Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-881/2024 23.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 170-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq, ağ rəngli sellofan kəsiyinə bükülmüş, hər biri külli miqdarda, 2.101 qram və 4.167 qram, ümumi təmiz çəkisi külli miqdarda 6.268 qram olmaqla 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 22:30 dəqiqədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2manov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən ağ rəngli sellofan kəsiyinə bükülmüş, hər biri külli miqdarda 2.101 qram və 4.167 qram, ümumi təmiz çəkisi külli miqdarda 6.268 qram olmaqla 02 ədəd ağ rəngli kristallardan ibarət xarici ələamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, lakin bu işlə bağlı saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Onu xx.xx.2023-cü il tarixdə axşam saat 10 radələrində Şəki restoranın yanında saxlamışlar. Onu saxlayan polis nəfərlərinin sayı 7-8 nəfər olmuş, ona saxlanılan zaman fiziki təzyiqlər olmasa da psixoloji təsirlər olmuşdur. Onu polislər öz maşınları ilə Nərimanov RPİ-nin 17-ci PB-nə aparmışlar. Maşında o, arxa oturacaqda ortada oturmuş, sağ-sol tərəfində isə polis əməkdaşları oturmuşlar. Onlardan onu nə üçün və hara apardıqlarını soruşmuş, demişlər ki, bölmədə biləcəkdir. Bölmədə ağ rəngli sellofan bükümü onun üzərinə, idman paltarının sağ cibinə Şahid1 kimi tanıdığı polis əməkdaşı qoyaraq bildirmişdir ki, belə tapşırıq verilib, sroka getməlisən, səbəbini isə bilmir. Müdafiəçisi üzərinə keçirilən baxış zamanı olmamış, təhqiqatçı Fazil Osmanov isə onun əvvəlki məhkum olunduğu iş üzrə müstəntiq olmuşdur. Hesab edir ki, Fazil Osmanov ona qarşı qərəzli olmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallarla əlaqədar olaraq göstərmişdir ki, ittihamda göstərilən halların heç biri ona aid deyildir. Evdə olan zaman onun telefonunun Watçap proqramına 2 qram kokos və bir qram patının yerləşdiyi əraziyə dair konum atılmış, həmin konuma əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Şəki» restoranının qarşısına getmişdir ki, oradan yolu keçib konumda göstərilən yerdən həmin əşyaları götürsün. Yolu keçən zaman qarşısında və arxasında iki maşın saxlamış, maşınlardan mülki geyimli şəxslər çıxaraq ona tərəf gəlmişlər. Bu şəxslərin davranışlarından anlamışdır ki, onlar polis əməkdaşlarıdır və qaçmağa cəhd etməmişdir. Bildirir ki, Watçap proqramı ilə onunla əlaqə saxlayan şəxsə əldə edəcəyi kokosla patıya görə pulu, yəni 42 manatı götürəndən sonra ödəyəcəkdir. Adətən bu malları satan şəxslər karta ödəniş olmadan mal verməzlər. Lakin malı satan şəxs onunla razılaşmışdır. Həmin vaxt o, «lomkada» idi, yəni ağrınırdı. Onu polis əməkdaşları saxladıqdan sonra maşınlardan birinə mindirmişlər, həmin maşını idarə edən Elmar adlı şəxs olmuşdur. O, arxa oturacaqda oturmuş, sağ və sol tərəfində polis əməkdaşları oturmuşlar. Ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin psixoloji təsir edilmişdir. Belə ki, polis əməkdaşları ona demişlər ki, onun narkotik istifadəçisi olmasını bilirlər, üzərinə qoyacaqları narkotiki qəbul etsə ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir, əks halda daha ağır maddə ilə məhkəməyə veriləcəkdir. Çıxış yolu olmadığı üçün polislərin təklifi ilə razılaşmışdır. Onu Bakı şəhəri, Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirmişlər. Orada xidməti otaqlardan birində Elmar adlı polis əməkdaşı cibinə bir büküm kokos və bir büküm patı qoymuşdur. Bundan sonra onu təhqiqatçı Fazil Osmanovun yanına aparmışlar. Fazil Osmanovu tanıyır, belə ki, barəsində Yasamal RPİ-də oğurluqla bağlı istintaq aparılan zaman müstəntiqi elə Fazil Osmanov olmuşdur. Bundan sonra vəkil gəlmiş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Polis əməkdaşlarının tövsiyyəsi ilə üzərində olan idman şalvarının sağ yan cibindən həmin 2 bükümü çıxarıb təqdim etmişdir. Üzərinə baxış zamanı vəkil ondan ona qarşı təzyiqlər olmasını soruşmuş, o isə ona bildirmişdir ki, ona qarşı heç bir təzyiq olmamışdır. Çünki artıq polislərlə razılığa gəlmişdir ki, o, CM-nin 234.1ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəkdir. Həmçinin sanksiya zamanı barəsində həbs qətimkan tədbiri seçən hakimə də heç bir şikayət və narazılıq bildirməmişdir. Məhkəmədən xahiş edir ki, ona məxsus olan və baxış zamanı üzərindən götürülmüş mobil telefon müstəntiqdən tələb edilsin və məhkəmədə həmin telefonda olan məlumatlara baxış keçirilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 22 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin ərazisində əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə xidmətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi «Şəki» restoranının qarşısından keçən zaman bir nəfər şəxsin narkotik sərxoşluğu vəziyyətinə bənzər olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlardan yayınmaq istəsə də buna nail olmamışdır. Təqsirləndirilən şəxs qaça bilməyəcəyini başa düşdükdən sonra özünü təqdim etmiş, bundan sonra onlar onu Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə apararaq təhqiqatçıya təqdim etmişlər.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üçün vəkil dəvət olunmuş, vəkil polis şöbəsinə gəldikdən sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən iki ədəd ağ rəngli bükülünü masanın üzərinə qoyub. Həmin bükülülər təhqiqatçı tərəfindən açıldıqda hər birinin içərisindən ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin birində heroin, digərində isə metamfetamin vardır. Bunları öz istifadəsi üçün ünvan 4 ünvanında yerləşən “Şəki” restoranının qarşısında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 42 manata alıb istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki büküm qablaşdırılaraq möhürlənərək üzəri imzalarla təsdiq olunmuşdur. Həmçinin baxışla bağlı protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. İstər saxlanıldığı zaman, istərsə də şöbəyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı fiziki zor və təzyiqlər olmamış, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O, onun və həmkarı Şahid2 tərəfindən hər hansı bir tədbir nəticəsində deyil, təsadüf nəticəsində saxlanılmış, onlar Təqsirləndirilən şəxs saxladıqları zaman yalnız ikisi olmuş, başqa adamlar olmamış, Təqsirləndirilən şəxs heç bir təzyiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 22 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində xidməti əraziləri olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi «Şəki» restoranının qarşısından həmkarı Şahid1la maşınla hərəkət etdikləri zaman «Şəki» restoranının qarşısında olan avtomobil yolunda hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs həmin yolda dayanaraq ətrafa baxması onlarda şübhə yaratmış, idarə etdiyi maşını saxlayıb həmkarı Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmaq istədikdə sonuncu qaçaraq onlardan uzaqlaşmaq istəmiş, Təqsirləndirilən şəxs təxminən 10 metr məsafə onlardan aralandıqda çataraq onu saxlamışlar, şəxsiyyəti ilə maraqlandıqda o, bir daha da qaçmağa cəhd etmiş, lakin onlar buna imkan verməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs idman paltarında idi və davranışından hiss olunurdu ki, o, narkotik sərxoşluğu vəziyyətindədir. Onun şəxsiyyətini aydınlaşdırmaq üçün onu maşının arxa oturacağına əyləşdirib Bakı şəhəri Nərimanov RPİnin 17-ci PŞ-nə aparıb təhqiqatçı Fazil Osmanova təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üçün vəkil dəvət olunmuş, vəkil polis şöbəsinə gəldikdən sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən iki ədəd ağ rəngli bükülünü masanın üzərinə qoyub. Həmin bükülülər təhqiqatçı tərəfindən açıldıqda hər birinin içərisindən ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin birində heroin, digərində isə metamfetamin vardır. Bunları öz istifadəsi üçün ünvan 4 ünvanında yerləşən “Şəki” restoranının qarşısında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 42 manata alıb istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki büküm qablaşdırılaraq möhürlənərək üzəri imzalarla təsdiq olunmuşdur. Həmçinin baxışla bağlı protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. İstər saxlanıldığı zaman, istərsə də şöbəyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı fiziki zor və təzyiqlər olmamış, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman yalnız ikisi olmuş, başqa adamlar olmamış, Təqsirləndirilən şəxs heç bir təzyiq etməmişlər və onun üzərinə hər hansı qanunsuz əşya qoymamışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 22:30-da inzibati ərazidə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin polis əməkdaşları əməliyyat-müvəkkili polis leytenantı Şahid1 və əməliyyat-müvəkkili polis leytenantı Şahid2 xidmət apararkən ünvan 6 ünvanı qarşısında piyada hərəkət edən bir nəfər şəxsin özünü şübhəli apardığından ona yaxınlaşaraq özünü təqdim etməsini bildirmiş, həmin şəxs özünü itirərək suala cavab vermədən qaçmağa cəhd etmiş, lakin saxlanılmış, həmin zaman o narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. PŞ-də müəyyən olunmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, bu istintaq hərəkəti videoçəkiliş aparılmaqla və müdafiəçisinin iştirakı ilə həmin tarixdə saat 23:45-dən saat 23:55-dək həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra o əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümu çıxarıb masanın üzərinə qoyub. Həmin vaxt bükünün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin bükümün birinin içərisində narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə olan metamfetamin olduğunu və həmin narkotikləri 22 iyun 2023-cü il tarixdə saat 22 radələrində “Şəki” restoranının qarşısından üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 42 manata əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrdən 10 aydır istifadə etdiyini, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin iki büküm açıldıqda hər iki bükümdə ağ rəngli kristal şəkilli kütlələr aşkar olundu, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd təsbeh, sol yan cibindən isə özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon və siqaret qutusunu təqdim edib. Mobil telefon təhqiqatçı tərəfindən götürülüb qalan təsbeh və siqaret qutusu özünə qaytarılıb. Daha sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilib, həmin protokol onlara oxunub, ondan götrülmüş bükümlər qablaşdırılaraq möhürlənib və orada olan şəxslərlə yanaşı Təqsirləndirilən şəxs protokolun düzgünlüyünü imzasıyla təsdiq edib. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/3497 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün N219”-li dairəvi möhür əksi və “111Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər, şübhəli şəxs: Təqsirləndirilən şəxsimza, İştirakçılar- üç imza, Təhqiqatçı: F.Osmanov-imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -2.101 qram, -4.167 qram, ümumi təmiz çəkisi-6.268 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 4094 saylı rəyindən müəyyən ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023cü il tarixli, 1796 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman həmin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon cihazına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs baxış zamanı aşkar edilmiş “Samsun Galaxy J4” markalı mobil telefona özünün və müdafiəçsinin iştirakı ilə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-969/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs verdiyi ifadələrindən müəyyən olunur ki, o psixotrop maddə olan metamfetamini 02 ədəd bükümdə 42 manata xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının qarşısında olan zaman bir nəfər anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən almışdır . Bundan sonra oradan uzaqlaşmaq istədikdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşıb kim olması ilə maraqlandıqda o, onlardan ehtiyyat etdiyi üçün qaçmağa başlamış, lakin həmin şəxslər onu saxlayıb, şöbəyə aparmışlar. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də təhqiqatçı Fazil Osmanov tərəfindən üzərinə mdafiəçinin iştirakı ilə baxış keçirilmiş və o, üzərində olan 2 büküm metamfetamini təqdim etmişdir. Ona bu maddələri satan şəxsin sözlərindən başa düşmüşdür ki, bükümlərin birində heroin, digərində isə metafetamin vardır. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsində məhkəmə istintaq zamanı verdiyi ifadə şübhə doğurmaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinin 2/1-7914/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin aşkar edilməsi istiqamətində tədbirlərin nəticəsi müsbət olmamış və onun narkotik vasitə satması ilə bağlı məlumat daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskə baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəsinə 23 iyun 2022-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahı əlavə edilmişdir, həmin siyahıdan müəyyən olunur ki, xx-xx-2023-ci il tarixdə saat 01:21:52-də Təqsirləndirilən şəxs məxsus **********02 saylı mobil nömrədən **********66 saylı mobil nömrəyə “qaqaş məndə patı var dobru gör kola düzüb qoşa bilirsən gəl eliyəy”; xx-xx-2023-ci il tarixdə saat 22:28:39-da **********72 saylı mobil nömrəsinə “Sən gör sabaha kimi ya tema ya pul götürə bilərsən sabah mən verəcəm”; xx-xx-2023-ci il tarixdə saat 01:21:55-də **********66 saylı mobil nömrəsinə “qaqaş mikadan marağlan kola versəy patıyla dəyişər yarı kola verim, patı versin”; xx-xx-2023-cü il tarixdə saat 02:56:27-də **********88 saylı mobil nömrəsinə “Qaqas patini gdtirmedi getirende menede xebr elede qaqas”; xx-xx-2023-cü il tarixdə saat 14:59:43-də “Qaqaş axşam mende pul olacaq 50 manat indi veziyetden çıxmaq lazımdı arğıyıram qaqaş”; xx-xx-2023-cü il tarixdə saat 22:39:03-də **********36 saylı mobil nömrəsinə “Marat Salam qaqaş yekə oĝlansan bu nədi eliyirsən ya mənim temamı v er yada beş manatımı bu nədiye hamıvız çiy hərəkət eliyirsiz gözdü” tipli mesajlar Təqsirləndirilən şəxs tərəfindən müxtəlif mobil telefon nömrələrinə yazılmışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məxus olan +**********02 saylı mobil nömrədən müxtəlif vaxtlarda müxtəlif şəxslərə narkotik vasitələr və psixotrop maddələr əldə edilməsi ilə bağlı sms mətnlər ünvanlandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 27 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi ilkin təmiz çəkisi 6.268 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.068 qram çəkidə psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J4” markalı mobil telefon saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə görüntülərini əks etdirən 01 ədəd DVD disk, Bakcell” MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işindən başqa cinayət işinin ayrıca icraatda ayrılması və icraata götürülməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət işinin materiallarından psixotrop maddənin əldə etmə mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatlarına görə ayrıca icraata material ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 70-ci maddələri ilə 01 sınaq müddəti ilə 3 il müddətinə azadlqıdan məhrum edilmiş, bundan başqa Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə 240 saat ictimai işlər cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.2, 67.1, 68.1.4, 93.1.4cü maddələri 05 il 01 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsi ilə cəzasının çəkilməmiş 01 il 03 ay 09 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.3.2, 93.1.2-ci maddələri ilə 07 il müddətinə azadlıqdan məhrum edulmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə 177.3.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsinə tövsif olunaraq cəzası 07 ildən 03 ilə endirilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 06 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni məhkumluğu ödənilmədiyi dövrdə törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır . “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarlarından müəyyən olunur ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, residivin əsas elementlərindən biri əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsidir. “Məhkum olunmuş şəxs” isə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan şəxs hesab edilir. Bu halda, cəza, CM-in 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, yəni residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o subaydır, anası X5 İİ qrup əlildir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu və bu axtarışı əks etdirən CD-də olan videogörüntü, digər istintaq protokolları, "xxxx" MMC-dən daxil olmuş CD disk-də olan məlumatlar, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və psixotrop maddəni polis əməkdaşları tərəfindən üzərinə fiziki təzyiqlər nəticəsində qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş diskdəki görüntülərlə, məhkəmə-kimyəvi ekspertiza rəyi, "xxxx" MMC-dən daxil olmuş CD disk-də olan məlumatlar və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 10-cu bəndinə əsasən şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop 11 maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 22.06. 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 6.068 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, axtarış və götürmə görüntülərini əks etdirən 01 ədəd DVD disk, Bakcell” MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy J4” markalı mobil telefon anası X4 qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 400 AZN (dörd yüz) manat Bakı şəhəri “Ekol” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 6.068 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin, axtarış və götürmə görüntülərini əks etdirən 01 ədəd DVD disk, Bakcell” MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy J4” markalı mobil telefon anası X4 qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 400 (dörd yüz) manat Bakı şəhəri “Ekol” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-881/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-881/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver