial şəbəkəsində onlayn satış görmş, Rauf istifadəsində olan mobil nömrədən həmin onlyan satışın təqdim etdiyi vhatsapp sosial hesabına yazaraq nə satışı olduğunu soruşmuşdur. Daha sonra isə Rauf ona həmin şəxslərin onlayn narkotik vasitələrin satışı ilə məşğul olduqlarını demiş və bir daha həmin nömrə ilə əlaqə yaratmamışlar. Daha sonra Şahid3 ifadəsində göstərdi ki, Raufa yazdığı məktubda «Orda sənə dedim mal sənindi» sözləri sual sözü olmuş, yəni o, BNMİ-də Raufa sual verib, stolun üstündə olan narkotik vasitələrin ona məxsus olub-olmadığını soruşmuş, Rauf da ona «əgər sən deyirsənsə mənimdi, deməli mənə məxsusdur» cavabını vermişdir. Həmin məktubda «Qaldı sənin dostların Musa atravaya görə Höcətdən mal istəyib» sözlərinə, Musa Raufun dostudur, o, Musanı bir neçə dəfə Raufun yanında görmüşdür. Musa narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız qəbul etmişdir. Həmin məktubda Raufa Musanın onun qaldığı evdə Raufun yanında Höcət adlı şəxslə telefonla danışıb öz istifadəsi üçün narkotik vasitə istəyəndə gördüyünü yazmışdır. Məktubda yazdığı Müşfiq də, Qismət də Raufun tanışları olmuş, o, sonuncuları da bir neçə dəfə Raufun yanında görmüşdür. Müşfiqlə Qismət də narktik vasitələrin satışı ilə məşğul olmamış, yalnız qəbul etmişlər. Raufa Müşfiqin də, Qismətin də onun qaldığı evdə Raufun yanında Höcət adlı şəxslə telefonla danışıb öz istifadələri üçün narkotik vasitə istəyəndə gördüklərini yazmışdır. O, Raufun tutulmasına görə çox pis olmuş, həmin məktubu yazan zaman isə içkili vəziyyətdə olmuş, tam olaraq həmin sözləri nə səbəbə və nə üçün yazdığını xatırlamamışdır. Ən nəhayət, Şahid3 məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq etsə də, ifadəsinin yekununda Təqsirləndirilən şəxs götürülən narkotik vasitənin Raufa deyil, onun özünə (Şahid3) məxsus olduğunu bildirmiş, Raufla sevgili münasibətldərində olduğundan sonuncunun həmin narkotik vasitəni öz boynuna götürdüyünü göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid3 ilə şahidlər Şahid2 və Şahid1 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirməyə dair protokollardan görünür ki, üzləşmə zamanı şahidlər Şahid1 və Şahid2 üzləşməyədək verdikləri sərbəst ifadələrində göstərdikləri xüsusatları Şahid3 üzünə qarşı da deyərək bir daha təsdiq etmişlər (iş vərəqə: 179-181, 182-184). Daha sonra məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanışı Şahid3 görə Rauf tutulmazdan təxminən bir ay əvvəl tanımış, aralarında hər hansı bir münasibət olmamışdır. Onun Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrin satışı ilə məşğul olub-olmamaları barədə hər hansı bir məlumatı olmamışdır. 16 iyul 2020-ci il tarixdə yaşadığı evdə olarkən qapı döyülmüş, açdıqda BNMİ-nin əməkdaşları evə daxil olmuşlar. Həmin vaxt o, evdə tək olmuş, onu götürüb BNMİ-nin binasına aparmışlar. O, həmin idarədə olarkən Floradan narkotik maddələr aşkar olunub götürüldüyünü öyrənmişdir. Flora da BNMİ-nin inzibati binasında olmuşdur. Floranın deməsinə görə onu kömək üçün özü çağırmışdır. Orada narkotikin ona aid olmadığı aydın olmuşdur. Sonra Rauf gətirilmiş və Floradan götürülən narpkotik Raufun adına rəsmləşdirilmişdir. Şahid qismində dindirilən Şahid4 ifadəsinin davamında göstərdi ki, BNMİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi, hansısa ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq BNMİ-nə aparılması, onun üstündən narkotik vasitə aşkar edilib götürülməsi barədə hər hansı bir məlumatı olmamışdır. Sonradan bu barədə tanışı Şahid3 eşitmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Şahid5 onun barəsində yalan və böhtan ifadələr vermişlər. Belə ki, o, hadisədən 10-15 gün əvvəl Raufa zəng vurub kiminsə narkotik vasitəsini itirdiyini və yerinə qoymaq üçün ona narkotik vasitə tapmağı xahiş etməmiş, Hədəf adlı şəxslə telefonla danışmamış, «Gənclik» metrostansiyasının yaxınlığında “Araz” marketdən heç kimin hesabına 300-400 manat pulu narkotik üçün million aparatı vasitəsilə göndərməmiş, Flora, Rauf və Səidlə birlikdə Yasamal rayonunda A.Şaiq küçəsində yerləşən zibil qutularından yaxınlığına getməmiş və Səid adlı şəxs oradan selofan torbada narkotik vasitə götürərək ona verməmişdir. Ymumiyyətlə belə bir hadisə olmamışdır. O, Nərimanov rayonu ərazisində Atatürk prospektində yerləşən «Araz” marketin yaxınlığında yaşadığından həmin marketə bazarlıq etmək üçün mütamadi olaraq Flora ilə və ya təklikdə getmiş, lakin oradan qeyd olunan məbləğlərdə kimlərəsə pul göndərməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid3 və Şahid4 arasında arı-ayrılıqda keçirilmiş üzləşməyə aid dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq prosesində üzləşməyədək icraatda verdikləri sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmiş, zibil qutularının yanından narktik vasitələrin götürülməsində iştirak etmədiklərini və həmin hadisədən məlumatlarının olmadığını göstərmişlər (iş vərəqə: 126-129,130-133). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət tanımış, Rauf onun uşaqlıq dostudur və münasibətləri həmişə əla olmuşdur. Hadisə günü onlar Qismət adlı dostlarıyla görüşmüş. Qismətlə görüşdükdə sonuncu ona Raufun tanışı Floranın narkotiklə tutulduğunu, Raufun da buna görə tutulduğunu danışmışdır. Hətta Qismət onun özünün də tutulduğunu, lakin buraxıldığını da ona danışmışdır. İbtidai istintaq mərhələsində Səbail RPİ-nin müstəntiqi iki dəfə onu da çağırmış, o, gedib ifadə vermişdir. Cəmi iki dəfə çağırılmışam. Rauf 1-2 gün həbsdə qalıb çıxdıqdan sonra ona deməsinə görə narkotik Floranın üstündən çıxmış, lakin o, boynuna götürmüş və Floraya görə tutulmuşdur. O, həqiqətən Raufgillə birlikdə hadisə yerində və hətta qızlarla bir yerdə olmamış və nə də zibil qabının yanından sellofan götürüb gətirib maşında qızlara verməmişdir. Raufun deməsinə görə o və qızlar Çingiz adlı şəxslə birlikdə olmuş, lakin Çingizin yerinə adını polisə verəcək və o, bunları təsdiq etməlidir. Ona görə də o, Raufun dediklərinə uyğun olaraq ilk ifadəsini vermişdir. Lakin sonradan o, istintaqa gedib əsil həqiqəti danışmışdır. Şahid5 ifadəsinin davamında göstərdi ki, Raufun bihuşedici dərman atdığını bilmiş, lakin onun narkotik vasitələrdən istifadə etməsini bilməmişdir. Eşitdiyinə görə “Gənclik”də Floranın yaşadığı evdə soyuducuda olan narkotik Raufun olmamış, həmin narkotiki Flora özü İranlıdan almışdır. Bundan başqa onun heç nədən xəbəri olmamışdır. Şahid qismində dindirilən Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq edildi. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2020-ci il iyun ayının axırlarında axşam vaxtı o, evdə olarkən Rauf onun yaşadığı evin qapısına gələrək bayıra çıxmağını istəmiş, o, əynini geynib bayıra çıxmış və Raufun idarə etdiyi Kia markalı **-RU- *** qeydiyyat nişanlı avtomobilə əyləşmişdi. Onlar birlikdə Gənclik metrosunun yaxınlığına getmiş və Rauf maşını saxlayaraq orada dəyanmış «Hyundaı-Elantra» markalı, **-MG-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Bir qədər söhbət etdikdən sonra Rauf avtomaşına qayıtmış və onlar həmin avtomaşınla dal-qabaq Nərimanov rayonunun ərazisində yerləşən «Araz» marketin qarşısına getmişlər. Orada əvvəllər tanıdığı Ayka ləqəbli Aqiləni və sonradan adının Flora olduğunu bildiyi xanımların «Hündai» markalı avtomaşında olduqlarını görmüşdür. Aqilə avtomaşından düşərək «Araz» marketə daxil olmuş və bir neçə dəqiqədən sonra marketdən çıxıb avtomobilə əyləşərək dal-qabaq Yasamal rayonu Abdulla Şaiq küçəsinə getmişlər. Orada yolun kənarında olan bir neçə zibil qutusunun yanında avtomaşınları saxlamış, Rauf sükan arxasında olduğundan ona zibil qutusunu göstərərək qutunun əl tutan yerindən asılmış qara rəngli selofan paketi götürüb arxada dayanmış «Hündai» maşınında əyləşmiş Aykaya verməyini xahiş etmişdir. O, etiraz etməyib maşından enərək selofan paketi götürüb Aykaya vermişdir. Bundan sonra o, maşına əyləşmiş və evə qayıtmışlar. Ayka ləqəbli şəxsə verdiyi selofan paketin içərisində nə olduğunu bilməmiş, lakin paketi verib maşına oturduqdan sonra Raufdan paketin içərisində nə olduğunu soruşduqda sonuncu “sən bilməsən yaxşıdır” cavabını vermişdir. Rauf ona düz demədiyindən şübhələnmiş və selofan paketin içərisində nəsə qanunsuz bir əşya olduğunu ehtimal etmişdir. Rauf həbs edilib buraxılandan sonra Aqilənin marketə İran vətandaşına narkotik almaq üçün pul köçürməyə getdiyini ona bildirmişdir. Onun Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrdən istifadə edibetməməsi barədə hər hansı bir məlumatı olmamışdır. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ikinci ifadəsində göstərmişdir ki, Raufun BNMİ-nin əməkdaşları tərəfindən tutulmağını 16 iyul 2020-ci il tarixdə, axşam vaxtlarında dostu Qismətdən eşitmişdi. Təqsirləndirilən şəxs tutulub çıxdıqdan sonra onlar görüşmüş, Raufa müstəntiqin onu çağırdığını demişdir. Rauf ona narahat olmamağı tapşırmış, «polis ona heç nə edən deyil, söhbəti bağlayıb, sadəcə sonuncunu məsuliyətdən azad etmək üçün əlavə şahid lazımdır» sözlərini ona demişdir. Bundan sonra Rauf onu müstəntiqə nə deyəcəyi barədə öyrətməyə başlamışdır. O, Raufun bu cür ağır maddə ilə azadlığa çıxdığını görüb və məsələsini həqiqətəndə həll etdiyinə inanıb, həmçinin də Rauf onun uşaqlıq dostu olduğundan sonuncunun ona öyrətdiyi sözləri istintaqda deməyə razılıq vermişdir. Təqsirləndirilən şəxsla birlikdə müstəntiqin yanına gedəndə sonuncu yolda ona dəfələrlə öyrətdiklərindən suallar vermişdi ki, ifadə verəndə çaş-baş qalmasın. 16 iyul 2020-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən Raufun üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə elə Raufun özünə məxsus olmuşdur (iş vərəqə: 117-119, 142-144). Məhkəmə baxışı zamanı görülən bütün tədbirlərə baxmayaraq məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmə baxışı zamanı dindirilməsi mümkün olmadığından, onun ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir ilə yaxındır ki tanıyır, münasibətdəri normal olmuşdur. 16 iyun 2020-ci il tarixdə, təxminən günorta vaxtlarında kirayədə yaşadığı ünvan 6 ünvanda məhəllədə olarkən Təqsirləndirilən şəxs ondan birlikdə sığorta şirkətinə getməyi xahiş etmiş, onlar Raufun avtomaşını ilə «Gənclik»dəki səığorta şirkətinə getmişlər. Rauf orada işini gördükdən sonra sonuncu maşına əyləşib tanışı Floranı görmək üçün Yasamal rayonunda yerləşən «Space» telekanalının qarşısına getmişlər. Orada siqaret çəkmək üçün maşından düşmüşlər və həmin vaxt üç nəfər yaxınlaşaraq onları saxlamış, özlərini polis əməkdaşları kimi təqdim edərək adını soruşmuşlar. O, adının Qismət olduğunu dedikdə polis əməkdaşları onu sərbəst buraxmış, amma Raufu öz avtomaşınlarına əyləşdirib ərazidən uzaqlaşmışlar. O, taksiyə əyləşdikdən sonra dostu Səidə zəng edib baş verən hadisəni ona danışmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə sonradan eşitmiş, Raufla həmin günü birlikdə olan zaman sonuncunun üzərində və ya avtomaşınında narkotik vasitəsinin olmasını görməmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı mənzildə bir neçə dəfə olmuş və sonuncu tutulmamışdan təxminən bir neçə gün əvvəl Raufun Nərimanov rayonunda Şahid3 ilə birlikdə kirayədə yaşadığı mənzildə olan zaman soyuducudan su götürəndə bir neçə bükümdə olan heroinin olduğunu görmüşdür (iş vərəqə: 146-148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə barədə» 16 iyul 2020-ci il tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olaraq saxlanılan Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şəxsi axtarış aparılmış, təhqiqatçı üzərində hər hansı qanunsuz əşyaların olub-olmaması soruşduqda, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol arxa cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən bir ədəd alışqanı, bir ədəd tibbi spreyi, şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, 43 manat pulu, bir ədəd boş kağız parçasını və arxa sağ yan cibindən isə bir ədəd tibbi maskanı çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümlər polis əməkdaşları tərəfindən açılmış, bükümlərin içərisində daha beş ədəd başqa bükümlər aşkar olunmuşdur. Həmin bükümlər də polis əməkdaşları tərəfindən açılmış, hər bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitəyə bənzər maddələrin olması müəyyən edilmişdir. Hər bir büküm ayrı-ayrılıqda çəkilməklə bükülülərdəki maddələrin çəkilərinin müvafiq olaraq 5,06 qram, 5 qram, 5 qram, 4,93 qram və 4,97 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşlarının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin beş ədəd bükümlərdə aşkar edilmiş maddələrin narkotik vasitə olan heroin olduğunu, tanışı «Zəhra» adlı qadına verməsi üçün «Hədəf» adlı İran vətəndaşından alıb əldə etdiyini bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr olan bükülülər qablaşdırılmış, möhürlənmiş, qablaşdırmanın üzəri və yekunda tərtib olunan protokol bütün iştirakçılar tərəfindən ərizə və şikayətlər daxil olmadan imzalanmışdır. Şəxsi axtarış və götürmə prosesi videolentə alınmış və DVD formatda olan bir ədəd diskə yerləşdirilmişdir (iş vərəqə: 31-33). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD formatda olan diskdəki videogörüntülərə baxış keçirilməsi barədə 17 iyul 2020-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan videogörüntülər «şəxsi axtarış aparılması və götürmə barədə» 16 iyul 2020-ci il tarixli protokolun məzmununa uyğundur (iş vərəqə: 50). Bundan başqa, məhkəmə baxışı zamanı nqümayiş edilməklə tədqiq olunan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD formatda olan diskdəki videogörüntülərdən görünür ki, DVD diskdə olan həmin videogörüntülər «şəxsi axtarış aparılması və götürmə barədə» 16 iyul 2020-ci il tarixli və “DVD diskdəki videogörüntülərdən baxış keçirilməsi barədə” 17 iyul 2020-ci il tarixli protokolların məzmununa uyğundur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2020-ci il tarixli, 6/1321 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı olan paketdəki 5 (beş) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,660 qr., 4,791 qr., 4,724 qr., 4,704 qr., 4,776 qr., ümumi təmiz çəkisi 23,655 qr. olan qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkoik vasitə - heroindir. Həmin paketdəki 2 (iki) ədəd polietilen parçaları üzərində narkotik vasitə olan heroinin izləri vardır. Lakin, polietilen parçaları üzərində heroin iz şəklində olduğu üçün təqdim edilmiş 5 ədəd bükümdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (iş vərəqə: 39-44). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əlavə məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2021-ci il tarixli, 6/358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdə vət. Təqsirləndirilən şəxs götürülmüş 5 (beş) ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 17 iyul 2020-ci il tarixli, 6/1321 saylı ekspert rəyində göstərilmişdir (iş vərəqə: 192-195). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" Birgə Müəssisəsindən daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs ***-***-**-** saylı cin nömrəsi ilə istifadəsində olmuş mobil telefona 01 may 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan ismarıclar olan bir ədəd DVD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı cin nömrəsi ilə istifadəsində olmuş mobil telefona narkotik vasitələrin və psixatrop maddələrin alışı və satışı ilə bağlı çoxsaylı ismarıclar daxil olması və həmin şəxslərə ismarıclar göndərilməsi müəyyən edilmişdir. Belə ki, 01 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «ata lirika var?», 02 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «ata qutudan iki dənə böyük olmasın, normal düzəlt, verim uşuğa», 02 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «daş çubuk deyil, Güllüdür, ver onları o cürnə», 02 may 2020-ci il tarixdə ***-***- **-** saylı mobil nömrədən «hörmətsizlik eləyirsən e qaqaş, bilərəkdən diyanmışam, 3 dənə şüşə, 2 yarım birdə dördə bir», 03 may 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən «hər ikisindən yarı lazımdır, ha vaxt gəlim götürüm bu gün?», 24 may 2020-ci il tarixdə ***-***-**-**saylı mobil nömrədən «qaqa dünən yalvardım ki, qonağım var, mənə tema ver pulu ilə, gah dedin yoxdu, gah 5 manatın söhbətini elədin.», 24 may 2020-ci il tarixdə ***-***-**-**saylı mobil nömrədən «qaqa nə olar bir dəfə qaqaşına əl tut Rauf, dünəndən qonaqlarım var, sən öl sabah axşama kimi verirəm, mənə pulunnan 0304 patı ver də qaqa, podvadit eləmərəm arxayan ol.», 04 iyul 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «Elgündü, 2 dənə kola var.» və sair çoxsaylı ismarıclar daxil olmuş və göndərilmişdir. Tədqiq olunan protokoldan görünür ki, həmin ismarıcların mətni 04 vərəqədə olmaqla diskdən printer vasitəsilə çap edilərək cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 192-195). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 2444 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 139-140). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 3 nömrəli şəhər Poliklinikasından daxil olmuş 690 saylı, 02.09.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın psixiatriya kabinetində qeydiyyatda deyil (iş vərəqə: 138). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 23,655 qr. kustar üsulla hazırlanmış heroin narkoik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 23,405 qram hissəsi Səbail RPİ-də saxlanca verilmişdir. Ən nəhayət, müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının 22 fevral 2021-ci il tarixli qərarına əsasən 20020165 saylı cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi «Hədəf» adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 217-218). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdar təşkil etməsi və qeyd olunan narkotik vasitəni beş ədəd bükümdə, biri digərinə təxminən oxşar miqdarda əldə edilib saxlaması, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs və qeyriləri arasında aparılan sms yazışmaları təqsirləndirilən şəxsin aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və sonuncu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin narkotik vasitəsinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının və daşınmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 iyul 2020-ci il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 17 ünvanın yaxınlığında saxlanılarkən üzərində narkotik vasitə olmaması, saxlanıldıqdan sonra üzərində şəxsi axtarış prosesində tanımadığı polis əməkdaşlarının ona təzyiq göstərməsi, əvvəlcədən içində narkotik vasitə olan bükümləri üzərinə qoymağı və şəxsi axtarış zamanı çıxarıb təqdim etməyi bildirmələri barədə gətirdiyi dəlilləri isə onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi dəyərləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 120-121). Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs son söz mərhələsində məhkəmədən yayındığından və görülmüş tədbirlər müsbət nəticə vermədiyindən məhkəmənin 17 fevral 2022-ci il tarixli qərarına əsasən onun barəsində axtarış elan olunmuş və haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Qeyd olunan hal təqsirləndirilən şəxsi səciyələndirən hal kimi nəzərə alınsa da, bu, onun barəsində cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1- 61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 2444 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun axtarış nəticəsində tutulduğu 16 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində, yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs 16 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2020-ci il tarixədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırılsa da, həmin vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində 18 iyul 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında olan Təqsirləndirilən şəxs son söz mərhələsində məhkəmədən yayındığından və görülmüş tədbirlər müsbət nəticə vermədiyindən məhkəmənin 17 yanvar 2022-ci il tarixli qərarına əsasən onun barəsində axtarış elan olunmuş və haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2022-ci il tarixdə tutularaq İstintaq Təcridxanasına yerləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 16 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 18 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalı və cəza çəkməsinin əvvəli axtarış nəticəsində tutulduğu 16 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Səbail RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 23,405 qram heroin narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi bir ədəd və onun istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə 01 may 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan ismarıcların yükləndiyi bir ədəd - cəmi iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq müəyyən edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs 16 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 18 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli axtarış nəticəsində tutulduğu 16 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Səbail RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 23,405 qram heroin narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi bir ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 may 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan ismarıcların yükləndiyi bir ədəd - cəmi iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar