Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-881/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs 06 dekabr 1995-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də qaynaqçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Qaradağ rayon məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsi, məcburi köçkün ailələri üçün inşa edilmiş şəhərciyin ərazisində olan istirahət parkının həyətindəki ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Orxan” kişi salonunun içərisində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onun yaşadığı evinə gedib onu soruşmasına irad tutması səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərinin pozulması zəmnində yaranmış münaqişə zamanı bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə sol kürək nahiyyəsindən və bir dəfə döş qəfəsindən vuraraq sonuncuya sol kürək nahiyyəsinin daxilə nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan, bir ədəd döş qəfəsinin sağ aşağı tiş hissəsinin daxilə nüfuz edərək diafraqmanın və qara ciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs ilə məcburi köçkün şəhərciyində eyni binada yaşayır. Orxanın yaşadığı mənzil binanın birinci mərtəbəsində, özünün yaşadığı mənzil isə binanın 5-ci mərtəbəsində yerləşir. Hadisədən qabaq dəfələrlə evin blokunda istifadə olunub tullanmış tibbi şprisləri görüb blokda kimlərinsə narkotiklərdən istifadə etdiklərindən şübhələnmişdir. Bunun dəfələrlə təkrarlandığını görüb narahat olmuş və ucadan blokda belə iş görənlərin ardınca danışmışdır. Belə hərəkət etməsinə səbəb narkotik istifadəçilərinin blokdakı mənzillərdə yaşayan uşaq və qadınlara hörmətsizlik edə bilmələrindən narahatçılığı olmuşdur. 19 noyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində evdə olarkən Qasım adlı tanışı ona zəng edərək onunla işi olduğunu deyib Qasımın özünün işlətdiyi kafeyə çağırdı. O da Qasımın köçkün şəhərciyində istirahət parkının həyətində işlətdiyi kafeyə gəlmişdir. Kafedə Qasımdan başqa heç kim olmamışdır. Qasım dedi ki, Orxan ona deyib ki, sən söyüş söymüsən, dünən də o, sənin yaşadığın mənzilin qapısını döyüb səni axtarmışdır. O da Qasıma heç kimi söymədiyini, blokda narkomanların narkotikdən istifadə edib istifadə etdikləri şpritsləri bloka atdıqlarının, blokdan ailələrinin, ana-bacılarının, uşaqlarının istifadə etdiklərini, şpritsləri narkomanların ata bilməsindən şübhələnib onların ardınca danışdığını deyib, Orxanın onun evinə gəlib onun axtardığı üçün onunla da görüşüb məsələni ona da danışacağını demişdir. Bundan sonra o, Orxanın işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilmiş şəhərciyin ərazisində olan istirahət parkının həyətində yerləşən “Orxan” adlı kişi bərbər salonuna gəlmişdir. Həmin vaxt təxminən saat 17:00 radələri olardı, salonda da Orxandan başqa heç kim yox idi. O, salonda Orxanla salamlaşıb Qasımın ona Orxanın axtardığını, dünən onların evinə gedib ailə üzvlərindən onu soruşduğunu dediyini bildirib ondan nə üçün onu axtardığını soruşmuşdur. Orxan da ona onun binanın girişində ucadan söyüş söyürdün, orada yaşayırıq, binada ana-bacımız yaşayır, buna görə də gedib qapınızı döyüb səni soruşmuşam dedi. O, Orxana blokda dəfələrlə tullanmış şprislər gördüyünü, bunu narkomanların etdiyindən şübhələnib onların dalınca danışdğını demişdir. Orxan da ona kobud formada qələt eləmisən, öz işinlə məşqul ol dedi. O da Orxana qələt özün eləmisən mən axtarmısan, evimə gəlmisən demişdir. Bu səbədən də aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində aralarında dava düşmüş və əlbəyaxa olub yerə yıxılmışlar. Yerdə o, cibindəki cib bıçağını çıxardaraq Orxanı qorxuzmaq üçün onu iki dəfə vurmuşdur. Həmin vaxt bıçağın Orxanın harasına dəydiyini bilməmişdir. Orxanın bədənindən qan gəldiyini gördükdə isə hərəkətlərindən peşman olaraq onu buraxıb ayağa qalxıb Orxana da ayağa qalxmağa kömək etmişdir. Orxan ayağa durub bərbər masasına söykənmişdir. O, Orxana kömək etmək üçün təcili yardıma zəng etmək istərkən Orxan qəflətən bərbər masasının üzərində olan dəmir qayçını götürüb onun döş qəfəsindən vurmuşdur. O, Orxan tərəfindən vurulduqdan sonra həkimə zəng edə bilməyib əlini yarasının üstünə qoyub salondan çıxmışdır. O, salondan çıxandan sonra Orxanın salonuna bir nəfər şəxsin girdiyini görmüşdür. Bundan sonra isə o, huşunu itirmiş və ayılanda özünü Lökbatan qəsəbəsində yerləşən təcili tibbi yardım xəstəxanasında görmüşdür. Oradan da onu təcili tibbi yardım maşını ilə Sabunçu xəstəxanasına aparmışlar. Sabunçu xəstəxanasında o, əməliyyat olunmuş və bir neçə gün orada müalicə almışdır. O, Orxana xəsarət yetirdiyi bıçaqı əlində tutub salondan küçəyə çıxartdığını xatırlayır, sonra o, huşunu itirmiş və özündə olmamış, ayılanda isə xəstəxanada olduğunu görüb bıçağının sonrakı taleyindən məlumatsız olmuşdur. O, həmin bıçağı hadisədən iki il qabaq «Sədərək» ticarət mərkəzindən almışdır. Bıçaq tiyəsinin uzunluğu 3-4 sm olardı. Hər zaman üzərində gəzdirib istifadə etmişdir. İstintaq zamanı ifadələrində onun Orxanı bir dəfə sinəsindən və bir dəfə kürəyindən vuraraq ona xəsarət yetirdiyini dediyi göstərilmişdir. O, Orxana belə xəsarətlər yetirməsini hadisədən sonra bilmişdir. Hadisə vaxtı o, Orxanının bədəinin hansı hissəsindən xəsarətlər yetirdiyini bilməmişdir. O, Orxana xəsarətləri yerə yıxılıb əlbəyaxa olan zaman yetirmişdir. Həmin vaxtı o, Orxanının harasından vurduğunu bilməmişdir. Hər ikisi də hərəkətdə olub bir-birilərini vurmuşlar. Bundan başqa onun həmin ifadələrində münaqişəyə səbəb kimi onun hadisədən bir neçə gün əvvəl məhəllələrində sərxoş vəziyyətdə söyüş söyməsi, Orxanın onu axtararaq qapısına gəlməsi, eləcə də hadisə zamanı kişi salonunda onu söyməsi olduğu göstərilmişdir. O, Orxanın iş yerinə sonuncunun onu axtardığı üçün getmişdir. Orxan onu axtarmasaydı, onun evinə gəlib onu soruşmasaydı, bunu ona Qasım deməsəydi, o, Orxanın yanına getməzdi. Orada da birinci Orxan onu qələt elməsin,sonra da ona təhqiramiz sözlər deyib. O da ona cavab verib. Ələbəyaxa dava-dalaş zamanı onlar qarşılıqlı olaraq biri-birilərinin bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşlar. Münaqişə təxminən iki-üç dəqiqə davam etdi. Hadisədən sonra Orxanın onu qəflətən qayçı ilə vurub xəsarət yetirməsi səbəbindən ona kömək edə bilməmişdir. Törətdiyi əməldən peşimandır. Həmişə məcburi köçkün həyatı yaşamışdır. Himayəsində üç nəfər az yaşlı uşağı və heç yerdə işləməyən həyat yoldaşı vardır. Məhkəmədən həmin halları nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, məcburi köçkün kimi valideyinləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır, “Orxan” kişi salonunda bərbər işləyir. Təqsirləndirilən şəxs ilə həmyerlidir, onunla birlikdə eyni qəsəbədə məcburi köçkün şəhərciyində bir binada yaşayırlar. Özü binanın birinci mərtəbəsində, Vasif isə beşinci mərtəbəsində yerləşən mənzillərdə yaşayırlar. Vasiflə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. 19 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində işlətdiyi «Orxan» kişi salonunda işdə olarkən Vasif salona gəlib onunla salamlaşaraq ona Qasımın axtardığnı bildirdiyini demişdir. O da Vasifə binanın girişində uca səslə söyüş söymüsən buna görə də gedib qapınızı döyüb səni soruşmuşam demişdir. Vasif dedi ki, blokda şpritslər görüb onları stifadə edib ora atanların dalınca danışıb, söyüş söyməyib. O da Vasifə qələt eləmisən, öz işinlə məşul ol demişdir. Buna görə onların aralarında mübahisə başlamış və bir-birilərini söymüşlər. Vasif yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Bundan sonra onlar əlbəyaxa olub hər ikisi yerə yıxılıb yerdə də dalaşmaqda davam etmişlər. Yerdə dalaşan zaman Vasif onun üzərində olmuşdur. Həmin vaxt ani olaraq Vasifin əlində əlamətlərini xatırlamadığı bıçaq görmüşdür, lakin Vasifin bıçağı haradan əldə etdiyini görməmişdir. Vasif salona gələndə onun əlində bıçaq yox idi. Yerdə əlbəyaxa olduqları zaman Vasif bıçaqla onu birinci dəfə döş nahiyyəsindən, ikinci dəfə isə kürək nahiyyəsindən vurmuşdur. Bundan sonra ondan qan axmağa başlamışdır. Vasif qanı görüb onun üzərindən durub ona da köməklik edərək onu ayağa qaldırdı. O da bərbər masasının üzərində olan dəmir qayçını götürüb Vasifin döş qəfəsi nahiyyəsindən vurmuşdur. Vasif ona heç bir söz deməmiş və əlini yarasının üstünə qoyaraq digər əlində bıçaqla salondan çıxdı. Vasif salondan çıxdıqdan bir neçə saniyə sonra müştərisi Ayxan adlı şəxs salona daxil oldu. Bu zaman onun özünün gözü qaralıb huşunu itirmişdir. Bundan sonra o, Sabunçu xəstəxanasında cərrahiyə əməliyyatı olub palataya köçürülən zaman özünə gəlmişdir. Həmin münaqişə təxminən 2-3 dəqiqə davam etdi. Hadisəyə səbəbə onun hadisədən bir gün əvvəl Vasifin yaşadığı evə gedib Vasifə hər kəsin anabacısı vardır, eyni yerdə yaşayırlar, söyüş söyməməsini deməyi olmuşdur. Vasif evdə olmadığı üçün onunla görüşmədən geri qayıtmışdır. Özü şəxsən Vasifin yaşadığı evin blokunda söyüş söydüyünü eşitməmişdir. Vasifin evin blokunda söyüş söyməsini kimin ona deməsini xatırlamır. Hazırda o,Vasiflə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Vasifə qarşı tələb və şikayəti yoxdur. Şahid1 ifadələrində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkünlərin yaşaması üçün inşa edilmiş məcburi köçkün şəhərciyi ərazisində yerləşən İstirahət parkının həyətindəki ticarət cərgəsindəki kafeni işlədir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlar da onunla birlikdə məcburi köçkün şəhərciyində yaşayırlar. Onlarla münasibəti həmişə yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Orxan onun işlətdiyi kafenin yerləşdiyi ticarət cərgəsinin sol tərəfində «Orxan» adlı kişi salonunu işlədir. O, 19 noyabr 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Orxanın salonuna gedərək saçını kəsdirmişdir. Orxan onun saçını kəsərkən söhbət zamanı bildirdi ki, Vasif qəsəbədə ümumi var-yox söyüşü söyübdür. O da Orxana bəlkə Vasif sərxoş olub bu sözləri deyəndə, onunla danışıb dəqiqləşdirmək lazımdır demişdir. Orxan da Vasifi axtardığını, onun yaşadığı evlərinə getsə də Vasifi tapa bilmədiyiyni dedi. Vasifin söyüş söyməsi ona çox pis təsir etmişdir. Bundan sonra o, Orxana heç bir söz deməyib saçını kəsdirdikdən sonra işlətdiyi kafeyə gəlb mobil telefonla Vasifə zəng edib ona Vasifə səninlə işim var, zəhmət olmasa işlədiyim kafeyə gəl demişdir. Vasif də telefonda onunla razılaşıb təxminən 15-20 dəqiqədən sonra kafeyə gəldi. Kafedə heç kim yox idi. O, Vasifə eşitmişəm ki, sən ümumi olaraq qəsəbə ərazisində var-yox söyüşü söymüsən, sən nə üçün ümumi ad çəkmədən söyüş söymüsən demişdir. Vasif də blokda şpris atanların dalınca danışdığını dedi. O da Vasifə Orxanın ona bu məsələni aydınlaşdırmaq üçün onun evinə getdiyini, lakin onun evdə olmadğını ona dediyini Vasifə demişdir. Vasif də gedib Orxanla söhbət edib və onu nə üçün axtardığını soruşacağını dedi. Bundan sonra Vasif kafedən çıxıb Orxanın salonuna tərəf getdi. Biq qədər sonra kafedən çıxanda Vasifi Orxanın salonundan bir az aralıda harasa gedən görmüşdür. Həmin vaxt Vasifin əli ilə sinə nahiyyəsindən tutduğunu və onun sinə nahiyyəsindən qan axdığını görmüşdür. O, digər tanımadığı şəxslərlə birlikdə Vasifə yaxınlaşıb nə olması barədə soruşarkən Vasif Orxanla dalaşdığını dedi. Bu sözləri eşidən tanımadığı şəxslərdən bir neçəsi və özü Orxanın salonuna getmişdir. O, Orxanın da yaralı vəziyyətdə olduğunu görmüşdür. Kimsə polis və təcili yardım çağırdı, bundan sonra Orxanı təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. Hadisə yerinə polislər gələndən sonra o, da kafeyə gedərək işinə davam etmişdir. X13 dalaşmalarını görməmişdir. O, yalnız onların bədənindən qan axdığını görmüş, onların dalaşmalarının şahidi olmamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinə bıçaq, qayçı, eləcə də hər hansı bir kəsici-deşici alətlə bir-birilərinə xəsarət yetirmələrini də görməmişdir. Vasifin sinəsindən qan axan zaman gördükdə onun əlində bıçaq və ya başqa kəsici-deşici alət görməmişdir. Vasifin söyüş söyməsini isə özü eşitməyib. Bunu ona Orxan deyib. Oxanın bunu haradan eşitdiyini bilmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Pəhlivan oğlunu Ümid qəsəbəsi sakinləri kimi tanımış, lakin hər ikisi ilə yaxın münasibəti olmamışdır. Eləcə də onlarla aralarında heç bir zaman ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs bərbər kimi tanımış, adətən saçını ona kəsdirmişdir. 19 noyabr 2020-ci il tarixdə yaşadığı evdən tək çıxaraq saçını kəsdirmək üçün Orxanın işlədiyi Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyində yerləşən «Orxan» kişi salonuna gəlmişdir. Orxanla əvvəlcədən saat 17 radələrində saçını kəsdirməyə gələcəyi barədə danışmışdır. O, salona yaxınlaşan zaman Vasifin salondan çıxmasını görmüş, lakin onun xarici görünüşünə fikir verməmişdir. Salona daxil olduqda Orxanın bərbər masasına söykəndiyini və onun döş qəfəsindən qan axdığını görmüşdür. Orxandan nə baş verdiyini xəbər aldıqda o, Vasiflə dalaşdığını ona demişdir. Sonra Orxan ona Vasifin onu sinəsindən və kürəyindən vurub yaraladığını demişdir. Həmin vaxt salona tanımadığı şəxslər gəlmiş, bundan sonra kimsə təcili yardıma və polisə zəng vurmuşdur. Bu zaman o, Orxanın əl-üz yuması üçün pivə bakalında su gətirmiş və Orxanın əl-üzünü yumuş, ona su içizdirmişdir. Bundan sonra əl-üz dəsmalını Orxanın yarasının üzərinə qoymuşdur. Bu zaman kişi salonuna gələn adamların köməyi ilə Orxanı təcili tibbi yardım maşınına əyləşdirib xəstəxanaya yola salmışlar. Orxanın vəziyyəti pis olduğundan təcili yardım gələn kimi onu götürüb aparmış, sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişdir. O, münaqişə zamanı Vasif və Orxanın yanında olmamış, buna görə onların aralarında nəyə görə münaqişə baş verməsini bilməmişdir. Lakin, o, başa düşdüyünə görə münaqişə Orxan işlədiyi salonda baş vermiş, salon isə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilmiş şəhərciyin ərazisində olan İstirahət parkının həyətində yerləşən «Orxan» kişi salonu olmuşdur. Münaqişə zamanı «Orxan» kişi salonunun içərisində kim olmasını bilməmiş, lakin salona girəndə orada tək Orxanı görmüşdür. Bundan sonra salona tanımadığı şəxslər də gəlmiş, lakin Orxanı təcili yardım apardıqdan sonra çıxıb getmişlər. Münaqişənin nə qədər davam etməsini bilməmiş, eləcədə salonun qarşısında Vasifi görən zaman onun əlində bıçaq olub-olmamasına fikir verməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrin yerində yoxlanılması protokollarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları təsdiq edərək həmin halların 19 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilmiş şəhərciyin ərazisində olan İstirahət parkının həyətində yerləşən «Orxan» kişi salonunda olduğunu və həmin yerdə bıçaqla iki dəfə Zərərçəkmiş şəxs vuraraq ona xəsarətlər yetirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış, 19 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan da görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilmiş şəhərciyin ərazisində olan İstirahət parkının həyətində yerləşən «Orxan» kişi salonunda baş vermişdir. Baxış zamanı 01 ədəd üzərində qan ləkələri olan bər-bər qayçısı istintaq əhəmiyyəti kəsb etdiyindən protokol əsasında götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 alınmış 26 noyabr 2020-ci il tarixli, 824 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol kürək nahiyyəsinin daxilə nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan bir ədəd, döş qəfəsinin sağ aşağı tış hissəsinin daxilə nüfuz edərək diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş - kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 19 noyabr 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 verdiyi 09 dekabr 2020-ci il tarixli, 595-MTKŞ/2020 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində 01 ədəd, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 01 ədəd, arxa səthində 01 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 verdiyi 23 dekabr 2020-ci il tarixli, 920/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, Zərərçəkmiş şəxs məxsus sviter (köynək) və bir ədəd qayçı üzərində insan qanı ləkələri aşkar olunmuşdur.Qan qrup mənsubiyyətinin AB0 sistemi üzrə təyini zamanı Zərərçəkmiş şəxs məxsus sviterdə (köynəkdə) olan tədqiq edilmiş ləkələrin (ləkələr qrupunun) hər birində “A” antigeni alındı. Bu antigen A(İİ) qrupunu xarakterizə edən əsas antigen olduğu üçün yalnız olun alınması ləkələrdə olan qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda qanın Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur.Təqsirləndirilən şəxs məxsus köynəkdə olan ləkələrdə (ləkələr qrupunda) qanın qrupu AB0 sistemi üzrə təyin olunduqda onların hər birində A və B antigenləri alınmışdır. Ləkələrdə iki antigen alındığından qanın qrup mənsubiyyəti haqqında birmənalı fikir söyləmək olmaz. Belə ki, ləkələrdə olan qanın bir şəxsə məxsus olduğu halında bu qan ləkələri AB (1Y) qruplu şəxsə, həmçinin də Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş qayçıda olan ləkələrdə (ləkələr qrupunda) qanın qrupunun təyini zamanı da A və B antingetləri alınmışdır. Yuxarıda göstərildiyi kimi bu ləkələr bir şəxsin qanı hesabına yaranmışdırsa onlar AB (1Y) qruplu şəxsə, həmçinin də Təqsirləndirilən şəxs məxsus ola bilər. Lakin, hadisənin məzmunu, iş materialları, ləkələrin ölçü və xarakteri onların bir neçə şəxsə mənsub ola bilməsini ehtimal etməyə imkan verirsə, onlarda AB, A, B qruplu şəxslərin qan qarşılıqların olması da mümkündür. Göstərilən halda isə qayçıda olan qan ləkələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarışmış qanlarının ola bilməsi inkar oluna bilməz. Məhkəmədə elan edilib araşdırılmış sübutlardan görünür ki,11 dekabr 2020-ci il tarixli qərardan görünür ki, X6 məxsus bir ədəd köynək maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin baş verməsini, həmin əməlin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Bəliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsi, məcburi köçkün ailələri üçün inşa edilmiş şəhərciyin ərazisində olan istirahət parkının həyətindəki ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Orxan” kişi salonunun içərisində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onun yaşadığı evinə gedib onu soruşmasına irad tutması səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərinin pozulması zəmnində mübahisə etmiş, yaranmış münaqişə zamanı bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə sol kürək nahiyyəsindən və bir dəfə döş qəfəsindən vuraraq sonuncuya sol kürək nahiyyəsinin daxilə nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan bir ədəd döş qəfəsinin sağ aşağı tiş hissəsinin daxilə nüfuz edərək diafraqmanın və qara ciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə və ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirm nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Qaradağ rayon 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfiəndən 41(qırx bir) saat 25(iyirmi beş dəqiqə hüqüqu yardım göstərilmişdir. Buna görə ona 247(iki yüz qırx yeddi) manat pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfiəndən 30 (otuz) saat hüqüqu yardım göstərilmişdir. Buna görə ona 180 (yüz səksən) manat pul ödənilmədir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin məbləğləri ödəmək qabiliyyətinin olmaması müəyyən olundu. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu məbləğin ödənilməsindən azad edilməsini və həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməli olmasını əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən iş üzrə maddi sübut kimi tanınıb Qaradağ ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd köynəyin istehlak dəyərini itirdiyi üçün məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış 28 aprel 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Mahmudlu Orxan Cümşüd oğlu Təqsirləndirilən şəxs ilə barışıb, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mahmudlu Orxan Cümşüd oğlu ilə barışmasını, münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlayıb, bunun nəticəsində cinayət törətməsi, törətdiyi əməldən peşman olmasını, himaysində üç nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs həmin əməli törətdikdən sonra zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs kömək edib ayağa qalxmağa kömək edib onu ayağa qaldırdığını, ona kömək etmək üçün təcili tibbi yardıma zəng etmək istərkən özünün başqa şəxs tərəfiəndən də ağır bədən xəsarət almasını və bu səbəbdən də zərərçəkmiş şəxsə kömək edə bilməsini də onunun cəzasını yüngülləşdirən hallavr kimi nəzərə alır. Məhkəmədə elan edilib araqşdırılmış iş üzrə Qaradağ rayon Ümüd qəsəbəsi Mənzil-Kommunal istismarı sahəsindən alınmış 24 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, Əliyev X5 rayonu Ümüd qəsəbəsi, ev 1, mənzil 78 ünvanında müvəqqəti məskunlaşıb və himayəsində üç azyaşlı uşağı vardır. “xxxx” MMC-də qaynaqçı işləyir. Məhkəmə, bu halıda Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müyyən edərkən ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsalı sayır. Çünki ona başqa cəza növünün təyin edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs işləməsi, onun törətdiyi əməlin zərərçəkmiş şəxsin ona qarşı etdiyi qeyri etik hərəkətlər nəticəsində və zərərçəkmiş şəxsin təşəbbüsü və təhriki ilə başlandığı, hazırda zərərçəkmiş şəxsin onunla barışıb ondan şikayət və tələbinin olmaması, himayəsində üç nəfər az yaşlı uşağının olması, habelə onun 23 fevral 2021-ci il tarixdən hazırkı vaxta qədər ev dustaqlığında olub onun şərtlərinin pozmaması, istintaqdan və məhkəmədən yayınmaması və onun məcburi köçkün olması müəyyən olundu. Məhkəmə, bu halları nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhurum etmə cəzasının minimum həddində təyin edilib həmin cəzanın ona şərti tətbiq olunmasını əsalı sayır. Məhkəmənin bu qənəaəti Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, ailə başçısı olub ailəsinin onun himayəsində olması, törətdiyi əməldən peşiman olub, səmimi ifadələr verib cinayətin açılmasında iştirak etməsi baxmından da əsaslıdır. Məhkəmə, sadalanan halları nəzərə alıb Təqsirləndirilən şəxs davranışına fasiləsiz müdaxilə olmadan islah olunması və cəmiyyətə reinteqrasiyasını mümkün sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənəaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığının ləğv edilməsini, barəsində başqa yerə getməmək haqqında iltizam seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 16 dekabr 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, 23 fevral 2021-ci il tarixldə qətmkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və hazırkı vaxta qədər ev dustaqlığında saxlanılır. Məhkəmə, cinayət prosessul qanunun tələblərinə görə ev dustaqlığı qətimkan tədbirinin həbsə alternativ olub ona bərabər tutulduğunu nəzərə alır və cəza təyinini tənzimləyən qanunun tələblərinə görə onun 14 dekabr 2020-ci il tarixdən hazırkı vaxta qədər şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 21 (iyirmi bir) gün müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdə tutulub hazırkı vaxta qədər həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 21 (iyirmi bir) gün müddət ona təyin edilən cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 2 (iki) il 6 (altı) ay 9 (doqquz) gün müəyyən edilsin. Onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunsun və təyin olunmuş cəza ona şərti hesab edilməklə onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs onun üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirməmək, məişət, təmir və yerinə yetirdiyi işlə bağlı istifadə etdiyi alətlər istisna olunmaqla öz üzərində və özünə aid daşıma vasitələrində kəsici, deşici alətlərin daşıması, gəzdirməsi qadağan edilsin. Onun üzərində nəzarətin həyata keçirilməsi Qaradağ RPİ-nin üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş ev dustaqlığı tədbiri ləğv edilsin və onun barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı X2 ödənilməsi üçün Qaradağ rayon 10 saylı Vəkil Bürosunun hesabına 247 (iki yüz qırx yeddi) manat 50 (əlli) qəpik, Müdafiəçi1 Bakı şəhər 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat ödənilsin, Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınıb Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd köynək istehlak dəyərini itirdiyi üçün məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-881/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-881/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver