Məhkəmə qərarları › İş №1(101)-88/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-88/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-88/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1956-cı ildə Kəlbəcər rayonu, Qılışlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, 4-cü Mədən küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X5 Korpusunun (Sepah) əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən casusluq etməklə və xarici dövlətin xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşları tərəfindən 2018-ci ildə məxfi əməkdaşlığa cəlb edilmiş, sonuncuların tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 30 sentyabr 2020-ci il tarixdə özünə məxsus "X24" markalı AZ **-SG-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisinə gedərək onlar tərəfindən göndərilmiş elektron xəritədə göstərilən ərazinin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə həmin şəxslərə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı Üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2021-ci ilin may ayında sonuncular tərəfindən göndərilən elektron xəritə ilə özünə məxsus "X24" markalı AZ **-SG-*** qeydiyyat nişanlı avtomobillə Füzuli rayonuna gedərək orada müvafiq ərazilərin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayında əmisi Təqsirləndirilən şəxs2 xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa razı salmaqla sövdələşmiş, daha sonra İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" bəqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin Rasulovla birlikdə Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsinə gedərək həmin Zərərinə olaraq qəsdən sonuncular tərəfindən göndərilən elektron xəritəyə əsasən Arif ərazidə yerləşən neft və qaz boru xətlərinin yerləşdiyi ərazilərin müxtəlif fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2la birlikdə Yevlax şəhərinə gedərək oradakı hava limanında saxlanılan hərbi texnikaların və ərazinin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2022-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəllər hərbi texnikaların saxlanıldığı ərazinin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 26-29 may 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərində keçirilmiş "Texnofest" Aviasiya, Kosmik və Texnologiya festivalında sərgilənən texnikaların fotoşəkillərini və videogörüntülərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs2la Salyan rayonu ərazisinə gedərək həmin ərazidə olan hərbi texnikaların fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 1-2 avqust 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən hərbi hissənin yaxınlığına gedərək, "Doktor" ləqəbli şəxsin tapşırığı ilə aldığı 1 ədəd "Canon PowerShot SX70 HS 4K Wi-Fi" markalı fotokamera ilə orada olan hərbi təyinatlı qurğuların və hərbi texnikanın fotoşəkillərini və videogörüntülərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Yuxarıda göstərilən tapşırıqları icra etməsi qarşılığında Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşları vasitəsilə ümumilikdə nağd formada 300 manat, bank köçürmələri yolu ilə isə 13436 manat olmaqla ümumilikdə 13736 manat məbləğində pul vəsaiti almış və həmin vəsaitdən ümumilikdə 1200 manat məbləğində pul vəsaitini görülən işlər müqabilində Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 qəsdən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X5 Korpusunun (Sepah) əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən casusluq etməklə və xarici dövlətin xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşları tərəfindən 2018-ci ildə məxfi əməkdaşlığa cəlb edilmiş, sonuncuların tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 30 sentyabr 2020-ci il tarixdə özünə məxsus "X24" markalı AZ **-SG-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisinə gedərək onlar tərəfindən göndərilmiş elektron xəritədə göstərilən ərazinin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə həmin şəxslərə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2021-ci ilin may ayında sonuncular tərəfindən göndərilən elektron xəritə ilə özünə məxsus "X24" markalı AZ **-SG-*** qeydiyyat nişanlı avtomobillə Füzuli rayonuna gedərək orada müvafiq ərazilərin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayında əmisi Təqsirləndirilən şəxs2 xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa razı salmaqla sövdələşmiş, daha sonra İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən sonuncular tərəfindən göndərilən elektron xəritəyə əsasən Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsinə gedərək həmin Ərazidə yerləşən neft və qaz boru xətlərinin yerləşdiyi ərazilərin müxtəlif fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2la birlikdə Yevlax şəhərinə gedərək oradakı hava limanında saxlanılan hərbi texnikaların və ərazinin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı Üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2022-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəllər hərbi texnikaların saxlanıldığı ərazinin fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 26-29 may 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərində keçirilmiş "Texnofest" Aviasiya, Kosmik və Texnologiya festivalında sərgilənən texnikaların fotoşəkillərini və videogörüntülərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs2la Salyan rayonu ərazisinə gedərək həmin ərazidə olan hərbi texnikaların fotoşəkillərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşlarının tapşırığı üzrə tamah niyyəti ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən 1-2 avqust 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən hərbi hissənin yaxınlığına gedərək, "Doktor" ləqəbli şəxsin tapşırığı ilə aldığı 1 ədəd "Canon PowerShot SX70 HS 4K Wi-Fi" markalı fotokamera ilə orada olan hərbi təyinatlı qurğuların və hərbi texnikanın fotoşəkillərini və videogörüntülərini çəkib "WhatsApp" mesajlaşma sistemi vasitəsilə Meysə adlı şəxsə göndərərək casusluq etməklə dövlətə xəyanət etmişdir. Yuxarıda göstərilən tapşırıqları icra etməsi qarşılığında Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə və "Doktor" ləqəbli şəxs kimi təqdim edən əməkdaşları vasitəsilə ümumilikdə nağd formada 300 manat, bank köçürmələri yolu ilə isə 13436 manat olmaqla ümumilikdə 13736 manat məbləğində pul vəsaiti almış və həmin vəsaitdən ümumilikdə 1200 manat məbləğində pul vəsaitini görülən işlər müqabilində Təqsirləndirilən şəxs2 vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sadəcə səhhəti ilə əlaqədar İran İslam Respublikasına getmişdir. Ona BMCMİ-də ibtidai istintaqı aparan zaman demişdilər ki, o ona irəli sürülmüş ittiham aktında qeyd olunan əməlləri törətmək üçün İİR -da olmuşdur. Lakin bu belə deyildir.O, ibtidai istintaq zamanı ona irəli sürülmüş ittihamın vətənə xəyanət olmasını bilməmişdir. İbtidai istintaq zamanı ona ayın 18-i tarixindən İİR-da olmağı barədə bildirmişdilər, halbuki o həmin tarixdə orada olmamışdlr. Onun İranda bir ailə ilə əlaqələri olmuş, həmin ailədən bir nəfərə Bakı şəhərində iş qurmaq üçün adam lazım olmuşdur. Həmin şəxsə onun nömrəsini vermişlər. 2020-ci ilin 26 sentyabr tarixində ona zəng gəlmiş, həmin vaxt ikinci Qarabağ müharibəsi başlamamışdır. Əvvəlcə həmin şəxslər Rzaya zəng edərək Bakı şəhərində torpaq lazım olduğunu bildirmişlər, Rza isə bu iş üçün onu həmin şəxslərə məsləhət görmüşdür. O isə Rzaya etiraz etməmiş və torpaq sahəsi almaqda həmin şəxslərə kömək edəcəyini bildirmişdir. Ona gedib torpaq sahəsinə baxmaq barədə bildirilmiş və ona müqavilə ilə 300 manat pul vəsaiti verəcəklərini bildirmişlər. O, sentyabr ayının 27-si tarixində havalimanı yoluna qədər getsə də, yoldan geri qayıtmışdır, çünki həmin vaxt artıq əlaqə kəsilmiş və onlarla əlaqə saxlayaraq həmin torpaq sahəsinin harada olmasını öyrənə bilməmişdir. Onunla watsapp sosial şəbəkəsi vasitəsi ilə zəng edərək əlaqə saxlayırdılar. Onlar iki gün sonra ona yenə zəng etmişlər. Artıq həmin vaxt VPN proqramlarından istifadə etmişlər və bu vasitə ilə şəbəkə yaranırdı. Ona zəng gələn zaman o şəhidin yas mərasimi ilə əlaqədar Yevlaxda olmuşdur. Həmin vaxt ona zəng edən şəxs ondan Mingəçevirə gedə biləcəyi barədə soruşmuş, o isə onlara etiraz edərək, şəhidləri olduğunu heç bir yerə gedə bilməyəcəyini bildirmişdir. Bir müddət sonra o Bakıya gəlmiş ona zəng edilərək Qala tərəfə baxması barədə bildirilmişdir. O, həmin şəxs ilə razılaşmış və Qala qəsəbəsinə gedərək həmin torpaq sahəsinə baxmışdır. Həmin torpaq sahəsi boş ərazi olmuş, ətrafda evlər və ağaclar olmuşdur. O həmin ərazidə olan zaman həmin şəxs ondan şəkil istəmiş, o isə heç bir şəkil çəkmədiyini, həmin ərazinin boş sahə olduğunu bildirmiş və həmin ərazini tərk etmişdir. Bir müddət sonra həmin şəxs onunla heç bir əlaqə yaratmamışdır. 2021-ci ildə həmin şəxs onunla təkrarən əlaqə yaratmış, ona Füzuliyə gedib getməməsi barədə soruşmuşdur. O, Füzuli şəhərinə getmiş həmin şəxs ona konum göndərmiş və həmin ünvan Cəbrayıl rayonu ərazisində işğaldan azad olunmuş ərazilər, əkin sahəsi olmuşdur. O həmin şəxsə həmin ünvana gedə bilməyəcəyini oraya getmək üçün icazəsi olmadığını, həmin ərazinin döyüş mövqeyi olduğunu bildirmişdir. O, həmin şəxsə nəyə görə ora getməli olduğunu, həmin şəxsin nə işlə məşğul olduğunu soruşmuş, həmin şəxs isə sadəcə həmin ərazilərə baxmaq istədiyini, qızıl axtardığını bildirmişdir. O, həmin şəxsə qızıl axtardığı halda öz dövlətinə müraciət etməli olduğunu, onun oraya getmək imkanı olmadığını bildirmişdir. O, həmin şəxs ilə videogörüntü vasitəsi ilə zəng etmiş və bu zaman o Fizuli, Horadiz İstiqamətində kəndlərin birində olmuşdur. O, həmin şəxsə etiraz edərək həmin ünvana xərc çəkərək gəldiyini, bir daha bu məsələ ilə bağlı onu narahat etməməsini tapşırmışdır. Bir müddət sonra 2021-ci ilin dekabr ayında həmin şəxs ona yenə iş tapşırmışdır. Ondan Mingəçevirə gedə bilməsi barədə soruşmuşdur. Ona ev tutmasını, özlərinin də həmin evə gələcəklərini bildirmişdir. Lakin onlar həmin evə gəlməmişlər. İttiham aktında onun neft bazalarının şəklini çəkməsi barədə qeyd olunsa da, o bunu etməmişdir. O həqiqətəndə neft bazalarının yaxınlığında ev tutsa da, həmin bazalarının şəklini çəkməmişdir. Onun rayondan qayıtdıqdan sonra o hüquq mühafizə orqanlarına bu barədə məlumat vermək istəmiş lakin səhv məlumat verməkdən qorxmuşdur. Bundan sonra ona Yevlaxa getməsi barədə bildirmişlər, o Yevlaxda olan zaman orada hansısa obyektin uçması barədə soruşmuş, o isə orada hava limanı olması barədə bildirmişdir. Yevlaxda onun qohumları yaşamışdır. O həmin vaxtadək Yevlaxda Aeroport və ya hərbi baza olması barədə məlumatsız olmuşdur. Ona orada aerodromdan təyyarələr uçanda və ya eniş edəndə şəkil atmağını tapşırmışdılar. O həmin şəxsə bunu etməkdə nə məqsəd güdməsi barədə soruşmuşdur. O, həqiqətən də aerodromun şəklini ona çəkib göndərmişdir. O sağlamlığı ilə bağlı İrana getməli olmuş, orada həmin şəxslə görüşmüşdür. İttiham aktında onun İrana xidmət etmək məqsədi ilə getməsi qeyd olunsa da bu yalandır. O bir müddət İranda müalicə almış və bu barədə onun tibbi sənədləri də vardır. Həmin vaxt telefon nömrəsi işlək vəziyyətdə olmuş və onun üzərində olmuşdur. Hətta o həmin şəxs ilə görüşüb ayrılmışdır. Həmin şəxs onu orada həkimə aparmış, daha sonra isə onlar ayrılmışlar. O İrandan qayıdaraq Astaraya gəlmiş, bir müddət sonra isə avtomobilinin sənədlərini vermiş və qayıdıb Azərbaycana gəlmişdir. Səngəçal ərazisində o yalnız ev kirayələmiş, orada olan zaman o şəkil çəkməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni məcburiyyət altında vermişdir. Həmin vaxt ona təzyiq göstərilmişdir. Salyan rayonu ərazisində o heç bir texnikanın şəklini çəkməmişdir. Onun orada baba yurdu olan boş ərazi olmuşdur, o həmin ərazini çəkərək boş ərazidə nə axtardığını soruşmuşdur. Həmin şəxs isə torpağı çəkməsini istəmişdir. Həqiqətən də o, Yevlaxda çəkiliş etmiş, Kürdəxanı ərazisində artıq çəkiliş edəndə şübhələri daha da artmış, həmin vaxt artıq hansısa dövlət orqanına bu barədə bildirmək istəmişdir. Lakin o qorxmuş və çəkinmişdir. Əlində olan sübutları hüquq mühafizə orqanlarına təhvil vermək istəmişdir. Əmisi də artıq şübhələnmiş, özü isə işin içindən necə çıxacağını bilməmişdir. Əmisi onun yanında olsa da heç nədən xəbəri olmamışdır. Əmisi onun şəkilləri başqa məqsədlə çəkməsini düşünmüşdür. Bu olanlardan xəbərdar olmamışdır. Əmisi onu dəfələrlə hər hansı texnikanın şəkli çəkməməsi barədə bildirmiş, həmin ərazilərin hərbi hissə olduğunu və onun şübhələndiyini demişdir. O, isə əmisinə hərbi hissənin şəklini çəkmədiyini demişdir. Bu vəziyyətdən necə çıxacağını bilməmiş, əmisinə də yalan danışmışdır. Özü də Qarabağda döyüşmüş və özünü pis vəziyyətə salmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ittiham aktında qeyd olunan adlardan Meysə adlı şəxsi görmüşdür. Meysəni gözü ilə bağlı İrana gedəndə bir neçə dəfə görmüşdür. Rza sadəcə ailə dostudur, onu da aldatmışdır, yəni onun da bu işlərdən xəbəri olmamışdır. Sadəcə onlar torpaq sahəsi almaq üçün adam axtaranda onu məsləhət görmüş, eləcə də onunla əlaqə yaratmışlar. Meysə adlı şəxs ona həmişə qızıl və ziynət əşyaları alveri ilə məşğul olması barədə bildirmiş, həmçinin sement zavodu olması barədə demişdir. Doktor ləqəbli şəxsin kim olduğunu bilmir. Meysə ona demişdir ki, Bakıda doktor ləqəbli şəxslə biznes quracaqlar. O isə səbirsizliklə necə iş yeri açılacağını gözləmişdir. Onun həmin şəxsə göndərdiyi şəkillər və videoların qarşılığında həmin şəxs onun kartına pul göndərirdi. Həmin puldan komputer və özünə kamera alması üçün istifadə etməsini tapışırmışdır . Həmin pullar həqiqətən də onun kartına mədaxil olmuşdur. Onun iki ədəd kartı olmuş, öz kartının şəkilini həmin şəxsə göndərmişdir. Kartına küçürülən pul vəsaitlərinin ona haradan və kim tərəfindən göndərilməsi barədə o məlumatsızdır. Onun əmisi ona bir neçə dəfə həmin şəxsin yer almaq istəməsi, niyə hərbi hissənin yanında istəməsi barədə suallar vermişdir. O, əmsinə onu istədiyi yerləri aparıb gətirməsi üçün ödəniş etmişdir. Həmin şəxs ondan hərbi hissə və texnikaların çəkinməklə bağlı heç nə deməmiş, ondan bu barədə heç nə soruşmamışdır. Həmin şəxs ona aparat gətirməsi və həmin aparat vasitəsilə yeraltı köhnə qızılları tapacağı barədə bildirmişdir. Hətta o, buna görə təəccüblənmişdir. Onu şübhələndirən bəzi suallar olmuşdur. Həmin şəxs həmişə Azərbaycana gələcəyi barədə ona bildirmiş, o isə fikirləşmişdir ki, həmin şəxs gəldiyi halda onu dövlətə təhvil verəcək. Lakin o, belə bir addım atmamışdır. Onun 2022-ci ilin yanvar ayında əmisi ilə dövlətə xəyanət ilə bağlı hər hansı bir sövdələşməsi olmamışdır. O, Məysə adlı şəxsi Rza vasitəsi ilə tanımış, Doktor ləqəbli şəxsi isə Meysə vasitəsi ilə tanımışdır. Doktor adlı şəxsi heç vaxt görməmişdir. Meysəni bir dəfə 2021-ci ilin avqust ayında görmüşdür. O, ilk dəfə İrana 2014-cü ildə gözlərinin müalicəsi ilə əlaqədar getmişdir. Bundan başqa o, 2015 və 2018-ci illərdə həm müalicəsi, həm də iş ilə əlaqədar İrana getmişdir. O İrandan sərnişin daşıma ilə məşğul olmuş, onun müştəriləri əsasən azərbaycanlılar və iranlılar olmuşdur. Əmisinə İrana və digər yerlərə gedib-gəlmək üçün ödənişi öz şəxsi vəsaiti hesabına 1200 manat vermişdir.Onu ilk dəfə BMCMİ əməkdaşları saxlamış, daha sonra DTX-a təhvil vermişlər. Əmisi onun gördüyü işlərdən xəbərdar olmamış, hər dəfə o hərbi hissə yanına getməli olduqlarını dedikdə əmisi bunun səbəbini ondan soruşmuşdur. Əmisinin onun əlaqə saxladığı şəxslərdən xəbəri olmamışdır. O bir müddət gözündə olan linza ilə əlaqədar yaranmış problemə görə maşın sürə bilməmiş, həmin vaxt əmisinin maşını idarə etməsini məsləhət görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadədə o əmisinin bu olanlardan üç gün əvvəl xəbərdar olduğunu bildirmiş və bu ifadəsini bu hissədə heç bir təsir altında deməmişdir. Əlavə olaraq avtomobilinin nasaz olduğunu, buna görə tez-tez yolda saxlayaraq əmisinin avtomobilin qapağını açaraq yoxladığını, sonuncunun niyyətinin onu gizlətmək olmadığını qeyd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2022-ci ilə qədər sürücü işləmişdir. Qardaş oğlu Elnuru da onun istəyilə göstərdiyi yerlərə aparmışdır. Lakin onun həmin yerlərə nə məqsədlə getməsini bilməmişdir. O, özü 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Atası da həmin müharibədə şəhid olmuşdur. Özü də ürək xəstəliyinin müalicəsi üçün dövlət tərəfindən müalicəyə göndərilmişdir. Qardaşı oğlu Rəsulu Bərdəyə, Yevlaxa, Şəmkirə aparmış, lakin onun orada nə işlə məşğul olmasını, nə etməsini bilməmişdir. Onlar Yevlaxa getmişlər, Qaradağ rayonunda yaşayan qohumugilə getmişlər. Qohumu Səngəçalda yaşamamışdır. Onlar Salyan rayonuna qoyun almaq məqsədi ilə getmişlər. Kürdəxanıya avtomobil üçün getmişlər. Elnur ona taksi faaliyyəti ilə bağlı 200 manat pul vermişdir. Onun heç nədən məlumatı olmamışdır. İbtidai istintaq zamanı özünü təqsirli bilməmişdir. O, avtomobili idarə edərkən, Elnurun telefon ilə haranınsa şəklini çəkməsindən məlumatsız olmuşdur Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə onlara qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etməməsi və düşmən tərəfinə keçməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə cinayət məsuliyyətindən yayınmaq üçün uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu 23 iyun 2.023-cü ıi tarixli ifadəsində və digər ifadələrində özünü müdafiə üçün qardaşı oğlu Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı tərəfindən verilən tapşırıqları icra etməsindən, habelə hərbi təyinatlı obyektlərin və texnikaların foto və videogörüntürlərinin çəkilişində iştirak etsə də çəkilişlərin məqsədindən məlumatsız olduğunu bildirmiş, lakin onun bu barədə göstərdikləri Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələr, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi əks-kəşfiyyat baş idarəsindən 02 avqust 2022 ci ıl tarixli 3/2304 saylı məktubla daxıl olmuş ilki materiallarda mövcud olan Bakı şəhəri Səbəil rayon məhkəməsinin 20 iyul 2022-ci ıl tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 və əmisi Təqsirləndirilən şəxs2 səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə müşahidə edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01-02 avqust 2022-ci ıl tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi istiqamətində hərəkətdə olarkən birinciyə məxsus "X24” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobildə apardıqları danışıqların və etdikləri hərəkətlərin qeyd alındığı videogörüntülərin yazıldığı 1 (bir) ədəd diskə keçirilmiş 13 mart 2023-cü ıl tarixli baxış protokolu və digər istintaq materialları tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın özlərini Meysə və "Doktor ləqəbli şəxs kimi təqdim edən əməkdaşları vasitəsilə ümumilikdə nağd formada 300 manat, bank köçürmələr: yolu iiə isə 13436 manat olmaqla ümumilikdə 13736 manat məbləğində pul vəsaiti almış və həmin vəsaitdən ümumilikdə 1200 manat məbləğində pul vəsaitini görülən işlər müqabilində Təqsirləndirilən şəxs2 vermişdir. Belə ki, məhkəmədə ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslərin öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmədə belə məzmunda ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, cinayət işi ilə bağlı o heç nə görmədiyi və eşitmədiyindən şahidlik edə bilməz. Elnur yalnız bir dəfə ona youtube sosial şəbəkə seqmentində Azərbaycan əsgərlərinin Laçın istiqamətində döyüşə getməsi barədə video göstərmiş və həmin videodan başqa ona heç nə göstərməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elnur ona göstərdiyi həmin videonu özü çəkməmiş sadəcə öz telefonunda həmin videonu ona göstərmişdir. O Elnura həmin videonu silməyi deyil, paylaşmaması barədə tövsiyyə vermişdir. Ona qaynı Arif və oğlu Elnurun nə ilə ittiham olunduqları aydındır. DTX əməkdaşları onların evinə gəlmiş və onlardan qızıl və silahlar tələb etmişlər. Ona ibtidai istintaq zamanı oğlu Elnurun İrana gedib getməməsi məzmunda suallar verilmiş və o bildirmişdir ki oğlunun casusluq etməsinə inanmır. Oğlu Elnur hərbi maşınların şəklini çəkməmişdir, yalnız bir dəfə onlar dəniz qırağına gedən zaman oğlu hərbi vertolyotların şəkillərini çəkmiş, o isə Elnura həmin şəkilləri silməsini bildirmişdir. Onun qaynı Arif təqaüdə çıxmış və işsiz olmuşdur. Bu səbəbdən Arif və oğlu birlikdə rayonlara sərnişin daşıma ilə məşğul olmuşlar, bəzən avtomobili Arif, bəzən isə Elnur idarə etmişdir. Onlar həmin sərnişin daşımalardan qazandıqları məvacibi yarı bölmüşlər. Onlar Yevlax, Gəncə və digər şəhərlərə səyahətlər etmişlər. O, Elnur və Arifin ittiham olunduqları əməlləri barədə məlumatsızdır, belə ki, əməliyyatçılar həm Arifin, həm də Elnurun evində axtarış aparmışlar lakin hər iki axtarışda qızıl və silah aşkar etməmişlər. Əməliyyatçılar onların evindən Elnura məxsus xarici pasportu götürmüşlər. X27 Respublikasına onun müalicəsi ilə əlaqədar gedib-gəlmişdir. Elnur İrana tək də getmişdir, o ilk dəfə İrana 2014-cü ildə, sonuncu dəfə isə 2021-ci ildə getmişdir. Elnur xarici həkimlər ilə danışmamış və onun kartına xarici həkimlər pul köçürməmişlər. Onlar Elnurun müalicəsi üçün pul xərcləmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Əmirah oğlu ifadəsində göstərmişdir ki,onun qardaşı və oğluna irəli sürülmüş ittiham ona aydındır. Lakin onlar belə bir hadisədən ümumiyyətlə məlumatlı olmamışlar. Heç oğlu da belə bir fəaliyyətlə məşğul olmamışdır. Onun oğlu İran İslam Respublikasına müalicəsi ilə əlaqədar gedib gəlmiş, lakin oğlu İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişdir. Oğlunun gözlərində problem olmuş və o İrana gözlərinin müalicəsi üçün getmişdir. Onun oğlu ildə bir dəfə İrana gedib-gəlmiş, oğlunun müalicə xərclərini o qarşılamışdır. Elnur müalicə üçün İİR gedən zaman hər dəfə təxminən 3-4 gün qalmışdır. Oğlu İrana ilk dəfə 2021-ci ildə getmiş, həmin tarixdən əvvəl İrana getməmişdir. Onun oğlu 2014-cü ildə də İİR-a getmişdir, həmin tarixdə o ilk dəfə İİR-a getmişdir. Həmin tarixdən bir neçə il sonra o yenə İrana getmişdir, lakin həmin tarixi tam xatırlamır. Sonuncu dəfə 2022-ci ildə İrana getmişdir. Onlar Elnurun göz müalicəsinin ödənişini ödəmişlər. Elnurun İranda necə müalicə olunması barədə məlumatsızdır. Elnur İranda həkim müayinəsindən keçmişdir. O həmin həkimin adını bilməmişdir. O oğlunun Doktor və Meysə adlı şəxslər ilə telefon vasitəsi ilə əlaqə saxladığını görməmişdir. Elnur bir nəfər tanışı vasitəsi ilə İrana gedib gəlmişdir. Yalnız həmin şəxs ilə oğlunun əlaqə saxladığnı bilmişdir. Başqa heç kəs ilə oğlunun əlaqə saxlaması barədə xəbərdar olmamışdır. O heç vaxt oğlu ilə İrana getməmiş, oğlu həmişə anası ilə birgə İrana getmişdir. Oğlunun xarici xidmət orqanları ilə əlaqə qurması barədə heç nə bilməmişdir. Həmin vaxt o boru sistemləri, elektrik sistemləri qurmaqla məşğul olmuş və həmin işdən qazancı yaxşı olmuşdur. Ona çatacaq pul vəsaitləri isə oğluna məxsus bank kartına köçürülürdü. Yəni oğlunun öz pulu olmuşdur. Oölunun kartına pul köçürən şəxslər onun işlədiyi rəhbər şəxslər olmuş, onların hamısı Azərbaycanda yaşamışdır. Onun oğlunun kartına xarici ölkələrdən pul gəlməmişdir. O oğluna taksi fəaliyyəti ilə məşğul olması üçün maşın almışdır. Həmin vaxtlar Elnurun gözü yaxşı görmüş, sonradan görmə qabiliyyəti pozulduğu üçün qardaşı Ariflə birgə Yevlax və digər rayonlara sərnişin daşıma ilə məşğul olmuşlar. Onlar qaznclarını aralarında bölmüş, bəzən oda onlara köməklik göstərmişdir. O, Arifə Elnura nəzarət etməsini məsləhət görmüşdür. Onun nə oğlunun, nə də qardaşının hər hansı qanunsuz fəaliyyəti barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 37-38) həmin gün Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 91-93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 129-132) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Arif oğlunun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 60-61) həmin gün Təqsirləndirilən şəxs2 02 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 106-108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 133-134) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixli R-608 nömrəli ərizəsi ilə təqdim etdiyi "Samsung Galaxy A71" markalı mobil telefona baxış keçirilməsi haqqında 12 avqust 2022-ci il tarixli protokoldan (Cild 1, vərəq 153-179) görünür ki, mobil telefon 2 sim kartlıdır və "xxxx" mobil operatoruna məxsus ***-***-**-**, "Nar" mobil operatoruna məxsus ***-***- **-** saylı mobil nömrələr quraşdırılıb. Mobil telefonun İMEİ kodları "İMEİ1: **********01622, İMEİ 2:**********01620-dir. Telefon kitabçasında (kontaktlar) "Meyse Reza" adı ilə qeyd olunmuş **********29, "Natiq Qardas1" adı ilə qeyd olunmuş **********43 mobil nömrələr yaddaşda saxlanılmışdır. Telefona yazılmış "WhatsApp" mobil tətbiqindən ABŞ-a məxsus +1(417)-364-03-75 saylı mobil nömrə ilə, "WhatsApp Business mobil tətbiqindən isə "xxxx" mobil operatoruna məxsus ***-***-**-** qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. "WhatsApp" mobil tətbiqində olan mesajlar bölümünə daxil olduqda iş üzrə əhəmiyyət kəsb edən "Ezis Qardas" adlı İran İslam Respublikasına məxsus +**********42 saylı mobil nömrə ilə və "Mezahir Qardas" adlı İran İslam Respublikasına məxsus +**********46 saylı mobil nömrələrlə aparılmış mətn, şəkil, səs, video ismarıcların məzmunu və zəng danışıqlarının siyahısı aşkar edilmişdir. Belə ki, "WhatsApp" mobil tətbiqindəki +1(417)-364-03-75 saylı mobil nömrəyə məxsus hesabda "Ezis Qardas" adlı İran İslam Respublikasına məxsus +**********42 saylı mobil nömrə ilə 06 may 2022-12 iyul 2022-ci il tarixlərdə intensiv olaraq mesaj və zəng danışıqları aparılmışdır. Danışıqların məzmunundan, 1214 may 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 qarşı tərəfə "Mühəndis" deyə müraciət etməyi, qarşı tərəfin ona yeni video kamera alacağını deməsi, ondan olduğu yerin geolokasiya (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 40°20'13.1"N 49°43'17.9"E) məlumatlarını göndərməyini tələb etməsi, Təqsirləndirilən şəxs1 isə ona çəkib göndərdiyi videoya baxmasını xahiş etməyi, eləcə də birinciyə məxsus "xxxx" KB ASC-də açılmış 5243 7544 1072 7489 nömrəli bank kartının şəklini göndərməyi, 23 may 2022-ci il tarixdə Bakı şəhərində keçiriləcək "Teknofest" sərgisinə dair məlumatlar, eləcə də "Bayraktar" pilotsuz uçuş aparatına dair sayt keçidini göndərməyi, neft məhsullarının ticarəti ilə bağlı danışıqlar apardığı, həmçinin qarşı tərəfin Texnofestlə bağlı videonu göndərməyini tələb etməsi və onu "Doktor" adlı şəxsə göndərəcəyini bildirməsi, Təqsirləndirilən şəxs1 qarşı tərəfdən dəfələrlə pul göndərməyini tələb etməyi, qarşı tərəfin ona 2500 manat pul vəsaiti göndərəcəyini qeyd etməsi, Təqsirləndirilən şəxs1 ona öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-də açılmış 5522 0993 4691 8212 nömrəli kartın şəklini göndərməyi, qarşı tərəfin Təqsirləndirilən şəxs1 öz bank kartının deyil də atasının və ya qardaşının bank kart məlumatlarını göndərməyinin daha yaxşı olduğunu bildirməyi görünür. Eləcə də, "WhatsApp" mobil tətbiqindəki +1(417)-364-03-75 saylı mobil nömrəyə məxsus hesabda "Mezahir Qardas" adlı İran İslam Respublikasına məxsus +**********46 saylı mobil nömrə ilə 13 iyul 2022-02 avqust 2022-ci il tarixlərdə intensiv olaraq mesaj və zəng danışıqları aparılmışdır. Danışıqların mazmunundan, 13 iyul 2022-ci il və sonrakı tarixlərdə Təqsirləndirilən şəxs1 qarşı tərəfə "Doktor" ya da "Mühəndis" deyə müraciət etməyi, ona Millon ödəmə terminalı vasitəsilə 1310 manat pul saiti göndərilməsi, 22 iyul 2022-ci il tarixdə qarşı tərəfə işsizliyin bezdirici olduğunu və ondantəkidlə iş tapşırmasını xahiş etdiyi, 26 iyul 2022-ci il tarixdə "Nikon Coolpix p1000" fotoaparatının internet saytlarındakı qiymətini qarşı tərəfə göndərdiyi, 31 iyul 2022-ci il tarixdə qarşı tərəfin ona Bakı şəhərində hərbi obyektə məxsus geolokasiya məlumatlarının internet keçidini (https://goo.gl/maps/RbNyYNQ35XcTY2UD7) göndərdiyi, 01 avqust 2022-ci il tarixdə qarşı tərəfə öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-də açılmış 5522 0993 4691 8212 nömrəli kartın şəklini göndərməyi, qarşı tərəfə işin çətin olduğunu deməyi və qarşı tərəfin ona videonu çəkib atdıqdan sonra orada təxminən 1 saat gözləməyini və sonra orada dayanmamağı tapşırması, daha sonra 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 olduğu yerin geolokasiya (Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 40°32'53.4"N 49°54'12.8"E) məlumatlarını qarşı tərəfə göndərməyi, eləcə də dəmir boru və tikanlı məftildən düzəldilmiş çəpər konstruksiyalı hasarın çöl hissəsi tərəfindən hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş hərbi avtomobil texnikalarının və hərbi qulluqçuların uzaqdan aparılmış foto-video çəkilişlərini qarşı tərəfə göndərməyi görünür. Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixli R-608 nömrəli ərizəsi ilə təqdim etdiyi 1 ədəd "Canon PowerShot SX70 HS 4K Wi-Fi" markalı fotoaparatın və 1 ədəd "Samsung EVO Plus" yaddaş kartına baxış keçirilməsi haqqında 13 avqust 2022-ci il tarixli protokoldan (cild 1, vərəq 184-192)görünür ki, fotoaparata məxsus yaddaş kartında 26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində keçirilmiş "Texnofest" sərgisində "Bayraktar Akıncı"nın pilotsuz uçuş aparatının, "Bayraktar TB2" pilotsuz uçuş aparatının, hava hücumundan müdafiə üçün üstündə hərbi avadanlıq quraşdırılmış "KAMAZ" markalı yük avtomobilinin, döyüş tapşırıqlarını yerinə yetirilməsi üçün nəzərdə tutulmuş zirehli avtomobilin, Türkiyə Respublikasına məxsus "Gökbey" döyüş helikopterinin, "AİR Ambulance" helikopterinin, Türkiyə Respublikasına məxsus "GEZERİ" helikopterinin, Azərbaycan Respublikasına məxsus "İTİQOVAN" pilotsuz uçuş aparatının, ərazinin müşahidə aparılması üçün nəzərdə tutulmuş hərbi "Dron"un, "ORBİTER3" pilotsuz uçuş aparatının və onun texniki xassələrinin, "ORBİTER KM-Zərbə" pilotsuz uçuş aparatının və onun texniki xassələrinin, Türkiyə Respublikasına məxsus "Bayraktar TB2 SPUA" silahlı pilotsuz uçuş aparatının texniki xassələrinin, Azərbaycan Respublikasına məxsus "Qırğı" kəşfiyyat pilotsuz uçuş aparatının, Azərbaycan Respublikasına məxsus "Quzğun" zərbəendirici pilotsuz uçuş aparatının və "ORBİTER4" pilotsuz uçuş aparatının texniki xassələrinin əks olunduğu fotoşəkillər çəkilmişdir. Eləcə də baxış zamanı yaddaş kartında 01 avqust 2022-citarixdə dəmir boru və tikanlı məftildən düzəldilmiş çəpər konstruksiyalı hasarın çöl hissəsi tərəfindən hava hücumundan müdafiə üçün nəzərdə tutulmus hərbi avtomobil texnikalarının və hərbi qulluqçuların uzaqdan aparılmış foto-video çəkilişlərinin mövcud olduğu görünür. "xxxx" KB ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli HTİD/8370 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskdə mövcud olan məlumatlara baxış keçirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan( Cild 1, vərəq 297-298) görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" KB ASC-dəki "524375SRKEUC7489" saylı bank hesabına **********11696796 nömrəli tranzaksiya üzrə "xxxx" ASC-yə məxsus "BirBank" sistemi vasitəsilə xx.xx.2022 tarixdə 500 manat məbləğində pul vəsaitinin, **********11062821 nömrəli tranzaksiya üzrə "xxxx" ASC-yə məxsus "BirBank" sistemi vasitəsilə xx.xx.2022 tarixdə 800 manat pul vəsaitinin, **********11122810 və **********28332628 nömrəli tranzaksiyalar üzrə "xxxx" KB ASC-yə məxsus bank kartlarından xx.xx.2022 və xx.xx.2022-ci tarixlərdə müvafiq olaraq 900 və 300 manat məbləğində pul vəsaitinin X9 (524375******2221) və X7 (409858******1492) tərəfindən, **********11492664 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 299 manat, **********28175355 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 598 manat, **********00668105 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 767,15 manat, **********05013593 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 306,46 manat, **********11045710 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 498,5 manat, **********89958483 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 299 manat, **********93338299 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 697,5 manat, **********04064654 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 244 manat, **********88946527 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 316 manat, **********15087597 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 498,5 manat, **********15206385 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 498,5 manat, **********04355890 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 219 manat, **********04723547 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 328,35 manat, **********77314469 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 996 manat, **********89970016 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 348,25 manat, **********34349768 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 498,5 manat və **********43193430 nömrəli tranzaksiya üzrə xx.xx.2022-ci il tarixdə 498,5 manat pul vəsaiti "Million"xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 41-18264/2022 nömrəli məktuba baxış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan (Cild 1, vərəq 285) görünür ki, Təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan ******************** nömrəli bank hesabına xx.xx.2022-ci il tarixdə 470 manat məbləğində oul vəsaiti İBAR kiosk vasitəsilə, ******************** nömrəli bank hesabınıza isə xx.xx.2022-ci il tarixdə terminal vasitəsilə 1310 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 49/1306 nömrəli məktuba baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan (Cild 2, vərəq 96) görünür ki, Təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan 416973******2556 BirKart Umico bank kartına terminal vasitəsilə xx.xx.2022-ci il tarixdə 1245 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-2110/23 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskdə mövcud olan məlumatlara baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan (cild 2, vərəq 202-203) görünür ki, xx.xx.2009-cu il tarixli 218391 nömrəli müqaviləyə əsasən, ********** mobil nömrəsi Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. ********** mobil nömrəsi üzrə zənglərin detallaşması ilə bağlı elektron çıxarışa baxış keçirildikdə orada zəng edən və zəng daxil olan mobil nömrələr, zəng müddəti və zəngi qəbul edən ********** mobil nömrəsinin zəng vaxtı olduğu anten ərazisi barədə məlumatların mövcud olduğu aşkar edilmiş, anten məlumatlarına əsasən qeyd olunan nömrənin faktiki istifadəçisinin xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Pirallahı qəsəbəsi Səməd Vurğun küçəsi 287 Azər poçt-ATS 457, Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsi Qala-Pirallahı yolu 17-ci km, Bakı şəhəri Xəzər rayonu Gürgan qəsəbəsi İ.Məcidov küçəsi, 04-25 yanvar 2022-ci il tarixlərdə intensiv olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sənğəçal qəsəbəsində, 05-16 fevral 2022-ci il tarixlərdə intensiv olaraq Yevlax rayonu ərazisində, o cümlədən Yevlax Şəhəri Heydər Əliyev prospekti 48 və 54B, Nizami dalan 4 (X28), Pişəvəri küçəsi 1. "X1, Qanboy Quliyev küçəsi 1, S.Əsgərova küçəsi 1 Ünvanlarında, rayonun Yuxarı Qarxun, Aşağı Qarxun və Varvara kəndləri ərazisində, 12 aprel -13 may 2022-ci il tarixlərdə intensiv olaraq Bakı şəhəri Qaradağ rayonu Lökbatan-Qobu park yolu, Abşeron rayonu Güzdək qəsəbəsi Elman Heydərov küçəsi 18, 29 iyun 12 iyul 2022-ci il tarixlərdə intensiv olaraq Salyan rayonu ərazisində, o cümlədən Salyan şəhəri, rayonun X17 kəndləri, 01-02 avqust 2022-ci il tarixlərdə intensiv olaraq Bakı şəhəri X8 qəsəbəsi D.Vasif küçəsi 76, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bağları Əjdər Məlikov küçəsi İL Market yanı, Abşeron rayonu Fatmayi kəndi Nəbi Xəzri və Cabir Novruz kücalarinin kəsişməsi ərazisində olmusdur. Telefon danışıqlarının təhlili zamanı yuxarıda göstərilən ərazilərdə olarkən ********** mobil nömrəsi ilə İran İslam Respublikasına məxsus **********29 mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdə, İran İslam Respublikasınaməxsus **********43 mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdə zəng danışıqlarının aparıldığı müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli AZF/LGL-22726/22 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskdə mövcud olan məlumatlara baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan (cild 2, iş vərəqə 99-100) görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli müqaviləyə və məxsusluq tarixçəsinə əsasən ********** mobil nömrəsi Şahid1 adına rəsmiləşdirilmişdir. ********** mobil nömrəsi üzrə zənglərin detallaşması ilə bağlı elektron çıxarışa baxış keçirildikdə orada zəng edən və zəng daxil olan mobil nömrələr, zəng müddəti və zəngi qəbul edən ********** mobil nömrəsinin zəng vaxtı olduğu anten ərazisi barədə məlumatların mövcud olduğu aşkar edilmiş, anten məlumatlarına əsasən qeyd olunan nömrənin faktiki istifadəçisinin 24 may 2021-ci ildə Füzuli rayonu ərazisində, o cümlədən rayonun Horadiz qəsəbəsi Gənclər prospekti 11 Füzuli Rayon Statistika İdarəsi ilə üzbəüz ərazidə, Qarabağ, Böyük Bəhmənli, Bala Bəhmənli, Qazaxlar, Kərimbəyli və Yuxarı Kürdmahmudlu kəndləri ərazisində, 05-16 fevral 2022-ci il tarixlərdə intensiv olaraq Yevlax rayonu ərazisində, o cümlədən Yevlax şəhəri Heydər Əliyev prospekti 48 və 54B, Nizami dalan 4 (X28), Pişəvəri küçəsi 1, "X1, Qanboy Quliyev küçəsi 1, S.Əsgərova küçəsi 1 ünvanlarında, rayonun Yuxarı Qarxun, Varvara, Nemətabad kəndləri ərazisində, 11 aprel 14 may 2022-ci il tarixlərdə intensiv olaraq Bakı şəhəri Qaradağ rayonu Lökbatan-Qobu park yolu, Müşfiqabad qəsəbəsi Qanlıtəpə ərazisi, Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsi Şabandağ, Abşeron rayonu Güzdək qəsəbəsi Elman Heydərov küçəsi 18, Qobu qəsəbəsi Nizami Gəncəvi küçəsi 5, 14 iyun 12 iyul 2022-ci il tarixlərdə intensiv olaraq Salyan rayonu ərazisində, o cümlədən Salyan TQK-nin texniki binası, rayonun Çuxanlı, Yenikənd, Xalac, Aşağı Noxudlu kəndləri, Qırxçıraq qəsəbəsi ərazilərində olduğu müəyyən edilmişdir. AZERCELL TELEKOM" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 26558 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskdə mövcud olan məlumatlara baxış keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 355) görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ********** mobil nömrə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. ********** mobil nömrəsi üzrə zənglərin detallaşması ilə bağlı elektron Çıxarışa baxış keçirildikdə orada zəng edən və zəng daxil olan mobil nömrələr, zəng müddəti vəzangi qəbul edən ********** mobil nömrəsinin zəng vaxtı olduğu anten ərazisi barədə məlumatların mövcud olduğu aşkar edilmiş, anten məlumatlarına əsasən qeyd olunan nömrənin faktiki istifadəçisinin 05-19 fevral 2022-ci il tarixlərdə intensiv olaraq Yevlax rayonu ərazisində, o cümlədən Yevlax şəhəri, rayonun Yuxarı Qarxun, Nemətabad kəndləri ərazisində, 11 aprel - 05 may 2022-ci il tarixlərdə intensiv olaraq Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park yaşayış kompleksi, Abşeron rayonu Güzdək, Qızıldaş və Puta qəsəbələri, 21-30 iyun 2022-ci il tarixlərdə intensiv olaraq Salyan rayonu ərazisində, o cümlədən Salyan şəhəri, Salyan ATS, rayonun Qırxçıraq kəndi ərazilərində olduğu müəyyən edilmişdir. Şahid1 məxsus fərdi yaşayış evinə 02 avqust 2022-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş əşyalara baxış keçirilməsi haqqında 19 avqust 2022-ci il tarixli və sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında 16 mart 2023-cü il tarixli protokollardan (cild 1, iş vərəqə 198-200;cild 2,iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus "P2313885" seriya nömrəli Azərbaycan Respublikasının pasportu ilə Təqsirləndirilən şəxs1 xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə, həmçinin o, "C01443665" seriya nömrəli Azərbaycan Respublikasının pasportu ilə xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə İran İslam Respublikasına səfər etmişdir. Təqsirləndirilən şəxs2 02 avqust 2022-ci il tarixli R-607 nömrəli ərizəsi ilə taqdim etdiyi "Samsung Galaxy A21" markalı mobil telefona baxış keçirilməsi haqqında 11 avqust 2022-ci il tarixli protokoldan (cild 1,iş vərəqə 149-150) görünür ki, mobil telefonun İMEİ kodları **********80345" və "**********80342"-dir. Telefona "xxxx" operatoruna məxsus ********** saylı mobil nömrəsi quraşdırılmışdır. Mobil telefonda "WhatsApp" mobil tətbiqindən istifadə edildiyi və həmin tətbiqə +**********28 mobil nömrəsinə aid hesabın quraşdırıldığı müəyyən edilmiş, qeyd olunan hesab vasitəsilə 02 avqust 2022-ci il saat 06:09 "Елнур" adlı (+**********22) kontaktla zəng əlaqəsi saxlanıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsdən daxil olmuş 31 mart 2023-cü il tarixli 2212 nömrəli məktubdan (cild 2, iş vərəqə 199) görünür ki, X12 və Təqsirləndirilən şəxs2 həmin quruma müraciəti olmamışdır və onlar barəsində dispanser müşahidəsi aparılmamışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 1109 saylı arayışdan (cild 2, vərəq 197) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbanı küçəsi, 5/24 saylı evdə atası Şahid1, anası X2 ilə birlikdə qeydiyyatsız yaşayır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli xasiyyətnamədən (Cild 2, vərəq 198) görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. "xxxx" MMC-nin direktorunun 119/k saytlı xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş cəmiyyəti layiqincə təmsil etdiyinə görə Təqsirləndirilən şəxs2 fəxri fərmanla təltif edilmişdir. Bakı 8 nömrəli Yol İstismar MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 işlədiyi illər ərzində özünü əməksevər, çalışqan bir işçi kimi aparmış, iş yoldaşları və rəhbərliklə davranış qaydalarına riayət etmiş və verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. 041 nömrəli hərbvi hissənin komandiri tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsində cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 419 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-dən TATRA-815 markalı, ** JL *** dövlət qeydiyyat nişanlı yük özüboşaldan avtomobili ilə sürücü qismində 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək müvafiq hərbi hissəyə ezam edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli vətəndaşın əlillik vəziyyəti haqqında məktubundan görünür ki, Təqsirləndirilən şəxs1la bağlı əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli 425 saylı arayışdan (Cild 2, vərəq 193) görünür ki, ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən fərdi evdə həyat yoldaşı X4, oğlu X18, gəlini X10, nəvələri X15 və X21 ilə birlikdə qeydiyyatsız yaşayır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli xasiyyətnamədən (Cild 2, vərəq 194) görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-i tərəfindən verilmiş 15 mart 2023-ci il tarixli tələbnamədən (Cild 2, vərəq 171.) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-i tərəfindən verilmiş 15 mart 2023-ci il tarixli tələbnamədən (Cild 2, vərəq 172 ) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Kompleks məhkəmə-portret və video və məhkəmə fonoskopik ekspertizasının 2023-cü il tarixli 3/586 nömrəli rəyindən (cild 2; iş vərəqə 206-207) görünür ki, ekspertizaya təqdim olunmus 1 (bir) adad Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmis 02 may "DVD-R" tipli diskin daxilində olan "Elnur Resulov xx.xx.2022" adlı videogörüntüdən çıxarılmışfotoşəkillərdə (avtomobilin ön oturacağında əyləşən kişi cinsli şəxsin fotoşəkillərində) və təqdim Polunmuş "DVD-R" tipli diskdəki "Nümunələr" adlı qovluğun daxilində olan "Resulov Elnur" adlı eksperimental videogörüntüdən çıxarılmış fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Eləcə də, həmin rəydə göstərilmişdir ki, "DVD-R" tipli diskin daxilində olan "Elnur Resulov xx.xx.2022" adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə (avtomobilin arxa oturacağında əyləşən kişi cinsli şəxsin fotoşəkillərində) və təqdim olunmuş "DVD-R" tipli diskdəki "Nümunələr" adlı qovluğun daxilində olan "Resulov Arif adlı eksperimental videogörüntüdən çıxarılmış fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Kompleks məhkəmə-portret və video və məhkəmə fonoskopik ekspertizası təyin olunması haqqında 14 mart 2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 19 may 2023-cü il tarixli 4/513-4/520 nömrəli rəydən (Cild 2, vərəq 219-235) görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd optik "DVD-R" diskdə olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində "K1" kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, "K2" kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs1 məxsusdur. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi əks-kəşfiyyat baş idarəsindən 02 avqust 2022-ci il tarixli 3/2304 saylı məktubla daxil olmuş ilkin materiallardan (cild 2, iş vərəqə102- 118) görünür ki, mövcud olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 və əmisi Təqsirləndirilən şəxs2 səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə müşahidə edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01-02 avqust 2022-ci il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi istiqamətində hərəkətdə olarkən birinciyə məxsus "X24" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobildə apardıqları danışıqların və etdikləri hərəkətlərin qeyd alındığı videogörüntülərin yazıldığı 1 (bir) ədəd diskə keçirilmiş 13 mart 2023-cü il tarixli baxış zamanı həmin videogörüntülərdə Təqsirləndirilən şəxs1 və əmisi Təqsirləndirilən şəxs2 arasında 01-02 avqust 2022-ci il tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən N saylı hərbi hissənin foto və video görüntülərini çəkməyə getdikləri zaman onların birinciyə məxsus "X24" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisindən qeyd olunan hərbi obyektin foto və videolarını çəkdiyi, bu zaman Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında yerinə yetirdikləri həmin tapşırıq üçün İranlı şəxslərin onlara ödədiyi pulun məbləğinin az olması, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 orada yerləşən raketlər, pilotsuz uçuş aparatları (PUA), bunkerlər, Kamaz və Maz markalı hərbi avtomobillər, lokatorlar barədə ətraflı məlumat verdiyi, onların çəkilməsi üçün düzgün mövqenin seçilməsi barədə məsləhətlər verməsi, raketlərin İrana tuşlandığını bildirməsi, çəkilişin rahat və təhlükəsiz aparılmasını təmin etmək üçün avtomobildən enərək ətrafdakı insanları və obyektləri müşahidə etməsi və Təqsirləndirilən şəxs1 digər üsullarla köməklik göstərməsi, Təqsirləndirilən şəxs1 isə bir neçə dəfə Təqsirləndirilən şəxs2 yanında tapşırığı verən İranlı şəxslərlə WhatsApp vasitəsilə zəng danışıqları aparması və tapşırıqları dəqiqləşdirməsi öz əksini tapmışdır. 10 iyul 2023-cü il tarixli qərardan (Cild 2, vərəq 356-358) görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X5 Korpusunun özlərini Meysə adlı və "Doktor" ləqəbli şəxslər kimi təqdim edən əməkdaşları və qeyriləri, habelə digər xüsusatlar barəsində Azərbaycan Respublikası CM-in 276-cı maddəsilə cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmış, bunun nəticəsində də təqsirləndirilən şəxslər və onların müdafiəçiləri həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etmiş və dövlətə xəyanət etmişlər. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X5 Korpusunun (Sepah) əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən casusluq etməklə və xarici dövlətin xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etmişdirlər. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi əməlində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, onlara istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və göstərilən cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində hər ikisi təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, görmə qabiliyyətini 90% itirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinddikləri Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə həmin maddədə müəyyən edilmiş aşağı həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 02 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus və 02 avqust 2022-ci il tarixli R-608 nömrəli ərizə ilə təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefon, 01 ədəd “Canon PowerShot SX70 HS 4K Wi-Fi” markalı fotoaparat və ona quraşdırılmış 01 ədəd “Samsung EVO Plus” yaddaş kartı, 02 ədəd qara rəngli “Battery pack” yazısı olan batareya, Təqsirləndirilən şəxs1 məxsus “Lenovo İdeapad 330S” noutbuk-kompyuteri, Təqsirləndirilən şəxs2 məxsus 02 avqust 2022-ci il tarixli R-607 nömrəli ərizəsi ilə təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A21” markalı mobil telefon müsadirə olunmalı, Təqsirləndirilən şəxs1 məxsus və 02 avqust 2022-ci il tarixli R-608 nömrəli ərizə ilə təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefona quraşdırılmış +**********22 və +**********22 nömrəli sim-kartlar, 01 ədəd Təqsirləndirilən şəxs1 məxsus, “Kapital Bank ASC”-yə məxsus **********499306 nömrəli bank kartı, Təqsirləndirilən şəxs1 məxsus, **********918212 və **********996731 nömrəli “ABB Bank ASC”-yə məxsus “tamkart” bank kartları, Təqsirləndirilən şəxs1 məxsus **********160278 və **********5112556 nömrəli “umico” bank kartları, Təqsirləndirilən şəxs1 məxsus, “Unibank ASC”-yə məxsus **********727489 nömrəli bank kartı, Təqsirləndirilən şəxs1 məxsus , “Kapital Bank ASC”-yə məxsus **********426985, **********982119, **********250154 nömrəli bank kartları, Təqsirləndirilən şəxs2 məxsus 02 avqust 2022-ci il tarixli R-607 nömrəli ərizəsi ilə təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A21” markalı mobil telefona quraşdırılmış +**********28 nömrəli sim-kartı məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin video-fayllarının əks olunduğu 02 ədəd DVD-Disk, “Unibank ASC”-dən əldə olunmuş 01 ədəd DVD-Disk, “Bank of Baku ASC”-dən əldə olunmuş 01 ədəd DVD-Disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 01 ədəd DVD-disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-disk, ********* seriya nömrəli, məxfiləşdirilmiş DVD-disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd zərfdə yerləşdirilən 01 ədəd pasport və 02 ədəd şəxsiyyət vəsiqəsi isə təqsirləndirilən şəxslərin ailə üzvlərinə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 446 (dörd yüz qırx altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 446 (dörd yüz qırx altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 223 (iki yüz iyirmi üç) manat məbləğində tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 15 ( on beş ) ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 02 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 15 ( on beş ) ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 02 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefon, 01 ədəd “Canon PowerShot SX70 HS 4K Wi-Fi” markalı fotoaparat və ona quraşdırılmış 01 ədəd “Samsung EVO Plus” yaddaş kartı, 02 ədəd qara rəngli “Battery pack” yazısı olan batareya, Təqsirləndirilən şəxs1 məxsus “Lenovo İdeapad 330S” noutbuk-kompyuteri, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A21” markalı mobil telefon müsadirə olunsun. Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefona quraşdırılmış +**********22 və +**********22 nömrəli sim-kartlar, 01 ədəd Təqsirləndirilən şəxs1 məxsus, “Kapital Bank ASC”-yə məxsus **********499306 nömrəli bank kartı, Təqsirləndirilən şəxs1 məxsus, **********918212 və **********996731 nömrəli “ABB Bank ASC”-yə məxsus “tamkart” bank kartları, Təqsirləndirilən şəxs1 məxsus **********160278 və **********5112556 nömrəli “umico” bank kartları, Təqsirləndirilən şəxs1 məxsus, “Unibank ASC”-yə məxsus **********727489 nömrəli bank kartı, Təqsirləndirilən şəxs1 məxsus , “Kapital Bank ASC”-yə məxsus **********426985, **********982119, **********250154 nömrəli bank kartları, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A21” markalı mobil telefona quraşdırılmış +**********28 nömrəli sim-kartı məhv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin video-fayllarının əks olunduğu 02 ədəd DVD-Disk, “Unibank ASC”-dən əldə olunmuş 01 ədəd DVD-Disk, “Bank of Baku ASC”-dən əldə olunmuş 01 ədəd DVD-Disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 01 ədəd DVD-disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-disk, "xxxx" MMCdən daxil olmuş 01 ədəd DVD-disk, ********* seriya nömrəli, məxfiləşdirilmiş DVD-disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd zərfdə yerləşdirilən 01 ədəd pasport və 02 ədəd şəxsiyyət vəsiqəsi təqsirləndirilən şəxslərin ailə üzvlərinə geri qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış əmlaklar, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefon, 01 ədəd “Canon PowerShot SX70 HS 4K Wi-Fi” markalı fotoaparat və ona quraşdırılmış 01 ədəd “Samsung EVO Plus” yaddaş kartı, 02 ədəd qara rəngli “Battery pack” yazısı olan batareya, Təqsirləndirilən şəxs1 məxsus “Lenovo İdeapad 330S” noutbuk-kompyuteri, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A21” markalı mobil telefon dövlət nəfinə xüsusi müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 446 (dörd yüz qırx altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən hər birindən 223 (iki yüz iyirmi üç) manat məbləğində tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar