Məhkəmə qərarları › İş №1(101)-880/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-880/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-880/2020 18.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X24 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (X12 məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin x xxx 2012-ci il tarixli qərarı ilə cəzası 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə həddinədək uzadılmış) məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, Məhəmməd Hadi küçəsi, ev 202-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “xxx” MTK, ev 1776, mənzil 103-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə edib daşıyaraq saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan Mürşüd adlı şəxslə cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 350,652 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 3 ədəd şəffaf polietilen və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 243,436 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz əldə edərək bir hissəsini üstündə saxlamaqla daşımış, qalan hissəsini isə yaşadığı ünvan 1 mənzil 103 ünvanda saxlamış, x xxxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində əldə etdiyi həmin narkotik vasitə olan heroindən və psixotrop maddədən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binanın qarşısında qanunsuz olaraq 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 14,482 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini X8 300 manata satmaqla yanaşı, 2 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,075 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini hədiyyə kimi vermiş, bundan başqa satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 99,662 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibində saxlamaqla daşımış, x xxxxxx 2020-ci il tarxdə saat 3:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1776 ünvanında yerləşən bina evinin qarşısında Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 99,662 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, x xxxxxx 2020-ci il tarixdə saat 3:30 radələrində onun yaşadığı ünvan 1 mənzil 103 ünvanına Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən baxış aparılarkən mənzilin yataq otağında olan stolun üzərində 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 236,508 qram kustar üsula hazırlanmış narkotik vasitə olan heroin və 3 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 243,361 qram, ayrı ayrılıqda təmiz çəkiləri 99,998 qram, 46,280 qram və 97,083 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri olan “Constant 200d x 0,01g” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarında tarixini dəqiq xatırlamadığı gündə Xırdalan şəhərində kirayədə yaşadığı müddətdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində, Binəqədi şosesinin kənarında yerləşən “Azər City” idman klubuna gedib-gəldiyi vaxt orada təsadüfən Mürşüd adlı cavan oğlanla tanış olmuş, bir neçə dəfə həmin klubda görüşüb söhbət etdikdən sonra Mürşüdün narkotik satdığını hiss edib ondan özü istifadə etmək üçün heroin və şüşə, yəni psixotrop maddə olan metamfetamin gətirməsini xahiş etmişdir. Mürşüd həmin narkotik vasitələrdən olarsa satmaq üçün ona verə biləcəyini demiş, o isə Mürşüdü yaxşı tanımadığı üçün razılaşmamışdır. Həmin gün kirayədə yaşadığı evə qayıtdıqdan sonra xərcləməyə pulu olmadığına görə Mürşüdün təklifi ilə razılaşmış və bu barədə ona bildirmək üçün ertəsi gün əvvəllər görüşdükləri həmin idman klubuna getmişdir. Mürşüdlə orada görüşüb təklifi ilə razı olduğunu bildirmiş, sonuncu da ertəsi gün həmin yerdə görüşüb ona satmaq üçün narkotik maddələr verəcəyini demişdir. Razılaşdıqları kimi ertəsi gün, yəni x xxxxxx 2020-ci ildə saat 10 radələrində həmin idman klubunun yaxınlığında Mürşüdlə görüşmüş, sonuncu ona Xırdalan dairəsindən şəhərin mərkəzi istiqamətində gedərkən yolun kənarındakı parkın yanında, qazonun içərisində olan dəmir elektrik dirəyinin arxasında gizlətdiyi 1 ədəd şəffaf politilen bükümdə heroini, 3 ədəd şəffaf polietilen və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə olan metamfetamini götürməyini demiş, özü isə ondan arxada gəlib həmin narkotik maddələr olan sellofanı götürüb-götürmədiyini yoxlayacağını bildirmiş, o da Mürşüdün dediyi yerə gedib içərisində həmin narkotik maddələr olan sellofanı götürüb Xırdalan şəhərində kirayədə yaşadığı evə getmişdir. Ertəsi gün, yəni x xxxxxx 2020-ci il tarixdə nahardan sonra tanışı Fuadla telefonla danışdığı vaxt ona bu barədə demiş, bir neçə saatdan sonra Fuad ona zəng edib ona özü istifadə etmək üçün heroin lazım olduğunu bildirmiş, ona həmin heroini götürmək üçün Xırdalan şəhərinə gəlməsini demişdir. Fuad da razılaşmış və həmin gün saat 22:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığına gəlib onunla görüşmüşdür. O da Fuada gətirdiyi 1 büküm sellofanda olan heroini və 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş olan metamfetamini vermiş, sellofan bükümdə olan heroini Fuada 300 manata satsa da, 2 bükümdə olan metamfetamini Fuada hədiyyə kimi vermişdir. Ertəsi gün, yəni x xxxxxx 2020-ci il tarixdə saat 3:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi, 1776 nömrəli bina evinin qarşısında dayanan zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşaraq özlərini ona Nəsimi rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra şəxsiyyəti barədə soruşmuşlar. O da polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat verdikdən sonra polis əməkdaşları ona X8 narkotik maddə satmaqda şübhəli bilindiyini bildirmişlər. O isə həqiqətən də Fuada 300 manata heroin satdığını, metamfetamini isə hədiyyə verdiyini demiş, sonra polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və kirayədə yaşadığı evdə də, narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları kirayədə yaşadığı evə baxış keçirilməsi üçün ondan razılıq ərizəsi almış və həmin gecə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1776 nömrəli evin 103 nömrəli mənzilinə baxış keçirmişlər. Həmin vaxt yataq otağında olan masanın üzərində 1 ədəd şəffaf sellofanda heroin, 3 ədəd şəffaf sellofan bükümlərdə metamfetamin və “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi aşkar olunaraq götürülmüş, üzərindən və kirayədə yaşadığı mənzildən götürülmüş bükümlər, həmçinin elektron tərəzi qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, baxış keçirilməsi barədə protokol yazılmış və protokolun düzgünlüyü baxış iştirakçıları tərəfindən imzalanmışdır. Mürşüd adlı şəxs heroini və metamfetamini ona satmaq üçün vermişdir. Evinə baxış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində Fuad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınması məqsədilə Nəsimi RPİ-nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və RPİ-nin rəisi tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, əməliyyat müvəkkili Şahid2, kiçik əməliyyat müvəkkiləri X14 və X9 daxil edilmişdir. Sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə x xxxxxx 2020-ci il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında olarkən əlamətləri Fuad adlı şəxsin əlamətləri ilə oxşar olan bir nəfərin olduğunu görüb qrup üzvləri ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etdikdə sonuncu X15 olduğunu və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşadığını bildirmişdir. Həmin şəxsin əməliyyat məlumatında əks olunmuş Fuad adlı şəxs olduğunu ehtimal edib ondan üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş maddə və əşyanın olub-olmadığını soruşduqda o, üzərində narkotik vasitə və metamfetamin olduğunu demişdir. Əməliyyat marağı kəsb edən məlumat verdiyindən və üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığı üçün X10 Nəsimi RPİ-nin inzibati binasına gətirmiş və bu barədə raportla RPİ-nin rəisinə məruzə etmişlər. İdarədə müəyyən edilmişdir ki, həqiqətən də saxlanılan şəxs X11r. Sonra da raport əsasında araşdırmanın aparılması 22-ci PŞ-nin təhqiqatçısı Nicat Ədilbəyliyə həvalə edilmişdir. Nicat Ədilbəyli tərəfindən əvvəlcə Fuad Drusnarın hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil, sonra isə onun üzərinə şəxsi axtarışın aparılması zərurəti yarandığından şəxsi axtarış zamanı videoçəkiliş aparılması üçün RPİ-nin kriminalisti mütəxəssis qismində dəvət edilmişdir. Şəxsi axtarışın aparılma səbəbi saxlanılan X8 və iştirakçılara izah edilmişdir. Həmçinin şəxsi axtarışa başlamazdan əvvəl iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. X17 üzərində olan qanunsuz maddəni könüllü olaraq təhvil verməsini təklif etmişlər. Fuad Drusnar da əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu, həmin cibin üzərində olan kiçik ölçülü cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü, sağ ayağında olan corabın içərisindən 1 ədəd şəffaf sellofan bükümü, şalvarının arxa sol cibində olan 5 manatlığı və şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Fuad Drusnarın üzərində başqa heç bir əşya aşkar olunmamışdır. “Winston” markalı siqaret qutusunun içərisinə baxan zaman orada olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin, həmçinin kiçik cibində olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin və corabından çıxarmış olduğu şəffaf sellofan bükümdəki maddənin nə olduğunu ondan soruşduqda Fuad Drusnar “Winston” markalı siqaret qutusunun içərisindəki siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin və həmçinin kiçik cibində olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin şüşə kimi tanınan metamfetamin, corabından çıxarmış olduğu şəffaf sellofan bükümdəki maddənin isə heroin olduğunu, heroini 300 manata Təqsirləndirilən şəxs aldığını və metamfetaminləri isə Faiqin ona hədiyyə verdiyini bildirmişdir. Fuad Drusnar narkotik vasitəni və psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün Faiqdən aldığını, heroini inyeksiya yolu ilə bədəninə, metamfetamini isə çəkərək qəbul etdiyini, heroini və metamfetamini satmaq niyyətinin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Fuad Drusnardan götürülmüş 3 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış aparılmasına görə təhqiqatçı tərəfindən yazılmış protokolla tanış olduqdan sonra protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. X15 narkotik vasitə və psixotrop maddəni satan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdiyinə görə həmin məlumatın yoxlanılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə Nəsimi RPİ-nin rəisinə CAŞ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən raportla məruzə edilmiş və RPİ-nin rəisi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmış və həmin qrupa o, əməliyyat müvəkkilləri Şahid3, Şahid2, kiçik əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid6 daxil edilmişlər. Əldə edilmiş məlumata görə Təqsirləndirilən şəxs Fuad Drusnarla x xxxxxx 2020-ci il tarixdə saat 3:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1776 ünvanında görüşməli olmuşdur. Əməliyyat qrupu həmin tərkibdə qeyd edilən ünvana getmiş və həmin gün saat 3:00 radələrində Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən “xxx MTK”-nın qarşısında onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin əməkdaşları kimi özlərini təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə soruşduqda o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, X8 narkotik vasitə satmaqda şübhəli bilinir. Bundan sonra Təqsirləndirilən şəxs Fuad Drusnara 300 manata heroin satdığını, metamfetamini isə hədiyyə verdiyini demiş və sonra da əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə heroinə oxşar maddəni çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evdə də narkotik olduğunu dedikdən sonra evində baxış aparılması üçün ərizə yazıb razılıq da vermişdir. x xxxxxx 2020-ci il tarixdə saat 3:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 103 ünvanında baxış aparılan zaman yataq otağında olan masanın üzərində 1 ədəd şəffaf sellofanda heroinə oxşar maddə və 3 ədəd şəffaf sellofan bükümlər, həmçinin mobil telelfon və “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülmüş bükümlər qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol yazılmış və protokolla tanış olduqdan sonra protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir. Bundan sonra Nəsimi RPİnin inzibati binasına getmişlər və orada otaqlardan birində Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülmüş maddələrə baxış aparılması zərurəti yaranmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət vəsaiti hesabına müdafiəçi, hal şahidləri və videoçəkiliş aparmaq üçün mütəxəssis dəvət edilmişdir. Baxış zamanı iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş bükümlərin heroin və metamfetamin olduğunu, həmin maddələri qabaqcadan razılıq əsasında Mürşüd adlı şəxsdən satmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid6 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3 Səfər oğlunun, Şahid4 və Şahid5 ibtidai araşdırma orqanına verdikləri ifadələrdən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 232-234; 238-240 və 241-243). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı x xxxxxx 2020-ci ildə saat 10 radələrində həmin idman klubunun yaxınlığında Mürşüdlə görüşdüyünü, sonuncunun ona bildirməsinə əsasən Xırdalan dairəsindən şəhərin mərkəzi istiqamətində gedərkən yolun kənarındakı parkın yanında, qazonun içərisində olan dəmir elektrik dirəyinin arxasında gizlətdiyi 1 ədəd şəffaf polietilen bükümdə heroini, 3 ədəd şəffaf polietilen və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə olan metamfetamini götürdüyünü, həmin vaxt Mürşüdün də onun arxasınca gələrək həmin narkotik vasitəni və psixtorop maddəni götürdüyünə əmin olduğunu, sonra həmin narkotik maddələr olan sellofanı Xırdalan şəhərində kirayədə yaşadığı evinə apardığını bildirərək qeyd olunan halları hadisə yerində bir daha göstərmişdir (cild 2, iş vərəqə 75-77). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə videokameradan istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 99,662 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, x xxxxxx 2020-ci il tarixdə saat 3:30 radələrində onun yaşadığı ünvan 1 mənzil 103 ünvanında Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən baxış aparılan zaman isə mənzilin yataq otağında olan stolun üzərində 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 236,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 243,361 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 99,998 qram, 46,280 qram və 97,083 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Baxışın gedişatını əks etdirən görüntülər “CD” diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 99,662 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə, 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 236,508 qram kustar üsula hazırlanmış narkotik vasitə heroinə və 3 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 243,361 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 99,998 qram, 46,280 qram və 97,083 qram metamfetaminlərə və elektron tərəziyə Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə yenidən baxış aparılmış və Təqsirləndirilən şəxs bir daha təsdiq etmişdir ki, üzərindən və yaşadığı mənzildən götürlümüş 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 99,662 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 236,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 243,361 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 99,998 qram, 46,280 qram və 97,083 qram metamfetaminlər və elektron tərəzi ona məxsusdur. Baxışın gedişatını əks etdirən görüntülər “CD” diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 63-67). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 462 №-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “saxlnılan şəxs: Drusnar Fuad” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 14,482 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,075 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 14,482 qram olmuş, tədqiqata 0,10 qram sərf edilmiş, 14,382 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 0,075 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,025 qram qalıq qalmışdır (cild 1, iş vərəqə 74-75). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 463 №-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “saxlanılan şəxs: “Təqsirləndirilən şəxs yaşadığı mənzilindən götürülmüş” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 236,508 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 243,361 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 99,998 qram, 46,280 qram və 97,083 qram) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan 1 ədəd arxa tərəfində “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzinin üzərində narktoik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində “….saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən götürülmüş….” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 99,662 qram olan maddə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən götürülmüş heronin ümumi təmiz çəkisi 336,170 qram təşkil edir. Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 336,170 qram olmuş, tədqiqata 0,2 qram (hər maddədən 0,1 qram) sərf edilmiş, 335,970 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 243,361 qram olmuş, tədqiqata 0,15 qram (hər maddədən 0,05 qram) sərf edilmiş, 243,211 qram qalıq qalmışdır (cild 1, iş vərəqə 77-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli 3161 №-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzilindən götürülmüş bir ədəd arxa tərəfində “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzinin üzərində narktoik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs götürülmüş heroinlə və metamfetaminlə, həmçinin Fuad Drusnardan götürülmüş heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi 335,970 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş və 335,930 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin təmiz çəkisi 243,211 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 243,151 qram qalıq qalmışdır (cild 1, iş vərəqə 267). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-cil il tarixli 6/417 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “tədqiqat obyekti 59 saylı ştamp əkslər olan 2 ədəd MEM-nə məxsus paketlərdəki, X6 götürülmüş 1 ədəd bükümdə ilkin tədqiqat zamanı təmiz çəkisi 14,482 qram olan narkotik vasitə heroin (x xxxxxx 2020-ci il tarixli 462 saylı ekspert rəyi) Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 99,662 qram və yaşadığı mənzildən götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 236,508 qram olan heroinlərlə (x xxxxxx 2020-ci il tarixli 463 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. X6 götürülmüş 2 ədəd bükümdə ilkin tədqiqat zamanı ümümi təmiz çəkisi 0,075 qram olan psixotrop maddə metamfetaminlər (x xxxxxx 2020-ci il tarixli 462 saylı ekspert rəyi) Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş 3 ədəd bükümdəki ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 243,361 qram olan metamfetaminlərlə (x xxxxxx 2020-ci il tarixli 463 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (cild 1, iş vərəqə 270-272). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 375 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 259-260). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx xxxxxx 2020-ci il tarixli 281 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, onda xasiyyətin psixopatik cizgiləri aşkar olunmuşdur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 262-264). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 335,970 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd şəffaf polietilen və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 243,211 qram psixotrop maddə olan metamfetamin, “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, həmçinin yaşadığı evə baxış keçirilməsi prosesinin köçürüldüyü 2 ədəd CD disk, “xxxxxxx” MMC-dən alınmış 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından qalıq qalmış 335,930 qram heroin, 243,151 qram metamfetamin və “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, 3 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 2, iş vərəqə 91-107). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi Mürşüd adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır (cild 2, iş vərəqə 109-110). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Qarayev X7 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin x xxx 2012-ci il tarixli qərarı ilə cəzası 11 (on bir) müddətə azadlıqdan məhrum etmə həddinədək uzadılmışdır (cild 1, iş vərəqə 209-210; 217-231). Qaradağ rayon məhkəməsinin x xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının qalan 1 (bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (cild 3). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi vaxt 1 (bir) il 1 (bir) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır (cild 3). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin x xxx 2012-ci il tarixli qərarı ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 23 (iyirmi üç) gün hissəsi yeni hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 151-155). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxsəməlində cinayətlərin təhlükəli residivi mövcud olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni x xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 456 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 335,970 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd şəffaf polietilen və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 243,211 qram psixotrop maddə metamfetamin, “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, həmçinin yaşadığı evə baxış keçirilməsi prosesinin köçürüldüyü 2 ədəd CD diskin və “xxxxxxx” MMC-dən alınmış 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin x xxx 2012-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 456 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 335,970 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd şəffaf politilen və 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 243,211 qram psixotrop maddə olan metamfetamin, “Constant 200d x 0,01g” yazısı olan elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, həmçinin yaşadığı evə baxış keçirilməsi prosesinin köçürüldüyü 2 ədəd CD diskin və “xxxxxxx” MMC-dən alınmış 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar