Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-880/2023 08.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1994-cü ildə Lerik rayonu, Zərdəbərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu, Zərdəbərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun savxozu, həyət evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, “Şamaxinka” adlanan ərizidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 2,199 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 01 oktyabr 2022-ci il tarixdə saat 15:55 dəqiqədə də ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki göy rənli cins şalvarının sağ yan cibindən şəffaf rəngli polietilen kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,199 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, kakosdan istifadə edirdi. Bu səbəbdən özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, ona ittiham verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilmir. 02 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində dostu Siyasətlə Bakı şəhəri, Yasamal rayonu ərazisində «Günəş» petrolla üzbə-üz binanın qarşısı ilə dostugilə gedən zaman onu polis əməkdaşı saxlayaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə apardı. Şöbədə otaqların birində videoçəkilişlə onun üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları seyfdən bir bükümü götürüb masanın üzərinə qoymuş və ondan da tələb etmişlər ki, həmin bükümün ona məxsus olmasını etiraf etsin, onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklər. Əks halda onu külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məsuliyyətə cəlb edəcəklər. O da məcbur qalıb razı olmuşdur. Sanksiyaya aparılan zaman polislərin hərəkətləri barədə hakimə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu tutulduqdan sonra müstəntiq evində baxış keçirmiş, lakin heçnə aşkar olunmamışdır. Müstəntiq ondan ifadə almışdır, ifadəsindəki imzalar ona məxsusdur, lakin ifadəsində göstərilən halların bir hissəsini təsdiq edir, bir qismini isə təsdiq etmir. Belə ki, oğlu İbrahim mütamadi olaraq ona məxsus qara rəngli sadə korpusu olan Nokia markalı telefondan istifadə edirdi. Həmin telefonda ona məxsus, yəni adına olan ***-***-**-** nömrəsi var idi. Lakin İbrahim demək olar ki 5-6 ay olar ki telefon istifadə etmirdi. Telefonu istifadə etdiyi vaxtlarda isə telefonda olan nömrə ona məxsus idi. O əvvəllər oğlunun narkotik maddələrdən istifadə etməsini hiss etməmişdir. İbrahim tutulmamışdan iki həftə əvvəl evin tinində siqaret çəkəndə o bunu görüb hirslənərək onu döymüşdür. Oğlunun heroindən istifadə etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon polis idarəsinin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamış və hal-hazırda da yoxdur. 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin daşıması və dövriyyəsi ilə məşqul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəhbərliyə məruzə edərək əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, əməliyyat qrupunun yaradılmasına dair əmrə əsasən o və həmkarı Şahid2 əməliyyat qrupuna daxil edilmişlər. Elə həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində saxlayaraq Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilərək təqdim edilmiş və müvafiq prosessual hərəkətlər icra olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli polietilen materiala bükülmüş, toz şəkilli, qəhvəyi rəngli olan maddəni təqdim edərək onun «kakos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O, özü sərbəst və könüllü olaraq üzərindən narkotik vasitə olan bir büküm heroinəbənzər vasitəni masanın üzərinə qoymuşdur. Ona qarşı saxlanılan və idarəyə gətirilən zaman heç bir fiziki zor və psixi təzyiqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon polis idarəsinin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamış və hal-hazırda da yoxdur. 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin daşıması və dövriyyəsi ilə məşqul olması barədə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəhbərliyə məruzə edərək əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, əməliyyat qrupunun yaradılmasına dair əmrə əsasən o və həmkarı Şahid1 əməliyyat qrupuna daxil edilmişlər. Həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində saxlayaraq Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilərək təqdim edilmiş və müvafiq prosessual hərəkətlər icra olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə baxış keçirilmişdir. Həmin müdafiəçi bu gün məhkəmədə gördüyü Müdafiəçi2 olmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin büküm açıldıqda içində toz şəkilli, qəhvəyi rəngli olan heroinə bənzər vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə bir zərfə qablaşdırılmış və möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O, özü sərbəst və könüllü olaraq üzərindən narkotik vasitə olan bir büküm heroinəbənzər vasitəni masanın üzərinə qoymuş, onun üzərinə heç kəs həmin bükümü qoymamış, onu etmədiyi cinayətə görə məsuliyyəti boynuna almağı məcbur etməmiş, ona qarşı saxlanılan və idarəyə gətirilən zaman heç bir fiziki zor və psixi təzyiqlər olmamışdır. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərinə narkotik vasitəni qoyan Şahid2 olmuşdur. Polislər söz vermişlər ki, onu CM-nin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitə istifadəçisi kimi məsuliyyətə cəlb edəcəklər. O da narkoman olduğu üçün razılaşmış, ona Anar tərəfindən verilmiş bir bükümü üzərinə baxış zamanı müdafiəçinin iştirakı ilə təhqiqatçıya təqdim etmiş, həmin bükümü 25 manata Yasamal rayonu, “Şamaxinka “ adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona qarşı heç kəs fiziki zor tətbiq etməmiş, lakin psixoloji təzyiq olunmaqla etmədiyi əməli boynuna almağı məcbur etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanan 01 oktyabr 2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 15:55 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Yasamal RPİ-nin 29-cu PB-nin xx.xx.2022-ci il tarixli əmrindən və eyni tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci madəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə saat 17:10-da müdafiəçisi Müdafiəçi2 iştirakı ilə tutulmuşdur. Lakin cinayət işində olan və tədqiq edilmiş eyni tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:55-də ünvan 1 ünvanın qarşısında saxlanılmış və onun tutulma vaxtı məhz bu vaxtdan hesablanmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə videoçəkiliş aparılmaqla müdafiəçisi Müdafiəçi2 iştirakı ilə aparılmışdır. Onun üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli polietilen materiala bükülmüş, toz şəkilli, qəhvəyi rəngli olan maddəni təqdim edərək onun «kokos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik maddəyə bənzər vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 169 saylı möhürü möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə protokolu ucadan oxunmuş, şikayət, təklif və protokola qeydlər daxil olmamışdır və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-1018/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi” haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istinaq orqanına müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində 1 ilə yaxındır heroindən (kakos) istifadə etdiyini, tutulan zaman üzərindən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhər Yasamal rayonu “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığım 30-40 yaşlarında olan oğlandan 25 manata almışdır. Bundan sonra ünvan 1 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün idarəyə dəvət edilmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı bir zorakılıq tətbiq edilməmiş, ifadə onun sözləri ilə yazılmış və əlavələri olmamışdır, ifadə Təqsirləndirilən şəxs və Müdafiəçi2 tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəli xx.xx.2022-ci il tarixdən olmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 095-10701 saylı xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 29-PŞ-nin sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə 25 manata heroin satan şəxsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2022-ci il tarixli 6/5658 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmişüzərində «…Təqsirləndirilən şəxs götürülmüş…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,199 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2954 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır, o anlaqlıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs işi üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli 1606 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, o, Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrüm etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə təyin edilmiş cəza 03 il 06 aya endirilmiş, xx.xx.2016-cı il tarixdə barəsində xx.xx.2016-cı il tarixli amnistiya qərarı tətbiq edilməklə əsas cəzanın qalan hissəsindən azad edilmiş, 08 yanvar 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Penitensiar Xidmətinin 5 saylı Cəza Çəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16-17/20/2-12902023 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdə Penitensiar Xidmətinin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, məhkum cəzasının çəkilməmiş qalan hissəsini həmin müəsisədə çəkmiş və həmin müəssisədən xx.xx.2018-ci il tarixdə azad olunmuşdur. Məhkəmədə tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal rayon prokurorluğunun 301-C-23 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs izahat verməkdən imtina etmiş, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 izahatları alınmış və məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 267 saylı ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir.İlkin yoxlama zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə aparılan araşdırmada cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görüldyü üçün o ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 20.01.202-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinə əlavə edilmiş, tədqiqatdan sonra qalıq qalmış 2,099 qram çəkidə bir bükümdə narkotik vasitə heroin Bakı şəhər Yasamal RPİ-nin sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, üzləşdirmə protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri, əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmiş, onun əməlini bu maddə ilə tövsif edir və bu maddə ilə ona cəza təyin edilməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 01 oktyabr 2022-ci il tarixdən saat 15:55-dən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalığı qalmış 2,099 qram narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il saat tarixdən saat 15:55-dən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsn ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,099 qram qram narkotik vasitə heroin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-880/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-880/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver