Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-881/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1984-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 48, mənzil 70-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 48 saylı ünvanda yerləşən «Zümrüd Residense» Yaşayış kompleksinin yan tərəfində bacısı Zərərçəkmiş şəxs həyat yoldaşı və uşaqlarının yanına qayıtmasını, anasının yaşadığı evdə qalmamasını deyib ailəsindən ayrılmasını ona irad bildirdikdə Zərərçəkmiş şəxs ona qeyrətsiz olduğunu bildirib ardıcıl nalayiq ifadələr işlətməsi kimi səhv hərəkətlərindən yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ döş qəfəsindən və sağ körpücüaltı nahiyyəsindən vurub ona döş qəfəsinin sağ yarısının hemotoraks, diafraqma və qaraciyərin yaralanması ilə müşayiət olunan döş qəfəsi və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xarakterli həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır, sağ körpücüaltı nahiyənin 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı ərini və iki övladını atıb anası Gültəkinin evində yaşadığı üçün ona dəfələrlə ailəsinin yanına qayıtmasını demiş, lakin bacısı onun sözlərinə əhəmiyyət verməmişdir. Bacısının bu cür davranışı onu əsəbləşdirmiş və xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı binanın həyətində qonşularla samovarı qalamaq üçün mətbəx bıçağı ilə taxta parçalarını doğrayan zaman bacısının işdən gəldiyini görərək yenə onunla mübahisəsi düşmüş, o, bacısı Ruhiyyədən ailəsinə qayıtmasını dedikdə sonuncu ona qeyrətsiz olduğunu demiş və başqa nalayiq sözlərlə onu təhqir etmişdir. Onun bu hərəkətlərinə dözməyərək əlindəki bıçaqla Ruhiyyənin sol tərəfindən bir dəfə vurmuş,bacısının üzərindəki paltarında qan ləkəsi olduğunu görərək əmisi Şahid1 və anası Şahid2 zəng edib hadisə barədə məlumat vermişdir. Əmisi ilə anası dərhal onların yanına gələrək təcili tibbi yardıma zəng edib həkim çağırmışlar. Bir az keçmiş hadisə yerinə TTY maşını gəlmiş və o, Ruhiyyəni həmin maşina mindirməyə kömək etdikdən sonra hadisə yerinə gəlmiş PPX maşınına yaxınlaşaraq cinayət aləti olan bıçağı polisə təqdim edərək hadisəni törətdiyini onlara bildirmişdir. Polislər də onu maşina mindirib polisə aparmışlar. Etdiyi əməldən peşmandır, bacısı ilə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Konstitusiyasının 66 və CPM-nin 20-ci maddələrində yaxın qohumu əleyhinə ifadə verməmək hüququndan istifadə edərək ifadə verməkdən imtina edərək qardaşı ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, o, 2005-ci ildə Samir Əhmədovla ailə qurmuş, həmin nigahdan 2 övladları olmuş, əri ilə münasibətləri pozulduğu üçün 2022-ci ildə ondan ayrılaraq anası Şahid2 mənzilində yaşamağa başlamış, 2024-cü ildə isə ərindən rəsmi olaraq boşanmışdır. Onun ailəsindən ayrılması anası ilə qonşuluqda yaşayan qardaşı Fuadı narahat etmiş, Fuad hər dəfə onu gördükdə ailəsi və uşaqlarının yanına qayıtmasını tələb edirdi. Bu səbəbə görə aralarında mütəmadi olaraq mübahisələr baş verirdi. xx.xx.2024-cü il tarixdə axşam üstü işdən evə qayıtdıqda yaşadığı binanın yanında qardaşı Fuadla rastlaşmış, sonuncu ona əsəbləşərək ailəsinin yanına getməsini tələb etmiş, o isə qardaşını təhqir edərək şərəfsiz və biqeyrət omasını demişdir. Fuad isə əsəbi halda cibindən bıçaq çıxarıb bədəninə bir dəfə vurmuşdur. Bundan sonra Fuad onu yaxınlıqda olan daşın üstündə oturmasına köməklik etmiş, əmisi İlqarı və anası Gültəkini hadisə yerinə çağırmışdır. Sonuncular gələrək təcili tibbi yardım stansiyasına zəng edib həkim çağırmışlar. TTY maşını gələrək onu xəstəxanaya aparmış, orada əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qardaşı uşaqlarıdır. O, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Zümrüd Residense» yaşayış kompleksinin binasında yaşayır. Həmin binada Fuadla Ruhiyyənin anası Gültəkin bir mənzildə, Fuad isə başqa mənzildə yaşayır. Ruhiyyə ailəsindən boşanaraq anası Gültəkinlə bir mənzildə yaşayırlar. Fuadın Ruhiyyə ilə sonuncu boşandığına görə tez-tez mübahisələri olmuşdur. Hadisə günü isə, yəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Fuad ona zəng edərək binanın arxasında Ruhiyyəni bıçaqla vurduğunu, təcili gəlməsini bildirmişdir. O isə Gültəkini də götürərək Fuadla Ruhiyyənin olduğu binanın arxasına getmiş, Ruhiyyənin xəsarət aldığını gördükdə TTY maşını çağırmışdır. Həmin maşın tezliklə gələrək Ruhiyyəni xəstəxanaya aparmış və Ruhiyyə əməliyyat olunmuşdur. Fuad isə hadisə yerinə gələn polisə gedib təslim olmuşdur. Bildiyi qədər Ruhiyyə qardaşını bağışlamışdır, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun doğma övladlarıdır. O, qızı Ruhiyyə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Zümrüd Residense» yaşayış kompleksinin binasında yaşayır. Oğlu Fuad isə həmin kompleksdə başqa mənzildə tək yaşayır. Qızının onunla yaşamasının səbəbi ailəsindən ayrılması olmuşdur. Bacısının ailəsindən ayrılması Fuadın xoşuna gəlmədiyi üçün o, bacısı ilə bununla bağlı tez-tez mübahisə edərək ailəsinin yanına qayıtmasını tələb edirdi. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qaynı İlqar ona zəng edərək Fuadın Ruhiyyəni binanın yanında bıçaqladığını demiş, o dərhal evdən çıxaraq hadisə yerinə getmiş, orada Ruhiyyənin yaralandığını görən qaynı İlqar TTY maşını çağırmış, həmin maşın gəlib qızını xəstəxanaya aparmış və qızı xəstəxanada əməliyyat olunmuşdur. Oğlu Fuad isə hadiçsə yerinə gələn polis əməkdaşlarına təslim olmuşdur. Hal-hazırda qızı qardaşı ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur. O da məhkəmədən oğluna kömək edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Nərimanov rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ifadələri elan olunaraq müəyyən olunmuşdur ki, 21 avqust 2024-cü il tarixdə iş yoldaşı polis nəfəri Şahid4 ilə birlikdə Polis İdarəsinə məxsus «Mercedes Citan» markalı **-PT-*** nömrəli xidməti maşınla Nərimanov rayonu inzibati ərazisində xidmət aparmışdır. Həmin gün saat 20.30da xidmətdə olarkən Nərimanov rayon Polis İdarəsinin növbəti hissəsi radiostansiya vasitəsi ilə onlarla əlaqə saxlayıb xidməti ərazidə yerləşən Yəhya Bakuvi küçəsindəki «Zümrüd Residense» yaşayış kompleksində hadisə baş verdiyini və həmin ünvana getməyi bildirmişdir. Onlar dərhal qeyd olunan yaşayış kompleksinin qarşısına gəlmiş və orada görmüşlər ki, TTY maşını ilə gəlmiş tibb işçiləri bir nəfər qadını adını sonradan bildiyi Zərərçəkmiş şəxs maşına əyləşdirdikdən sonra xəstəxanaya aparmışlar. Həmin vaxt bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşıb özünü təqdim etdikdən sonra bildirmişdir ki, TTY maşını apardığı qadın onun bacısıdır, bir az əvvəl qeyd olunan yaşayış komleksində yerləşən yaşadığı binanın arxa tərəfində həmin qadını üzərində olan bıçaqla vurub xəsarət yetirmişdir. Hadisə zamanı bacısı Ruhiyyə xəsarət aldığı üçün TTY maşını hadisə yerinə gəlib onu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışdır. Bundan sonra Fuad əlində olan bir ədəd bıçağı onlara təqdim edib bildirmişdir ki, bacısı Ruhiyyəni həmin bıçaqla vurub xəsarət yetirmişdir. Onlar Fuaddan nə üçün bacısını bıçaqla vurub xəsarət yetirməsinin səbəbini soruşmuş, Fuad bildirmişdir ki, bacısı əri ilə boşanıb ayrılaraq anasının evində yaşayır, o, bacısına ər evinə qayıdaraq ailəsi ilə birlikdə yaşamağını desədə bacısı onun sözlərinə əhəmiyyət vermir. 21 avqust 2024-cü il tarixdə saat 21 radələrində bacısının yenidən anasının evinə gəldiyini görüb yaşadıqları binanın arxasında onunla söhbət edərək ərinin evin getməsini dedikdə, bacısı Ruhiyyə onun ünvanına nalayiq söyüşlər deyərək mübahisə etmişdir. Mübahisə zamanı o, bacısının ona qarşı münasibətindən əsəbləşdiyi üçün özündə olan bıçaqla vurub ona xəsarət yetrmişdir. Təqsirləndirilən şəxs bıçağı təqdim edib törətdiyi hadisəni etiraf etdiyi üçün onu xidməti maşına əyləşdirib hadisənin baş verdiyi yeri üzrə Nərimanov rayonu 18-ci Polis Şöbəsinin xidməti ərazisində yerləşdiyinə görə həmin şöbəyə gətirmişlər. Qeyd olunan şöbəyə gəldikdən sonra iş yoldaşı Şahid4lə raport yazıb Fual Quliyevi və onun təqdim etdiyi bıçağı növbətçi hissəyə təhvil vermişlər. Göstərmişdir ki, onlar hadisə yerinə gəldikdə orada səs-küy olduğunu və ya kənar şəxslərin toplaşdığını görməmişlər. Təqsirləndirilən şəxs özü onlara yaxınlaşaraq törətdiyi qeyd olunan hadisəni etiraf edib bıçağı təqdim etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin PPXBnin polis nəfərləri Şahid3 və Şahid4 Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində xidmətdə olan zaman X10 küçəsində yerləşən “Zümrüd” Residence yaxınlaşmışlar. Həmin ünvanda olan zaman bir nəfər onlara yaxınlaşaraq əlində olan məişət bıçağını onlara təhvil verərək, həmin bıçaqla öz bacısına xəsarət yetirdiyini bildirmişdir. Polis əməkdaşları həmin bıçağı götürərək, şəxsi avtopatrula əyləşdirmiş, xəsarət alan şəxsi isə təcili tibbi yardım maşını xəstəxanaya aparmışdır.Həmin şəxs aidiyyatı üzrə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmış və NH-yə təhvil vermişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi polis leytenantı Taryel Əliyev tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli HK-1 №2651 saylı raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 20:14 radələrində Azərbaycan Respublikası DİN-nin 102 mərkəzinə Vəliyeva Yegane tərəfindən hadisə yeri “Zümrüd” Residence qarşısı Balami Dadaşov küçəsi göstərilməklə naməlum qadının bıçaqlanması barədə məlumat verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi polis leytenantı Taryel Əliyev tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli HK-2 №3760 saylı raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində KTM-dən t/b Məmmədova tərəfindən hadisə yeri B.Dadaşov küçəsi göstərilməklə xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin açıq yarası ilə gətirilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının qarşısıdır.Qeyd olunan yer Bakuvi küçəsilə B.Dadaşov küçələrinin kəsişməsində yeraltı parklanmadan çıxışa yaxın yerdir.Həmin yerlə üzbəüz doqquz mərtəbəli yaşayış binası vardır.Sol tərəfdə hündürmərtəbəli yaşayış binalarının tikildiyi inşaat sahəsi yerləşir.Sol tərəfdə binanın birinci mərtəbəsində “Bravo” marketi yerləşir. Yolun kənarında tullantıları üçün qablar qoyulmuşdur.Baxışda iştirak edən Təqsirləndirilən şəxs bacısı Ruhiyyə öz ailəsi ilə ayrılıb, onun yaşadığı evə gələrək orada qalmasına irad tutması səbəbindən yaranmış münaqişə zamanı əsəbləşərək əlindəki bıçaqla bacısı Ruhiyəyə xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-1054/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 21 avqust 2024-cü il tarixdən saat 21:00-dan hesablanmaqla 04 (dörd) müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X9” X7 daxil olmuş 18-1-2/2-5709/2024 saylı xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs məxsus paltarlar X8 saxlanc yerində tapılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 13358 nömrəli rəyindən müəyyən olunur ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısının hemotoraks, diafraqma və qaraciyərin yaralanması ilə müşayiət olunan döş qəfəsi və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ körpücüaltı nahiyənin 01 ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın deşici-kəsici hissəsindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə döş qəfəsinin sağ yarısının hemotoraks, diafraqma və qaragiyərin yaralanması ilə müşayiət olunan döş qəfəsi və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ körpücüaltı nahiyənin 01 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmayan aiddir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3188 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimiai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2024-cü il tarixli, 3/1880 nömrəli məhkəmə-ballistik ekspertiza rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq olunmuş «cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, bir ədəd məişət təyinatlı mətbəx bıçağı sübut əhəmiyyətli olduğundan saxlanılması üçün Bakı şəhər Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə təqdim etdiyi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ilə xx.xx.2024-cü il tarixdə yaşadıqları binanın qarşısında bıçaqla onu vurub xəsarət yetirmişdir. Hazırda qardaşı Fuadla barışdığını və aralarında hadisə ilə bağlı narazılıq qalmadığını bildirmişdir.Hadisə ilə bağlı qardaşı Fuad barəsində heç bir şikayəti, tələbi və iddiası yoxdur.Əlavə olaraq məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Konstitusiyasının 66 və CPM-nin 20-ci maddələrində nəzərdə tutulan hüquqlarından istifadə edərək yaxın qohumu əleyhinə ifadə verməkdən imtina etmiş və qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı tələbnaməsindən müəyyən olunur ki, o Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməklə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Məntəqə Tipli CÇM-dən daxil olmuş 3-16-17/54/2-22/2025 saylı xx.xx.2025-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2020-ci il olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı Əfv sərəncamına əsasən xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. Cəzasının sonu isə xx.xx.2023-cü ildir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsinə səbəb olan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan əməl ehtiyyatsızlıqdan baş verdiyindən həmin məcəllənin 18.1-ci (qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır) maddəsinə əsasən cinayətin residivini yaratmır. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-881/2025 saylı sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-19798/25 saylı arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-37/2020 saylı hökmü ilə əlavə cəza tətbiq olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə nəqiliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli əfv sərəncamına əsasən, yəni xx.xx.2023-cü il tarixdə azadlığa buraxılması ilə əlaqədar əsas cəzadan azad edildiyi tarixdən hesablanmağa başlanmış və əlavə cəzanın müddəti Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini törətdiyi xx.xx.2024-cü il tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə bitmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəzasının müddəti 02 (iki) ay 17 (on yeddi) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CM-nin 45.2-ci, CİM-nin 154.3 və 157-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının 19-cu bəndinin 2-cü abzasına əsasən əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmkərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CMnin Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər. Bundan əlavə həmin qərarın 21-ci bəndinin 3-cü abzasına əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin hadisə yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin onu təhqir edilməsi hərəkətlərinin təsiri altında törətməsini, Azərbaycan Respublikası CM-nin 59.1.10-ci maddəsinə uyğun olaraq şəxsin könüllü gəlib təqsirini boynuna alması, CM-nin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslə yaxın qohumluq münasibətlərində olmasını, törətdiyi əməldən peşman olmasını və müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və səmimi peşmançılığını nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 86 (səksən altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx) manat Bakı şəhəri «Güvən» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş əlavə cəzanın çəkilməmiş qalan 02 ay 17 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) ay 17 (on yeddi) gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, təyin edilmiş əlavə cəza CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş mətbəx bıçağı məhv edilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə ekspertiza xərci 86 (səksən altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx) manat Bakı şəhəri «Güvən» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-881/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-881/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver