Məhkəmə qərarları › İş №1(101)-881/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-881/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-881/2023 13.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Abdullu kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd çəhrayı rəngli metal qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar - 4,825 qram təşkil edən narkotik vasitə olan heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram təşkil edən psixotrop maddə olan metamfetamini, 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, aralarındakı danışığa əsasən tədricən istehlak olunanadək etibarlı saxlanması məqsədilə qadın olduğundan daha təhlükəsiz ola biləcəyini və şübhə yaratmayacağını düşünərək onları 29 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində ünvan 2 ünvanda Təqsirləndirilən şəxs2 götürərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 12:00-da Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə saxlanılaraq 27-ci Polis Bölməsinə gətirilmiş, orada Ruqayə Salmanovanın üzərində şəxsi axtarış aparılarkən bir ədəd çəhrayi metal qabın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar - 4,825 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd çəhrayı rəngli metal qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar - 4,825 qram təşkil edən narkotik vasitə olan heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram təşkil edən psixotrop maddə olan metamfetamini, 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, aralarındakı danışığa əsasən tədricən istehlak olunanadək etibarlı saxlanması məqsədilə qadın olduğundan daha təhlükəsiz saxlanması və şübhə yaratmaması üçün onları 29 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində ünvan 2 ünvanda Təqsirləndirilən şəxs2 götürərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 12:00-da Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə saxlanılaraq 27-ci Polis Bölməsinə gətirilmiş, orada Ruqayə Salmanovanın üzərində şəxsi axtarış aparılarkən bir ədəd çəhrayi metal qabın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar - 4,825 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2007-ci ildə X2 ilə ailə həyatı qurmuş, birgə nigahdan 2008-ci il təvəllüdlü oğlu Vüqar Baxşəliyev, 2014-cü ildə isə qızı Zeynəb Baxşəliyeva doğulmuşdur. Münasibətləri pozulduğundan ərindən boşanmış və 2017-ci ildə X3 ilə ailə həyatı qurmuşdur. Nicatdan da 2020-ci ildə oğlu Raul dünyaya gəlmişdir. Sonradan Nicatla münasibətləri korlandığı üçün ondan da ayrılmışdır. Uşaqları onun himaysində qalmış, amma maddi vəziyyəti ağır olduğu və həm də 2017-ci ildən başlayaraq “kakos” kimi adlandırılan heroindən istifadə etməyə başlayaraq narkomaniya xəstəliyinə düçar olduğundan uşaqlarına baxa bilməmişdir. Ona görə də iki uşağını anası Cəlilabad rayonuna aparıb orada saxlamağa başlamışdır və hal-hazırda da uşaqlar anasının himayəsindədir. Üçüncü uşağı isə körpələr evinə verilmişdir, həmin uşaqla da heç bir əlaqəsi yoxdur. Daimi bir iş yeri olmamış, gündəlik hansısa fərdi işlərlə məşğul olub özünü dolandırmağa çalışmışdır. 2020-ci ildə isə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Əfqanın da elə bir daimi işi olmamış, narkotiklərdən asılı birisi kimi bir-biriləri ilə yola getmiş, ucuz sutkalıq kirayə evlərdə ikisi birlikdə qeyri-rəsmi ər-arvad münasibətlərində olaraq yaşamağa başlamışlar. Hər ikisi narkotik aludəçisi olduqlarından adətən bir yerdə narkotik vasitə əldə etmiş, qaldıqları yerlərdə birlikdə qəbul etmişlər. Bir qayda olaraq heroin qəbul etmişlər. Heroini özü nəfəsinə çəkməklə, Əfqan isə inyeksiya yolu ilə qəbul etmişlər. Tutulmazdan bir həftə əvvəldən Əfqanla Elton adlı şəxsin evində günlük 5 manata kirayədə yaşamağa başlamışlar. Saxlanmazdan bir gün əvvəl Əfqanla birlikdə «Papanin» adlı əraziyə getmişlər və Əfqan orada tanımadığı şəxsdən özlərinin birlikdə istifadəsi üçün təxminən 1 qram miqdarında heroin əldə etmişdir. Oradan qayıtdıqdan sonra adi günlərdə olduğu kimi gecəni 5 manatlıq evdə qalmışlar. Əfqan heroini üstündə saxlamaq üçün ona vermişdir. Belə ki, Əfqan polisdən qorxaraq onu öz üstündə, ya da kirayədə qaldıqları sutkalıq evdə saxlamağa risk etməmişdir. Həm də bir qadın kimi kiminsə ondan şübhələnməyəcəyini və üst-başını yoxlamaq fikrinə düşməyəcəyini fikirləşmişlər. Əvvəllər də dəfələrlə eyni qaydada hərəkət etmişlər. 29 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində kirayədə qaldıqları həmin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 30 saylı evin qarşısında olduğu zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və üstünə şəxsi axtarış keçirilməsi üçün onu 27-ci Polis Bölməsinə aparmışlar. Yolda gedərkən o polislərə üstündə heroin olduğunu etiraf etmiş və içində təxminən 1 qram heroin olan çəhrayi rəngli dəmir qutunu çıxardıb vermişdir. Üzünü xatırlamadığı və adını bilmədiyi həmin polis bölmədə qutunu ona qaytarmış və çəkiliş vaxtı çıxardıb təqdim etməsini tapşırmışdır. Bölmədə müdafiəçi çağırılmış, şəxsi axtarış zamanı əynində olan yaşıl narıncı və sarı qarışıq rəngləri olan şalvarının sol yan cibində saxladığı çəhrayi rəngli dəmir qutunu çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı müdafiəçinin iştirakı ilə həmin dəmir qabda olan bükümləri bir-bir açaraq çıxartmışdır. Onün üstündə faktiki yalnız təxminən 1 qram çəkidə heroin olduğu halda qutudan marixuna və metamfetamin də çıxmışdır. Polislərin suallarına cavab olaraq heroini iki ildən artıqdan tanıdığı və hazırda bir yerdə yaşadığı Əfqan adlı şəxsin birlikdə istifadə etmək üçün saxlamağa verdiyini demişdir. Üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılarkən telefonun videokamerası ilə çəkiliş aparılmışdır. Daha sonra protokol tərtib olunub götürülmüş maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Heroinin miqdarının niyə belə çox olmasının, oradan hələ metamfetamin və qurudulmuş marixuana çıxmasının da səbəbini bilmir. Amma Əfqan bölməyə gətirildikdən sonra məsuliyyətdən qorxaraq ona heroin vermədiyini bildirmiş, hər şeyi inkar etməyə çalışmışdır. Amma o heç nəyi gizlətmədən həqiqəti danışmışdır. Bu gün də məhkəmədə həqiqətləri bildirir. Heç bir halda narkotik vasitə satışı ilə məşğul olmamışdır. Yalnız Əfqanla birlikdə özləri üçün dəfələrlə narkotik vasitə əldə etmiş və qaldıqları ünvanlarda bir yerdə də qəbul etmişlər. Bir neçə ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Ona görə bütün bu halların, özünü yalnız istifadəçi kimi təqsirli bilməsinin, habelə 3 azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 2 ildən artıq müddətdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Onu ilk vaxtlardan narkotik istifadəçisi kimi tanımış və özü narkoman olduğundan birlikdə narkotik vasitələr qəbul etməyə başlamışlar. Münasibətləri yaxşı olduğundan aralarında qeyri-rəsmi ər-arvad münasibətləri də yaranmış və müxtəlif ünvanlarda əsasən sutkalıq kirayə evlərdə yaşamağa başlamışlar. Narkotik vasitələri də kirayə qaldıqları evlərdə birlikdə qəbul etmişlər. Hər ikisi narkoman olduqlarından narkotk vasitələri əldə etmələri və birlikdə qəbul etmələri müntəzəm xarakter almışdır. Tutulmazdan bir müddət əvvəldən isə Ruqayə ilə birlikdə Yasamalda 5 manat ödəməklə günlük kirayədə yaşamışlar. Onlardan başqa həmin evdə kimsə yaşamamışdır. Əvvəllər Ruqayə ilə birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlanmazdan bir gün əvvəl Ruqayə ilə birlikdə «Papanin» adlı əraziyə getmişlər və orada tanımadığı şəxsdən özlərinin birlikdə istifadəsi üçün təxminən 1 qram miqdarında heroin əldə etmişdir. O, əldə etdikləri heroini üstündə saxlamaq üçün Ruqayəyə vermişdir. Belə ki, polisdən qorxaraq onu öz üstündə, ya da kirayədə qaldıqları sutkalıq evdə saxlamağa risk etməmiş, həm də bir qadın kimi kiminsə Ruqayədən şübhələnməyəcəyini və üst-başını yoxlamaq fikrinə düşməyəcəyini fikirləşmişlər. Əvvəllər də dəfələrlə eyni qaydada hərəkət etmişlər. Adətən narkotik vasitəni Ruqayə öz üstündə saxlamışdır. 29 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində kirayədə qaldıqları həmin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 30 saylı evin qarşısında olduğu zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və üstünə şəxsi axtarış keçirilməsi üçün onu 27-ci Polis Bölməsinə aparmışlar. Polisdə üstbaşı yoxlanılmış, amma heç nə aşkar olunmamışdır. Amma Ruqayə orada hər şeyi etiraf etdiyindən onu da tutmuşlar. Polisdə dəfələrlə ondan soruşulsa da Ruqayədən çıxan narkotik vasitəyə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Qorxduğu üçün belə demiş, tutulmaq istəməmişdir. Amma hazırda məhkəmədə etiraf edir ki, həqiqətən hadisə danışdığı kimi olmuş, tutulmazdan bir gün əvvəldən təxminən 1 qram çəkidə heroin əldə etmişlər. Amma onun bildiyinə görə heroin 1 qram ətrafında olmalı olduğu halda Ruqayədən daha artıq çəkidə heroin, habelə marixuna və metamfetamin çıxması yazılmışdır. Ona görə də məhkəmədən istifadəçi kimi təqsirli bilinməsini, əməlindən peşman olmasının, cavanlığının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli ilə bağlı narkotik vasitənin çəkisi və psixotrop maddə ilə bağlı hissədəki ziddiyyət istisna olunmaqla etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Yasamal rayonu, C.Cabbarlı küçəsində olması dəqiqləşdirildikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvanın qarşısında gəlmişlər. Orada bir nəfər xarici əlamətləri Təqsirləndirilən şəxs2 xarici əlamətləri ilə üst-üstə düşən qadının bir nəfər kişi cinsli şəxslə birlikdə dayandıqlarını görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərə özlərini təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra həmin şəxslər özlərini təqdim etmişlər, sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ramiz oğlunun narkotik vasitələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilərək onlarla birlikdə 27ci Polis Bölməsinə gəlmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılaşaraq onlarla birlikdə Polis Bölməsinə gəlmiş, sonra hər iki şəxs ayrı-ayrı otaqlara dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən ilk əvvəl Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, sonra sonuncu şübhəli şəxs qismində tutulmuş və hüquqları izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı elan edilmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində çəhrayı rəngli dəmir qutuda narkotik vasitə olduğunu bildirmiş və həmin qutunu çıxarıb təqdim etmişdir. Həmin qutuya baxış zamanı qutunun içərisində üç ədəd bükülü aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükülülərdən birində heroin, bir bükümdə psixotrop maddə olan «şüşə», bir bükülüdə isə narkotik vasitə olan marixuana olduğunu və həmin maddələri ünvan 3 ünvanında iki ildir ki, tanıdığı Əfqan adlı şəxsin ona saxlamaq üçün verdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Sonra Təqsirləndirilən şəxs1 Ramiz oğluna hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, şübhəli şəxs qismində tutulmuş və hüquqları izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı elan edilmişdir. Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iki ildir ki tanıdığını, əvvəllər bir neçə dəfə bir yerdə narkotik vasitə qəbul etdiklərini, amma Təqsirləndirilən şəxs2 saxlamaq üçün və ya digər məqsədlə narkotik vasitə vermədiyini, Təqsirləndirilən şəxs2 dediklərinin yalan olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 üzərində çəhrayı rəngli dəmir qutu yalnız şəxsi axtarış zamanı aşkar edilmiş, şəxsi axtarışa qədər ondan həmin qutu kimsə tərəfindən Ruqayədən götürülməmişdir. Saxlandıqları zaman Ruqayə və Əfqan fiziki cəhətdən çox zəif, aşkar nakrotik aludəçisi görkəmində olmuşlar. Bu şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmalırını təsdiq edə biləcək heç bir konkret məlumata malik deiyildir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin digər əməkdaşı X4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inspektoru Şahid1 göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında şübhəli olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 27-ci Polis Bölməsinə gətirilmiş, sonuncunun üzərinə şəxsi axtarış aparılmalı olduğundan qadın kimi iştirak etməsi təklif olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və hüquqları izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı elan edilmişdir. Təqsirləndirilən şəxs2 videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərindəki çəhrayı rəngli dəmir qutunun içərisində narkotik vasitə olduğunu bildirmiş və həmin qutunu çıxarıb təqdim etmişdir. Həmin qutuya baxış zamanı qutunun içərisində üç ədəd bükülü aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülülərdən birində narkotik maddə olan heroin, bir bükümdə psixotrop maddə olan «şüşə» və bir bükülüdə isə narkotik vasitə olan marixuana olduğunu və həmin maddələri ünvan 3 ünvanında iki ildir ki, tanıdığı Əfqan adlı şəxsin istifadə etmələri məqsədilə saxlamaq üçün verdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 93-95). Şəxsi axtarış və götürmə aparılması haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərindəki çəhrayı rəngli dəmir qutuda narkotik vasitə olduğunu bildirmiş və həmin qutunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə olan heroin, bir ədəd siqaret kağızına bükülmüş bükülüdə psixotrop maddə olan metamfetamin, qırmızı rəngli kağız bükülüdə isə narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümləri 29 sentyabr 2022-ci il tarixdə saat 09:00 radələrində Yasamal rayonu, C.Cabbarlı küçəsi 30 ünvanında iki ildir ki, tanıdığı Əfqan adlı şəxsin ona saxlamaq üçün verdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34- 35,141-142). Şəxsi axtarış və götürmə aparılması haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunla qadağan edilmiş əşya olmamasını, Təqsirləndirilən şəxs2 iki ildir ki, tanıdığnı, əvvəllər bir neçə dəfə bir yerdə narkotik vasitə qəbul etdiklərini, amma Təqsirləndirilən şəxs2 saxlamaq üçün və ya digər məqsədlə narkotik vasitə vermədiyini, Təqsirləndirilən şəxs2 dediklərinin yalan olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 57-59,140). Məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 6/5612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №168 dairəvi möhür əksləri olan, «Şübhəli şəxs (imza) ...tərtib etdi baş təhqiqatçı (imza) N.Seyidzadə...» sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd metal qabda olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,825 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,775 qram, metamfetaminin qalıq çəkisi 0,171 qram təşkil etmişdir (cild 1, iş vərəqə 68-74). Məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 7/1126 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs 1.imza...tərtib etdi baş təhqiqatçı imza N.Seyidzadə...» yazılan zərfdə 1 ədəd metal qabda 1 ədəd qırmızı-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,440 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 0,390 qram təşkil etmişdir (cild 1, iş vərəqə 75-78). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 oktyabr 2022-ci il tarixli 6073 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 250-251). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 oktyabr 2022-ci il tarixli 6078 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 252-253). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 noyabr 2022-ci il tarixli 2953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl döaründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 255-256). Ambulator məhkəmə psixiatrik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 2888 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərin ölçüb-biçmək və cinayəti törədən anda düzgün qavrayıb, təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs1 hazırda ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir (cild 1, iş vərəqə 258-259). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 233-234). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 235). İbtidai istintaq orqanının 10 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 276-277). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 2014-cü il və 2008-ci il təvəllüdlü iki uşağı vardır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmələri barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımalarını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmələri və saxlamaları ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxslərin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onların hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 saxlandığı andan narkotik vasitəni və psixotrop maddəni birgə şəxsi istehlak üçün Təqsirləndirilən şəxs1 tərəfindən əldə edildiyini etiraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni ardıcıl olaraq Təqsirləndirilən şəxs1la birgə şəxsi istehlak üçün əldə etdiklərini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi Təqsirləndirilən şəxs2 barəsində toplanmış ilkin materiallar əsasında əsaslı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 24, 47) və 01 oktyabr 2022-ci il tarixdə tam əsaslı olaraq mövcud sübutlara istinad edilməklə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər (cild 1, iş vərəqə 96, 111). Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək etirafedici ifadə vermiş, Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir (cild 1, iş vərəqə 102-105,118-120). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmələrinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində elə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilərkən istinad edilmiş eyni sübutlara əsaslanmaqla hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittihamlar elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız bir növünün - heroinin çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmələrini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolları, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxslərə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmələri, saxlamaları və daşımaları barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxslərin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, habelə psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmələri ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxslərə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Mübahisəsiz olaraq müəyyən edilir ki, uzun müddət ərzində müntəzəm şəkildə narkotik vasitələr qəbul edən, hər ikisi narkomaniya xəstəliyindən əziyyət çəkən, qeyrirəsmi ər-arvad münasibətində olmaqla birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamış təqsirləndirilən şəxslər növbəti dəfə birgə istifadə üçün narkotik vasitə və psixotrop maddə əldə etmişlər. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişlər, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinin miqdarının 1 qram olması, metamfetamin və marixuananın isə onlara məxsus olmaması barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 24, 49, 134-139) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,775 qram təşkil edən heroin, qalıq çəkisi 0,171 qram təşkil edən metamfetamin, 0,390 qram təşkil edən marixuana məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 71 (yetmiş bir) manat 50 (əlli) qəpik olmaqla cəmi 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 69, 76,352). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlu və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 oğlunun və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,775 qram təşkil edən heroin, qalıq çəkisi 0,171 qram təşkil edən metamfetamin, 0,390 qram təşkil edən marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 71 (yetmiş bir) manat 50 (əlli) qəpik olmaqla cəmi 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi2 oğlunun və Müdafiəçi1 hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar