Məhkəmə qərarları › İş №1(101)-882/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-882/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-882/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami rayon məhkəməsinin 08 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.21, 177.2.3 və 185.2.2-ci maddələri ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.08.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Masallı rayonunun Xırmandalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Atçılıq massivi nömrəsiz evdə yaşaqfy, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmiş, həmçinin qadağan olunmuş əşyanı cəzaçəkmə müəssisəsinə keçirtmişdir: belə ki, Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşayan 07.02.1998-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş qardaşı Zərərçəkmiş şəxs narkotik maddə istifadə etməsi səbəbindən uzun müddət aralarında mübahisənin davamı olaraq 08 avqust 2020-ci il tarixdə saat 03 radəlorində yaşadığı evdən çıxaraq piyada maqazinə siqaret almağa gedərkən, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində, boş ərazidə qardaşı Səfanı görmüş və yenidən aralarında yaranmış mübahisə zəminində sonuncu yerdən götürdüyü taxta parçası ilə onun sol ayağına vurmuş, həmin gün saat 08 radələrində Zərərçəkmiş şəxs paltarlarım dəyişmək məqsədi ilə evə gəldikdə yenidən aralarında mübahisə baş vermiş və onlar mübahisə edə-edə yaşadıqları evdən təxminən 200 metr aralıda, Atçılıq massivi ərazisində yerləşən təpə adlanan yerə gələrək, qardaşı Səfaya nə üçün taxta parçası ilə ayağına vurduğunu deyərək ondan qisas almaq və öldürmək niyyəti ilə bir gün əvvəl yerdən taparaq üzərində gəzdirdiyi açılıb-qatlanan cib bıçağını şalvarının cibindən çıxardaraq Zərərçəkmiş şəxs cəmi 3 (üç) bıçaq zərbəsi vurmaqla, ona döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyin zədələnməsi və döş sümüyünün sınığı ilə nəticələnən, yetirildiyi anda həyat və sağlamlıq üçün təhlükəli olan bir ədəd ağır zərər, döş qəfəsinin sol yan səthinin boşluğa nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası və sol budun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid fiziki ağrılar yetirməklə qəsdən onu öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa o, yuxarıda qeyd olunan ağır cinayət əməlini törətdiyinə görə Suraxanı rayon məhkəməsinin 09 avqust 2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanıldığı halda 17 avqust 2020-ci il tarixdə istintaq hərəkətlərinin aparılması ilə əlaqədar Suraxanı rayon polis idarəsinin X13 keçirilmiş və 18.08.2020-ci il tarixdə saat 12 radələrində həmin saxlama yerinin yoxlama otağında olan dolabçadan, inzibati qaydada həbs edilmiş X4 məxsus daxilində iki ədəd "xxxx" və “Azerfon” GSM danışıq kartı quraşdırılmış "İstintaq təcridxanalarının Daxili İntizam Qaydaları5' ilə qadağan olunmuş “Nokia” markalı, “TA- 1034” modelli, “**********40314” və “**********40313” İME1 kodlu mobil telefon aparatını əldə edib özündə saxlamış və həmin tarixdə saat 13:Q5-də Suraxanı RPİ-nin X10 Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına etapla gətirilərkən, təcridxananın əməkdaşları tərəfindən axtarış otağında üzərinə baxış keçirilən zaman daşıdığı həmin mobil telefon aparatı sol ayağının corabında gizlədilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 317- 2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 317-2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 1995-ci ildə Masallı rayonunun Xırmandalı kəndində andan olmuş, Xırmandalı kəndi orta məktəbinin dördüncü sinifindən çıxaraq, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, Bakı şəhərində bir daha məktəbə getməmiş, fəhlə kimi müxtəlif yerlərdə işləmiş, qardaşı Zərərçəkmiş şəxs də onu kimi müxtəlif yerlərdə fəhlə işləmiş, lakin karantin rejimi tətbiq olunandan sonra hər ikisi işsiz qalmış, anası Rəfayə Eynullayeva da onlarla bir evdə yaşamış və NZS adlanan ərazidə çörək bişirmə sexində təndirçi işləmiş və saat 20 radələrində işə gedərək səhər saat 10 radələrində evə qayıtmış, atası X12 rayonunda tək yaşamış, onunla əlaqələri olmamış, 2013-cü ildə avtomobil qaçırdığına görə tutulmuş və Azərbaycan Respublikası CM-in 177.2.1, 185.2.1 -ci maddələri ilə məhkum olunmuş, 17 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış, qardaşı da onu kimi əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş, azadlığa çıxdıqdan sonra qardaşı Səfa və anası Rəfayənin birlikdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramanı qəsəbəsi Atçılıq yaşayış massivindəki nömrəsiz evdə yaşamış, həmin vaxtlarda qardaşı Səfanın son bir ildir ki narkotik maddə qəbul etdiyini bilmiş, qardaşı ilə nıütəmadi olaraq bu barədə danışmış, dəfələrlə Səfadan narkotik maddəni qəbul etməməsini tələb etmiş, lakin qardaşı onun sözlərinə məhəl qoymamış, onların yaşadığı evin yaxınlığında yaşayan dayısı Şahid1 mütəmadi olaraq Səfanın narkotik maddə qəbul etdiyinə görə evdən qovmuş, lakin hər dəfə bağışlayaraq yenidən evə gəlməsinə icazə vermiş, qardaşı ilə mütəmadi olaraq narkotik maddə qəbul etdiyinə görə mübahisə etmiş, qardaşı narkotik maddənin təsirindən çox vaxt «özündə olmamış» və onu əsəbiləşdirən sözlər işlətmiş, o isə tez əsəbiləşən adam olduğundan özündən çıxaraq qardaşı ilə mübahisə etməyə başlamış, hadisədən bir ay əvvəl evdə olarkən Səfa yenidən narkotik maddənin təsiri altında onu əsəbiləşdirmiş və o, Səfanı sakitləşdirməkdən ötrü onun üstünə şüşə stəkan atmış, lakin qardaşı ciddi xəsarət almamış və polisə şikayət etməmişdir, gecələr anası evdə olmayanda qardaşı onu əsəbiləşdirirmiş, çox vaxt mübahisə edirmişlər, 06 avqust 2020-ci il tarixdə dayısı Şahid1 qardaşı Səfanın əlində iynə tapdığına görə Səfanı bir daha evdən qovmuş və evə qayıtmamasını tələb etmiş, bu hadisədə qardaşı Səfa onu günahlandırmış, 07 avqust 2020-ci il tarixdə axşam saat 20 radələrində anası evdən çıxaraq işə, özü isə dostunu görmək üçün Zabrat qəsəbəsinə getdikdə, yolda “Şanılıq” adlanan yerdə bir ədəd tutacağı qəhvəyi rəngli, yarısı metal rəngli olan açılıb- qatlanan bıçaq tapıb, həmin bıçağı yerdən götürərək üzərində gəzdirməyə başlamış, əvvəllər heç vaxt üzərində bıçaq gəzdirməmişdir; 08 avqust 2020- ci il tarixdə saat 03 radələrində siqaret almaq üçün dükana getdikdə, evin yaxınlığında boş ərazidə Səfanı görmüş, Səfa ona: “Sən qardaşlıq nədir bilmirsən”,- deyərək əlində olan taxta parçası ilə onun sol baldırına zərbə vurmuş, o isə üzərində olan bıçağı çıxartmış, Səfa bıçağı görərək qaçıb getmişdir. səhərə kimi qardaşına qarşı əsəbi olduğu üçün yata bilməmiş, telefonda filmlərə baxmışdır; səhər saat 8 radələrində Səfanın evin qapısını açaraq içəri girdiyini görüb, yenidən əsəbiləşmiş, Səfa paltarını dəyişmiş, Səfadan hansı səbəbdən onun ayağına vurduğunu soruşmuş, Səfa da əsəbiləşmiş, mübahisə etməyə başlamışlar, həyətdə səs-küy eşidilməməsi üçün qardaşı ilə birlikdə yaşadıqları evdən 300-400 metr yerləşən boş əraziyə gəlmişlər, qonşusu Tural da onlarla birlikdə gəlmiş və onları sakitləşdirməyə çalışmış, Səfadan nə üçün onu taxa parçası ilə vurduğunu soruşduqda, Səfa ona: “Sən mənə qarşı səhvlər eləyirsən mən yox. Sən mənə qarşı qardaşlıq etməmisən, məni evdən qovdurmusan”,- demiş, o, əsəbi olduğu üçün cibində olan bıçağı çıxartmış və Səfaya: “Axşam vurdun məni - indi cavabın verəcəksən”,- demiş, Səfa yerdən üzərində budaq olan ağac parçasını götürərək onun üzərinə gəlmiş, o isə əlində olan bıçaqla Səfanın üzərinə getmiş və Səfanı öldürərək canını qurtarmaq istəmiş, dir. Səfa ona əlində olan ağac parçası ilə bir neçə zərbə vurmuş, o isə əlində olan bıçaqla Səfanı bir neçə dəfə vurmuş, ağa davam edirmiş. Bu zaman qəflətən Səfa yerə yıxılmış və o bundan istifadə edərək Səfanı daha bir-iki dəfə bıçaqla vurmuşdur, sonra isə o, Turalla birlikdə yola çıxıb taksi maşını saxladaraq Səfanı 3 saylı klinik xəstəxanaya aparmışlar, həkimlər Səfanın öldüyünü demişlər. Sonra isə polis əməkdaşları gələrək onu və X11 rayon polis idarəsinin 12-ci polis bölməsinə aparmışlar. 17 avqust 2020- ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə Suraxanı rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün saxlanıldığı Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasından Suraxanı rayon polis idarəsinin müvəqqəti saxlanılması yerinə gətirilmiş, 18 avqust 2020-ci il tarixdə 3 saylı istintaq təcridxanasma aparılmağa hazırlaşarkən MSYnin əməkdaşlarına saxlanc yerində kəmərinin olduğunu demiş, soyunub-geyinmə otağından kəmərini götürərkən, tanımadığı şəxsə məxsus dolabı açdıqda orada mobil telefon görmüş, dür. C), MSY əməkdaşlarının onu nəzarətsiz buraxdıqlarını görüb, həmin mobil telefonu götürərək sol corabının içinə qoymuş və 3 saylı istintaq təcridxanasına daxil olarkən axtarış zamanı həmin telefon üzərində aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, əri Sahibəli 1994-cü ildə uşaqlarını atıb Rusiya Federasiysına getdiyindən əri ilə boşanmış, hazırda əri Masallı rayonunda yaşayır və onunla heç bir əlaqələri yoxdur, o, hər ikisi subay olan böyük oğlu Elmin və kiçik oğlu Səfa ilə birlikdə 2007-ci ildən Bakı şəhərində yaşamış, Bakı şəhərində təndirxanalarda işləməklə ailəni dolanırmış, Səfa son iki il olar ki, narkotik vasitələrdən istifadə etmiş – «damarına narkotik maddə vururmuş», oturub-durduğu dostları avara həyat tərzi keçirən adamlar olmuş, Səfa mobil telefonları evdən götürüb satmış, hər gün evdən 3-5 manat götürüb iynəyə verirmiş, Elmin hər dəfə Səfanı başa salıb:«Anamız yazıqdı, əzabla işləyir bizə baxır. Sən isə aparıb pulları iynəyə verirsən. Narkotikin daşını at, istəyirsən səni müalicəyə aparaq»,dermiş, Elminin bu sözləri Səfaya pis təsir edirmiş və aralarında mübahisələr olmuş, bundan başqa qonşu Tural da Səfaya narkotikin daşını atmasını, bu yolıın sonunun olmadığım demiş, 07 avqust 2020-ci il tarixdə saat 18 radələriııdə Səfa ilə Elmin bir daha mübahisə etmiş, Elmin Səfaya: «Sən haralarda gecələyirsən, niyə evə gəlmirsən?»,demiş, o isə Elminə: «Bala, işin olmasın qoy hara gedir getsin»,- demiş, həmin gün mübahisədən əvvəl qardaşı Orxan da ona: «Səfaya de - paltarlarını yığıb bu evdən çıxıb getsin. Cibində-əlində iynə ilə gəzir, mən həyətdə üç uşaq böyüdürəm»,- demişdir. Səfa həmin günü evdən çıxıb getmiş, həmin gün saat 21 radələrində o, gecə növbəsinə işə getmiş, 8 avqust 2020-ci il tarixdə saat 10 radələrində işdən evə gələndə qardaşı arvadı ona hadisə barədə xəbər vermiş, eşitmişdir ki, o, işdə olarkən yəni, 08 avqust 2020-ci il tarixə keçən gecə saat 02 radələrində, Səfa evə qayıtmış, Elminlə aralarında yenidən mübahisə baş vermiş, Elmini taxta ilə vurub getmiş, Səfa 08.08.2020-ci il tarixdə səhər saatlarında paltarlarını dəyişmək üçün evə gəldikdə yenidən Elminlə aralarında mübahisə yaranmış və yaşadıqları evdən təxminən 250 metr aralıda yerləşən təpənin yanında Elmin Səfaya bıçaqla xəsarətlər yetirib Səfanı öldürmüşdür, eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxs Elmun Eynullayev onun oğludur, sonuncu ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Eynuİİayev Orxan Məhəmməd oğlu göstərmişdir ki, o, 2008-ci ildən ailəsi ilə birlikdə Suraxanı rayonu, Ramana qəsəbəsi, Atçılıq massivində nömrəsiz evdə yaşayır, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, Bacısı Rəfayə ilə bir həyətdə yaşasalar da onun evi ayrıdır. Səfa əvvəllər normal uşaq olmuş ancaq, Bakı şəhərinə gələndən sonra tədricən avara uşaqlara qoşulmuş, son iki il ərzində iynə vurma yolu ilə narkotik maddələr qəbul etmiş, dəfələrlə o, anası Rəfayə, qardaşı Elmin Səfanı danlamış, bu yoldan əl çəkməsini, narkotiktn daşmı atmasını demiş, lakin Səfa yenə də öz bildiyini etmiş, 7 avqust 2020-ci il tarixdə səhər saatlarında işdən evə gələndə görmüşdür ki, Səfa özündə deyil - iynə vurub, həyətdə asfaltın üstündə oturub sanki xəyalında maşm sürürmüş kimi hərəkətlər etmiş, o, əsəbiləşib bacısı Rəfayəyə: «Səfa özünə gələndə de paltarlarını yığıb çıxsın bu evdən, əlində-cibində iynə ilə gəzir. Mən həyətdə üç uşaq böyüdürəm»,- demiş, anası və qardaşı Elmin Səfanı nə qədər başa salsalar da Səfa onlara qulaq asmamış, sonradan eşitmişdir ki, 08 avqust 2020-ci il tarixdə saat 02 radələrində işdə olarkən Səfa evə gəlmiş və Elminlə mübahisə etmiş və Elmini taxta ilə vurub qaçıb getmişdir; polis əməkdaşları onun yaşadığı evə gələndə Elminin yaşadıqları evdən təxminən 250 metr aralıda yerləşən təpənin üstündə Səfa ilə mübahisə edərək Səfanı bıçaqla vurub, qətlə yetirdiyini bilmiş, Elminin üzərində əvvəllər bıçaq görməmiş, Səfanın üzərində isə daim bıçaq olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, 2014-cü ildən isə Suraxanı RPİ-in müvəqqəti saxlanılma yerində polis nəfəri işləyir, 18 avqust 2020-ci il tarixdə MSY-də postaçılar Şahid5 və Şahid4la birlikdə növbədə olmuş, Eynullayev X3 Xidmətin 3 saylı istintaq təcridxanasınёdan 17 avqust 2020-ci il tarixdə Suraxanı RPİ-nin MSY-nə gətirilmiş, 18.08.2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs MSYnin soyunub-geyinmə otağına daxil olmuş və orada rəflərin birini göstərərək paltarlarının həmin rəfdə olduğunu demiş, onlar da inanıb paltarlarını götürmək üçün Təqsirləndirilən şəxs şərait yaratmışlar, Təqsirləndirilən şəxs orada olan inzibati qaydada saxlanılan şəxsə məxsus paltarları və mobil telefonu götürmüş, Təqsirləndirilən şəxs mobil telefonu götürən zaman onlar görməmişlər, telefon paltarın içində olmuş, MSY-nin əməkdaşları Elmini Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasma təhvil vermiş və istintaq təcridxanasmda Təqsirləndirilən şəxs üzərindən həmin mobil telefon aşkar edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 Uyandur oğlu bildirmişdir ki, 2019-cu ilin dekabr ayından Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasmdan əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət edir, Azərbaycan Respublikası CM-in 120.1ci maddəsi ilə təqsirli bilinən və barəsində Suraxanı rayon məhkəməsinin barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 18 avqust 2020- ci il tarixdə saat 13.05-də Suraxanı RPİ-nin MSY-dəıı 3 saylı istintaq təcridxanasma gətirilmiş, təhvil verilən zaman hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ayaqqabısının sol tayında gizlətdiyi, daxilində «Nar» və «Baksell» mobil operatorlarına məxsus iki ədəd GSM danışıq kartları olan bir ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefonu Suraxanı RPİ-nin MSY-də olarkən yoxlama otağından dolabçadan tapmış və götürərək özü ilə istintaq təcridxanasına gətirmişdir; bundan sonra müvafiq protokol tərtib edilmiş və iştirakçıların imzası ilə təsdiq olunmuşdur; həbsdə olan şəxslərə hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması, həmçinin qadağan olunmuş əşyaların siyahısı elan edilir, bu tələblər pozulduqda isə məsuliyyətə səbəb olması bildirilir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid8, ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə zamanı ifadəsi tədqiq edilərək elan olunmuş Şahid9, Şahid10 Şahid6 Uyandur oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq edilərək elan olunmuş Şahid2 göstərmişdir ki 08 avqust 2020-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb özünə məxsus «Opel» markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobillə işə gedərkən, Atçılıq massivindən keçəndə uzaqdan-uzağa tanıdığı Tural adlı oğlan onun maşınına əl edib saxlamasına işarə etmiş, idarə etdiyi avtomobili kənara çəkib saxlamış və Tural ona xəstə olduğunu, təcili xəstəxanaya çatdırmaq lazım olduğunu bildirmiş, o, razılıq verəndən sonra Tural yanındakı tanımadığı oğlanla birlikdə onun avtomobilinə oturub Atçılıq massivinə tərəf sürməsini xahiş etmiş, təpənin yanına çatanda bir nəfər cavan oğlanı yolun kənarında yerdə uzanmış, üst-başı qan içində görmüş, əvvəlcə qorxaraq həmin oğlanı maşınına mindirmək istəməmiş, lakin Turalın yanındakı tanımadığı oğlan ona yalvararaq təcili xəstəxanaya çatdırmasını xahiş etmiş, bəlkə yaşayacağını demiş, onlar birlikdə köməkləşib yerdə üst-başı qan içində olan oğlanı avtomobilinin arxa oturacağına uzatmış, Tural da keçib arxa oturacaqda oturmuş, adını bilmədiyi digər oğlan isə ön sağ oturacaqda oturmuşdur: o, yaralını 3 saylı şəhər klinik xəstəxanasına gətirmiş Tural və adını bilmədiyi qabaq ön oturacaqda olan oğlan ona: «Sür, başına dönüm, tez sür»,- sözlərindən başqa yolda heç bir söz danışmamışlar. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 08 avqust 2020-ci il tarixli 94 №-li ekspert rəyindən görünür kİ, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin boşluğa nüfuz edərək ürəyin zədələnınəsi və döş sümüyünün sınığı ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin boşluğa nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol budun deşilmiş-kəsilmiş yarası deşıci-kəsici əşya (alət) ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaq təsirindən törənmişlər, həyatidirlər, torənmə müddətləri şəxsin ölümündən bir qədər əvvələ uyğun gəlir və dərəcələrinə görə canlı şəxslərdə döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, döş boşluğuna nüfuz etməyən və sol budun deşilmiş-kəsilmiş yaralan həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Yuxanda qeyd olunan xəsarətlərdən əlavə S.S.Eynulayevdə aşkar edilmiş xəsarətlərdən sol dirsək-said nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən hadisədən bir qədər əvvəl törənməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Sağ saidin döyənəkləşmiş inyeksiya izi müayinədən 1-2 ay əvvəl, sol bazu-dirsək oynağı və said nahiyələrinin inyeksiya izləri isə müayinədən 3-5 günə qədər əvvəl inyeksiya təsirindən törənmişlər. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla (bıçaqlarla) yetirilə bilərdilər. Zərərçəkmiş şəxs qeyd edilmiş xəsarətləri qısa zaman kəsiyində aldığından xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən xəsarət alanın ön və nisbətən sağ tərəfində olmağa uyğundur. Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (1-ci cild iş vərəqi 199-202). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 08 avqust 2020-ci il tarixli 711 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - alnın, hər iki əlin arxa səthinin və qarnın cızıqları iti uclu əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 08.08.2020-ci il tarixdə, əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (1-ci cild iş vərəqi 193-194). İşdə olan məhkəmə-İifli ekspertizası üzrə 04 sentyar 2020-ci il tarixli 6/1614 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. X5 geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərilərində Tural Heydərzadənin geyim paltarlarının tərkib liflərindən yoxdur (1-ci cild iş vərəqi 204-208). İşdə olan məhkəmə-trasoloji ekspertiza üzrə 08 sentyabr 2020-cı il tarixli 3/950 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın arxa hissəsinin sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Tədqiqata təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində olan zədə öndən arxaya istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sağda olmaqla yetirilmişdir. Ümumi əlamətinə əsasən bağlamasının üzərində Zərərçəkmiş şəxs məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində olan zədənin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret hansı bıçaq və ya bıçaq tiyəsinin təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd tumanın və bir cüt idman ayaqqabısının səthində zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin ön hissəsinin sol tərəfində rəyin tədqiqi hissəsində qeyd edilmiş zədə vardır, həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Qeyd olunan zədənin fiziki qüvvənin təsiri nəticəsində müxtəlif şəraitlərdə yaranması mümkündür (1-ci cild iş vərəqi 211-213). İşdə olan məhkəmə-bioloji ekspertizası üzrə 24 sentyabr 2020-ci il tarixli 32/202Ö- MTBŞ JYÜ-1 №-li ekspert rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-AB/İV/. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-AB/İV/. X5 şəxsiyyət vəsiqəsi melumatları üzrə sənədin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-. Ekspertizaya təqdim olunmuş 01 ədəd çübuqlu pambıq tampon, qurumuş bitki qalıqları, ağac budağı, 01 ədəd qatlanan bıçaq, E.Eymıllayevə məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus şalvar, trusik və 01 cüt krasovka üzərində insan qam aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABC) sistemi-üzrə təyin olunduqda «A» və «B» antigenləri alındı. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan X6 məxsus şalvar və qısaqol mayka üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (1-ci cild iş vərəqi 215-221). İşdə olan məhkəmə-texniki ekspertiza üzrə 18 sentyabr 2020-ci il tarixli 5/544 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və «Android 10» əməliyyat sistemi və təhciz olunmuş «Samsunq Galaxy A30s» markalı, «SM-A307FN/DS» modelli «**********30706, **********30704» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan «Samsunq Galaxy A30s» markalı «SM-A307FN/DS» modelli mobil smartfonun yaddaşında «WatsApp» proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələrinin pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı (1-ci cild iş vərəqi 224-225). İşdə olan kompleks ambulator mohkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 11 sentyabr 2020-ci il tarixli 1792 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansi bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasi CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Aparılmış psixoloji müayinəni yekunlaşdırıb, həmçinin cinayət işi materiallarını psixoloji cəhətdən hərtərəfli təhlil edərək belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual-mnestik imkanlari normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Kobudluq, hirslilik, emosional oyanıqlıq, qıcığa qarşı tez reaksiya vermək, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prossesləri normaya uyğun olduğundan iş üçün əhəmiyyətli halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədərkən şüuruna və dərketməsinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, hadisə baş verən zaman emosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onun fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (1-ci cild iş vərəqi 227-229). İşdə olan məhkəmə-kompüter texniki ekspertizası üzrə 09 sentyabr 2020-ci il tarixli 5/569 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd daxilində danışıq kartı olmayan «Nokia» markalı «TA-1034» modelli «**********40314», «**********40313» İMEİ nömrəli mobil telefon hal-hazırda işlək vəziyyətdədir, istifadə üçün yaralıdır. Tədqiq olunan bir ədəd «Nokia» markalı «TA-1034» modelli mobil telefon yaddaşında SMS mesajlar, zənglər, kontaktlar, məlumat ilə fayllar (verilən bazaları) müəyyən edilmişdir. Qeyd olunan məlumatlar və hesabat bir ədəd DVD diskə köçürülmüşdür (2-ci cild iş vərəqi 65-66). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 26 noyabr 2020-ci il tarixli 9/4994 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd Nokia, «171- 1034» modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq hazırki orta bazar qiyməti təxminən 20 manat müəyyən olunur (2-ci cild iş vərəqi 197-198). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 30.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunaraq cəzası şərti hesab olunmaqla 1 il sınaq müddəti müəyyən edilmiş, Suraxanı rayon məhkəməsinin 23.01.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə 40 saat ictimai işlər cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin 06.02.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 3 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum ediimmiş, CM-in 70-ci maddəsi tətbiq olunaraq cəzası şərti hesab edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 08.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 185.2.2-ci maddələri ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.08.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 185.2.2-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 16 avqust 2021-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 08 avqust 2020-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən xüsusilə ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 7 il müddətə azadlıqdan məhrum etmə cəzasından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında 8 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 avqust 2020-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 35). İşdə olan Suraxanı Rayon Məhkəməsinin 9 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 8 avqust 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 50-51, 63-67). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.1 və 317-2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 317-2.1-ci maddəsində altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 317-2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin bilavasitə törədilməsindən sonra zərərçəkmiş şəxsə tibbi və digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olsa da həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutlan cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində da göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir”. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzər tutulan cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halın olmasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 317-2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 08 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.11 və 59.1.12-ci maddələrində nəzər tutulan cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CMin 120.1 və 317-2.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 08 avuqst 2020-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş «Nokia» markalı mobil telefon mülkiyyətçisi (sahibi, istifadəçisi) müəyyən edilmədiyindən Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan ağac budağı, ağac budağının parçası, Zərərçəkmiş şəxs paltarları - bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd qara rəngli alt paltarı (trusik) və bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs paltarları - bir ədəd göy rəngli cins şalvar və bir ədəd açıq mavi rəngli uzunqol köynək, X5 paltarları - bir ədəd açıq mavi rəngli cins şalvar, bır ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd açılıb-qatlanan cib bıçağı məhv edilməli, "xxxx" MMC və “Azərfon» MMC-dən götürülmüş telefon danışıq məlumatlarının əks olunduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-trasoloji, məhkəmə-lifli və məhkəmətexniki ekspertizaar üzrə tədqiqatların dəyəri - 406 manat 82 qəpik (dörd yüz altı manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 317- 2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 317-2.1-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan ağac budağı, ağac budağının parçası, Zərərçəkmiş şəxs paltarları - bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd qara rəngli alt paltarı (trusik) və bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs paltarları - bir ədəd göy rəngli cins şalvar və bir ədəd açıq mavi rəngli uzunqol köynək, X5 paltarları - bir ədəd açıq mavi rəngli cins şalvar, bır ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd açılıb-qatlanan cib bıçağı məhv edilsin, "xxxx" MMC və “Azərfon» MMC-dən götürülmüş telefon danışıq məlumatlarının əks olunduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş «Nokia» markalı mobil telefon mülkiyyətçisi (sahibi, istifadəçisi) müəyyən edilmədiyindən Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə-trasoloji, məhkəmə-lifli və məhkəmə-texniki ekspertizalar üzrə tədqiqatların dəyəri - 406 manat 82 qəpik (dörd yüz altı manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar