Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-88/2023 03.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, X8, xx xxxx 1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Salyan şəhəri, A.Ağazadə küçəsi ev 13-da qeydiyyatda olub və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 20-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 mart 2021-ci il tarixdə qanunsuz olaraq başqa mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,846 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımış və o, 24 mart 2021-ci il tarixdə Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 23:50 radələrində ünvan 1 ünvanda saxlanılaraq Nizami RPİ-nə gətirilərək üzərinə keçirilmiş axtarış zamanı qeyd olunan psixotrop maddə metametamin onun əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, onun narkotik vasitələrin satışında ittiham olunmağı Xəzər rayon polis idarəsinin ikinci polis bölməsinin rəisinin oyunudur. O, onların “rent-a-car”-ından maşın almışdır. O, maşının kreditini ödədikdən sonra maşın ona qalmalı idi. Amma o, krediti ödədikdən sonra onlar maşını ondan alacaqlarını dedilər. O , tutulmamışdan əvvəl Şahid3 məxsus Az **-OT-*** minik maşınını arendaya götürüb taksi kimi sürmüşdür. 30 iyun 2021-ci il tarixdə maşını ondan dostu Rac istədi. O da maşını Raca vermişdir. Rac maşını bir saatlıq götürmüşdü, lakin ondan xəbər çıxmadığı üçün o, Racın mobil nömrəsinə durmadan zəng etmişdir. Səhər saat 7:00 radələrində Racın telefonundan Şahid1 cavab verdi və telefonda Racın qızla saxlanıldığını deyib onun da ora gəlməli olmasını, gələndə üzərimdə “3-4 alma, özün bilirsən nə deyirəm” gətir dedi. O da 31 iyun 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində maşının sahibi Ağa ilə birlikdə bölməyə gəlmişdir. O, gələndə onu orada otağa salıb döymüşlər. Bölmədə onun başının arxasına, ovcuna, qıçına döymüşlər. Ona təzyiq göstərilməsi barədə prokurora, təhqiqatçıya, müstəntiqə və məhkəməyə demişdir. Ona bölmədə gah Raçın onun kirayə etdiyi maşında qadına qarşı soyqunçuluq edib əldə etdiyi əşyaları onun kirayədə yaşadığı mənzildə saxladıqlarını, gah narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu deyib, ondan iyirmi min manat pul tələb edirdilər. O da Orxana pulu olmadığını demişdir. Bundan sonra Orxan onun atasını da çağırıb onu da aldadıb ondan pul istəmişdir. Atasının da pulu olmadığını bildikdən sonra onun üzərinə narkotik vasitə qoyub, işin yüngül olması üçün vəkilə vermək adı ilə onun atasından dörd yüz manat pul almışdır. O, narkoman deyil. İstintaq zamanı ona ekspertin rəyini görməmişdir. Ekspertiza zamanı ondan narkotik vasitə qəbul edib-etməyini soruşmayıblar. Ondan heç bir analiz götürülməyib. Orxanın mobil telefonunun nömrəsi “210- 74-74”-dür. Özünün maşını kirayə etiyi Ağanın telefonunun nömrəsi “*** *** ** **”-dır. Nizami rayonunda da onun üzərindən narkotik vasitə çıxmayıb. 0.0834 qram narkotik vasitənin onun maşınından çıxdığını təsdiq edir. Onu da onun maşınına polis rəisi Mirbağır atıb. O, özünü elan olunmuş ittihamda təqsirli bilmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə müdafəçisi Əlisahib Qasımovun iştirakı ilə dindirilərəkən 24 mart 2021-ci il tarixdə Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 23:50 radələrində onun üzərindən götürülməsi iddia olunan 0,846 qram çəkidə psixotrop maddə metamfetamin əldə olunması halları ilə əlaqədar ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadələrində göstərmişdir: « … Əvvəllər ailəli olmuşam, lakin sonradan ayrılmışam. … 1 azyaşlı uşağımla Salyan şəhərində yaşayıram. 1-ci həyat yoldaşımdan olan uşağım dünyasını dəyişdikdən sonra özümü çox pis hiss etdiyimdən 2021-ci ilin fevral ayından narkotik vasitə olan metamfetamindən istifadə etməyə başladım. Belə ki, mən əvvəllər narkotik vasitəni 2 dəfə Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrosunun yaxınlığından alıb istifadə etmişəm. Sonuncu dəfə 21 mart 2021-ci ildə, təxminən saat 17 radələrində «Neftçilər» metrostansiyasının yaxınlığında tanımadığım şəxsdən 25 manata narkotik vasitə aldım və sonradan onun tən yarısını istifadə etdim və qalan hissəsini isə üzərimdə saxladım ki, sonradan istifadə edərəm. 24 mart 2021-ci ildə, təxminən saat 23.50 radələrində yaşadığım evdən çıxıb mağazaya gedən zaman mülki geyimli polis əməkdaşları məni saxlayıb Nizami RPİ-nə apardılar. Orada mənim üzərimə baxış keçirməyə başladılar. Mənə təklif olundu ki, üzərində olan qanunsuz əşya və predmetləri təqdim edin. Mən cins şalvarımın sol cibindən özümə məxsus üzərində uzun müddətdir ki, istifadə etdiym ***-***-**-** Bakcell nömrə olan «Vertu» markalı mobil telefonumu və sağ cibimdən isə 1 ədəd sellofanda narkotik vasitəni çıxarıb stolun üzərinə qoydum. Həmin maddənin nə olduğunu soruşduqda bildirdim ki, həmin maddə narkotik vasitə olan Metamfetamindir onu özüm üçün istifadə etmək məqsədi ilə üzərimdə saxlamışam. İfadəmi oxudum, öz sözlərimlə düzgün yazılıb, başqa əlavəm yoxdur. İfadəmin düz olmasını imzamla təsdiq edirəm”. Məhkəmədə elan edilib araşdırılmış 22 dekabr 2021-ci il tarixli ifadələrində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir. “ Mənə verilən suallara cavab olaraq bildirirəm ki, Salyan şəhəri, A.Ağazadə küçəsi, ev 13- də qeydiyyatdayam, lakin Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 1, mənzil 55-də həyat yoldaşımla kirayədə yaşayıram. Əvvəllər ailəli olmuşam, lakin sonradan ayrılmışam və o 1 yaşlı azyaşlı uşağımla Salyan şəhərində yaşayır. 2-ci həyat yoldaşımdan olan uşağım dünyasını dəyişdikdən sonra özümü çox pis hiss etdiyimdən 2021-ci ilin fevral ayından narkotik vasitə olan Metamfetamindən istifadə etməyə başladım. Belə ki, mən əvvəllər 2 dəfə narkotik vasitəni Nizami rayonu ərazisində yerləşən «Neftçilər» metrosunun yaxınlığından alıb istifadə etmişəm. Sonuncu dəfə 21 mart 2021-ci ildə, saat təxminən 17 radələrində «Neftçilər» metrostansiyasının yaxınlığında tanımadığım şəxsdən 25 manat narkotik vasitə aldım və sonradan onun tən yarısını istifadə etdim və qalan hissəsini isə üzərimdə saxladım ki, sonradan istifadə edərəm. 24 mart 2021-ci ildə, saat təxminən 23:50 radələrində yaşadığım evdən çıxıb mağazaya gedən zaman mülki geyimli polis əməkdaşları məni saxlayıb Nizami RPİ-nə apardılar. Orada otaqların birində videoçəkilişlə üzərimə baxış keçirməyə başladılar. Mənə təklif olundu ki, üzərimdə olan qanunsuz əşya və predmetləri təqdim edim. Mən şalvarımın sol cibindən özümə məxsus uzun müddətdir istifadə etdiyim ***- ***-**-** Bakcell nömrə olan Vertu markalı mobil telefonumu və sağ cibimdən isə 1 ədəd sellofanda narkotik vasitəni çıxarıb stolun üzərinə qoydum. Həmin maddənin nə olduğu soruşulduqda bildirdim ki, həmin maddə narkotik vasitə olan Metamfetamindir, onu özüm üçün istifadə etmək məqsədilə üzərimdə saxlamışam” Məhkəmədə elan olunmuş cinayət işinin materiallarından görünür ki, 02 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Xəzər rayon məhkəməsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini tərətmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özünün narkotik vasitələrin istifadəçisi olduğunu, hazırda onun barəsində Nizami RPİ-də İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin apardığını, hazırda ona elan olunmuş ittihamda olunan əməli törətmədiyini , həmin iş üzrə hədə-qorxu təsiri altında özünə qarşı etirafedici ifadələr verdiyini göstərmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası zamanı tanımışdır. Onunla hər hansı münasibəti, o cümlədən də, onunla yaxın münasibətləri və ya ədavətləri olmamışdır. İndi də yoxdur. Rəhman tutulanda özu Nizami RPİ-də NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Bölməyə Rəhmanın narkotik vasitələrdən istifadə etməsi barəsində əməliyyat məlumatı daxil olmuşdur. Onlar da məlumat əsasında 24 mart 2021 tarixdə, saatı dəqiq xatırlamır, gecə vaxtı təxminən saat 23:00 və ya 24:00 radələrində Təqsirləndirilən şəxs narkotik istifadə etdiyi üçün yaşadığı ünvan yaxınlığında saxlayıb Nizami polis idarəsinə gətirildi. Rəhmanın üzərinə axtarış keçirildi. Axtarış zamanı da o, iştirak etmişdir. Rəhmanın üzərində baxış keçirilən zaman o, Şahid6, təhqiqatçı və video çəkiliş aparan şəxs iştirak edirdi. Rəhmanı saxlayıb gətirən şəxslərdən biri də bölmənin digər əməkdaşı Şahid6 idi. Ağ kristal metamfetaminə bənzər maddə çıxdı. Onun üzərindən telefon və az miqarda şəxsi istifadəsi üçün narkotik vasitə metamfetamin aşkar olundu. Metamfetaminin miqdarını xatırlamır, amma xatırlayır ki, az miqdarda idi. Rəhmanın, səhv eləmirsə, əyinində cins var idi. Zərfə qoyulub ağzı 162-saylı möhürlə möhürləndi. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir: “ Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifısində işləyir. 24 mart 2021-ci il tarixdə alınmış məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində iş yoldaşı Şahid6 ilə birlikdə saat 23.50-də ünvan 1 ünvanda sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs Nizami RPİ-yə gətirmişlər. RPİ-nin xidməti otaqlarının birində onun üzərinə baxış keçirilən zaman üzərindən “Vertu” markalı mobil telefon və 1 ədəd sellofan bükümdə ağ rəngli kristall toz formasında spesifik iyə malik maddə aşkar olunmuşdur. Ondan həmin maddənin nə olduğu soruşulduqda, o, həmin maddənin metamfetamin olduğunu və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və hadisə barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır.» Şahid6 ifadələrində göstərdi ki, o, əvvəllər Nizami RPİ-də NMB-nin əmliyyət müvəkkili vəzifəsində xidmət etmişdir, hazırda Azərbaycan Respublikası DİN-nin Xaçmaz RPİ-nin CAŞnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Nizami RPİ-də NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi zamanı xidməti vəzifələrini icrası ilə əlaqədar tanmışdır. Onun Rəhmanla nə yaxınlığı, nə də ədavəti yoxdur. 24 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi barədə məlumat daxil oldu. Məlumatı yoxlamaq məqsədi ilə o və bölmənin digər əməliyyat müvəkkili Şahid5 ilə birlikdə onlar saat 23:00 radələrində Təqsirləndirilən şəxsı müəyyən elib bölməyə gətirmişlər. 2021-ci ilin mart ayının 24-də saxlamışlar. Onun üzərindən bir ədəd büküm metamfetaminə bənzər narkotik vasitə aşkar olundu. Metamfetamin Rəhmanın əynindəki cins şalvarın sağ cibindən çıxdı. Çox az miqdarda idi. Şəxsi istifadəsi üçün üzərində daşıdığını dedi. Yarısını istifadə etmişdi, yarısı üzərindən aşkar olundu. Narkotik vasitəni saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu üçün əməliyyat tədbiri həyata keçirildi. Metamfetamin Rəhmanın əynindəki cinsin şalvarın sağ cibindən çıxdı. Əməliyyatda başqa əməkdaşların iştirak edib-etməməsini xatırlamır. Metafetamin Rəhmanın üzrindən çıxıb, onun maşınından çıxmayıb. Həmin metamfetaminin Rəhman özünə məxsus olmasını təsdiq etmişdi. İndi bundan fərqli ifadə verməsinin səbəblərini bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 göstərmişdir: « o, Nizami RPİİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifısində işləyir. 24 mart 2021-ci il tarixdə alınmış məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində iş yoldaşı Şahid6 ilə birlikdə saat 23.50-də ünvan 1 ünvanda sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs Nizami RPİ-yə gətirmişlər. RPİ-nin xidməti otaqlarının birində onun üzərinə baxış keçirilən zaman üzərindən “Vertu” markalı mobil telefon və 1 ədəd sellofan bükümdə ağ rəngli kristall toz formasında spesifik iyə malik maddə aşkar olunmuşdur. Ondan həmin maddənin nə olduğu soruşulduqda, o, həmin maddənin metamfetamin olduğunu və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və hadisə barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 01 avqust 2021-ci il məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2021-ci il tarixli, 6/1177 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” və s. Yazılar. İmzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,846 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 22 iyun 2021-ci il tarixli, 2020 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 24 mart 2021ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,846 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iki ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi. Onun bu ifadələri ittihamı təsdiq edən sübutlar kimi təqdim olunmuş sübutlarla və həmin sübutların təsdiq etdiyi işin faktiki halları ilə müqayisəli tədqiq olunduqda onun bu ifadələri təkzib olundu. Çünki onun bu ifadələri onun özünün ibtidai istintaq zamanı verdiyi ittihamı təsdiq edən ifadələri ilə, təqsirləndirilən şəxsin həmin ifadələrində göstərdiyi halları təsdiq edən şahidlər Şahid5, Şahid6 ifadələri ilə, 25 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə, içərisində ağ rəngli kristal toz formasında maddənin təqdim edib həmin maddənin metamfetamin adı ilə tanıdığı narkotik vasitə olduğunu, “Neftçilər” metrostasiyasının yaxınlığından 21 mart 2021-ci ildə saat 17:00 radələrində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini bildirməsini təsdiq edən həmin tarixli protokolla, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş maddənin 0,846 qram ağ rəngli, kristal şəkilli kütlənin kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin olmasını təsdiq edən materialların məhkəmə ekspertizasının 25 mart 2021-ci il tarixli rəyi ilə və iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş götürülmüş 0,846 qram çəkidə psixotrop maddə metamfetamin ilə təsdiq olundu. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli törətməmişdən qabaq, törədərkən və törətdikdən sonrakı davranışlarını müzakirə edib hesab edir ki, o, həmin əməli törətmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın bu hissəsini təkzib etdiyi ifadələrini özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir və həmin əməli onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənəatinə gəlir. Bundan başqa ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 4,312 qram çəkidə-külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,844 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat” marketin yaxınlığına daşımaqda təqsirləndirilir. Təqsirləndirilən şəxs həmin ittihamda özünü təqsirli bilməyib göstərdi ki, onun narkotik vasitələrin satışında ittiham olunması 2-ci polis bölməsinin rəisinin oyunudur. O, onların “renta-car”-ından maşın almışdır. Maşının kreditini ödədikdən sonra maşın ona qalmalı idi. Amma o, krediti ödədikdən sonra onlar maşını ondan alacaqlarını dedilər. O tutulmamışdan əvvəl Şahid3 məxsus Az **-OT-*** minik maşınını arendaya götürüb taksi kimi sürmüşdür. 30 iyun 2021-ci il tarixdə maşını ondan dostu Rac istədi. O da maşını Raca vermişdir. Rac maşını bir saatlıq götürmüşdü, lakin ondan xəbər çıxmadığı üçün o, Racın mobil nömrəsinə durmadan zəng etmişdir. Səhər saat 7:00 radələrində Raçın telefonundan polis əməkdaşı Şahid1 cavab verdi və telefonda Racı qızla saxladığını deyib onun da ora gəlməli olmasını, gələndə üzərində “üç-dörd alma, özün bilirsən nə deyirəm” gətir dedi. O da 31 iyun 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində maşının sahibi ilə Ağa ilə birlikdə bölməyə gəlmişdir. O, gələndə onu orada otağa salıb döymüşlər. Bölmədə onun başının arxasına, ovucuna, qıçına döymüşlər. Ona təzyiq göstərilməsi barədə prokurora, təhqiqatçıya, müstəntiqə və məhkəməyə demişdir. Ona bölmədə gah Racın onun kirayə etdiyi maşında qadına qarşı soyğunçuluq edib əldə etdiyi əşyaları onun kirayədə yaşadığı mənzildə saxladıqlarını, gah narkotik vasitələrin alqı satqısı ilə məşğul olduğunu deyib, ondan iyirmi min manat pul tələb edirdilər. O da Orxana pulu olmadığını demişdir. Bundan sonra Orxan onun atasınını da çağırıb onu da aldadıb ondan pul istəmişdir. Atasının da da pul olmadığını bildikdən sonra onun üzərinə narkotik vasitə qoyub, işin yüngül olması üçün vəkilə vermək adı ilə onun atasından dörd yüz manat pul almışdır. O, narkoman deyil. İstintaq zamanı ona ekspertin rəyini görməmişdir. Ekspertiza zamanı ondan narkotik vasitə qəbul edib-etməyimi soruşmayıblar. Ondan heç bir analiz götürülməyib. Orxanın mobil telefonunun nömrəsi 210 74 74-dür. Özünün maşını kirayə etiyi Ağanın telefonun nömrəsi *** *** ** **-dur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixli ifadəsində təqsirləndirilən şəxs qismində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir: “ 2010-cu ildə ailə həyatı qurmuş, 2012-ci il təvəllüdlü Milnurə adlı qız övladı vardır, lakin, həyat yoldaşından ayrılmış və uşağa görə 2 ildir ki, 170 manat aliment ödəyir. O 2021-ci ilin mart ayında üzərində psixotrop maddə metamfetamin saxladığı üçün Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və barəsində Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə müstəntiq Məmmədağa tərəfindən cinayət işinin istintaqı aparılır. O 1 ildən artıqdır ki narkotik vasitə hesab edilən “Heroin”-dən və “Metamfetamin”-dən istifadə edir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manata 1 ədəd siqaret kağızı bükümündə metamfetamin və 1 ədəd siqaret kağızı bükümündə heroini şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə 17:30 radələrində Buzovna qəsəbəsində “Rahat” marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edən xidməti vəsiqələri göstərmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda o da özünü onlara təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Belə olan halda könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün polis şöbəsinə gətirilmişdir. Həmin polis şöbəsində o xidməti otaqların birinə keçmiş və şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, ona Bakı şəhəri 8 saylı Vəkil bürosundan X6 adlı vəkil dövlət hesabına müdafiəçi kimi təqdim olunmuşdur. Daha sonra onun üzərinə videoçəkilişlə axtarış keçirilərkən təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o da könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd siqaretin gümüşü kağızında olan bükümlərdə olan heroini və metamfetamini otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğusual zamanı etiraf edərək həmin bükümlərdəki maddənin “şüşə” adlanan metamfetamin və digərinin heroin olmasını həmin gün səhər Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata alaraq əldə etdiyini və cibində gəzdirdiyini bildirmişdir. Onun həmin heroini və metamfetamini kiməsə satmaq məqsədi olmamışdır”. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində yenidən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixli ifadələrində göstərmişdir. “ Mənə verilən suallara cavab olaraq bildirirəm ki, ... Bundan başqa xx.xx.2021-ci il tarixdə saat təxminən 23 radələrində dostum Şahid7 istifadəmdə olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq bildirdi ki, ailəüzvləri ilə birlikdə qaynatasıgilə getməlidir və məndən etibarnamə əsasında idarə etdiyim “Toyola Prius” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili istədi. Təxminən 30 dəqiqə sonra Şahid7 mənim yaşadığım ünvan 5 ünvanına gəldi. Bir qədər söhbət etdikdən sonra Rac məndən idarə etdiyim “Toyota Prius” markalı, **- XP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını istədi. Mən avtomobili Şahid7 verdim bir qədər televizora baxıb yatdım. xx.xx.2021-ci il tarixdə təxminən saat 03 radələrində yuxudan oyanıb Şahid7 qayıtmadığını görüb onun xatırlamadığım mobil nömrəsinə özümə məxsus 055-284- 99-68 saylı mobil nömrə ilə zəng vurdum, bir neçə dəfə zəng etsəm də, Şahid7 telefona cavab vermədi. Həmin gün saat 06 radələrində yenidən Racın həmin mobil nömrəsinə zəng vurdum, bir nəfər şəxs həmin vaxt telefona cavab verib özünü Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim etdi. Şahid1 məndən kim olduğumu soruşdu, mən də ona bildirdim ki, Racın dostuyam və avtomobilim ondadır. O, Racın spirtli içki qəbul edərək bir nəfər şəxslə münaqişə etdiyini, ona görə də şöbəyə gəlirildiyini, avtomobilin də şöbədə olduğunu bildirdi. Mən Şahid1 dedim ki, avtomobil mənim deyil etibarnamə əsasında günü 25 manata icarə haqqı ödəməklə idarə edirəm və həmin avtomobil Ağa adlı bir nəfər şəxsə məxsusdur. Orxan mənə dedi ki, avtomobilin dalınca özüm və ya Ağa ilə birlikdə gedə bilərəm, dostum oradan çıxartmaq üçün ona 2-3 alma aparmağımı xahiş eldi. Bundan sonra mən Ağaya istifadəmdə olan mobil telefondan zəng vurub hadisəni ona danışdım, Ağa ilə Neftçilər metrosunun yaxınlığında görüşüb söhbət etdik, bir qədər sonra bizim yanımıza əvəllər tanımadığım Turan Heydərov gəldi və biz Ağanın idarə Range Rover markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 14 radələrində Xəzər RPİ-nin 2-ci polis şöbəsinə getdik, əvvəlcə Ağa şöbəyə gəldi, bir qədər sonra şöbədən Ağa çıxaraq mənə dedi ki, Şahid1 məni çağırır. Mən də Ağa ilə birlikdə şöbəyə girib və ikinci mərtəbəyə qalxdıqda sağ tərəfdə yerləşən otağa daxil olduq. Otaqda olan şəxs mənə dedi ki, səninlə danışan Şahid1 mənəm. Orxan ayağa qalxaraq mənə dedi ki, mənim Racla nə əlaqəm var. Mən də ona dedim ki, Rac mənim əsgər yoldaşımdır və ailəvi gediş-gəlişimiz var. Orxan mənə dedi ki, Rac narkotiklə tutulub bəs deyir ki, narkotik mənimdir. Mən də Şahid1 dedim ki, mənim narkotiklə əlaqəm yoxdur, bu sözlərimdən sonra Şahid1 mənim üzərimə Ağanın yanında gələrək sifətimin sol tərəfindən sillə ilə, yumruqla isə sinəmdən vurdu. Ağa Orxana dedi ki, sən neynirsən Orxan da ona dedi ki, sən buna verdiyin avtomobillə bu narkotik paylayır. Mən də Orxana dedim ki, yalandan şər atma. Bundan sonra Orxan masanın üzərindən xidməti telefonunu götürüb kiməsə zəng vurdu və bir neçə dəqiqə sonra kimsə əlində qandal polis geyimində içəriyə daxil oldu və mənim qollarıma arxadan qandalı vurdu. Həmin vaxt mən Orxana dedim ki, sən neynirsən, Orxan da mənim üzərimə gələrək yumruq təpiklə vurub yerə yıxdı. Otaqda olan polis mənə köməklik edib ayağa qaldırdı. Həmin vaxt Ağa Orxana dedi ki, imkan ver söhbət edək və məni dəhlizə çıxardılar. Mən şərləndiyimi başa düşüb qaçmağa başladım və şöbənin həyətindən küçəyə çıxıb 10-15 metr uzaqlaşmışdım ki, qaçım gedim mənim üzərimə 5-6 nəfər polis əməkdaşı düşərək döyüb şöbəyə saldılar. Şöbənin içərisində mən döyüldüyümdən huşumu itirdim. Ayıldıqda mən artıq şöbənin dəhlizində yerə oturaq vəziyyətdə idim, həmin vaxt Orxan məni yumruq və təpiklərlə vuraraq ünvanıma nalayiq söyüşlər işlədirdi. Orxan cibindən “kent” siqaret qutusunu çıxardıb cibimə qoyub sonra çıxardıb dedi ki, bax bu səndən çıxdı və qutunu açdı və oradan 1 ədəd selofana bükülmüş bükülü və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü göstərib dedi ki, gedək otaqda baxaq görək bu nədir. Həmin vaxt dəhlizdən 2-ci bölmənin rəisi Mirbağır Bağırov keçdi və Orxan onu görən kimi dedi ki, mənim cibimdən narkotik vasitə aşkar etdilər, həmin sözləri Orxan gülümsəyərək rəisinə dedi. Bundan sonra məni 2-ci bölmənin rəisi Mirbağır Bağırovun xidməti otağına apardılar. Otaqda mən Mirbağıra dedim ki, mənim üzərimdən narkotik vasitə çıxmayıb, onu Orxan cibimə qoyub. Mirbağır da mənə dedi ki, bu harasıdır, evindən hələ 1 kq narkotik vasitə çıxardacam. Bundan sonra polis əməkdaşları cibimdən yaşadığım mənzilin açarlarını, 83 manat pulumu, “İphone 7” markalı mobil telefonumu, “Rotman” markalı siqareti və alışqanımı götürdülər. Bundan sonra Mirbağır mənə dedi ki, üzərimdən çıxan narkotik vasitəni boynuma götürüm, əks halda evimdən külli miqdarda narkotik vasitə aşkar edəcəklər. Mən onunla razılaşmadım və Mirbağır mənim sifət nahiyəmdən bir dəfə sillə, qasıq nahiyyəmdən iki dəfə təpiklə vurdu. Həmin vaxt mən zərbənin təsirindən yerə yıxıldım və böyrək nahiyəmdən dözülməz ağrılar tutduğundan mən yerdə burulub qışqırdım, onlar mənim vəziyyətimin pis olduğunu görüb məni ayaqyoluna apardılar. Mən orada gördüm ki, sidiyimdən qan gəlir. Mən polislərə dedim ki, mən pis gündəyəm qan ifraz edirəm, kimsə mənə 2 ədəd ağrıkəsici dərman gətirdi, mən dərmanın nə olduğunu bilmədən qəbul etdim. Bundan sonra məni növbətçi hissədə yerləşən saxlama otağına saldılar. Həmin vaxt mənim qollarım arxa tərəfdən qandalla vurulmuşdu, elə vəziyyətdə təxminən 2 saat qaldım, sonra məni Orxanın otağına apardılar. Orada Orxan məni yenidən yumruq və təpiklərlə vurdu və sonra məni digər otağa apardılar. Orada kimsə mənim işimi sənədləşdirdi, sonradan mənə məlum oldu ki, həmin şəxs təhqiqatçıdır. Mən həmin şəxsə dedim ki, bölməyə heç kim narkotik vasitə ilə gəlmir, mənim üstümdən narkotik vasitə çıxmayıb. Əgər sən bunu sənədləşdirsən mən imza atmayacam, o, da mənə dedi ki, ona aid deyil və sənədləşmə qurtarandan sonra mənə dedi ki, imza et mən də ona dedim ki, imzalamayacağam. Bundan sonra o, Oraxana zəng vurdu, Orxan ona 2 saat ərzində gələcəyini bildirdi və məni saxlama yerinə apardılar. Təxminən 2 saat keçdikdən sonra məni təkrar Orxanın otağına apardılar və orada Orxan məni yumruq və təpiklərlə döydü və məni məcbur etdi hər şeyi boynuma götürüm. Mən də döyülməyim deyə dedim ki, boynuma götürürəm. Bundan sonra məni başqa otağa apardılar və siqaret qutusunu içərisində narkotik vasitə ilə birlikdə cibimə qoyub dedilər ki, video çəkiliş aparılacaq və boynuma götürməliyəm ki, üzərimdən çıxan narkotik mənimdir və həmin narkotiki Suraxanı rayonundan tanımadığım adamdan almışam. Bundan sonra video çəkilişlə baxış keçirildi və mən həmin vaxt dedim ki, üzərimdən aşkar edilmiş narkotik vasitə mənimdir və polis əməkdaşları məni Buzovna qəsəbəsində Rahat marketin qarşısında tutub bölməyə gətiriblər. Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, Orxan və Mirbağır məni döyərkən müxtəlif dərəcəli xəsarətləri almışam, belə ki, hər iki biləyimdən kəsilmiş, sağ dizimin diz qapağında göyərti və qançır, başımın ənsə nahiyyəsində şişkinlik və qasıq nahiyəmdən şişkinlik, sağ ovucumun sıyrığı xəsarətləri almışam. Şübhəli şəxs qismində və xx.xx.2021-ci il tarixdə mənə ittiham elan edilərkən mənim adımdan yazılan ifadələri təsdiq etmirəm, məzmunundan xəbərim olmadan imzalamışam, həmin ifadələr yazılarkən vəkilim iştirak etməyib. xx.xx.2021-ci il tarixdə müqavilə əsasında məni müdafiə edən vəkil Müdafiəçi mənimlə görüşən zaman mənə ifadələrimi deyəndə, mən ona bildirdim ki, mən belə ifadə verməmişəm. Həmin vaxt mən fiziki və psixoloji təsir altında olduğumdan məcbur qalaraq narkotik vasitənin mənim olmasını boynuma götürmüşəm. Şahid1la əvəllər düşmənçiliyim və ya ədavətim olmamışdır. Mirbağır Bağırovun qohumu Şəhriyar Mürsəlzadə ilə aramızda əvəllər ədavət olub, ədavətimizin səbəbi onun mənə 18000 manat borcunun olmasıdır, o, bu günə kimi pulumun 6000 manatını qaytarıb, pulumun qalanını istədikdə o məni qohumu Mirbağır vasitəsilə hədələyib tutduracağını deyib. Özümü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmirəm. Onunla bağlı mənə verilmiş ittihamlar tam qanunsuz və əsassızdır”. Şahid1 ifadədələrində göstərdi ki, 2009-cu ildən daxili işlər orqanlarında və 2021-ci ilin may ayından etibarən Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hazırda sərəncamdadır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti, yaxınlığı olmayıb. Rəhman tutulmasından əvvəl onu tanımamışdır. Əməliyyat video çəkilişlə təmin olunmuşdur. Onlar Rəhmana heç bir fiziki zor göstərməyiblər. Təqsirləndirilən şəxs bunları həmin vaxt kamera qarşısında deyə bilərdi. O, saxlanılanda özünü hər bir formada müdafiə etmək istəyirdi. O, əməliyyat zamanı Elvinlə olmuşdur. Təqsirləndirilən şəxs Elvindən yox, məhz ondan şikayət edir. O, bunun səbəbini bilmir və Rəhmanın tutulma vaxtını xatırlamır. Amma hardasa axşam tərəfi idi. O, Rəhmanı nə vaxt tutmuşdumsa, elə həmin vaxt da işin materiallarında qeyd olunub. Həmin şəxs elə saxlandığı gündən tutulub. Ondan metamfetamin və heroin tapıldı. Onun şalvarında tapıldı. Pencək geyinməmişdir axı. Tutulub, polis şöbəsinə gətirilib. Xeyr, o, Təqsirləndirilən şəxsla telefonla danışmamışdır. O, Rəhmana məxsus maşınının şöbəyə kim tərəfindən gətirilməsini bilmir. Xeyr, onun maşının bölməyə gətirilməsi ilə bağlı təqsirləndirilən şəxslə danışmamışdır. Xeyr, o vaxt o, hazırda üstündə olan telefon nömrəsindən istifadə etməmişdir. Rəhman şöbəyə saat 4-də gətirilib, növbətçi hissəyə təhvil verilib. Növbətçi hissə də onu təhqiqatçıya təhvil verib. Rəhmanın şəxsi axtarışda təhqiqatçı və əməliyyatçı iştirak edib. Ümumiyyətlə, cənab nazirin və ölkə başçısının göstərişi ilə polis bölməsində heç bir vətəndaşa fiziki təsir göstərilə bilməz. Prokurorun qərarı var. Hər hansı bir fakt olsaydı, yəqin mənə cəza verilə bilərdi. Tamamilə yalandır, elə bir şey olmayıb. Sizin orada göstərdiyiniz mobil nömrə ona aid deyil. O, təqsirləndirilən şəxsin atası, anası ilə hər hansı telefon danışığı olmayıb. Yenə də deyir ki, onlar təqsirləndirilən şəxsi 17:30-da saxlamışlar. Şəxsin göstərdiyi mobil nömrə isə ona aid deyil. O, Təqsirləndirilən şəxs atasından 400 manat almamışdır. Onun atası ilə telefonla da danışmamışdır, birinci növbədə onun səlahiyyəti yoxdur ki, gedib onun evində axtarış aparsın. Xeyr, təqsirləndirilən şəxin mənzilinə getməmişdir. Xeyr, heç bir araşdırma aparılmayıb. Rəhmanı təhqiqatçıya təhvil vermişlər. Rəhmandan tutulan malın miqdarını xatırlamır, mal metamfetamin və heroin idi. Deyəsən 200 iki yüz manata aldığını deyirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində göstərmişdir: “2009-cu ildən Daxili İşlər orqanlarında və 2021-ci ilin may ayından etibarən Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 31 .07.2021-ci il tarixdə, xx.xx.1989-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Xətai rayonu, Sarayevo küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra birgə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat” marketin yaxınlığında yeri müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmaqlarını, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olmasını bildirərək Xəzər RPİ-nin 2-ci PŞ-nə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və sonuncu Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirildikdən sonra araşdırma aparılması təhqiqatçı polis mayoru İlqar İsmayılova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 8 saylı Vəkil Bürosundan X6 müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd siqaretin gümüşü kağızı bükümünə bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq təqdim edib həmin bükümlərdən 1 ədədində “heroin” olduğunu və digər 1 ədəd bükümün içərisində isə psixotrop maddə “metamfetamin” olmasını və xx.xx.2021-ci il tarixdə Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə və narkotik vasitəyə bənzər iki ədəd siqaret kağızı bükümündəki maddələr zərfə qoyularaq möhürlənmişdir. Tərtib edilmiş protokolu və zərfi Təqsirləndirilən şəxs, o və iştirakçılar oxuyub imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair isti izlərlə və ya sonradan hər hansı fakt aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, təzyiq edilməmişdir”. Şahid2 ifadələrində göstərdi ki, o, 2012-ci ildən daxili işlər orqanlarında və 2019-cu ildən etibarən Xəzər RPİ-nin 2 ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında heç bir münasibətləri olmamışdır. Tarixi xatırlamır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barəsində məlumat əsasında Xəzər RPl-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1la birlikdə əməliyyat tədbiri keçirildi. Tədbir zamanı Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb bölməyə gətirildi. Onun üzərində axtarış aparlıdı. Təqsirəndirilən şəxsin üzərində heroin və metamfetamin aşkar edildi. Siqaret qutusuna bükülmüşdür. O, narkotik vasitənin qramını xatırlamır. Şəxsi axtarış idarədə keçirildi. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq olmayıb. Təqsirləndirilən şəxsi idarəyə aparmaq üçün əsas əməliyyat məlumatın daxil olması idi. Məlumat Rəhmanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idi. O, əməliyyat qrupunun nə vaxt yaradıldığını xatırlamır. Əməliyyat qrupunun rəhbəri o, olmuşdur. X9 aparırdı. Təqsirləndirilən şəxs yalan deyir. Ondan qabaq “Şahid7” adlı şəxs 2-ci PŞ-nə gətirilməyib. Çəkiliş zamanı təqsirlənirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, satışı ilə məşğul olmadığını bildirdi. Rəhmanın üzərinə baxış keçirilərkən müdafiəçi iştirak etmişdir. O, Rəhmana təzyiq göstərməmişdir və döyməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir: “İş üzrə məlum olan hallarla bağlı göstərə bilərəm ki, 2019-cu ildən etibarən Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyirəm. Polis leytenantı xüsusi rütbəsindəyəm. Təqsirləndirilən şəxs əvvəllər tanımamışam və onunla heç bir ədavətim, düşmənçiliyim yoxdur. xx.xx.2021-ci il tarixdə etibarlı mənbədən daxil olmuş xx.xx.1989-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan və Xətai rayonu, Sarayevo küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edildi. Daha sonra birgə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:30 radələrində Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat” marketin yaxınlığında yeri müəyyən edildi və biz həmin şəxsə özümüzü təqdim edərək polis əməkdaşları olmağımızı, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olmasını bildirərək Xəzər RPİ-nin 2-ci PŞ-nə getməli olmasını izah etdik. Təqsirləndirilən şəxs da etiraz etmədi və sonuncu Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirildikdən sonra araşdırma aparılması təhqiqatçı polis mayoru İlqar İsmayılova həvalə edddı. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 8 saylı Vəkil Bürosundan X3 müdafiəçi qismində dəvət edildi, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edildi. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd siqaretin gümüşü kağızı bükümünə bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq təqdim edərək həmin bükümlərdən 1 ədədində “heroin” olduğunu və digər 1 ədəd bükümün içərisində isə psixotrop maddə “metamfetamin” olmasını və xx.xx.2021-ci il tarixdə Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almasını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə və narkotik vasitəyə bənzər iki ədəd siqaret kağızı bükümündəki maddələr zərfə qoyularaq möhürləndi. Tərtib edilmiş protokolu və zərfi Təqsirləndirilən şəxs, mən və iştirakçılar oxuyub imzalarla təsdiq etdik. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair isti izlərlə və ya sonradan hər hansı fakt aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, təzyiq edilməmişdir. İfadəmi oxudum, mənim sözlərimlə düzgün yazılıb, doğruluğunu öz imzamla təsdiq edirəm”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadələrində Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ilə bağlı göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ilə bağlı göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai İstintaq zamanı Şahid2 15 dekabr 2021-ci il tarixdə ifadəsi yerində yoxlanılmış və o, Təqsirləndirilən şəxs saxlanıldığı yer kimi Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin qarşısını göstmişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs onun oğludur. Oğlunun üzərinə külli miqdarda narkotikin qoyulması onun polis əməkdaşları ilə razılaşmadıqdan sonra oldu. Onu bölməyə çağırmışlar. O da bölməyə getmişdir. Orada ona Rəhmanı polis əməkdaşı Şahid1 tutduğunu dedilər. O da Orxana yaxınlaşmışdır. Orxan da ona əməliyyatçı Zaur adlı şəxslə danış dedi. Zaur dedi ki, Rac Rəhmanın maşınında qadını qarşı soyğunçuluq törədib və onun qızıllarını götürüb və Rəhmanın kirayə yaşadığı mənzildə saxlayırlar. Qadının qızı ilə birlikdə Rəhmanın kirayədə yaşadığı evdə axtarış aparacaqlarını dedi. O da ilk əvvəl Zaura inanmışdır və bundan sonra onlar Əhmədliyə evə getmişlər. Orada binanın yanın çatdıqda, qız, Orxan, BŞBPİ-dən gələn şəxs həyətdə qaldılar. O isə Zaurla evə qalxmışlar. Mənzilin qapısına çatanda Zaura zəng gəldi. Zəngdən sonra Zaur qızılın və pulun maşından tapıldığını, evə keçməyə ehtiyac olmadığını dedi. Bundan az sonra polis əməkdaşları bunların hamısının qurma olduğunu deyib ondan 20000 manat pul istədilər. O da onda o qədər pul olmadığını demişdir. Polis əmkdaşları isə ona get nə deyirlər düzəlt dedilər. O da evə getmişdir. O, evə getdikdən sonra Orxan ona zəng vurub nə qədər düzəltdiyimi soruşdu. O da heç nə düzəldə bilmədiyini demişdir. Orxan da dedi ki, onda 500 manat vəkil pulunu düzəlt. O da 300 manat pul tapıb Orxana vermişdir. Orxan da pulu ondan alıb pulu rəisin yanına apardı. Rəisin yanından çıxıb dedi ki, 100 manat da tap gətir. O da sonra 100 manat tapıb gətirib Orxana vermişdir. O da ona evin açarını qaytarıb Rəhmanı sabah səhər cərimə ilə buraxacaqlarını dedi. Ancaq buraxmadılar. O, səhəri günü bölməyə gedəndə orada ona Rəhman barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə iş başlandığını, müstəntiqinin Musa Həsənov olduğunu dedilər. O da Musaya yaxınlaşmışdır. Musa müəllim də Rəhmanın vəkili olmadığını bildirib, pulunu Orxandan geri götür dedi. O da Orxana zəng vurmuşdur. Orxanın telefonunu Samir açdı və Orxanın əməliyyatda olduğunu və saat 3-də gələcəyini dedi. O da sonra Zaura zəng etmişdir. Zaur da onu bölməyə çağırmışdır. O da Zaura bölməyə gəlməyəcimi bildirib sözü varsa ondan özünün gəlməsini tələb etmişdir. Bundan sonra o, qonşulara demişdir ki, gəlsinlər və Zaurun gəlməyini görsünlər. Zaur məhəlləyə gəlib pulu sayıb ona verdikdən sonra o, Zaura onun başının üstündə kamera olduğunu demişdir. O, 2-ci PB-də təxminən saat 16:10 radələrində olmuşdur. Həmin vaxt Rəhman da 2-ci polis bölməsində idi. Rəhman bölməyə Ağa və Turan ilə gedib. O, Rəhmanın başına gətirilən oyun barədə aidiyyatı qurumlara ərizələr yazmışdır, lakin heç bir tədbir görülməyəib. Rəhman küçədə tutulmayıb, onu Orxan polis bölməsinə çağırıbdır. Rəhman da taksi kimi istifadə etdiyi maşının sahibi ilə birlikdə bölməyə gedib. Orxan bölmədə Ağa ilə görüşdükdən sonra Rəhmanın da bölmənin həyətində olduğunu bilib onu da çağırtmış və Rəhman içəri girən kimi onu döymüşdür. Bundan sonra Rəhman bölmədən çölə çıxmayıb. Bölmədə olan adamı onlar deyirlər ki, saat 17:30 dəqiqədə Buzovna qəsəbəsi, “Rahat” marketin yaxınlığında tutublar. Tam yalandır. Həmin vaxtda həm Orxan, həm də Rəhman polis bölməsində olmuşlar. “Rahat” marketin qabağında olmayıblar. Şahid1 onu tanıyır. Ona Rəhman tutulan tarixdə saat dördün yarısında yarısında zəng ediblər. Dedi ki, gəli Buzovnaya. Sonra da dedi ki, onda guya narkotik aşkar olunub. O da getmişdir oraya. Dördün yarısında orada olmuşdur. Deyiblər ki, Orxan əməliyyatdadır. Deyiblər ki, gözlə, gələcək. O da gözləmişdir. Sonra o, mülki formada olan bir nəfəri gətirdi bölməyə. Onu, tualetin yanına aparıb yerə yıxıb-döydü. Bunu o, gözü ilə görmüşdür. Bəli, saat 4-də oğlu Rəhman tutulmuşdu. Rəhmanı Şahid1 tutumuşdu. Rəhmanın maşını orada idi. Orada Orxan deyirdi ki, bu bizim mayordu, əməliyyatçıdır, bununla danış. Oğlunu tutmuşuq, budur, bu danışacaq səninlə. Həmin şəxs də dedi ki, gecə Rac Rəhmanın maşını ilə qızla harasa gedəndə Rəhmanın maşını ilə adam vurublar. O adamı da aparıblar xəstəxanaya, qadının sumkasındakı qızılları və pulları oğurlayıblar. Maşının nömrəsi onlara xəstəxanada verilmişdir. Qızın əşyalarını da, pullarını da guya Əhmədli ərazisində oğlu gizlədir. O de demişdir ki, yaxşı, oğlu gizlədirsə, getsin, çıxartsın ortalığa. Dedi yox, qızla bir yerdə gedəcəyik axtarış eləməyə. O da demişdir ki, lap yaxşı. Olsun. Gözləmişlər. Saat yeddi, səkkizin yarısı Orxan qızı gətirdi. O, qızı “Xana” kimi təqdim etdi. Mindilər taksiyə. O da demişdir ki, siz gedin, o da taksi tutub, gələcəkdir. Dedilər, yox, Bakı şəhər Baş Polis İdarəsindən maşın göndərəcəklər. 405 nömrəli qara rəngli “Ford” gəldi. Rəhmanı Orxan günahsız tutubdur. Başqa əlavəsi yoxdur . Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir: “X5 onun həyat yoldaşımdır. Təqsirləndirilən şəxs isə onun doğma oğludur və oğlu tutulana qədər icarə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olurmuş. Oğlu Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış və heç bir narkotik vasitə istifadəçisi olmamışdır. 2008-ci ildən 2013-cü ilə qədər polis nəfəri kimi PPX-də və YPX-də sürücü kimi işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində onun Maştağa qəsəbəsində evimə gələn tanımadığı şəxs bildirmiş ki, oğlu Təqsirləndirilən şəxs avtomobilini götürmək üçün Xəzər RPİ-nin 2-ci PŞ-nə Ağa adlı şəxslə getmiş və oradadır. O da narahat qaldığı üçün Rəhmanın mobil nömrəsinə zəng etdikdə onun nömrəsinə zəng çatmamış, o da başa düşmüş ki, nəsə problem var. Bu səbəbdən o taksi avtomobili ilə Buzovna qəsəbəsində yerləşən Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə getmişdir. Orada görmüş ki, oğlu Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin həyətindədir. O şöbənin növbətçi hissəsindəki polis əməkdaşına yaxınlaşaraq oğlu Təqsirləndirilən şəxs məxsus həmin avtomobilin nə səbəbə bura gətirilməsini və oğlu Rəhmanın harada olmasını soruşduqda ona bildirmişlər ki, Orxan adlı əməliyyat müvəkkilinə yaxınlaşıb maraqlansın və həmin vaxt ona demişlər ki, Orxan çıxıb şöbədən və 10 dəqiqəyə qayıdacaqdır. O da polis şöbəsinin həyətində gözləmiş, bir müddət sonra Orxan şöbəyə gəlmiş və o sonuncuya yaxınlaşaraq özünü təqdim etmiş və Təqsirləndirilən şəxs atası olduğunu bildirmiş və nə səbəbə oğlu Rəhmanın və avtomobilinin saxlanılmasını ondan soruşmuşdur. Orxan da ondan bu barədə kimə məlumat verməsini soruşduqda o, Orxana oğlu Rəhmana zəng çatmadığı üçün və ona 2-ci PŞ-də avtomobilinin arxası ilə avtomobilin sahibi Şahid3lə birlikdə getməsini dediklərindən maraqlanmaq üçün gəldiyini bildirmişdir. Orxan da demiş ki, əgər gəlmisənsə bu barədə Zaur adlı polis əməkdaşı ilə danışın. O da həmin vaxt özünü Zaur adlı şəxsə müraciət etmiş və bayırda mülki geyimli Zaur adlı polis ona yaxınlaşmış və özünü təqdim edərək, polis mayoru olmasını bildirmişdir. O da oğlu Rəhmanın nə səbəbə saxlanmasını soruşduqda, Zaur ona bildirmiş ki, xx.xx.2021ci il tarixdə gecə saatlarında “Toyota-Prius” markalı avtomobili heç bir sənəd olmadan dostu Rac adlı şəxsə verib və Rac həmin avtomobildə başqa bir qadınla Buzovna ərazisində avtomobillə keçərkən bir nəfər qadını avtomobillə vurub, həmin qadını avtomobilə qoyub xəstəxanaya aparıblar, yolda həmin qadının çantasından bütün pullarını və qızıl-zinət əşyalarını soyublar, xəstəxana məlumatı əsasında həmin avtomobilin arxası ilə izə düşüb həmin “Toyota-Prius” markalı avtomobillə Rac və yanındakı qadını əməliyyat tədbiri keçirib tutublar. Araşdırma zamanı məlum olub ki, həmin Rac və əlbir olduğu qadın soyğunçuluq edib ələ keçirdikləri pulu və qızılı saxlamaq üçün Təqsirləndirilən şəxs veriblər və Rəhman həmin şeyləri Əhmədli qəsəbəsində evində gizlətmişdir. O da ilkin olaraq inanmış, lakin şübhəli qalmışdır. Bir nəfər başqa qadını da ona göstərmişlər ki, guya zərərçəkmiş şəxsin qızı budur. Lakin, o, həmin qadına yaxınlaşmaq istədikdə ona Orxangil icazə verməmişlər. Bundan sonra Zaur ona demiş ki, ekspert çağırıblar, avtomobilə baxış keçiriləcək və sonra Rəhmanın yaşadığı evə axtarışa gedəcəklər və ona gözləməyi tapşırmışlar. O da 2-ci PŞ-də oturacaqda oturub gözləmişdir. Təxminən 20:30 radələrində Orxan, Zaur və həmin zərərçəkmiş şəxsin qızı kimi təqdim etdikləri qadın aşağı düşmüşlər və Orxan ona bildirmiş ki, Rəhmanın kirayə yaşadığı evə axtarışa gedəcəklər. O da etirazı olmadığını bildirmişdir, həmin müddətədək o Rəhmanı görə bilməmişdir. Orxan ona rəisi Mirbağır müəllimə zəng edərək nəsə məruzə etmiş və sonra ona bildirmişlər ki, özləri ayrı avtomobillə gedib Rəhmanın evində axtarış keçirəcəklər və o onlara evin yerini göstərsin, o da razılaşmışdır. Təxminən 20 dəqiqə sonra qara Ford markalı dövlət nömrəsini xatırlamadığı avtomobil gəlmiş, o isə gəldiyi taksi avtomobili ilə qabaqda arxasınca isə polis əməkdaşları gəlmişlər. O yolda olarkən qızının əri, yeznəsi X7 zəng edərək məlumat vermiş ki, Rəhmanın kirayə qaldığı evinə polis əməkdaşları axtarış üçün gəlirlər. Aqil də yaxında olduğu üçün özü də gələcəyini demişdir. Onlar 2-ci PŞ-nin əməkdaşı Orxan, Zaur, həmin qadın və başqa bir tanımadığı mülki geyimli polis əməkdaşları Xətai rayonu, Sarayevo küçəsində Rəhmanın kirayə yaşadığı evin yanına gəlmişlər. Avtomobildən düşərkən polis əməkdaşları Aqili görmüşlər və ondan kim olmasını soruşduqda, o yeznəsi olmasını bildirmişdir. Onlara kənara çəkilməyi demişlər və sonra Orxangil öz aralarında və telefonla nəsə məsləhətləşmişlər. Daha sonra isə onları oraya çağırıb Orxan ona demiş ki, Zaurla birlikdə yeznəsi Aqil, o evə qalxsınlar və Zaur evə axtarış keçirəcəkdir. O da təklif etmiş ki, zərərçəkmiş şəxsin qızı qalxsın ki, əgər tapılsa qızılları tanısın. Lakin Orxan demiş ki, həmin qadın qalxmır evə, Zaura başa salıb Zaur özü qızılları tanıya biləcək. O da razılaşmış və həmin binanın 6-cı mərtəbəsinə Zaur, yeznəsi Aqil və o qalxmışlar. Həmin vaxt onlar evin giriş qapısına yaxınlaşdıqda Zaur bildirmiş ki, evin açarı aşağıda əməliyyatçı Orxanda qalıb, gedib açarı gətirib qayıdacaqdır. O isə təklif etmiş ki, bir yerdə düşüb təzədən qalxaq. Lakin Zaur buna razı olmamış və yeznəsi Aqillə aşağı düşəcəyini və açarı götürüb qayıdacağını bildirmiş və onlar aşağı düşmüşlər. 5-6 dəqiqə sonra yeznəsi Aqil ona zəng edərək aşağı düşməyi və polislərin onu çağırmasını dediyi üçün o aşağı düşmüş və Orxangilə yaxınlaşmış ki, bəs nə üçün evdə axtarış etmədilər. Orxan da bildirmiş ki, ehtiyac olmadı Rəhmanın avtomobilindən qızıl və pullar aşkar edilib və polis şöbəsinə qayıdacaqlarını demişlər. O da qonşu taksi Adilin avtomobili ilə yenidən Buzovna qəsəbəsinə 2-ci PŞ-nə qayıtmış, oraya çatdıqda görmüş ki, “Toyota-Prius” markalı Rəhmanın idarə etdiyi avtomobil yoxdur və o soruşduqda ekspertizada olmasını demişlər, ona gözləməyi və onu çağıracaqlarını demişlər. O da polis şöbəsinin həyətində oturacaqda əyləşib gözləmiş, təxminən saat 22 radələrində Zaur bayıra çıxıb onu Orxanın otağına getmək üçün çağırmış, o da onunla Orxanın 2-ci mərtəbədəki, koridorun sağındakı otağının qarşısına getmiş və o qapını açıb içəri girdikdə görmüş ki, ona zərərçəkmiş şəxsin qızı kimi təqdim etdikləri qadın əyləşib siqaret çəkir. Orxan da oturub o da siqaret çəkir, Orxan Zaurdan gözləməyi demiş, Zaur otaqdan çıxmış, Orxan ona demiş ki, indi mənimlə düzünü danışacaqdır və Orxan ona demiş ki, qızıl və pul soyğunçuluq olması məsələsi qurma işlər idi. Həmin qadın DİN-in 102 xidmətinin əməliyyatçısıdır və oğlu Rəhmanın buraxılması və işinin həll olması üçün 20000 (iyirmi min) manat pul verməli olduğumu demişdir. O isə ona o məbləğdə pulu verməycəyini deyərək oğlu Rəhmanın hansı günahı və cinayəti olmasını soruşmuş, Orxan da ona acıqlanaraq əgər sənin oğlunun günahını bilmək istəyirsənsə oğlun Rəhmanın üzərindən narkotik vasitə çıxmışdır. O da soruşmuş ki, nə qədər çıxıb. Orxan da bildirmiş ki, bu barədə təhqiqatçı tərəfindən araşdırma aparılacaq. Əgər oğlun Rəhmanın çıxmağını istəyirsənsə get 20000 manat pulu hazırla gətir, vaxtı yubatma, çıx get, mən özüm səninlə əlaqə saxlayacağam. O da bayıra çıxmış və xx.xx.2021-ci il tarixində 23:50 radələrinədək gözləmişdir. Həmin ərəfədə Orxan və həmin qadın şöbədən bayıra çıxmışlar. O Orxana yaxınlaşaraq oğlu Rəhmanı nə üçün şərləməsini soruşsa da Orxan ona demiş ki, telefonu açıq saxla səninlə əlaqə saxlayacağam və həmin qadınla taksi avtomobilinə əyləşərək çıxıb getmişlər. O da qayıtmış öz evinə, həmin gün Rəhmanı görə bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində ***-***-**-** nömrəsindən Orxan özü onun mobil nömrəsinə zəng etmiş və o telefonu açdıqda soruşmuş ki, “Ağsaqqal nə qədər düzəltmisən” o də ona heç nə düzəltmədiyini demişdir. Orxan da polis şöbəsinə getməyini demiş, o da razılaşmış və taksi ilə yarım saata Buzovna qəsəbəsinə 2-ci PŞ-nə getmiş və Orxanın həmin zəng etdiyi nömrəyə zəng etmiş ki, gəlmişəm. O da gözləməyini və gələcəyini demiş, təxminən saat 04 radələrinədək gözləmiş, lakin Orxan nömrəsini söndürmüşdür. Həmin vaxt orada özünü Samir kimi təqdim edən şəxs yaxınlaşaraq polis olmasını və Orxanla onun görüşməyə gəldiyini soruşmuş, o da demiş bəli mən gəlmişəm, görüşməyə, polis ona demiş ki, dayan məlumat verim, sonra kimisə yığaraq “rəis” deyə müraciət edərək atasıdır və taksi sürücüsü ilə gəlib. Beləliklə, həmin Samir adlı şəxs demiş ki, rəis deyir ki, getsinlər sabah saat 10 radələrində gələrlər, rəis özü qəbul edəcəkdir. O da rəisin kim olmasını soruşmuş və həmin şəxs demiş ki, Mirbağır Bağırovdur. O da həmin vaxt anlamış ki, Mirbağır Bağırov qəsdən onun oğlunu şərlətdirərək tutdurur. Çünki Mirbağırın qohumu Şəhriyar adlı şəxslə avtomobil icarəsi ilə bağlı Rəhmanın arasında ədavət vardır və mübahisələri olmuşdur. Daha sonra o Orxanla Samirin telefonu ilə danışmış və Orxan ona demiş ki, vəkil çağırıblar, sənədləşdirmə aparılır və vəkilə ödəniş üçün 500 manat pul ödəmək lazımdır və səhər 7-dək həmin pulu çatdır ki, oğlunun işi ağır olmasın. O da razılaşmış və evə getmiş, o səhər saat 7-də 300 manatla getmiş 2-ci PŞ-nə və saat 10-a kimi Orxanı gözləmişdir. Orxan gəldikdən sonra onun otağına qalxmış və otaqda Orxana 300 manat pulu vermiş, lakin o narazılıq etmiş ki, 500 manat verməliyik vəkilə. Sonra pulu götürüb bayıra çıxmış 5-6 dəqiqə sonra qayıtmış və rəislə danışıb razılaşdırdığını, əlavə də 100 manatı saat 3-də çatdırmağı tapşırmış, o da razılaşmış və şöbədən çıxmışdır. Həmin 100 manatı tapdıqdan sonra 2-ci PŞ-nə gəlib Orxana zəng vurmuş və Orxan da bir qədər sonra şöbəyə çatmış və onun otağına birlikdə qalxmış və otaqda ondan 100 manat pul almış və Rəhmanın kirayə qaldığı evin açarını ona qaytarmışdır. Daha sonra ona getməyi və Rəhmanın sənədləşməsinin nəticəsi barədə axşama kimi məlumat verəcəyini demişdir. O da evə getmiş, axşam lakin ona Orxan cavab deməmiş, Sonradan ona məlum olmuş ki, 2-ci PŞdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitə daşıma barədə sənədləşmə aparılmış və material Xəzər RPİ-nin istintaq şöbəsinə verilərək cinayət işi açılmışdır. O da Orxanın ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək ondan bu barədə maraqlanmış və ona verdiyi 400 manat pulu geri tələb etmişdir. Həmin gün axşam saatlarında Zaur adlı polis mayoru ***-***- **-** nömrəsindən zəng edərək ondan Orxanla aralarında olan pul məsələsini soruşmuşdur. O da ona Orxanın onu aldadıb 400 manat pulunu almasını demiş, Zaur da ona demiş ki, 10 dəqiqəyə onunla əlaqə saxlayacaqdır. Zaur onu Buzovna qəsəbəsinə “Rahat market” in qarşısına çağırmış ki, gedib pulu ondan alsın. O da xəstə olduğunu və ünvanını ona başa salmış ki, gətirib pulu məhləsində versin. Zaur Maştağa qəsəbəsinə gələrək evinin qarşısında ona 400 manat pulu vermiş, oğlu Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün o müqavilə ilə Suraxanı rayonu 9 saylı vəkil bürosundan Müdafiəçi adlı vəkil tutmuş, Hücrəddin Rəhmanın yanına getdikdən sonra ona məlum olmuş ki, 2-ci PŞ-də əsassız olaraq Rəhmana işgəncələr verərək onun külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıması barədə sənədləşdirmişlər. X18 xx.xx.2021-ci il tarixdə icarə əsasında idarə etdiyi “Toyota- Prius” markalı avtomobilin sahibi Şahid3lə birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə avtomobili götürmək üçün getmişdir. İstintaqın bircə xüsusata fikir verməsini xahiş etmiş ki, hansı dərrakəli insan polis şöbəsinə gedərkən cibində narkotik vasitə, psixotrop maddə cibinə qoyub gedər. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs əsassız olaraq tutulmuşdur və ona elan edilmiş ittiham da saxta sübutlar əsasındadır. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Rəhman ondan avtomobili icarəyə götürüb taksi fəliyyəti ilə məşğul olurdu. O, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadə etməsinə şahid olmamış və bu barədə məlumatı və narkotik vasitələrin yayılması ilə məşğul olmasına dair şübhələndiyi hər hansı hal olmamışdır. Təqsirləndirilən şəxs ondan “Toyota-Prius” markalı Az**-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə əsasında icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olurdu. 31 iyul 2021-ci il tarixdə o, Nefçilər metrosunun yaxınlığındakı ofisində olarkən saat 14:00 radələrində Rəhman onun yanına gələrək bildidi ki, ona etibarnamə əsasında verdiyi “Toyota- Prius” markalı Az **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili dostu Rac ondan götürüb sürdükdə Racın üzərində narkotik vasitə daşıması səbəbindən Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutumuşdur. Avtomobil də polis şöbəsindədir. Orxan adlı polis əməkdaşı da ona zəng edib avtomobilin sahibini çağırdığını dedi. Rəhman bunu danışanda onun mobil nömrəsinə zəng gəldi. Rəhman da dedi ki, zəng edən şəxs həmin Orxan adlı polis əməkdaşıdır. O da Rəhmandan telefonu götürüb zəng edən şəxslə danışmışdır. Həmin polis ondan kim olmağını soruşduqda o, avtomobilin sahibi olduğunu demişdir. Telefonda danışan şəxsdə özününun Orxan adlı polis əməkdaşı olduğunu bildirib telefonda da ona 2-ci PŞ-nə gəlməli olduğunu dedi. O da Orxana öz mobil nömrəsindən yığacağını demişdir. Sonra özünə məxsus ***-***-**-** nömrəsindən Orxan adlı əməlyatçının ***-***-**-** nömrəsinə zəng edərək danışmış və ondan 2-ci polis şöbəsinin məkanını xəritədə “Whatsapp” şəbəkəsi vasitəsi ilə atmasını demişdir. Orxan ona özünə məxsus nömrədən 31 iyul 2021-ci il tarixdə saat 15:40 radədələrində konum, yəni şöbənin yerini xəritədədə onun nömrəsinə göndərdi. O da Təqsirləndirilən şəxsla birlikdə öz avtomobili ilə Buzovna qəsəbəsinə 2-ci PŞ-nə getmiş və oraya həmin tarixdə saat 16:00 radələrində çatıb PŞ-nin 2 –ci mərtəbəsinə Orxanın yanına qalxıb onunla görüşərək özünü təqdim edib «Toyota-Prius”» markalı Az **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi olmağını bildirmişdir. Orxan ondan avtomobilin Rəhmana verilib-verilməməsini soruşdu. O da təsdiq etmiş ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə ilə maşını otuz altı aylıq müddətə Təqsirləndirilən şəxs vermişdir. Orxan ondan Rəhmanın harada olmasını və onun da gəlməli olmasını dedikdə o, ona Rəhmanın 2-ci PŞ-nin qarşısında avtomobilində əyləşdiyini demişdir. Orxan da ondan onu çağırmağını, izahatı alınmalı olmasını bildirdi. O da razılaşmış şöbədən çıxıb avtomobilinə qayıdıb Rəhmana onu izahat vermək üçün çağırdıqlarını deyib Təqsirləndirilən şəxsla a birlikdə 2-ci PŞ-nin binasına daxil olaraq 2-ci mərtəbəyə sağ tərəfdə yerləşən Orxanın otağına qalxmışlar. X16 sifətinə sillə ilə vuraraq ona, mən səni çoxdan axtarırdım, deyib oraya polis serjantını çağırdı. Həmin polis serjantına Rəhmanın qoluna qandal vurmağı tapşırdı. Serjant da Təqsirləndirilən şəxs qoluna qandal vurub onu aşağı mərtəbəyə düşürdü. O da nə baş verdiyini anlamamışdır. O, Orxandan nə üçün Rəhmanın saxlanıldığını soruşmuş, Orxan da ona demiş ki, bu evlər yıxıb, sən qarışma. Rəhman aşağı aparıldıqdan az sonra aşağıdan səs-küy gəldi. O da birinci mərtəbəyə düşdükdə, polis əməkdaşlarından eşidib başa düşmüşdür ki, Rəhman polis şöbəsindən qaçıb. Orxan da qaçaraq şöbədən bayıra çıxdı, təxminən beş dəqiqə sonra Rəhmanı polis əməkdaşları saxlayaraq yenidən şöbəyə gətirpdilər və onu Orxanın otağına qaldırdılar. O da orada Orxanın otağında gözləmişdir. Orxan əsəbləşərək yenidən Rəhmanın sifətinə bir-iki dəfə sillə ilə vurdu. Bundan sonra o, Orxangildən «Toyota-Prius» markalı Az **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilini ona verməyi xahiş etmişdir. Orxan ona demişdir ki, gözlə avtomobili qaytaracaqdır. O da 2-ci PŞ-də 2-ci mərtəbədə dəhlizdə gözləmiş, sonra isə bayıra çıxmışdır. Polislərin danışığından eşitmişdir ki, Rəhmanın evinə baxış üçün gedəcəklər, hətta ondan da onun telefonunu da almışlar. Təxminən saat 18:00 radələrində onun telefonunu Orxan qaytarıb sonra da avtomobilinin açarını da verərək ona getməyini və lazım olsa çağırılacağını demişdir. O da istənilən vaxt çağırsalar gələ biləcəyini bildirmişdir. Sonra isə onunla bir yerdə 2-ci PŞ-nə gələn və avtomobilində gözləyən Turan onun avtomobilini sürmüş, o isə “Toyota- Prius” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili sürərək Nefçilər metrosunun yanına getmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən onun yanında “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilinə baxış keçirilməmişdir. Ola bilər ki, həmin vaxta qədər baxış keçirmişlər. Səhərisi gün Rəhmanın atası Əli onun mobil nömrəsinə zəng edərək Rəhmanın işi ilə maraqlandı, o da olanları ona danışmışdır. Sonra isə Əli “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobildən Rəhmanın maşında qalan əşyalarını götürmək istədiyini dedi. O da Əliyə Neftçilər metrosunun yanına gəlib əşyaları götürə bilməsini demişdir. Şahid4 da təxminən bir saat sonra Neftçilər metrosunun yanına gəlib, Rəhmanın avtomobildə qalan əşyalarını götürdü. O, şöbədən 31 iyul 2021-ci il tarixdə təxminən saat 18:00 dan sonra çıxıb. Həmin vaxta qədər də Rəhman polis şöbəsində olub. Rəhmanın həmin tarixdə saat 17:30 radələrində başqa yerdə tutulması mümkün deyil. Rəhmanın həmin tarixdə saat 16:00 dəqiqədən o, şöbədən çıxana qədər şöbədə olub. Həmin vaxt o, şöbədə olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs tanıyır. Birlikdə əsgərlikdə olublar. Oradan da Rəhmanı tanıyır. Əsgərlikdən sonra da münasibətlərimiz yaxşı olub Özü tutulan tarixdə, ayı və günü xatırlamır, gecə saat 23:00 radələrində o, Rəhmandan “Toyota Prius” markalı maşını götürmüşdür. Sonra gecə saat 2-yə işləmiş “Araz” marketin yanında onu polislər saxlayıb bölməyə aparmışlar. Bölmədə o, 4-cü mərtəbədə olmuşdur. Ona Cinayət məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. Polis bölməsinə gətiriləndən sonra orada olanda Rəhmanla maşın barəsində hər hansı danışıqları olmamışdır. Rəhmanın polis bölməsinə nə vaxt gətirilməsi barədə məlumatı olmayıb. Ondan tapılmış narkotikin vasitənin Rəhmana aidiyyəti olmayıb. Onu Xəzər rayonu 2 saylı polis bölməsinin polisləri tutublar. O tutulanda maşınla olmuşdur. Rəhmanın maşınını sürəndə onu tutublar. Rəhmandan götürdüyü maşının markası “Toyota Prius” idi. Gece saat 1-2 olardı, ayın 30-undan 31-nə keçən gecə idi. Maşın özünə lazım olduğu üçün Rəhmandan götürmüşdür. Onu saxlayan əməliyyatçı Şahid1 olub. Onu saxlayandan sonra onu və maşını 2-ci polis bölməsinə gətiriblər. Maşının aqibətinin necə olması ilə bağlı məlumatı yoxdur. Rəhmanın narkotik istifadəçisi olması ilə bağlı məlumatı olmayıb. Rəhman barəsində istintaqda ona sual verilməyib. Əməliyyatçılar da sual verməyib. Məhkəmədə elan edlib araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadələrində göstərmişdir ki, ailəsi birlikdə yaşayır. Şahid4 onun əridir. Təqsirləndirilən şəxs isə onun doğma oğludur və o tutulana qədər icarə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Oğlu Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış və heç bir narkotik vasitə istifadəçisi olmamışdır. 2008-ci ildən 2013-cü ilə qədər polis nəfəri kimi PPXdə və YPX-də sürücü kimi işləmişdir. Rəhman Axudov xx.xx.2021-ci il tarixdə zəng əsasında günorta radələrində idarə etdiyi “Toyota-Prius” markalı avtomobilin sahibi Şahid3lə birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə avtomobili götürmək üçün getmişdir. Lakin, Xəzər RPİ-nin 2-ci PŞnin əməliyyat müvəkkili Orxan və digər polis əməkdaşları tərəfindən əsassız olaraq guya üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi səbəbindən həmin tarixdə Buzovna qəsəbəsi, “Rahat” marketin qarşısında tutulmuşdur. İstintaqın bircə xüsusata fikir verməsini xahiş etmiş ki, hansı dərrakəli insan polis şöbəsinə gedərkən cibinə narkotik vasitə, psixotrop maddə qoyub gedər. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs əsassız olaraq tutulmuşdur və ona elan edilmiş ittiham da saxta sübutlar əsasındadır. O, əri Şahid4, mən, oğlu Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi dəfələrlə bütün dövlət orqanlarına, instansiyalara şikayətlər verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın tam əsassız olmasını və oğlum Rəhmanın heç bir cinayət törətməməsini əsaslandırmışlar və ətraflı bildirmişlər. Xahiş etmiş ki, həmin xüsusatları düzgün araşdırıb, obyektiv qərar qəbul etsinlər. Məhkəmədə elan edlib araşdırılmış fiziki-kimyəvi ekspertizasının 01 avqust 2021-ci il tarixli, 6/3229 nömrəli rəyindəndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əks olunan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,844 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bükümdə təmiz çəkisi 4,312 qram olan ağ rəngli kristallik formada maddə kustar formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı barəsində qətimkan tədbiri qismində həbsə almaq üçün məhkəmə qarşısına gətirilərkən ona elan olumuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyini, ona polis əməkdaşları tərəfindən göstərilən təsirlər nəticəsində etirafedici ifadər verdiyini, istintaqın sonrakı mərəhələsində də üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, Xəzər RPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün həmin narkotik vasitələrin ona məxsus olduğunu, həm ifadəsində, həm də video çəkiliş vaxtı bildirdiyiyni göstərmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs bu mövqeyini öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirib onun gətirdiyi bu kimi dəlillərin əsassız olduğu qənəaətinə gəlib rədd etmişdir. Bu zaman istintaq orqanı sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş, sübutların məcmusuna isə ittihamın həlli üçün kifayət etməsi qənəaətinə gəlib, toplanmış sübutların məcmusu mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, həmçinin işdə olan digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi kifayət qədər sübuta yetirildiyini göstərib, istintaqın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olduğunu göstərmişdir. Bunun əsası kimi həmin narkotik vasitələrin ona məxsus olması barədə həm ifadəsində, həm də video çəkiliş vaxtı bildirməsini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilib onun üzərəindən külli miqdarda, yəni 4,312 qram çəkidə psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,844 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülması barəsindəki iddiaya aid yuxarılda göstərilən sübutlara ayrı-ayrılıqda, sübutların məcmusu, sübutların mümkünlüyü baxımından və işin faktiki halları halları ilə müqayisəli təhlil etdikdə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 16:00 dəqiqəən sonra Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına daxil olmuşdur və o, bir daha həmin binanı tərk etməmişdir. Bunu həm Təqsirləndirilən şəxsn özü, həm şahidlər Şahid3, Şahid4 ifadələri və işin faktiki halları ilə təsdiq olundu. Şahid3 həmin hallarla bağlı məhkəmədə ifadələrində göstərdi: “Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Rəhman ondan avtomobili icarəyə götürüb taksi fəliyyəti ilə məşğul olurdu. O, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadə etməsinə şahid olmamış və bu barədə məlumatı və narkotik vasitələrin yayılması ilə məşğul olmasına dair şübhələndiyi hər hansı hal olmamışdır. Təqsirləndirilən şəxs ondan “Toyota-Prius” markalı Az**-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə əsasında icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olurdu. 31 iyul 2021-ci il tarixdə o, Nefçilər metrosunun yaxınlığındakı ofisində olarkən saat 14:00 radələrində Rəhman onun yanına gələrək bildirdi ki, ona etibarnamə əsasında verdiyi “Toyota-Prius” markalı Az **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili dostu Rac ondan götürüb sürdükdə Racın üzərində narkotik vasitə daşıması səbəbindən Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutumuşdur. Avtomobil də polis şöbəsindədir. Orxan adlı polis əməkdaşı da ona zəng edib avtomobilin sahibini çağırdığını dedi. Rəhman bunu danışanda onun mobil nömrəsinə zəng gəldi. Rəhman da dedi ki, zəng edən şəxs həmin Orxan adlı polis əməkdaşıdır. O da Rəhmandan telefonu götürüb zəng edən şəxslə danışmışdır. Həmin polis ondan kim olmağını soruşduqda o, avtomobilin sahibi olduğunu demişdir. Telefonda danışan şəxsdə özününun Orxan adlı polis əməkdaşı olduğunu bildirib telefonda da ona 2-ci PŞ-nə gəlməli olduğunu dedi. O da Orxana öz mobil nömrəsindən yığacağını demişdir. Sonra özünə məxsus ***-***-**-** nömrəsindən Orxan adlı əməliyyatçının ***-***-**-** nömrəsinə zəng edərək danışmış və ondan 2-ci polis şöbəsinin məkanını xəritədə “Whatsapp” şəbəkəsi vasitəsi ilə atmasını demişdir. Orxan ona özünə məxsus nömrədən 31 iyul 2021-ci il tarixdə saat 15:40 radələrində konum, yəni şöbənin yerini xəritədədə onun nömrəsinə göndərdi. O da Təqsirləndirilən şəxsla birlikdə öz avtomobili ilə Buzovna qəsəbəsinə 2-ci PŞ-nə getmiş və oraya həmin tarixdə saat 16:00 radələrində çatıb PŞ-nin 2 –ci mərtəbəsinə Orxanın yanına qalxıb onunla görüşərək özünü təqdim edib “Toyota-Prius” markalı Az **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi olmağını bildirmişdir. Orxan ondan avtomobilin Rəhmana verilib-verilməməsini soruşdu. O da təsdiq etmiş ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə ilə maşını otuz altı aylıq müddətə Təqsirləndirilən şəxs vermişdir. Orxan ondan Rəhmanın harada olmasını və onun da gəlməli olmasını dedikdə o, ona Rəhmanın 2-ci PŞ-nin qarşısında avtomobilində əyləşdiyini demişdir. Orxan da ondan onu çağırmağını, izahatı alınmalı olmasını bildirdi. O da razılaşmış şöbədən çıxıb avtomobilinə qayıdıb Rəhmana onu izahat vermək üçün çağırdıqlarını deyib Təqsirləndirilən şəxsla a birlikdə 2-ci PŞ-nin binasına daxil olaraq 2-ci mərtəbəyə sağ tərəfdə yerləşən Orxanın otağına qalxmışlar. X16 sifətinə sillə ilə vuraraq ona, mən səni çoxdan axtarırdım, deyib oraya polis serjantını çağırdı. Həmin polis serjantına Rəhmanın qoluna qandal vurmağı tapşırdı. Serjant da Təqsirləndirilən şəxs qoluna qandal vurub onu aşağı mərtəbəyə düşürdü. O da nə baş verdiyini anlamamışdır. O, Orxandan nə üçün Rəhmanın saxlanıldığını soruşmuş, Orxan da ona demiş ki, bu evlər yıxıb, sən qarışma. Rəhman aşağı aparıldıqdan az sonra aşağıdan səs-küy gəldi. O da birinci mərtəbəyə düşdükdə, polis əməkdaşlarından eşidib başa düşmüşdür ki, Rəhman polis şöbəsindən qaçıb. Orxan da qaçaraq şöbədən bayıra çıxdı, təxminən beş dəqiqə sonra Rəhmanı polis əməkdaşları saxlayaraq yenidən şöbəyə gətirdilər və onu Orxanın otağına qaldırdılar. O da orada Orxanın otağında gözləmişdir. Orxan əsəbləşərək yenidən Rəhmanın sifətinə bir-iki dəfə sillə ilə vurdu. Bundan sonra o, Orxangildən “Toyota-Prius” markalı Az **- XP-*** dövlət qeydiyyat nömrəli avtomobilini ona verməyi xahiş etmişdir. Orxan ona demişdir ki, gözlə avtomobili qaytaracaqdır. O da 2-ci PŞ-də 2-ci mərtəbədə dəhlizdə gözləmiş, sonra isə bayıra çıxmışdır. Polislərin danışığından eşitmişdir ki, Rəhmanın evinə baxış üçün gedəcəklər, hətta ondan da onun telefonunu da almışlar. Təxminən saat 18:00 radələrində onun telefonunu Orxan qaytarıb sonra da avtomobilinin açarını da verərək ona getməyini və lazım olsa çağırılacağını demişdir. O da istənilən vaxt çağırsalar gələ biləcəyini bildirmişdir. Sonra isə onunla bir yerdə 2-ci PŞ-nə gələn və avtomobilində gözləyən Turan onun avtomobilini sürmüş, o isə “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili sürərək Nefçilər metrosunun yanına getmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən onun yanında “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilinə baxış keçirilməmişdir. Ola bilər ki, həmin vaxta qədər baxış keçirmişlər. Səhərisi gün Rəhmanın atası Əli onun mobil nömrəsinə zəng edərək Rəhmanın işi ilə maraqlandı, o da olanları ona danışmışdır. Sonra isə Əli “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobildən Rəhmanın maşında qalan əşyalarını götürmək istədiyini dedi. O da Əliyə Nefçilər metrosunun yanına gəlib əşyaları götürə bilməsini demişdir. Şahid4 da təxminən bir saat sonra Neftçilər metrosunun yanına gəlib, Rəhmanın avtomobildə qalan əşyalarını götürdü. O, şöbədən 31 iyul 2021-ci il tarixdə təxminən saat 18:00 dan sonra çıxıb. Həmin vaxta qədər də Rəhman polis şöbəsində olub. Rəhmanın həmin tarixdə saat 17:30 radələrində başqa yerdə tutuluması mümkün deyil. Rəhmanın həmin tarixdə saat 16:00 dəqiqədən o, şöbədən çıxana qədər şöbədə olub. Həmin vaxt o, şöbədə olmuşdur”. Şahid4 ibtidai istintaq zamanı göstərmişdir: 31 iyul 2021-ci il tarixdə saat 16 radələrində onun Maştağa qəsəbəsində evinə gələn tanımadığı şəxs bildirmiş ki, oğlu Təqsirləndirilən şəxs avtomobilini götürmək üçün Xəzər RPİ-nin 2-ci PŞ-nə Ağa adlı şəxslə getmiş və oradadır. O da narahat qaldığı üçün Rəhmanın mobil nömrəsinə zəng etdikdə onun nömrəsinə zəng çatmamış, o da başa düşmüş ki, nəsə problem var. Bu səbəbdən o taksi avtomobili ilə Buzovna qəsəbəsində yerləşən Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə getmişdir. Orada görmüş ki, oğlu Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin həyətindədir. O şöbənin növbətçi hissəsindəki polis əməkdaşına yaxınlaşaraq oğlu Təqsirləndirilən şəxs məxsus həmin avtomobilin nə səbəbə bura gətirilməsini və oğlu Rəhmanın harada olmasını soruşduqda ona bildirmişlər ki, Orxan adlı əməliyyat müvəkkilinə yaxınlaşıb maraqlansın və həmin vaxt ona demişlər ki, Orxan çıxıb şöbədən və 10 dəqiqəyə qayıdacaqdır. O da polis şöbəsinin həyətində gözləmiş, bir müddət sonra Orxan şöbəyə gəlmiş və o sonuncuya yaxınlaşaraq özünü təqdim etmiş və Təqsirləndirilən şəxs atası olduğumu bildirmiş və nə səbəbə oğlu Rəhmanın və avtomobilinin saxlanılmasını ondan soruşmuşdur. Orxan da ondan bu barədə kimə məlumat verməsini soruşduqda o, Orxana oğlu Rəhmana zəng çatmadığı üçün və ona 2-ci PŞ-də avtomobilinin arxası ilə avtomobilin sahibi Şahid3lə birlikdə getməsini dediklərindən maraqlanmaq üçün gəldiyini bildirmişdir. Orxan da demiş ki, əgər gəlmisənsə bu barədə Zaur adlı polis əməkdaşı ilə danışın. O da həmin vaxt özünü Zaur adlı şəxsə müraciət etmiş və bayırda mülki geyimli Zaur adlı polis ona yaxınlaşmış və özünü təqdim edərək, polis mayoru olmasını bildirmişdir. O da oğlu Rəhmanın nə səbəbə saxlanmasını soruşduqda, Zaur ona bildirmiş ki, xx.xx.2021-ci il tarixdə gecə saatlarında “Toyota-Prius” markalı avtomobili heç bir sənəd olmadan dostu Rac adlı şəxsə verib və Rac həmin avtomobildə başqa bir qadınla Buzovna ərazisində avtomobillə keçərkən bir nəfər qadını avtomobillə vurub, həmin qadını avtomobilə qoyub xəstəxanaya aparıblar, yolda həmin qadının çantasından bütün pullarını və qızıl-zinət əşyalarını soyublar, xəstəxana məlumatı əsasında həmin avtomobilin arxası ilə izə düşüb həmin “Toyota-Prius” markalı avtomobillə Rac və yanındakı qadını əməliyyat tədbiri keçirib tutublar. Araşdırma zamanı məlum olub ki, həmin Rac və əlbir olduğu qadın soyğunçuluq edib ələ keçirdikləri pulu və qızılı saxlamaq üçün Təqsirləndirilən şəxs veriblər və Rəhman həmin şeyləri Əhmədli qəsəbəsində evində gizlətmişdir. O da ilkin olaraq inanmış, lakin şübhəli qalmışdır. Bir nəfər başqa qadını da ona göstərmişlər ki, guya zərərçəkmiş şəxsin qızı budur. Lakin, o, həmin qadına yaxınlaşmaq istədikdə ona Orxangil icazə verməmişlər. Bundan sonra Zaur ona demiş ki, ekspert çağırıblar, avtomobilə baxış keçiriləcək və sonra Rəhmanın yaşadığı evə axtarışa gedəcəklər və ona gözləməyi tapşırmışlar. O da 2-ci PŞ-də oturacaqda oturub gözləmişdir. Təxminən 20:30 radələrində Orxan, Zaur və həmin zərərçəkmiş şəxsin qızı kimi təqdim etdikləri qadın aşağı düşmüşlər və Orxan ona bildirmiş ki, Rəhmanın kirayə yaşadığı evə axtarışa gedəcəklər. O da etirazı olmadığını bildirmişdir, həmin müddətədək o Rəhmanı görə bilməmişdir. Orxan ona rəisi Mirbağır müəllimə zəng edərək nəsə məruzə etmiş və sonra ona bildirmişlər ki, özləri ayrı avtomobillə gedib Rəhmanın evində axtarış keçirəcəklər və o onlara evin yerini göstərsin, o da razılaşmışdır. Təxminən 20 dəqiqə sonra qara Ford markalı dövlət nömrəsini xatırlamadığı avtomobil gəlmiş, o isə gəldiyi taksi avtomobili ilə qabaqda arxasınca isə polis əməkdaşları gəlmişlər. O yolda olarkən qızının əri, yeznəsi X7 zəng edərək məlumat vermiş ki, Rəhmanın kirayə qaldığı evinə polis əməkdaşları axtarış üçün gəlirlər. Aqil də yaxında olduğu üçün özü də gələcəyini demişdir. Onlar 2-ci PŞ-nin əməkdaşı Orxan, Zaur, həmin qadın və başqa bir tanımadığı mülki geyimli polis əməkdaşları Xətai rayonu, Sarayevo küçəsində Rəhmanın kirayə yaşadığı evin yanına gəlmişlər. Avtomobildən düşərkən polis əməkdaşları Aqili görmüşlər və ondan kim olmasını soruşduqda, o yeznəsi olmasını bildirmişdir. Onlara kənara çəkilməyi demişlər və sonra Orxangil öz aralarında və telefonla nəsə məsləhətmişlər. Daha sonra isə onları oraya çağırıb Orxan ona demiş ki, Zaurla birlikdə yeznəsi Aqil, o evə qalxsınlar və Zaur evə axtarış keçirəcəkdir. O da təklif etmiş ki, zərərçəkmiş şəxsin qızı qalxsın ki, əgər tapılsa qızılları tanısın. Lakin Orxan demiş ki, həmin qadın qalxmır evə, Zaura başa salıb Zaur özü qızılları tanıya biləcək. O da razılaşmış və həmin binanın 6-cı mərtəbəsinə Zaur, yeznəsi Aqil və o qalxmışlar. Həmin vaxt onlar evin giriş qapısına yaxınlaşdıqda Zaur bildirmiş ki, evin açarı aşağıda əməliyyatçı Orxanda qalıb, gedib açarı gətirib qayıdacaqdır. O isə təklif etmiş ki, bir yerdə düşüb təzədən qalxaq. Lakin Zaur buna razı olmamış və yeznəsi Aqillə aşağı düşəcəyini və açarı götürüb qayıdacağını bildirmiş və onlar aşağı düşmüşlər. 5-6 dəqiqə sonra yeznəsi Aqil ona zəng edərək aşağı düşməyi və polislərin onu çağırmasını dediyi üçün o aşağı düşmüş və Orxangilə yaxınlaşmış ki, bəs nə üçün evdə axtarış etmədilər. Orxan da bildirmiş ki, ehtiyac olmadı Rəhmanın avtomobilindən qızıl və pullar aşkar edilib və polis şöbəsinə qayıdacaqlarını demişlər. O da qonşu taksi Adilin avtomobili ilə yenidən Buzovna qəsəbəsinə 2-ci PŞ-nə qayıtmış, oraya çatdıqda görmüş ki, “Toyota-Prius” markalı Rəhmanın idarə etdiyi avtomobil yoxdur və o soruşduqda ekspertizada olmasını demişlər, ona gözləməyi və onu çağıracaqlarını demişlər. O da polis şöbəsinin həyətində oturacaqda əyləşib gözləmiş, təxminən saat 22 radələrində Zaur bayıra çıxıb onu Orxanın otağına getmək üçün çağırmış, o da onunla Orxanın 2-ci mərtəbədəki, kolidorun sağındakı otağının qarşısına getmiş və o qapını açıb içəri girdikdə görmüş ki, ona zərərçəkmiş şəxsin qızı kimi təqdim etdikləri qadın əyləşib siqaret çəkir. Orxan da oturub o da siqaret çəkir, Orxan Zaurdan gözləməyi demiş, Zaur otaqdan çıxmış, Orxan ona demiş ki, indi mənimlə düzünü danışacaqdır və Orxan ona demiş ki, qızıl və pul soyğunçuluq olması məsəsələsi qurma işlər idi. Həmin qadın DİN-in 102 xidmətinin əməliyyatçısıdır və oğlu Rəhmanın buraxılması və işinin həll olması üçün 20000 (iyirmi min) manat pul verməli olduğumu demişdir. O isə ona o məbləğdə pulu verməycəyini deyərək oğlu Rəhmanın hansı günahı və cinayəti olmasını soruşmüş, Orxan da ona acıqlanaraq əgər sənin oğlunun günahını bilmək istəyirsənsə oğlun Rəhmanın üzərindən narkotik vasitə çıxmışdır. O da soruşmuş ki, nə qədər çıxıb. Orxan da bildirmiş ki, bu barədə təhqiqatçı tərəfindən araşdırma aparılacaq. Əgər oğlun Rəhmanın çıxmağını istəyirsənsə get 20000 manat pulu hazırla gətir, vaxtı yubatma, çıx get, mən özüm səninlə əlaqə saxlayacağam. O da bayıra çıxmış və xx.xx.2021-ci il tarixində 23:50 radələrinədək gözləmişdir. Həmin ərəfədə Orxan və həmin qadın şöbədən bayıra çıxmışlar. O Orxana yaxınlaşaraq oğlu Rəhmanı nə üçün şərləməsini soruşsa da Orxan ona demiş ki, telefonu açıq saxla səninlə əlaqə saxlayacağam və həmin qadınla taksi avtomobilinə əyləşərək çıxıb getmişlər. O da qayıtmış öz evinə, həmin gün Rəhmanı görə bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində ***-***-**-** nömrəsindən Orxan özü onun mobil nömrəsinə zəng etmiş və o telefonu açdıqda soruşmuş ki, “Ağsaqqal nə qədər düzəltmisən” o də ona heç nə düzəltmədiyini demişdir. Orxan da polis şöbəsinə getməyini demiş, o da razılaşmış və taksi ilə yarım saata Buzovna qəsəbəsinə 2-ci PŞ-nə getmiş və Orxanın həmin zəng etdiyi nömrəyə zəng etmiş ki, gəlmişəm. O da gözləməyini və gələcəyini demiş, təxminən saat 04 radələrinədək gözləmiş, lakin Orxan nömrəsini söndürmüşdür. Həmin vaxt orada özünü Samir kimi təqdim edən şəxs yaxınlaşaraq polis olmasını və Orxanla onun görüşməyə gəldiyini soruşmuş, o da demiş bəli mən gəlmişəm, görüşməyə, polis ona demiş ki, dayan məlumat verim, sonra kimisə yığaraq “rəis” deyə müraciət edərək atasıdır və taksi sürücüsü ilə gəlib. Beləliklə, həmin Samir adlı şəxs demiş ki, rəis deyir ki, getsinlər sabah saat 10 radələrində gələrlər, rəis özü qəbul edəcəkdir. O da rəisin kim olmasını soruşmuş və həmin şəxs demiş ki, Mirbağır Bağırovdur. O da həmin vaxt anlamış ki, Mirbağır Bağırov qəsdən onun oğlunu şərlətdirərək tutdurur. Çünki Mirbağırın qohumu Şəhriyar adlı şəxslə avtomobil icarəsi ilə bağlı Rəhmanın arasında ədavət vardır və mübahisələri olmuşdur. Daha sonra o Orxanla Samirin telefonu ilə danışmış və Orxan ona demiş ki, vəkil çağırıblar, sənədləşdirmə aparılır və vəkilə ödəniş üçün 500 manat pul ödəmək lazımdır və səhər 7-dək həmin pulu çatdır ki, oğlunun işi ağır olmasın. O da razılaşmış və evə getmiş, o səhər saat 7-də 300 manatla getmiş 2-ci PŞ-nə və saat 10-a kimi Orxanı gözləmişdir. Orxan gəldikdən sonra onun otağına qalxmış və otaqda Orxana 300 manat pulu vermiş, lakin o narazılıq etmiş ki, 500 manat verməliyik vəkilə. Sonra pulu götürüb bayıra çıxmış 5-6 dəqiqə sonra qayıtmış və rəislə danışıb razılaşdırdığını, əlavə də 100 manatı saat 3-də çatdırmağı tapşırmış, o da razılaşmış və şöbədən çıxmışdır. Həmin 100 manatı tapdıqdan sonra 2-ci PŞ-nə gəlib Orxana zəng vurmuş və Orxan da bir qədər sonra şöbəyə çatmış və onun otağına birlikdə qalxmış və otaqda ondan 100 manat pul almış və Rəhmanın kirayə qaldığı evin açarını ona qaytarmışdır. Daha sonra ona getməyi və Rəhmanın sənədləşməsinin nəticəsi barədə axşama kimi məlumat verəcəyini demişdir. O da evə getmiş, axşam lakin ona Orxan cavab deməmiş, Sonradan ona məlum olmuş ki, 2-ci PŞ-də Təqsirləndirilən şəxs barəsində narkotik vasitə daşıma barədə sənədləşmə aparılmış və material Xəzər RPİ-nin istintaq şöbəsinə verilərək cinayət işi açılmışdır. O da Orxanın ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan bu barədə maraqlanmış və ona verdiyi 400 manat pulu geri tələb etmişdir. Həmin gün axşam saatlarında Zaur adlı polis mayoru ***-***-**-** nömrəsindən zəng edərək ondan Orxanla aralarında olan pul məsələsini soruşmuşdur. O da ona Orxanın onu aldadıb 400 manat pulunu almasını demiş, Zaur da ona demiş ki, 10 dəqiqəyə onunla əlaqə saxlayacaqdır. Zaur onu Buzovna qəsəbəsinə “Rahat market” in qarşısına çağırmış ki, gedib pulu ondan alsın. O da xəstə olduğunu və ünvanını ona başa salmış ki, gətirib pulu məhləsində versin. Zaur Maştağa qəsəbəsinə gələrək evinin qarşısında ona 400 manat pulu vermiş, oğlu Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün o müqavilə ilə Suraxanı rayonu 9 saylı vəkil bürosundan Müdafiəçi adlı vəkil tutmuş, Hücrəddin Rəhmanın yanına getdikdən sonra ona məlum olmuş ki, 2-ci PŞ-də əsassız olaraq Rəhmana işgəncələr verərək onun külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıması barədə sənədləşdirmişlər. X18 xx.xx.2021-ci il tarixdə icarə əsasında idarə etdiyi “Toyota-Prius” markalı avtomobilin sahibi Şahid3lə birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə avtomobili götürmək üçün getmişdir. İstintaqın bircə xüsusata fikir verməsini xahiş etmiş ki, hansı dərrakəli insan polis şöbəsinə gedərkən cibində narkotik vasitə, psixotrop maddə cibinə qoyub gedər. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs əsassız olaraq tutulmuşdur və ona elan edilmiş ittiham da saxta sübutlar əsasındadır. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrin bu hissəsini əsaslı sayır. Çünkü onun 31 iyul 2021ci il tarixdə onun təxminən saat 16:00 dəqiqədə Xəzər RPİ-nin 2-ci şöbsəinin inzibati binasının qarşısında olması, ora bu iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə birlikdə öz iradəsi ilə sərbəst gəlməsi, Şahid3 polis şöbəsinə daxil olduqdan sonra polis əməkdaşı Şahid1 tərəfindən qəbul edildikdən sonra sonuncunun Təqsirləndirilən şəxs da inzibati binanın qarşısında oldğunu bilib Şahid3 vasitəsi ilə onun inzibati binaya dəvət olunub gətirilib əlinə qandal vurulması, bundan sonra Təqsirləndirilən şəxs binadan uğursuz qaçmağa cəhd etməsi, lakin onun polis əməkdaşları tərəfindn tutulub yenidən Şahid1 iş kabinetinə qaytarılması, bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzəarəti altında olması sübuta yetirildi. Məhkəmə, polis şöbəsinə gətirilib qollarına qandal vurulub polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs saat 17:30 dəqiqə radələrində Buzovna qəsəbəsinə “Rahat market” in qarşısında sərbəst hərəkət etməsi ağlabatan deyildir. Məhkəmənin gəldiyi bu qənaət istinad edilən vaxtda Təqsirləndirilən şəxs “Rahat market” in qarşısıda saxladığnı iddia edən polis əməkdaşı Şahid1 özünün də həmin ünvanda deyil əksinə Xəzər RPİ-nin 2-ci şöbəsəinin inzibati binasında olmasını təsdiq edən Şahid3 ifadələri baxımından da əsaslıdır. Şahid3 göstərdi ki, o, 31 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində Xəzər RPİ-nin 2-ci şöbəsinə Həsnov Orxanın yanına gəlmişdir. Həmin tarixdə o, saat 18:00 dan sonra şöbədən çıxmışdır. O vaxta qədər də Rəhman və Orxan polis şöbəsində olub. Rəhmanın həmin tarixdə saat 17:30 radələrində başqa yerdə tutuluması mümkün deyil. Rəhman həmin vaxt şöbədə olmuşdur. Məhkəmədə həm Təqsirləndirilən şəxs, həm də Şahid3 olğunun bu ifadələrini təkzbi edən sübutlar müəyyən olunmadı. Bu səbəbdən də Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 17:30 adələrində Buzovna qəsəbəsinə “Rahat” market in qarşında olması sübuta yetirilmədi. Əksinə Təqsirləndirilən şəxs saat 17:30 dəqiqə radələrində Xəzər RPİ-nin 2-ci şöbəsinin inzibati binasında polis əməkdaşlarının nəzərəti altında olması müəyyən olundu. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 17:30 dəqiqə radələrində Buzovna qəsəbəsinə “Rahat” marketin qarşısıda tutulub polis şöbəsinə gətirilib onun üzərindən 4,312 qram miqdarda psixotrop maddə metamfetaminin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,844 qram çəkidə narkotik vasitə olan heroinin aşkar olunması barəsindəki iddianın həqiqətə uyğun olmayan ittiham kimi qəbul edir və ona elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyəti olmadığı üçün, yəni Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddsində göstərilən əsaslarla bəraət verilməsini əsaslı sayır. Məhkəmə, göstrilənlərlə bərabər qeyd edir ki, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, Şahid4 ifadlərində polis əməkdaşlarınının qeyriprosessual davrandıqlarını, Şahid3 isə polis əməkdaşıı Şahid1 onun yanında Təqsirləndirilən şəxs sifət nahiyyəsindən vurduğunu göstərdilər. Məhkəmə, ədalət məhkəməsinin təyinatını rəhbər tutaraq həmin halların araşdırılmasına zərurət yarandığını və bunun cinayət təqibi orqanının vəzifəsi olduğunu nəzərə alır iş üzrə xüsusi qərar çıxarılmasını əsaslı sayır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərindən onun 21 mart 2021-ci il tarixdə başqa mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,846 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımasının 24 mart 2021-ci il tarixdə Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 23:50 radələrində ünvan 1 ünvanda saxlanılıb Nizami RPİ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin psixotrop maddə metametaminin onun əynindəki şalvarın cibindən aşkar edilərək götürülməsinin sübuta yetirildiyi qənaətinə gəlib, onu təqsirli bilib və həmin əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizasının hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 0,846 qram çəkidə psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əməlak kimi məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə 25 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 26 mart 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib buraxılmış, 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qəimkan tədbiri qismində həbs qətimkan tədbiri seçilib, 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib hazırkı vaxta qədər, yəni 01 (bir) il 08 (səkkiz) ay 01(bir) gün həbsdə və ev dustaqlığında olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs həbsdə olduğu müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmədə elan edlib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində az yaşlı uşağının olması, ətraflı ifadələr verib, təqsirli bilindiyi cinayət əməlinin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin və cinayət işinin xarakterini Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, bununla yanaşı Təqsirləndirilən şəxs cinayət qanunu ilə az ağır cinayətlər kateqoriyasına aid olunmuş əməlin törədilməsində təqsirli bilinməsini, onun barəsində əvvəllər seçilmiş həbs qətimkan tədbiri 26 noyabr 2021-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib hazırkı vaxta qədər ev dustaqlığında olmasını, onun tərəfindən bu qətimkan tədbirinin tələblərinin pozulmamasını nəzərə alıb ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddətini onun bu iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə ev dustaqlığında olduğu müddətləri həcmində təyin olunmasını əsaslı sayır. Çünki cəza təyin edilməsini tənzimləyən qanunun tələbərinin ümümi prinsiplərinə əsasən cəza təqsirli şəxsin islah və cəmiyyətə reinteqrasiyasına xidmət edir və məhkəmə cəza təyin edərkən cinayət əməlinin xarakterini və digər hallarla bərabər eyni zamanda təqsirləndirilən şəxsin kənar müdaxilə olmadan özünün islah olunmağa meyilli olmasını nəzərə almağı ehtiva edir. Məhkəmədə Təqsirləndirilən şəxs davranışı göstərdi ki, o, kənar müdaxilələrə məruz qalmadan sərbəst islah olunmağa meyillidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın onun tərəfindən çəkillib başa çatmasını nəzərə alıb onun barəsində seçilmiş ev dustaqlığınının ləğv edilməsini və barəsində qətimkan tədbiri qismində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənə qədər bu qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2021-ci il tarixli, 2020 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülməsi, məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 4183 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyü müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs müdafiəçisi məhkəməyə vəsatətlə müraciət edib məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 4183 nömrəli rəyi ilə ibtidai istintaq zamanı tanış olmadığını, cinayət işinin materialları ilə tanış olarkən cinayət işinin materiallarında belə rəy olmadığnı, həmin rəyin cinayət işinin materiallarına sonradan əlavə olunduğunu göstərib həmin rəyi nəzərə almamağı xahiş etdi. Təqsirləndirilən şəxs isə onun barəsində narkoloji ekspertiza keçirilməməsini və ondan bu məqsədlə qan nümunəsi götürülmədiyini göstərdi. Müdafiə tərəfinin bu vəsatəti müzakirə olunarkən, məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 02 avqust 2021-ci il tarixdə hazırkı iş üzrə məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi və təqsirləndirilən şəxsin etap olunması haqqında qərar çıxarılmış, lakin həmin qərarla təqsirləndirilən şəxs və onun müdafiəçisi qanunla müəyyən olunmuş qaydada tanış olmamışdır. Həmin işin ikinci cildində 117 A səhifəsində Təqsirləndirilən şəxs barəsində 28 oktyabr 2021-ci il tarixli, 4183 nömrəli rəyin birinci vərəqi, cildin 162-163-cü vərəqlərində rəyin iki vərəqi tikilmişdir. İşin materiallarında rəylə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin tanış olmasını təsdiq edən protokol əlavə olunmamışdır. Məhkəmə, göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 02 avqust 2021-ci il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edildikdən sonra və ekspertizanın rəyi alındıqdan sonra təqsirləndirilən şəxsə elan edilməməklə onun narkomaniya xəstəsi olmasını təsdiq edən sübut prosessual qaydanın pozulması ilə əldə olunmuşdur. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.5-ci maddəsinin maddəsinin tələblərinə əsasən ittiham tərəfinin cinayət təqibi zamanı prosessual qanunun pozulması ilə əldə olunan sübutlar qəbul edilməsi yalnız müdafiə tərəfinin vəsatəti əsasında qəbul oluna bilər. Müdafiə tərəfi isə həmin sübutu qəbul etmədiklərini bildirib, məhkəmədən də bunu sübut kimi qəbul etməməyi xahiş etdilər. Məhkəmə, müdafiə tərəfinin vəsatətinin əsaslı olduğu qənaətinə gəlib vəsatəti təmin edir. Məhkəmədə elan edlib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 31 iyul 2021-ci il Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan təmiz çəkisi 0,844 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 4,312 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübüt kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, iki ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. Məhkəmə, bu hissədə Təqsirləndirilən şəxs bəraət vermək qərarına gəldiyindən bu narkotik vasitələrin və psixotrop maddənin, həmin axtarışı özündə əks etdirən DVD -ni cinayət işindən ayrılmış cinayət işinin materiallarında saxlanılmasını, bir ədəd DVD diski isə hazırkı işin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir ) il 08 (səkkiz ) ay 01 (bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək, 31 iyul tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə, həmin tarixdən hazırkı tarixə qədər ev dustaqlığında olduğu 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilsin və ona təyin olunmuş cəzanın çəkib qurtardığı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə Azərbaycan Respublikası CM-nin 39.2-ci maddəsində göstərilən əsaslarla, yəni cinayət əməlinə aidiyyəti olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsindəki bəraət hökmü qüvvəyə mindikdən sonra hazırkı cinayət işindən ona aid cinayət işinin materialların əsli məhkəmədə saxlanılsın, ittihamın digər hissəsində nəzərdə tutulmuş əməlləri törədən şəxsləri müəyyən etmək üçün həmin materialların əslləri cinayət işinin materiallarından ayrılıb ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora göndərilsin. Dövlət büdcəsi hesabına 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Həmin məbləğ məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə aşkar edilib götürülmüş 0,846 qram çəkidə psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv olunsun, həmin axtarışın əks olunduğu rəqəmsal video disk hazırkı cinayət işinin materiallarında, 4,312 qram miqdarda psixotrop maddə metamfetamin və 0,844 qram çəkidə heroin və bununla bağlı materiallar hazırkı cinayət işindən ayrılacaq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-88/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-88/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver